Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1198/2020 02.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, VX Elşanə Rafiq qızı və Akif İsgəndərovdan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil oğlunun və Cavabdeh vəkili Vəkil2 qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 sentyabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və F.F.Babayev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv olunmaqla iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməklə ləğv olunması” tələblərinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə (Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı ərazi idarəsini və QSC “” KB-ni üçüncü şəxslər qismində göstərməklə) məhkəməyə müraciət edərək, əvvəllər X5, Əmlak Məsələləri Döv lət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinə, X qızına, “xxxx” QSC-yə və X6 qarşı iddia qaldırmaqla ünvan 1 ünvanında yerləşən 0,0799 ha torpaq sahəsinə dair X4 mülkiyyət hüquqlarına dair 01.02.2008-ci il tarixdə **********77 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsini və ********** nömrəli çıxarışın ləğv olunmasını tələb etdiyini, həmin iddia tələbini, sözügedən ünvanda yerləşən 378 kv.m torpaq sahəsinin Nərimanov Bələdiyyəsinin 05.04.2006-cı il tarixli 6 saylı protokolu əsasında 15 il müddətinə ona icarəyə verildiyi, 07.04.2006-cı il tarixli 41 saylı müqaviləyə əsasən həmin vaxtdan mütəmadi olaraq tərəfindən hər il 302,40 manat icarə haqqı ödənildiyi, Nərimanov rayon İcra Hakimi yyətinin 08.08.2006-cı il tarixli 374 nömrəli sərəncamı əsasında X5 onun istifadəsinə verilmiş torpaq sahəsində fərdi ev tikilməsinə dair sərəncam verdiyindən aralarında məhkəmə mübahisəsi başladığı, torpaq sahəsi ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində mübahisə getdiyi bir vaxtda X4 Nərimanov bələdiyyəsi ilə əlbir olub sənədləri saxtalaşdıraraq həmin vaxtda Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində başqa bir hakimin icraatında iş başlatdığı, qanunsuz və əsassız qətnamə çıxarılmasına nail olduğu, həmin qətnamə hüquqlarına toxunduğundan onu mübahisələndirdiyi, Bakı Apellyasiya Məhkəməsinin 11.09.2012-ci il tarixli qətnaməsi ilə şikayətinin təmin edildiyi, həmçinin qətnamənin icrasında dönüş olunduğu, onun doğurduğu bütün hüquqi nəticələrin ləğv edildiyi, mübahisə ilə bağlı keçir ilmiş bütün məhkəmə proseslərində iş üzrə bütün maraqlı şəxslərin, o cümlədən AR DTXK-nin Bakı şəhər şöbəsinin, Nərimanov Bələdiyyəsinin və X4 da iştirak etdikləri, bütün bunlara baxmayaraq, X4 məhkəmə qərarı ilə 01.02.2008-ci il tarixli **********77 reyestr nömrəli ********** nömrəli çıxarış əsasında torpaq sahəsini əvvəl X6, daha sonra isə dolayı yolla 28.02.2014-cü il tarixdə Cavabdeh satdığı, DƏDRX-nin Bakı şəhər Ərazi və DTXK-nin Bakı şəhər şöbəsinin əməkdaşlarının üzərlərinə düşən vəzifə borclarını yerinə yetirmədiklərini və X4 da bundan cinayətkarcasına sui-istifadə etdiyi, torpaq sahəsinə verilmiş hüquqi qüvvəsi olmayan çıxarışla alqı-satqı əməliyyatının aparıldığı, bu qanunsuz əməlləri yenidən məhkəmə müstəvisində mübahisələndirdiyi və nəticədə həmin çıxarışın ləğv olunduğu, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 avqust 2016-cı il tarixli qətnaməsi əsasında daşınmaz əmlakın dövlət reyestrində X4 adına aparılmış mülkiyyətə dair qeydiyyatın etibarsız hesab edildiyi ilə əsaslandırdığını bildirmiş, mülkiyyətə dair X4 adına aparılmış qeydiyyat etibarsız hesab edildiyindən onun doğurduğu nəticələrin də ləğv edilməli olduğunu irəli sürməklə, ünvan 3 ünvanında yerləşən 0,0799 ha torpaq sahəsinin alqı-satqısına dair 28 fevral 2014-cü il tarixli AN-1 seriyalı ******* saylı müqavilənin və həmin müqavilə əsasında Cavabdeh adına verilmiş 28 fevral 2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışın etibarsız hesab edilməklə ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİL LƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı və vəkili Vəkil oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, məhkəmə işin faktiki hallarını, sübutları düzgün qiymətləndirməmiş, sübutlar düzgün qiymətləndirilmədiyi səbəbindən məhkəmə tərtib edilməli olmayan hüquq normalarını tətbiq etməklə əsassız olaraq iddianın təmin edilməsinə dair qətnamə qəbul etmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi MK-nın 27 sentyabr 2019-cu il tarixli 2(103)-9802/2019 saylı qətnaməsinin ləğv edilib, iddianın təmin olunması barədə (Nərimanov Rayon Məhkəməsinin 18.10.2018-ci il tarixli qətnaməsinin qət etdi hissəsinə uyğun olaraq) yeni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil oğlu Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 sentyabr 2019-cu il t arixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi, İddiaçı vəkilin çıxışı ilə razı olduğunu bildirdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili Vəkil2 qızı kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını bildirərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 sentyabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər proses iştirakçılarına lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər proses iştirakçıları üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən proses iştirakçılarının iştirakı olmada n baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyərək kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi MK-nın 27 sentyabr 2019-cu il tarixli 2(103)-9802/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2, 324.1, 324.2, 324.4, 324.5-ci 337.1, 339-cu maddələrinə əsasən gəldiyi nəticələrdən görünür ki, mübahisə mövzusu olan torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında mülkiyyət hüquq u ilə əldə edən Cavabdeh həmin əmlakı vicdanlı əldə etmişdir və onun mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının yaranmasının əsasını təşkil edən alqı-satqı müqaviləsinin etibarsızlığı üçün qanunda nəzərdə tutulan dispozitiv şərtlər mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, Nərimanov rayon Bələdiyyəsinin 05.04.2006-cı il tarixli 06 saylı iclasının protokolu ilə ünvan 4 ünvanında yerləşən 378 kv.m torpaq sahəsinin İddiaçı tərəfindən istifadə edilməsi fakt ı təsdiq edilərək qeydə alınması qərara alınmış, həmin torpaq sahəsinə dair onunla 15 il müddətinə icarə müqaviləsinin bağlanması İqtisadi İnkişaf şöbəsinə tapşırılmış, 07.04.2006-cı il tarixdə İddiaçıla Bakı şəhəri Nərimanov rayon Bələdiyyəsi arasında “Torpaq sahəsinin icarəyə verilməsinə dair” 41 saylı müqavilə bağlanmış və sözügedən ünvandakı 378 kv.m torpaq sahəsi 15 il müddətinə onun istifadəsinə verilmişdir. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti başçısının 08.08.2006-cı il tarixli 374 saylı sərəncamı ilə sözügedən ünvanda X7 tərəfindən fərdi evin tikintisinə icazə verilmiş, Nərimanov rayon Bələdiyyəsinin 08.06.2007-ci il tarixli 06 saylı iclasının “fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin vətəndaşın mülkiyyətinə verilməsi barəsində” protokoluna əsasən isə həmin ünvanda yerləşən 799 kv.m. torpaq sahəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış layihəyə uyğun olaraq Xıdır İbrahimovun mülkiyyətinə verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş və qanuni qüvvəsini aldıqları mübahisələndirilməyən məhkəmə aktları ilə müəyyən edilmişdir ki, X4 Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə qarşı “vəzifəli şəxsin qeyri-qanuni hərəkətlərindən şikayətə dair” iddiası Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 22.06.2007-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək Nərimanov rayon Bələdiyyəsinin 08.07.2007-ci il tarixli aktına əsasən satılmış ünvan 6 ünvanında yerləşən 799 kv.m torpaq sahəsinə onun mülkiyyət hüququnun tanınması, Nərimanov rayon Bələdiyyəsi ilə Y arasında bağlan mış torpağın alqı- satqısına dair aktın təsdiq edilməsi, həmin sahəyə dair torpaq kadastr planının tərtib edilərək ona təqdim olunması qət edilmiş, qətnamə əsasında sözügedən torpaq sahəsinədair Yun adına 27.06.2007-ci ildə “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir. Sonradan maraqlı şəxs qismində sözügedən qətnamə İddiaçı verdiyi apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin 11 sentyabr 2012-ci il tarixli qətnaməsi ilə ləğv edilərək Yun iddiası rədd olunmuş və qətnamənin icrasından geriyə dönüş edilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə tapşırılmışdır. Həmin məhkəmə aktlarından aydın olur ki, Y DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 01.02.2008-ci il tarixdə verilmiş **********77 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarı şa əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,0799 ha torpaq sahəsini AN-İ seriyalı ******* nömrəli 23.07.2009-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X6 200000 manata satmış, sonuncunun həmin torpaq sahəsi üzərindəki mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla ona MH seriyalı ******* saylı çıxarış verilmişdir. Sözügedən məhkəmə aktları ilə həmçinin müəyyən olunmuşdur ki, İddiaçı mübahisəli torpaq sahəsinə dair Yanın adına verilmiş 01.02.2008 - ci il tarixli **********77 reyestr nömrəli, 57116309 qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı məhkəmə qaydasında mübahisələndirmiş, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 17 avqust 2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq, Yun adına aparılmı ş qeydiyyatın etibarsız hesab edilməsi qət edilmiş, həmin qətnamə apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən də dəyişdirilmədən saxlanılmışdır (müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1150/2018 saylı 30 yanvar 2018-ci il tarixli qətnaməsinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3865/2018 saylı 04 iyun 2018-ci il qərarına əsasən). Həmin məhkəmə aktları ilə o cümlədən, mübahisəli torpaq sahəsinin Nərimanov Bələdiyyəsinə ayrılmış torpaq sahələrinin hüdudlarından kənarda yerləşməklə, dövlət mülkiyyətində qalan torpaq sahələrinə aid olduğu, Bələdiyyənin həmin torpaq sahəsi üzərində istifadə, sahiblik və sərəncam hüququnun olmadığı da müəyyən olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə həmçinin müəyyən etmişdir ki, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 17 iyun 2011-ci il tarixli qətnaməsi ilə Qapalı Səhmdar Cəmiyyəti “” X1rşı iddiası qismən təmin edilmiş, sonuncudan kredit borcunun tutularaq Banka verilməsi, həmin məbləğin ipoteka ilə yüklü edilmiş və X3 məxsus ünvan 3-də yerləşən 0,0799 ha torpaq sahəsinin açıq hərracdan satılması hesabına ödənilməsi qət edilmiş, qətnamə qanuni qüvvəsini alaraq 22.02.2012ci il tarixdə icraya yönəldilmiş, keçirilmiş hərracların nəticəsində torpaq sahəsi Banka satılmış və 08.02.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ üzrə Bankın adına qeydiyyata alınmışdır. QSC “” KB isə AN-İ seriyalı ******* nömrəli 18.02.2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən mübahisə mövzusu olan sözügedən torpaq sahəsini 310000 man ata Cavabdeh satmış, sonuncunun həmin torpaq sahəsi üzərindəki mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla ona 28.02.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarış verilmişdir. İş materiallarından həmçinin aydın olur ki, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 16 iyul 2015-ci il tarixli qətnaməsi ilə XXun iddiası qismən təmin edilərək mübahisəli torpaq sahəsinə dair “»” MMC tərəfindən tərtib edilmiş “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında” 22.05.2012-ci il tarixli hesabatın ləğv edilməsi, “xxxx” MMC tərəfindən 19.02.2013-cü il tarixdə keçirilən hərracın və onun nəticələri haqqında Y-38 nömrəli protokolun etibarsız, banka verilmiş 08.02.2014-cü il tarixli çıxarışın, bankla Cavabdeh arasında bağlanmış 18.02.2014-cü il tarixli alqı-satqı müqavi ləsinin və həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh verilmiş çıxarışın ləğv edilməsi, XXun torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi qət olunmuş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 18 yanvar 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti tam, bankın apellyasiya şikayəti isə qismən təmin edilmiş, Nərimanov Rayon Məhkəməsinin 16.07.2015-ci il tarixli qətnaməsi - iddianın təmin olunmuş hissəsində qismən, yəni “mübahisəli torpaq sahəsinə dair QSC “” KB-na verilmiş 08.02.2014-cü il tarixli çıxarışın, bankla Cavabdeh arasında bağlanmış, 18.02.2014-cü il tarixli alqı-satqı müqaviləsinin və həmin alqı-satqı müqaviləsi əsasında sonuncuya verilmiş çıxarışın ləğv edilməsi, XXun torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bər pa olunması” hissələrində ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin sözügedən 18 yanvar 2016-cı il tarixli qətnaməsindən aydın olur ki, apellyasiya instansiyası Cavabdeh mübahisəli torpaq sahəsini əldə edərkən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrindən verilmiş müvafiq çıxarışa əsasən bankın mülkiyyətində olduğunu, onlar arasında 18.02.2014 - cü il tarixdə alqı-satqı müqaviləsi bağlanarkən reyestrdə əmlak üzərində yüklülük, habelə reyestrdəki qeydə dair etirazın qeydə alınmadığını vurğulamaqla onu əmlakın vicdanlı alıcısı hesab etmiş, əldə etdiyi mülkiyyət hüququnun müdafiə edilməli olması nəticəsinə gəlmişdir. İşin materiallarından görünür ki, İddiaçı mübahisəli torpaq sahəsinin etibarsız hesab edilmiş qeydiyyat və çıxarış əsasında əvvəlcə X3, daha sonra isə dolaylı yolla C avabdeh satıldığını, həmin alqı-satqı əməliyyatlarının hüquqi qüvvəsi olmayan çıxarışla aparıldığını, Yun adına aparılmış qeydiyyatın etibarsız hesab edilməsi səbəbindən onun doğurduğu nəticələrin də ləğv edilməli olduğunu iddia etməklə hazırkı iddia tələblərini irəli sürmüşdür. Cavabdeh isə torpağın ilkin mülkiyyətçisi olan Yun adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsindən, ümumiyyətlə torpaq sahəsi ilə bağlı hər hansı mübahisənin mövcudluğundan məlumatı olmamasını, özünün isə vicdanlı alıcı olduğu üçün, onun alıcı qismində tərəf olduğu 28 fevral 2014-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilə bilməz və müqavilə əsasında əldə etdiyi mülkiyyət hüquqları müdafiə olunmalı olmasını göstərmişdir. İddiaçının kassasiya şikayətinin əsas qayəsini apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin formalaşmış məhkəmə təcrübəsinə uyğun olmamasış, bu nəticənin işin faktiki hallarının ziddiyət təşkil etməsi, hazırki iş üzrə Xnın formal alıcı olması, torpaq sahəsinə dair dövlət qeydiyyatı ləğv edildikdən sonra bütün nəticələrin etibarsızlığına hüquqi qiymət verilməməsi təşkil edir. Məhkəmə kollegiyası bu dəlillərə qiymət verərək qeyd edir ki, Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış ir adə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Qanunvericiliyin mahiyyətinə görə hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçü n onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Bu mənada kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq vurğulamıdır ki, iddiaçının etibarsız hesab edilməsini tələb etdiyi alqı-satqı müqaviləsinin lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlandığı, habelə bu növ əqdlər üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun olduğu mübahisə mövzusu deyildir, onu bağlamış şəxslərin arasında iradə vahidliyinin yoxluğu isə ümumiyyətlə irəli sürülməmişdir. Apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, mübahisəli torpaq sahəsi ilkin olaraq Yun adına m ülkiyyət hüququ üzrə qeydə alındıqdan sonra onun barəsində sonuncu ilə XX arasında 23.07.2009-cu il tarixdə alqısatqı müqaviləsi bağlanmış, bundan sonra XXun bankdan götürdüyü kreditin təminatı kimi mülkiyyətində olan həmin əmlakı bank qarşısında ipoteka ilə yüklü etmiş, krediti ödəyə bilmədiyindən əleyhinə qətnamə çıxarılaraq icraya yönəldilmiş, keçirilmiş hərracların nəticəsində torpaq sahəsi banka satılmış və məhz bundan sonra bankın mülkiyyətindəki sözügedən torpaq sahəsi notarial qaydada bağlanmış 18.02.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh satılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları üzrə düzgün olaraq bu nəticəyə gəlmişdir ki, mübahisələndirilən alqısatqı müqaviləsi bağlanarkən torpaq sahəsi Daşın maz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən məhz bankın mülkiyyətində olmuş və o (Bank), mülkiyyətində olan daşınmaz əmlaka dair müvafiq əqdi (alqı-satqı müqaviləsini) bağlamağa tam səlahiyyətli olmuşdur. Həmçinin, kollegiya apellyasiya instansiyası məhkəməsinin “müqavilə azadlığı” prinsipi çərçivəsində bank ilə Cavabdeh tam sərbəst iradələri ilə hərəkət edərək müqavilə şərtlərini qarşılıqlı razılıq çərçivəsində müəyyənləşdirməsi, beləliklə mübahisələndirilən alqı-satqı müqaviləsinin forma və məzmunca qanunvericiliyin tələblərinə müvafiq tərtib edilməsinə dair gəldiyi nəticəni də qanuni və əsaslı sayır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verməkdə davam edərək apellyasiya instansiyası məhkəməsinin Cavabdeh vicdanlı əldə edən olmasına dair mövqeyi ilə d ə razılaşır. Belə ki, apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə müəyyən etmişdir ki, Cavabdeh həmin əmlaka dair Daşınmaz Əmlakın Dövlət Reyestrində Yun adına aparılmış qeydin əsassız olduğunu bilə bilməzdi (bilmirdi və bilməli də deyildi); digər tərəfdən o (Cavabdeh) mübahisəli əmlakı Ydan deyil, onun üçüncü mülkiyyətçisi olan bankdan almış və yuxarıda da göstərildiyi kimi, alqı-satqı müqaviləsi bağlanarkən mübahisəli əmlak müvafiq çıxarışa əsasən məhz bankın xüsusi mülkiyyətində olmuşdur. Belə olan halda iddiaçının, Yun adına aparılmış qeydiyyatın etibarsızlığının ondan sonra həyata keçirilmiş bütün əqdlərin etibarsızlığını da ehtiva etməsi arqumentinin əsassız olmasına dair apellyasiya instansiyası məhkəməsinin qənaəti əsaslı olmuşdur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin Bakı Apellyasiya Məhkəməsinin 18 yanvar 2016-cı il tarixli qətnaməsinin hazırki iş üzrə preyudisiyal əhəmiyyət kəsb etməsi ilə bağlı də hüquqi mövqeyi də düzgün olmuşdur. Belə ki, qanuni qüvvəsini almış qətnamədən görünür ki, həmin işə baxan məhkəmə kollegiyası, “...Cavabdeh vicdanlı əldə edən olduğunu şübhə altına alan hər hansı sübutlar olmadığını” xüsusi olaraq qeyd etməklə anoloji nəticəyə gəlmiş (yəni onu əmlakın vicdanlı alıcısı hesab etmiş), onun (Cavabdeh) əldə etdiyi mülkiyyət hüququnun müdafiə edilməli olması barədə gəldiyi qənaətə uyğun olaraq da 18.02.2014- cü il tarixli alqı-satqı müqaviləsinin (həmçinin çıxarışın) ləğv olunması barədə iddia tələbini rədd etmişdir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizmi hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir; hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik əldə edənin vicdanlılığı prezumpsiyasını müəyyən etmişdir. Bu prezumpsiyaya görə əldə edən onun vicdanlı sahib olması sübut edilənədək vicdanlı sahib hesab olunur. Vicdanlı sahib o şəxsdir ki, bu şəxs əmlakı onun özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əldə etməsini bilmir və ya bunu bilməli olmağa borclu deyildir. O halda əldə edən vicdanlı sahib sayıla bilməz ki, əgər dəyəri ödənilməklə aparılan alqı-satqı anında mübahisəli əmlaka 3-cü şəxslərin iddiaları ona məlum olmuş olsun və bu iddialar sonradan qanuni sayılsın. Avropa İn san Hüquqları Məhkəməsi “Buciaş Ruminiyaya qarşı” işində qeyd edir ki, ləğv olunması istənilən satış müqaviləsinin taleyi tərəflərin vicdanlığı və ya vicdansızlığından asılıdır. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 iyul 2015-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarə n, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il taraixli qərarında da göstərildiyi kimi, “vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyrimüəyyənlik mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göst ərməklə yanaşı, həmçinin tərəflərin bir- birinə olan inamının da azalmasına gətirib çıxarardı”. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27.10.2004-cü il tarixli qərarına görə isə, “əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir”. Mülki Məcəllənin 149.2-ci maddəsinin tələblərinə görə isə, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi şərh olunanları nəzərə almaqla idd ia tələblərinin təmin edilməsinin mübahisəli torpaq sahəsinin vicdanlı alıcı olan cavabdehin (Cavabdeh) əldə etdiyi və qanuni əsaslarla yaranmış əmlak (əşya) hüquqlarının pozulması nəticəsini doğurmaqla bu hüquqlara qeyritaraz müdaxilə olması, belə hüquqi mövqenin tutulmasının mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından ədalətli və qanuni olmasına dair düzgün və əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, bu dəlillər qanuni, əsaslı və mahiyyətcə düzgün olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Belə ki, apell yasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək torpaq sahəsini alqısatqı müqaviləsi əsasında mülkiyyət hüququ ilə əldə edən Cavabdeh həmin əmlakı vicdanlı əldə edən olmasına dair düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, əvvəlki kassasiya instansiyası məhkəməsini qərar ında şərh edilmiş göstərişlərə, eləcə də MPM-in 14, 77, 88, 217,218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməyərək iddiaçının tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmədiyi üçün iddia tələbinin təmin olunmalı olmaması barədə düzgün və əsaslı nəticəyə gəlmişdir. Buna görə də kassasiya şikayətində göst ərilən dəlillər əsassız olduğu və hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 sentyabr 2019-cu il tarixli 2(103)-9802/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1198/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1198/2020
02.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver