Məhkəmə qərarları › İş №2(102)-1188/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1188/2022

14.03.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1188/2022 14.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçılar xxx cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1188/2022 (Açar sözlər: ümumi birgə mülkiyyətdə olan kənd təsərrüfatı və həyətyanı təyinatlı torpaq sahələri üzərində payların müəyyən edilməsi, işdə iştirak etməyə cəlb edilməmiş şəxsin hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan qətnamə qəbul edilməsi) Bakı şəhəri, 14 mart 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçılar xxxx və xxx cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ümumi birgə mülkiyyətdə olan kənd təsərrüfatı və həyətyanı təyinatlı torpaq sahələri üzərində payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1004/2021 nömrəli, 09 sentyabr 2020-ci il tarixli qətnaməsindən qətnamə ilə maraqlarına toxunan Maraqlı şəxs kassasiya şikayətinə 14 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 04.12.1997-ci il tarixli 64 nömrəli qərarı ilə Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,1931 ha həyətyanı torpaq sahəsi İddiaçı1, İddiaçı2, Cavabdeh1, X6 və X4 ayrılmışdır. Bu barədə 04 mart 2006-cı il tarixli JN-482A kod 40200028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" verilmidir.

2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsinin verdiyi RX seriyalı ******* nömrəli çıxarışa əsasən həmin torpaq sahəsi İddiaçı1, İddiaçı2, Cavabdeh1, X6 və X2 ümumi birgə mülkiyyətindədir.

3. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsinin verdiyi RX seriyalı ******* nömrəli çıxarışa əsasən, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,9113 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (əkin) iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh1 ümumi birgə mülkiyyətindədir

4. Mübahisə həmin torpaq sahələr üzərində payların müəyyən edilməsi ilə bağlı yaranıb. a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar Əhmədova (Süleymanova) Kəmalə Mövlüd qızı və Əhmədzadə (Süleymanova) A şurey Şaban qızı iddia ərizəsi (sonrada iddia tələbi dəqiqləşdirilib) Zaqatala Rayon Məhkəməsinə müraciət edərək, iddiaçılar Əhmədova (Süleymanova) Kəmalə Mövlüd qızının, Əhmədzadə (Süleymanova) Aşurey Şaban qızının və Cavabdeh1 ümumi-birgə mülkiyyətində olan 9113 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən, İddiaçı1 1/3 hissədə, İddiaçı2 1/3 hissədə, 0,1931 ha həyətyanı torpaq sahəsindən isə iddiaçı Əhmədzadə (Süleymanova) Aşurey Şaban qızının 1/4 hissədə paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Zaqatala Rayon Məhkəməsinin 2(033)-141/2020 nömrəli, 15 yanvar 2020-ci il tаrixli qətnaməsi ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tə rəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrində 39 nömrəli reyestr kitabının 74 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********98-10301 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh1, X7, X8 və X1 məxsus Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0.1931 ha həyətyanı torpaq sahəsindən iddiaçı Əhmədzadə (Süleymanova) Aşurey Şaban qızının 1/4 hissədən ibarət olmaqla payının müəyyən edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrində 111 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində qeydiyyata alın mış, reyestr nömrəsi **********91 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh1, iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,9113 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən (əkin) iddiaçı Əhmədova (Süleymanova) Kəmalə Mövlüd qızının 1/3 hissədən və iddiaçı Əhmədzadə (Süleymanova) Aşurey Şaban qızının 1/3 hissədən ibarət olmaqla paylarının müəyyən edilməsi qət edilmişdir. (hakim Tural Həsənov)

7. Birinci instansiya məhkəməsi işdəki sübutlara istinadən müəyyən edib ki, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,1931 ha həyətyanı torpaq sahəsinə dair Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 04.12.1997-ci il tarixl i 64 nömrəli qərarı əsasında verilmiş 04 mart 2006-cı il tarixli JN-482A kod 40200028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də iddiaçılar İddiaçı1, İddiaçı2, cavabdehlər Cavabdeh1, X3 və X2 adları qeyd olunmuş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrində 39 nömrəli reyestr kitabının 74 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********98-10301 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən həmin torpaq sahəsi şəhadətnamədə adları qeyd edilən şəxslərin ümumbirgə mülkiyyətinə verilmişdir. X16 Məhkəməsində 24 aprel 2019-cu il tarixli 2-1 (84)-38/2019 nömrəli qərarına əsasən JN-482A kod 40200028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"yə X2 adının qanunsuz daxil edilməsi müəyyən edilmiş və həmin şəhadətnamə əsasında 0,1931 ha torpaq sahəsi ilə bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində X2 adına aparılmış 09.06.2017-ci il tarixli ********** nömrəli qeydiyyatın dəyişdirilərək onun adının qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət r eyestrində 39 nömrəli reyestr kitabının 74 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********9810301 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,1931 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə ümumi birgə mülkiyyət hüququ əsasında iddiaçılar İddiaçı1, İddiaçı2, cavabdehlər Cavabdeh1 və X3 hüquqları qeydiyyata alınmışdır. Zaqatala Rayon Məhkəməsinin 2(033)-101/2019 24 iyun 2019-cu il tarixli qətnaməsinə əsasən Zaqatala rayonu, Aqrar İslahat Komissiyasının 04 dekabr 1997-ci il tarixli 64 saylı qərarı üzrə Seriya RX №1078901 saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında ümumi birgə mülkiyyətə verilmiş, Zaqatal a rayonu, Aşağı Tala kəndində yerləşən 0.1931 ha həyətyanı torpaq sahəsindən iddiaçı X5 payı 1/4 hissədən ibarət olmaqla müəyyən edilmişdir.

8. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən belə nəticəyə gəlib ki, iddia ərizəsi qanuni və əsaslı olduğuna görə təmin edilməlidir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin152.1, 213.1, 213.2, 213.3, 214.1, 215.1, 220.1, 220.2 və 223.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdehlər apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş ediblər.

11. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1004/2020 nömrəli, 09 iyun 2020-ci il tarixli qətnaməsi apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 15 ya nvar 2020-ci il tаrixli, 2(033)-141/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Elçin Hüseynov (sədrlik edən və məruzəçi), Mirbahəddin Hüseynov, Gündüz Abbasov) a) Kassasiya şikayətinin dəlilləri

12. Qətnamə ilə maraqlarına toxunan şəxs kimi Maraqlı şəxs ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədrinə müraciət edərək, onun Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1004/2020 nömrəli, 09 iyun 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermək hüququna malik olan şəxs kimi tanınmasını xahiş etmişdir. Maraqlı şəxs (Vəkil2) eyni zamanda kassasiya şikayəti də vermiş, şikayətdə qətnamənin qismən – 0,9113 ha torpağa aid hissədə ləğv, işin həmin hissədə yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

13. Azərbaycan Respublikası Ali Məhkə məsinin Mülki Kollegiyasının 3/i-6317/21 saylı qərardadı ilə ərizə təmin edilmiş, Maraqlı şəxs Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1004/2020 nömrəli, 09 iyun 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermək hüququna malik olan şəxs kimi tanınmışdır.

14. Kassasiya şikayətinin dəlilləri: - RX seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh1, Əhmədova (Süleymanova) Kəmalə Mövlüd qızı və İddiaçı2 ümumi birgə mülkiyyətində olan Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0,9113 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini Maraqlı şəxs 13 iyul 2017-ci il tarixli, AN-İ seriyalı, ******* saylı alqı-satqı müqaviləsinə əsasən almışdır. - Maraqlı şəxs həmin torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması məqsədilə 21 yanvar 2021-ci ildə DƏDRX-in Zaqatala Əraz i İdarəsinə müraciət etmişdir. Həmin orqan 29 yanvar 2021-ci il tarixli məktubla bildirmişdir ki, qeyd edilən torpaq sahəsi Zaqatala Rayon Məhkəməsinin 2(033)-141/2020 nömrəli, 15 yanvar 2020-ci il tаrixli qətnaməsi əsasında Cavabdeh1, Əhmədova (Süleymanova) Kəmalə Mövlüd qızı və İddiaçı2 adına ümumi paylı mülkiyyət hüququ ilə qeydə alınıb; - işə mahiyyəti üzrə baxan məhkəmələr MPM-in 14.1, 80, 81, 82.3, 88, 217 və 261ci maddələrinin tələblərini pozublar; - belə ki, qəbul edilmiş qətnamələr Maraqlı şəxs hüququna toxunduğu halda işə baxan məhkəmələr onu məhkəmə proseslərinə cəlb etməmiş, mülkiyyətində olan Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0,9113 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh1, Əhmədova (Süleymanova) Kəmalə Mövlüd qızına və İddiaçı2 1/3 hissədə ol maqla paylarını müəyyən etmişlər. b) Kassasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri

15. Kassasiya şikayətinə iddiaçılar Əhmədova (Süleymanova) Kəmalə Mövlüd qızı və İddiaçı2 yazılı etirazı daxil olmuşdur. Etirazın dəlilləri ondan ibarətdir ki, Maraqlı şəxs ilə bağlanmış 13 iyul 2017-ci il tarixli, AN-İ seriyalı, ******* saylı alqı-satqı müqaviləsinin etibarsızlığı barədə iddia qaldırmışlar. Şəki Apellyasiya məhkəməsinin 2(107)-167/2022 saylı, 21 yanvar 2022-ci il tarxili qətnaməsi ilə iddia təmin edilmiş, 13 iyul 2017-ci il tarixli, AN-İ seriyalı, ******* saylı alqı-satqı müqaviləsi etibarsız sayılmışdır. Bu səbəbdən Maraqlı şəxs kassasiya şikayəti üzrə icraat dayandırlmalıdır. Mülki Prosessual Məcəllə Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qər ardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə 418.4.6. Məhkəmə işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair onların hüquq larının pozulmasına səbəb olan qətnamə və ya qərardad qəbul etmişsə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Kassasiya baxışının hədləri

16. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

17. Hazırkı kassasiya şikayətində iddiaçının prosessual hüquq varislər i apelyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

18. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0,9113 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən (əkin) iddiaçı Əhmədova (Süleymanova) Kəmalə Mövlüd qızının 1/3 hissədən və iddiaçı Əhmədzadə (Süleymanova) Aşurey Şaban qızının 1/3 hissədən ibarət olmaqla paylarının müəyyən edilməsi hissədə gəldiyi nəticəni əsaslı hesab etmir.

20. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Əhmədova (Süleymanova) Kəmalə Mövlüd qızı və Əhmədzadə (Süleymanova) Aşurey Şaban qızının 1/3 hissədə payı müəyyən edilmiş Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0,9113 ha torpaq sahəsi 13 iyul 2017-ci il tarixli, AN-İ seriyalı, ******* saylı alqı-satqı müqaviləsi ilə satıcılar Cavabdeh1, Əhmədova (Süleymanova) Kəmalə Mövlüd qızı və Əhmədzadə (Süleymanova) Aşurey Şaban qızı tərəfindən alıcı Maraqlı şəxs satılmışdır.

21. Məhkəmələr Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0,9113 ha torpaq sahəsinin 13 iyul 2017-ci il tarixli, AN-İ seriyalı, ******* saylı alqı-satqı müqaviləsi əsasında Maraqlı şəxs satılmasına baxmayaraq, qeyd edilən torpaq sahəsi üzərində satıcıların paylarını müəyyən etmiş, torpağı 13 iyul 2017-də almış Maraqlı şəxs işə cəlb etməmiş, nəticədə sonunc unun hüquqlarını pozan qətnamələr qəbul etmişlər.

22. Mülki Prosessual Məcəllənin 418.4.6-cı maddəsinə görə isə məhkəmə işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan qətnamə və ya qərardad qəbul etmişsə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir.

23. Buna görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Maraqlı şəxs hüquqlarını pozan apellyasiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməlidir.

24. Məhkəmə kollegiyası kassasiya şikayətinə verilmiş etirazda hazırki iş üzrə icraatın dayandırlımalı olması barədə dəlili əsassız sayır. Çünki hazırki kassasiya baxışının predmeti işdə iştirak etməyə cəlb edilməyən şəxsin hüquq və vəzifələrinə dair məsələdən ibarətdir və bu baxımdan, iddiaçıların qeyd edilən dəlili işin icraatının dayandırılmasına əsas vermir.

25. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən – Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0,9113 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində payların müəyyən edilməsi hissəsində ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə Maraqlı şəxs cəlb etməklə işə onun iştirakı ilə baxmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını d üzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

26. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Qətnamə ilə maraqlarına toxunan Maraqlı şəxs kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1004/2021 nömrəli, 09 sentyabr 2020-ci il tarixli qətnaməsi qismən – Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0,9113 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində payların müəyyən edilməsi hissəsində ləğv edilsin. İş həmin hissədə yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar