Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1200/2024 09.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1nə və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6172/2023 nömrəli, 27 noyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 09 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları
1. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 21 oktyabr 2016-cı il tarixli, 197 saylı sərəncamına, habelə Nəsimi rayon İcra Hakimiyyəti ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə uyğun olaraq və ərazidə yaşayan sakinlərin tələblərini nəzərə alaraq, Bakı şəhəri Nəsimi rayonu, Ağadadaş Qurbanov, Sarabski və Məhəmməd Naxçıvani küçələrinin əhatə etdiyi ərazidə sökülmüş bütün tikililərin sahələrinin hesablanması, tikilinin divarlarının xarici sərhədlərindən nəzərə alınmaqla, bunun qarşılığında sakinlərə veriləcək yeni mənzillərin sahələrinin də eyni meyar əsasında, yəni divarların xarici sərhədlərindən hesablanması razılaşdırılmışdır.
2. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 94 saylı sərəncamına əsasən, İddiaçı ə rizəsi, 59 saylı MKİS-nin xx.xx.2007-ci il tarixli və qonşuların imzaları ilə təsdiq edilmiş xx.xx.2007-ci il tarixli aktlar əsas götürülməklə, B.Bağırov küçəsi, 35 saylı ünvanda yerləşən daş qarajın İddiaçı tərəfindən istifadəsinə icazə verilmişdir.
3. Bakı şəhəri, Nəsimi rayonu, B.Bağırov küçəsi 35 saylı evin 55.0 kv.metr yaşayış sahəsindən ibarət 4 otaqlı mənzili İddiaçı adına 22.0 kv.metr payda xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmiş və bu barədə onun adına xx.xx.2004-cü il tarixli Qeydiyyat Vəsiqəsi verilmişdir.
4. İddiaçı və Cavabdeh1 MMC arasında bağlanmış 22 aprel 2017-ci il tarixli müqavilənin 1.2-ci bəndinə əsasən, Cavabdeh1 MMC ünvan 1 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan fərdi yaşayış evinin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintis ini həyata keçirərək, həmin binada İddiaçı məxsus ümumi sahəsi 87.80 kv.metr olan 3 otaqlı mənzilin əvəzinə onun tərəfindən 6000 manat əlavə pul vəsaiti ödənilməsi şərti ilə 37.8 % artıq, B 2 blokunun 8-ci mərtəbəsindən təmirli 3 (üç) otaqlı, ümumi tikinti sahəsi 120,37 kv.metr olan 151 saylı mənzili və həmin ünvanda İddiaçı istifadəsində olan sahəsi 21.0 kv.metr olan qarajın əvəzinə 51.5% artıq, B 2 blokunun 6-cı mərtəbəsində təmirsiz 1 otaqlı, ümumi tikinti sahəsi 31,83 kv.metr olan 132 saylı mənzili onun mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.1.6-cı bəndinə əsasən, İddiaçı Cəlal oğlu bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün Cavabdeh1 MMC-nə təhvil verməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götür müşdür. Müqavilənin 2.2.9-cu bəndinə əsasən, Cavabdeh1 MMC İddiaçı Cəlal oğluna hər ay 400 manat kirayə pulu ödəməyi öhdəsinə götürmüşdür.
5. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Nəsimi Rayon İcra Hakimiyyəti başçısına ünvanlanmış xx.xx.2022-ci il tarixli məktuba əsasən, Bakı şəhəri, Nəsimi rayonu, H.Sarabski, A.Qurbanov, Məhəmməd Naxçıvanı və Bəsti Bağırova küçələrinin əhatə etdiyi ərazidə Cavabdeh1 MMC-nə yaşayış (blok A, B) və qeyri-yaşayış binalarının istismarına icazə verilməsinə dair təqdim olunmuş məlumatlar Tikintilərin Dövlət reyestrinə daxil edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1 MMC-nə, sonuncunun direktoru Cavabdeh2 və Cavabdeh3 qa rşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2017- ci il tarixli müqaviləyə əsasən sökülmüş yaşayış sahəsinə görə 120,9 kv.metr (87,80+33.18%=120.98) sahəsi olan mənzil verilməli olduğu halda, ona sahəsi 109.0 kv.metr olan mənzil verilməsi nəticəsində 11,98 kv.metr əskik qalan yaşayış sahəsi, əlavə olaraq MMC tərəfindən ona əsassız olaraq ödətdirilmiş 6.000 manat pula gorə 6 (altı) kv.metr yaşayış sahəsi, qeyri-yaşayış sahəsinə gorə MMC tərəfindən ona 36.36 kv.metr (21.0+51,7%=36.36) sahəsi olan mənzil verilməli olduğu halda, faktiki sahəsi 24,5 kv.metr olan mənzil verilməsi nəticəsində 11,86 kv.metr əskik qalan yaşayış sahəsi hesabına cəmi 29,84 kv.metr (11,98 kv.m+6kv.m+11,86 kv.m=29,84 kv.m) yaşay ış sahəsi əlavə olunmaqla, ona faktiki sahəsi 24,5 kv.metr olan 1 otaqlı mənzilin əvəzinə, sahəsi 55-60 kv.metr olan 2 otaqlı mənzil verilməsi, bu mümkün olmadıqda isə əskik qalan 29,84 kv.metr yaşayış sahəsinin hər kvadrat metri 2.500 manat olmaqla, 74.600 manat, mənəvi ziyana görə 10.000 manat, cəmi 84.600 manat pulun müştərək qaydada cavabdehlərdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı müqavilənin şərtləri ilə razı olmadığından həmin vaxt müxtəlif yuxarı instansiyalara müraciətlər etmişdir. Elə bu səbəbdən də ona müxtəlif təzyiqlər göstərilərək müqaviləni imzalamağa məcbur edilmişdir. Aşağıda göstərilənlərə əsasən iddiaçı müqavilənin şərtləri ilə razı deyil. Belə ki, iddiaçının mülkiyyətində olan ünva n 6 ev cavabdehlə bağlanmış 22 aprel 2017-ci il tarixli müqaviləyə əsasən söküldükdən sonra ona həmin evin yerləşdiyi ərazidə inşa edilmiş “A” blokundan mənzil verilməli olduğu halda, ona “B” blokundan mənzil verilmişdir. Müqavilə imzalanarkən cavabdehlər inşa ediləcək “A” və “B” blokunun eyni binada olmayacağını, “A” və “B” bloku dedikdə bir-birindən təxminən 35 metr aralı məsafədə müxtəlif binaların inşa ediləcəyini nəzərdə tutduqlarını iddiaçıya izah etməmişlər. İddiaçı isə ümumi qəbul olunmuş qaydaya əsasən “A və B” bloku dedikdə, eyni binanın müxtəlif giriş qapılarını nəzərdə tutmuşdur. Bina inşa edildikdən sonra iddiaçı bunu bildikdə cavabdehlərə öz iradını bildirsə də, heç bir müsbət nəticəsi olmamışdır. Halbuki, “A” bloku, yerləşmə mövqeyi baxımından, magistral yol kənarında yerləş ir, həmin binada olan mənzillərin qiymətinin yüksək olmasına təsir edəcək digər amillər səbəbindən “A” bloku daha elit bina hesab edilir, “A” blokunda yerləşən mənzillər “B” blokundakı mənzillərlə müqayisədə xeyli bahadır. Digər tərəfdən, iddiaçı və ailə üzvləri yaşadıqları evin sökülməsinə, onların yaşadıqları evin ərazisində tikilmış “A” blokunda onlara mənzil verilməsi şərti ilə razılıq vermişlər. Tərəflər arasında 22 aprel 2017-ci il tarixli müqavilə bağlanarkən, cavabdeh tərəfindən iddiaçıya 120,9 kv.metr (87,80+33,18%=120,98) sahəsi olan mənzil verilməli olduğu halda, ona 114 kv.metr sahəsi olan mənzil təklif edilmiş, həmin sahə iddiaçını qane etmədiyindən cavabdeh tərəfindən ona hər kv.metri 1.000 manat hesabı ilə 6 kv.metr əlavə sahə satılmış və beləliklə cavabdeh iddiaçıya sahəsi 120 kv.metr olan mənzil verməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh tərəfindən iddiaçıya ayrılmış yeni mənzilin sahəsi xüsusi lazer cihazı vasitəsi ilə ölçülərkən məlum olmuşdır ki, mənzilin sahəsi 109,0 kv.metr olmaqla, müqavilədə nəzərdə tutulduğundan 11,98 kv.metr əskikdir. Tərəflər arasında 22 aprel 2017-ci il tarixli müqavilə bağlanarkən, iddiaçının mülkiyyətində olmuş qeyri-yaşayış sahəsi, yəni qarajla bağlı da hesablamalar düzgün aparılmamışdır. Belə ki, həmin qeyriyaşayış sahəsi daşdan inşa edilmiş qarajdan ibarət olmuşdur. Qarajın ümumi yerəşdiyi ərazi 28,8 kv.metr, istifadə olunan sahəsi isə 24,0 kv.metr olmuşdur. Buna baxmayaraq müqavilə sahəsi 21.0 kv.metr olan qeyri-yaşayış sahəsinə görə bağlanmışdır. Qeyd olunan qeyri-yaşayış sahəsinə görə cavabdeh tərəfindən iddiaçıya 36,3 6 kv.metr (21,0+51,7%=36.36) sahəsi olan mənzil verilməli olduğu halda, guya sahəsi 31,8 kv.metr olan 1 otaqlı mənzil verilmişdir. Halbuki, həmin mənzilin faktiki sahəsi 24,5 kv.m-dir. Beləliklə, qeyri-yaşayış sahəsinə görə cavabdeh tərəfindən iddiaçıya 11,86 kv.metr az mənzil sahəsi verilmişdir. Qeyri-yaşayış sahəsi söküldükdən sonra ötən dövr ərzində iddiaçıya kirayə haqqı ödənilməmişdir. Halbuki, sökülmüş qeyri-yaşayış sahəsinə görə iddiaçıya yeni inşa edilmiş binada qeyri-yaşayış sahəsi verilməli idi. Müqavilənin şərtlərinə əsasən söküntü işlərindən 36 ay müddət ərzində yeni mənzillər verilməli olduğu halda, müqavilənin bu şərtinə də əməl edilməmişdir. Müqavilənin bağlanmasından 5 ilə yaxın vaxt, yəni 60 ay keçməsinə baxmayaraq yeni mənzillər iddiaçıya təhvil verilməmişdir. Binanın m ansard hissəsi, evləri sökülmüş sakinlərin çardaqlı damı hesabına onların arasında bölünməli olduğundan mansard hissəsindən müvafiq sahə ayrılmalı idi. İddiaçı xx.xx.2021-ci il tarixli pretenziya ilə cavabdehlərə müraciət edərək, mülkiyyətində olan evi, cavabdehlə bağlanmış 22 aprel 2017-ci il tarixli müqaviləyə əsasən söküldükdən sonra ona həmin evin yerləşdiyi ərazidə inşa edilmiş “A” blokundan mənzil verilməsini, bu mümkün olmadıqda "A” və “B" bloklarındakı mənzillərin dəyərinin fərqi hesabına kompensasiya ödənilməsini, sökülmüş qarajın əvəzinə yeni inşa edilmiş binada qeyriyaşayış sahəsi verilməsini, bu mümkün olmadıqda isə qarajın sahəsinə müvafiq sahəli mənzil verilməsini, binanın mansard hissəsindən müvafiq sahə ayrılmasını xahiş etmişdir. Lakin, cavabdehlər iddiaçının pretenziyasın a rəsmi cavab verməmiş, şifahi olaraq məhkəməyə müraciət etməsini tövsiyə etmişlər. Cavabdehlərin təsvir olunan qanunsuz hərəkətləri nəticəsində 5 ilə yaxındır ki, iddiaçı ailə üzvləri ilə birlikdə mənəvi əzabəziyyətlərə, sarsıntılarla, iztirablara düçar olmaqla şəraitsiz və dözülməz vəziyyətdə olan mənzillərdə yaşamağa məcbur olmuşlar. Ona görə də iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlər mövcud qanunvericiliyin tələblərini və sözügedən müqavilənin şərtlərini kobud şəkildə pozmaqda davam etmiş, Müqavilənin 2.2.4-cü bəndinə əsasən, yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 30 ay müddətində başa çatdıraraq müqavilə şərtlərinə əsasən mənzili təmir edib, iddiaçıya təhvil verməli olduğu halda, müqavilənin bu şərtinə də ə məl etməmiş, 5 ilə yaxın vaxt keçməsinə baxmayaraq, bu günə kimi mənzil təhvil verilməmişdir. Bundan əlavə Müqavilənin 1.2-ci bəndinə əsasən 3 otaqlı təmirli mənzil binanın 8-ci mərtəbəsində, 1 otaqlı təmirsiz mənzil binanın 6-cı mərtəbəsində verilməli olduğu halda, 3 otaqlı mənzilin, binanın 7-ci mərtəbəsində, 1 otaqlı mənzilin binanın 6-cı mərtəbəsində verilməsi nəzərdə tutulmuşdur. Halbuki 7-ci mərtəbədən sonrakı mənzillər daha müasir tipdə tikilməklə elit və bahalı mənzillər hesab olunur. Daha sonra, cavabdehlər, iddiaçının yaşadığı ərazinin mövqeyinə uyğun ayda 500 manat kirayə pulu verməli verməli olduğu halda, sökülmüş 3 otaqlı mənzilə görə ayda 400 manat kirayə pulu vermiş, sökülmüş qeyri-yaşayış sahəsinə görə isə ümumiyyətlə kirayə pulu verməmişlər.
