Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1192/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: Özbaşına və qanunsuz tikililər ilə bağlı mübahisələr, özbaşına tikilinin sökülməsi, sübutetmə vəzifəsi, yazılı və maddi sübutların qiymətləndirilməsi, ekspertizanın keçirilməsi barədə vəsatətin nəzərə alınmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tər kibdə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “pul tələbi”nə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5765/2023 nömrəli, 31 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən 131A saylı fərdi yaşayış evi Cavabdehn faktiki sahibliyində olmuşdur.
2. Həmin sahədə yerləşən yaşayış evlərindən sakinlərin köçürülməsi və həmin evlərin sökülməsi "xxxx" MMC-yə həva lə edilmişdir.
3. İddiaçılar həmin ünvanda qeydiyyatda olmalarına baxmayaraq 1988-ci ildən həmin mübahisəli evdə yaşamamışlar.
4. İddiaçı1, İddiaçı2 və İddiaçı3 Nəsimi rayon Məhkəməsində Cavabdeh və "xxxx" MMC-yə qarşı iddia qaldıraraq «müqavilənin etibarsız hesab edilməsi və yeni müqavilənin bağlanması» barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Nəsimi rayon Məhkəməsinin 2(006)-4173/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbləri rədd edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onlara ödəməli olduğu 30.000 manat və iddia üçün ödənilmiş 180 manatın, ümumilikdə 30180 manat pul vəsaitinin tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında daimi pasport qeydiyyatında olmaqla istifadə və sahiblik hüquqları vardır. 2021-ci ildən "xxxx" MMC qeyd edilən ünvanda yerləşən yaşayış evlərini sökərək hündürmərtəbəli yaşayış binalarının tikintisinə başlamışdır. ünvan 1 ünvanında onlarla birlikdə digər ailə üzvləri də pasport qeydiyyatında olmaqla yaşayırdılar. Onlara məxsus bir otaqlı evi isə cavabdehin istifadəsinə vermişlər. Bu səbəbdən cavabdehlə "xxxx" MMC arasında razılaşma əldə olunması üçün onların da notarial qaydada ərizələrinin təqdim olunmasını tikinti ş irkəti Cavabdeh tələb etmişdir. Cavabdehlə son olaraq belə razılaşmışlar ki, o, onlara 30.000 manat pul verəcəkdir və onların da evin sökülməsi ilə bağlı "xxxx" MMC-yə qarşı etirazları olmayacaqdır. Beləliklə Cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi söküləcək və bu sahədə yeni yaşayış binasının tikintisi həyata keçirəcək, bu binada söküntüsü nəzərdə tutulmuş, Cavabdeh istifadə və sahibliyində olan (onlara məxsus otaq da daxil olmaqla) 6 otaqlı, 174 kv.m. fərdi yaşayış evinin 107 kv.m. sahəsinin dəyəri kimi 170.000 manat pul vəsaitini Cavabdeh ödəyəcəkdir. Qalan 67 kv.m. sahəyə isə 20% əlavə etməklə təmirli 2 otaqlı 80 kv.m. mənzili Cavabdeh verm əyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən mülkiyyətçi (faktiki sahib) sökülməsi nəzərdə tutulan evdə ona məxsus mənzilin boşaldılması tarixinədək olan kommunal borcları tam ödəmək şərti ilə mənzildə qeydiyyatda olmaqla faktiki olaraq yaşayan və 18 yaşı tamam olmuş şəxslərin notarial qaydada təsdiq edilmiş razılıq ərizələrini "xxxx" MMC-yə təhvil verilməsini təmin etmək. Ünvanda rəsmi qeydiyyatda olan, lakin yaşayış yeri fərqli olan şəxslərin razılıq ərizələrini almaq mümkün olmadıqda, gələcəkdə bununla bağlı yarana biləcək mübahisələri həll etməyə öhdəlik götürür. Fərdi yaşayış evi sökülməzdən əvvəl "xxxx" MMC-nin rəhbərliyi ilə görüşən zaman da bildirdilər ki, onları bir ünvana görə bir-neçə şəxslə müqavilə bağlaya bilməzlər. Bu səbəbdən müqaviləni Cavabdehlə bağla yaraq pulu ona verəcəklər və Səfərdə onların yanında vəd etdiyi 30.000 manat pul vəsaitini onlara ödəyəcəkdir. Cavabdeh qeyd edilən müqaviləni bağlayıb pul vəsaitini aldıqdan sonra onlara vəd olunmuş pul vəsaitini verməkdən imtina etmişdir. Artıq cavabdeh haqqları olan kompensasiyanı könüllü olaraq verməkdən imtina edərək hüquqları pozduğu üçün məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışlar. Nəsimi rayon Məhkəməsində iş üzrə cavabdehə və "xxxx" MMC-yə qarşı iddia qaldıraraq «müqavilənin etibarsız hesab edilməsi və yeni müqavilənin bağlanması» barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Nəsimi rayon Məhkəməsinin 2(006)4173/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbləri rədd edilmişdir. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində qeyd etmişdir ki, onla rın iş üzrə cavabdehlərə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbi ilə deyil, cavabdehə qarşı pul tələbinə dair hüquqları vardır. Bu səbəbdən pozulmuş hüquqlarının bərpa olunması üçün cavabdehə qarşı «pul tələbinə dair» iddia qaldırmaq niyyətində qalmışlar
7. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, o, ailəsi ilə birlikdə 1974-cü ildən həmin evdə yaşamışlar və həmin evdə qeydiyyatdadırlar. Onlar 14 il, yəni 1988-ci ilə qədər həmin evdə yaşamışlar. Odur ki, həmin evdə onların da hüquqları vardır. Cavabdehin onlara 30.000 manat pul verəcəyi ilə əlaqədar aralarında hər hansı bir yazılı razılaşma olmamışdır.
8. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək onun təm in edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
9. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, hazırki mülki iş üzrə iddiaçıların belə bir iddia ilə müraciət etmək hüquqları yoxdur, çünki iddiaçıların mübahisəli evlə bağlı sahiblik və istifadə hüquqları olmamışdır. Həmin evin çıxarışı olmamış və qanunsuz tikili olmuşdur. Həmin evdə MMC ilə razılaşma əldə olunan vaxt hazırki mülki iş üzrə cavabdeh və ailəsi yaşamışdır. Bu hallar tərəflər arasında digər məhkəmə mübahisəsi zamanı aydınlaşdırılmışdır. Bu səbəbdən cavabdehin nümayəndəsi və vəkili iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
10. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X6 izahatında göstərmişdir ki, "xxxx" MMC tərəfindən İcra Hakimiyyətinin sərəncamına əsasən həmin bölgədə olan evlər satın alınaraq yeni çoxmərtəbəli yaşayış binalarının tikintisi nəzərdə tutulmuşdur. Buna uyğun olaraq həmin ərazidə yerləşən evlər satın alınmışdır. Həmin bölgədə heç bir evin çıxarışı yoxdur. Hazırki mübahisə predmeti olan mənzilin də çıxarışı olmamışdır. Qanunvericiliyin tələbinə əsasən evlər MTK tərəfindən satın alınarkən həmin evlərdə yaşayan və mülkiyyətçiləri ilə razılıq əldə olunmalıdır. Buna uyğun olaraq həmin evlərdə yaşayan bütün şəxslərlə razılıq əldə olunmuşdur və bağlanmış müqaviləyə əsasən həmin müqavilə üzrə alqı-satqı edilən əmlakla bağlı sonradan yaranan bütün mübahisələrlə bağlı öhdəliyi hazırki mülki iş üzrə cavabdeh öz üzə rinə götürmüşdür. Cavabdeh onlara bildirmişdir ki, hazırki mülki iş üzrə iddiaçılarla yarana biləcək bütün mübahisəli məqamları həll edəcəkdir.
11. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(006)-1927/2023 saylı, 5 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim R.Xəlilov) iddia tələbi təmin edilməmişdir.
12. Birinci instansiya məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən 131A saylı fərdi yaşayış evi hüquqi statusuna görə özbaşına tikilidir və həmin evə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir.
13. Məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən 131A saylı fərdi yaş ayış evi hüquqi statusuna görə özbaşına tikili olduğuna görə, iddiaçılar həmin evin sökülməsi ilə əlaqədar cavabdehdən onlara vəd etdiyi pul vəsaitinin tələbi ilə bağlı tələb irəli sürmək üçün subyektiv hüquqa malik deyildir.
14. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddiaçıların pul tələbi barədə iddia qaldırmağa subyektiv hüququ olmadığından, iddia tələbi əsaslı hesab edilə bilməz.
15. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müd afiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında ola n hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququna malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.
16. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hazırki iddiaçıların sözügedən mənzillə bağlı heç bir hüquqi bağlılığı da mövcud deyildir. Belə ki, həmin əmlak həm özbaşına tikili olmuş (sərəncam və istifadə hüququ – qüvvədən düşmüş xx.xx.1982-ci il tarixli Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən olmamışdır), həm əmlakla bağlı maraqlarıda aradan qalxmış (1988-ci ildən oradan çıxıb getmişlər), Cavabdeh iddiaçılara hər hansı bir vədi də rəsmiləşdirilməmişdir.
17. Məhkəmə bu halda hesab etmişdir ki, iddiaçıların hazırki tələblə çıxış etmək üçün subyektiv hüququ olmadığı üçün idd ia tələbi təmin edilməməlidir.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
19. İddiaçılar apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və müəyyən edilmiş hallar və əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq olunmaması ilə qəbul edilmişdir. Belə ki, iddiaçılar mülkiyyətçi olmasa da, əmlaka sahiblik edən şəxs kimi mülkiyyətçi hüquqları onlara da məxsusdur və əmlak hüquqlarını istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə etmək hüququna malikdirlər. Fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyi üçün cavabdehin əmlak üzərində qeydiyyatda olan şəxslərin razılığı alınmadan təkbaşına sərəncam verməsi qanuni hesab edilə bilməz. Özbaşına tikili olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi xüsusi mülkiyyətdə olmadığı üçün evdə qeydiyyatda olan şəxslərin ev üzərində hüquqları bərabərdir, cavabdehin üstünlük hüququ yoxdur. Fərdi yaşayış evinin cavabdehin faktiki sahibliyində olmasının məhkəmə tərəfindən qəbul edilməsi əsassızdır. Özbaşına tikili vahid tikili deyil. Həmin ünvan ümumi həyətə daxildir, həyətdə bir neçə tikili olsa da, iddiaçıların faktiki istifadəsində sahibliyində olan 67 kv.m s ahəsi olan fərdi evdə onların əşyaları olmuş, sadəcə təmirsiz və şəraitsiz olduğundan evdə daimi yaşamaq mümkün olmamışdır. Bununla belə evin giriş qapısının kilidinin açarları iddiaçılarda olmuş, iddiaçılar tez-tez evə baş çəkərək əşyaları yoxlamışlar. Cavabdeh bu faktı bilsə də MMC-dən gizlətmiş, MMC isə həqiqətə nail olmaq üçün qeydiyyatda olan şəxsləri cəlb etməmiş, söküntüyə dair onlara bildiriş verməmişdir. Bu səbəbdən iddiaçılar hesab edir ki, onların 67 kv.m tikiliyə dair subyektiv hüququ vardır. MMC-nin formalaşmış tikinti təcrübəsinə əməl etməməsi, evdə istifadə və sahiblik hüququ olan şəxslərin qeydiyyatını aparmaması, forma 2 arayış alaraq həmin şəxslərin dairəsini müəyyənləşdirməməsi kimi hərəkətsizliyi hazırki mübahisənin yaranmasına və iddiaçıların əmlaklarından məhrum olm asına səbəb olmuşdur. Məhkəmə iş üzrə araşdırmanı düzgün aparmamış, həqiqətə nail olmaq üçün tikinti ekspertizası təyin edə biləcəyi halda, bunu etməmiş, iddiaçıların şahid qismində cəlb etmək istədikləri eyni həyətdə tikilisi olan və MMC ilə müqavilə bağlayan X3 şahid qismində cəlb olunmasına şərait yaratmamışdır. Cavabdehin MMC ilə bağladığı “Müqavilədə” nəzərdə tutulan evdə qeydiyyatda olan şəxslərin "xxxx" etirzları olacağı halda buna görə məsuliyyət daşıyır. Bu fakt da iddiaçıların qeydiyyatda olan şəxs kimi evə dair subyektiv hüququ olduğunu göstərir.
21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra apellyasiya instasiya məhkəməsi) (hakimlər M.Məmmədov (sədrlik edən və məruzəçi), A.İmanov və F.Talışinski) 31 oktyabr 2023-cü il tarixli, 2(103)-5765/2023 saylı qətnaməs i ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 birgə verdikləri apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 5 iyun 2023-cü il tarixli qətnamənin dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilməsi qət edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, iddiaçılar hazırki iş üzrə iddia tələbini irəli sürməzdən əvvəl cavabdehlər "xxxx" MMC-nin direktoru X2 və Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, ünvan 3 ünvanında yerləşən 6 otaqlı 174 kv.m sahəsi olan fərdi yaşayış evində dair MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin evə dair MMC ilə onlar arasında ayrı müqavilənin bağlanması öhdəliyinin MMC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
23. Həmin iddia ərizəsi əsasında icraatı başlanmış mülki işə baxmış Nəsimi Rayon Məhkəməsinin 2(006)-4173/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir.
24. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-826/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçıların apellyasiya şikayətinin təmin edilməməsi, Nəsimi Rayon Məhkəməsinin 2(006)-4173/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
25. Artıq qanuni qüvvəsini almış həmin məhkəmə aktları ilə müəyyən edilmişdir ki, fərdi yaşayış evi Cavabdeh faktiki sahibliyində ol muşdur. İddiaçılar evdə qeydiyyatda olmasına baxmayaraq, 1988-ci ildən orada yaşamırlar. Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə, Azər Quliyev, Ceyhun Səlimov və Maqsud Əlizadə küçələrinin kəsişməsində yerləşən 1,70 ha torpaq sahəsi çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə MMC-yə ayrılmışdır. Həmin sahədə yerləşən yaşayış evlərindən sakinlərin köçürülməsi, həmin evlərin sökülməsi və digər zəruri tədbirlərin görülməsi MMC-yə həvalə edilmişdir. Cavabdeh ilə MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli "xxxx" əsasən, MMC, Cavabdeh məxsus fərdi yaşayış evinin sökülməsini, bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirməyi, cavabdehin sahiblik və istifadəsində olan 174 kv.m fərdi yaşayış evinin 107 kv.m-nin dəy əri kimi 170.000 manat pul vəsaitini cavabdehə ödəməyi, qalan 67 kv.m-nin əvəzində isə 20% əlavə edilməklə 80 kv.m 2 otaqlı təmirli mənzili cavabdehə verməyi öhdəsinə götürmüşdür. Həmin “Müqavilə” bağlanan zaman qanunvericiliyin tələblərinə əməl olunmuşdur. İddiaçılar özbaşına tikili olan fərdi yaşayış evinə dair hər hansı bir hüququnun (istifadə hüququ əvvəlki Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən) olması barədə sübut təqdim etməmişdir. İddiaçıların evə istifadə hüququ mövcud olsaydı belə, “Müqavilənin” etibarsızlığı deyil, cavabdehə münasibətdə pul tələbi irəli sürə bilərdilər.
26. MPM-in 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilm ir və yenidən sübut edilmir.
27. Belə olan halda, yuxarıda qeyd edilən qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə müəyyən edilmiş faktlar hazırki işin mübahisəsiz halları kimi müəyyən edilir.
28. Ona görə də, apellyasiya şikayətinin iddiaçıların fərdi yaşayış evində sahiblik və istifadə hüquqlarının olması və bu faktdan irəli gələn digər dəlilləri əsassız hesab edilir.
29. Cavabdeh 30.000 manat pul tələb edən iddiaçılar, cavabdehin onlar qarşısında bu öhdəliyinin mövcud olduğunu sübut etmək vəzifəsi daşıyırlar. Çünki cavabdeh iddianı etiraf etmir və əsassız olduğu üçün rədd edilməsini tələb edir.
30. Lakin iddiaçılar Cavabdeh belə bir öhdəliyinin olduğunu, cavabdehlə aralarında 30.000 manat pul verəcəyi ilə bağlı razılaşma əldə edildiyini sübut edə bilməmişlər.
31. Məhkəmə həmçinin q eyd etməyi lazım bilmişdir ki, xx.xx.2022-ci il tarixli “Müqavilənin” 2.1.1-ci bəndində qeyd edilən “evdə qeydiyyatda olan, lakin yaşayış yeri fərqli olan şəxslərin razılıq ərizələrini almaq mümkün olmadıqda, cavabdehin gələcəkdə bununla bağlı yarana biləcək mübahisələri həll etməyə öhdəlik götürməsi” şərti hazırki iddianın əsasını təşkil edə bilməz.
32. Belə ki, iddiaçılar xx.xx.2022-ci il tarixli “Müqavilənin” tərəfi deyil və bu müqavilə iddiaçılar üçün hər hansı hüquq və vəzifə yarada bilməz. Digər tərəfdən, “mübahisələri həll etməyə öhdəlik götürmə” ifadəsi evdə qeydiyyatda olan şəxslərin istənilən tələblərini yerinə yetirmə öhdəliyi daşımaq mənasına gəlmir. Hər bir tələbin qanuni əsası olmalı və bunu sübut etmə vəzifəsi tələbi irəli sürən şəxsin üzərinə düşür.
33. Məhkəmə apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı qeyd etmişdir ki, şikayətdə Rayon Məhkəməsinin iş üzrə araşdırmanı düzgün aparmadığı, həqiqətə nail olmaq üçün tikinti ekspertizası təyin edə biləcəyi halda, bunu etmədiyi qeyd edilmişdir. Lakin tikinti ekspertizasının hansı məqsədlə təyin edilməli olduğu, ekspert qarşısında hansı xüsusi bilik tələb edən sualların qoyulmalı olduğu, ekspertizanın keçirilməsinin iş üçün hansı əhəmiyyətə malik olduğu, Rayon Məhkəməsinin nəyə görə məhz öz təşəbbüsü ilə ekspertiza təyin etməli olduğu, ekspertiza barədə vəsatətin iddiaçılar tərəfindən birinci instansiya məhkəməsində işə baxılarkən hansı səbəbdən verilmədiyi, yaxud verilməsinin mümkün olmadığı əsaslandırılmamışdır.
34. Apellyasiya şikayətində qeyd edilən digər dəlil ondan ibarətdir ki, iddiaçıların şahid qism ində cəlb etmək istədikləri eyni həyətdə tikilisi olan və MMC ilə müqavilə bağlayan X3 şahid qismində cəlb olunmasına şərait yaradılmamışdır.
35. İş materiallarına diqqət yetirdikdə nə iddiaçıların şahid ifadəsinin alınması barədə yazılı vəsatət verdiyi, nə də məhkəmə iclas protokollarında şahidin cəlb edilməsi ilə bağlı şifahi vəsatət verdiyi müəyyən edilmir. İddiaçı tərəfin məhkəmə iclas protokollarında olan izahatlarında belə şahidlə bağlı hər hansı ifadəyə rast gəlinmir. İş materiallarında məhkəmə iclas protokollarına da hər hansı qeyd verildiyi müəyyən edilmir.
36. Bütün bunlar onu deməyə əsas verir ki, apellyasiya şikayətinin Rayon Məhkəməsinin iş üzrə araşdırmanı düzgün aparmaması ilə bağlı dəlilləri formal mülahizə xarakteri daşıyır və əsassızdır.
37. Həmçinin qeyd edilməlidir ki, MPM-in 78.1-ci maddəsinə görə, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 38.
35. MPM-in 361.4-cü maddəsinə görə, apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əs aslandırsın.
39. Məhkəmə, iddiaçıların nümayəndəsinin apellyasiya baxışı zamanı təqdim etdiyi “iş üzrə icraatın dayandırılması barədə” ərizəsi ilə bağlı bildirir ki, Məhkəmənin ayrıca akt şəklində qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmış və bununla bağlı Məhkəmənin mövqeyi həmin qərardadda əsaslandırılmışdır. Məhkəmə eyni məzmunlu əsasların hazırki qətnamədə təkrar əks etdirilməsinə zərurət görmür.
40. Beləliklə, Məhkəmə araşdırmasının nəticəsi olaraq hesab edilmişdir ki, rayon məhkəməsi iddianı rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Rayon məhkəməsinin qətnaməsi qəbul edilərkən hər hansı maddi və prosessual hüquq normalarının pozulması halı müəyyən edilməmişdir.
41. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi r ayonu, C.Məmmədquluzadə küçəsində yerləşən 131A saylı fərdi yaşayış evi hüquqi statusuna görə özbaşına tikilidir və həmin evə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir.
42. Məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən 131A saylı fərdi yaşayış evi hüquqi statusuna görə özbaşına tikili olduğuna görə, iddiaçılar həmin evin sökülməsi ilə əlaqədar cavabdehdən onlara vəd etdiyi pul vəsaitinin tələbi ilə bağlı tələb irəli sürmək üçün subyektiv hüquqa malik deyildir.
43. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçıların pul tələbi barədə iddia qaldırmağa subyektiv hüququ olmadığından, iddia tələbi əsaslı hesab edilə bilməz.
44. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğ unda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququna malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. 45. 43. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
46. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hazırki iddiaçıların sözügedən mənzillə bağlı heç bir hüquqi bağlılığı da mövcud deyildir. Belə ki, həmin əmlak həm özbaşına tikil i olmuş (sərəncam və istifadə hüququ – qüvvədən düşmüş Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən olmamışdır), həm əmlakla bağlı maraqları da aradan qalxmış (1988-ci ildən oradan çıxıb getmişlər), Cavabdeh iddiaçılara hər hansı bir vədi də rəsmiləşdirilməmişdir.
47. Məhkəmə bu halda hesab etmişdir ki, iddiaçıların hazırki tələblə çıxış etmək üçün subyektiv hüququ olmadığı üçün iddia tələbi təmin edilməməlidir
48. Apellyasiya instasiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci, 386.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 78.1, 88, 361.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
49. İddiaçılar (Vəkil) kassasiya şikayəti verər ək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-5765/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
50. Kassatorların şikayətləri onunla əsaslandırılmışdır ki, iddiaçıların Cavabdeh və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi ev 131A ünvanında olan onlara aid tikiliyə istifadə və sahiblik hüquqlarının tanınmasını tələb etmək ixtiyarı vardır. İddiaçıların istifadəsində və sahibliyində olan tikilinin sökülməsinə görə kompensasiya tələb etmək hüququ vardır. İddiaçıların onların hüquqlarına qəsd edən Cavabdeh və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən bu hərəkətlərə son qoymağı tələb etmək hüquqları olmuş dur və bu hüquqlarını məhkəmədə müdafiə etmək hüququna malikdirlər. İddiaçıların mülkiyyətçi hüquqları olmasa da, fərdi evin onlara aid hissəsində sahiblik və istifadə hüquqları olmuşdur. Kommunal xidmətdən istifadə və s. bu faktı sübut edir. İddiaçılar və cavabdehin mübahisəli fərdi evə mülkiyyət hüquqları olmasa da, iddiaçıların əmlakın onlara aid hissəsində sahiblik, istifadə hüquqları olmuşdur və bu hüquqlarını müdafiə etmək hüquqlarına malikdirlər. Fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində Gülbudaq Səfərovun adına “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport qeydiyyatı ilə keçdiyi üçün cavabdehin əmlak üzərində qeydiyyatda olan şəxslərin razılığı alınmadan təkbaşına sərəncam verməsi qanuni hesab edilə bilməz. Fərdi yaşayış evi cavabdehin xüsusi mülkiyyətində olmadığı üçün evdə qeydiyyatda olan şəxslərin ev üzərində hüquqları bərabərdir, cavabdehin fərdi evdə qeydiyyatda olan şəxslərdən üstünlük hüququ yoxdur. Fərdi yaşayış evinin cavabdehin faktiki sahibliyində olmasının məhkəmə tərəfindən qəbul edilməsi əsassızdır. Bu faktı sübut edən hallar aşkar edilməmişdir. Fərdi ev vahid tikili deyil, ümumi həyətdə bir neçə tikili olmuşdur ki, hər tikilinin sahibi və istifadəçisi olmuşdur. Həmin ünvan ümumi həyətə daxildir, həyətdə bir neçə tikili olsa da, iddiaçıların faktiki istifadəsində sahibliyində olan 67 kv.m sahədə onların əşyaları olmuş, tikili qəzalı, təmirsiz və şəraitsiz olduğundan evdə daimi yaşamaq mümkün olmamışdır. Bununla belə evin giriş qapısının kilidinin açarları iddiaçılarda olmuş, iddiaçılar tez- tez evə baş çəkərək əşyalarını yoxlamışlar. Cavabdeh bu faktı bilsə də MMC-dən gizlətmiş, MMC isə həqiqətə nail olmaq üçün qeydiyyatda olan şəxsləri cəlb etməmiş, söküntüyə dair onlara bildiriş verməmişdir. Bu səbəbdən iddiaçılar hesab edir ki, onların 67 kv.m tikiliyə dair subyektiv hüququ vardır. MMC-nin formalaşmış tikinti təcrübəsinə əməl etməməsi, evdə istifadə və sahiblik hüququ olan şəxslərin qeydiyyatını aparmaması, forma 2 arayış alaraq fərdi evə hüququ olan şəxslərin dairəsini müəyyənləşdirməməsi kimi hərəkətsizliyi hazırki mübahisənin yaranmasına və iddiaçıların əmlaklarından məhrum olmasına səbəb olmuşdur.
51. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsində işin nəticələri işin hallarına uyğun gəlmir. Belə ki, iddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı1 və Cavabdeh Bakı şəhəri, Nəsimi r ayonu, Cəlil Məmmədquluzadə küçəsi ev 131A ünvanında daimi pasport qeydiyyatındadırlar, iddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı1 və Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi ev 131A ünvanında istifadə və sahibliklərində olan yaşayış sahələrində eyni hüquqa malikdirlər, Cavabdeh iddiaçıların hər hansı birindən üstünlük hüququ yoxdur. Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi ev 131A ünvanında yerləşən həyət evi Gülbudaq Səfərova məxsus olmuşdur və iddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı1 və Cavabdeh eyni dərəcəli miras əmlakını qəbul edən şəxslərdir. İddiaçılar və cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi ev 131A ünvanında istifadə və sahibliklərində olan yaşayış sahələrinə dair eyni dərəcədə müqavilə bağlamaq hüququna malikdirlər. C avabdeh iddiaçılara məxsus və onların istifadə və sahibliyində olan yaşayış sahəsinə dair müqavilə bağlamaq səlahiyyəti yoxdur və ona iddiaçılar belə bir səlahiyyət verməmişlər.
52. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi ev 131A ünvanında olan tikililərin və həmin tikililərin iddiaçılar və cavabdehə aid hissələrinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi məqsədilə həqiqətə nail olmaq üçün tikinti-texniki ekspertizası təyin edə biləcəkləri halda, hazırki mübahisə üzrə bu zəruri prosessual hərəkətləri etməmişlər.
53. Müqavilə bağlanarkən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi ünvanında yerləşən 131A nömrəli evə subyektiv hüquqları olan şəxsləri araşdırmam ışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh gizli şəkildə müqavilə bağlamış, həqiqətə nail olmaq üçün həmin evdə istifadə və sahiblik hüquqları olmaqla qeydiyyatda olan iddiaçıları müqvilə bağlamağa cəlb etməmişlər, söküntüyə dair onlara bildiriş verməmişdir. Əgər fərdi yaşayış evinin Daşınmaz Əmlakın Dövlət Reyestrində bir şəxsin adına qeydiyyatı olardırsa, o halda həmin mülkiyyətçi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında yaranmış mülki hüquqi münasibətlərə qiymət verilə bilərdi. İş materiallarından göründüyü kimi fərdi ev daşınmaz əmlakın dövlət reyestrində “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport qeydiyyatı ilə Gülbudaq Səfərovun adındadır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddiaçıların subyektiv hüquqlarını gözləmədən Cavabdeh ilə gizli şəkildə müqavilə bağlamaqla mülki məsuliyyət daşıyır və iddiaçılar qarşısında cavabdehlə birgə məsuliyyəti yaranmışdır.
54. Məhkəmə iddiaçıların təqdim etdikləri yazılı sübutları qiymətləndirməmişdir. Bu sübutların mötəbərliyi aşkardır, işin mübahisəsiz halını təsdiq edir. Cavabdeh iddiaçıların təqdim etdiyi sübutların mötəbərliyini şübhə altına ala biləcək heç bir sənəd təqdim edə bilməmişdir. İddiaçılar əhəmiyyətli sübutlarını Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)- 826/2023 saylı qətnaməsində əgər iddiaçılar evə hüquqlarının olduğunu və onların razılığı alınmadan müqavilə bağlanması nəticəsində həmin hüquqlarının xələl gördüyünü hesab edirlərsə, müvafiq əsasa istinadla Cavabdeh qarşı onlara verilməli olan kompens asiya məbləği ilə bağlı(həmçinin əvəz kimi verilən mənzillə bağlı) tələb irəli sürməkdə haqlıdırlar mövqeyindən sonra toplamışdır. Ancaq məhkəmə iddiaçılar tərəfindən təqdim edilən iş üçün əhəmiyyətli olan yazılı sübutları, izahatları, üçüncü şəxsin izahatını qiymətləndirməmiş, münasibət bildirməmişdir.
55. Bakı Apellyasiya Məhkəməsi qətnaməsinin “birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat” hissəsində aşağıdakıları qeyd etmişdir: Nəsimi Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıların hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqları yoxdur. Halbuki, iş materiallarına əlavə edilən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)826/2023 saylı qətnaməsinin 62-ci bəndində qeyd edilmişdir ki, əgə r iddiaçılar evə hüquqlarının olduğunu və onların razılığı alınmadan müqavilə bağlanması nəticəsində həmin hüquqlarının xələl gördüyünü hesab edirlərsə, müvafiq əsasa istinadla Cavabdeh qarşı onlara verilməli olan kompensasiya məbləği ilə bağlı(həmçinin əvəz kimi verilən mənzillə bağlı) tələb irəli sürməkdə haqlıdırlar. Bakı Apellyasiya Məhkəməsinin Nəsimi Rayon Məhkəməsinin qənaəti ilə razılaşmasını qəbul etmirlər. Belə ki, iddiaçıların cavabdehdən 30.000 (otuz min) manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 180 manat məbləğində pul vəsaitinin tutularaq onlara ödənilməsi barədə tələbi irəli sürməkdə subyektiv hüquqları vardır. Cavabdeh iddiaçıların mənzilə olan hüquqları pozulmaqla kompensasiyanın, eyni zamanda 67 kv.m mənzilə 20% əlavə edilməklə 80 k v.m mənzili qanunsuz olaraq əldə etməsi, qeyd etdikləri kimi iddiaçıların mənzilə olan aşağıdakı hüquqlarının pozulması ilə nəticələnmişdir:
1. İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi ev 131A ünvanında yerləşən fərdi evdə daimi qeydiyyatdadırlar və həmin ünvandan istifadə etmişlər; 2.İddiaçı3 ailəsi ilə birlikdə ünvan 4 ünvanında yerləşən 67 kv.m sahəli həyət evinin istifadəçisi və sahibi kimi kommunal xidmətdən istifadəsinə dair məhkəməyə sübut təqdim edilmişdir;
3. İddiaçıları Mərkəzi Seçki Komissiyası seçici olaraq Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi ev 131A ünvanı üzrə qeydiyyata almışdır və iddiaçılar həmin ünvanda seçki hüquqlarından istifadə etmişlər;
4. MKİS-dən alınan arayışdan görünür ki, iddiaçılar B akı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi ev 131A ünvanında qeydiyyatdadırlar.
5. ASAN Xidmət mərkəzindən alınan arayışdan görünür ki, iddiaçılar Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi ev 131A ünvanında qeydiyyatdadırlar.
56. Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi ev 131A ünvanında yerləşən mənzilə başqa şəxslərin hüquqlarının olmasını bildiyi üçün müqavilədə qeyd etdirmişdir ki, 18 yaşı tamam olmuş şəxslərin notarial qaydada təsdiq edilmiş razılıq ərizələrini "xxxx" MMC-yə təhvil verilməsini təmin etmək, ünvanda rəsmi qeydiyyatda olan, lakin yaşayış yeri fərqli olan şəxslərin razılıq ərizələrini almaq mümkün olmadıqda, gələcəkdə bununla bağlı yarana biləcək mübahisələri həll etməyə öhdəlik götürür, mənzil və ya yaşayış evi ilə bağlı bütün məsuliyyəti öz üzərinə götürür. Bundan başqa Cavabdeh müqavilənin sonunda yazılı öhdəlik götürmüşdür ki, mənzildə qeydiyyatda olan və 18 yaşı tamam olmamuş şəxslərin mənə məxsus qeyd olunan mənzilə dair "xxxx" MMC ilə bağlanmış müqaviləyə heç bir etirazı yoxdur. Etiraz və iddiaların olduğu halda məsuliyyəti daşıyır. Şikayətdə qeyd edilənlər iddiaçıların hazırki mübahisənin qaldırmasında subyektiv hüquqlarının olmasını sübut edir və iddia ərizələrində qaldırılan tələbdə haqlıdırlar. Cavabdeh müqavilədə götürdüyü öhdəlik ona dəlalət edir ki, Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi ünvanında yerləşən 131A nömrəli evdə iddiaçıların da subyektiv hüquqları vardır, əgər bu belə deyildirsə o halda müqavilədə belə bir öhdəlik götürməzdi. "xxxx" MMCnin nümayəndəsi X1 Rayon Məhk əməsinin 2(006)-4173/2022 saylı iş üzrə keçirilən məhkəmə iclasında izahatında göstərmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamına əsasən MMC tərəfindən həmin bölgədə olan evlərin satın alınaraq yeni çoxmərtəbəli yaşayış binalarının tikintisi nəzərdə tutulmuşdur. Buna uyğun olaraq həmin ərazidə yerləşən evlər satın alınmışdır. Həmin bölgədə heç bir evin, o cümlədən hazırki mübahisə predmeti olan evin çıxarışı olmamışdır. Qanunvericiliyin tələbinə uyğun olaraq həmin evlərdə yaşayan bütün şəxslərlə razılıq əldə olunmuşdur və bağlanmış müqaviləyə əsasən həmin müqavilə üzrə alqı-satqı edilən əmlakla bağlı sonradan yaranan bütün mübahisələrlə bağlı öhdəliyi Cavabdeh öz üzərinə götürmüşdür. Cavabdeh MMC-yə bildirmişdir ki, hazırki mülki iş üzrə iddiaçılarla yarana biləcək bütün mübahisəl i məqamları həll edəcəkdir. Hüquqları pozulduğu üçün iddiaçılar cavabdehə və MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və yeni müqavilənin bağlanması tələbi barədə” iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişlər. Nəsimi Rayon Məhkəməsinin 2(006)4173/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamə onunla əsaslandırılmışdır ki, iddiaçıların cavabdehə qarşı bu tələblə deyil, “pulun ödənilməsi” tələbi ilə iddia irəli sürmək hüquqları vardır. Bu səbəbdən iddiaçılar hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. İddiaçılar cavabdehdən 30.000 (otuz min) manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 180 manat məbləğində pul vəsaitinin tutularaq onlara ödənilməsi barədə tələbi irəli sürmüş lər, lakin məhkəmə əvvəlki qənaətinin əksi olaraq iddianı təmin etməmiş və hazırki mübahisə üzrə qəbul etdiyi qətnaməsində iddiaçıların subyektiv hüquqları olduğu halda bu hüquqlarının olmaması qənaətinə gəlmişdir.
57. Bakı Apellyasiya Məhkəməsinə iddia tələbinin əsaslığına dair iddiaçılar tərəfindən kifayət qədər yeni sübutlar əlavə olunmuşdur. Bununla yanaşı məhkəmə prosesi zamanı DƏDK və RPH şəxsinin 1 saylı ünvan 5 ünvanında yerləşən fərdi evə dair məlumat və sənədlər əldə edilmişdir. Halbuki bu məlumat və sənədləri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi işə baxarkən həqiqətə nail olunmaq üçün əldə edə bilərdi. DƏDK və RPH şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportu təqdim etmişdir. Sənəd 1977-ci ilin aprel ayında tərtib olunmuşdur. Sənəddən görünür ki, mübahisəli ev iddiaçı və cavabdehin ataları Gülbudaq Səfərova məxsus olmuşdur. Gülbudaq Səfərovun sağlığında iddiaçı və cavabdehin hər birinin Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi ev 131A ünvanında yaşayış sahələri ayrı-ayrı olmuşdur. Gülbudaq Səfərov vəfat etdikdən sonra onun miras əmlakını faktiki olaraq iddiaçılar - İddiaçı3, İddiaçı2 və İddiaçı1 və cavabseh Cavabdeh qəbul etmişlər. Eyni zamanda iddiaçıların vəkilinin sorğusu əsasında əldə edilmiş məlumata əsasən kommunal xidmətlərdən ailə başçısı İddiaçı3 istifadə etmişdir və bu barədə məlumatlar və sənədlər iş materiallarına əlavə edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi sübutları tədqiq etmədən cavabdehin formal mülahizələri əsasında qətnamələr qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
58. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
59. Maddə Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
60. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
61. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
62. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 63. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
64. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
65. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
66. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
67. Maddə 361.4. Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyrimümkün olduğunu əsaslandırsın.
68. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
69. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
70. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
71. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və y a düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
72. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə r iayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.
73. Hazırki kassasiya şikayətində qətnamə iddiaçılar tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
74. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsa s yoxdur.
75. Kassatorlar daşınmaz əmlakla bağlı subyektiv hüquqlarının olduğunu bildirsələr də apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, hazırki iddiaçıların sözügedən mənzillə bağlı heç bir hüquqi bağlılığı da mövcud deyildir. Belə ki, həmin əmlak həm özbaşına tikili olmuş (sərəncam və istifadə hüququ – qüvvədən düşmüş Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən olmamışdır), həm əmlakla bağlı maraqları da aradan qalxmış (1988-ci ildən oradan çıxıb getmişlər), Cavabdeh iddiaçılara hər hansı bir vədi də rəsmiləşdirilməmişdir. Məhkəmə bu halda hesab etmişdir ki, iddiaçıların hazırki tələblə çıxış etmək üçün subyektiv hüququ olmadığı üçün iddia tələbi təmin edilməməlidir.
76. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan ape llyasiya məhkəməsi tərəfindən işdəki, mülki-prosessual hüquq normaları ilə müəyyənləşdirilmiş müddətlərdə təqdim edilmiş sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilmiş hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
77. Məhkəmə kollegiyası kassasiya şikayətinin Bakı Apellyasiya Məhkəməsinə iddia tələbinin əsaslığına dair iddiaçılar tərəfindən kifayət qədər yeni sübutlar əlavə olunduğu barədə dəlili ilə əlaqədar qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının MPM-in 78.1-ci maddəsinə istinad edərək göstərmişdir ki, sübutlar i şdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Apellyasiya instansiyası məhkəməsi həmçinin Azərbaycan Respublikasının MPM-in 361.4-cü maddəsinə istinad edərək, apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim ed ilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın. Kassasiya kollegiyası qeyd edir ki, iş materialları ilə iddiaçıların prosessual qanunvericiliklə müəyyənləşdirilmiş müddətlər daxilində təqdim etdiyi lakin araşdırılmamış sübutların olması halı, eləcə də apellyasiya instansiyası məhkəməsinə təqdim etdikləri sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırmaqla təqdim etmələri halı təsdiqlənmir.
78. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
79. Kassasiy a şikayətinin dəlillərindən biri də Bakı Apellyasiya Məhkəməsinin qətnaməsində işin nəticələrinin işin hallarına uyğun gəlmədiyi barədədir. Məhkəmə koillegiyası bildirir ki, həmin dəlilə hüquqi qiymət verilməməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 407.2-ci maddəsinin tələbinə əsasən kassasiya şikayətində qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin Azərbaycan Respublikasının MPM-in 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi ap ellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilməmişdir.
80. Kassatorların vəkili və nümayəndəsi ayrıca ərizə ilə müraciət edərək "xxxx" MMC və Cavabdeh əməllərində cinayətin əlamətləri aşkar olunduğundan bu barədə xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsini xahiş etsə də, məhkəmə kollegiyası hazırki icraat çərçivəsində xüsusi qərardadın qəbul edilməsi üçün əsaslar müəyyən etməmişdir.
81. Kassatorların nümayəndəsi və vəkili elektron kabinet vasitəsilə sənədlər göndərmişdir. Məhkəmə kollegiyası bildirir ki, kassasiya instansiyası məhkəməsi yeni sübutlar q əbul etmir və onlara hüquqi qiymət vermir, kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
82. Yuxarıda şərh edilənlərə görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
83. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 oktyabr 2023-cü il tarixli 2(103)-5765/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüv