Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1167/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X1 Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər:prosessual müddətin bərpasından imtina barədə 14.03.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7392/2022 nömrəli, 23 dekabr 2022-ci il tarixli qərardadından Cavabdeh kassasiya şikayəti üzrə işə 14 mart 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7392/2022 nömrəli, 31 oktyabr 2022-ci il tarixli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti prosessual müddətin ötürülməsi əsası ilə qeyri-mümkün hesab edilərək, mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh 16 noyabr 2022-ci il tarixdə həmin qərardaddan kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin 05 dekabr 2022-ci il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır. Qərardad belə əsaslandırılmışdır ki, kassasiya şikayəti verən şəxsin tələbi şikayətdə göstərilməmiş, bununla da Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.1.4-cü maddəsinin tələbi pozulmuşdur. Bundan sonra 13 dekabr 2022-ci il tarixdə cavabdeh yenidən 31 oktyabr 2022-ci il ta rixli qərardaddan kassasiya şikayəti, eyni zamanda buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermişdir. Ərizə belə əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli qərardaddan prosessual müddət daxilində verdiyi ilk kassasiya şikayəti məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Həmin qərardadda qeyd edilmişdir ki, cavabdeh qərardadda göstərilən nöqsanı aradan qaldıraraq yenidən kassasiya şikayəti verərsə, kassasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş müddətə diqqət yetirməli, müddət ötürüldüyü halda ötürülmüş prosessual müddətin bərpası barədə ərizə verməlidir. Hazırda qeyd olunan nöqsan aradan qaldırılmaqla yeni kassasiya şikayəti verildiyindən müddətin buraxılmasının səbəbləri üzrlü hesab edilməlidir. Bakı Apellyasiya Məhkəməsi Mülki ko llegiyasının 23 dekabr 2022-ci il tarixli qərardadı ilə (hakimlər- M.Məmmədov sədrlik edən, məruzəçi, R.Həsənov və V.Baxışova) cavabdehin prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır. Məhkəmə kollegiyası MPM-in 133.1, 405.0.1, 408.1.4-cü maddələrinə istinadla qeyd etmişdir ki, cavabdeh ərizəsində prosessual müddətin buraxılmasının üzrlü səbəbdən baş verdiyini qeyd etsə də, həmin səbəbin nədən ibarət olmasını və məhz üzrlü səbəb olmasını açıqlamamış, cavabdehin vəkili (nümayəndəsi) də məhkəmə iclasında iştirak etsə də, bu məsələyə aydınlıq gətirə bilməmişdir. Beləliklə, qərardaddan kassasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti ötürmüş cavabdeh müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsini sübuta y etirə bilməmişdir. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin 23 dekabr 2022-ci il tarixli qərardadının ləğv edilməsini, mülki işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, qərardaddan ilk dəfə qanunla müəyyən edilmiş müddət ərzində verilmiş kassasiya şikayətinin MPM-in 407.1-ci maddəsinin tələblərinə zidd olması barədə cavabdeh yalnız vəkilin elektron kabinetinə bildiriş daxil olduqda məlumatlı olmuş, bununla bağlı nə cavabdehə, nə də onun nümayəndəsinə rəsmi qaydada məlumat verilməmişdir. Məlumat əldə olunan kimi dərhal kassasiya şikayəti yenidən göndərilmişdir. Əlavə olaraq şikayətin mətnində kassatorun tələbi ifadə edilmiş, qərardadın ləğv edilməsi əsası dəfələrlə qeyd edilmişdir. Digər tərəfdən, kassasiya şikayətinin qaytarılması barədə xx.xx.2022-ci il tarixli qərardadda məhkəmə, cavabdehin nəzərinə çatdırmışdır ki, bu qərardadda göstərilən nöqsanı aradan qaldıraraq yeni kassasiya şikayəti verərsə, bunun üçün qanunda nəzərdə tutulmuş müddətə diqqət yetirməli, müddət ötürüldüyü halda ötürülmüş prosessual müddətin bərpası barədə ərizə verməlidir. Göründüyü kimi, məhkəmə kassasiya şikayətinin formasına dair tələb pozulduqda yenidən kasssasiya qaydasında müraciət edilməsi imkanını nəzərdə tutmuş, lakin xx.xx.2022-ci il tarixli iclasda qərəzli mövqe nümayiş etdirirək, tamamilə əksini bildirmiş, işin faktik i hallarını hərtərəfli araşdırmamış, cavabdehin mülahizələrini dinləməmiş, iş üzrə qərardad qəbul edərkən prosessual qanunvericiliyinin tələblərini pozmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli Qərarı Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin burax ılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 405.0.2. Apellyasiya instansiyası məhkəməsinin qərardadından işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində kassasiya şikayəti verilə bilər. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəf indən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabde hin şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandıma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və cavabdehin kassasiya şikayətinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, prosessual müddətin bərpası barədə əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 23 dekabr 2022-ci il tarixli qərardadı ilə cavabdehin prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsi MPM-in 133.1, 405.0.1, 408.1.4-cü maddələrinə istinadla qeyd etmişdir ki, cavabdeh ərizəsində prosessual müddətin buraxılmasının üzrlü səbəbdən baş verdiyini qeyd etsə də, həmin səbəbin nədən ibarət olmasını və məhz üzrlü səbəb olmasını açıqlamamış, cavabdehin vəkili (nümayəndəsi) də məhkəmə iclasında iştirak etsə də, bu məsələyə aydınlıq gətirə bilməmişdir. Halbuki, MPM-in 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddələrin tələblərini hazırki mübahisəli məsələyə tətbiq edib, cavabdehin prosessual müddətin bərpası barədə ərizəsinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, sözügedən qərardaddan kassasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti ötürmüş cavabdeh müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsini sübuta yetirə bilməmişdir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin prosessual müddətin bərpası barədə ərizəsini rədd edib, kassasiya şikayətini geri qaytarmaqla düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan prosessual normalarının tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq etmişdir. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 23 dekabr 2022-ci il tarixli, 2(103)-7392/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1167/2023
Ali Məhkəmə Qərar — İş №2(102)-1167/2023
14.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver