Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1193/2020 28.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı, Səbail Rayon İcra və Probasiya Şöbəsi və X2 müstəqil tələb irəli sürməyən 3-cü şəxslər qismində cəlb edilməklə, “qiymətləndirmə hesabatının ləğvi” tələbinə dairmülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçıtərəfindən verilmiş kassasiya şikayə tinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə (hakim Ş.Abdullayev) İddiaçı Cavabdeh MMC-yə qarşı qiymətləndirmə hesabatının ləğvi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən İ.Xəlilov, hakimlər X.Cəmilova və İ.Kərimli) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respubli kası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh MMC-yə qarşı qiymətləndirmə hesabatının ləğvi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh MMC-nin əmlakın qiymətləndirilməsinin nəticələri haqqında xx.xx.2019- cu il tarixli hesabatına əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsində yerləşən 115 saylı evin, 67.9 kv.m. ümumi sahəsi olan 2 otaqlı, 18 saylı mənzilinin dəyəri 66.000 m anat, Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsində 115 saylı binanın zirzəmisində yerləşən 30,0 kv.m. ümumi sahəsindən ibarət olan qeyri-yaşayış sahəsinin dəyəri 24.000 manat, Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsində 115 saylı binanın zirzəmisində yerləşən 15,0 kv.m. ümumi sahəsindən ibarət olan qeyri-yaşayış sahəsinin dəyəri 12.000 manat, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində 99 saylı binanın zirzəmisində yerləşən 114,0 kv.m. ümumi sahəsindən ibarət olan qeyriyaşayış sahəsinin dəyəri 35.000 manat, Bakı şəhəri, Səbail rayonu, Cəfərov Qardaşları küçəsində 23 saylı binada yerləşən 673,4 kv.m. ümumi sahəsindən ibarət olan qeyriyaşayış sahəsinin dəyəri 1.400.000 manat, Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən 2,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəs inin dəyəri 5.000 manat, Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən 1,5 ha sahibkarlıq məqsədli torpaq sahəsinin dəyəri 30.000 manat, Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən 2,5 ha sahibkarlıq məqsədli torpaq sahəsinin dəyəri 50.000 manat, Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən 4,0 ha sahibkarlıq məqsədli torpaq sahəsinin dəyəri 80.000 manat, Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsində yerləşən 115 saylı evin, 165.8 kv.m. ümumi sahəsi olan 4 otaqlı, 15 saylı mənzilinin dəyəri 133.000 manat qiymətləndirilmişdir. Həmçinin iş materiallarında olan “X1 2" MMC-nin xx.xx.2019-cu il tarixli qiymətləndirmə rəyindən görünür ki, Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən 1 ha torpaq sahəsinin x xxxx 3000-3200 manat olmaqla 1 h/a təxminən 30000-32000 manat civarındadır. Bakı şəhəri, Yasamal rayo nu, Kazımzadə küçəsində yerləşən yeni yaşayış binasında təmirin keyfiyyətindən asılı olaraq mənzilin 1 kv.metri 2500-3000 manat, həmin ərazidə yerləşən zirzəminin 1 kv.metri qiymətinin ***-**** manat civarındadır. İddiaçı bildirir ki, Cavabdeh MMC tərəfindən əmlaklar, torpaq sahələri və onun üzərində olan tikilinin qiymətləndirilməsi zamanı “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun tələblərinə əməl etməmişdir. Cavabdeh MMC-nin hazırladığı rəy primitiv olmaqla ümumi cümlələrdən ibarətdir. Bu hesabatda əmlakı qiymətləndirərkən hansı metod, üsul və vasitələrdən istifadə edildiyi göstərilməmiş, qiymətləndirmə düzgün aparılmamış, mübahisəli əmlakla bağlı sənədlər araşdırılmamış, əmlakın bazar qiyməti müəyyən edilərkən analoji əmlakların bazar qiymətləri təhlil edilməmiş və bilərəkdən mülkiyy ətdən məhrum etmə ilə bağlı olan rəy tərtib edilmişdir. Belə ki, əmlaklar dəyərindən 2-3 dəfə aşağı dəyərləndirilmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasına gəlməmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməklə apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmalıdır. Çünki apelliyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Məhkəmə kollegiyası hesab edir ki, əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın məzmununu müəyyən edən normalar mövcud olmadığından hazırkı iş üzrə mübahisəyə qanunun analogiyası tətbiq edilməklə “Məhkəmə ekspertiza fəaliyyəti haqqında” Qanunun 26-cı maddəsinin tələbləri əsasında hüquqi qiymət verilməlidir. Həmin Qanunun 26-cı maddəsinə əsasən Məhkəmə ekspertizasının rəyində istifadə edilən metodlar göstərilməklə tədq iqatın məzmunu və nəticələri əks olunmalıdır. Qeyd edilən normanın qanunun analogiyası üzrə hazırkı mübahisəyə tətbiqi əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatda da istifadə edilən metodlar göstərilməklə tədqiqatın məzmunu və nəticələrinin əks olunmasını ehtiva edir. Bundan başqa Mülki Prossesual Məcəllənin 101.6-cı maddəsində göstərilir ki, ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Lakin Cavabdeh” MMC-nin əmlakın qiymətləndirilməsinin nəticələri haqqında xx.xx.2019- cu il tarixli hesabatından göründüyü kimi əmlakı qiymətləndirərkən hansı metod, üsul və vasitələrdən istifadə edildiyi göstərilməmiş və yuxarıda qeyd edilən əmlakların bazar qiyməti müəyyən edilərkən analoji əmlakların bazar qiymətləri təhlil edilməmişdir. Bundan başqa qiymətləndirilmə zamanı əmlakların konkret fərdi xüsusiyyətləri əks etdirilməmiş, bütün əmlaklara münasibətdə eyni parametrlərdən istifadə edilmiş və yalnız əmlakların ümumi sahələri və adları sadalanmaqla həmin əmlaklar bir birindən fərqləndirilmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi y oxdur. Qeyd edilən normaların məzmunundan göründüyü kimi hər bir sübut işə baxan məhkəmə tərəfindən tətqiq edilməklə qiymətləndirilir. Halbuki hazırkı işdə mübahisələndirilən hesabatlarda hər bir əmlakın fərdi xüsusiyyətləri göstərilməklə həmin əmlakların qiymətini müəyyən etməyə imkan verən müfəssəl tətqiqat prosesi əks olunmadığından həmin rəyləri tətqiq etmək və qiymətləndirmək mümkün deyildir. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apellyasiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu hal düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Azərbaycan Respublikası MPM-nin 418.3-ci maddəsinin məzmununa görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixliqətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1193/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1193/2020
28.02.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver