Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1186/2022 04.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər:vindikasiya tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1563/2021 nömrəli iş üzrə 07 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 04 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları İddiaçı (bundan sonra - iddiaçı) ilə Cavabdeh (bundan sonra - cavabdeh) arasında mövcud olmuş icarə münasibətlərinə əsasən, cavabdeh özünə məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasını (hamam binası, yeməkxana və qazanxana binası) iddiaçıya icarəyə vermişdir. Bir müddət sonra tərəflər arasında münasibətlər pozulmuş və cavabdeh Zaqatala Rayon Məhkəməsində iddia qaldıraraq, iddiaçının sözügedən qeyri-yaşayış binasından (icarə obyekti) çıxarılmasını tələb etmişdir. Cavabdeh, eyni zamanda iddianın təmin tədbiri barədə ərizə ilə müraciət edərək, iş üzrə yekun qərar qəbul edilənədək cavabdehin icarə obyektinə daxil olmasının qadağan edilməsini xahiş etmiş və məhkəmənin 2(033)-30/2020 saylı, 18 sentyabr 2020-ci il tarixli qərardadı ilə ərizəsi təmin olunmuşdur. Həmin iş üzrə məhkəmənin 2(033)-12/2021 saylı, 22 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehin sözügedən qeyri-yaşayış binasından çıxarılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini alaraq, icraya yönəldilmişdir. Bundan sonra iddiaçı, ona məxsus daşınar əşyaların icarə obyektində qaldığını bildirərək, aşağıdakı tələbi irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən tələbində sadaladığı 39 adda daşınar əşyanın naturada və ya dəyəri olan 26385 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 26415 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırılmışdır ki, qa nuni qüvvəsini almış məhkəmə qərardadı ilə iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə daxil olması qadağan olmuş, lakin obyektdə olan ona məxsus əşyalar qaytarılmamışdır. Zaqatala Rayon Məhkəməsinin (hakim E.Məmmədov) 25 may 2021-ci il tarixli, 2(033)-545/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək, cavabdehdən iddia tələbində qeyd olunan 39 adda əşyanın naturada və ya dəyəri olan 26385 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işə əlavə edilmiş Zaqatala rayon Əliabad qəsəbə həftəlik mal bazarının 17 may 2021-ci il tarixli arayışdan görünür ki, 1 ana 1 bala mərəz sort inəyin qiyməti 1500-1600 manat, 2 ana 2 bala qoyunun qiyməti 200-220 manat arasında dəyişir. Məhkəmə iclaslarında tərəflər ar asında yaranmış mübahisəli hüquq münasibətlərinin iş materialları və gəlmiş tərəflərin izahatı əsasında araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, məhkəmənin qərardadı ilə hazırda mübahisələndirilən əmlakın yerləşdiyi yeməkxana binasına iddiaçının daxil olması qadağan edilmiş, lakin iddiaçıya məxsus tələbdə göstərilən əşyalar həmin obyektdə qalmışdır. Yaranmış vəziyyətdə iddiaçıya məxsus əmlak onun özünə verilməlidir. Ona görə də, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə qətnaməsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.1ci və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə heç bir araşdırma aparmadan və heç bir sübuta istinad etmədən bu qənaətə gəlmişdir ki, iddiaçının tələb etdiyi bütün əşyalar ona məxsusdur və həmin əşyalar cavabdehin mülkiyyətində olan qeyri-yaşayış binasında yerləşir. Qətnamədə yeganə sübut kimi istinad olunan Zaqatala rayon Əliabad qəsəbə mal bazarının 17.05.2021-ci il tarixli arayışının isə iddianın predmetinə aiddiyyəti olmamışdır. Tələbdə qeyd olunan əşyalardan yalnız 1 ədəd musiqi aləti dambur, İmam Şamilin şəkli və oğlunun şəkli iddiaçıya, qalan əşyalar isə cavabdehə məxsusdur. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya instansiya məhkəməsində icraat zamanı məhkəmə kollegiyası tərəfindən tərəflərin iştirakı ilə 01 oktyabr 2021-ci il tarixdə sözügedən qeyri-yaşayış binasına yerli baxış keçirilmiş və tərtib olunmuş protokoldan görünür ki, cavabdeh iddiaçının iddia ərizəsində qeyd etdiyi bütün əşyaların özünə aid qeyri-yaşayış binasında olduğunu və həmin əşyaların obyekt restoran kimi fəaliyyət göstərdiyi dövrdə iddiaçı tərəfindən alınaraq yerləşdirildiyini bildirmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər M.Əsədli (sədrlik edən və məruzəçi), R.Rəfiyev və A.Mahmudov) 07 oktyabr 2021-ci il tarixli, 2(107)-1563/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin nəticə hissəsi, iddia ərizəsində qeyd edilən əşyalar qətnamə icra edilərkən naturada mövcud olmadıqda, onların dəyərinin cavabdehdən alınaraq iddiaçıya ödənilm əsi kimi dəyişdirilmişdir. Apellyasiya instansiya məhkəməsi Mülki Məcəllənin 157.2-ci maddəsinə istinadla qeyd etmişdir ki, cavabdeh iddiaçının tələb etdiyi əşyaların mövcudluğunu, iddiaçıya məxsus olduğunu mübahisələndirməmişdir. Həmin əşyaların cavabdehdə qalmasını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı həmin əşyaların cavabdehdə qalmasını sübut etmişdir. Belə ki, cavabdehin özünün də etiraf etdiyi kimi həmin əşyaların hamısı hazırda ona məxsus qeyri-yaşayış sahəsindədir. Cavabdeh apellyasiya şikayətində əşyalardan yalnız 1 ədəd musiqi aləti olan dambur, İmam Şamilin şəkli və oğlunun şəklinin iddiaçıya məxsus olduğunu qeyd etsə də, 01 oktyabr 2021-ci il tarixdə qeyri-yaşayış sahəsinə yerli baxış keçirilərkən iddiaçının iddia ərizəsində qeyd etdiyi bütün əşyaların özünə ai d qeyri-yaşayış binasında olduğunu, həmin əşyaların isə iddiaçı tərəfindən obyekt restoran kimi fəaliyyət göstərdiyi dövrdə iddiaçı tərəfindən alınaraq obyektdə yerləşdirildiyini qeyd etmişdir. Eyni zamanda, cavabdeh qeyd edilən əşyaların qiymətini mübahisələndirməmiş, həmin əşyalar kollegiya tərəfindən naturada aşkar edilmişdir. Ona görə də kollegiyanın qənaətinə görə, iddiaçı tələbində haqlıdır. Məhkəmə kollegiyası, şikayətdə və qətnamədə qeyd edilən, Zaqatala rayon Əliabad qəsəbə həftəlik mal bazarının 17 may 2021-ci il tarixli arayışında iddianın predmetini təşkil etməyən 1 ana, 1 bala mərəz sort inəkdən, 2 ana, 2 bala qoyundan və onların dəyərləri hissəsinə münasibət bildirərək, həmçinin qeyd etmişdir ki, həmin hal texniki səhv kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı tərəfindən həmin hal barəsində hər hansı tələb olmamışdır. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, apellyasiya icraatında müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və prosessual məsələlər Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmışdır. Prosessual məsələlər Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsa tət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə, kassasiya ins tansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdeh kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olma q, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdiklər i sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 222.1. Məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istina d etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instans iyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən tərəflər arasında mübahisəli hüquq münasibətləri düzgün təfsir edilərək, həmin münasibətləri tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhk əməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası, hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, tərəflərin tələb və etirazlarını əsaslandırdıqları dəlillərə ətraflı qiymət verilmişdir. Kassasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiya vurğulayır ki, qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyas ı məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Eyni zamanda, qeyd olunmalıdır ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1563/2021 nömrəli iş üzrə 07 oktyabr 2021-ci il t arixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1186/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-1186/2022
04.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver