Məhkəmə qərarları › İş №2(102)-1188/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1188/2024

25.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1188/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1188/2024 (Açar sözlər: mənzildən çıxarılma və mənzilin təhvil verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X10 (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) mənzildən çıxarılma və mənzilin təhvil verilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5750/2023 nömrəli, 28 sentyabr 2023cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(001)2086/2009 saylı qətnaməsinə əsasən "xxxx" X1 iddiasının qismən təmin edilməsi, iddiaçı "xxxx" X7 ilə cavabdeh X4 arasında 16 dekabr 2008-cı il tarixli, RBB1842(g) saylı kredit müqaviləsinin ləğv olunması, cavabdeh X5 mülkiyyətində olan Bakı şəhə ri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 39b saylı evin, 3 saylı mənzilində yaşayan şəxslərin məcburi qaydada mənzildən çıxarılması və mənzilin cavabdehlərdən alınaraq hərracda satılması, mənzilin satışından əldə edilmiş pul vəsaiti hesabına 42.240 manat əsas borcun, 4.671 manat faiz borcunun, 3.613 manat dəbbə pulunun və 20 manat ödənilmiş dövlət rüsumunun iddiaçı "xxxx" X1 hesabına ödənilməsi, iddia tələbinin cavabdehlərin digər əmlakına yönəldilməsi hissəsində təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən maraqlı şəxs X11 tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2010-cu il tarixli, 2(103)- 1151/2010 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli, 2(102)-777/11 saylı qərarı ilə təmin edilməmişdir. Bundan sonra qətnamə qanuni qüvvəsini almış və onun əsasında verilmiş icra vərəqəsi icra olunması üçün Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə göndərilmişdir. 2. xx.xx.2016-cı il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqaviləyə və xx.xx.2016-cı il tarixli, Y-216 saylı “Hərracın nəticələri haqqında yekun Protokol”a əsasən X8 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçivani küçəsində yerləşən 39B saylı evin, 3 saylı mənzili 38.250 manata "xxxx" X2 satılmışdır.

3. Şuşa Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2023-cü il tarixli məktubuna əsasən Cavabdeh1, Cavabdeh2, X9 və Cavabdeh3 1992-ci il tarixdən ünvan 1 ünvanında məskunlaşmışdır.

4. Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi B akı şəhəri Binəqədi rayon sektoru tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktuba əsasən Cavabdeh1, həyat yoldaşı Cavabdeh2, övladları X9 və Cavabdeh3 ilə birlikdə 042529 nömrəli qeydiyyat kartasında göstərilənlərə əsasən xx.xx.1995-ci il tarixdən ünvan 1 ünvanında məcburi köçkün kimi qeydiyyatdadırlar.

5. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən 39B saylı evin, 3 saylı mənzili üzərində İddiaçı ASC-nin mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ( bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 68.13 kv.m ümumi sahədən ibarət mənzildə məskunlaşan və faktiki yaşayan Cavabdeh1, Cavabdeh2 Gülsəfa qızının, Cavabdeh3 ünvan 1 ünvanında yerləşən 68.13 kv.m ümumi sahədən ibarət mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, "xxxx" İKB ASC (hazırkı İddiaçı ASC) ilə X6 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş və X8 məxsus Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən 39B saylı evin, 3 saylı mən zilinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(001)- 2086/2009 saylı qətnaməsinə əsasən tutma yönəldilmişdir. Həmin əmlaka dair İddiaçı ASC-nin mülkiyyət hüquqları xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə DƏDRX-da qeydə alınmış və bankın adına çıxarış alınmışdır. İddia ərizəsinə əlavə edilmiş Şuşa Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli məktubuna əsasən 1992-ci il tarixdən Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 39B saylı evin, 3 saylı mənzildə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X9 məskunlaşmışdır. Lakin mənzilin İddiaçı ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehlər mənzildən çıxmaqdan imtina etmişlər. Məhkəmənin təşəbbüsü ilə Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi mübahisə predmeti barəsin də müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-2850/2023 nömrəli iş üzrə 18 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim Rəşad Qoşqarlı) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən 68.13 kv.m ümumi sahədən çıxarılması, həmin mənzilin boşaldılması və İddiaçı ASC-yə təhvil verilməsi, ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir.

9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırda mübahisəli mənzilin mülkiyyətçisi "xxxx" ASC-dir. Lakin buna baxm ayaraq, həmin ev cavabdehlər tərəfindən boşaldılmır. Məhkəmənin gəldiyi qənaətə görə, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə yaşamaları, iddiaçının öz əmlakına sərbəst surətdə sərəncam vermək hüququnu, beləliklə də mülkiyyət hüququnu həyata keçirmək imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırmaqla “şərti və qeyri-sabit xarakterli” etmiş olur.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, “Mars Belçikaya qarşı” və “Sporronq və Lonnrot İsveçə qarşı ” Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə cavabdehlər iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olmuş 2(001)2086/2009 saylı mülki iş üzrə də cavabdeh olmuş və həmin mülki iş üzrə çıxarılmış qətnamə ilə cavabdehlərin mübahisəli mənzildən çıxarılması qət edilmişdir. Buna baxmayaraq, işə baxan məhkəmə eyni tərəflər arasında eyni əsaslarla qaldırılmış iddia tələbi üzrə məhkəmə işinin olmasını nəzərə almamışdır. Azərbaycan Respublik ası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi Bakı şəhəri Binəqədi rayon sektorunun məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubuna əsasən cavabdehlər xx.xx.1995-ci il tarixdən mübahisəli mənzilin yerləşdiyi ünvanda qeydiyyatdadırlar. Ölkə rəhbərliyi tərəfindən məcburi köçkünlərin öz dədə-baba yurdlarına köçürülənədək yaşadıqları sahələrdən çıxarılması qadağan edilmiş, bununla bağlı qanuni qüvvəyə malik olan bütün məhkəmə qətnamələrinin icrası təxirə salınmışdır. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının tutulması qənaətinə gəlmişdir. Lakin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 9.1.20-ci maddəsinə əsasən məcburi köçkünlər rüsum ödəməkdən azaddırlar. “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” Dövlət Proqramının təsdiq edilməsi haqqında” xx.xx.1998-ci il tarixli, 895 nömrəli sərəncamında və “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” xx.xx.2004-cü il tarixli sərəncamına əsasən məcburi köçkünlərin 19921998-ci illərdə müvəqqəti məskunlaşdıqları mənzillərdən çıxarılmasının qarşısının alınması, həmin ailələrin məskunlaşdıqları evlərdə aidiyyəti təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilmiş orderlərin hüquqi qüvvəsinin müvəqqəti dayandırılması, bu sahəyə hüquq mühafizə orqanlarının nəzarətinin gücləndirilməsi tapşırılmışdır. Bütün bu hallara birinci instansiya məhkəməsi əhəmiyyət verməyərək tələsik və ziddiyyətli nətic əyə gələrək iddianı təmin etməkdə səhvə yol vermişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5750/2023 nömrəli mülki iş üzrə 28 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Fərrux Qasımov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

14. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırki iş üzrə cavabdehlər 90-cı illərdən mənzildə qanunsuz olaraq məskunlaşmışlar. Lakin həmin iş üzrə onlar cavabdeh qismində müəyyən edilməmişlər, qeyd edilən qətnamədə onlara hər hansı istinad yoxdur. Bu qətnamədən maraqlı şəxs ol araq həmin vaxt mənzildə yaşayan X3 apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2010-cu il tarixli, 2(103)-1151/2010 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın xx.xx.2011-ci il tarixli, 2(102)777/2011 saylı qərarı ilə təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, X3 mənzillə bağlı hüquqlarının müəyyən edilməsinə dair sübutlar məhkəməyə təqdim edilməmiş və məcburi köçkün olaraq mənzildə yaşayan bu şəxsin həmin mənzildə məskunlaşması aşağı instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas vermir. Bununla belə, cavabdehlər həmin iş üzrə tərəf olmamış, qətnaməyə əsasən mənzildə yaşayan şəxslərin məcburi qaydada mənzildən çıxarılması qət edilsə də, bu şəxslərin dai rəsi dəqiq göstərilməmişdir. Eyni zamanda mənzilin məhz cavabdehlərdən alınaraq hərracdan satılması qət edilmişdir. Qətnamə üzrə verilmiş 2(001)-2086/2009 saylı, xx.xx.2009-cu il tarixli icra sənədi də qətnamənin məzmununa uyğun tərtib edilmiş və cavabdehlər, o cümlədən Cavabdeh1 icra sənədi üzrə borclu kimi müəyyən edilməmişdir. Bu səbəbdən ötən dövr ərzində cavabdehlərə münasibətdə hər hansı icra hərəkəti aparılmamış və aparıla da bilməzdi. Başqa sözlə, qeyd edilən icra sənədinin icrası qaydasında cavabdehlər mənzildən çıxarıla bilməz. Qeyd edilənlər öz növbəsində iş üzrə icraata xitam verilməsini istisna edir.

15. Məhkəmə kollegiyası o halı da xüsusilə qeyd etmişdir ki, iddiaçı qətnamə üzrə ipoteka saxlayan qismində çıxış etmişdir. Hazırda isə mənzilin mülkiyyətçisidir. Belə ki, qətnamə nin icrası qaydasında mənzil açıq hərracdan xx.xx.2016-cı il tarixdə məhz iddiaçıya satılmış və bundan sonra iddiaçının mənzilə dair mülkiyyət hüququ xx.xx.2019cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyün ə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

17. Kollegiya qeyd etmişdir ki, iddiaçı - mülkiyyətçi İddiaçı ASC-nin mübahisəli əmlaka dair mülkiyyət hüququ dövlət reyestrində rəsmi olaraq dövlət qeydiyyatına alınmışdır və o, ona mənsub olan bu əmlaka öz istədiyi kimi sahib olmaqda, ondan istifadə etməkdə və ona dair sərəncam verməkdə sərbəstdir və buna dair ona heç kimdən razılığın alınması tələb edilmir. Həmin mənzildə hazırda cavabdehlər, o cümlədən Cavabdeh1 yaşayır, mənzil onların istifadə və sahibliyindədir. Cavabdehlərin bu mənzildə yaşamaq, ondan istifadə və ona sahiblik etmək üçün hər hansı hüquqi əsasının olması, o cümlədən onlarla iddiaçı arasında kirayə və sair müqavilənin bağlanması, başqa söz lə cavabdehlərin mübahisəli əmlakla hər hansı hüquqi bağlılığı müəyyən edilməmişdir. Bildirilmişdir ki, cavabdehlərin iddiaçıya məxsus olan mənzildə məskunlaşması və məskunlaşmanın qeyrimüəyyən müddətədək davam edə bilməsi ehtimalı nəticə etibarı ilə iddiaçının konstitusion hüququ olan mülkiyyət hüququnun pozulmasına gətirib çıxarır. İddiaçı, mülkiyyətçi olmasına baxmayaraq, hazırda qeyd edilən mənzilə sahiblik və ondan istifadə edə bilmir, o, bu mülkiyyətindən faktiki olaraq məhrum edilmişdir. Bununla belə, cavabdehlərin, o cümlədən Cavabdeh1 hər hansı hüquqi əsas, o cümlədən iddiaçının iradəsinə zidd olaraq mübahisəli əmlakda yaşamaları iddiaçının öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olu nan və müdafiə edilən mülkiyyətə münasibətdə konstitusion hüququnu kobud şəkildə pozur. Qeyd edilmişdir ki, bu səbəbdən iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, cavabdehlərin onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehlərin həmin əmlakdan qanunsuz sahibliyinə və istifadəsinə son qoyulmalı və cavabdehlər iddiaçının mülkiyyətində olan həmin mənzildən çıxarılmalı, mənzil boşaldılaraq, yəni cavabdehlərə məxsus olan bütün əşyalardan tam şəkildə azad olunaraq iddiaçıya təhvil verilməlidir.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konsitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə və 29-cu maddəsinin 1-ci və 2-ci hissələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2-ci maddələri nə, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” xx.xx.1999-cu il tarixli Qanun 5-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 1999-cu il tarixli, 200 saylı Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydaları”nın 4-cü bəndinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh1(Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki iş üzrə icraata xitam verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır.

21. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessu al Məcəlləsinin 14.1, 88, 217.3, 261.0, 261.0.2-ci maddələrinə, “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” Dövlət Proqramının təsdiq edilməsi haqqında, 17 sentyabr 1998ci il tarixli, 895 nömrəli sərəncamın 16-cı bəndinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konsitusiyası

23. Maddə 13 ( bənd 1) Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

24. Maddə 29 ( hissə 1 və 2) Hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 152.1. mülkiy yət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur;

26. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın;

27. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublika sının Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilə rək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdir ilməsi üçün əsas yoxdur.

37. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

38. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olmas ı MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

39. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək dü zgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5750/2023 nömrəli iş üzrə 28 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar