Məhkəmə qərarları › İş №2(102)-1183/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1183/2022

15.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1183/2022 15.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmlakın boşaldılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1719/2021 nömrəli iş üzrə 29 sentyabr 2021-ci il tarixli qətnaməsindən X tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 15 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəb ul etdi. İşin halları

1. İş materiallarından görünür ki "xxxx" MMC-nin İddiaçı ASC-yə olan borcu ilə əlaqədar qanuni qüvvəyə minmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 avqust 2014cü il tarixli, 2(011)-2142/2014 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsi üzrə cavabdeh X1 mülkiyyətində olan xxx küçəsində 0.06 ha torpaq sahəsində yerləşən birmərtəbəli, üçotaqlı, 77 kv.m yaşayış, 43.9 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evi ilkin satış qiyməti 100000 manat müəyyən edilməklə hərraca çıxarılmış, lakin hərrac baş tutmamışdır. Hərrac baş tutmadığından ipoteka predmeti olan həmin fərdi yaşayış evi tələbkar İddiaçı ASC-yə təklif edilmişdir. İddiaçı ASC də alıcı qismində iştirak etmiş və “Daşınar və Daşınmaz Əmlakların Satışı X4” MMC tərəfindən 16 yanvar 2015-ci il tarixdə ke çirilmiş hərracın nəticələri haqqında 05/02 nömrəli yekun protokola əsasən X1 mülkiyyətində olan və ilkin satış qiyməti 100000 manat müəyyən edilmiş xxx küçəsində 0.06 ha torpaq sahəsində yerləşən birmərtəbəli, üçotaqlı, 77 kv.m yaşayış, 43.9 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evi 63750 manata İddiaçı ASCyə satılmışdır. Hal-hazırda həmin fərdi yaşayış evi İddiaçı ASCnin adınadır. Bununla bağlı İddiaçı ASC-nin adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən 07 sentyabr 2016- cı il tarixli, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X və Cavabdeh2 xxx küçəsində 0.06 ha torpaq sahəsində yerləşən birmərtəbəli, üçotaqlı, 77 kv.m yaşayış, 43.9 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evindən məcburi çıxarılmaları, onların istifadə hüquqlarına xitam verilməsi, yaşayış sahəsinin boşaldılması və 20 (iyirmi) manat dövlət rüsumunun cavabdehlərdən alınaraq "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə "xxxx" MMC arasında 25 iyul 2012-ci il tarixli, 101344-1-3147 saylı Baş kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən "xxxx" MMC-yə 36 ay müddətinə illik 12.5 faiz hesablanmaqla 1.500.000 AZN və ya ABŞ dollarında ekvivalenti məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 tam mülkiyyət hüququ ilə məxsus olan xxx küçəsində mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 77 kv.m yaşayış, 43.9 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evi 101344-1-1275 saylı 09 avqust 2011-ci il tarixli ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Lakin borclu şəxs öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində onun Banka 101344-1-3147/1 saylı, 25 iyul 2012-ci il tarixli müqavilə üzrə ümumilikdə 1395013.72 AZN məbləğində borcu qalmışdır. Bank tərəfindən kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsinə, tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 avqust 2014-cü il tarixli, 2(011)-2142/2014 saylı qətnaməsi ilə cavabdehdən 101344-1-3147/1 saylı, 25 iyul 2012-ci il tarixli müqavilə üzrə ümumilikdə isə 1 461 043.89 (bir milyon dörd yüz altmış bir min qırx üç manat səksən doqquz qəpik) AZN məbləğində pulun tutulması və qeyd olunan ipoteka predmetinin ilkin satış qiyməti 100 000 (yüz min manat) AZN müəyyən edilməklə xxx küçəsində mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 77 kv.m yaşayış, 43.9 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evinə yönəldilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 08.05.2015-ci il tarixli 2(103)-532/2015 saylı qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 avqust 2014-cü il tarixli, 2(011)-2142/2014 say lı qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 sentyabr 2015-ci il tarixli, 2(102)-4302/2015 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 08 may 2014-cü il tarixli, 2(103)-532/2015 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bank qarşısında ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka tutma yönəldilməsinə dair qətnamə qanuni qüvvəsini almış, icraya yönəldilmiş, həmin əmlak barəsində məcburi icra hərəkətləri həyata keçirilmiş və satılması üçün açıq hərraca çıxarılmışdır. «Daşınar və Daşınmaz Əmlakların Satışı X4» MMC tərəfindən verilmiş 14 mart 2016-cı il tarixli, 23/05 saylı hərracın nəticələri haqqında protokola əsasən ipoteka predmeti olan fərdi yaşayış evini Bank VTB (Azərbaycan) əldə etmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX ******* saylı çıxarışa əsasən mənzil üzərində Bank VTB (Azərbaycan) ASCnin mülkiyyət hüquqları tanınmışdır. Lakin cavabdehlər həmin fərdi yaşayış evini könüllü olaraq boşaltmır.

4. Məhkəmədə işə baxılarkən Cavabdeh2 12 fevral 2020-ci il tarixdə vəfat etdiyi müəyyən edildiyindən Şəki Rayon Məhkəməsinin 8 iyun 2021-ci il tarixli, e-2(075)-15/2021 nömrəli qərardadı ilə (hakim Pərviz Hacıyev) İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, X və Cavabdeh2 qarşı «əmlakın boşaldılması» tələbinə dair iddia ərizəsinə Cavabdeh2 münasibətdə xitаm verilmişdir.

5. Şəki Rayon Məhkəməsinin 8 iyun 2021-ci il tarixli, 2(075)-15/2021 nömrəli qətnaməsi ilə (hakim Pərviz Hacıyev) iddia qismən təmin olunmuş, Cavabdeh1 və X xxx küçəsində 0.06 ha torpaq s ahəsində yerləşən birmərtəbəli, üçotaqlı, 77 kv.m yaşayış, 43.9 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaqla onların istifadə hüquqlarına xitam verilməsi və yaşayış sahəsinin boşaldılması, 10 (on) manat dövlət rüsumunun Cavabdeh1 və X alınaraq İddiaçı ASC-nin xeyrinə tutulması, iddia tələbinin Cavabdeh2 münasibətdə xitam verilməsinə dair Şəki Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qərardadının nəzərə alınması, Şəki Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qərardadı ilə artıq ödənilmiş 10 (on) manat dövlət rüsumunun dövlət büdcəsindən İddiaçı ASC-yə qaytarılmasının qərara alınmasının nəzərə alınması qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı ASC mübahisəli fərdi yaşayış ev inin mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Lakin cavabdehlər Cavabdeh1 və X İddiaçı ASC-yə məxsus fərdi yaşayış evini könüllü olaraq boşaltmamaqla iddiaçının mülkiyyətində olan öz əmlakından istifadə etməsi ilə bağlı müəyyən çətinliklər yaradır. Cavabdehlər məlum olmayan səbəblərdən həmin fərdi yaşayış evindən çıxmaqdan yayınırlar. Nəticədə isə iddiaçının qanunvericiliklə müəyyən edilmiş hüquqları pozulur.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Qətnamədən Cavabdeh3 Niyazi qızı apellyasiya şikayəti vermişdir.

9. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasını n 2(107)-1719/2021 nömrəli iş üzrə 29 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və A.Mahmudov) X tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Şəki Rayon Məhkəməsinin 8 iyun 2021-ci il tarixli, 2(075)-15/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

11. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutl arı məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

12. X kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

15. MPM-in 407.2-ci maddəsinə əsas ən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

16. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

17. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

18. Hazırkı kassasiya şikayətində iş üzrə X apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

19. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququ və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. (maddə 152.1)

20. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəki ldə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. (maddə 152.5) Mülki Prossesual Məcəllə

21. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

22. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

23. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdu r. (maddə 88)

24. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

25. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

26. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsin in mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

29. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmam alı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: X tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1719/2021 nömrəli iş üzrə 29 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar