Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1183/2019 26.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 26 fevral 2019-cu il İŞ № 2(102)-1183/2019 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh2 vəkili X3 oğlunun iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 oktyabr 2018-ci il tarixli, 2(103)-5867/2018 saylı qətnaməsindən Cavabdeh2 və vəkili X3 oğlunun kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Xəzər rayon məhkəməsinin 08 fevral 2 018-ci il tarixli, 2(003)346/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Z.Ə.Axundova) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “sağlamlığının bərpası üçün müayinə və müalicə xərclərinə görə 7.500 manat, avtomobilə dəymiş maddi ziyana görə 22.372 manat, mənəvi ziyana görə 50.000 manat, cəmi 79.872 manat pul tələbinə dair” iddiası qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada maddi zərərə görə 22.372 manat, mənəvi zərərə görə 3.000 manat, cəmi 25.372 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət olunmuşdur. Tərəflər ayrı-ayrılıqda qətnamədən apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 oktyabr 2018-ci il tarixli, 2(103)-5867/2018 saylı qətnaməsi ilə (hakimlər V.Ə.Baxışova sədrlik edən, məruzəçi, V.T.Həsənov və N.Ş.Cəfərov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Xəzər rayon məhkəməsinin 08 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia ərizəsi qismən təmin olunmuş, cavabdehlərdən müştərək qaydada avtomobilə vurulmuş maddi zərərə görə 16.887 manat, müalicə xərcinə görə 2.100 manat, mənəvi zərərə görə 1.000 manat, cəmi 19.987 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət olunmuşdur. Cavabdeh2 və vəkili xxx qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehlərə qarşı “sağlamlığının bərpası üçün müayinə və müalicə xərclərinə görə 7.500 manat, avtomobilə dəymiş maddi ziyana görə 22.372 manat, mənəvi ziyana görə 50.000 manat, cəmi 79.872 manat pul tələbinə dair” iddia qaldırmışdır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlmiş və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh2 vəkili xxx kassa siya şikayətində göstərilənlərə uyğun olaraq izahat vermişdir. İddiaçı məhkəmə iclasında iştirak etsə də, vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləməmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPMnin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, Cavabdeh2 vəkili xxxun izahatını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəm əsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddia ərizəsinin qismən təmin edilməsi barədə yeni qətnamə çıxararkən, cavabdehlərin təqsiri üzündən iddiaçıya maddi, mənəvi ziyan dəyməsinə, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya dəymiş maddi, mənəvi zərərin məbləğinin düzgün müəyyə n edilməməsinə istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1097.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, iddiaçı 09 mart 2017-ci il tar ixdə “7070” nömrəsinə, yəni “Relax ayıq sürücü xidməti”nə zəng vuraraq sürücü xidmətindən istifadə etmək istədiyini bildirmiş, sifarişə əsasən Cavabdeh1 ona yaxınlaşaraq “Relax ayıq sürücü xidməti”nin sürücüsü kimi özünü təqdim etmiş və iddiaçıya məxsus “X4” markalı, **LE-*** dövlət qediyyat nişanlı avtomobili onun razılığı idarə edərək 14 manat müqabilində gedəcəyi ünvana çatdırmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh1 anidən baş verən qıcolma səbəbindən o, idarəetməni itirərək yol-nəqliyyat hadisəsi törətmiş və nəticəsində iddiaçının sağlamlığına (sağ bazu sümüyünün sınığı kimi bədən xəsarəti almışdır), o cümlədən ona məxsus nəqliyyat vasitəsinə ziyan vurmuşdur. Bundan sonra Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin “cinayət işinin icraatına xitam verilməsi haqq ında” 22 sentyabr 2017- ci il tarixli qərarı ilə nəqliyyat vasitəsini idarə etmiş Cavabdeh1 və “Relax *7070*” ayıq sürücü adı ilə fəaliyyət göstərən təşkilatın sahibi fərdi sahibkar Cavabdeh2 əməlində cinayət tərkibi olmadığı üçün işin icraatına xitam verilmişdir. Eləcə də işə əlavə edilmiş fərdi sahibkar İmran Abdullayevin 13 mart 2017-ci il tarixli baxış aktı ilə müəyyən olunur ki, iddiaçıya məxsus “X4” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin və onun aradan qaldırılması üçün görüləcək işlərin dəyəri 22.372 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 avqust 2018-ci il tarixli rəyi ilə isə müəyyən olunur ki, sözügedən ziyan aktına əsasən iddiaçıya məxsus avtomobilin təmir-bərpa xərcləri avtomobilin ehtiyat hi ssələrinin köhnəlmə faizi nəzərə alınmaqla təxminən 16.887 manat müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları tədqiq edib, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, avtomobilə baxış aktında avtomobilin ehtiyat hissələrinin köhnəlmə faizi nəzərə alınmadığı üçün, ekspertin rəyi əsas tutulmaqla cavabdehlərdən iddiaçının xeyrinə nəqliyyat vasitəsinə vurulmuş maddi ziyana görə tutulmalı olan məbləğ 16.887 manat müəyyən edilməlidir. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda qeyd etmişdir ki, iddiaçı səhhətinə və avtomobilinə vurulmuş maddi, mənəvi zərəri hər iki cavabdehdən müştərək qaydada tələb etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1 -ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.3-cü maddəyə əsasən, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquq a zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddi hüquq normalarının tələ blərini hazırkı mülki mübahisəyə tətbiq edib, işin faktiki hallarını nəzərə alıb, Cavabdeh1 istintaq orqanına verdiyi ifadəsini, vəkilinin məhkəmədə verdiyi izahatını əsas tutub müəyyən etmişdir ki, Cavabdeh1 həqiqətən epilepsiya xəstəliyi olmuşdur və sonuncuda belə bir xəstəlik olduğu halda, o iddiaçıya “ayıq sürücü” xidməti göstərmək üçün təklif edilmişdir. Bu səbəbdən də cavabdehlər iddiaçının əmlakına və sağlamlığına zurulmuş maddi, mənəvi zərərə görə müştərək mülki hüquqi məsuliyyət daşıyırlar. “Relax *7070*” ayıq sürücü xidmətinin sahibi Cavabdeh2 kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətində Cavabdeh1lə aralarında əmək müqaviləsi olmadığına görə xidmətin işçisi sayılmadığını və buna görə də vurduğu maddi, mənəvi ziyana görə bilavasitə onun özünün mülki hüquqi məs uliyyət daşıdığını göstərsə də, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq onun bu dəlilini əsassız hesab etmişdir. Belə ki, Mülki Məcəllənin 1099.2-ci maddəsinə görə, işçi yalnız əmək müqaviləsi əsasında deyil, eyni zamanda mülki hüquq müqaviləsi üzrə də iş görən fiziki şəxslər hesab olunur, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Tərəflərin izahatlarından görünür ki, Cavabdeh1lə “Relax *7070*” ayıq sürücü xidməti arasında əldə edilmiş razılaşmaya əsasən xidmət tərəfindən göstərilməli olan xidmətin haqqı razılaşdırıldıqdan sonra müştərilər barədə Cavabdeh1 məlumat verilməli, xidmət haqqının müəyyən faizi “Relax *7070*” ayıq sürücü xidmətin ə çatmalı idi. Göründüyü kimi, Cavabdeh1lə “Relax *7070*” ayıq sürücü xidməti arasında mülki müqavilə münasibəti olmuş və Cavabdeh1 “Relax *7070*” ayıq sürücü xidmətinin tapşırığı və nəzarəti altında fəaliyyət göstərmişdir. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, işçisinin vurduğu ziyana görə mülki məsuliyyət eyni zamanda fərdi sahibkar Cavabdeh2 üzərinə düşür. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb, işə əlavə edilmiş sübutları araşdırıb müəyyən etmişdir ki, işdə, iddiaçının sağlamlığının bərpası üçün zəruri olan prosedurlara 2.100 manat xərc çəkdiyini təsdiq edən Azərbaycan Fizioterapiya Assosiasiyasının 25 dekabr 2017-ci il tarixli arayışı olduğu halda, bir inci instansiya məhkəməsi həmin sübuta hüquqi qiymət vermədən, iddiaçının müalicəsinə xərc çəkməsinin hər hansı sübutla təsdiq edilmədiyini göstərib iddianı bu hissədə düzgün olmayaraq rədd etmişdir. Ona görə də apellyasiya instansiyası məhkəməsi bu hissədə düzgün olaraq qeyd etmişdir ki, müalicə olunması ilə bağlı iddiaçının 2.100 manat xərc çəkdiyi barədə işdə sübut olduğundan müalicə xərclərinin tutulması barədə tələb həmin hissədə təmin edilməli, qalan hissədə əsassız hesab edilərək rədd edilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarının 10-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hall arından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Apellyasiya instansiyası məhkəməsi işin hallarını və iddiaçıya ziyan dəyməsinə səbəb olmuş hadisənin baş vermə səbəblərini nəzərə alıb cavabdehlərdən Azərbaycan Respublikası Mülki Məcəllə sinin 23-cü maddəsinə əsasən iddiaçıya vurulmuş mənəvi ziyana görə 1.000 manat kompensasiya tutulmasını ədalətli və ağlabatan hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd edilənlərə əsasən hesab etmişdir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia ərizəsi qismən təmin olunmalı və cavabdehlərdən müştərək qaydada nəqliyyat vasitəsinə vurulmuş zərərə görə 16.887 manat, müailcə xərclərinə görə 2.100 manat, mənəvi zərərə görə 1.000 manat olmaqla, cəmi 19.987 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli və qalan hissədə iddia ərizəsi rədd olunmalıdır. Cavabdeh2 kassasiya şikayətində iddiaçıya vurulmuş maddi, mənəvi ziyana görə mülki hüquqi məsuliyyət daşımadığını, yol-nəqliyyat hadisəsindən əvvəl sahibkarlıq fəaliyyətini dayandırdığını, Cavabdeh1lə aralarında əmək və ya xidmət müqavilələrinin bağlanmadığını, avtomobilə dəymiş ziyanın məbləği ilə razı olmadığını, iddiaçının avtomobili sürücülük hüququ olduğuna görə könüllü olaraq Cavabdeh1 verdiyini və sair göstərsə də, apellyasiya instansiyası məhkəməsinin hansı maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, işin hansı faktiki halları üzrə səhv nəticəyə gəlməsini kassasiya şikayətində əsaslandırmamış və etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Əksinə, işdə iştirak edən şəxslərin özl ərinin izahatları və digər sübutlarla təsdiq olunur ki, cavabdehlər iddiaçıya qarşı zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əmələ yol vermişlər və onlar iddiaçı qarşısında müştərək mülki hüquqi məsuliyyət daşıyırlar. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh2 və vəkili X3 oğlunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 oktyabr 2018-ci il tarixli, 2(103)-5867/2018 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edi ldiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Əhməd Əhmədov
Məhkəmə qərarları › İş №2(102)-1183/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1183/2019
26.02.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver