Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1166/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: əsassız varlanma, sübut etmə, müddətin keçməsi 22.02.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçı İddiaçı, onun vəkili Vəkil2 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1586/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2 021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonu “Qaraçay” adlanan ərazisində onun vəsaiti hesabına inşa edilmiş ticarət obyektinin 336 kv.m ibarət hissəsinin, onun yerləşdiyi torpaq sahəsi ilə birlikdə, bazar dəyəri olan 120 000 manatın, cavabdeh tərəfindən əsassız varlanma nəticəsində əldə edilmiş 58 000 manat pulun həmin vaxtdan hal-hazıradək istifadə edə bilməməsi nəticəsində əldən çıxmış fayda kimi 34 800 manatın, bankdan götürdüyü kreditlərə görə faiz şəklində ödədiyi 10 000 manat maddi və 10 000 manat mən əvi zərərin, məhkəmə xərclərinə görə tərəfindən ödənilmiş 30 manat, ümumilikdə 174 830 manatın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, cavabdeh onun qardaşıdır, 2005-ci ildə qardaşının təklifi ilə Qəbələ rayonu Qaraçay deyilən ərazidən torpaq alaraq 8 sota yaxın, sahəsi 670 kv.m obyekt tikdirmişdir. Qonşuları Şəfiyev Möhsüm Şövkət oğlu da onunla ortaq olmuşdur. Bakı şəhərində yaşadığı üçün qardaşı və Möhsümün qardaşı Kərəm obyektin tikilməsi və sənədləşmə işləri ilə məşğul olmuşlar. Sənədləri də qardaşı öz adına almışdır (müəyyən yerlərdən icazələri, sərəncamları). Bakı şəhərində Babək prospektində yerləşən internet klubu və bilyard zalını sataraq qardaşına 35.000 manat pul vermiş və obyekt tikilməyə başlamışdır. Əvvəl olan danışıqlarına əsasən yer tikilməli və hazır formada açarları ona təhvil verilməli idi. Lakin cavabdeh obyekt tikildikcə pulun qurtardığını demiş və məcbur olub əlavə pul tapmışdır. Bakıda evini, sonra Bakıda qardaşının evini, bacısının evini ardıcıllıqla banka qoyaraq bankdan pul götürüb vermişdir. Onun həmin torpaq sahəsinin alınmasına və obyektin tikintisinə ümumilikdə 58.000 manat xərci çıxmışdır. Banklardan götürdüyü kreditlərə görə ödədiyi faizlər həmin 58.000 manat məbləğinə aid deyil. Həmçinin qardaşı ilə sözügedən mübahisə getdikcə böyüməyə başlamış və nəticədə onu öldürməklə və ya sağlamlığına ağır zərər vuracağı ilə real əsaslar olaraq hədələməklə, sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayətini törətdiyi nə görə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 134-cü maddələri ilə cinayət işi başlanılmışdır. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 1(025)-35/2018 nömrəli qərarı ilə cavabdehlə barışdığına görə cinayət işi üzrə icraata xitam verilmişdir. Cavabdeh tərəfindən imzalanmış etiraf haqqında ərizədən də görünür ki, Qəbələ şəhərində yerləşən obyekt ona məxsusdur. Həmçinin Qəbələ şəhərində tikilmiş obyektin tikintisinə və həmin obyektin tikildiyi torpaq sahəsinə ümumilikdə 58.000 manat xərclənsə də, hal-hazırda həmin obyektin torpaq sahəsi ilə birlikdə real bazar qiyməti 120.000 manatdır. Cavabdeh etibarından sui-istifadə etmə və aldatma yolu ilə Qəbələ şəhərində obyekt tikmək üçün göndərdiyi 58.000 manatı mənimsəmişdir. Buna görə də, cavabdehə göndər diyi, cavabdeh tərəfindən əsassız varlanma nəticəsində əldə edilmiş 58.000 manatdan istifadə edə bilməməsi nəticəsində əldən çıxmış fayda kimi 34.800 manat alınıb ona verilməlidir. Cavabdehə göndərdiyi pulların bir hissəsini Banklardan Bakıda evini, sonra Bakıda qardaşının evini, bacısının evini ardıcıllıqla banka qoyaraq əldə etmiş və banklara həmin kreditlərə görə 10.000 manata yaxın faiz ödəmişdir. Odur ki, həmin faizlərə görə ödədiyi pulun da cavabdehdən alınıb ona verilməsini istəyir. Cavabdehin qanunsuz əməlləri nəticəsində mənəvi sarsıntı keçirmiş və buna görə də hesab edir ki, ona cavabdeh tərəfindən vurulan 10.000 manat məbləğində mənəvi zərər ödənilməlidir. Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçı ilə Mirzəbəyli kəndində 12 ha torpaq sahələri olub. İslahatdan s onra həmin yerlər başqa adamlara paylanmışdır. O, şəxsən özü pul verməklə həmin torpaqları iddiaçının iştirakı olmadan və etibarnaməsiz onun adına keçirtmişdir. Lakin iddiaçı ondan xəbərsiz həmin yerləri satmışdır. Həmin torpaq sahəsini təxminən 180.000 manata satandan sonra onunla bu məsələyə görə sözsöhbətləri başlamışdır. Bacısı olduğuna və barəsində çoxlu şikayətlər olduğuna görə həmin sənədləri ləğv etməmişdir. Həmin torpaq sahəsinin alqı-satqısı ilə bağlı sənədlərdə ümumiyyətlə onun imzası olmamışdır. İndi isə iddiaçı onun özünün tikdiyi obyektə göz dikir. Əslində ona pul verməmiş, əksinə olaraq torpaq satdığına görə iddiaçı ona pul borcludur. Təqdim etdiyi sənədlərdən də göründüyü kimi, torpaq sahəsi, sərəncam və bütün sənədlər onun adınadır. Əgər iddiaçı 2006-cı ildə ona pul vermiş dirsə niyə daha əvvəl yox, 16 ildən sonra həmin pulu tələb edir. Ümumiyyətlə iddiaçı haqlı olsa belə iddia müddəti keçmişdir. İddia bu səbəbdən də təmin oluna bilməz. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiq olunması barədə ərizə ilə müraciət edərək, iddiaçının guya ona 2006-cı ildə pul verdiyini və həmin müddətdən 15 il vaxt keçdiyini, hal-hazırkı iş üzrə iddia müddətinin 3 il olduğunu, həmin müddəti və ümumi iddia müddəti olan on il iddia müddətini buraxdığını qeyd edib, həmçinin iddia müddətini tətbiq etməklə iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiq olunması barədə ərizə ilə razı olmadıqlarını, tərəflər arasındakı mübahisənin 2018-ci ildə yarandığını və müddətin buraxılmadığını bildirmişdir. Məhkəmə yə təqdim olunmuş cavabdeh tərəfindən yazıldığı iddia edilən ərizədə cavabdeh Qaraçayda yerləşən 336 kv.m yerüstü sahəni sənədlər onun adına olmasına baxmayaraq, iddiaçının adına keçirə bilmədiyini, lakin öhdəlik götürərək 336 kv.m sahəni və tikilinin 72 kv.m sahəsinin ona qalmaq şərtilə qalan sahəni iddiaçının adına keçirməyə qeyd-şərtsiz razı olduğunu, əks təqdirdə qanunla cavab verəcəyini, ərizəni öz xətti ilə yazmadığını, qardaşı Raufun yazdığını, öz imzası ilə təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında X2 şahid qismində verdiyi izahatında göstərmişdir ki, o, iddiaçının bacısı qızıdır. Xalası mərhum həyat yoldaşı ilə birgə onlara gələrək ona 8.000 ABŞ dolları məbləğində pul vermişdir ki, həmin pulu Qəbələ rayonunda yaşayan dayısı Cavabdeh çatdırsın. Xalası və onun mərhum həyat yol daşı ona bildirmişlər ki, Qəbələ rayonunda obyekt tikirlər. Onlar Bakı şəhərində yaşadıqları üçün tikintiyə dayısı Cavabdeh başçılıq etmişdir. O, Qəbələ rayonuna gəlmiş və 8.000 ABŞ dolları məbləğində pulu Cavabdeh vermişdir. Şahid1 şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, o, iddiaçının və cavabdehin qardaşıdır. İddia tam əsassızdır. Çünki iddiaçının obyekt tikməyə pulu olmamışdır. Obyekti qardaşı Cavabdeh öz vəsaiti hesabına tikmişdir. O, iddiaçıya həmişə maddi köməklik etmişdir. Şahid2 şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, iddiaçı baldızı, cavabdeh isə qaynıdır. 2006-ci ildə iddiaçı Qaraçayda tikdiyi obyekt yarımçıq qaldığı üçün evini banka qoyaraq 10.800 manat kredit götürmüşdür. İddiaçı həmin pulu cavabdehə vermək üçün onun evinə gəlmiş, lakin pulun verildiyini g örməmişdir. Qəbələ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(025)313/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.Əliyev) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tələbini təsdiq edəm sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən inşa edilmiş ticarət obyektinin onun vəsaiti hesabına tikilməsi, bununla bağlı cavabdehə 58 000 manat pulun verilməsinə dair nə qanuni, nə də müqavilə üzrə əsasların olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı müxtəlif banklarla bağlanmış kredit müqavilələrini sübut kimi məhkəməyə təqdim etsə də, həmin kredit müqavilələrinin cavabdehə verildiyi iddia edilən 58 000 manatla səbəbli əlaqəsini göstərə bilməmişdir. Qeyd oluna nlara əsasən məhkəmə cavabdehdən 10000 manat məbləğində maddi zərərin alınaraq iddiaçıya verilməsi hissəsində də iddianı əsassız hesab etmişdir. Birinci instansiya məhkəməsi iddiaçının məhkəməyə dəvət etdiyi şahidlərin verdikləri ifadələrə tənqidi yanaşaraq qeyd etmişdir ki, şahidlər iş üzrə maraqlı şəxslər olub onu dəvət etmiş şəxsin mövqeyinə uyğun ifadə vermişlər. Həmçinin, onların ifadələri digər sübutlarla ziddiyyət təşkil etmişdir. İddianın 34800 manat məbləğində əldən çıxmış faydanın cavabdehdən alınaraq iddiaçıya verilməsinə dair hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehə 58 000 manat məbləğində pulun verilməsi sübut olunmadığından iddia tələbi əldən çıxmış fayda hissəsində də təmin edilə bilməz. Məhkəmə həmçinin göstərmişdir ki, iddiaçı cavabdehin qan unsuz əməlləri nəticəsində mənəvi sarsıntı keçirdiyini bildirərək, cavabdehin ona vurduğu mənəvi zərərə görə 10000 manat məbləğində pul tələb etsə də, iddia tələbinin əsaslandığı hallara cavabdehin hansı hərəkətləri (və ya hərəkətsizliyi) və təqsiri ucbatından ona mənəvi zərərin dəyməsinə, mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasına, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsinə dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddia müddətinin ötürülməsi barədə cavabdehin ərizəsinə münasibətdə belə qənaətə gəlmişdir ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulan iddia müddətini ötürməklə cavabdehə qarşı iddia qaldırmışdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcə llə) 14.2, 14.2.7, 21.1, 21.2, 23, 372.1, 372.2, 373.1, 375.1, 375.2, 386.1, 439.4, 449.1, 449.4, 1091.1, 1091.2, 1092.1, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 78.1, 80, 81, 217.4-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx xxx 2002-ci il tarixli, “Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2001-ci il tarixli, “Mülki Məcəllənin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx xxxx 2013-cü il tarixli Qərarlarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” xx xxxx xx 2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-1586/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Eyvazov (sədrlik edən və məruzəçi), Ş.Abasov və T.Məmmədov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, eyni maddi və prosessual hüquq normalarına istinadla hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun gəlir, maddi və prosessual h üquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə sübutetmə vəzifəsi iddiaçının üzərinə düşsə də, o, öz iddia tələbini, yəni cavabdeh tərəfindən subyektiv hüququn və qanunla qorunan obyektiv hüquqlarının (sosial və hüquqi aspektdə) pozulduğuna dair halları sübuta yetirə bilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işi yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi sübutları araşdırmamış, düzg ün qiymət verməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş cavabdeh tərəfindən imzalanmış sənədi sübut kimi qəbul etməmiş, həmin sənəd üzrə məhkəmə-xəttşünaslıq ekspertizası keçirilməsinə dair müvafiq vəsatət qaldırılsa da, həmin vəsatətin təmin olunub-olunmamasına dair hər hansı məhkəmə aktı qəbul edilməmiş, vəsatət müzakirə olunmamışdır. Beləliklə, məhkəmə tərəfindən kobud prosessual pozuntuya yol verilmişdir. Bundan başqa, məhkəmə iddiaçının təqdim etdiyi şahid ifadələrinə tənqidi yanaşmış, lakin cavabdehin təqdim etdiyi şahidin ziddiyyətli ifadəsini qəbul etmiş, beləliklə, qeyriobyektivliyə yol vermişdir. Kassasiya şikayətində, həmçinin qeyd edilir ki, cavabdeh iddia müddətinin tə tbiqi ilə bağlı ərizə verməklə dolayısı ilə iddianı etiraf etmişdir. Məhkəmə isə həmin ərizəni qəbul edərək iddia müddətinin ötürüldüyünü qəbul etsə də, cavabdehə iddiaçı tərəfindən pul verilməsi faktını qəbul etməmişdir. Bundan başqa, məhkəmə mübahisəyə iddia müddətini tətbiq etməklə də səhvə yol vermiş və Mülki Məcəllənin 377.1, 380.1, 380.2-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, iddiaçı üçün hüquqlarının pozulduğunu bildiyi vaxt 2018-ci ilin sentyabr ayına təsadüf edir, çünki məhz həmin vaxt iddiaçı ilə cavabdeh arasında yaranmış münaqişə zəminində cavabdeh barəsində cinayət məsuliyyətindən azad olunma barədə qərar qəbul olunmuş və iddiaçı bir müddət gözlədikdən sonra hazırkı iddia ilə müraciət etmişdir. Beləliklə, məhkəmə iddia müddətinin axımının əvvəlini düzgün müəyyən etməm işdir. Kassasiya şikayətinin hüquqi əsası kimi MPM-nin 217.3, 218.1, 220.4-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz ərizəsində cavabdeh kassasiya şikayətinin əsassız olduğunu, apellyasiya instansiyası məhkəməsi qətnaməsinin qanuni və əsaslı olduğunu qeyd etməklə, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia tələbi uydurma olmaqla iddiaçı tərəfindən varlanmaq niyyəti ilə qaldırılmışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassator və onun vəkili ayrı-ayrılıqda kassasiya şikayətinin əsaslı olduğunu bildirərək, onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxı şına qaytarılması barədə qərar çıxarılmasını xahiş etdilər. Cavabdeh məhkəməyə teleqram ünlanlayaraq işə onun iştirakı olmadan baxılmasını və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiya sı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə yeganə iddiaçı olan kassator apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraiti ndə əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Öhdəliyin əmələ gəlməsinin əsaslarından biri əsassız varlanmadır (maddə 386.1). Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər (maddə 439.4). Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur (maddə 1091.2). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (maddə 1092.1). Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallard a müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir (maddə 1095). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (maddə 1097.1). Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yeri nə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir (maddə 372.1). Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (maddə 372.2). Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir (maddə 375.1). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (maddə 375.2). MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidi r (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğ v olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassator şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olmasını əsaslandırmamışdır. İddia tələbi, həmçinin müddətin keçməsi əsası ilə rədd edildiyi üçün apellyasiya instansiyası məhkəməsi ekspertiza keçirilməsi barədə vəsatətləri rədd etməklə prosessual hüquq normalarının tələblərini pozmamışdır. Nəzərə alınmalıdır ki, MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin g əldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1586/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1166/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1166/2021
22.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver