Məhkəmə qərarları › İş №2(102)-1190/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1190/2020

02.03.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1190/2020 02.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və X1 ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, Cavabdeh1 vəkili X oğlunun iştirakı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-14197/201X14 noyabr 2019-cu il tarixli qərardadından Cavabdeh1 və vəkili X oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri XNotariat Kontoruna və Cavabdeh1 qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, 18 fevral 2016-cı il tarixdə Cavabdeh1 ilə onun arasında Bakı şəhəri XNotariat Kontorunda bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17.02.2017-ci il tarixli, 2(005)1795/2017 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Bakı şəhəri XNotariat Kontoruna və Cavabdeh1 qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçı nümayəndəsi və vəkili X2 ərizə və şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17.02.2017-ci il tarixli, 2(005)-1795/2017 nömrəli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini və həmin q ərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18.07.2019-cu il tarixli, 2(005)1795/2017 nömrəli qərardadı ilə şikayət təmin olunmuş, İddiaçı cavabdehlər Bakı şəhəri XNotariat Kontoruna və Cavabdeh1 qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17.02.2017-ci il tarixli, 2(005)-1795/2017 nömrəli qərardadının ləğv edilməsi və iddia ərizəsinin məhkəmə icraatının mümkün hesab olunması qərara alınmışdır. Daha sonra Cavabdeh1 nümayəndəsi Nümayəndə N oğlu məhkəməyə şikayət göndərərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18.07.2019-cu il tarixli, 2(005)1795/2017 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi nin Mülki kollegiyasının 14 noyabr 2019-cu il tarixli 2(103)-14197/201Xqərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 iyul 2019-cu il tarixli, 2(005)-3650/2019 nömrəli qərardadından Cavabdeh1 nümayəndəsi Nümayəndə N oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi və şikayətin geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 və vəkili X oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, Mülki Prosessual Məcəllədə həmin qərardaddan şikayət verilməsini qadağan edən norma olmadığından Məcəllənin 267.1-ci maddəsinin məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər norması tətbiq edilir. Bundan başqa, Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bakı Apellyasiya Məhkəməsinin 14.11.2019-cu il tarixli 2(103)-14197/201Xqərardadının ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 vəkili X oğlu Bakı Apellyasiya Məhkəməsinin 14.11.2019-cu il tarixli 2(103)-14197/201Xqərardadından verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Bakı Apellyasiya Məhkəməsinin 14.11.2019-cu il tarixli 2(103)-14197/201Xqərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia ərizəsinin qaytarılm ası haqqında məhkəmənin qərardadından şikayət verilməsi nəzərdə tutulsa da, iddia ərizəsinin mümkün hesab edilib məhkəmənin icraatına qəbul edilməsi barədə qərardaddan mülki-prosessual qanunvericilikdə şikayət verilməsi nəzərdə tutulmamışdır və qanun şikayət verilməsini istisna edir. Cavabdehin şikayəti iddiaçının məhkəmə müdafiəsindən istifadə etmək hüquqununun məhdudlaşdırılmasına əsas ola bilər. Bundan başqa birinci instansiya məhkəməsinin 18 iyul 2019-cu il tarixli qərardadının nəticə hissəsinsdə həmin qərardaddan şikayət verilməsi hüququ izah edilsə də, mülki-prosessual qanunvericilikdə həmin növ qərardadlardan şikayət verilməsi nəzərdə tutulmadığından, apellyasiya kollegiyası bunu texniki səhv kimi qiymələndirmişdir. Apellyasiya kollegiyası hesab etmişdir ki, Cavabdeh1 nümayəndəsi Nü mayəndə N oğlu tərəfindən verilmiş apellyasiya şikayəti mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq verilmədiyindən qeyri-mümkün hesab edilməli və mülki iş şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin məcəllənin 149.2-ci maddəsinə əsasən ərizənin verildiyi məhkəmənin adı; işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; i ddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı ərizədə göstərilməlidir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllən in 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Azərbaycan Respublikası MPM-nin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Həmin məcəllənin 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Cavabdeh1 və vəkili X oğlu kassasiya şikayətində qeyd etmişdirlər ki, Mülki Prosessual Məcəllədə həmin qərardaddan şikayət verilməsini qadağan edən norma olmadığından Məcəllənin 267.1-ci maddəsinin məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər norması tətbiq edilir. Bundan başqa, həmçinin qeyd etmişdirlər ki, Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Kollegiya kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, kassator Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 267.1-ci maddəsinə istinad etsə də, nəzərə almamışdır ki, iddia ərizəsinin mümkün hesab edilib məhkəmənin icraatına qəbul edilməsi barədə qərardaddan mülki-prosessual qanunvericilikdə şikayət verilməsi nəzərdə tutulmamışdır. Belə ki, həmin maddəyə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsinin qərardadı hüquq normalarının tələblərinə uyğun, qanuni və əsaslı olmaqla iş üzrə düzgün hüquqi nəticəyə gəlinmiş, kassasiya şikayətinin dəlilləri məhkəmə qərardadının ləğv olunmasına əsas vermir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyi şdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli 2(103)14197/201Xqərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar