Məhkəmə qərarları › İş №2(102)-1165/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1165/2022

13.04.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1165/2022 13.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdehğayeviçə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ümumi mülkiyyətdə olan əşyada payın müəyyən edilməsi və əşyanın bölünməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1914/2021 nömrəli iş üzrə 13 oktyabr 2021-ci il tarixli qətnaməsindən X3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Zaqatala rayon Aqrar İslahat K omissiyasının 19 oktyabr 2005-ci il tarixli, 117 saylı qərarına əsasən Zaqatala şəhəri V.İsmayılov küçəsində İddiaçı2, İddiaçı1 Mahmud oğlu, Cavabdeh və X5 ümumi mülkiyyətinə 0,08 ha torpaq sahəsi verilmişdir.

2. X6 13 iyul 2005-ci ildə vəfat etmişdir.

3. Hazırda tərəflər arasında qeyd olunan torpaq sahəsinə payın müəyyən edilməsi və torpaq sahəsinin naturada bölünməsi ilə bağlı razılığa gəlməmələri səbəbindən iddiaçılar aşağıdakı tələbləri irəli sürmüşlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdehğayeviçə qarşı iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh ilə JN seriyalı 1900A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən ümumi birgə mülkiyyətdə olan Zaqatala ş əhəri V.İsmayılov küçəsində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsində payların müəyyən edilməsi, müəyyən edilmiş paya müvafiq olaraq torpaq sahəsinin naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

5. İddiaçılar tələbi belə əsaslandırmışlar ki, onların, cavabdehin və mərhum X2 ümumi birgə mülkiyyətinə Zaqatala şəhəri V.İsmayılov küçəsində 0,08 ha həyətyanı torpaq sahəsi vardır. Qeyd olunan torpaq sahəsi Zaqatala rayon Aqrar İslahat Komissiyasının 19 oktyabr 2005-ci il tarixli 117 saylı qərarına əsasən onların, cavabdehin və mərhum Mahmudağa İsmayılovun ümumi birgə mülkiyyətinə verilmiş və onların qeyd olunan torpaq sahəsi üzərində hüquqları JN seriyalı 1900A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə rəsmiləşdirilmişdir. Onlar məhkəməyə müraciət etmələ rinin səbəbi mərhum X2 vərəsələri, o cümlədən cavabdeh ilə aralarında qeyd olunan torpaq sahəsinə payın müəyyən edilməsi və torpaq sahəsinin naturada bölünməsi ilə bağlı razılığa gəlməmələri olmuşdur. Buna görə də onlar həm də paylarının naturada ayrılmasını istəyirlər.

6. Cavabdeh birinci instansiya məhkəməsindəki icraatda iddiaya qarşı yazılı etiraz təqdim etməmişdir.

7. Zaqatala Rayon Məhkəməsinin (hakim E.Məmmədov) 23 yanvar 2018-ci il tarixli, 2(033)25/2018 nömrəli qətnaməsi ilə iddia təmin olunmuş, Zaqatala şəhəri V.İsmayılov küçəsində yerləşən JN seriyalı 1900A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən tərəflərin ümumi birgə mülkiyyətində olan də 0,08 ha torpaq sahəsindən iddiaçılar İddiaçı2 və İddiaçı1 hər birinin payı 1/4 hissə olmaqla birlikdə 0.08 ha to rpaq sahəsinin 2/4 hissə, yəni 0,04 ha müəyyən edilməsi və həmin hissənin həyətin qabaq hissəsindən (uzunluğu 25,7) tam orta nöqtəsindən perpendikulyar istiqamətdə həyətin arxa hissəsindəki hasara qədər uzanmaqla (qabaq hissədən tərəflərin hərəsinə 12,85 metr olmaqla) naturada ayrılması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın Cavabdehğayeviçdən alınaraq Az.MEM, VÖİN**********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT Bik CTREAZ22 nömrəli hesaba keçirilməsi qət edilmişdir.

8. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, mübahisə predmeti olan torpaq sahəsi tam qanuni əsaslarla tərəflərə məxsusdur. Lakin, hazırkı vəziyyətdə iddiaçılar mülkiyyətlərində olan bu torpaq sahəsindən sərbəst istifadə edə bilmirlər. İddiaçıların həmin tor paq sahəsində mülkiyyət hüquqları cavabdeh tərəfindən pozulmuş, iddiaçıların torpaq sahəsinə sahibliyinə və istifadəsinə maneə yaradılmışdır. Bu səbəbdən də, iddiaçılar ümumi mülkiyyətlərində olan paylarının müəyyən edilməsini və həmin payların naturada ayrılmasını xahiş etmişdirlər. İddiaçıların bu tələbinin hüquqi əsası isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin ümumi mülkiyyət hüququndan bəhs edən fəslinin normalarında bir mənalı olaraq təsbit edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər- Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və A.Mahmudov) 13 oktyabr 2021-ci il tarixli, 2(107)-1914/21 nömrəli qətnaməsi ilə işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə tox unan şəxs X1 apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 23 yanvar 2018-ci il tarixli, 2(033)-25/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

11. Həzrət İsmayılov kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, atası X6 13.07.2005-ci ildə Zaqatala şəhərində vəfat etmişdir, o, vəfatından əvvəl 13.04.2005-ci il tarixdə yaşadıqları ünvandakı evi ona vəsiyyət etmişdir. Həmin evin yerləşdiyi həyətdə 2 ev vardır. Evin b iri kürsülü, digəri isə 2 mərtəbəli evdir. Atası kürsülü evi ona, 2 mərtəbəli evin 2-ci mərtəbəsindəki 1 otağı bacısı Gülnara, 2 mərtəbəli evin qalan hissələrini isə qardaşı Həmzəyə vəsiyyət etmişdir. Atası özünə məxsus evlərdən heç birini qardaşı Kamaza vəsiyyət etməmişdir. Ona görə ki, atasının sağlığında Kamazla normal münasibəti olmamışdır. O, doğulduğu gündən bu günədək vəsiyyətnamədə qeyd olunan 2 mərtəbəli evin 1-ci mərtəbəsində yaşayır. Kürsülü evdə isə qardaşı Kamaz arvadı Arzu ilə birlikdə yaşamışdır. Həmin evlərin yerləşdiyi həyətyanı torpaq sahəsinin şəhadətnaməsi isə 2006-cı ildə hazırlanmış və həyətyanı torpaq sahəsi 4 nəfərin, atası İsmayılov Mahmud, qardaşları Kamaz və Cavabdehlar və qardaşı arvadı İddiaçı2 mülkiyyətinə işlənmişdir. Kamaz və Arzu İsmayılovlar məhkəməyə müra ciət edərək şəhadətnamədə qeyd olunan torpaq sahəsinin payların müəyyən edilməsi və naturada ayrılmasını xahiş etmişlər. Lakin məhkəmə şəhadətnamədə adları qeyd olunan şəxslərin harada olmaları, onların sağ və ya ölü olmaları barədə heç bir məlumat toplamamış, hətta cavabdeh kimi qeyd olunmuş Cavabdeh rəsmi qaydada məlumat vermədən məhkəmə keçirmiş və qanunsuz qətnamə çıxarmışdır. Qətnamədə qeyd olunmuşdur ki, iddiaçılar Arzu və İddiaçı1lar və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə tərəflərin məhkəmə iclaslarına gəlməmələrini üzrsüz hesab edərək işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Buradan görünür ki, məhkəmə iştirakları olmadan məhkəmə iclasın ın keçirilməsini xahiş etməmiş, iddiaçıların iddia ərizəsinə onların iştirakı olmadan məhkəmə iclasında baxaraq iddianı təmin etmişdir. MPM-in 185 və 259-cu maddəsinin. tələbləri pozulub. Bundan başqa qətnamədə qeyd olunur ki, X6 torpaq mülkiyyətçilərindən biridir və təsərrüfat başçısıdır. Eyni zamanda onun ölümü haqqında məhkəməyə arayış təqdim edilmişdir. Məhkəmə isə torpaq mülkiyyətçilərindən birinin öldüyünü bildiyi halda onun vərəsələrini işə cəlb etmədən, heç bir məlumat vermədən işə baxaraq vərəsələrin hüquqlarını kobud şəkildə pozmuşdur. Ali Məhkəmənin göstərişlərinə əməl etmədən, yəni, hüquqlarına toxunan şəxsə məlumat vermədən məhkəmə iclasını keçirmiş və qətnamə qəbul etmişdir. Zaqatala rayon Məhkəməsi işə baxarkən ən azından həmin torpaq sahəsinə yerində baxış keçirmiş olsaydı onun bu işdən məlumatı olardı. İş üzrə Cavabdeh isə torpaq şəhadətnaməsində adı olsa da özü Bakı şəhərində yaşayır və onun da bu işdən məlumatı olmamamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

15. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

16. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülk iyyətdir.

17. Maddə 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır.

18. Maddə 220.1-220.3. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payın ın dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

19. Maddə

221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və et irazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

22. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlav ə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

26. JN seriyalı 1900 A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin surətindən görünür ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 19 oktyabr 2005-ci il tarixli 117 saylı qərarına əsasən Zaqatala şəhəri V.İsmayılov küçəsində İddiaçı2, İddiaçı1 Mahmud oğlu, Cavabdeh və X5 ümumi birgə mülkiyyətinə 0,08 ha torpaq sahəsi verilmişdir.

27. Zaqatala rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında arayışdan görünür ki, X6 13 iyul 2005-ci ildə vəfat etmişdir.

28. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 dekabr 2017-cı il tarixli 25883 saylı ekspert rəyindən görünür ki, Zaqatala şəhəri V.İSamyılov küçəsində yerləşən JN seriyalı 1900A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” üzrə müəyyən edilmiş 0,08 ha həyətyanı torpaq sahəsindən, həmin sahədə olan tikililər nəzərə alınmaqla iddiaçıların payına düşən 2/4 hissənin naturada ayrılması mümkündür. Bölgü zamanı, iddiaçıların istifadələrində olan fərdi yaşayış evini onların istifadələrində saxlanılmaqla 2/4 paya uyğun 0,04 ha torpaq sahəsi ayrılan zaman bölgü sərhədi ilə müəyyən edilir. Bölgü sərhədi torpaq sahəsinin qarşı tərəfin (küçə istiqamətindən) mərkəzindən torpağın arxa divarına qədər perpendikulyar düz xətt boyunca 30,2 m olmaqla müəyyən edilir ki buda AutoCAD proqramı vasitəsilə işlənib hazırlanmış bölgü plan-sxemində ətraflı qeyd olunmuşdur.

29. Apellyasiya kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1, 213.2, 213.3, 214.1, 220.1, 220.2, və 220.3cü maddələrinə istinad etməkdə haqlı olmuşdur. Belə ki, Zaqatala şəhəri V.İsmayılov küçəsində yerləşən mübahisəli 0,08 ha torpaq sahəsi tam qanuni əsaslarla tərəflərin və mərhum Mahmudağa İsmayılovun ümumi birgə mülkiyyətinə verilmişdir. Mübahisə olunan torpaq sahəsi üzərində mülkiyyət hüququ mövcuddur və həmin hüquq istər hazırkı tələblə məhkəməyə müraciət edilməmişdən əvvəl, istərsə də indi tərəflərin ümumi birgə mülkiyyətindədir. Hazırda mübahisə predmeti olan torpaq sahəsinin JN seriyalı 1900A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən tərəflərin ümumi birgə mülkiyyətinə verildiyini nəzərə alınsa, onda mübahisəli torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüquqlarının həyata keçirilməsinə heç bir maneənin olmadığı qənaətinə gəlmiş olar. Bu baxımdan mübahisə predmeti olan torpaq sahəsi tam qanu ni əsaslarla tərəflərə məxsusdur. Lakin, hazırkı vəziyyətdə iddiaçılar mülkiyyətlərində olan bu torpaq sahəsindən sərbəst istifadə edə bilmirlər. İddiaçıların həmin torpaq sahəsində mülkiyyət hüquqları cavabdeh tərəfindən pozulmuş, iddiaçıların torpaq sahəsinə sahibliyinə və istifadəsinə maneə yaradılmışdır. Bu səbəbdən də, iddiaçılar ümumi mülkiyyətlərində olan paylarının müəyyən edilməsini və həmin payların naturada ayrılmasını xahiş etmişdirlər. İddiaçıların bu tələbinin hüquqi əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin ümumi mülkiyyət hüququndan bəhs edən fəslinin normalarında təsbit edilmişdir.

30. Apellyasiya məhkəməsi iddia tələbinin payların müəyyən edilməsi hissəsini əsaslı sayaraq qeyd etmişdir ki, mülki qanunvericiliyinin tələblərinə görə birgə mülkiyyətçilər öz paylarının ayrılmasını tələb etməkdə haqlıdırlar. Lakin birgə mülkiyyətdə olan payın naturada ayrılması o halda mümkündür ki, paylar müəyyən edilmiş olsun. İş materiallarında olan JN – 1900 A KOD 40201004 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən göründüyü kimi tərəflər dörd nəfər ailə üzvü olmaqla və hər birinə bərabər payda torpaq sahəsi müəyyən edilməklə birlikdə onlar 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir. Belə olduğu təqdirdə həmin 0,08 ha torpaq sahəsinin 2/4 hissəsi iddiaçıların payı kimi müəyyən edilməlidir. İddia tələbi torpaq sahəsindən iddiaçıların payına düşən hissənin naturada ayrılması hissəsində də əsaslıdır.

31. Məhkəmələr payların naturada ayrılmasının mümkünlüyü ilə bağlı ekspert rəyini mötəbər sübut kimi qəbul etmişlər.

32. Kollegiya bildirir ki, sübutları ar aşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

33. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassatorun vərəsəlik hüququndan irəli gələn tələbləri üzrə ayrıca iddia qaldırmaq imkanı istisna edilmədiyindən kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

34. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

35. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1914/2021 nömrəli iş üzrə 13 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar