Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1185/2024 07.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 cavabdeh İddiaçınə qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: fiziki şəxsin şərəf, ləyaqət və işgüzar nüfuzunun müdafiəsi ilə bağlı mübahisələr, məlumatın təkzib edilməsi, mənəvi zərər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “işgüzar nüfuzun müdafiəsi ilkin iddia, mənəvi zərərin ödə nilməsi”, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 cavabdeh İddiaçınə qarşı “məlumatın təkzib edilməsi” nə dair qarşılıqlı iddia tələbi üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7154/2023 nömrəli mülki iş üzrə 29 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 7 may 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı MTK tərəfindən ünvan 1 ünvanında yerləşən "xxxx" yaşayış binası inşa edilmişdir. Həmin binanın sahə mülkiyyətçiləri tərəfindən “ünvan 4ştərək Cəmiyyəti təsis edilmişdir. 2. "xxxx" MMMC-nin üzvləri olaraq ünvan 2 ünvanında yerləşən "xxxx" yaşayış binasının sakinlərinə MMMC tərəfindən tərtib edilmiş müraciətləri zərf içərisində yerləşdirməklə təq dim etmiş və həmin müraciətin 6-cı bəndində İddiaçı MTK barəsində qeyd edilən “binamızın ümumi əmlakı sayılan mansard hissəsini qeyri-qanuni satdıqları üçün şikayətimiz əsasında prokurorluqda cinayət işi başladılıb...” kimi məlumatları yaymışlar. 3. "xxxx" MMMC-nin 115 nəfər sahə mülkiyyətçiləri tərəfindən İddiaçı MTK-nın sədri Rauf Əsədullayevə ünvanlanmış kollektiv müraciətin surətindən görünür ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ədliyyə sahəsində xidmətlər Baş İdarəsi tərəfindən verilmiş Qeyri-kommersiya qurumlarının dövlət reyestrindən çıxarışa əsasən 1123- MM100284 dövlət qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə "xxxx" MMMC dövlət qeydiyyatına alınmışdır. Həmin Çıxarışda MMMC-nin qanuni təmsilçisi vətəndaş X5 qeyd edilmişdir. Tam məsuliyyətlə bildirmək istəyirlər ki, əvvəla MMMC-nin təsis edilməsi ilə bağlı keçirilməsi nəzərdə tutulan sahə mülkiyyətçilərinin ümumi yığıncağı faktiki olaraq keçirilməmişdir. Belə ki, yığıncaq keçirilmədən X5 3 aya yaxın müddətdə qapı-qapı gəzələk formal olaraq imza toplamaqla məşğul olmuşdur. Bildirirlər ki, MMMC-nin təsis edilməsi zamanı MMMC-nin qanuni təmsilçisi X1 onların heç bir razılığı olmamışdır. Onlar yalnız MMMC-nin yaradılmasına razılıqları bildirmişlər, lakin X4 MMMC-nin sədri seçilməsinə onların razılıqları olmamış, ümumiyyətlə ümumi yığıncağın gündəliyində həmin şəxsin sədr seçilməsi ilə bağlı heç bir məlumatları olmamışdır. Bu barədə məlumatı reyestrdən çıxarışda aşkar etmişlər. Məlumat olaraq qeyd etmək istəyirlər ki, "xxxx" MMMC-yə X2 məsələsini məhkəmə qaydasında mübahisələndirmək istiqamətində tərəflə rindən qanuni tədbirlərə başlanılmışdır. Bununla əlaqədar olaraq yaşayış binasının "xxxx" MMMC-yə idarə edilməsi üçün təhvil verilməsinə qətiyyətlə etiraz edirlər və mübahisə öz həllini tapana qədər yaşayış binasının "xxxx" MMMC-yə təhvil verilməsini təxirə salınması və yaşayış binasına kommunal xidmətlərin göstərilməsini davam etdirilməsi israrla xahiş etmişlər. 4. "xxxx" MMMC-nin İdarə Heyətinin sədri Rəşad Əhmədov tərəfindən İddiaçı MTKnın sədri Rauf Əsədullayevə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 001/23 nömrəli məktubun surətindən görünür ki, İddiaçı MTK tərəfindən Bakı şəhəri, Səbail rayonu, T.Məmmədov 3,5 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının sahə mülkiyyətçiləri binanın idarə edilməsi üsulunu seçərək, daşınmaz əmlak kompleksini birgə idarə etmək, onun ümumi əmlakın ın istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə “ünvan 4ştərək cəmiyyətini təsis etmiş və həmin cəmiyyət xx.xx.2023-cü il tarixdə qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmışdır. Nəzərinə çatdırırlar ki, xx.xx.2023-cü il tarixdən etibarən yuxarıda qeyd edilən ünvanda yerləşən çoxmənzilli binanın idarə edilməsinin “ünvan 4ştərək cəmiyyəti tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Qeyd edilənləri nəzərə alaraq ilkin mərhələdə daşınmaz əmlak kompleksinə və texniki qurğulara aid sənədlərin “ünvan 4ştərək cəmiyyətinə təqdim edilməsini və müvafiq təhvil-təslim prosesinin başlanılması ilə bağlı tədbirlərin görülməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MTK-nın işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması nəticəsində vurulmuş 50000 (əlli min) manat məbləğində zərərin, 270 (iki yüz yetmiş) manat məbləğində vəkil xərcinin, həmçinin 240 (iki yüz qırx) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən yaşayış binası inşa etmişdir. Həmin binanın sahə mülkiyyətçiləri tərəfindən “ünvan 4ştərək Cəmiyyəti təsis edilmişdir. Hazırkı cavabdehlər qeyd edilən MMMC-nin idarə heyətinin üzvləri olaraq ünvan 1 ünvanında yerləşən yaşayış binasının blo klarının giriş hissələrində, eləcə də mənzillərin giriş qapılarında elan yerləşdirmiş və elanda yalan olduğunu bilə-bilə MTK-nın işgüzar nüfuzunu ləkələyən məlumat yaymışlar. Belə ki, həmin elanın 6-cı bəndində MTK barəsində qeyd etmişlər ki, binamızın ümumi əmlakı sayılan mansard hissəsini qeyri-qanuni satdıqları üçün şikayətimiz əsasında prokurorluqda cinayət işi başladılıb. İddiaçı Bakı şəhəri Səbail rayon prokuroru Natiq Əsədova xx.xx.2023-cü il tarixli, 028/23 nömrəli sorğu ilə müraciət edərək, İddiaçı MTK-ya qarşı hər hansı cinayət işinin başlanılıb-başlanılmaması barədə məlumatın verilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon prokurorunun müavini Ədalət Aslanovun xx.xx.2023-cü il tarixli, 04/23-25 nömrəli məktubu ilə bildirilmişdir ki, İddiaçı MTK-ya qarşı rayon prokurorluğund a cinayət işinin istintaqı və ya material üzrə araşdırılma aparılmamışdır. Göründüyü kimi, cavabdehlərin MTK barəsində yaydıqları məlumatlar həqiqətə uyğun deyildir. Cavabdehlər bu yalan məlumatı yaymaqla cəmiyyət, yaxud ayrı-ayrı qruplar və ya şəxslər arasında MTK barəsində mənfi rəy yaratmışlar. İddiaçının işgüzar nüfuzunun qorunması, onun cəmiyyətdə müsbət imic formalaşdırmasına, tərəfdaşların etibarını qazanmasına və ya gəlirlərinin artmasına xidmət edir. İddiaçı hesab edir ki, işgüzar nüfuz hər bir təşkilatın əmtəə nişanı, patent kimi qeyri-maddi aktividir və onu qorumaq istənilən təşkilatın əsas qayğılarından biridir. Qeyd edilənlərə rəğmən MTK-nın işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması nəticəsində vurulmuş zərəri 50.000 manat məbləğində qiymətləndirərək iddia tələbinin tə min olunmasını xahiş edir. Bundan əlavə, iddiaçı məhkəmədə mülki hüquqların müdafiə edilməsi və pozulması hüququnu bərpa etmək üçün vəkilin göstərdiyi yardıma görə 270 manat xərc çəkmişdir və hesab edir ki, qeyd edilən xərcin, eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi də cavabdehlərdən müştərək qaydada tutulmalıdır.
7. Sonradan iddiaçı iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması nəticəsində 50.000 manat məbləğində vurulmuş zərərin, eləcə də 270 manat vəkil xərcinin və 240 manat dövlət rüsumunun əvəzinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq onun xeyrinə ödənilməsi, həmçinin ünvan 1 ünvanında yerləşən "xxxx" yaşayış binasının bütün bloklarının giriş hissələrində, eləcə də bütün m ənzillərin giriş qapılarında elan yerləşdirərək mübahisənin əsası olan məlumatın təkzib edilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ayrı-ayrılıqda İddiaçı MTKya qarşı “məlumatların təkzib olunması və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və tələblərini belə əsaslandırmışlar ki, “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarına əsasən qeyd edilən rayonların ərazisində abadlıq-quruculuq işlərinin davam etdi rilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzilməişət şəraitinin yaxşılaşdırılması qərara alınmışdır. Bu qərara əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Tofiq Məmmədov küçəsində yerləşən qəzalı vəziyyətdə bina sökülərək onun yerində İddiaçı tərəfindən çoxmənzilli yaşayış binası inşa edilmiş və 2019- cu ildə istismara verilmişdir. Binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxunun mülkiyyət hüququnun xeyli müddət əvvəl mənziltikinti kooperativinin üzvlərinə keçməsinə baxmayaraq, MTK mənzil qanunvericiliyinin tələblərini kobud şəkildə pozaraq özünü ləğv etməmiş və MMMC-yə çevrilməmişdir. Hətta barəsində binada mövcud olaraq yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxunun mülkiyyət hüququ mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay müddətində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilməməsinə və ya qəbul edilmiş həmin qərarla bağlı hüquqi şəxslərin qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlərin görülməməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 393-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş vəzifəli şəxslər iki min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimənin tətbiq edilmə riski belə MTK-nı mənzil qanunvericiliyinin tələblərinə riayət etməsinə məcbur edə bilməmişdir. Sözügedən binanı ida rə edən MTK-nın idarəetmə ilə bağlı lazımi keyfiyyətlərə malik olmaması, binanın problemlərinə biganəliyi, sakinlərin iradlarına laqeyd yanaşılması, sakinlərlə kobud rəftar edilməsi, fəaliyyətinin şəffaflığının olmaması və sair bu kimi neqativ məqamlar öz nəticəsini tez bir zamanda göstərmiş, binada mövcud olan problemlər öz həllini tapmaq əvəzinə, daha da dərinləşmiş və nəticədə sakinlərin böyük bir hissəsinin haqlı narazılığına səbəb olmuşdur. Binada olan vəziyyət mənzil mülkiyyətçilərinin ümumi maraqlarına zidd olduğundan çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında mənzil qanunvericiliyi ilə müəyyən edilmiş hüquqlarından istifadə edilməklə Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin təsis edilməsi barədə qərar qəbul edilmiş və bunun nəticəsi olaraq 11 may 2023-cü il tarixdə "xxxx" MMMC qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır. Dövlət qeydiyyatına alındıqdan sonra "xxxx" MMMC İddiaçı MTK-ya məktubla müraciət edərək 01 iyun 2023-cü il tarixədək təhvil-təslim prosesinə başladılmasını xahiş etsə də, bu müraciət cavabsız qalmış, keçirilmiş görüşlər zamanı isə MTK-nın sədri idarəçiliyi MMMC-yə təhvil vermək niyyətində olmadığını bildirmişdir. Mənzil mülkiyyətçiləri tərəfindən MMMC-nin təsis edilməsindən sonra MTK MMMC-nin üzvlərinə, xüsusən də cəmiyyətin sədrinə və onun kimi aktiv iştirakçılarına qarşı faktiki olaraq müharibə elan etmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq binanı idarə etməli olan MMMC-nin elan lövhəsinə vurulan elanları çox operativ şəkildə qopardılır (ehtimal edirlər ki, MTK-nın nümayəndələri tə rəfindən qopardılır). MMMC-nin İdarə Heyətinin üzvlərinə qarşı qarayaxma kompaniyası aparılır, onların iş yerlərinə müxtəlif şikayətlər yazılır, sakinlərdən fərqli-fərqli adla imza toplamaqla həmin imzalardan cəmiyyətə qarşı şikayətlərdə istifadə edilir və cəmiyyətin fəaliyyət göstərməsinə mümkün olan bütün vasitələrlə maneə olurlar. MTK-nın ona və cəmiyyətin digər aktiv üzvlərinə qarşı verdiyi “işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi də onlara qarşı aparılan böhtan kampaniyasının tərkib hissəsidir. Aydın məsələdir ki, MTK-nın məqsədi MMMC-nin aktiv iştirakçılarına problemlər yaratmaqla onları məsələlərdən kənarlaşdırmaq, istənilən yolla binanın idarəçiliyini özlərində saxlamaqdır. Mənzil mülkiyyətçilər i ilə MTK arasında olan problemlər mətbuatda da geniş işıqlandırılmışdır. 20 iyun 2023-cü il tarixli, 042/23 nömrəli iddia ərizəsində iddia tələbinin əsası kimi təqdim edilən elanındakı “binamızın ümumi əmlakı sayılan mansard hissəsini qeyri-qanuni satdıqları üçün şikayətimiz əsasında prokurorluqda cinayət işi başladılıb” ifadəsi ilə bağlı MTK X5, Cavabdeh1, Cavabdeh3 Söhrab oğlu, Həşimov Emil, Cavabdeh2, X6 və Tutayuk Fuadın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə xüsusi icraat qaydasında şikayət vermişdir. Səbail Rayon Məhkəməsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.6, 302.1.7 və 302.2.3-cü maddələrini, həmçinin MTK-nın xüsusi ittiham qaydasında şi kayətinin geri qaytarılması barədə ərizəsini nəzərə alaraq xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsi və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi üçün heç bir qanuni əsasın olmamasını qeyd edərək xüsusi ittiham qaydasında şikayət və ona əlavə olunmuş sənədlərin İddiaçı Mənzil Tikinti Kooperativə geri qaytarılması barədə 06 iyun 2023-cü il tarixli, 1(009)-226/2023 nömrəli qərar qəbul etmişdir. MTK-nın xüsusi ittiham qaydasında şikayətinin geri qaytarılması barədə ərizəsi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.8-ci maddəsinin tələblərinə uyğun olaraq şikayəti vermiş şəxsin şikayətindən imtina etməsi və təqsirləndirilən şəxslə barışması anlamına gəlir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(009) -226/2023 nömrəli qərarı preyudisial əhəmiyyətə malikdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İşgüzar nüfuz – şəxsin (fiziki və ya hüquqi) təsərrüfat fəaliyyəti ilə bağlı qabiliyyətinə, digər işgüzar keyfiyyətlərinə cəmiyyət (kollektiv, təşkilatlar) tərəfindən verilən qiymətdir. İşgüzar nüfuzun müdafiəsi təşkilatın cəmiyyətdə müsbət imic formalaşdırmasına, tərəfdaşların etibarını qazanmasına və ya gəlirlərinin artmasına xidmət edir. İşgüzar nüfuz təşkilatın əmtəə nişanı, patent kimi qeyri- maddi aktividir və onu qorumaq istənilən təşkilatın əsas qayğılarından biridir. Göründüyü kimi mənzil-tikinti kooperativləri biznes qurumumları kimi nəzərdən keçirilməməli, onlar üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi həyata keçirib, həmin binanı qısa müddətdə idarə edib ləğv edilməlidir. Mənzil qanunvericiliyinin tələblərinə əməl etməyən MTK-lara münasibətdə "xxxx" anlayışının tətbiq edilməsi düzgün deyil və MTK-nın hazırki mövcudluğu belə qanunsuz olduğundan onun hər hansı işgüzar nüfuzundan söhbət gedə bilməz. MTK tərəfindən onların Azərbaycan Respublikasının CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələri barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə xüsusi icraat qaydasında verdiyi əsassız şikayət, MTK tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, surəti isə Bakı şəhər Baş Polis İdarəsinə, Bakı şəhər Səbail rayon Polis İdarəsinə, Səbail rayon Polis İdarəsinin 41-ci Polis bölməsinə ünvanladığı əsassız, şər və böhtanlarla dolu 07 iyun 2023-cü il tarixli, 036/23 nömrəli şikayət ərizəsi (ərizədə MTK onu və cəmiyyətin digər aktiv üzvlərini dəstə adlandırır, onları ictimai asayışın pozan və normal həyat fəaliyyətinə təhlükə yaradan şəxslər kimi qələmə verir, sakinlərin rahatçılığını pozmaqda, sakinləri piket və mitinq keçirməyə çağıraraq onları ayağa qaldırmağa və xırda xuliqanlıq etməyə sövq etməkdə ittiham edir) onların şərəf və ləyaqətləri ləkələyən yalan məlumatlardır. MTK-nın qanunazidd davranışları nəticəsində onlar mənəvi sarsıntı, iztirab və qorxu hissi yaşamış və bu sarsıntılar hazırda d a onların normal həyat və iş fəaliyyətinə mənfi təsir göstərməkdədir. Şəxsin öz mənzil hüquqlarını bilməsi və bu hüquqların həyata keçirilməsini tələb etməsi MTK tərəfindən onlara neqativ damğanın vurulması üçün əsas deyil. Onların istədikləri yalnız və yalnız MTK tərəfindən qanunvericiliyin, xüsusən də mənzil qanunvericiliyinin tələblərinə əməl edilməsinə nail olmaqdır. Odur ki, MTK-nın qeyriqanuni hərəkətləri nəticəsində onlara dəymiş mənəvi zərəri ayrı-ayrılıqda 3000 manat həcmində qiymətləndirlər. Göstərilənləri nəzərə alaraq onlar ayrı-ayrılıqda İddiaçı MTK tərəfindən onların şərəf, ləyaqəti və ya işgüzar nüfuzunu ləkələyən məlumatların təkzib olunması və bu məlumatların yayılması nəticəsində onlara vurulmuş mənəvi ziyanın kompensasiyası olaraq 3000 manat məbləğində vəsaitin və ödənil miş 50 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq hər-birinə ayrı-ayrılıqda ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər.
9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(009)-1674/2023 nömrəli iş üzrə 28 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ş.Abdullayev) ilkin iddia tələbi qismən təmin edilərək, “ünvan 4ştərək Cəmiyyətinin üzvləri olaraq ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən "xxxx" yaşayış binasının sakinlərinə zərf içərisində təqdim etdikləri elanın 6-cı bəndində İddiaçı MTK barəsində göstərilənlər həqiqətə uyğun olmayan, işgüzar nüfuzu ləkələyən məlumat hesab edilməsi, ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 üzərilərinə ünvan 1 ünvanında yerləşən "xxxx" yaşayış binasının sakinlərinə zərf içərisində təqdim etdikləri elanın 6-cı bəndində İddiaçı MTK barəsində “binamızın ümumi əmlakı sayılan mansard hissəsini qeyri-qanuni satdıqları üçün şikayətimiz əsasında prokurorluqda cinayət işi başladılıb...” kimi məlumatla əlaqədar qətnamə qanuni qüvvəsini aldıqdan sonra bir ay müddətində təkzib verilməsi vəzifəsi həvalə edilənəsi, təkzib həmin məlumatın yayıldığı formada, yəni zərfə yerləşdirilməklə «Təkzib» başlığı altında «"xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti olaraq İddiaçı MTK barədə cinayət işinin başlanması barədə bundan əvvəl yerləşdirdiyimiz məlumatları təkzib edirik» kimi tərtib edilərək "xxxx" yaşayış binasının sakinlərinə təqdim edilməsi, ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavab deh2 müştərək qaydada işgüzar nüfuzunu ləkələyən məlumatın yayılması ilə bağlı vurulmuş mənəvi ziyanın əvəzi kimi İddiaçı MTK-nın xeyrinə 3000 (üç min) manat məbləğində pulun tutulması, ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı MTK-nın xeyrinə hüquqi xidmət üçün ödədiyi 270 (iki yüz yetmiş) manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat, cəmi 370 (üç yüz yetmiş) manat məbləğində pul tutulması qət edilmiş, ilkin iddia tələbi qalan hissədə təmin edilməmiş, qarşılıqlı iddia tələbləri isə rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə iclasında "xxxx" yaşayış binasının sakinlərinə ilkin iddia üzrə cavabdehlər tərəfindən paylanılan zərflər içərisində olan məlumatda İddiaçı MTK bar əsində qeyd olunan məlumatda- “binamızın ümumi əmlakı sayılan mansard hissəsini qeyri-qanuni satdıqları üçün şikayətimiz əsasında prokurorluqda cinayət işi başladılıb...” ifadəsinin həqiqətə uyğun olmaması, iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumat kimi qiymətləndirilməli olması müəyyən edildiyindən, ilkin iddia həmin məlumatın təkzib olunması hissəsində əsaslı hesab edilməlidir. Belə ki, şərəf və ləyaqətin müdafiəsi ilə əlaqədar iddialar üzrə sübutemə vəzifəsi cavabdehlərin üzərinə düşdüyündən, cavabdehlər tərəfindən isə müraciətdə yayılan məlumatların həqiqiliyi ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, həmin məlumatlar yayılarkən heç bir konkret və sübut edilmiş fakta istinad edilmədiyindən, əksinə məhkəməyə iddiaçı tərəfindən belə məlumatın mövcudluğunu təkzib edən sübutlar təqdim edildiyindən, həmin məlumat iddiaçının işgüzar nüfuzuna xələl gətirən məlumat kimi qiymətləndirilməlidir. İddiaçı tələbində «Təkzib» başlığı altında "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti olaraq İddiaçı MTK barədə cinayət işinin başlanması barədə bundan əvvəl yerləşdirdiyimiz məlumatları təkzib edirik» kimi məlumatın binanın blokların giriş hissəsində, eləcə də bütün mənzillərin giriş qapılarında yerləşdirilməsini xahiş etsə də, məhkəmə iclasında həmin məlumatın zərfə yerləşdirərək bina sakinlərinə şəxsən təqdim olunması qaydasında yayılması müəyyən edildiyindən, təkzib barədə tərtib ediləcək məlumat da həmin qaydada, yəni zərfə qoyularaq sakinlərə təqdim edilməlidir. İşgüzar nüfuzunu ləkələyən məlumatların yayılması nəticəsində mənəvi ziyanın əvəzi kimi 5 0.000 manat məbləğində pulun cavabdehlərdən tutulması hissəsi üzrə isə tələb qismən təmin edilməlidir. Belə ki, ilkin iddia üzrə cavabdehlər tərəfindən ilkin iddia üzrə iddiaçı barəsində həqiqətə uyğun olmayan məlumatları yaymaqla onun işgüzar nüfuzuna zərər yetirmişdir. İddiaçı tikinti şirkəti kimi Bakı şəhərində yüksək mərtəbəli binaların tikintisini həyata keçirib onun satışı ilə məşğul olduğundan, belə məlumatların yayılması iddiaçının fəaliyyətində alıcılar tərəfindən həmin MTK-ya etibar və güvən etimadının itirilməsinə səbəb ola bilər. Lakin ilkin iddia üzrə iddiaçının mənəvi zərərə görə ilkin iddia üzrə cavabdehlərdən müştərək qaydada tələb etdiyi 50.000 manat ağlabatan deyildir və buna görə də ilkin iddia üzrə cavabdehlərdən müştərək qaydada mənəvi zərərə görə 3000 (üç min) manat m əbləğində pulun alınaraq ilkin iddia üzrə iddiaçıya verilməsi ədalətli və ağlabatandır.
11. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələblərinə münasibətdə qeyd etmişdir ki, qarşılıqlı iddialar üzrə cavabdehin qarşılıqlı iddialar üzrə iddiaçılar barəsində hüquq mühafizə orqanına ünvanlandığı ərizələr, onların şərəf və ləyaqətini ləkələyən məlumatlar kimi qiymətləndirilə bilməz. Şərəf və ləyaqətə toxunan məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması, şəxsin şərəf və ləyaqətini ləkələyən məlumatlar kimi qiymətləndirilmir və belə məlumatlar yalnız kütləvi informasiya vasitələrində yayıldıqda mülki məsuliyyət yarada bilər.
12. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1ci maddəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» xx.xx.1999-cu il tarixli, 7 nömrəli, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» xx.xx.2008-ci il tarixli, 7 nömrəli, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi” haqqında xx.xx.2014-cü il tarixli, 3 nömrəli qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, qə tnamənin ləğv edilməsi, iddianın rədd olunması qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
14. Şikayətlər ayrı-ayrılıqda onunla əsaslandırılmışdır ki, məhkəmə prosesi zamanı məhkəmənin gəldiyi nəticəni təsdiq edən hər-hansı bir sübut təqdim edilməmiş, tərəflərin təqdim etdikləri sübutlar hakim tərəfindən düzgün qiymətləndirilməmiş, iş üçün əhəmiyyətli olan hallar müəyyənləşdirilməmişdir. Belə ki, hakim qətnaməsində tərəflərin məhkəmə prosesində təqdim etdiyi sübutları sadəcə sadalamış, onları qiymətləndirməmiş, onların tərəflərin iddia tələblərində qeyd etdiyi hansı halları müəyyən etdiklərini göstərməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.6, 302.1.7 və 302.2.3-cü maddələrinə və MTK-nın xüsusati ittiham qaydasında vermiş olduğu ərizəsini geri qaytarması barədə ərizəsini nəzərə alaraq xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul etmişdir. Məhkəmənin həmin qərarı barədə MTK apellyasiya şikayəti ilə müraciət etməmiş və qərar qanuni güvəyə minmişdir. MTK həmin iş üzrə də məhkəməyə xüsusi-ittiham qaydasında müraciət etdikdə ancaq hal-hazırki iş üzrə təqdim etdiyi həmin mətn olan məktubu təqdim etmişdir. Məhkəmə haqlı olaraq həm həmin mətn ilə əlaqədar olaraq MTK-nın şikayətinin əsassız olmasını və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyini və digər xüsusatları da nəzərə alaraq qərar qəbul etmişdir. Qeyd edilən qərarla da məhkəmə xüsusi ittiham qaydasında şikayət olunan şəxsləri n həmin şikayət ərizəsində istinad olunan əməlin törədilməsinə aidiyyəti olmamalarını təsdiq etmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi 28 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə MPM-nin 82.4-cü maddəsinin tələblərini də kobud surətdə pozmuşdur.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-7154/2023 nömrəli iş üzrə 29 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – A.İsgəndərov (sədrlik edən və məruzəçi), V.Sadıqov və M.Rüstəmli) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 işgüzar nüfuzu ləkələyən məlumatın yayılması ilə bağlı vurulmuş mənəvi zərərin əvəzi kimi İddiaçı MTK-nın xeyrinə müştərək q aydada 3000 (üç min) manat məbləğində pulun tutulması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia rədd edilmiş, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qətnamənin “ünvan 4ştərək Cəmiyyətinin üzvləri olaraq ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən "xxxx" yaşayış binasının sakinlərinə zərf içərisində təqdim etdikləri elanın 6-cı bəndində İddiaçı MTK barəsində göstərilənlər həqiqətə uyğun olmayan məlumat, işgüzar nüfuzu ləkələyən məlumat hesab edilsin” hissəsini əsaslı hesab edir və belə nəticəyə gəlir ki, həmin hissə üzrə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, "xxxx" yaşayış binasının sakinlərinə ilkin iddia üzrə cava bdehlər tərəfindən “binamızın ümumi əmlakı sayılan mansard hissəsini qeyriqanuni satdıqları üçün şikayətimiz əsasında prokurorluqda cinayət işi başladılıb...” cümləsi qeyd olunmuş zərflərin paylanılması işin mübahisəsiz halıdır və iş materialları ilə təsdiq olunur.
17. Kollegiya həmçinin qeyd etmişdir ki, Bakı şəhəri Səbail rayon prokurorluğu tərəfindən İddiaçı MTK-nın sədri Rauf Əsədullayevə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, İddiaçı MTK-yə qarşı rayon prokurorluğunda cinayət işinin istintaqı və ya material üzrə araşdırma aparılmamışdır. Göründüyü kimi qeyd olunan məlumatın həqiqəti əks etdirməməsi həmin məktubla sübut olunur. Qeyd olunan məlumatın həqiqətə uyğun olmaması, iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumat olduğu üçün birinci instansiya məhk əməsi qeyd olunan məlumatı həqiqətə uyğun olmayan və işgüzar nüfuzu ləkələyən məlumat hesab edərək, həmin məlumatın təkzib olunması hissəsində ilkin iddia tələbini təmin edərək, həmçinin təkzib barədə tərtib ediləcək məlumatın yayıldığı qaydada, yəni zərfə qoyularaq sakinlərə təqdim edilməsi vəzifəsini cavabdehlərin üzərinə qoyaraq düzgün nəticəyə gəlmişdir. İş üzrə cavabdehlərin sakinlərə payladıqları elanlar, yaxud onların mətni “ünvan 4ştərək Cəmiyyətinin ümumi yığıncağında qəbul edilməmiş və tərtib olunmamışdır. Hər halda, cavabdehlər tərəfindən işə baxan məhkəməyə bununla bağlı hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bir sıra sakinlər, o cümlədən hazırkı iş üzrə cavabdehlər elanı özləri tərtib etmiş və bina sakinlərinə paylayaraq yaymışlar.
18. Azərbaycan Respublikası Ali Məhkəmə si Plenumunun qeyd olunan qərarındakı hüquqi mövqeyə əsaslanaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, qətnamə ilkin iddia tələbinin “mənəvi zərərin tutulmasının qismən təmin edilməsi” hissəsində maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından ləğv edilməli və həmin hissədə yeni qətnamə çıxarılmaqla tələb rədd edilməlidir. İddiaçının tələbi əslində mənəvi zərərin deyil, Mülki Məcəllənin 21 və 1097.1-ci maddələrinə müvafiq olaraq maddi zərərin ödənilməsindən ibarət olmuş, məhkəmə MPM-in 218.3-cü maddəsinin tələbinə zidd olaraq bu zərəri mahiyyətcə mənəvi zərər kimi qiymətləndirmiş və iddiaçı bununla razılaşaraq qətnaməni apellyasiya qaydasında mübahisələndirməmişdir.
19. Qarşılıqlı iddia tələblərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, qarşılıqlı iddi alar üzrə iddiaçılar məhkəmədən cavabdehin onlar barəsində hüquq mühafizə orqanlarına ünvanlandığı ərizələri onların şərəf və ləyaqətini ləkələyən məlumatlar hesab edilməsini xahiş etmiş, lakin nəzərə almamışlar ki, şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç hal aydınlaşdırılmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması (Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» 7 saylı xx.xx.1999-cu il tarixli qərarı). Lakin iş materiallarında müəyyən edilir ki, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən qarşılıqlı iddia üzrə iddi açılar barəsində hər-hansı məlumatı yayması öz təsdiqini tapmır. Belə ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nü mayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir(“Xüsusi ittiham qaydasında şikayətlərə dair işlə rə baxılması üzrə məhkəmə təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli 3 nömrəli Qərarı).
20. Odur ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbi üzrə şərəf və ləyaqətə toxunan məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunmasının şəxsin şərəf və ləyaqətini ləkələyən məlumatlar kimi qiymətləndirməməkdə düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri
21. Cavabdeh1 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.
22. Kassasiya şikayəti, apellyasiya şikayəti ilə eyni məzm unda əsaslandırılmış və qeyd etmişdir ki, MTK-nın özünün bizə qarşı iddiasını qeyd etdiyi xüsusatların, yəni həmin mətni güya bizim tərtib etməyimizi və yaymağımızı təsdiq edən videogörüntü və şahidləri sübut olaraq məhkəməyə təqdim etmişdir. Lakin, qeyd edilən sübutlar əslində bizimhəmin mətni tərtib etməməyimizi və heç kimə paylamamağımızı sübut edir. Mən həmin sübutların hər birini təhlil etmək istərdim: 1.MTK-nın təqdim etdiyi qanunsuz çəkilişdən belə bizim məhz həmin mətni payladığımız görsənmir. Həmin videogörüntülərdə bizim kiməsə hərhansı bir məktubu, xüsusilə də sözügedən mətni verməyimiz görsənmir. Bildirmək istərdik ki, biz bir necə dəfə bina sakinlərinə bina sakinlərinin ümumi yığınclarının keçirilməsi və MMMC nin təsis edilməsi barədə yazılar təqdim etmişik. Bunu paylamağımıza isə səbəb elanları yapışdırdıqda MTK əməkdaşlarının onları dərhal cırmaları olmuşdur. 2.MTK-ka şahid qismində dəvət etdiyi iki bina sakini məhkəmə iclasında şahid qismində dindirilmiş X3 və X7 ifadələrində göstərmişdir ki, biz onlara heç bir zərf verməmişik. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 23.1.Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin.
25. Maddə 23.2. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir.
26. Maddə 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.
27. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına g ətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
28. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəməni n gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin şikayəti əsasında iddianın təmin edilən hissəsində tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəb ul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
38. Cavabdehin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə g örə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alı b iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
41. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7154/2023 nömrəli mülki iş üzrə 29 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.