8. Azərbaycan Respublikası Ədli yyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən, Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu maddəsinə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Bəsti Bağırova küçəsində Cavabdeh1 MMC tərəfindən inşa edilmiş binanın “A” blokunda 6-cı mərtəbədə yerləşən iddiaçıya məxsus mənzilin ümumi sahəsi (yaşayış və köməkçi sahə ilə birgə) 23,2 m2, 8-ci mərtəbədə yerləşən mənzilin ümumi sahəsinin 100,0 m2 təşkil etdiyi müəyyən olunur. Bakı şəhəri, Nəsimi rayonu, Bəsti Bağırova küçəsində cavabdeh tərəfindən inşa edilmiş binanın “A” blokunda iddiaçıya məxsus 6-cı mərtəbədə yer ləşən mənzilin daxili divarlarının altına, şaxta altına, beton sütunlar altına və balkonlara düşən sahələr nəzərə alınmaq şərti ilə, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin 31,8 m2 (24,2+7,6), 8-ci mərtəbədə yerləşən mənzilin daxili divarlarının atına, şaxta altına, beton sütunlar altına və balkonlara düşən sahələr nəzərə alınmaq şərti ilə, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsi 120,2 m2 (106,0+14,2) təşkil etmişdir.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən, ünvan 4 ünvanda cavabdeh tərəfindən inşa edilmiş binanın B 2 blokunun 8-ci mərtəbəsində yerləşən 3-otaqlı 151 saylı mənzilin ümumi tikinti sahəsinin 120,3 kv.m, ünvan 4 ünvanda cavabdeh tərəfindən inşa edilmiş binanın B 2 blokunun 6-cı mərtəbəsində yerləşən 1 otaqlı 132 saylı mənzilin ümumi tikinti sahəsinin 31,8 kv.metr təşkil etdiyi müəyyən edilmişdir.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən, tərəflər arasında bağlanmış 22 aprel 2017-ci il tarixli müqaviləyə əsasən iddiaçıya verilmiş təmirli 3 otaqlı 151 saylı mənzil B2 blokunun 8-ci, təmirsiz 1 otaqlı 132 nömrəli mənzil isə faktiki olaraq B2 blokunun 6-cı mərtəbəsində yerləşdiyi müəyyən edilmişdir. Qanunun tələbləri baxımından tərəflər arasında bağlanmış 22 aprel 2017-ci il tarixli müqaviləyə əsasən iddiaçıya verilmiş ünvan 4 ünvanda cavabdeh tərəfindən inşa edilmiş binanın B2 blokunun 8-ci mərtəbəsində yerləşən 3 otaqlı 151 saylı mənzilin faktiki ümumi sahəsinin 100,0 kv.metr olduğu müəyyən edilir. Qanunun tələbləri baxımından tərəflər arasında bağlanmış 22 aprel 2017-ci il tarixli müqaviləyə əsasən iddiaçıya verilmiş ünvan 4 ünvanda cavabdeh tərəfindən inşa edilmiş binanın B2 blokunun 6-cı mərtəbəsində yerləşən 1 otaqlı 132 saylı mənzilin faktiki ümumi sahəsinin 23,3 kv.metr olduğu müəyyən edilmişdir.
11. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə iddianın həcminin artırılması və iddia tələbinin dəqiqləşdirilməsi qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən sökülmüş yaşayış sahəsinə görə 120,9 kvm (87,80+33.18%=120.98) sahəsi olan mənzil verilməli olduğu halda, iddiaçıya sa həsi 109.0 kvm olan mənzil verilməsi nəticəsində 11,98 kv.m əskik qalan yaşayış sahəsi, əlavə olaraq cavabdeh tərəfindən iddiaçıya əsassız ödətdirilmiş 6.000 manat pula görə 6 (altı) kv.m yaşayış sahəsi, qeyri-yaşayış sahəsinə görə cavabdeh tərəfindən ona 36.36 kv.m (21.0+51,7%=36.36) sahəsi olan mənzil verilməli olduğu halda, faktiki sahəsi 24,5 kvm mənzil verilməsi nəticəsində 11,86 kv.m əskik qalan yaşayış sahəsi hesabına cəmi 29,84 kv.m (11,98 kv.m+6kv.m+11,86 kv.m=29,84 kv.m) yaşayış sahəsi əlavə olunmaqla, iddiaçıya faktiki sahəsi 24,5 kvm olan 1 otaqlı mənzilin əvəzinə sahəsi 55-60 kv.m olan 2 otaqlı mənzil verilməsi, bu mümkün olmadıqda isə əskik qalan 29,84 kv.m yaşayış sahəsinin hər kvadrat metri üçün 2.500 manat olmaqla 74.600 manat, vurulmuş mənəvi ziyana görə 10.000 manat, cəm i 84.600 manat pulun cavabdehlərdən tutulub iddiaçıya ödənilməsi, habelə tərəflər arasında bağlanmış 22 aprel 2017-ci il tarixli müqavilənin 2.2.9-cu bəndinə əsasən, 10 noyabr 2022ci il tarixdən hazırki vaxta kimi hər ay cavabdehlərdən 400 manat kirayə pulunun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 22 aprel 2017-ci il tarixli müqavilənin 2.2.9-cu bəndinə əsasən, mülkiyyətçiyə hər ay 400 manat kirayə pulu vermək cavabdehin vəzifələrindən biri kimi müəyyənləşdirilmişdir, (ona məxsus mənzili təhvil verənədək). Cavabdeh tərəfindən iddiaçıya 10 noyabr 2022-ci il tarixə kimi hər ay 400 manat kirayə pulu verilmişdir. Həmin vaxtdan hazırkı vaxta kimi kirayə pulunun ödənilməsi dayandırılmışdır. Bununla da, cavabdeh tərəfindən tərəflər arasında bağlanmış müqavilənin 2.2.9-cu bəndinin müddəaları pozulmuşdur. Sözügedən müqavilənin 2.2.9-cu bəndinə əsasən, 10 noyabr 2022-ci il tarixdən hazırki vaxta kimi iddiaçıya hər ay 400 manat kirayə pulu verilməlidir.
13. Cavabdehin nümayəndəsi iddia tələbinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzinin 27 aprel 2022-ci il tarixli ekspert rəyindən göründüyü kimi mənzillərin ümumi tikinti sahəsi müvafiq olaraq 31,8 m2 və 120,2 m2 təşkil edir. Bundan başqa Bakı şəhəri, Nəsimi rayon İHB-nın 21 oktyabr 2016cı il tarixli, 197 saylı sərəncamına, Nəsimi RİH ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə uyğun olaraq və ərazidə yaşayan sakinlərin tələblərini nəzərə alaraq Ba kı şəhəri Nəsimi rayonu, Ağadadaş Qurbanov, Sarabski və Məhəmməd Naxçıvani küçələrinin əhatə etdiyi ərazidə sökülmüş bütün tikililərin sahələrinin hesablanması tikilinin divarının xarici sərhədlərindən nəzərə alındığından bunun qarşılığında sakinlərə veriləcək yeni mənzillərin sahələrinin də eyni meyar əsasında, yəni divarların xarici sərhədlərindən hesablanması razılaşdırılmışdır. Açıq aşkar görünür ki, tərəflər arasında bağlanmış 22 aprel 2017-ci il tarixli müqavilənin 1.2-ci bəndində göstərilmiş mənzillərin ümumi tikinti sahəsi ilə Məhkəmə Ekspertiza Mərkəzinin 27 aprel 2022-ci il tarixli rəyi ilə müəyyən edilmiş mənzilin ümumi tikinti sahəsi eynilik təşkil edir və öhdəlik pozulmamışdır. Həmçinin mənzillər cavabdeh tərəfindən tikilərək təhvilə hazır vəziyyətə gətirilmiş, təhvilə hazırdı r, iddiaçı mənzili təhvil alıb orada yaşaya bilərdi, lakin iddiaçı həmin mənzilləri təhvil almaqdan imtina etmişdir.
14. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-51/2023 saylı iş üzrə 19 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (Səbinə Nuriyeva)
15. Məhkəmə qeyd etmişdir ki, hazırki iş üzrə isə tərəflər arasında qarşılıqlı razılıq əsasında müqavilə bağlanmış, müqavilənin 1.1-ci bəndinə əsasən, tərəflər arasında cavabdeh tərəfindən iddiaçıya verilməli olan mənzillərin ümumi tikinti sahəsinin 120,37 m2 və 31,83 m2 olması barədə razılıq əldə olunmuşdur. Yəni iddiaçı ona B2 blokunun 8-ci mərtəbəsində təmirli 3 (üç) otaqlı, ümumi tikinti sahəsi 120,37 m2 olan 151 nömrəli və B2 blokunun 6-cı mərtəbəsində təmirsiz 1 otaqlı, ümumi tikinti sahəsi 31,83 m2 olan 132 nö mrəli mənzillərin verilməsi şərti ilə razılaşmış və müqaviləni şəxsən imzalamışdır. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyi ilə ünvan 4 ünvanda cavabdeh tərəfindən inşa edilmiş binanın B2 blokunun 8-ci mərtəbəsində yerləşən 3 otaqlı 151 saylı mənzilin ümumi tikinti sahəsinin 120,3 m2 ünvan 4 ünvanda cavabdeh tərəfindən inşa edilmiş binanın B2 blokunun 6-cı mərtəbəsində yerləşən 1 otaqlı 132 saylı mənzilin ümumi tikinti sahəsinin 31,8 m2 təşkil etdiyi müəyyən edilmişdir.
16. Məhkəmə qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olan 151 saylı mənzilin ümumi tikinti sahəsi 120,3 m2, 132 saylı mənzilin ümumi tikinti sahəsi 31,8 m2 olmaqla, azalma əmsalı tətbiq edilərkən müvafiq olaraq 100 m2 və 23,3 m2 təşkil edir. Yəni mənzilin sahəsinin müəyyən olunmasında fərq yalnız onun hesablanması qaydasının müxtəlif olmasından irəli gəlmişdir. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçıya verilməli olan mənzillərin ümumi tikinti sahəsi ilə iddiaçıya verilmiş mənzillərin ümumi tikinti sahəsi eynilik təşkil edir və bu isə cavabdehin müqavilə öhdəliklərini pozması, iddiaçıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verməsi halını istisna edir.
17. Məhkəmə həmçinin iddia tələbinin 10 noyabr 2022-ci ildən hazırkı vaxta kimi hər ay 400 manat kirayə pulunun iddiaçıya verilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında müqavilə üzrə razılaşdırılmış mənzillər hazır vəziyyətə gətirilərək təhvil alınması üçün iddiaçıya təklif olunmuş, lakin müqavilənin 1.1.6-cı bəndinə əsasən, iddiaçı müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürməsinə baxmayaraq, müqavilə ilə nəzərdə tutulmuş şərtlərə uyğun gəlməməsi əsası ilə mənzilləri təhvil almaqdan imtina etmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya təklif edilmiş mənzillər onlar arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olmuş, lakin iddiaçı müqavilə üzrə öhdəliyini pozaraq həmin mənzilləri təhvil almaqdan imtina etmişdir. Belə olan halda, iddiaçının mənzillər təhvil verilmədiyindən, hazırkı vaxta kimi ona kirayə haqqı ödənilməsi barədə tələbi əsaslı hesab edilə bilməz.
18. Məhkəmə, iddiaçının mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələbi ilə bağlı qeyd etmişdir ki, cavabdehin təqsiri üzündən iddiaçıya 10.000 manat məbləğində mənəvi zərər dəyməsi mülki iş ma terialları ilə təsdiq olunmur.
19. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 21, 385.1, 390.1, 425.1, 437.1, 568.1, 577.1, 578.1, 1096, 1097.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarına, habelə MPM-in 14.2, 77, 88-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
20. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı müqavilənin şərtləri ilə razı olmadığından həmin vaxt müxtəlif y uxarı instansiyalara müraciətlər etdiyindən ona müxtəlif təzyiqlər göstərilərək müqaviləni imzalamağa məcbur edilmişdir. Halbuki, iddiaçı həmin müqavilənin şərtləri ilə razı olmamışdır. İddiaçının mülkiyyətində olan ünvan 4 ev cavabdehlə bağlanmış 22aprel 2017-ci il tarixli müqaviləyə əsasən söküldükdən sonra ona həmin evin yerləşdiyi ərazidə inşa edilmiş "A” blokunda mənzil verilməli olduğu halda, ona "B” blokunda mənzil verilmişdir. Müqavilə imzalanarkən cavabdehlər inşa ediləcək "A” və "B” blokunun eyni binada olmayacağını, "A” və "B” bloku dedikdə bir-birindən təxminən 35 metr aralı məsafədə müxtəlif binaların inşa ediləcəyini nəzərdə tutduqlarını iddiaçıya izah etməmişlər. İddiaçı isə ümumi qəbul olunmuş qaydaya əsasən "A və B bloku dedikdə, eyni binanın müxtəlif giriş qapılarını nə zərdə tutmuşdur. Bina inşa edildikdən sonra iddiaçı bunu bildikdə cavabdehlərə öz iradını bildirsə də, heç bir müsbət nəticəsi olmamışdır. Halbuki, A bloku, yerləşdiyi coğrafi mövqe baxımından, magistral yol kənarında yerləşməsi, həmin binada olan mənzillərin qiymətinin yüksək olmasına təsir edəcək digər amillər səbəbindən "A” bloku daha elit bina hesab edilir, A blokunda yerləşən mənzillər "B” blokundakı mənzillərlə müqayisədə xeyli bahadır. Digər tərəfdən, iddiaçı özü və ailə üzvləri yaşadıqları ünvan 4 evin sökülməsinə, onların yaşadıqları evin ərazisində tikilmış "A” blokunda onlara mənzil verilməsi şərti ilə razılıq vermişlər. Tərəflər arasında 22 aprel 2017-ci il tarixli müqavilə bağlanarkən cavabdeh tərəfindən iddiaçıya 120,9 m2 (87,80+33,18%=120,98) sahəsi olan mənzil verilməli old uğu halda, ona 114 m2 sahəsi olan mənzil təklif edilmiş, həmin sahə onu qane etmədiyindən, cavabdeh tərəfindən ona hər m2 1000 manat hesabı ilə 6 m2 əlavə sahə satılmış və beləliklə, iddiaçıya sahəsi 120 m2 olan mənzil verməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh tərəfindən iddiaçıya ayrılmış yeni mənzilin sahəsi xüsusi lazer cihazı vasitəsi ilə ölçülərkən məlum olmuşdur ki, mənzilin sahəsi 109, 0 m2 olmaqla, müqavilədə nəzərdə tutulandan 11,90 m2 əskikdir. Tərəflər arasında 22 aprel 2017-ci il tarixli müqavilə bağlanarkən iddiaçının mülkiyyətində olmuş qeyri-yaşayış sahəsi, yəni qarajla bağlı da hesablamalar düzgün aparılmamışdır. Belə ki, həmin qeyri-yaşayış sahəsi daşdan inşa edilmiş qarajdan ibarət olmuşdur. Qarajın ümumi yerləşdiyi ərazi 20,0 m2, istifadə olunan sahəsi 24,0 m2 olmuş dur. Buna baxmayaraq, müqavilə sahəsi 21.0 m2 olan qeyri-yaşayış sahəsinə görə bağlanmışdır. Qeyd olunan qeyri-yaşayış sahəsinə görə cavabdeh tərəfindən ona 36,36 m2 (21,0+51,7%=36.36) sahəsi olan mənzil verilməli olduğu halda guya sahəsi 31,0 m2 olan 1 otaqlı mənzil verilmişdir. Halbuki, həmin mənzilin faktiki sahəsi 24,5 m2 -dir. Beləliklə, qeyri-yaşayış sahəsinə görə cavabdeh tərəfindən iddiaçıya 11,06 m2 az mənzil sahəsi verilmişdir. Qeyri-yaşayış sahəsi söküldükdən sonra ötən dövr ərzində ona kirayə haqqı ödənilməmişdir. Halbuki, sökulmuş qeyri-yaşayış sahəsinə görə ona yeni inşa edilmiş binada qeyri-yaşayış sahəsi verilməli idi. Müqavilənin şərtlərinə əsasən söküntü işlərindən 36 ay müddət ərzində yeni mənzillər verilməli olduğu halda, müqavilənin bu şərtinə də əməl edilməmişdir. Müq avilənin bağlanmasından 5 ilə yaxın vaxt, yəni 60 ay keçməsinə baxmayaraq, yeni mənzillər iddiaçıya təhvil verilməmişdir. Binanın mansard hissəsi, evləri sökülmüş sakinlərin çardaqlı damı hesabına onların arasında bölünməli olduğundan mansard hissəsindən müvafiq sahə ayrılmalı idi. Cavabdehlərin təsvir olunan qanunsuz hərəkətləri nəticəsində 5 ilə yaxındır ki, iddiaçı ailə üzvləri ilə birlikdə mənəvi əzab-əziyyətlərə, sarsıntılarla, iztirablara düçar olmaqla şəraitsız və dözülməz vəziyyətdə olan mənzillərdə yaşamağa məcbur olmuşlar və nəticədə ona 10.000 manat məbləğində mənəvi zərər dəymişdir.
22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 noyabr 2023-cü il tarixli, 2(103)-6172/2023 saylı qətnaməsi ilə (hakimlər F.Ş.Talışinski (sədrlik edən və məruzəçi), A.N.İmanov və M.A.Məmmədov ) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin təhvil verdiyi sahələr iddia edilən (qəbul edilməsi imtina edilən) müqavilədə göstərilən kimi olduğu və cavabdeh tərəfindən pozuntuya yol verilmədiyi müəyyən edilmişdir. Belə ki, apellyasiya şikayətinin dəlilləri - müqaviləni imzalamağa məcbur edilməsi, müqavilənin şərtləri ilə razı olmaması, "A” blokunda mənzil verilməli olduğu halda, ona "B” blokunda mənzil verilməsi, müqavilədə nəzərdə tutulandan əskik sahənin verilməsi, iddiaçının yaşadığı ərazinin mövqeyinə uyğun ayda 500 manat kirayə pulu verməli olduğu halda, sökülmüş 3 otaqlı mənzilə görə ayda 400 manat kirayə pulu verilməsi, sökülmüş qeyri-yaşayış sahəsinə görə isə ümumiyyətlə kirayə pulunun verilməməsindən ibarət olmuşdur. Qeyd edilən dəlillərin əksəriyyəti bağlanmış müqavilənin şərtləri ilə bağlı olmuş, lakin iddiaçı müqaviləni və ya onun şərtlərini mübahisələndirmədiyindən, onların müzakirəsi mümkün olmamışdır. Müqavilə üzrə nəzərdə tutulmuş sahələrin az olması dəlilləri isə müqavilədə göstərilmiş “ümumi tikinti sahəsi” göstərilməsi ilə şərtləndirilmiş və ekspert rəyi ilə öz təsdiqini tapmamışdır. Əmlakın müvafiq normalara uyğun ölçülərinin fərqli göstərilməsi isə cavabdeh tərəfindən öhdəliklərinin lazımınca yerinə yetirilməməsi nəticəsinə gəlməyə əsas vermir. Aylıq kirayə haqqının 400 manat deyil, 500 manat olması dəlilinə gəlincə isə tərəflər arasında bağlanmış müqavilənin şərtlərində mənzilin aylıq k irayə haqqının 400 manat olduğu göstərilmişdir.
24. Məhkəmə kollegiyası müqavilə öhdəliklərindən irəli gələn cavabdehliyin müstəvisində araşdırma apararaq bu prizmada mülki hüquq pozuntuları müəyyən etməmiş və cavabdehin təqsiri üzündən iddiaçıya mənəvi zərərin dəyməsi mülki iş materialları ilə öz təsdiqini tapmamışdır.
25. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 21, 324, 372-390, 421-441, 560, 567-607, 646-650, 752-776-ci maddələrinə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” Qaydalarına, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinə, habelə Mülki Prosessual Məcəll əsinin 77, 81-82, 88-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassator, kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı müqavilənin şərtləri ilə razı olmadığından həmin vaxt müxtəlif yuxarı instansiyalara müraciətlər etmişdir. Elə bu səbəbdən də ona müxtəlif təzyiqlər göstərilərək müqaviləni imzalamağa məcbur edilmişdir. İddiaçının mülkiyyətində olan ünvan 6 ev cavabdehlə bağlanmış 22 aprel 2017ci il tarixli müqaviləyə əsasən söküldükdən sonra ona həmin evin yerləşdiyi ərazidə inşa edilmiş "A” blokunda mənzil verilməli olduğu halda, ona “B” blokunda mənzil verilmişdir. Müqavilə imzalanarkən cavabdehlər inşa ediləcək "A” və “B” blokunun eyni binada olmayacağını, “A” və "B” bloku dedikdə bir-birindən təxminən 35 metr aralı məsafədə müxtəlif binaların inşa ediləcəyini nəzərdə tutduqlarını iddiaçıya izah etməmişlər. İddiaçı isə ümumi qəbul olunmuş qaydaya əsasən “A və B bloku dedikdə, eyni binanın müxtəlif giriş qapılarını nəzərdə tutmuşdur. Bina inşa edildikdən sonra iddiaçı bunu bildikdə cavabdehlərə öz iradını bildirsə də, heç bir müsbət nəticəsi olmamışdır. Halbuki, A bloku, yerləşdiyi coğrafi mövqe baxımından, magistral yol kənarında yerləşməsi, həmin binada olan mənzillərin qiymətinin yüksək olmasına təsir edəcək digər amillər səbəbindən “A” bloku daha elit bina hesab edilir, A blokunda yerl əşən mənzillər “B' blokundakı mənzillərlə müqayisədə xeyli bahadır. Digər tərəfdən, iddiaçı özü və ailə üzvləri yaşadıqları ünvan 4 evin sökülməsinə, onların yaşadıqları evin ərazisində tikilmış “A” blokunda onlara mənzil verilməsi şərti ilə razılıq vermişlər. Tərəflər arasında 22 aprel 2017-ci il tarixli müqavilə bağlanarkən cavabdeh tərəfindən iddiaçıya 120,9 kv.m (87,80+33,18%=120,98) sahəsi olan mənzil verilməli olduğu halda, ona 114 kv.m sahəsi olan mənzil təklif edilmiş, həmin sahə isə onu qane etmədiyindən, cavabdeh tərəfindən ona hər kv.m 1000 (bir min) manat hesabı ilə 6 (altı) kv.m əlavə sahə satılmış və beləliklə də cavabdeh tərəfindən iddiaçıya məxsus olan ev sökülərkən ümumi sahəsinin 7,8 kvm olmasını təsdiq edən eskiz də cavabdeh tərəfindən təsdiqlənmiş, iddiaçı ilə cavabdeh arasında müqavilə bağlanarkən, cavabdeh müqaviləyə tikinti sözünü də əlavə edərək iddiaçını aldatmışdır. Bundan sonra, cavabdeh iddiaçıya sahəsi 120 km olan mənzil verməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh tərəfindən iddiaçıya ayrılmış yeni mənzilin sahəsi xüsusi lazer cihazı vasitəsi ilə ölçülərkən məlum olmuşdur ki, mənzilin sahəsi 109,0 kvm olmaqla, müqavilədə nəzərdə tutulduğundan, 11,98 kv.m əskikdir. Tərəflər arasında 22 aprel 2017-ci il tarixli müqavilə bağlanarkən iddiaçının mülkiyyətində olmuş qeyri-yaşayış sahəsi, yəni qarajla bağlı da hesablamalar düzgün aparılmamışdır. Belə ki, həmin qeyri-yaşayış sahəsi daşdan inşa edilmiş qarajdan ibarət olmuşdur. Qarajın ümumi yerəşdiyi ərazi 28,8 kvm, istifadə olunan sahəsi 24,0 kvm olmuşdur. Buna baxmayaraq müqavilə sahəsi 21.0 kvm o lan qeyriyaşayış sahəsinə görə bağlanmışdır. Qeyd olunan qeyri-yaşayış sahəsinə görə cavabdeh tərəfindən iddiaçıya 36,36 kvm (21,0+51,7%=36.36) sahəsi olan mənzil verilməli olduğu halda, guya sahəsi 31,8 kvm olan 1 otaqlı mənzil verilmişdir. Halbuki, həmin mənzilin faktiki sahəsi 24,5 kv.m-dir. Beləliklə, qeyri-yaşayış sahəsinə görə cavabdeh tərəfindən iddiaçıya 11,86 kv/m az mənzil sahəsi verilmişdir. Qeyri-yaşayış sahəsi söküldükdən sonra ötən dövr ərzində ona kirayə haqqı ödənilməmişdir. Halbuki, sökülmüş qeyri-yaşayış sahəsinə görə ona yeni inşa edilmiş binada qeyri-yaşayış sahəsi verilməli idi. Müqavilənin şərtlərinə əsasən söküntü işlərindən 36 ay müddət ərzində yeni mənzillər verilməli olduğu halda müqavilənin bu şərtinə də əməl edilməmişdir. Müqavilənin bağlanmasından 5 ilə yaxın v axt, yəni 60 ay keçməsinə baxmayaraq yeni mənzillər iddiaçıya təhvil verilməmişdir. Binanın mansard hissəsi, evləri sökülmüş sakinlərin çardaqlı damı hesabına onların arasında bölünməli olduğundan mansard hissəsindən müvafiq sahə ayrılmalı idi. Cavabdehlərin təsvir olunan qanunsuz hərəkətləri nəticəsində 5 ilə yaxındır ki, iddiaçı ailə üzvləri ilə birlikdə mənəvi əzab-əziyyətlərə, sarsıntılarla, iztirablara düçar olmaqla, şəraitsız və dözülməz vəziyyətdə olan mənzillərdə yaşamağa məcbur olmuşdur. Ona görə də iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Kassator həmçinin qeyd etmişdir ki, birinci və apellyasiya instansiyaları məhkəmələri mülki prosessual qanunvericiliyin göstərilən maddələrinin tələblərini pozmuş, iddianın rədd edilməsi üçün əsas hesab etdiy i sübutlara formal yanaşmış, iddianın təmin edilməsi üçün əsas olan ekspertiza rəyini heç bir əsaslı səbəb göstərmədən sübut növü kimi qəbul etməmiş, iddianın rədd edilməsi üçün əsas hesab etdiyi digər ekspertiza rəyinə üstünlük verməsini əsaslandırmamış və bu rəylər arasındakı ziddiyyətlərə hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 21. zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa e tmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
30. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
31. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
32. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
33. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.
34. Maddə
770. Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.
35. Maddə 772.1. Görülmüş işin təsadüfən məhv olması və ya zədələnməsi riski icranın sifarişçiyə verildiyi vaxtadək podratçının üzərinə düşür. İcranın sifarişçiyə ve rilməsi ilə bir vaxtda təsadüfən məhvolma və ya zədələnmə riski də ona keçir. Sifarişçinin icranı qəbul etməyi gecikdirməsi də icranın verilməsinə bərabər tutulur.
36. Maddə 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.
37. Maddə 1096.1 mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
38. Maddə 1097.1 mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tər əfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi
39. Maddə 59.1. Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
40. Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır.
41. Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi s ahəsinə aid edilmir.
42. Maddə 59.4. Yaşayış binalarında mənzillərin döşəmədən tavana qədər hündürlüyü 2,7 metrdən az olmamalıdır.
43. Maddə 59.5. Mansarda mərtəbələrinin bayır divarlar boyunca hündürlüyü 1,6 metrdən, yüksək hissəsində hündürlüyü 2,7 metrdən az olmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
44. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
47. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar a tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
50. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
51. Maddə 418. 3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
53. H azırkı kassasiya şikayətində iddiaçı qətnaməni tam mübahisələndirdiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
54. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
55. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozdu ğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
56. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, ki, tərəflər arasında notarial qaydada təsdiq edilmiş 22 aprel 2017-ci il tarixli müqavilə bağlanmış və həmin müqavilənin şərtlərinə görə, cavabdeh, ünvan 5 ünvanda yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan fərdi yaşayış evinin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, həmin binada iddiaçının mülkiyyətində olan ünvan 6 ünvanda yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan ümumi sahəsi 87.80 m2 olan 3 otaqlı mənzilin əvəzinə iddiaçı tərəfindən 6.000 manat əlavə pul vəsaiti ödənilməsi şərti ilə 37.8 % artıq, B2 blokunun 8-ci mərtəbəsində təmirli 3 (üç) otaqlı, ümumi tikinti sahəsi 120,37 m2 olan 151 saylı mənzili və ünvan 6 ünvanda iddiaçının istifadəsində sahəsi 21.0 m2 olan qarajın əvəzinə 51.5% artıq, B2 blokunun 6-cı mərtəbəsində təmirsiz 1 otaqlı, ümumi tikinti sahəsi 31,83 m2 olan 132 nömrəli mənzili iddiaçının mülkiyyətinə verməyi, həmçinin müqavilənin 2.2.9-cu bəndinə əsasən, mənzil təhvil verilənədək iddiaçıya hər ay 400 manat kirayə pulu verməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən iddiaçıya müqaviləyə uyğun mənzillər təklif olunmuş, iddiaçı həmin mənzilləri təhvil almaqdan imtina etmişdir.
57. Hazırda iddiaçı, mənzillərin sahələrinin müqavilə ilə nəzərdə tutulmuş şərtlərə uyğun gəlmədiyini bildirərək, cəmi 29,84 m2 (11,98 kv.m+6kv.m+11,86 kv.m=29,84 kv.m) yaşayış sahəsi əlavə olunmaqla ona faktiki sahəsi 24,5 kvm olan 1 otaqlı mənzilin əvəzinə sahəsi 55-60 kv.m olan 2 otaqlı mənzil verilməsini, bu mümkün olmadıqda əskik qalan 29,84 m2 yaşayış sahəsinin hər kvadrat metri 2500 manat olmaqla 74.600 manat, vurulmuş mənəvi ziyana görə 10.000 manat, cəmi 84.600 manat pulun verilməsini, habelə 10 noyabr 2022-ci il tarixdən hazırki vaxta kimi hər ay 400 manat kirayə pulunun cavabdehlərdən tutulub ona ödənilməsini iddia edir.
58. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, iş üzrə tərəflər arasında qarşılıqlı razılıq əsasında müqavilə bağlanmış, müqavilənin 1.1-ci bəndində tərəflər arasında cavabdeh tərəfindən iddiaçıya verilməli olan mənzillərin ümumi tikinti sahəsinin 120,37 m2 və 31, 83 m2 olması barədə razılıq əldə olunmuşdur. Yəni, iddiaçı ona B2 blokunun 8-ci mərtəbəsində təmirli 3 (üç) otaqlı, ümumi tikinti sahəsi 120,37 m2 olan 151 nömrəli və B2 blokunun 6-cı mərtəbəsində təmirsiz 1 otaqlı, ümumi tikinti sahəsi 31,83 m2 olan 132 nömrəli mənzillərin verilməsi şərti ilə razılaşmış, müqaviləni şəxsən imzalamış və həmin tikililər cavabdeh tərəfindən sökülənədək bu barədə hər hansı mübahisə açmamışdır.
59. İşin qeyd olunan halları Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə də istisna olunmur. Belə ki, həmin ekspert rəyi ilə müəyyən olunur ki, ünvan 6 ünvanda cavabdeh tərəfindən inşa edilmiş binanın B2 blokunun 8-ci mərtəbəsində yerləşən 3 otaqlı 151 saylı mənzilin ümumi tikinti sahəsinin 120,3 kv.metr; ünvan 4 ünvanda cavabdeh tərəfindən in şa edilmiş binanın B2 blokunun 6-cı mərtəbəsində yerləşən 1 otaqlı 132 saylı mənzilin ümumi tikinti sahəsinin 31,8 m2 təşkil etdiyi müəyyən edilmişdir.
60. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinə əsasən, tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
61. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır.
62. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı i lə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.8-ci bəndinin 1-ci abzasına əsasən, mənzillərin ümumi sahəsi – yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır.
63. Beləliklə, apellyasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olan 151 saylı mənzilin ümumi tikinti sahəsi 120,3 m2, 132 s aylı mənzilin ümumi tikinti sahəsi isə 31,8 m2 olmaqla, sözügedən Qanunun tələblərinə uyğun olaraq azaltma əmsalı tətbiq olunduqda həmin mənzillərin sahələrinin 100 kv.metr və 23,3 kv.metr olduğu müəyyən edilmiş və mənzillərin sahəsinin müəyyən olunmasında fərq yalnız onun hesablanması qaydasının müxtəlif olmasından irəli gəlmişdir.
64. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi, iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçıya verilməli olan mənzillərin ümumi tikinti sahəsi ilə iddiaçıya verilmiş mənzillərin ümumi tikinti sahəsi eynilik təşkil edir və bu isə cavabdehin müqavilə öhdəliklərini pozması, iddiaçıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verməsi halını istisna edir.
65. Apell yasiya instansiyası məhkəməsinin, iddia tələbinin- 10 noyabr 2022-ci il tarixdən hazırki vaxta kimi hər ay 400 manat kirayə haqqının tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında müqavilə üzrə razılaşdırılmış mənzillər hazır vəziyyətə gətirilərək təhvil alınması üçün iddiaçıya təklif olunmuş, lakin müqavilənin 1.1.6-cı bəndinə əsasən, iddiaçı müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürməsinə baxmayaraq, müqavilə ilə nəzərdə tutulmuş şərtlərə uyğun gəlməməsi əsası ilə mənzilləri təhvil almaqdan imtina etmişdir.
66. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya təklif edilmiş mənzillər onlar arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olmuş, lakin iddiaçı müqavilə üzrə öhdəliyini pozaraq, həmin mənzilləri təhvil almaq dan imtina etmişdir. Belə olan halda apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini bu hissədə rədd etməklə düzgün nəticəyə gəlmişdir.
67. Bundan başqa, iddiaçı cavabdehlərin təqsiri üzündən ona 10.000 manat məbləğində mənəvi zərər dəydiyini iddia etsə də, onun tələbinin əsası kimi istinad etdiyi hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, əvvəla “mənəvi zərər” insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir.
68. Həmçinin, mənəvi zərərin əvəzinin ödənilməsi barədə iddia o, halda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntı keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
69. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansi ya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, iddiaçının kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
70. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 noyabr 2023-cü il tarixli, 2(103)-6172/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.