Məhkəmə qərarları › İş №2(102)-1201/2025

Ali Məhkəmə Qərardad — İş №2(102)-1201/2025

13.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1201/2025 13.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 1 Saylı Bakı Ərazi İdarəsinə, "xxxx" MTK-ya, "xxxx" MMC-yə, Cavabdeh6 ASC-yə, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər "xxxx" ASC-yə, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna qarşı “protokoldan çıxarışın, reyestrdən çıxarışın, alğı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, mənzilə dair mülkiyyət hüququnun tanınması” tələbinə, iddiaçı Cavabdeh3 Cavabdeh4, habelə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh6 ASC-yə qarşı “müqavil ənin etibarsız hesab edilməsi” tələbinə və iddiaçı Cavabdeh6 ASCnin Cavabdeh3 qarşı “borcun alınması” tələbinə dair iddia ərizələri üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətinin verilməsi üçün dövlət rüsumu) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 dekabr 2024-cü il tarixli, 2(103)2379/2024 nömrəli qətnaməsindən ilk tələb üzrə üçüncü şəxs, ikinci tələb üzrə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, aşağıdakıları müəyyən et di: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 1 Saylı Bakı Ərazi İdarəsinə, "xxxx" MTK-ya qarşı iddia ərizəsi ilə və sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsində yerləşən 3 saylı evin 38 saylı mənzilinə dair Cavabdeh4 adına verilmiş "xxxx" MMC (MTK) üzvlərinin ümumi iclasının 195 nömrəli, xx.xx.2021ci il tarixli protokolundan çıxarışın, 01-M nömrəli, xx.xx.2021-ci il tarixli maliyyə arayışının, 01-F nömrəli, xx.xx.2021-ci il tarixli forma 2 arayışının, Cavabdeh4 adına xx.xx.2021-ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, cavabdehlər Cavabdeh4 ilə Cavabdeh3 arasında 12 say lı notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli, 4Ə3274 reyestr nömrəli alğı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, həmin sənədlər əsasında Cavabdeh3 adına verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, iddiaçının həmin mənzilə mülkiyyət hüququnun tanınması və mənzilə dair adına daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X1 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı Cavabdeh3 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Cavabdeh6 ASC cəlb edilməklə Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 12 saylı notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli alğı-satqı və ipoteka müqaviləsinin, həmin müqavilənin icrasından yaranmış bütün digər hüquqi nəticələrin etibarsız hesab edilməsi və 170000 manat məbləğində pulun həmin tələb üzrə cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı Cavabdeh6 ASC Cavabdeh3 qarşı iddia ərizəsi ilə və sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh6 ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, Cavabdeh3 99.682,44 manat əsas borc, 9712,41 manat faiz borcu olmaqla, cəmi 109.394,85 manat məbləğində borcun və ödənilmiş dövlət rüsum unun Cavabdeh6 ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Birinci instansiya məhkəməsində iddialar bir icraata birləşdirilmişdir.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli, e-2(004)53/2023 nömrəli qətnaməsi ilə birinci tələb üzrə iddia qismən, ikinci və üçüncü tələb üzrə iddia tam təmin edilmiş, birinci tələb üzrə "xxxx" MMC (MTK) üzvlərinin ümumi iclasının 195 nömrəli, xx.xx.2021-ci il tarixli protokolundan çıxarışın, 01-M nömrəli, xx.xx.2021-ci il tarixli maliyyə arayışının, 01-F nömrəli, xx.xx.2021-ci il tarixli forma 2 arayışının etibarsız hesab edilməsi və həmin sənədlər əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh4 adına xx.xx.2021-ci il tarixdə verilmiş daşın maz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, birinci və ikinci tələb üzrə Cavabdeh4 ilə Cavabdeh3 arasında 12 saylı notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli 4Ə-3274 reyestr nömrəli alğı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, birinci tələb üzrə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, ev 3, 38 saylı (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, ev 13, M9, m3) mənzilə İddiaçı sahiblik və istifadə hüququnun müəyyən edilməsi, birinci tələb üzrə iddianın qalan hissədə rədd edilməsi, ikinci tələb üzrə 170.000 manat məbləğində pul vəsaitinin Cavabdeh4 Cavabdeh3 xeyrinə tutulması, üçüncü tələb üzrə Cavabdeh6 ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh3 99.682,44 manat əsas borc, 9.712,41 manat faiz borcu olmaqla, cəmi 109.394,85 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 398,97 manat məbləğində pulun Cavabdeh6 ASC-nin xeyrinə tutulması qət edilmişdir.

6. Həmin qətnamədən Cavabdeh4 və Cavabdeh3 ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər.

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 dekabr 2024-cü il tarixli, 2(103)-2379/2024 nömrəli qətnaməsi ilə Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, B akı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli, e-2(004)-53/2023 nömrəli qətnaməsi faiz borcu məbləği hissəsində dəyişdirilmiş, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh3 iddiaçı Cavabdeh6 ASC-nin xeyrinə tutulmalı olan faiz borcunun məbləğinin 7.843,31 manat müəyyən edilməsi, qətnamənin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

8. Həmin qətnamədən Cavabdeh4 kassasiya şikayəti vermiş və kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianı n qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. 407.4-cü maddəsinə əsasə n kassasiya şikayətinə dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə edilməlidir. 408.1.3-cü maddəsinə əsasən isə kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilməmişsə, kassasiya şikayəti qaytarılmalıdır. 408.5-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. 10. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən dövlət rüsumu - dövlət orqanları tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, q eydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir). 8.1.4-cü maddəsinə əsasən iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu ödənilir. 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu tutulur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

11. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olmuşdur ki, cavabdehin kassasiya şikayətinə görə qan unla müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumu ödənilməmişdir.

12. Belə ki, iş materiallarından müəyyən olunur ki, hazırkı iş üzrə kassatora qarşı olan ilk iddia müqavilənin etibarsızlığı və daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması, ikinci iddia isə müqavilənin etibarsızlığı və pul tələbləri olmaqla, hər iki iddianın dəyəri azı 170.000 manat olmuş və bu tələblər təmin olunmuşdur.

13. Cavabdeh isə tələbləri qiymətləndirilməyən iddia kimi təqdim edərək, kassasiya şikayətinin verilməsi üçün 50 manat məbləğində dövlət rüsumu ödəmişdir.

14. Halbuki, “Dövlət rüsumu haqqında” Qanunun 8.1.4 və 8.6-cı maddələrinin tələblərinə əsasən iddia qiyməti 170.000 manat təşkil edən iddia ərizəsi üzrə kassasiya şikayətinin verilməsinə görə 230 manat məbləğində dövlət rüsumu ödənilməlidir.

15. Məh kəmə kollegiyası həmçinin qeyd edir ki, hazırkı iş üzrə birinci və ikinci iddialar verilərkən iddiaçıların da tələblərini qiymətləndirilməyən iddia kimi qələmə verərək, hər bir tələb üzrə 100 manat dövlət rüsumu ödəməsi, hazırkı kassasiya şikayəti üzrə həmin məbləğə uyğun rüsumun ödənilməsi üçün əsas ola bilməz.

16. İzah olunur ki, “Dövlət rüsumu haqqında” Qanunun 8.6-cı maddəsinə uyğun olaraq, apellyasiya və kassasiya şikayətinin verilməsinə görə birinci instansiya məhkəməsinə ödənilməli olan dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu tutulur. Yəni, qanunun bilavasitə mənasına görə kassasiya şikayətinə görə dövlət rüsumunun məbləği apellyasiya şikayətinə görə ödənilən dövlət rüsumunun məbləğinə bərabər olmaqla, birinci instansiya məhkəməsinə ödənilməli olan dövlət rüsumuna münasib ətdə hesablanmalıdır.

17. Qeyd olunanlara əsasən, kassasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilmədiyinə görə icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

18. Məhkəmə kollegiyası həmçinin izah edir ki, Mülki Prosessual Məcəllənin 408.5-ci maddəsinə əsasən kassator hazırkı qərardadda qeyd olunan nöqsanları aradan qaldırıldıqdan sonra, ağlabatan müddətdə yenidən kassasiya şikayəti ilə məhkəməyə müraciət edə bilər.

19. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2(103)-2379/2024 n ömrəli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar