Məhkəmə qərarları › İş №2(102)-1185/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1185/2020

20.02.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1185/2020 20.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Vəliyeva Elşanə Rafiq qızı, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, cavabdeh X4, digər Cavabdeh3 və onun vəkili Vəkil1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-****/2019 nömrəli qətnaməsindən cavabdehlər X7 və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin (hakim V.Həsənov) xx.xx.2018-ci il tarixli, 2(008)****/2018 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair ilk iddiasının qismən təmin edilməsi, cavabdehlər Cavabdeh3 və X3 müştərək qaydada X13 Rover markalı ***** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın əvəzi olaraq 50400 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı verilməsi, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və X5 qarşı “pul” tələbinə dair qarşılıqlı iddiasının qismən təmin edilməsi, Cavabdeh3 və X3 müştərək qaydada Cavabdeh1 “X14” markalı, ** **** *** dövlət qeydiyyat nişanlı avtomobilə dair alqı-satqıda ödədiyi 70000 ABŞ dollarının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla alı naraq Cavabdeh1 verilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 50 manatın Cavabdeh3 və X3 müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Şirinov, T.Səmədov, E.Kazımov) xx.xx.2019-cu il tarixli, 2(103)-****/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması, cavabdehlər Cavabdeh3 və X7 tərəfindən verilmiş apellyasiya şikayətlərinin qismən təmin olunması, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)-****/2019 nömrəli qətnaməsinin qarşılıqlı iddia üzrə dəyişdirilməsi, cavabdehlər Cavabdeh3 və X3 müştərək qaydada Cavabdeh1 “X14” markalı, ** **** *** dövlət qeydiyyat nişanlı avtomobilə dair alqı-sat qı zamanı ödənilmiş vəsaitin müqabilində 50200 manat pul vəsaitinin alınaraq Cavabdeh1 verilməsi, ekspertiza tədqiqatının aparılması üçün 150 manat pul vəsaitinin cavabdehlər Cavabdeh3 və X3 alınaraq “xxxx” MMC-nin hesabına ödənilməsi, qətnamənin qalan hissədə onların apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdehlər X7 və Cavabdeh3 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “delikt nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2017-ci il tarixdə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə ona məxsus olan ** **** *** dövlə t nişanlı X13 ROVER MİNİK (buraxılış ili 2011, rəngi gümüşü metal, ban ****************) nəqliyyat vasitəsinə vurulmuş ümumi 115975 manat məbləğində maddi ziyanın, cavabdehlər tərəfindən deliktin törədilməsi nəticəsində iddiaçıya vurulmuş 50000 manat məbləğində mənəvi ziyanın və iddia ərizəsinin məhkəməyə verilməsi üçün köçürülmüş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən-Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X6 cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilib, cavabdeh İddiaçı “X13 Rover” markalı, ** **** *** dövlət qeydiyyat nişanlı avtomobilə dair alqı-satqıda ödədiyi 70000 ABŞ d ollarının alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı X6 qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilib, cavabdehlər İddiaçı və X3 “X13 Rover” markalı, ** **** *** dövlət qeydiyyat nişanlı avtomobilə dair alqı-satqıda ödədiyi 70000 ABŞ dollarının alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ilk İddiaçı ilkin iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə ona məxsus olan ** **** *** dövlət nişanlı X13 ROVER MİNİK (buraxılış ili 2011, rəngi gümüşü metal, ban *********) nəqliyyat vasitəsinə vurulmuş ümumi 115975 manat məbləğində maddi ziyanın, cav abdehlər tərəfindən deliktin törədilməsi nəticəsində iddiaçıya vurulmuş 50000 manat məbləğində mənəvi ziyanın cavabdehlərdən-Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X3 müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh X7 və vəkili Vəkil3 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2017-ci il tarixli rəyinə əsaslanmış, apellyasiya şikayətinin dəlillərinə digər hissələrdə qiymət verməmiş, V1 hansı əsasla “X13 Rover” markalı, ** **** *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın əvəzi olaraq 50400 manat İddiaçı və “X13 Rover” mar kalı, ** **** *** dövlət qeydiyyat nişanlı avtomobilə dair alqı-satqı zamanı ödənilmiş vəsaitin müqabilində 50200 manat pul vəsaitinin Cavabdeh1 ödənilməli olmasını göstərməmişdir. cavabdeh V1 iddiaları qəbul etməyərək İsmayıl adlı şəxsin avtosalonunda işçi olmasını, mübahisəli avtomobilin ona İsmayıl tərəfindən satılmaq üçün etibarnamə ilə verilməsini, sonradan avtomobilin kimə satılmasından xəbəri olmamasını göstərmiş, iddiaçılar V1a qarşı etibarnamədən başqa heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, cavabdeh də həmin etibarnamənin onun adına verilməsinə ətraflı izah verərək, etibarnamənin yalnız avtomobil salonunun sahibinin tapşırığına əsasən ona verilməsini bildirmişdir. V1 tərəfindən İddiaçı nə bilavasitə, nə də dolayı yolla zərər vurulması öz təsdiqini tapmamış, İddiaçı Təbri zə qarşı dəymiş zərəri tələb etmək hüququ yaranmamışdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(011)-****/2015 saylı qətnaməsi ilə də “X13 Rover” markalı, ** **** *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh2 və Cavabdeh1 sahibliyindən alınaraq İddiaçı geri qaytarılması qət edilmişdir. Yəni həmin qətnamə ilə İddiaçı yalnız Cavabdeh2 və Cavabdeh1 tərəfindən maddi zərər vurulması müəyyən edildiyindən İddiaçı yalnız onlara qarşı maddi zərər tələb etmək hüququ yaranmışdır. Qeyd edilən qətnamənin təsviri əsaslandırıcı hissəsində göstərilmişdir ki, Cavabdeh1 məhkəmə iclasında iştirak etmədiyindən, mübahisəli avtomobilə dair bağlanmış nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsində isə iddiaçının adından müqavilə kim tərəfnidən imzalanmasının, o cümlədən Cavabdeh1 70 000 ABŞ dollarını kimə ödəməsini müəyyən etmək mümkün olmadığından mübahisəli avtomobilə görə ödənilmiş məbləğinin qaytarılması məsələsi həll edilmədən saxlanılaraq Cavabdeh1 iddia tələbi irəli sürmək hüququ izah edilmişdir. Göründüyü kimi, Cavabdeh1 münasibətdə onun 70000 ABŞ dollarını kimə ödəməsini müəyyən etmək üçün onunla bağlanmış alqı-satqı müqaviləsinin kim tərəfnidən imzalanmasının müəyyən edilməsi zərurəti yaranmışdır. Lakin heç bir instansiya məhkəməsi mübahisəli avtomobilə dair bağlanmış nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsində İddiaçı adından müqavilənin kim tərəfindən imzalanmasını müəyyən etmədən Cavabdeh1 tərəfindən ödənilən məbləğin də V1dan tələb edilməsi əsassızdır. Bundan əlavə, V1 məhkəmə baxışı iclasında həmin avtomobilin saxta sənədlər əsasında başqa şəxsin adı na keçirilməsi, Banka girov qoyularaq kreditin götürülməsi barədə Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırma aparılmasını bildirsə də, bu araşdırmanın nəticələri, həmin iş üzrə təqsirli şəxslərin müəyyən edilib-edilməməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir. Qeyd edilənlərdən görünür ki, apellyasiya instansiyası məhkəməsi porsessual hüquq normalarının pozulması və maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Ona görə də onlar Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-****/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edlməsini xahiş etmişlər. Cavabdeh3 və vəkili Vəkil1 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Cav abdeh3 apellyasiya baxışı zamanı bildirmişdir ki, o, 2013-cü ildə qeyd edilən avtomobili Mərdəkanda yaşayan E1 adlı şəxsdən avtomobilini və əlavə olaraq 7000 ABŞ dolları ödəməklə almış, onların D1 satdıqları avtomobil bankda ipoteka predmeti olduğuna görə Fuad onlardan bankın ödəniş cədvəlini tələb etmiş, onlar əvvəlcə D1 aylıq ödənişin 920 ABŞ dolları olmasını bildirmişlər. Ödəniş cədvəli D1 təqdim edildikdən sonra məlum olmuşdur ki, avtomobilin banka aylıq ödənişi 1200-1300 ABŞ dolları təşkil edir. Bundan sonra D1 avtomobili onlara qaytararaq pulunu və barter yolu ilə onlara verdiyi avtomobilini geri tələb etsə də, onlar D1 onlara verdiyi avtomobili artıq satdıqlarını bildirərək maşını geri qaytarmasını istəmişlər. D1 satılmış olan də “X13 Rover” markalı avtomobillə bağlı D1 verilən etib arnamə 4-5 gün onun adında hüquqi qüvvədə olmuş, bundan sonra həmin avtomobilin kimə və kim tərəfindən satılması D1 məlum deyildir. Həmin avtomobillə bağlı istər DTXda, istərsə də Baş prokuror yanında korrupsiyaya qarşı mübarizə idarəsində D1 çağırılaraq dindirilmiş, hər iki dövlət orqanında məçlum olmuşdur ki, həmin avtomobillə bağlı yaranmış problemin D1 aidiyyəti yoxdur. Bakı Apellyasiya Məhkəməsində o da məlum olmuşdur ki, həmin avtomobil tamamilə yararsız vəziyyətdə Cavabdeh1 tərəfnidən İddiaçı qaytarılmışdır. Fuad ümumiyyətlə Niyazi adlı şəxsi tanımır və onun üzün də görməmişdir. Prokurorluq orqanlarında və DTX-da Fuaddan izahat alınarkən bu fakt öz əksini tapmışdır. Ümumiyyətlə Fuadın tanımadığı şəxsə hansı səbəbdən məhkəmə qərarı ilə pul ödəməli olması həqiqətdən tamamilə uzaqdır. Ona görə də onlar Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edlməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin cavabdeh X4 vəkili Vəkil3, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan onların iştrakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 və vəkili Vəkil1 vermiş olduqları kassasiya şikayətini müdaf iə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. İddiaçı və cavabdeh X7 məhkəmə iclasında vəkilsiz iştirak etdikləri üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə uyğun olaraq onların izahatları dinlənilmədi Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsin i yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə Cavabdeh3 və V1dan müştərək qaydada X13 Rover markalı ** **** *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın əvəzi olaraq 50400 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı verilməsi hissəsində qətnamə qanuni və əsaslıdır. Apellyasiya kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən ilkin iddia tələbi maddi ziyana münasibətdə qismən təmi n edildiyi üçün bu mənəvi ziyanın kompensasiyası kimi qiymətləndirilə bilər, ona görə də qətnamə həmin hissədə əsaslıdır. Apellyasiya kollegiyası hesab etmişdir ki, qətnamə qarşılıqlı iddiaya aid hissədə dəyişdirilməlidir. Belə ki, apellyasiya kollegiyası qeyd etmişdir ki, Cavabdeh1 həmin avtomobilin alğı-satqısına görə 70000 ABŞ dolları ödəməsi sübut olunmuş olsa belə, onun həmin avtomobildən dörd ilə yaxın müddət ərzində fasiləsiz olaraq yararlanması, yəni avtomobili istifadə etməsi faktı nəzərə alınsa, cavabdehlərdən həmin məbləğin tutulması əsaslı ola bilməz. Bununla bağlı, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərardadı ilə qiymətləndirmə ekspertizası təyin edilmişdir. “xxxx” MMC-nin xx xxxx 2019-cu il tarixli rəyinə əsasən 2011-ci il buraxılı şlı X13 Rover markalı ** **** *** dövlət qeydiyyat nişanlı avtomobilin 2016-cı il dekabr tarixə hesablanmış bazar dəyəri 50200 manat təşkil edir. Apellyasiya kollegiyası qeyd etmişdir ki, həmin avtomobilin Cavabdeh1 İddiaçı etibarnaməsi əsasında V1 və Cavabdeh3 tərəfindən satılması və İddiaçı Cavabdeh1 ümumiyyətlə tanımaması müəyyən edilmişdir. Bu səbəbdən qətnamə qarşılıqlı iddiaya aid hissədə dəyişdirilməli, cavabdehlər V1 və Cavabdeh3 müştərək qaydada "X13 Rover" markalı, ** **** *** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısı zamanı ödənilmiş vəsaitin müqabilində 50200 (əlli min iki yüz) manat pul vəsaiti alınaraq Cavabdeh1 verilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya kollegiyası apellyasiya kollegiyasının mövqeyi ilə razılaşmayaraq bildirir ki, ape llyasiya kollegiyası iddia tələbləri ilə bağlı ətraflı araşdırma aparmamış, xx.xx.2018-ci il tarixdə müvafiq hüquq-mühfizə orqanalarına ünvanlandığı sorğuların (səh 228-232, İ cild) cavabı olaraq əldə etdiyi sübutların müqayisəli tədqiqatını həyata keçirməmiş və qəbul etdiyi qətnamədə həmin sübutlara istinad etməmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(011)****/2015 saylı qətnaməsindən də görünür ki, İddiaçı məxsus “X13 Rover” markalı, ** **** *** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” ASC qarşısında ipoteka ilə yüklü olmuş, saxta sənəd tərtib edilərək həmin avtomobil girovdan azad edilmiş kimi X2 adına rəsmiləşdirilmiş, o da öz növbəsində həmin avtomobillə bağlı Cavabdeh2 etibarnamə vermişdir. Avtomobil saxta sənəd əsasında İddiaç ı adından qeydiyyatdan çıxarıldığından məhkəmə həmin avtomobillə bağlı alqı-satqı müqaviləsini etibarsız hesab etmiş və avtomobilin Cavabdeh2 və Cavabdeh1 sahibliyindən alınaraq İddiaçı geri qaytarılmasını qət etmişdir. İş materiallarından həmçinin görünür ki, qeyd edilən avtomobil icra məmurunun tərtib etdiyi aktla tələbkar İddiaçı yararsız vəziyyətdə təhvil verilmişdir. Cavabdeh1 avtomobilin onun tərəfindən satın alınarkən olduğu vəziyyətdə təhvil verildiyini göstərsə də, iş materiallarına əlavə edilmiş İnzibati xəta haqqında protokoldan və avtomobilin bununla bağlı fotoşəkilində olan tarixdən görünür ki, avtomobil təhvil verilməzdən qısa müddət əvvə idarə edilməklə inziabti xəta törədilmişdir. Apellyasiya kollegiyası qeyd etmişdir ki, həmin avtomobilin Cavabdeh1 İddiaçı etibarnaməsi əsa sında V1 və Cavabdeh3 tərəfindən satılması və İddiaçı Cavabdeh1 ümumiyyətlə tanımaması müəyyən edilmişdir. Lakin kassasiya yoxlaması zamanı iş materialları tədqiq edilərkən müəyyən edilir ki, Cavabdeh1 qarşılıqlı iddia tələbinin həcminmin artırılması barədə ərizədə (səh 93, İ cild) avtomobili X1 almasını göstərmişdir. Bundan əlavə iş materiallarından və sorğu nəticəsində əldə edilmiş materiallardan görünür ki, İddiaçı mərhum əri Elşən Bayramov 2013-cü ilin may ayında ilkin olaraq adı çəkilən avtomobillə bağlı Cavabdeh3 etibarnamə vermiş, daha sonra 2013-cü ilin 15 may tarixində Cavabdeh3 vasitəsilə Təbriz İlyasova etibarnamə vermişdir. Bundan sonra avtomobilin Cavabdeh1 mülkiyyətinə verilməsinə qədərki proseslərlərdə Təbriz İlyasov ilə bağlı Orxan adlı iki nəfər və Ələkbər adlı bir nəfər ş əxsin iştirak etməsi görünür. Apelyasiya kollegiyası isə həmin hallarla bağlı əldə etdiyi sübutları, avtomobilin ipotekadan azad edilməsi barədə saxta sənədin tərtib edilmə tarixinə qədərki və həmin tarixdən sonrakı prosesləri araşdırmamış, istintaq materiallarından əldə etdiyi sübutlar üzrə adı keçən Orxan adlı iki nəfər şəxsi və Ələkbər adlı şəxsi məhkəmə prosesinə cəlb edib dindirməmiş, məhkəmə araşdırmasını tam həyata keçirməmiş və obyektiv həqiqətə tam nail olmamışdır. Azərbaycan Respublikasının MPM-nə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi vasitəsi kimi qəbul olunur. İnsan Hüquqları üzrə Avropa Məh kəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Kassasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən e dilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin i ddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq, kassasiya kollegiyası hesab edir ki, kassasiya şikayətləri qismən təmin edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası nın xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər X7 və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)***/2019 nömrəli qətnaməsi ləğv edilsin və mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar