Məhkəmə qərarları › İş №2(102)-1171/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1171/2023

07.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1171/2023 07.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müalicə işi ixtisasına bərpa olunma, icraata xitam) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı müalicə işi ixtisasına bərpa olunması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-8405/2022 nömrəli, 28 dekabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 7 mart 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra-iddiaçı) Cavabdehnə (bundan sonra-cavabdeh) qarşı üniversitetə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndə müalicə işi ixtisasına bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4934/2022 nömrəli iş üzrə 30 noyabr 2022-ci il tarixli qərardadı ilə (hakim Rəşid Səmədov) mülki iş üzrə icraata xitam verilmişdir.

3. Məhkəmə hesab etmişdir ki, göstərilən tələb mülki mühakimə icraatı qaydasında deyil, inzibati icraat qaydasında baxılmalıdır.

4. Həmçinin məhkəmə hesab etmişdir ki, cavabdeh iddiaçı barəsində “müalicə işi” ix tisasına bərpa olunmadan imtina edərkən publik səlahiyyətləri icra etmiş və bununla əlaqədar tərəflər arasında yaranmış mübahisə ümumi məhkəmədə baxıla bilməz.

5. Məhkəmə gəldiyi nəticəni İnzibati Prosessual Məcəllənin 2.1, 2.2.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

6. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv olunmasını xahiş etmişdir.

7. Şikayət onunla əsaslandırılmışdır ki, oxşar işə artıq apellyasiya və Ali Məhkəmədə baxılaraq vahid məhkəmə təcrübəsi formalaşmış və ümumiyyətlə işin halları baxımından hazırkı işlərə ümumi məhkəmələrdə baxılması heç vaxt mübahisələndirilmədəyi halda məhkəmənin hazırkı mövqeyi anlaşılan olmamışdır. Digər tərəfdən isə formalaşmı ş vahid məhkəmə təcrübəsi də ümumi məhkəmədə hazırkı işə baxılmağını müəyyən edir. Məhkəmə gəldiyi movqeyi ona görə tamamilə əsassızdır ki, tərəflər arasında münasibət hansı publik hüquq münasibəti olmamaqla təhsil hüququndan yaranan və tərəflərin bərabərliyi əsasında olan mövcüd mülkü hüquq münasibətləridir. Belə ki, yaranmış mübahisənin xaratkeri baxımından xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Hazırkı iş üzrə cavabdeh orqan isə hansısa inzibati orqan olmamaqla yanaşı, publik hüququ şəxs də deyildir və fəaliyyəti də publik hüquqi şəx slər haqqında qanundan irəli gəlmir. Hansı ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli qərarının 3.2-ci bəndində göstərilən İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Hazırkı iş üzrə də cavabdeh məhz həmin anlamda inzibati orqan deyildir və ümumiyyətlə inzibati hüquq səlahiyyətlərinə malik deyildir. Məhkəmə tərəfindən isə həmin maddənin tələbləri pozulmuş və tam qanunsuz qərardad qəbul edilmişdir.

8. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8405/2022 nömrəli iş üzrə 28 dekabr 2022-ci il tarixli qərardadı ilə (hakimlər – G ünay Axundova (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Məmməd Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

9. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, cavabdeh publik səlahiyyətlərini icra edərək iddiaçını müalicə işi ixtisasına bərpa etməkdən imtina etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

10. İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini, işin aidiyyatı üzrə məhkəmədə baxılması barədə qərar qəbul edilməsni xahiş etmişdir.

11. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eynilik təşkil etmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayə tinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq İnzibati Prosessual Məcəllə

13. Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir.

14. Maddə 2.2.2. İnzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məvburetmə haqqında iddia) baxılır. Mülki Prosessual Məcəllə

15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə

88. Mə hkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya baxışının hədləri

18. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

19. Hazırkı kas sasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının kassasiya şikayətində qeyd etdiyi hallar apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz.

22. Kassasiya şikayətində AR MPM-nin 361.1-ci maddəsi nə səhvən istinad edildiyini qeyd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.

23. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

24. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-8405/2022 nömrəli, 28 dekabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə min

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar