Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1179/2019 11.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-1179/2019 11 fevral 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi ***nun və vəkili X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.10.2018-ci il tarixli, 2(103)10511/2018 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İ ddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə (X10, və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi üçüncü şəxslər olmaqla) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, *** ərazisində yerləşən əmlak kompleksinin qiymətləndirilməsinin etibarsız hesab edilməsi, *** ərazisində yerləşən əmlak kompleksinin özəlləşdirilməsi ilə əlaqədar keçirilən hərracın nəticələrinin ləğv edilməsi, 15.04.2014-cü il tarixli 01 saylı hərrac protokolunun, 15.04.2014-cü il tarixli 2806 saylı müəssisənin alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və bu hərracın nəticələri əsasında X6 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidm əti tərəfindən verilmiş ********** saylı 12.11.2016-cı il tarixli dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim N.Ə.Misirzadə) 13 iyul 2018-ci il tarixli, 2(011)-4363/2018 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.A.Cəmilova, A.Q.Hüseynov və İ.K.Xəlilov) 10.10.2018-ci il tarixli, 2(103)-10511/2018 nömrəli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təminolunmamış, Bakı şəhəri XətaiRayon Məhkəməsinin 13 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və onun vəkili X2 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.10.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA Şİ KAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı və onun vəkili X2 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.10.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, o, artıq 10 ildən çoxdur ki, bu əmlak kompleksinin ərazisində heyvandarlıqla məşğul olduğu üçün bu kompleksin onun xəbəri və iştirakı olmadan özəlləşdirilməsi birbaşa onun hüquqlarına toxunur. Ona görə də onun bu iddianı qaldırmaq üçün yetərincə qədər hüququ vardır. İşin hallarından da görsənir ki, hal-hazırki iş üzrə cavabdeh olan AR ƏMDK öz hakimiyyət səlahiyyətlərindən istifadə edərək bu hərracı qanunamüvafıq qaydada yox, özü istədiyi kimi rəsmiləşdirmiş və ona uyğun da müvafiq əqd bağlamışdır. Mülki işin sənədləri bir daha sübut edir ki, X6 ümumiyyətlə bu hərracdan xəbəri olmamış, onun harada və necə keçirilməsindən məlumatı olmamışdır. Məhkəmə prosesində ona hərracın keçirilmə yeri və qaydası haqqında suallar verilsə də o bunların heç birinə cavab verə bilməmişdir. Bu fakt özü də bir daha təsdiq edir ki, həmin hərrac yalnız kağız üzərində keçirilmişdir. Bundan başqa, məhkəmə qəbul etdiyi qətnamədə özəlləşdirmə prosesində özəlləşdirilən əmlakın həmin əmlakı icarəyə götürmüş şəxsin almaqda üstünlük hüququnun olduğunu göstərmiş və mənim bu amlaka dair hər hansı bir üstün hüququnun olmadığını qeyd etmişdir. Lakin məhkəmə bu əmlakı adına rəsmiləşdirilmiş X6 da bu əmlaka dair ona nisbətən hər hansı üstün hüquqa malik olmadığını nəzərə almamışdır. Bir halda ki, o, 10 ildən çoxdur ki, mübahisə predmeti olan əmlakın yerləşdiyi ərazidən istifadə edir. Yəni, faktiki sahibidir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi *** kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdehin vəkili X4 nümayəndənin dediklərinə uyğun izahat verdi. Digər tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏ R: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 10.10.2018-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayətini təmin etməyib, iş üzrə Bakı şəhəri XətaiRayon Məhkəməsinin 13 iyul 2018-ci il tarixli qətnaməsini dəyişiklik etmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, 15.04.2014-cü il tarixli 01 saylı hərrac protokoluna əsasən ***ndə yerləşən ümumi sahəsi 461,1 kv.m. olan yar dımçı təsərrüfat sahəsi hərraca çıxarılmış, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə X10 arasında bağlanmış 15.04.2014-ci il tarixli 2806 saylı müəssisənin (obyektin) alqı-satqı müqaviləsinə əsasən həmin təsərrüfat sahəsi 15.04.2014-cü il tarixdə keçirilən hərracda satış qiyməti 29702 manat olmaqla X1. Bundan sonra qeyd olunan əmlak kompleksi kimi müəssisə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində xüsusi mülkiyyət hüququ əsasında X6 adına qeydiyyitdan keçmiş və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 12.11.2016-cı il tarixdə çıxarış verilmişdir. Müəssisənin yerləşdiyi torpaq sahəsi isə dövlətə məxsusdur. Şabran Rayon Məhkəməsinin 2(031)-908/2017 saylı 27. 07.2017-ci il tarixli qətnaməsi ilə iddiaçı X7 iddiası qismən təmin edilərək, cavabdeh İddiaçının xeyrinə 10000 manat maddi ziyanın tutulması və onun zəbt etdiyi X9 məxsus 263 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3305/2017 saylı 06.10.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı ***nun Şabran Rayon Məhkəməsinin 2(031)-908/2017 saylı 27.07.2017-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilmiş, Şabran Rayon Məhkəməsinin 2(031)-908/2017 saylı 27.07.2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, yeni qətnamənin qəbul edilməsi, iddianın təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-148/2018 saylı 10.01.2018-ci il tarixli qərarı ilə dəy işdirilmədən saxlanmışdır. Şabran Rayon Məhkəməsinin 2(031)-82/2018 saylı 30.01.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı və onun ailə üzvlərinə X8 məxsus ***ndə yerləşən sahəsi 703 ha torpaq sahəsində heyvan otarmaları, həmin torpağa hər hansı formada müdaxilə etmələri və həmin torpaqdan istifadəsinə hər hansı bir formada maneəçilik göstərmələri qadağan edilmişdir. "Mülkiyyət” qəzetinin surətinə əsasən, qəzetin elanlar bölməsində ***ndə yerləşən ümumi sahəsi 461,1 kv.m. olan yardımçı təsərrüfat sahəsi 15.04.2014-cü il tarixdə saat 11:00-da hərraca çıxarılacağı barədə elan verilmişdir. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 10.08.2000-ci il tarixli 383 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na müvafiq olaraq dövlət əmlakının hərraclar vasitəsilə satışı özəlləşdirilən əmlakın onun barəsində alıcıdan hər hansı bir şərtin yerinə yetirilməsi tələb olunmadan özəlləşdirmədə alıcı kimi tanınan fiziki və hüquqi şəxslərin mülkiyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada pul müqabilində özgəninkiləşdirilməsidir. Bu zaman əmlak üzərində mülkiyyət hüququ hərracın gedişində maksimum qiymət təklif etmiş alıcıya verilir. Satıcının müəyyən etdiyi hallarda tərəfin razılığı ilə özəlləşdirilən dövlət əmlakının dəyəri ödəniş tarixinə Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən alınan rəsmi məlumatlar əs asında bazar dəyəri müəyyən edilən dövlət özəlləşdirmə payları (çekləri) ilə pul ekvivalentinə münasib şəkildə ödənilə bilər. Dövlət əmlakının satışı üzrə keçirilən ilk iki hərracda sifariş verilmədikdə (və ya əmlak satılmadıqda) Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən üçüncü hərracda həmin əmlakın start qiyməti ilkin start qiymətinin 10%-i həcmində, dördüncü hərracda ilkin start qiymətinin 25%-i həcmində, beşinci hərracda ilkin start qiymətinin 50%-i həcmində aşağı salına bilər. Dövlət əmlakının hərraclar vasitəsilə satışı qaydaları Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. İİ Dövlət Proqramı təsdiq edilənədək icarə müqaviləsinə müvafiq olaraq satınalma hüququ ilə icarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi qaydaları İİ Dövlət Proqramı və digər normativ h üquqi aktlarla müəyyən edilir. İcarəyə verilmiş dövlət əmlakının satışı tərəflər arasında bağlanmış icarə müqavilələrinin şərtlərindən (satınalma hüququndan, icarə müddətindən və s.) asılı olaraq müxtəlif üsullarla həyata keçirilir. İcarə müəssisəsinin struktur bölməsinin ayrıca özəlləşdirilməsi haqqında qərar həmin bölmənin ayrıca fəaliyyət göstərməsi, onun texnoloji cəhətdən müəssisə ilə bağlılığı, ərazi baxımından ayrılmasının mümkünlüyü və s. bu kimi amilləri nəzərə almaqla Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qəbul edilir. Bu qərar qəbul edildikdə icarəyə götürülmüş əmlak 100% dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçilər icarəyə götürdükləri əmlakı almaqdan imtina etdikdə həmin əmlak İİ Dövlət Proqramında nəzərdə tutulmuş qaydada özəlləşdirilir. Özəlləşdirilməsi qadağan olu nan dövlət əmlakı istisna olmaqla, icarə müqavilələrinə əsasən icarəyə verilmiş digər dövlət əmlakı (tikili, qurğu, avadanlıq və s.) onun icarəyə verən müəssisə və ya təşkilatla bağlılığı, ərazi baxımından ayrılmasının mümkünlüyü və s. bu kimi amillər nəzərə alınmaqla Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aşağıdakı qaydada özəlləşdirilir: icarəyə verilmiş əmlak 100% dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçi icarəyə götürdüyü əmlakı almağa razılıq verdikdə, onunla alqı-satqı müqaviləsi bağlanır və o, 30 gün ərzində əmlakın dəyərini ödəyir; icarəçi icarəyə götürdüyü əmlakı almaqdan imtina etdikdə və ya həmin təklifi aldığı andan 30 gün ərzində əmlakın dəyərini ödəmədikdə, həmin əmlak İİ Dövlət Proqramının 4.4-cü bölməsində nəzərdə tutulan qaydada hərraca çıxarılır və ya müəssisə ilə birlikdə özəlləşdirilir (4.4, 4.6.1, 4.6.4 və 4.6.5-ci bəndlər). Bundan başqa qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu il ə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkə mə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Baxılan iş üzrə iddiaçı belə bir iddia qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olduğunu təsdiq etmək üçün ilk növbədə mübahisəli əmlaka hər hansı hüququnu təsdiq edən sübutlar təqdim etməli idi. Bu baxımdan iddiaçı mübahisəli əmlak barəsində keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsinə dair iddia tələbini irəli sürməklə bağlı müvafiq subyektiv hüquqa malik şəxs kimi qəbul edilə bilməz. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin kassatora aid hissədə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahi sənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatora aid hissədə ləğvi üçün qanuni əsas deyildir. Belə ki, kollegiya kassasiya şikayətinin dəlilləri baxımından apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının istinad etdiyi sahədən buna dair hər hansı qanuni əsaslar olmadan istifadə etməsi onun subyektiv hüququnun yuxarıda istinad edilən bütün elementlərinə malik olması kimi qiymətləndirilə bilməz. Digər tərəfdən onun icra hakimiyyəti orqanına həmin sahənin icarəsinə verilməsinə dair müraciətlərinin olması da hazırda subyektiv hüququnun olması na dəlalət etmir. Belə ki, həmin sahənin onun icarəsinə verilməsindən imtina onun Torpaq Məcəlləsinin 69-cu maddəsinə əsasən məhkəmədə bu imtinanın qanunsuzluğuna dair iddia qaldırmaq hüququnun yaranmasına əsas olmuşdur ki, bu huquqdan da iddiaçı istifadə etməmişdir. Belə ki, Torpaq Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən hüquqi və fiziki şəxslərə torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarından məhkəmə qaydasında şikayət vermək olar. Ərizələrə baxılmasının müəyyən edilmiş müddətlərinin gecikdirilməsi torpaq sahəsinin verilməsindən imtina edilməsi kimi qiymətləndirilir. Həmin Məcəllənin 69-cu maddəsinin 2-ci bəndinə əsasən məhkəmə işə baxarkən torpaq sahəsinin verilməsindən imtina edilməsinin qanuni və ya qanun suz olduğu barədə qərar qəbul edə bilər. Axırıncı halda məhkəmənin qərarı torpaq sahəsi üzərində hüquqların rəsmiləşdirilməsi üçün əsasdır və qanunvericiliklə müəyyən edilmiş qaydada yerinə yetirilməlidir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.10.2018-ci il tarixli, 2(103)-10511/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sə drlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin Sənan Hacıyev hakimi
Məhkəmə qərarları › İş №2(102)-1179/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1179/2019
11.02.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver