Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1203/2021 12.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və s.” tələblərinə dair ilkin və iddiaçı Cavabdeh İddiaçı, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfat Birliyinə və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə qarşı eyni tələblərə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsi, subyektiv hüquq, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Abbaszadə Sima Elçin qızının katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və vəkili xxxnun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 avqust 2020-ci il tarixli, 2(103)6528/2020 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: ünvan 1mənzilləri İddiaçı, həmin binanın 9 saylı mənzili Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin “Azərdövləttikintilayihə" Dövlət Layihə İnstitutunun 20 aprel 2018ci il ta rixli rəyindən görünür ki, həmin İnstitutun layihə baş mühəndisi xxx, mühəndis konstruktorları XXXX, "xxxx” MMC-nin 06 noyabr 2017-ci il tarixli müraciətinə əsasən ünvan 1 ünvanında yerləşən yaşayış binasına vizual texniki baxış keçirmişlər. Baxış keçirilən bina XX əsrin əvvəllərində inşa olunmuşdur. Bina planda P şəkilli olub, ölçüləri 18 x12 m, 2 mərtəbəli, zirzəmisiz, 1 girişlidir. Mərtəbə hündürlüyü 4 m, xarici divarların qalınlığı 0,8 m, daxili divarların qalınlığı 0,8 m və 0,2 m olub, yonulmuş əhəngdaşından olan hörgüdür. Mərtəbəarası və dam örtük konstruksiyasının elementləri ağac materialındandır. Dam örtüyü yastı tipli olub bitum üzrə ruberoidlə örtülmüşdür. Binanın 2ci mərtəbəsində, ön fasadda 9 saylı mənzilə aid olan, 7,2 x 2,2 m ölçülü eyvan mövcuddur. Eyvanın tirləri metal və ağac elementlərdən, döşəməsi isə monolit dəmir-beton örtükdən ibarətdir. Eyvanın konturu üzrə, sakinlər tərəfindən sonradan kərpic divar hörülərək mətbəx və sanitar qovşağı tikilmişdir. Bu eyvandan başqa, binanın ön fasadında 2 ədəd açıq eyvan mövcuddur. Binanın 9 saylı mənzilinə aid olan eyvanın metal tirləri paslanmış, korroziyaya uğramış, monolit dəmir-beton döşəməsinin beton mühafizə qatı qopmuş, armaturlar açıqda qalaraq korroziyaya uğramışdır. Eyvanın konturu üzrə sonradan sakinlər tərəfindən tikilmiş kərpic divarın binanın divarına birləşən hissəsində aralanma müşahidə olundu. Binanın divarlarında çat və digər deformasiyalar müşahidə olunmadı. Eyvanın hörülərək otaqların tikilməsi, binanın əlavə yüklənməsinə səbəb olmuşdur. Binanın təhlükəsiz istismarını təmin etmək üçün ön fasadı i lkin layihə vəziyyətinə gətirmək lazımdır. Bunun üçün sakinlər tərəfindən sonradan üzərində divar hörülmüş eyvanın sökülərək, həmin fasadda yerləşən digər 2 açıq eyvanın görünüşünə uyğun şəkildə tikilməsi məqsədə uyğun hesab edilir. Binada yaranmış vəziyyətin təbii fəlakət və hadisələrlə əlaqəsi yoxdur. Bina texniki cəhətdən məhdud işlək vəziyyətdədir. 48 saylı MKİS-in tərəfindən tərtib edilmiş 05 noyabr 2018-ci il tarixli akta əsasən xidməti ərazinin ünvan 1 saylı mənzilində yaşayan Cavabdeh ona məxsus olmayan qeyriyaşayış sahəsini bağlayaraq qıfıl vurmuşdur. Tərəflərindən aparılan tədbirlər nəticəsində həmin qıfıl sındırılaraq orada olan əşyalar siyahıya alınmışdır. Həmin əşyalar bunlardır: İddiaçı məxsus 1 ədəd su çəni, 2 ədəd su nasosu, Cavabdeh məxsus 2 ədəd kiçik pəncərə, 1 ədəd kö hnə dəmir qapı, 1 ədəd köhnə vedrə, 1 ədəd yeşik, 1 ədəd vanna, 1 ədəd alüminium tazik. Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi 48 saylı Mənzil-Kommunal İstismarı Sahəsinin 06 fevral 2019-cu il tarixli məktubuna əsasən ünvan 1r 8 otaqdan ibarət, 180 kv.m sahəsi olan mənzil 20 fevral 1999-cu ildən İ və İİ mərtəbə “xxx” L.T.D. Kompaniyasına məxsus olub, həmin ünvanda təsərrüfat məqsədi kimi istifadədə olan bir otaqlı sahə qeyd olunan kompaniyanın istifadəsində olmuş, orada onlara məxsus su motoru və su çəni yerləşdirilmişdir. Yuxarıda qeyd olunan bu mənzillər 29 sentyabr 2016-cı ildən İddiaçı məxsusdur. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 28 dekabr 2019-cu il tarixli rəyinə əsasən İddiaçı məxsus ünvan 1 mənzillərinin dam hissəsində hər hansı qüsur müəyyən edilməmişdir. Lakin həmin sahənin bir hissəsinə Cavabdeh tərəfindən gül dibçəkləri yığıldığı, eyni zamanda həmin sahədə bir tərəfi binanın fasad divarının üzərinə oturdulmuş (1,0 x 1,0 x 1,0) metr ölçüdə su çəni və 9 saylı mənzilin divarına bitişik kondisioner quraşdırıldığı müəyyən edilmişdir. İddiaçı məxsus mənzillərə baxış zamanı həmin mənzillərdə təmir işləri aparıldığı və konstruktiv elementlər üzrə hər hansı qüsurlar mövcud olmadığı müəyyən edilmişdir. Cavabdeh məxsus 9 saylı mənzilin daxili hissədən hündürlük boyunca faktiki olaraq 2 səviyyəyə bölündüyü, 1-ci səviyyədən 2-ci səviyyəyə qalxmaq üçün pilləkən quraşdırıldığı və 2-ci səviyyədən binanın damına (İddiaçı məxsus mənzillərin üst hissəsinə) tərəf 1,1 x 1,2 metr ölçüdə pəncərə oyuğu açıldığı, eləcə də 2- ci səviyyədə inşa edilmiş tikilinin, divarda açılmış pəncərə boşluğunun və 1-ci mərtəbədə quraşdırılmış pilləkən marşının həmin mənzilə dair tərtib olunmuş texniki pasportda əks olunmadığı müəyyən edilmişdir. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Cavabdeh məxsus 9 saylı mənzil üzrə aparılmış tikinti-quraşdırma işlərinə dair müvafiq icazə sənədləri olmadığından, həmin işlərin aparılması zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 sentyabr 2000-ci il tarixli, 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razıla şdırılması Qaydaları”na riayət olunmadığı müəyyən edilir. Cavabdeh mülkiyyətində olan ünvan 1saylı mənzilinə dair tərtib edilmiş texniki pasportda yanğından mühafizə üçün giriş meydançası nəzərdə tutulmamışdır. Baxış zamanı Cavabdeh mülkiyyətində olan 9 saylı mənzilə giriş üçün səkidə hər hansı pilləkən və pəncərə quraşdırılması müəyyən edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfat Birliyinə qarşı iddia ərizəsi ilə, sonradan isə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə uyğun iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətində ola n ünvan 1 mənzillərinə cavabdeh tərəfindən müdaxilə və qəsdin aradan qaldırılması, bununla bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi, mənzillərin damında qoyulmuş gül dibçəklərinin, məişət əşyalarının götürülməsi, mənzilin güc götürən divarına quraşdırılmış kondisionerin və su çəninin cavabdehin hesabına sökülməsi, cavabdehə məxsus 9 saylı mənzildən onun mülkiyyətində olan mənzillərin üst hissəsinə (damına) tərəf 1,1 x 1,2 kv.m ölçüdə qanunsuz açdığı pəncərə oyuğunun cavabdehin hesabına mişar daşı ilə bağlanması, onun mənzilinin güc götürən divarına bitişik qanunsuz tikilmiş qəzalı vəziyyətdə olan bağlı balkonun cavabdehin hesabına sökülməsi, mənzilinin damına hər hansı bir əşyanı qoyması, dama çıxması, o cümlədən dama çıxan qapının qıfılının sındırılmasının cavabdehə qadağan edilməsi, 4, 6 və 14 saylı mənzillərin mülkiyyətçisinin 1999-cu ildən təyinatı üzrə təsərrüfat otağı kimi istifadəsində olan, 2016-cı ildən isə həmin mənzillərin mülkiyyətçisi kimi onun istifadəsində olan təsərrüfat təyinatlı otaqdan cavabdehin əşyalarının çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh mənzillərin damında ev əşyalarını yığmış, gül dibçəkləri yerləşdirmiş, mənzilin divarına bitişik qanunsuz bağlı balkon inşa etdirərək, eyni zamanda divara su çəni və kondisioner quraşdırmışdır. Qanunsuz inşa etdiyi balkondan mənzillərin damına qoydurduğu pəncərədən düşərək dama yerləşdirdiyi gül dibçəklərini sulayır, damda gəzərək bitumla örtülmüş və artıq istismar müddətini ötmüş damın taxtadan olan örtüyünü zədələyərək onun mülkiyyətinə qəs d edir. Mənzillərin tavanında çatlar əmələ gəlmişdir. Mənzillərinin damına çıxmaq üçün nərdivan və bağlı qapı qoyulmuşdur. Cavabdehin onun mülkiyyətində olan mənzillərin damına bitişik qanunsuz inşa etdiyi bağlı balkon uzun müddətdir ki, qəzalı vəziyyətdədir. İddiaçı Cavabdeh İddiaçı, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin MənzilKommunal Təsərrüfat Birliyinə və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1ı mənzillərinin mülkiyyətçisi İddiaçı üzərinə öz hesabına binanın dayaq divarının sökülərək quraşdırılmış əlavə 2 ədəd qapının ləğv edilməsi, səkini bağlayan pilləkənin ləğv edilməsi, sonradan açılan pəncərələrin bağlanması, mətbəx hissədən su çəninin və su nasoslarının götürülməsi, pəncərədən evə düşən işıq plafonlarının və evini çəkən kameraların sökülməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı üç mənzili alaraq, orada təyinatına uyğun olmayan sahibkarlıq fəaliyyəti ilə məşğul olur, qonşuları öz qanunsuz tikililəri və icarədarları ilə narahat edir. Tarixi binanın görünüşü pis vəziyyətə salınmış, dayaq divarları uçurularaq əlavə pəncərə və əlavə qapılar açılmış, Cavabdeh istifadəsində olan mətbəx isə zəbt olunaraq, orada 5 tonluq su çəni yerləşdirilmişdir. Səkilərdə əlavə giriş pilləkənləri qurulmaqla insanların gediş-gəliş yolları zəbt edilmiş, onsuz da dar olan ərazi piyadalar və qonşular üçün təhlükəli olmuşdur. Bakı şəhər i Nəsimi Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli, 2(006)134/2020 nömrəli qətnaməsi ilə (hakim R.Ə.Səmədov) ilkin iddia tələbi qismən təmin edilmiş, ünvan 1 mənzillərinə Cavabdeh tərəfindən edilən müdaxilənin aradan qaldırılması və bununla bağlı hərəkətlərin qanunsuz hesab edilməsi, mənzillərin damında qoyulmuş gül dibçəklərinin, məişət əşyalarının götürülməsi, mənzilin güc götürən divarına quraşdırılmış kondisioner və su çəninin Cavabdeh hesabına sökülməsi, Cavabdeh məxsus 9 saylı mənzildən İddiaçı mülkiyyətində olan mənzillərin üst hissəsinə (damına) tərəf 1,1 x 1,2 kv.m ölçüdə qanunsuz açılmış pəncərə oyuğunun Cavabdeh hesabına mişar daşı ilə bağlanması, İddiaçı mənzilinin damına hər hansı bir əşyanı qoyması, dama çıxması, o cümlədən dama çıxan qapının qıfılının sındırılması Cava bdeh qadağan edilməsi, Bakı şəhəri, Mərdanov Qardaşları küçəsi 13 saylı evin 4, 6 və 14 saylı mənzillərinin mülkiyyətçisinin 1999-cu ildən təyinatı üzrə təsərrüfat otağı kimi istifadəsində olan, 2016-cı ildən isə həmin mənzillərin mülkiyyətçisi kimi İddiaçı istifadəsində olan təsərrüfat təyinatlı otaqdan Cavabdeh əşyalarının çıxarılması, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ilkin iddia üzrə iddiaçının mülkiyyətində olan mənzillərin dam hissəsində yerləşdirilən və quraşdırılan əşyalar damı yararsız vəziyyətə salır ki, bu da iddiaçının hüquqlarının və qanunda qorunan mənafelərinin pozulması ilə nəticələnir. Həmçinin, cavabdehə məxsus mənzildən binanın damına (İddiaçı məxsus mənzillərin üst hissəsinə) tərəf açılmış pəncərə boşluğu mənzilə dair tərtib olunmuş texniki pasportda əks olunmadığından, cavabdehin hesabına mişar daşı ilə bağlanmalıdır. Məhkəmə həmin mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 sentyabr 2000-ci il tarixli, 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsi, 29-cu maddəsinin İ və İİ hissələri, Mülki Məcəllənin 152.1, 152.5-ci maddələri ilə əsaslandırmışdır. Qarşılıqlı iddiaya hüquqi qiymət verən məhkəmə hesab etmişdir ki, həmin tələblər üzrə sübutlar məhkəməyə təqdim olunmamışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli, 2(006)134/2020 nömrəli qətnaməsinin qanunsuz inşa edilmiş bağlı balkonun sökülməsinə dair iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməsini, həmin hissədə iddia tələbinin təmin edilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli, 2(0 06)-134/2020 nömrəli qətnamənin ləğv edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 avqust 2020-ci il tarixli, 2(103)-6528/2020 nömrəli qətnaməsi ilə (hakim V.N.Sadıqovun sədrliyi və məruzəsi ilə, hakimlər Q.A.Əsgərovdan və A.N.İmanovdan ibarət tərkibdə) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli, 2(006)-134/2020 nömrəli qətnaməsi qismən – Bakı şəhəri, Mərdanov Qardaşları küçəsi, 13 saylı evin 4, 6 və 14 saylı mənzillərin mülkiyyətçisinin 1999-cu ildən təyinatı üzrə təsərrüfat otağı kimi istifadəsində olan, 2016-cı ildən isə həmin mənzillərin mülkiyyətçisi kimi İddiaçı istifadəsində olan təsərrüfat təyinatlı otaqdan Cavabdeh əşyalarının çıxarılması hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə çıxarılmaqla ilkin iddia tələbi təmin edilməmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi Mənzil Məcəlləsinin 35.1 və 35.2-ci maddələrinə istinad edərək hesab etmişdir ki, mübahisəli təsərrüfat təyinatlı otaq qanunvericiliyin tələbinə əsasən binanın ümumi əmlakı hesab edilərək, mülkiyyətçilərin ümumi mülkiyyəti sayıldığından, iddiaçı həmin təsərrüfat təyinatlı otağın ona məxsus mənzillərin əvvəlki mülkiyyətçisinin istifadəsində olduğunu, ondan sonra isə mənzillərin mülkiyyətçisi kimi onun istifadəsində olduğunu əsas gətirərək, oradan Cavabdeh əşyalarını çıxarmasını tələb etməsi əsassızdır, qanunvericiliyin tələbinə əsasən bu hissədə iddianın təmin edilməsi yolverilməzdir. Apellyasiya məhkəməsi ilkin iddia tələbinin digər hissələrində, həmçinin qarşılıqlı iddia tələbinə aid hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd etmişdir ki, mübahisələndirilən balkon cavabdehin özünə aid divarda inşa edilməklə iddiaçıya maneçilik törətməsi müəyyən olunmamışdır. Ona görə də həmin balkonun sökülməsi barədə iddia qaldırmaq üçün iddiaçının subyektiv hüququ yoxdur, belə hüquq yerli və müvafiq icra hakimiyyəti orqanlarına məxsusdur. Cavabdehin apellyasiya şikayətinə münasibətdə isə apellyasiya məhkəməsi hesab etmişdir ki, həmin dəlillər əsassızdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabde h mülkiyyətində olan 9 saylı mənzilə giriş üçün səkidə hər hansı pilləkən və pəncərə quraşdırılmamış, həmin mənzilə dair tərtib edilmiş texniki pasportda yanğından mühafizə üçün giriş meydançası nəzərdə tutulmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı kassasiya şikayəti və sonradan kassasiya şikayətinə əlavə verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 avqust 2020-ci il tarixli, 2(103)-6528/2020 nömrəli qətnaməsinin qismən - ilkin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi, həmin hissədə mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, qalan hissələrdə qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilkin iddianın təmin olunmamış hissəsində maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, mübahisələndirilən təsərrüfat otağının iddiaçının mənzillərinin əvvəlki mülkiyyətçisi tərəfindən tək istifadə olunması, ümumi girişdən həmin otağa giriş-çıxış pilləkənin olmaması, digər mülkiyyətçilərdən təcrid olunmasını, mübahisəli balkonun isə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən qəzalı olması barədə rəy verilməsini nəzərə almamışdır. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 avqus t 2020-ci il tarixli, 2(103)-6528/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qanunsuz və əsassız olmuş, işin hallarına və sübutlara düzgün hüquqi qiymət verilməmiş, mənzilində olan pəncərə oyuğunun İddiaçı məxsus mənzillərin üst hissəsinə düşməməsi, pəncərə oyuğunun və su çəninin quraşdırıldığı divarın binanın giriş hissəsinin sol tərəfində yerləşməsi, iddiaçının mənzilinin binanın ümumi girişinin sağ hissəsində yerləşməsi, tərəflərin mənzillərinin ümumi ortaq divarlarının olmaması, aralarında pilləkən qəfəsi yerləşməklə, onun iddiaçının damından istifadə etməməsi nəzərə alınma mışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə yazılı etirazlar daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və vəkili xxx kassasiya şikayətlərinin dəlillərini müdafiə etmiş, qarşı tərəfin kassasiya şikayətinə isə etiraz edərək, müvafiq qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh, habelə üçüncü şəxslərin nümayəndələri məhkəməyə gəlməmiş, vəkillərinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə gə lməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüqu qunun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tərəflər tam mübahisələndirdiklərindən kassasiya baxışının hədlərini həmin qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olm aq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxsləri n sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlə dən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiy yətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. 35.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsa slandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi o nda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə idd ia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçün cü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ilkin iddianın təmin olunmuş hissəsində qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Qətnamə qalan hissələrdə isə maddi və p rosessual hüquq normalarına olmuşdur. Belə ki, məhkəmə kollegiyası ilk olaraq hər iki iddianın təmin olunmayan hissələri üzrə kassasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, tərəflərin müvafiq olaraq qeyd olunan iddiaları irəli sürməyə subyektiv hüquqlarının olub-olmamaları araşdırılmalıdır. Bu hissədə apellyasiya instansiyası məhkəməsi düzgün olaraq müəyyən etmişdir ki, ilkin iddia üzrə iddiaçının qarşı tərəfin tikdiyi balkonun sökülməsini tələb etməyə subyektiv hüququ yoxdur, bu hüquq müvafiq icra hakimiyyəti orqanına aiddir. Eyni zamanda apellyasiya məhkəməsi düzgün olaraq müəyyən etmişdir ki, ilkin iddia üzrə iddiaçının mübahisəli təsərrüfat otağına xüsusi hüquqları olmadığından, həmin sahə Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən binanın mülkiyyətçilərini n ümumi mülkiyyətində olduğundan, onun cavabdehin əşyalarının həmin otaqdan çıxarılması tələbi əsassız olmuşdur. Bununla bağlı kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək məhkəmə kollegiyası qeyd edir ki, göstərilən otağın əvvəllər hər hansı şəxsin faktiki istifadəsində olması hazırda da, iddiaçıya belə hüquq vermir. Qarşılıqlı iddia ilə də bağlı məhkəmə kollegiyası hesab edir ki, işin faktiki hallarını araşdıran məhkəmələr təqdim olunmuş sübutları səlahiyyətləri çərçivəsində qiymətləndirmiş və qarşılıqlı iddianın təsdiq olunmadığı nəticəsinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin hissədə qətnamə qəbul edilərkən maddi və ya prosessual hüquq nomalarının pozulması müəyyən olunmamışdır. Lakin ilkin iddianın təmin olunmuş hissəsi üzrə məhkəmə kollegiyası hesa b edir ki, məhkəmələr işin hallarının tam, obyektiv və hərtərəfli araşdırılması ilə bağlı vəzifələrini tam yerinə yetirməmişlər. Belə ki, məhkəmələr müəyyən etmişlər ki, İddiaçı məxsus ünvan 1ı mənzillərinin dam hissəsində Cavabdeh tərəfindən gül dibçəkləri yığılmış, eyni zamanda həmin sahədə bir tərəfi binanın fasad divarının üzərinə oturdulmuş 1,0 x 1,0 x 1,0 metr ölçüdə su çəni və 9 saylı mənzilin divarına bitişik kondisioner quraşdırmışdır. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh məxsus 9 saylı mənzilin daxili hissədən hündürlük boyunca faktiki olaraq 2 səviyyəyə bölünmüş, 1-ci səviyyədən 2-ci səviyyəyə qalxmaq üçün pilləkən quraşdırılmış və 2-ci səviyyədən binanın damına (İddiaçı məxsus mənzillərin üst hissəsinə) tərəf 1,1 x 1,2 metr ölçüdə pəncərə oyuğu açılmışdır. 2-ci səviyyədə in şa edilmiş tikili, divarda açılmış pəncərə boşluğu və 1-ci mərtəbədə quraşdırılmış pilləkən marşı həmin mənzilə dair tərtib olunmuş texniki pasportda əks olunmamışdır. Cavabdeh məxsus 9 saylı mənzil üzrə aparılmış tikinti-quraşdırma işlərinə dair müvafiq icazə sənədləri olmamış, 9 saylı mənzilə giriş üçün səkidə hər hansı pilləkən və pəncərə quraşdırılmamışdır. Göstərilənlərə əsasən ilkin iddia qismən təmin olunmuşdur. Lakin cavabdeh apellyasiya şikayətində onun tərəfindən binanın damında yerləşdiyi əşyaların və su çəninin iddiaçının mənzili üzərində yerləşdirilməməsini, eyni zamanda pəncərənin açıldığı və kondisionerin quraşdırıldığı divarın iddiaçının mənzili ilə ortaq divar olmamasını göstərsə də, apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin istiqamətdə araşdırma aparılmamış, a çılmış pəncərənin və quraşdırılmış kondisionerin, habelə binanın damında gül dibçəklərinin, məişət əşyalarının və su çəninin yerləşməsinin iddiaçının hansı hüquq və mənafelərinə zərər vurması və nəticə olaraq onun qeyd olunan tələbləri irəli sürməyə subyektiv hüquqa malik olub-olmaması müəyyən olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələrin hazırki tələbi göstərilən qaydada araşdırması cavabdehin ədalətli məhkəmə araşdırması hüququnun pozulması ilə yanaşı, eyni zamanda mülkiyyət hüququnun pozulmasını da ehtimal edir. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin a pellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən iddiaçının hazırki tələbi irəli sürməyə subyektiv hüquqa malik olubolmamasını araşdırmalı, prosessual qənaət prinsipini əsas götürməklə iş üzrə məhkəmə əlavə tikinti-texniki ekspertizasının keçirilməsi məsələsi müzakirə olunmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Şərh olunanlara əsasən və Azərbayca n Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 avqust 2020-ci il tarixli, 2(103)-6528/2020 nömrəli qətnaməsi qismən, yəni ilkin iddianın təmin olunmuş hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 avqust 2020-ci il tarixli, 2(103)-6528/2020 nömrəli qətnaməsi qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və
Məhkəmə qərarları › İş №2(102)-1203/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1203/2021
12.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver