Məhkəmə qərarları › İş №2(102)-1168/2025

Ali Məhkəmə Qərardad — İş №2(102)-1168/2025

17.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1168/2025 17.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X5 qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlundan və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh X5 qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5828/2024 nömrəli 3 dekabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiy a şikayətinə Ali Məhkəmənin inzibati binasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 hüquqazidd əməli nəticəsində ona vurulmuş 4000 manat məbləğində maddi zərərin, ona məxsus “Hyundai Sonata” markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş 1000 manat məbləğində maddi zərərin, o cümlədən 50000 manat məbləğində mənəvi zərərin əvəzinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli 2(008)-203/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh X1 İddiaçı sağlamlığına vurulmuş maddi zərərə görə 1902,69 mana t məbləğində pul vəsaiti və 39,03 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. (hakim Həqiqət Mahmudova)

3. İddiaçı və cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayətləri vermişlər. Apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5828/2024 nömrəli 3 dekabr 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli 2(008)- 203/2024 nömrəli qətnaməsi mənəvi zərərin ödənilməsi barədə tələbin rədd olunduğu hissədə ləğv edilərək, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılaraq iddianın qismən təmin edilməsi, mənəvi zərərin əvəzi olaraq 1500 manat məbləğində pul vəs aitinin X1 tutularaq İddiaçı ödənilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli 2(008)- 203/2024 nömrəli qətnaməsindən cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmşidir. (hakimlər X2 (sədrlik edən və məruzəçi), Axundova GünayTəyar qızı və X4 ibarət tərkibdə) Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

5. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (103)-5828/2024 nömrəli 03 dekabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələblərinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq

6. Azərbaycan Respublikasının Mülki Prosessual M əcəlləsi

7. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər

8. Maddə 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.

9. Maddə 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətin in qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

10. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.

11. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə.

12. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.

13. Maddə

409. Apellyasiya instansiyası mə hkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

15. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin cavabdeh tərəfindən mübahisələndirildiyi hissədə iddianın qiyməti beş min manatdan azdır. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə maddi zərərə görə 1902,69 manat məbləğində pul vəsaitinin və 39,03 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmiş, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə rayon məhkəməsinin qətnaməsi həmin hissələrdə qüvvədə saxlanılmaqla, mənəvi zərərə görə 1500 manat pulun cavabdehdən tutulması qət edilmişdir. Demək ki, cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində iddianın qiyməti 3499,99 manat (1960,69+39,03+1500=3499,99) təşkil edir.

16. Göründüyü kimi cavabdeh tərəfindən qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsində müəyyən olunmuş məbləğdən (beş min manatdan) azdır.

17. Mülki Prosessual Məcəlləni n 409-cu maddəsinin tələblərinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi iddiaçının MPM-in 402-ci maddəsinin tələblərinə cavab verməyən kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını (şikayət verilmiş qətnamənin MPM-nin 402.1ci maddəsində nəzərdə tutulmuş kassasiya şikayəti verilməsi istisna edilmiş qətnamələr kateqoriyasına aid olub-olmamasını), kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxı lması üçün göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.

19. Qeyd olunanlara əsasən, iddiaçı X6 tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilə bilməz, həmin kassasiya şikayəti əsasında işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar yoxdur. Odur ki, iddiaçının kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, müvafiq prosessualı hərəkətlər edilməsi üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5828/2024 nömrəli 3 dekabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qeyrimümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar