Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1190/2023 01.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizələrinə dair iş üzrə QƏRARİ Açar sözlər: borcun qaytarılması, əqdlərin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-224/2022 nömrəli iş üzrə 21 yanvar 2022-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ilə Cavabdeh arasında notarial qaydada bağlanmış 16 may 2017-ci il tarixli 3M-XXX reyestr nömrəli kredit müqaviləsinin 1-ci bəndinə əsasən, “borc verən” - İddiaçı “borc alan” - Cavabdeh 187.000 (bir yüz səksən yeddi min) manat ekvivalentlə 110.000 (bir yüz on min) ABŞ dolları məbləğdə borc vermişdir.
2. Kredit müqaviləsinin 2-ci bəndinə görə, "borc alan" - Cavabdeh krediti 16 may 2018-ci il tarixədək “borc verən” - Cavabdeh qaytarmağı öhdəsinə götürmüşdür.
3. Notarius tərəfindən şəxsiyyəti müəyyən edilməklə İddiaçı tərəfindən 16 may 2017ci il tarixdə şəxsən yazılmış ərizənin təsdiq edilmiş surətinə əsasən, Qazaxıstan Respublika sının vətəndaşı İddiaçı Cavabdeh 1 il müddətinə 110.000 (yüz on min) ABŞ dolları məbləğdə borc verdiyini bildirmişdir.
4. Notarius tərəfindən şəxsiyyəti müəyyən edilməklə Cavabdeh tərəfindən 16 may 2017-ci il tarixdə şəxsən yazılmış ərizənin təsdiq edilmiş surətinə görə, X4 Respublikasının vətəndaşı İddiaçı 187.000 (yüz həştat yeddi min) manat ekvivalentlə 110.000 (yüz on min) ABŞ dolları pulu 1 il müddətinə borc almışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 110.000 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı Cavabdeh da cavabdeh İddiaçı qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi t əqdim edərək, cavabdeh İddiaçıla aralarında bağlanmış 16 may 2017-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. İlk iddianın əsaslarına görə, cavabdehlə aralarında biznes əlaqələri olmuş və bu əlaqələrə görə münasibətləri yaranmışdır. Qeyd olunan münasibətə görə də cavabdehə etibarı yaranmışdır. 16 may 2017-ci il tarixdə cavabdeh ondan borca 110.000 ABŞ dolları borc istəmiş və o da inandığı üçün həmin məbləği sonuncuya vermişdir. Bununla bağlı 16 may 2017-ci il tarixdə cavabdehlə aralarında borc müqaviləsi imzalanmışdır. Müqavilənin şərtlərinə görə borclu 110.000 ABŞ dollarını 16 may 2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Qeyd olunan borcun verilməsindən 4 ilə yaxın müddət keçməsinə baxmayaraq, cavabdeh müxtəlif bəhanələr edərək borcunu qaytarmaqdan imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
8. Qarşılıqlı iddianın əsaslarına görə, mübahisənin əsasını təşkil edən 16 may 2017ci il tarixli kredit müqaviləsi onu aldadaraq müqavilənin məzmunu gizlədilərək, yəni “müqaviləyə imza etməsən alış-veriş olmaz” deyilərək imzalatdırılmış, borcu olmamasına baxmayaraq “aralarında olan ticarətin qarantiyası” kimi göstərilərək imza etdirilmişdir. Bundan əlavə, müqavilədə göstərilən və iddia ərizəsi üzrə tələb edilən məbləğin ona təqdim edilməsinə dair hər hansı bir sənəd mövcud deyil və ya varsa saxtadır. O, həmin pulu almamışdır. Müqavilə formal olaraq bağlanmış və ona aralarında etibar olsun deyə imzalatdırılmışdır. O, İddiaçıla ticarət əlaqələrinin olmasını inkar e tmir. Belə ki, onunla ticarət etdiyi müddətdə aldığı malların və göstərilən xidmətin qarşılığını daim ödəmişdir. Lakin iddiaçının onu aldadaraq imzalatdığı kredit müqaviləsi həqiqəti əks etdirmir. İddiaçı həmin müqaviləni daim ondan alış-veriş etməyi məcburiyyətində buraxmaq üçün ona imzalatmışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin, o, məhkəmə qaydasında üzərinə həbs qoyulmuş XXX rayonu XXX kəndində yerləşən 1 hektar torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 1.707,2 kv.m. olan gön-dəri sexinin mülkiyyətçisidir və gön-dəri emalı sahəsində sahibkarlıq fəaliyyəti göstərir. Bu əsasla da onunla eyni sahədə fəaliyyət göstərən İddiaçıla münasibətləri yaranmışdır. Sonuncunun təsisçisi olduğu “XXX LTD” İtaliya istehsalı olan RİZZİ SR6 3000 mm dəri bölmə makinasını 2017-ci ildə Azərbaycan Respublikasına gətirmişdir. Həmin vaxt “XXX LTD” tərəfindən həmin makina burada istifadə edilə bilmədiyindən və makinanın Qazaxıstan Respublikasına aparılması zərurəti yarandığından o, makinanın özünə satılmasını iddiaçıya təklif etmişdir. Ona makinanın dəyərinin 110.000 ABŞ dolları olduğu bildirilmiş və o, makinaya görə ödəniş edə bilməyəcəyini, lakin bir-iki ay ərzində makinanın dəyərini malla (dəri ilə) ödəyə biləcəyini təklif etmişdir. Bu əsasla aralarında razılaşma olmuş, lakin İddiaçı ilkin olaraq onu tanımadığından aralarında olan sövdələşməni rəsmiyyətə daşımağı təklif etmişdir. Bu minvalla aralarında 16 may 2017-ci il tarixli borc müqaviləsi bağlanmışdır. Reallıqda isə bu müqavilə yalnız görüntü məqsədilə bağlanmış və iddiaçı t ərəfindən ona qeyd olunan pul vəsaiti verilməmişdir. Bir neçə ay sonra o, makinanın pulunu malla (dəri ilə) ödəmişdir. Qeyd olunan xüsusatlar Bakı şəhəri Qaradağ RPİ-nin 08 dekabr 2017-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarında əks olunmuşdur. Hazırkı mübahisənin yaranmasına səbəb əslində iddiaçı deyil, iddiaçının Azərbaycan Respublikasındakı nümayəndəsi XXXdir. Belə ki, mülkiyyətində olan daşınmaz əmlak obyekti tərəfindən 01 sentyabr 2019-cu il tarixli icarə müqaviləsi ilə X3 icarəyə verilmiş, sonuncu isə həmin obyekti subicarə hüququ üzrə 19 sentyabr 2021-ci il tarixli icarə müqaviləsinə əsasən XXXin təsisçisi və rəhbəri olduğu “XXX" MMC-yə icarəyə vermişdir. Bir müddət sonra XXXla XXX arasında mübahisə yaranmış, XXX "xxxx" MMC-yə qarşı 19 sentyabr 2021-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, obyektin boşaldılması və vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra X9 un iddia qaldırmasında onu günahkar bilmiş, XXX və ona qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, obyektin aylıq icarə haqqını ödəməməyə başlamışdır. Qeyd olunan məhkəmə mübahisəsi 11 aya yaxındır ki, davam edir və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli 2(003)-XXX/2020 saylı, 20 noyabr 2020-ci il tarixli 2(003)-XXX/2020 saylı və 12 mart 2021-ci il tarixli 2(003)-XXX/2021 saylı və 19 may 2021-ci il tarixli 2(003)-XXX/2020 saylı qərardadları ilə “XXX" MMC-yə məxsus ümumilikdə 234.200 manat dəyərində əmlaklarının üzərinə həbs qoyulmuşdur. Qeyd olunan məsələlərə görə XXX onu g ünahkar bildiyindən, onun sahibkarlıq fəaliyyətinə mane olmaq, ona ziyan vurmaq və nəhayət ona təsir göstərmək niyyəti ilə əslində əhəmiyyətsiz olan bir əqd üzrə ona qarşı iddia qaldırılmasına və əmlakının üzərinə həbs qoyulmasına nail olmuşdur.
9. Şəki Rayon Məhkəməsinin 2(075)-1066/2021 nömrəli iş üzrə 14 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim P.Hacıyev) ilk iddia təmin edilmiş, Cavabdeh 110.000 ABŞ dolları (qətnamə icra olunan günə manata məzənnəsi üzrə) borc və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, qarşılıqlı iddianın təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddiaçının özünə aid edilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
10. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan Cavabdeh ondan apellyasiya şikayət i verərək, qətnamənin ləğv edilib, ilk iddianın rədd olunmasını, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.
11. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-224/2022 nömrəli iş üzrə 21 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Əsədli (sədrlik edən və məruzəçi), Ə.Məcidov və A.Mahmudov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 16 may 2017-ci il tarixli kredit müqaviləsinin əhəmiyyətsiz əqd olduğundan etibarsız hesab edilməsi qət edilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “... iddiaçı tərəf qeyd edilən məbləğdə pulun cavabdehə verildiyini bildirsə də buna dair hər hansı bir sübut növü təqdim etməmişdir.... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Təlimatın 160-1-ci hissəsinin ikinci abzasında qeyd olunur ki, Daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlaka sərəncam verilməsi, habelə pul bağışlanılması, beh və borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verməsi və qaytarması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilməlidir. Halbuki tərəflər borc müqaviləsi bağlanarkən Notariat Hərəkətlərinin Aparılması barədə təlimata əməl etməmişdir.... bütövlükdə iş ma terialları araşdırılarkən müəyyən edilir ki, tərəflər arasında hər hansı bir borc müqaviləsi bağlanmamışdır. Yəni iddiaçı cavabdehə makinanın dəyərinin 110000 (bir yüz on min) ABŞ dolları olduğu bildirmiş və o, makinaya görə ödəniş edə bilməyəcəyini, lakin bir-iki ay ərzində makinanın dəyərini malla (dəri ilə) ödəyə biləcəyini təklif etmişdir. Bu əsasla aralarında razılaşma olmuş, lakin İddiaçı ilkin olaraq onu tanımadığından aralarında olan sövdələşməni rəsmiyyətə daşımağı təklif etmişdir. Bu minvalla aralarında 16 may 2017-ci il tarixli borc müqaviləsi bağlanmışdır. Reallıqda isə bu müqavilə yalnız görüntü məqsədilə bağlanmış və iddiaçı tərəfindən cavabdehə qeyd olunan pul vəsaiti verilməmişdir. Eyni zamanda iddiaçı tərəf borc məbləği ilə makinanın eyni məbləğdə olmasını, yəni makinanın dəyəri ilə borc məbləğinin dəyərinin eyni məbləğdə olması və qeyd edilən borcun həmin makinanın dəyəri olması barədə sullara aydınlıq gətirə bilməmiş, bunun bir təsadüf olduğunu qeyd etmişdir. Kollegiya isə iddiaçı tərəfin bu izahatı ilə razılaşmayaraq, 110000 (bir yüz on min) ABŞ dolları məbləğin, cabadeh tərəfindən nisyə alınmış makinanın dəyəri kimi qəbul edir.... Cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarlar öyrənilərkən müəyyən edilmişdir ki, əsas mərkəzi X6 şəhərində fəaliyyət göstərən “XXX” LTD şirkəti əsas fəaliyyəti heyvan dərisinin idxalından və istehsalından ibarət olmuşdur. Həmin şirkət Azərbaycan Respublikasında fəaliyyət göstərən bir neçə şirkətdən o cümlədən QoşabulqA MMC-dən dəri məhsulları alınaraq “XXX” LTD şirkətinin müxtəlif xarici olkələrdə fəaliyyət göst ərən fabriklərinə göndərilmişdir. Cavabdeh 2013-cü ildən etibarən XXX rayonunun XXX kəndində Dəri istehsal edən dəri fabriki tikmişdir. Hazırda həmin fabriki "XXX MMC”-nin payçısı kimi hüquqi şəxs qismində istehsal və ixracatla məşğuldur. O 2017-ci ilin əvvəllərində istehsal etdiyi malları xaricə satmaq üçün müştəri axtarmışdır. X1 Azərbaycan Respublikasında sürücülüklərini etdiyi hazır dəri məhsulu alan avropalı “XXX LTD” şirkətinin sahibi ilə onu görüşdürməyini xahiş etmişdir. 2017-ci ilin təxminən mart ayının ortalarında XXX ona zəng vurmuş və dəri alan şirkətin ortağı olan Qazaxıstan Respublikasının vətəndaşı olan İddiaçılə onu Gəncə şəhərində görüşdürmüşdür. İddiaçı onun fabrikinə gəlmiş və malları onun xoşuna gəlmiş və ondan mal almaq istədiyini bildirmişdir. Söhbət əsnasında istehsa la yenilik olan RİZZİ 3000 mm markalı dəri yarma makinası olduğunu demişdir. Həmin makinanı almaq istədiyini bildirmiş və nağd pulunun olmadığını, lakin makinanı almaq istədiyini demişdir. Makinanın 110.000 ABŞ dollarına satıldığını bilmişdir. Həmin şəxslə ticarət əlaqəsi olmadığından o ilkin olaraq inanmadığını bildirmiş və rəsmi sənəd tələb etmişdir. O, fabrikinin sənədlərini ona təqdim etmiş və mülkün sahibi olduğunu ona izah elmişdir. Həmin şəxslə ondan 110.000 ABŞ dolları borc almağı barədə aralarında 16 may 2017-ci il tarixdə Bakı şəhərində 19 saylı notariat kontorunda müqavilə bağlamışlar. Bundan sonra təxminən 2017-ci ilin may ayının sonlarında İbrahimin göstərişi ilə o, istehsal etdiyi aşılanmış və xromlanmış 110.000 ABŞ dolları dəyərində dəri məhsullarını İbragimin ortağı olduğu "XXX” LTD-nin Hindistanda yerləşən şirkətinə göndərmişdir. Təxminən 2017-ci ilin iyun ayının sonlarında bu proses başa çatmışdır. Beləliklə də “XXX” LTD şirkətindən RİZZİ SR6 3000 mm dəri bölmə makinasının borcunun malı ilə ödəmişdir.”
13. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 739.1, 740, 324, 389.1, 337-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 160-1-ci bəndinin ikinci abzasına istinadla əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan İddiaçı ondan kass asiya şikayəti verərək, qətnamənin ləğv edilib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
15. Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya məhkəməsi Mülki Məcəllənin 340.2-ci maddəsinin ikinci cümləsini, yəni yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydaların tətbiq edilməsi barədə müddəanı nəzərə almamış və bu baxımdan işin faktiki hallarını dəyərləndirməmişdir. Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. İşdən görünür ki, mübahisələndirilən borc müqaviləsi üzrə əqd tərəflər arasında 16 may 2017-ci il tarixdə bağlanmış, müqavilənin bağlanmasından 3 il keçməsinə baxmayaraq cavabdeh borcunu qaytarmamış, iddiaçı borc tələbinə dair məhkəmədə iddia qaldırmış, bundan sonra cavabdeh əqdin etibarsızlığını mübahisələndirmişdir. Tərəflər arasında bağlanmış borc müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olaraq, hər iki tərəfin öz razılığı və iradələrinə uyğun bağlanmışdır və notariat orqanı tərəfindən tərəflərin iradə ifadəsi təsdiq edilmişdir. M üqavilə bağlanan vaxtdan da 3 il keçməsinə baxmayaraq Cavabdeh müqaviləyə qarşı heç bir etirazını bildirməmiş, yalnız ona qarşı iddia qaldırıldıqdan sonra əqdi mübahisələndirmişdir. Qətnamədə qeyd edilən “XXX” LTD şirkətinə məxsus Rizzi SR6 3000 mm dəri bölmə makinası hazırda XXX rayon XXX kəndində fəaliyyət göstərən XXX MMC-nin mülkiyyətindədir. Əgər qeyd olunan makina həqiqətən Cavabdeh satılsa idi, hazırda onun mülkiyyətində və sahibliyində olardı. Rizzi SR6 3000 mm dəri bölmə makinasının Cavabdeh satılması ilə bağlı tərəflər arasında heç bir razılaşma yoxdur. Əgər belə bir razılaşma olsaydı tərəflər arasında makinanın satılması ilə bağlı alqı-satqı müqaviləsi bağlanardı. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı Cavabdeh etirazının dəlilləri qarşıl ıqlı iddianın əsasları ilə eyni olmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; Maddə
29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır; İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 18. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; M addə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; Maddə 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər; Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir; Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhə miyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir; Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkət dən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə bo rcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”: 160-1-ci bəndin ikinci abzası Daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlaka sərəncam verilməsi, habelə pul bağışlanılması, beh və borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verməsi və qaytarması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilməlidir. (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 261 nömrəli Qərarı ilə “Azərbaycan R espublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 160-1-ci hissənin ikinci-səkkizinci abzasları müvafiq olaraq üçüncüdoqquzuncu abzaslar hesab edilmişdir və yeni məzmunda ikinci abzas əlavə edilmişdir.)
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslə rin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə
386. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan b ütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və y a tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.2. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin; Maddə 418.6. Hüququn tə tbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, qətnamə və ya qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına, habelə bu Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulan Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarının mübahisəli hüquqi məsələyə dair hüquqi mövqeyinə zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları “K.Bunyatovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 12 yanvar 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərar: “... kassasiya qaydasında işə baxılması yalnız formal xarakter daşımamalı və məhz şikayətçi tərəfindən qanunvericiliyin tələblərinə müvafiq olaraq irəli sürülən dəlillərin yoxlanılmasına xidmət etməlidir.” “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərar: “... konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublika sı Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərar: “Konstitusiya Məhkəmə si Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar). Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirm ək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan ə qd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur.”
23. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli 4 nömrəli Qərarı: Bənd 2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir; Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun; Bənd
7. Apellyasiya instansiyası məhkəməsi şikayəti təmin etmədikdə və ya birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirdikdə hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur; Bənd
17. Kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya inst ansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
25. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.
26. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ M ƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da iş üzrə düzgün olmayan və qanunsuz qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
28. İlk olaraq, əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı, yən i arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərk ən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli qərarlar).
29. Bu kontekstdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin əhəmiyyətsiz əqd olmaqla əhəmiyyətini itirdiyi qeyd edilsə də, əhəmiyyətsizliyin Mülki Məcəllə ilə tənzimlənən konkret qanuni əsasları göstərilməmiş, əqdlərin etibarsızlığının həmin Məcəllənin 337-ci maddəsində təsbit olunan ümumi şərtlərinə istinad edilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsi, həmçini n, qətnamədə Cavabdeh qarşılıqlı iddiasının əsasları ilə razılaşaraq, müqavilənin yalnız görüntü məqsədilə bağlandığını bildirdiyi halda da əqdin uydurma əqd olub-olmamasına müvafiq hüquqi qiymət verməmişdir.
31. Eyni qaydada, qətnamənin açar sözlər hissəsində yalan əqd qeydini edən apellyasiya instansiyası məhkəməsi özünün yekun məhkəmə aktının əsaslandırıcı hissəsində xx.xx.2017-ci il tarixli müqavilənin yalan əqd kimi qəbul edib-etmədiyini də açıqlamamışdır.
32. Həmin məhkəmə “Göründüyü kimi tərəflərin bağlamış olduğu müqavilə borc müqaviləsi deyil, cavabdehin “XXX” LTD şirkətindən RİZZİ SR6 3000 mm dəri bölmə makinasının alınması ilə bağlı yaranmış olduğu borcunun təminatı üçün bağlanmışdır.” qənaətinə gəlməklə dolayısıyla xx.xx.2017-ci il tarixli müqavilənin yalan əqd olması ilə razıl aşmışdır. Yalan əqdə də onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edildiyi üçün, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında əslində bağlandığını hesab etdiyi borcun təminatı müqaviləsinin hüquqi təbiətini təhlil etməli və qiymət verməli idi.
33. Bu mənada, məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya məhkəməsinin Mülki Məcəllənin 340.2-ci maddəsinin ikinci cümləsinin işin faktiki halları baxımından dəyərləndirməməsi barədə dəlili ilə razılaşır.
34. Kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsinin qarşılıqlı iddiaya münasibətdə Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən edilmiş bir illik müddəti müzakirə etməməsinin qanunsuz olmasına dair dəlili də əsaslıdır.
35. Apellyasiya i nstansiyası məhkəməsi xx.xx.2017-ci il tarixdə bağlanmış kredit müqaviləsinə “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 160-1-ci bəndinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 261 nömrəli Qərarı ilə əlavə edilən ikinci abzasını mübahisəyə təbiq etməklə də maddi hüquq normalarını pozmuşdur.
36. Apellyasiya instansiyası məhkəməsi sübutetmə kimi mülki prosesin xüsusi əhəmiyyətə malik institutunun tətbiqi məsələsində də səhvə yol verərək, Cavabdeh RİZZİ SR6 3000 mm dəri bölmə makinasının borcunu malı ilə ödəməsi ilə bağlı nəticəyə gələrkən də heç bir mötəbər sübuta istinad etməmiş, yalnız cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarlarda əks olunan ziddiyyətli izahat və ifadələri əsas götürmüşdür.
37. Məhkəmə kollegiyası bildiri r ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmələr tərəfindən ədalətli məhkəmə araşdırması hüququ ilə bağlı ir əli sürülən tələblərə əməl edilməməsini həmin hüququn pozulması kimi qəbul edərək, bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Belə ki, Avropa Məhkəməsi “Van de Huk Niderlanda qarşı” iş üzrə xx.xx.1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Konstitusiya Məhkəməsinin Plenumu da bir sıra qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar).
38. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh İddiaçı 187.0 00 manat ekvivalentlə 110.000 ABŞ dolları pulu alması barədə notariusda 16 may 2017-ci il tarixdə şəxsən yazdığı ərizənin həqiqəti əks etdirmədiyini mötəbər sübutlarla təkzib etmədən mübahisəli məbləğdə pulun ona verilmədiyi qənaətinə gələrkən də bu Qərarın 34-cü bəndində qeyd edilən səhvi təkrarlamışdır.
39. Halbuki, işin elə apellyasiya instansiyası məhkəməsinin özü tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarına görə, Cavabdeh dəyəri 110.000 ABŞ dolları olan makinaya görə ödəniş edə bilməyəcəyini İddiaçı bildirmiş, lakin bir-iki ay ərzində makinanın dəyərini malla (dəri ilə) ödəyə biləcəyini təklif etmiş, bu əsasla aralarında razılaşma olmuş, RİZZİ 3000 mm markalı dəri yarma makinası 2017-ci ilin may ayında cavabdehə təhvil verilmişdir.
40. İddiaçı RİZZİ SR6 3000 mm dəri bölmə makinası nın hazırda Cavabdeh olmadığını irəli sürür və bu faktın həqiqətdə necə olması da müəyyən edilməmişdir.
41. Məhkəmə kollegiyası bildirir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəmə müdafiəsi hüququ özündə ədalətli məhkəmə qərarının qəbul edilməsini ehtiva edir. Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, "İnsan hüquqlarının və əsa s azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir. Əsaslandırılmış qərar, tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Milli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (H.Belçikaya qarşı iş üzrə 1987-ci il 30 noyabr tarixli Qərar, § 53; Suominen Finlandiyaya qarşı iş üzrə 2003-cü il 1 iyul tarixli Qərar, § 36-37). Tərəflərdən birinin təqdim etdiyi sübut prosesin nəticəsi üçün həlledici olduqda, məhkəmə ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verməlidir. Buna müvafiq olaraq, məhkəmələr t ərəflərin əsas arqumentlərini diqqətlə araşdırmalıdırlar (X7rşı iş üzrə 1994-cü il 9 dekabr tarixli Qərar, § 30; Buzescu Rumıniyaya qarşı iş üzrə 2005-ci il 24 may tarixli Qərar, § 67).
42. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
43. MPM-in 417.1.3 və 418.1-ci maddələrinin tələbinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olun maması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi üçün əsasdır.
44. Bu mənada, işə apellyasiya instansiyası məhkəməsində yenidən baxılarkən hazırkı Qərarın 29-43-cü bəndlərində müzakirə edilən hallara, bildirilən hüquqi mövqelərə uyğun qaydada işin faktiki halları ilə birlikdə dəyərləndirilməklə, aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır.
45. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir.
46. Göstərilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-224/2022 nömrəli iş üzrə 21 yanvar 2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılmaq üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilsin. İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.