Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1192/2023 08.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" MMC-yə, Cavabdeh3 və q. qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və s.” tələbinə dair mülki iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətinin onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanması, hüququ olmayan şəxs tərəfindən verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X2 (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçının hüquqi varisinin nümayəndəsi və vəkili qis mində Vəkil tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Ucar Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(063)-382/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 sentyabr 2022-ci il tarixli, 2(107)-140/2022 nömrəli qətnaməsi ilə Ucar Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(063)-382/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçının hüquqi varisinin nümayəndəsi və vəkili kimi Vəkil kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli 2(063)-382/2021 saylı qətnaməsini ləğv edib işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti və iş materiall arı öyrənilərkən müəyyən olunmuşdur ki, kassasiya şikayəti verən şəxsin kassasiya şikayəti vermək hüququ təsdiq olunmur. Kassasiya kollegiyası kassasiya şikayətini və iş materiallarını öyrənərkən müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən İddiaçı ölüm haqqında şəhadətnaməsi iş materiallarına əlavə edilməmişdir. Beləliklə, iş üzrə sənədlərlə İddiaçı ölməsi və nəticə etibarilə X1 onun hüquqi varisi olması sübut olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8-ci bəndinin tələblərinə əsasən ölümün qeydiyyatı ölüm haqqında tibbi şəhadətnamə əsasında qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Ölüm qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur. Azərbaycan Respublikasının MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmçinin iş materiall arından da İddiaçı hüquqi varisləri ilə əvəz edilməsi məsələsi həll olunmamış, əksinə Şəki Apellyasiya Məhkəməsinin iş üzrə 07 sentyabr 2022-ci il tarixli (apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi də həmin tarixdə qəbul olunmuşdur) məhkəmə iclasının protokolunda İddiaçı, lazımi qaydada məlumatlandırılsa da, məhkəmə kollegiyasının iclasına öz nümayəndəsini göndərmədiyi, iştirak etməməsinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat vermədiyi qeyd olunmuşdur. Kollegiya onu da qeyd edir ki, şəxsin ölümü qanunvericilik aktlarında göstərilən sübutlarla təsdiq edilmədən onun hüquqi varislərinin müəyyən edilməsindən də danışmaq yersizdir. Beləliklə də, X1 və onun nümayəndəsi və vəkili kimi Vəkil hazırki iş üzrə kassasiya şikayəti vermək hüququ təsdiq olunmur. Azərbaycan Respubli kasının MPM-in 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir; -404-1.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyrimümkün hesab edilməsinə dair qərardad qəbul edilir. -408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya instansiya məhkəməsinə qaytarılır. Qeyd olunanlara əsasən, kassasiya şikayəti icraata qəbul edilə bilməz, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar yoxdur. Odur ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 404 və 408-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının hüquqi varisinin nümayəndəsi və vəkili kimi Vəkil Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(107)-xxx/2022 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-1192/2023
Ali Məhkəmə Qərardad — İş №2(102)-1192/2023
08.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver