Məhkəmə qərarları › İş №2(102)-1201/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1201/2019

07.02.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1201/2019 07.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassatorun vəkili Vəkil1, iddiaçının nümayəndəsi Nümayəndə, vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 oktyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 dekabr 2017-ci il tarixli qətnaməsi ilə (iş № 2(005)-4 145/2017, hakim A.B.Əliyev) İddiaçı Cavabdeh1 adına Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın etibarsız hesab edilməsi və onun hüquqi nəticələrinin ləğv edilməsinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-3275/2018, hakimlər E.C.Kazımov, T.S.Səmədov, İ.S.Şirinov) İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Nərimanov Rayon Məhkəməsinin 14 dekabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsinin cavabdehin adına xüsusi mülkiyyət hüququ kimi 09.03.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış qeydiyyatın ləğv edilməsi və bunun əsasında verilmiş 09.03.2017 -ci il tarixli çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilərək iddianın rədd edilməsi barədə qərar edilməsini xahiş etmişdir. İşin halları: Bakı şəhəri XDS İK-nin 26 iyul 1965-ci il tarixli qərarı ilə Azərbaycan SSR Nazirlər Sovetinin 26 may 1965-ci il tarixli qərarına uyğun olaraq sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəbinin tikintisi üçün 8-ci km qəsəbəsində torpaq sahəsi ayrılmış və Azərbaycan SSR Maarrif Nazirliyinə internat məktəbinin tikintisinə icazə verilmişdir. Bakı şəhəri Nizami bələdiyyəsinin sədri 03 mart 2005-ci il tarixdə Azərbaycan Respublikasının Təhsil Nazirinə müraciət edərək internat məktəbinin ərazisində olan istifadəsiz 3.000 kv.m torpaq sahəsinin bələdiyyəyə verilməsin ə dair göstəriş verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Təhsil Naziri 10 mart 2005-ci il tarixli məktubla həmin torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə verilməsinə etiraz etmədiyini bildirmişdir. Bakı şəhəri, Nizami bələdiyyəsinin 29 iyul 2005-ci il tarixli saylı qərarı ilə internat məktəbinin yaxınlığında yerləşən H-08/05 saylı cizgidə göstərilən 300 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün Bakı şəhər sakini X1. X4 28 fevral 2017-ci il tarixdə çıxarış alaraq 03 mart 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 satmış, həmin torpaq sahəsi sonuncunun adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır İddiaçı ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi və Cavabdeh1 qarşı 10 may 2017-ci il tarixdə hazırki iddia ər izəsi ilə məhkəməyə müraciət edərək qeydə alınmış çıxarışın etibarsız hesab edilməsi və onun hüquqi nəticələrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, Ramin Nəsirov bələdiyyədən aldığı torpaq sahəsinə 28 fevral 2017-ci il tarixdə çıxarış almış və 03 mart 2017-ci il tarixdə alqısatqı müqaviləsi əsasında kassatora satmışdır. Digər tərəfdən Reyestr Xidmətinin məktubu və ekspertiza rəyləri ilə həmin torpaq sahəsinin internat məktəbinin ərazisindən 7,5 metr kənarda yerləşdiyi müəyyən edilmişdir. Bununla bərabər iddiaçı tərəfindən həmin torpaq sahəsinin alqı-satqısına dair bələdiyyə qərarı, Təhsil Nazirinin məktubu, Ramin Nəsirovn adına verilmiş çıxarış mübahisələndirilməməklə hazırda da qüvvədədir. Məhkəmə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmamış, Təhsil Nazirliyinin mülkiyyətində olmayan torpaq sahəsinə dair əsassız iddia qaldırmasına hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının nümyəndəsi və vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını internat məktəbinin ərazisinə daxil olan torpaq sahəsinin qanunsuz olaraq xüsusi mülkiyyətə verilməsi barədə hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi təşkil edir. Təhsil Nazirliyi məktəbin dövlət müəssisəsi, məktəbin yerləşdiyi torpaq sahəsinin isə dövlətin mülkiyyəti olduğundan onun özəlləşdirilməsinin qadağan olduğunu göstərərək həmin torpaq sahəsinə dair cavabdehin adına verilmiş çıxarışın etibarsız hesab edilməsin i tələbini irəli sürmüşdür. İddiaçı tələbinin hüquqi əsası kimi “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 37.6-cı maddəsinə, Torpaq Məcəlləsinin 44, 46, 109-cu maddələrinə istinad etmişdir. İddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddianı təmin edən apellyasiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki,birinci instansiya məhkəməsi iddiaçının hazırki tələblə çıxış etmək üçün subyektiv hüququ yaranmadığını bildirsə də, bu qənaət əsaslı hesab edilə bilməz. İş üzrə mövcud olan faktlar qətnamədə qeyri-mötəbər və ziddiyyətli sübutlarla təsdiq edilmişdir. Belə ki, məhkəmə bu qənaətə gələrkən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 20 oktyabr 2017-ci il tarixli məktubuna və məhz həmin məktubda g östərilənləri sözbəsöz təkrarlayan məhkəmə mühəndis-texniki ekspertizasının 13.11.2017-ci il tarixli rəyinə istinad etmişdir. Lakin, həmin ziddiyyətli sübutlar mübahisəli torpaq sahəsinin dövlətin müstəsna mülkiyyətində olan və iddiaçının balansında olan dövlət müəssisəsinin ərazisinə aid olmadığını təsdiq edə bilməz. Apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli torpaq sahəsinə yerində keçirilmiş baxış zamanı, həmin torpaq sahəsinin faktiki olaraq Sağlamlıq İmkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika Xüsusi internat məktəbinin ərazisi olması müəyyən edilmişdir. Belə ki, işdən görünür ki, lal-kar uşaqlar üçün internat məktəbinin tikintisi ilə bağlı Bakı şəhər X5 İcrayyə Komitəsinin 26 iyul 1965-ci il tarixli qərarı ilə torpaq sahəsi ayrılmış və b u sahədə tikinti işləri aparılmışdır. İnternat məktəbinın tikinti pasportundan və cizgisindən göründüyü kimi, məktəbin tikintisi üçün ayrılmış və ona məxsus torpaq sahəsinin ərazisi müəyyən edilərək hasara alınmışdır. Mübahisəli torpaq sahəsi də məhz həmin hasar daxilində və məktəbin inzibati binasının bir neçə addımlığında yerləşir. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli torpaq sahəsinə yerində keçirilmiş baxışdan sonra yenidən cavabdehin adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış mübahisəli torpaq sahəsinin Bakı şəhər X6 İcraiyyə Komitəsinin 26 iyul 1965-ci il tarixli qərarı ilə lal-kar uşaqlar üçün internat məktəbinin tikintisi ilə bağlı ayrılmış torpaq sahəsinin ərazisi və hal-hazırda Sağlamlıq imkanları məhdud uşaqlar üçün yaradılmış 3 nömrəli Respu blika Xüsusi İnternat məktəbinin ərazisi olub-olmaması barədə mütəxəssis rəyi verilməsi üçün qərardad qəbul edilərək icra olunması üçün həm Əmlak Məsələləri Dövlət Komitəsinə, həm də Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə göndərilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi ümumiyyətlə qərardada münasibət bildirməmiş, yaxud aidiyyəti üzrə tabeliyində olan qurumlara göndərməmiş, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti isə 05 iyun 2018-ci il tarixli rəyi ilə Cavabdeh1 xüsusi mülkiyyətinə verilmiş 0,03 hektar torpaq sahəsinin Xidmətə təqdim edilmiş sxemdə (qırmızı xətlə qeyd olunmuş) göstərilən sahənin hüdudlarından və Sağlamlıq imkanları məhdud uşaqlar üçün yaradılmış 3 nömrəli Respublika Xüsusi İnternat məktəbinin ərazisindən kənarda yerləşdiyini bir daha təsdiqləmişd ir. Göründüyü kimi, qərardadda qoyulan suallara rəsmi cavab vermək və buna ixtiyarlı olmaq yalnız Əmlak Məsələləri Dövlət Komitəsinin və onun tabeliyində olan qurumların səlahiyyətində olsa da, Əmlak Məsələləri Dövlət Komitəsinin buna ümumiyyətlə cavab vermək istəməməsi və tabeliyində olan qurumun verdiyi məlumat və rəyin isə açıq-aşkar işin hallarına uyğun olmaması, onların bu mövqeyinin anlaşılan olmadığına dəlalət edir. Çünki, mübahisəli torpaq sahəsinin internat məktəbinin hüdudlarından 7,5 metr kənar məsafədə yerləşməsi barədə həmin orqanın məlumatı və rəyi açıq-aşkar əsassız və ziddiyyətli olduğundan heç bir halda həqiqətin müəyyən edilməsi üçün onlara istinad edilə bilməz. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən Bakı şəhəri Nizami rayon Bələdiyyəsinin 29.07.2005- ci il tarixli 08 saylı qərarı, torpaq sahəsinin alqı satqısına dair akt, həmin torpaq sahəsinin X2 adına özəlləşdirilməsi barədə qərar, R.A.Nəsirovun adına verilmiş torpaq sahəsinə mülkiyyət hüququna dair Çıxarış, eləcə də Təhsil Nazirinin 10.03.2005-ci il tarixli 48-03-1112\16 saylı məktubunun mübahisələndirilməməsi və hazırda da qüvvədə olması hazırki iddia tələbinin əsassız olmasını təsdiq etməməklə yanaşı, iddianın rədd edilməsi üçün də əsas deyildir. Çünki, qeyd olunduğu kimi mübahisəli torpaq sahəsi dövlətin müstəsna mülkiyyətində olan torpaq sahəsi olmaqla, Sağlamlıq imkanları məhdud uşaqlar üçün yaradılmış 3 nömrəli Respublika Xüsusi İnternat məktəbinin ərazisidir. Belə olan vəziyyətdə həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına xüsusi mülkiyyət hüq uqu kimi qeydə alınmasının açıq-aşkar qanunsuz olaraq qalması iddianın rədd edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Apellyasiya məhkəməsi iş üzrə sübutları prosessual qanunvericiliyin tələbləri baxımından düzgün qiymətləndirərək mübahisəli torpaq sahəsinin məhz internat məktəbinin ərazisinə aid olduğunu müəyyən e tmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Həmin Məcəllənin dövlətin torpaq üzərində mülkiyyət hüququnun əsaslarını müəyyən edən 46-cı maddəsinin tələblərinə görə dövlət tədris müəssisələrinin yerləşdiyi torpaq sahələri dövlət mülkiyyətindədir. Dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. Dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Dövlət mülkiyyətində olan mübahisəli torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə verilməsinə etiraz etməməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirinin məktubu əhəmiyyətsiz olmaqla öz-özlüyündə etibarsızdır. İş materiallarından mübahisəsiz qaydada görünür ki, dövlət mülkiyyətində olan torpaq sahəsi qanunla müəyyən edilən qaydada bələdiyyə mülkiyyətinə verilmədiyi halda bələ diyyənin qərarı ilə özgəninkiləşdirilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin bələdiyyənin torpaq üzərində mülkiyyət hüququnun əsaslarını müəyyən edən 47-ci maddəsi ilə bələdiyyə mülkiyyətinə aid torpaqların dairəsi müəyyən edilmiş və göstərilmişdir ki, bələdiyyələr yalnız mülkiyyətində olan torpaqlara sərəncam verilməsini həyata keçirirlər. Həmin Məcəllənin 109-cu maddəsinə əsasən torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanılan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir. Həmin Məcəllənmin 110-cu maddəsinin tələblərinə görə bu Məcəllənin 109-cu maddəsində göstə rilən əqdlərin bağlanması torpaq qanunvericiliyinin pozulması hesab edilməklə həmin hərəkətin törədilməsində təqsiri olan şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Beləliklə, bələdiyyə mülkiyyətində olmayan mübahisəli torpaq sahəsinin özgəninkiləşdirilməsi barədə bələdiyyə qərarı özü-özlüyündə etibarsız əqd hesab edilməklə bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi sağlamlıq imkanları məhdud uşaqlar üçün tikilmiş internat məktəbinin binasının bir neçə addımlığında yerləşməklə həm in məktəbin ərazisinə aid dövlət mülkiyyətində olan torpaq sahəsi olmaqla torpaq qanunvericiliyinin tələbləri pozulmaqla özgəninkiləşdirilmişdir. Bu halda həmin torpaq sahəsinə mülkiyyət hüququ əldə etmiş şəxs həmin əqdlərin bağlanmasında təqsiri olan şəxslərdən hüquqlarının pozulduğunu sübut etdiyi halda vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin Bidjiyeva Rusiyaya qarşı 05 dekabr 2017-ci il tarixli qərarına dair işdə ərizəçi ədalət məhkəməsi tərəfindən mülkiyyət hüquqları daşınmaz əmlakın vahid reyestrində qeydə alınmış 1200 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun ləğv edilməsinə istinad edərək ona münasibətdə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə qorunan əmlak hüquqlarının pozulmasına istinad etmişdir. Məhkəmə müdaxil ənin xarakterinə gəlincə qeyd etmişdir ki, məhkəmə qərarı ərizəçinin əmlak üzərində mülkiyyət hüququnun ləğv edilməsi anlamı daşıdığından bu tədbir 1 saylı Protokolun birinci maddəsinin ikinci cümləsində ifadə edilən mülkiyyət hüququndan məhrum olunma kimi qəbul edilir. Bununla bərabər məhkəmə müdaxilənin qanuniliyi və qanuni məqsəd daşıması baxımından hesab etmişdir ki, müdaxilə “qanunda nəzərdə tutulan şərtlərdə” Konvensiyanın 1-ci Paraqrafının 1-ci maddəsinin ifadə etdiyi mənada həyata keçirilib. Məhkəmə belə bir faktı da təsdiq etmişdir ki, torpaq sahəsinin reyestrdə qeydə alınması üçün əsas olan sənəd qüvvədə olan qanunvericiliyin müddəaları pozulmaqla əldə edilmişdir. Məhkəmə iş üzrə belə nəticəyə gəlmişdir ki, ərizəçinin torpaq sahəsi üzərində mülkiyyət hüququnun ləğv edilməsi onun 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan hüquqlarına hörmət edilməsi ilə cəmiyyətin ümumi mənafeyi arasındakı tarazlığı pozmamaqla Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi pozulmamışdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, apellyasiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər t utaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Əsli ilə düzdür Hakim Gündüz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar