Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1203/2024 08.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 Cavabdeh1 qarşı ilk və iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı1 qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, əsassız varlanma, sübutetmə yükü, kassasiya instansiyası məhkəməsinin göstərişləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı1 Cavabdeh1 qarşı “pul tələbi” barədə ilk, Cavabdeh1 İddiaçı1 qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1632/2023 nömrəli, 29 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh1 verilmiş kassasiya şikayətinə 08 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı1 Cavabdeh1 müəyyən məbləğdə borc pul vermiş, sonuncu isə İddiaçı1 borcun qaytarılması məqsədi ilə özünə məxsus əmək haqqı kartından, anasına məxsus pensiya kartından vəsaitlərin alınması, habelə adına poçt vasitəsi ilə göndərilən pul vəsaitlərin qəbul edilməsi imkanını vermiş, bu məqsədlə İddiaçı1 etibarnamə verilmişdir.
2. Borcun qaytarılması məqsədi ilə Cavabdeh1 öz əmək haqqı kartını, anası X1 pensiya kartını İddiaçı1 verməklə, aylıq vəsaitlərin həmin kartlardan çıxarılm asını ona həvalə etmiş, həmçinin məhkəmə qətnaməsinin icrası qaydasında Cavabdeh1 adına poçt şöbəsinə daxil olan pul köçürülmələrin alınması üçün etibarnamə vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. a) Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı1 (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Masallı Rayon Məhkəməyə müraciət edərək, Cavabdeh1 (bundan sonra “cavabdeh”) 10300 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 10000 manat pulu cavabdehə borc olaraq vermiş, həmçinin lotereya oynadıqları zaman cavabdehin ona 300 manat borcu qalmışdır. İddiaçı cavabdehə borclu olduğu pulu qaytarması barədə dəfələrlə müraciət etmiş, cavabdeh hər dəfə bir bəhanə edərək borcu qaytarmamışdır. Buna görə də iddiaçı 16 may 2021-ci il tarixdə Masallı rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Lakin tələbin mülki xarakterli olduğu əsas gətirilərək, məhkəməyə müraciət etməsi iddiaçıya tövsiyə olunmuşdur.
5. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 442, 462.1, 739.1 və 739.2-ci maddələrinə istinad etmişdir.
6. Cavabdeh də iddiaçıya qarşı qarşılıqlı iddia verərək, iddiaçının əsassız olaraq götürüb saxladığı 30221,29 manat pulun, həmin pulu ödəməkdən boyun qaçırdığına görə 2016-cı ilin yanvar ayından başlayaraq bank faizinin uçot dərəcəsinə uyğun məbləğdə hesablanan faizin və mənəvi ziyana görə 10000 manat pulun iddiaçıdan alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, cavabdeh 2014-cü ilin təxminən oktyabr ayında iddiaçıdan 3000 manat pul almış və razılığa əsasən hər 1000 manat qarşılığında əlavə 800 manat, yəni 3000 manat pul üçün 2400 manat faiz verməli idi. Həmçinin razılaşmışlar ki, cavabdeh özünün əmək haqqı, anasının pensiya kartını iddiaçıya versin və qeyd olunan pul məbləği həmin kartlardan çıxarılsın, borc qurtardıqda isə sonuncu kartları cavabdehə qaytarsın. İddiaçı həmin ərəfədə cavabdeh və anasından etibarnamə də almışdır. Bundan əlavə, məhkəmə qətnaməsinə əsasən cavabdehin keçmiş qayınanasının pensiyasından tutulmaqla cavabdehə verilməli olmuş pul Masallı rayonu, İ və İİ Yeddioymaq poçt şöbələrinə köçürülmüşdür ki, həmin pulları da götürülmüş borca görə 2014-cü ilin oktyabr ayından iddiaçı almışdır.
8. Daha sonra, 2015-2016-cı illərdə cavabdeh özü iddiaçıya 700 manat, sonuncunun dayısı vasitəsilə isə 900 manat pul vermişdir.
9. Cavabdehin özünün məhkəmə işlərinə başı qarışdığından, etibarnamənin ləğvinin mümkünlüyünü bilmədiyindən, anası isə xəstə olmaqla fikrini ifadə edə bilmədiyindən, cavabdeh nə özünün əmək haqqı, nə də anasının pensiya kartını iddiaçıdan ala bilməmişdir.
10. İddiaçı 2015-ci ilin yanvar ayından 2018-ci ilin noyabr ayı da daxil olmaqla cavabdehin əmək haqqı kartından pulları götürmüşdür. Qeyd olunan dövr ərzində kredit borcuna görə əmək haqqından tutulan pul çıxılmaqla, 5352,63 manat pulu əmək haqqı kartından iddiaçı çıxartmışdır. Bundan başqa, cavabdehin qayınanasının əmək pensiyasından məhkəmə qərarına əsasən cavabdehə verilməli olan pulu da 01 oktyabr 2014-cü ildən 30 sentyabr 2020-ci ilədək poç t şöbələrindən cavabdeh götürmüşdür. Həmçinin iddiaçı cavabdehin anasının pensiya kartından 2014-cü ilin dekabr ayından 2021-ci ilin mart ayının 31-dək cəmi 22651,80 manat pul çıxartmışdır. Beləliklə, ümumilikdə iddiaçı cavabdehə verdiyi 3000 manat borca görə 34021,29 manat pul götürmüş, 1600 manat pulu isə nağd almışdır. Bundan 3000 manat borc və hesablanmış 2400 manat faiz çıxıldıqda, 30221,29 manat pul vəsaiti qalır ki, iddiaçı bu məbləğdə də əsasız varlanmışdır.
11. Qarşılıqlı iddianın hüquqi əsası kimi Mülki Məcəllənin 21.2, 449.1, 449.2, 1092.1 və 1097.1-ci maddələrinə istinad edilmişdir.
12. Brinici instansiya məhkəməsinin sorğusu əsasında "xxxx" ASC-dən və "xxxx" MMC-nin X10ndan cavabdehə aid müvafiq sənədlər və bankomatdan aparılmış nağdlaşdırma əməliyyatına aid mövcud görüntülər təqdim edilmişdir.
13. Birinci instansiya məhkəməsində şahid X4 göstərmişdir ki, 2007-ci ildən 2-ci Yeddioymaq poçt şöbəsinin müdiri işləyir. 2014-cü ilun noyabrından 2017-ci ilə qədər cavabdehə gələn aliment pulunu vermişdir. Cavabdeh 2016-cı ilin dekabrın sonu-2017-ci ilin əvvəllərində gələrək etibarnamə verdiyini, ona gələn pulları iddiaçının götürəcəyini demişdir. Bundan sonra 19 ayın pulunu iddiaçıya vermişdir. 2018-ci ilin sentyabr ayından aliment pulu 1-ci Yeddioymaq poçt şöbəsindən alınmışdır.
14. Birinci instansiya məhkəməsinə "xxxx" MMC X10 tərəfindən təqdim olunmuş Cavabdeh1 adına daxil olan pul baratlarının əsilləri üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir.
15. Məhkəmə Ekspertizası Mərkəzinin 06 may 2022-ci il tarixli ekspert rəyinə əsasən ekspertizaya təqdim edil miş xx.xx.2018-ci il tarixli, ********************476 nömrəli bildirişdə “İmza” qrafasındakı imza, xx.xx.2018-ci il tarixli, ********************565 nömrəli bildirişdə “İmza” qrafasındakı imza, xx.xx.2018-ci il tarixli, ********************894 nömrəli bildirişdə “İmza” qrafasındakı imza, xx.xx.2018-ci il tarixli, ********************449 nömrəli bildirişdə “İmza” qrafasındakı imza, xx.xx.2018-ci il tarixli, ********************074 nömrəli bildirişdə “İmza” qrafasındakı imza, xx.xx.2018-ci il tarixli, ********************372 nömrəli bildirişdə “İmza” qrafasındakı imza, xx.xx.2018-ci il tarixli, ********************665 nömrəli bildirişdə “İmza” qrafasındakı imza, xx.xx.2018-ci il tarixli, ********************853 nömrəli bildirişdə “İmza” qrafasındakı imza, xx.xx.2018-ci il tarixli, ********* ***********029 nömrəli bildirişdə “İmza” qrafasındakı imza, xx.xx.2018-ci il tarixli, ********************694 nömrəli bildirişdə “İmza” qrafasındakı imza, xx.xx.2018-ci il tarixli, ********************557 nömrəli bildirişdəki “İmza” qrafasındakı imza - Cavabdeh1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş xx.xx.2018-ci il tarixli, ********************065 nömrəli bildirişdə “İmza” qrafasındakı imza, xx.xx.2018-ci il tarixli, ********************027 nömrəli bildirişdə “İmza” qrafasındakı imza, xx.xx.2018-ci il tarixli, ********************827 nömrəli bildirişdə “İmza” qrafasındakı imza, xx.xx.2018-ci il tarixli, ********************154 nömrəli bildirişdə “İmza” qrafasındakı imza, xx.xx.2018-ci il tarixli, ********************421 nömrəli bildirişdə “İmza” qrafasındakı imza, xx.xx. 2018-ci il tarixli, ********************450 nömrəli bildirişdə “İmza” qrafasındakı imza, xx.xx.2018-ci il tarixli, ********************381 nömrəli bildirişdə “İmza” qrafasındakı imza, xx.xx.2018-ci il tarixli, ********************062 nömrəli bildirişdə “İmza” qrafasındakı imza, xx.xx.2018-ci il tarixli, ********************821 nömrəli bildirişdə “İmza” qrafasındakı imza - Cavabdeh1 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur.
16. Masallı Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 2(050)-2/2022 nömrəli qətnaməsi ilə hər iki iddia rədd olunmuşdur. (hakim Ceyhun Quliyev)
17. Birinci instansiya məhkəməsi ilk iddia üzrə göstərmişdir ki, həmin iddiaya görə iddiaçı cavabdehə müxtəlif vaxtlarda hissə-hissə 30000 manat borca pul vermiş, verdiyi pulların qarşılığında 19700 ma nat pul geri qaytarılmış, 10300 manatı isə qaytarılmamışdır. Vermiş olduğu 30000 manat pulun 10000 manatını təxminən 10 il əvvəl, 10000 manatını isə 2017-ci ildə vermiş, aralarında yazılı şəkildə müqavilə bağlanmamış, pul verilməsində heç kim şahidlik etməmişdir.
18. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında pul münasibətləri olmuşdur. Müxtəlif vaxtlarda cavabdeh iddiaçıdandan pul almışdır. Bunu cavabdeh də inkar etmir. Lakin iş materiallarında olan yazılı sübutlarla, həmçinin işin araşdırılması zamanı iddiaçının həmin tələb üzrə cavabdehə məhz 30000 manat məbləğində pulun verilməsi təsdiqini tapmamışdır. Bunu təsdiq edəcək hər hansı bir yazılı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş, o cümlədən işin araşdırılması zamanı müəyyən edilməmişdir. Buna görə də, ilk iddia təmin edilməməlidir.
19. Qarşılıqlı iddiaya münasibətdə isə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddiaçıdan götürdüyü pulun müqabilində qarşı tərəfə verdiyi pul kartlarının vaxtında dayandırılmasını və ya tələb etməməsini, etibarnamələrin də sonradan olduğu kimi vaxtında ləğv edilməməsini anasının işi ilə bağlı məhkəmə işlərinə başının qarışması, etibarnamənin ləğvinin mümkünlüyünü bilməməsi, anasının isə xəstə olmaqla fikrini ifadə edə bilməməsi səbəbindən nə özünün əmək haqqını, nə də anasının pensiya kartını iddiaçıdan ala bilməməsi, sonuncunun müxtəlif bəhanələr gətirməsi, onu hədələməsi, yaşamağa yeri olmadığından körpə uşağı ilə qaldığı tibb məntəqəsinin inzibati binası yandırıldıqdan sonra hədələrin real olması ilə əlaqələndirmişdir
20. Birinci insta nsiya məhkəməsi cavabdehin (qarşılıqlı iddiaçının) qarşı tərəfə verdiyi pul kartlarının vaxtında dayandırılmasının və ya tələb etməməsinin, etibarnamələrin də sonradan olduğu kimi vaxtında ləğv edilməməsinin səbəbləri kimi yuxarıda göstərdiyi xüsusatları inandırıcı saymayayarq göstərmişdir ki, bu dəlillər işin faktiki hallarına uyğun gəlmir.
21. Birinci instansiya məhkəməsinin mövqeyinə görə tərəflərin belə bir qarışıq münasibətdə olmaları, onların aralarında baş vermiş pul münasibətlərinin tənzimləmə üsulları, işin halları və sair onu deməyə əsas verir ki, əsl həqiqətdə cavabdehin iddiaçıya qaytarmalı olduğu pul məbləği onun iddia etdiyi kimi 5400 manat məbləğində olmamış və həmin səbəbdən də o, qarşı tərəfə verdiyi pul kartlarını vaxtında dayandırmamış, ondan tələb etməmiş, etibarnamələr i də sonradan olduğu kimi vaxtında ləğv etməmiş, öz hesablamalarına görə qaytarmalı olduğu pulu qarşı tərəf kartlardan və etibarnamə istifadə etməklə əldə etdikdən sonra xx.xx.2021-ci il tarixdə iddiaçının onun əmək haqqı kartını və anası Mədinə Teymurovanın plastik kartının geri qaytarmaması barədə ərizə ilə Masallı Rayon Polis şöbəsinə müraciət etmiş, Polis şöbəsində aparılmış araşdırma zamanı mübahisənin mülki xarakterli olması bildirilmiş, yenə də məhkəməyə müraciət etməmiş, yalnız ilkin iddia üzrə iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etdikdən sonra qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
22. Birinci instansiya məhkəməsi cavabdehin iddiaçıdan əsassız olaraq saxladığı pula görə 2016-cı ilin yanvar ayından başlayaraq bank faizinin uçot dərəcəsinə uyğun məbləğdə faiz hesablanaraq ödənilməsi və mənəvi ziyana görə 10000 manat pulun alınaraq ona verilməsi barədə tələbinə münasibətdə isə bildirmişdir ki, həmin tələblər qarşı tərəfin əsassız olaraq özündə saxlanılması iddia edilən 30221,29 manat pul ilə əlaqədar olduğundan və həmin tələb təmin edilmədiyindən qarşılıqlı iddia üzrə iddiaçının göstərilən tələbləri də təmin edilə bilməz.
23. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 740.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri isə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
24. Cavabdeh (qarşılıqlı iddiaçı) apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın təmin olunmaması hissədə ləğv, qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qət namə qəbul edilməsini xahiş etmişdir.
25. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 aprel 2023-cü il tarixli, 2(106)-119/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Masallı Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 2(050)-2/2022 nömrəli qətnaməsi qarşılıqlı iddianın təmin olunmaması və ekspertiza xərcinin Cavabdeh1 aid edilməsi hissələrində ləğv edilmiş, iş üzrə həmin hissələrdə yeni qətnamə qəbul edilməklə, qarşılıqlı iddianın qismən təmin edilməsi, cavabdeh İddiaçı1 19293,08 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı Cavabdeh1 verilməsi, qarşılıqlı iddianın qalan hissələrdə rədd edilməsi, ekspertiza tədqiqatının dəyəri təşkil edən 110 manatın cavabdeh İddiaçı1 tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. (hakimlər Tale Kərimov (sədrlik edən və məruzəçi), Cahid İmanov, Pərviz Əhmədov)
26. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin (qarşılıqlı iddiaçının) tələbləri aşağıdakılardan ibarət olmuşdur: 1) 2015-2016-cı illərdə iddiaçının özünə 700 manat, dayısı Məhrəməli vasitəsilə 900 manat pul verilmişdir; 2) İddiaçı 2015-ci ilin yanvar ayından 2018-ci ilin noyabr ayı da daxil olmaqla əmək haqqı kartından pulları götürmüşdür. Qeyd olunan dövr ərzində kredit borcuna görə əmək haqqından tutulan pul çıxılmaqla 5352,63 manat pulu əmək haqqı kartından İddiaçı1 çıxartmışdır; 3) İddiaçı cavabdehin qayınanasının əmək pensiyasından məhkəmə qərarına əsasən ona verilməli olan 6016,86 manat pulu 01 oktyabr 2014-cü ildən 30 sentyabr 2020 ci ilədək poçt şöbələrindən götürmüşdür; 4) İddiaçı həmçinin cavabdehin anasının pensiya kartından 2014-cü ilin dekabr ayından cari ilin mart ayının 31-dək cəmi 22651,80 manat pul çıxartmışdır; 5) Qeyd olunan məbləğlərin cəmini təşkil edən 35621,29 manatdan iddiaçının almış olduğu 3000 manat borc və 2400 manat əlavə faiz çıxılmaqla, iddiaçıya 30221,29 manat məbləğində artıq ödədiyi pulu tələb edir.
27. Apellyasiya instansiya məhkəməsi göstərmişdir ki, cavabdeh 2015-2016-cı illərdə iddiaçının özünə 700 manat, dayısı Məhrəməli vasitəsilə 900 manat pul verdiyini qeyd etsə də, buna dair birinci instansiya məhkəməsinə sübut verməmişdir. Yalnız iddiaçı apellyasiya baxışı zamanı cavabdehin kartından bir dəfə 140 manat çıxardıqdan sonra kartın müddətinin bitməsi ilə əlaqədar bağlandığını və sonralar bir neçə dəfə cavabdeh tərəfindən xırda məbləğlər də ona pullar verildiyini, kartdan çıxarılan pulla birlikdə cavabdehin ona verdiyi ümumi məbləğin 350 manat təşkil etdiyini bildirmişdir.
28. İddiaçının 2015-ci ilin yanvar ayından 2018-ci ilin noyabr ayı da daxil olmaqla cavabdehin əmək haqqı kartından 5352,63 manat pulu çıxarması hissədə birinci instansiya məhkəməsinə verilən sübutlar aşağıdakılardan ibarət olmuşdur. 1) TƏBİB “Masallı Rayon Mərkəzi Xəstəxanası” X11 25 iyun 2021- ci il tarixli arayışına əsasən 2015-2018-ci illərdə hesablanmış və nağd alınmış əmək haqlarının ümumi məbləği 5352,65 manat təşkil edir; 2) Birinci instansiya məhkəməsinin sorğusu əsasında "xxxx" ASC-nin təqdim etdiyi cavabdehin əmək haqqı kartından pul vəsaitlərinin çıxarılmasına dair videogörüntülərə baxış keçirilmiş, yalnız 02 avqust 2017-ci il tarixli görüntü də 147 manat pul vəsaitinin iddiaçının qardaşı tərəfindən çıxarıldığı müəyyən edilmiş, qalan əksər görüntülərdə cavabdehin özü müşahidə olunmuşdur.
29. İddiaçı tərəfindən cavabdehin qayınanasının əmək pensiyasından məhkəmə qərarına əsasən tutularaq ona verilməli olan 6016,86 manat pulun 01 oktyabr 2014-cü ildən 30 sentyabr 2020-ci ilədək poçt şöbələrindən götürməsi hissədə birinci instansiya məhkəməsinə verilən sübutlar aşağıdakılardan ibarət olmuşdur: 1) Dövlət Sosial Müdafiə Fondunun 8 saylı regional ərazi filialı tərəfindən Masallı rayon İcra və Probasiya şöbəsinin sorğusuna 21 may 2021-ci il tarixli cavab məktubunda göstərilir ki, Masallı rayonu, Yeddioymaq kənd sakini X2 əmək pensiyasından məhkəmə qərarına əsasən 01 oktyabr 2014-cü il tarixdən 30 sentyabr 2020-ci il tarixədək cəmi 601 6,86 manat pul tutulmuşdur; 2) Cavabdehin vəkili Nümayəndə sorğusuna "xxxx" MMC X10 tərəfindən 03 avqust 2021-ci ildə verilən cavab məktubuna əsasən 2017-2020-ci illər ərzində Yeddioymaq kənd sakini X2 əmək pensiyasından həmin kənd sakini Cavabdeh1 adına poçt vasitəsilə göndərilmiş pul baratları Yeddioymaq-1 və Yeddioymaq-2 poçt şöbələrində pul sahibinin özünə və ya verdiyi etibarnamə əsasında İddiaçı1 ödənilmişdir. Məktuba qoşma olaraq əlavə edilmiş cədvəllərə əsasən Yeddioymaq-1 poçt şöbəsi tərəfindən Cavabdeh1 adına poçt vasitəsi ilə göndərilmiş ümumilikdə 2858,9 manat məbləğində pul baratları İddiaçı1 ödənilmişdir. Yeddioymaq-2 poçt şöbəsi tərəfindən Cavabdeh1 adına poçt vasitəsilə göndərilmiş ümumilikdə 851,18 manat məbləğində pul baratları İddiaçı1 ödənilmişdir. 3) Birinci instansi ya məhkəməsinin sorğusuna "xxxx" MMC X10 tərəfindən 06 oktyabr 2021-ci ildə verilən cavab məktubuna əsasən Yeddioymaq-1 poçt şöbəsi tərəfindən Cavabdeh1 adına poçt vasitəsi ilə göndərilmiş ümumilikdə 2380 manat məbləğində pul baratları İddiaçı1 ödənilmişdir. Yeddioymaq-2 poçt şöbəsi tərəfindən Cavabdeh1 adına poçt vasitəsi ilə göndərilmiş ümumilikdə 309,52 manat məbləğində pul baratları İddiaçı1 ödənilmişdir. Hər iki poçt şöbəsi tərəfindən Cavabdeh1 adına göndərilmiş, İddiaçı1 verilmiş pul baratlarının cəmi məbləği 2689,52 manat təşkil edir. 4) Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Yeddioymaq-2 poçt şöbəsinin müdiri X4 ifadəsində göstərmişdir ki, 2007-ci ildən 2-ci Yeddioymaq poçt şöbəsinin müdiri vəzifəsində işləyir. 2014-cü ilin noyabr ayından 2017-ci ilə qədər Cavab deh1 gələn aliment pulunu vermişdir. Ruhəngiz xanım 2016-cı ilin dekabrın sonu 2017-ci ilin əvvəllərində gəlib demişdir ki, etibarnamə verib, ona gələn pulları İddiaçı1 götürsün. Ondan sonra 19 ayın pulunu İddiaçı1 vermişdir. 2018-ci ilin sentyabr ayından aliment pulu 1-ci Yeddioymaq poçt şöbəsindən alınmışdır. 5) Birinci instansiya məhkəməsi tərəfindən "xxxx" MMC X10 tərəfindən təqdim olunmuş cavabdehin adına daxil olan pul baratlarının əsilləri üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. 06 may 2022-ci il tarixli ekspert rəyində cavabdeh tərəfindən icra olunan və olunmayan imzalar göstərilmişdir.
30. İddiaçının cavabdehin anası Mədinə Teymurovanın pensiya kartından 2014-cü ilin dekabr ayından 2021-ci ilin mart ayının 31- dək 22651,80 manat pul çıxarması hissədə birinci instan siya məhkəməsinə verilən sübutlar aşağıdakılardan ibarət olmuşdur: 1) 22 yanvar 2018-ci ildə etibar edən X3 tərəfindən etibar edilən İddiaçı1 adına verilmiş etibarnamədən görünür ki, Mədinə Teymurovanın idarə, müəssisə və təşkilatlarda, "xxxx" ASC-nin Masallı filialında təmsil olunması, adına olan plastik kartın təhvil verilib yenisinin alınması, zəruri sənədləri təqdim edib təhvil alınması, adından imza edilməsi və sair hərəkətlərin edilməsi 6 il müddətinə, yəni 22 yanvar 2024-cü il tarixədək İddiaçı1 etibar edilmişdir; 2) Apellyasiya baxışı zamanı iddiaçı qeyd olunan hissədə izahatında göstərmişdir ki, cavabdehin anası Mədinə ona 2 dəfə etibarnamə vermişdir. Birinci dəfə etibarnamə veriləndən 10 ay keçəndən sonra ikinci etibarnaməni vermişdir. İkinci etibarnamə 6 illik verilmişdi. İlk 10 ayda kart onda olan zaman hər ay 250 manat pensiya yatırılırdı. Qeyd olunan hal isə onu deməyə əsas verir ki, iddiaçı Cavabdeh1 anası Mədinə Teymurovanın pensiya kartı fevral 2017-ci ildən İddiaçı1 olmuşdur; 3) "xxxx" ASC-nin təqdim etdiyi cavabdehin anası Mədinə Teymurovanın kart hesabından çıxarışdan görünür ki, 2017-ci ilin fevral ayından karta yatırılan, kart bağlanan 2021-ci ilin mart tarixinədək əksər hallarda X7raşdırılan bankomatdan çıxarılan pul məbləğlərinin cəmi 19253,56 manat təşkil edir.
31. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız qarşılıqlı iddianın təmin olunmaması hissəsində yoxlayan apellyasiya instansiyası məhkəməsi qeyd edilən hallara əsasən göstərmişdir ki, iddiaçının Masallı rayon Polis Şöbəsində aparılan araşdırma çərçivəsində, birinci instan siya məhkəməsində və apellyasiya baxışı zamanı verdiyi izahatlar bir-biri ilə ziddiyyət təşkil etdiyindən, onun hansı məbləğdə pul vəsaitlərini poçtdan və pensiya kartından çıxarması hissədə etirafları əsas götürülməməli, yalnız işdə olan digər sübutlarla tələbə qiymət verilməlidir. İşdə olan sübutlardan isə müəyyən olunur ki, cavabdehin adına poçt vasitəsilə göndərilmiş pul baratları üzrə 2689,52 manat vəsait iddiaçıya verilmişdir. Bundan başqa, cavabdehin əmək haqqı kartından bir dəfə iddiaçı tərəfindən 147 manat pul vəsaiti çıxarılmış, sonradan bir-neçə dəfə xırda məbləğlər olmaqla cavabdeh iddiaçıya pullar vermiş və verilən pulların cəmisi 350 manat təşkil etmişdir. Bunlardan da savayı, iddiaçı cavabdehin anasının pensiya kartından 2017-ci ilin fevral ayından başlayaraq kart bağlanan 2 021-ci ilin mart ayınadək olan dövr ərzində ümumilikdə 19253,56 manat pul vəsaitini çıxarmışdır.
32. Beləliklə, apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdehin iddiaçıdan almış olduğu 3000 manat borc müqabilində ödəmiş olduğu vəsait (2689,52+350+19253,56=22293,08) 22293.08 manat təşkil etmişdir ki, bu qaydada iddiaçı cavabdehin hesabına (22293,08- 3000=19293,08) 19293,08 manat məbləğində əsassız varlanmışdır
33. Apellyasiya şikayətinin dəlillərini mənəvi zərərə münasibətdə tədqiq edən apellyasiya məhkəməsi “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarına istinad etməklə qeyd etmişdir ki, cavabdehin fiziki və mənəvi sarsıntılar keçirməsinə, bunların iddiaçının qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsinə, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olmasına dair hər hansı bir sübut təqdim edilmədiyindən, mənəvi zərərin tutulması hissədə qarşılıqlı iddianın təmin olunması üçün əsaslar yoxdur.
34. Pul öhdəliyinin icra edilməməsi ilə bağlı bank faizinin uçot dərəcəsinə uyğun məbləğdə hesablanan faizin tutulması barədə apellyasiya şikayətini dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsini mövqeyi belə olmuşdur ki, hazırki işdən cavabdehə aid pul vəsaitlərinin borc, yaxud digər əqdlərə əsaslanan formada birdəfəlik iddiaçıya verilməsi, iddiaçı tərəfindən hansı müddətdə qaytarılmalı olması və qanunsuz saxlanılması, bununla bağlı cavabdehin iddia çıya qarşı ilk iddia irəli sürülənədək hər hansı bir pretenziya verməsi müəyyən olunmur. Həmçinin, cavabdeh tərəfindən əldən çıxmış faydanın tutulması hissədə tələb əsaslandırılmamış və həmin əsaslandırmanı təsdiq edən sübutlar təqdim edilməmişdir. Odur ki, qarşılıqlı iddia qeyd olunan hissədə əsaslı hesab olunmur.
35. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 449.1, 1091.1, 1091.2, 1092.2-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1-ci maddələri və “Azərbaycan Respublikası Mülki məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 09 iyul 2009-cu il tarixli qərarı ilə əsaslandırmışdır. c) Kasssasiya instansiyası məhkəməsində birinci icraat
36. Cavabdeh (qarşılıqlı iddiaçı) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən - qarşılıqlı iddianın təmin edilməyən hissəsində ləğv, qarşılıqlı iddianın tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
37. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 21, 449.1, 1092.1, 1097.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 88, 265.4-cü maddələri, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarı pozulmuşdur. Belə ki, qarşılıqlı iddia üzrə cavabdeh iddiaçıya оlаn bоrcundаn sui-istifаdə еdib, əmək hаqqı və pеnsiyа kаrtını özündə sахlаmаqlа, pullаrı u zun müddət ərzində götürüb mənimsəməsi, nəticədə məcburiyyət qаrşısındа qаlаrаq hüquq mühаfizə оrqаnlаrınа mürаciət еtməyi, iddiaçının isə həmin pulu ona qаytаrmаqdаn yаyınmаsı, həttа ona qаrşı əsаssız iddiа qаldırmаqlа guyа оnа bоrclu оlmаğı bаrədə fikir fоrmаlаşdırmаsı nəticəsində mənəvi iztirаblаr, sаrsıntılаr kеçirmiş, iddiaçının hərəkətləri nəticəsində ona mənəvi zərər vurulmuşdur. Cavabdeh iddiaçıya bоrc vеrdiyi pulа görə özünün əmək hаqqı kаrtını, аnаsının pеnsiyа kаrtını bоrc məbləği çıхıldıqdаn sоnrа əsаssız оlаrаq özündə sахlаmаqlа, həmin kаrtlаrdаn pul vəsаitlərini qаnunsuz götürərək pulunu mənimsəməklə iddiaçıya maddi ziyan vurmuşdur. Bundan başqa, qаnunvеriciliyin tələbinə əsаsən iddiaçının cavabdehdən sonuncuda оlаn pulu ilə yаnаşı həmin pulun оndа оlduğu dövr üçün Bаnk uçоt dərəcəsinə uyğun fаizlərini də tələb еtmək hüququ vаrdır. Lаkin məhkəmələr bununlа bаğlı tələbi təmin еtməməklə mаddi hüquq nоrmаsının tələblərini pоzmuşdur. Məhkəmə sübutlаrı yаlnız sаdаlаmаqlа kifаyətlənmiş, onlara düzgün qiymət verməmişdir. Həmçinin məhkəmə cavabdeh barəsində Azərbaycan Respublikası CM-in 178.2.4, poçt şöbəsinin vəzifəli şəxsləri barəsində isə CM-in 308.1, 313-cü maddələri ilə xüsusi qərardad çıxarmamaqla, onları məsuliyyətdən kənarda saxlamışdır.
38. İddiaçı (qarşılıqlı cavabdeh) də kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
39. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məc əllənin 386.1, 439.4, 1091, 1093, 1095-ci, Mülki Prosessual Məcəllənin 77.1, 88, 106.1-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, cavabdeh iddiaçıdan 3000 manat borc pul aldığını, razılığa görə hər 1000 manat üçün əlavə 800 manat, yəni 3000 manat üçün əlavə olaraq 2400 manat, ümumilikdə 5400 manat pul vəsaitini iddiaçıya qaytarmalı olduğunu qeyd etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi 22293,08 manatdan 5400 manat deyil, 3000 manat çıxılmasının səbəbini qətnamədə qeyd etməmiş və ümumiyyətlə, bu istiqamətdə hər hansı əsaslandırma aparmamışdır. Digər tərəfdən, tərəflər borcun konkret məbləğləri ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Cavabdehin anası X3 tərəfindən verilmiş etibarnamələrin müddətindən (10 ay və 6 il) və hər ay pensiya kartına 250 manat pensi ya yatırılmasından da bəlli olur ki, cavabdeh tərəfindən verilən borcun məbləği kifayət qədər yüksək olmuşdur. Borcun məbləği cavabdehin iddia etdiyi kimi 5400 manat olsaydı, etibarnamə niyə 2 il müddətində deyil (250 manat pensiya 24 ay ərzində 6000 manat edir) məhz 6 il müddətinə verilmişdir?! İddiaçının cavabdehə verdiyi pul kartlarının vaxtında dayandırılmaması, tələb edilməməsi, etibarnamələrin də sonradan olduğu kimi vaxtında ləğv edilməməsi borc məbləğinin kifayət qədər yüksək olmasını deməyə əsas verir. Həmçinin apellyasiya instansiyası məhkəməsi əsassız varlanmaya münasibətdə 2 illik müddətin keçməsini nəzərə almamışdır.
40. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3245/2023 saylı, 23 avqust 2023-cü il tarixli qərarı ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavab deh1 kassasiya şikayəti təmin edilməmiş, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 aprel 2023-cü il tarixli, 2(106)-119/2023 nömrəli qətnaməsi qismən, yəni qarşılıqlı iddianın təmin olunması və ekspertiza tədqiqatının dəyərinin tutulması hissələrində ləğv edilmiş və işin həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmış, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
41. Kassasiya instansiyası məhkməsini mövqeyi belə olmuşdur: - hazırkı iş üzrə apellyasiya məhkəməsinin müəyyən etdiyi və tərəflərlə mübahisələndirilməyən hal ondan ibarətdir ki, qarşılıqlı iddia üzrə cavabdeh iddiaçıya müəyyən məbləğdə borc pul vermiş, sonuncu isə cavabdehə borcun qay tarılması məqsədi ilə özünə məxsus əmək haqqı kartından, anasına məxsus pensiya kartından vəsaitlərin alınması, habelə adına poçt vasitəsi ilə göndərilən pul vəsaitlərinin qəbul edilməsi imkanını vermiş, bu məqsədlə cavabdehə etibarnamə də verilmişdir; - bununla belə, tərəflər verilən pulun məbləği, borc münasibətlərinin yaranması dövrü, habelə cavabdehin yuxarıda qeyd olunan qaydada iddiaçıdan aldığı vəsaitin məbləği barədə ziddiyyətli məlumatlar vermişlər; - qarşılıqlı iddianı qismən təmin edən apellyasiya məhkəməsi işdə olan sübutları qiymətləndirərək müəyyən etmişdir ki, iddiaçı 2017-2020-ci illərdə cavabdehə poçt vasitəsi ilə göndərilən pul vəsaitinin 2689,52 manat hissəsini, sonuncunun əmək haqqı kartından 02 avqust 2017-ci ildə 147 manat pul vəsaitini, anasının pensiya kartından 201 7-ci ilin fevral ayından 2021-ci ilin mart ayınadək ümumilikdə 19253,56 manat vəsaiti, habelə nağd olaraq 2015-2016-cı illərdə 350 manat pulu almış və cavabdehin borc kimi aldığını etiraf etdiyi 3000 manat vəsait çıxılmaqla, iddiaçı cavabdehin hesabına 19293,08 manat məbləğində əsassız varlanmışdır; - iddiaçı isə iddiasında cavabdehə ümumilikdə 10300 manat borc verdiyini və həmin pulun qaytarılmadığını iddia etsə də, qarşılıqlı iddia verildikdən sonra ifadələrində ümumilikdə 30000 manat borc verdiyini, yuxarıda qeyd olunan qaydada 19700 manat borcunun qaytarıldığını, qarşı tərəfin ona 10300 manat borcunun qalmasını göstərmişdir; - qarşılıqlı iddia tələbinin qanuni əsasını əsassız varlanma təşkil edir. Belə ki, iddiaçı razılaşdırılmış vəsaitindən artıq məbləğdə pulu iddiaçının hesabına əl də etdiyi halda, Mülki Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanmış olur. Bununla belə, izah edilməlidir ki, əsassız varlanma institutunun məqsədi varlanmış tərəfin hüquqi əsas olmadan artmış əmlakını yenidən əvvəlki vəziyyətə qaytarmaqdır; - Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanma ilə bağlı tələbin təmin edilməsi üçün aşağıdakı şərtlər müəyyən olmalıdır: 1). borclu əmlak əldə etməli; 2). həmin əmlak kreditorun hesabına əldə edilməli; 3). bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır. Hazırkı halda, iddiaçının cavabdehin hesabına əsassız varlanmasının müəyyən edilməsi üçün onun verdiyi və aldığı pul vəsaitlərin məbləğlərinin müəyyən edilməsi zəruridir; - yuxarıda qeyd olunduğu kimi, apellyasiya məhkəməsi iddiaçının cavabdehin hesabına pul vəsaitlərini azı 2015-ci ildən almasını müəyyən etmişdir. Bununla da, tərəflər arasında borcla bağlı münasibətlərin həmin tarixdən əvvəl yaranması nəticəsinə gəlmək olar; - bununla belə, iş materiallarından müəyyən olunur ki, cavabdeh və onun anası tərəfindən iddiaçıya müxtəlif səlahiyyətlərin ötürülməsi ilə bağlı etibarnamələr verilmişdir. Sonuncu dəfə cavabdeh tərəfindən iddiaçıya 03 iyun 2019-cu il tarixdə 3 il müddətinə səlahiyyətli nümayəndəsi olaraq Azərbaycan Respublikasının bütün dövlət və qeyri-dövlət orqanlarında, idarə, müəssisə və təşkilatlarında, o cümlədən poçtlarda onu təmsil etməyi, ona çatası pulu almağı, sənədləşmə işlərinin aparılması və s. hərəkətləri etməyi etibar etmişdir. Etibarnamənin iddiaçının sonuncunun poçt vasitəsi ilə cavabdehin adına daxil olan vəsaitlərin alınması məqsədi il ə verilməsi işin mübahisəsiz halıdır. Göründüyü kimi, cavabdehin 03 iyun 2019-cu il tarixdə iddiaçıya etibarnamə verməsi onun həmin tarixdə borcunun olması (etirafı) kimi qiymətləndirilə bilər. Yəni həmin tarixdən əvvəl iddiaçı cavabdehin pul vəsaitlərini bank kartlarından və poçt şöbəsindən alsa da, cavabdehin borcu qalmaqda olmuş və cavabdeh həmin borcu ödəmək vəzifəsini üzərinə götürmüşdür; - bununla belə, apellyasiya instansiyası məhkəməsi əsassız varlanmanı müəyyən edərkən iddiaçının qeyd olunan tarixdən əvvəlki dövrdə aldığı pul vəsaitlərini də hesabata almış və yuxarıda qeyd olunan halı nəzərə almamışdır; - iddiaçının cavabdehin hesabına əsassız varlanması qənaətinə gəlinməsi üçün qeyd olunan tarixə sonuncunun borcunun məbləği müəyyən olunmalı, həmin tarixdən sonrakı dövrdə iddiaçın ın yuxarıda qeyd olunan üsullarla alınan cavabdehə aid vəsaitlərin ümumi məbləği araşdırılmalıdır. Yalnız bu məbləğlər arasında fərq aşkar edildiyi halda, iddiaçının cavabdehin hesabına əsassız varlanmasından söhbət gedə bilər. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən göstərilən hallar ətrafında araşdırma aparılmamış və qətnamə bu istiqamətdə əsaslandırılmamışdır; - digər tərəfdən, cavabdeh etiraf etmişdir ki, o, iddiaçıdan aldığı borcun hesabına sonuncuya 5400 manat məbləğində pul vəsaiti qaytarmalı idi. Lakin apellyasiya instansiyası məhkəməsi iddiaçının cavabdehin hesabına əsassız varlanmasının məbləğini müəyyən edərkən yalnız sonuncunun borc kimi aldığı 3000 manat vəsaiti nəzərə almış, qalan 2400 manatı hesaba almamasını hər hansı maddi və ya prosessual hüquq norması ilə əsa slandırmamışdır; - apellyasiya məhkəməsi qarşılıqlı iddianı qismən təmin etdiyi üçün ekspertiza tədqiqatının dəyərini iddiaçıya aid etdiyindən qətnamə qeyd olunan hissədə də ləğv olunmalıdır. ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
42. Təkrar apellyasiya baxışında cavabdeh (qarşılıqlı iddiaçı) bildirmişdir ki, o, iddiaçıya olan borcundan iddia tələbində göstərilən məbləğdə pulu artıq ödəmişdir və hazırda da həmin pulu tələb edir
43. Cavabdeh (qarşılıqlı iddiaçı) 03 iyun 2019-cu il tarixində iddiaçıya etibarnamə verilən zaman nə qədər borcunun qalması ilə bağlı verilmiş suala cavab olaraq isə bildirmişdir ki, həmin etibarnamə verilən zaman onun iddiaçıya hər hansı məbləğdə borcu qalmamışdır, sadəcə borcun olmaması faktını o, özü də bilməmiş və hələ də borcu olduğunu düşünmü şdür
44. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1632/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti baxılan hissələrdə təmin edilmədən, qətnamə baxılan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Samir Mayılov (sədrlik edən-məruzəçi), İlham Əsədov, Tofiq Heydərov)
45. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, müəyyən edilən işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı cavabdehə müəyyən məbləğdə borc pul vermiş, sonuncu isə iddiaçıya borcun qaytarılması məqsədi ilə özünə məxsus əmək haqqı kartından, anasına məxsus pensiya kartından vəsaitlərin alınması, habelə adına poçt vasitəsi ilə göndərilən pul vəsaitlərin qəbul edilməsi imkanını vermiş, bu məqsədlə iddiaçıya etibarnamə də verilmişdir. Lakin tərəflər verilən pulun məbləği, borc münasibətlərinin yaranması dövrü, habelə iddiaçının cavabdehdən aldığı vəsaitin məbləği barədə ziddiyyətli məlumatlar vermişlər. Belə ki, iddiaçı əvvəlcə iddia ərizəsində cavabdehə 10000 manat borc pul verdiyini və cavabdehin 300 manat lotereyadan borclu qaldığını bildirsə də, 19 oktyabr 2021-ci il tarixli məhkəmə baxışında cavabdehə 30000 manat pulu əlbəəl verdiyini, hər hansı yazılı müqavilə olmadığını, təxminən 10 il qabaq 1ci dəfə 10000 manat, 2017-ci ildə isə 20000 manat pul verdiyini, bundan başqa, 40 nəfərdən ibarət lotereya oynanan zaman cavabdehin ona 300 manat borcunun qaldığını, daha sonra həmin borca görə iddiaçının verdiyi kartlardan və poçtdan 19700 manat pul götürdüyünü, hazırda cavabdehin ona 10300 manat borcunun qaldığını bildirmişdir. Cavabdeh isə iddaçıdan cəmi 3000 manat borc pul götürdüyünü, həmin borca görə isə 2400 manat faiz hesablandığını və ümumilikdə iddiaçıya 5400 manat qaytarmalı olduğunu bildirmişdir.
46. Apellyasiya instansiyası məhkəməsi işin halları, hazlrki iş üzrə kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarında şərh edilən göstərişlər üzrə araşdırma apararaq hesab etmişdir ki, cavabdehin 03 iyun 2019-cu il tarixdə iddiaçıya etibarnamə verməsi onun həmin tarixdə borcunun olması (etirafı) kimi qiymətləndirilə bilər. Yəni həmin tarixdən əvvəl iddiaçı cavabdehin pul vəsaitlərini bank kartlarından və poçt şöbəsindən alsa da, onun borcu qalmaqda olmuş və cavabdeh həmin borcu ödəmək vəzifəsini üzərinə götürmüşdür. Bu səbəbdən 03 iyun 2019-cu il tarixli etibarnamə verilən anadək iddiaçının cavabdeh tərəfindən verilmiş kartlar və poçt şöbəsindən götürmüş olduğu pullar borcun ödənilməsinə yönəlmiş olub, iddiaçının əsassız varlanmasına səbəb olmamışdır
47. İddiaçının cavabdehin hesabına əsassız varlanması qənaətinə gəlinməsi üçün 03 iyun 2019-cu il tarixə sonuncunun borcunun məbləğinin müəyyən olunmalı olması, həmin tarixdən sonrakı dövrdə iddiaçının yuxarıda qeyd olunan üsullarla aldığı cavabdehə aid vəsaitlərin ümumi məbləğinin araşdırılması barədə kassasiya instansiyası məhkəməsinin göstərişlərinə uyğun araşdırma aparan apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, məhkəmə iclasında cavabdehin 03 iyun 2019-cu il tarixdə iddiaçıya etibarnamə verməsi zamanı nə qədər borcunun qalması məsələsinin müəyyən edilməsi üçün cavabdehə suallar versə də, sonuncu həmin etibarnamənin verildiyi vaxt iddiaçıya borcunun qa lmadığını, sadəcə borcun olmaması faktını özünün bilmədiyini və hələ də borcunun olduğunu düşündüyünü qeyd etmiş, cavabdehin nümayəndəsi (vəkili) də eyni mövqeyi bildirmişdir.
48. Apellyasiya instansiyası məhkəməsi cavabdehin və onun nümayəndəsinin bildirdiklərini qeyri-səmimi qəbul etmiş və bunu onunla əsaslandırmışdır ki, onların izahatının həqiqiliyi 03 iyun 2019-cu il tarixdə iddiaçıya etibarnamənin verilməsi ilə istisna edilir. Belə olan halda isə iddiaçının cavabdehin hesabına əsassız varlanması qənaətinə gəlinməsi üçün 03 iyun 2019-cu il tarixə sonuncunun borcunun məbləğini müəyyən etmək mümkün deyil, buna görə də həmin tarixdən sonrakı dövrdə iddiaçının yuxarıda qeyd olunan üsullarla aldığı cavabdehə aid vəsaitlərin ümumi məbləğini də araşdırmağa zərurət qalmır. Bununla yanaşı, 03 iyun 2019-cu il tarixə olan borc məbləğinə dair cavabdehin qeyri-səmimi və işin halları ilə uyğun gəlməyən izahat verməsi həmin tarixə olan borcun və ondan sonrakı dövrdə alınmış vəsaitlərin məbləğləri arasındakı fərqin aşkar edilərək əsassız varlanma halının yoxlanılmasını da mümkünsüz edir.
49. Qeyd edilənləri nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinin hazırda yoxlanılan hissəsində iddia tələbinin rədd edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur.
50. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 1091.1, 1091.2, 1092.1-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandrımışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. a) Kassasiya şikayətinin dəlil ləri:
51. Cavabdeh (qarşılıqlı iddiaçı) kassasiya şikayəti verərək,qətnamənin ləğv, qarşılıqlı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
52. Kassasiya şikayəti belə əsaslandırılmışdır: - Mülki Məcəllənin 449.1 mаddəsinə əsаsən özgəsinin pul vəsаitini qаnunsuz sахlаmаqlа, оnu qаytаrmаqdаn bоyun qаçırmаqlа, оnun ödənilməsini digər şəkildə gеcikdirməklə və yа bаşqа şəхsin hеsаbınа pul vəsаitini əsаssız əldə еtməklə və yа tоplаmаqlа оndаn fаydаlаnmаğа görə həmin vəsаitin məbləğindən fаizlər ödənilməlidir. Fаizlərin miqdаrı pul öhdəliyinin və yа оnun müvаfiq hissəsinin icrа еdildiyi gün üçün bаnk fаizinin uçоt dərəcəsi ilə müəyyənləşdirilir. Bоrc məhkəmə qаydаsındа tutulduqdа məhkəmə krеditоrun tələbini qərаrın çıхаrıldığı gün üçün bаnk fаizinin uçоt dərəcəsini əsаs götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2-ci mаddəsinə əsаsən bаnk uçot dərəcəsini Azərbaycan Respublikasının Milli Bankı müəyyənləşdirir. Qаnunvеriciliyin tələbinə əsаsən onun cаvаbdеhdən оndа оlаn pulu ilə yаnаşı həmin pulunun оndа оlduğu dövr üçün Bаnk uçоt dərəcəsinə uyğun fаizlərini də tələb еtmək hüququ vаrdır. Lаkin məhkəmələr bununlа bаğlı tələbini təmin еtməməklə qеyd оlunаn mаddi hüquq nоrmаsının tələblərini pоzmuşdur; - iddiaçının (qarşılıqlı cavabdehin) hərəkətləri nəticəsində ona mənəvi ziyаn dа vurulmuşdur; - iddiaçının cavabdehə оlаn bоrcundаn sui-istifаdə еdib əmək hаqqı və pеnsiyа kаrtını özündə sахlаmаqlа pullаrı uzun müddət ərzində götürüb mənimsəməsi, nəticədə cavabdehin məcburiyyət qаrşısındа qаlаrаq hüquq mühаfizə оrqаnlаrınа mürаciət еtməyi, iddiaçının isə həmin pulu ona qаytаrmаqdаn yаyınmаsı, həttа ona qаrşı əsаssız iddiа qаldırmаqlа guyа оnа bоrclu оlmаğı bаrədə fikir fоrmаlаşdırmаsı nəticəsində mənəvi iztirаblаr, sаrsıntılаr kеçirmişdir ki, bu dа qаnunvеriciliyin tələbinə əsаsən iddiaçının hərəkətləri nəticəsində cavabdehə mənəvi zərər vurulmаsı dеməkdir. Lаkin işə bахаn məhkəmələr bununlа bаğlı qarşılıqlı iddia tələbini təmin еtməməklə mаddi hüquq nоrmаsının tələblərini pоzmuşdur; - iddiaçı əmək hаqqı və pеnsiyа kаrtlаrını həmin kаrtdаkı pullаrın çох hissəsinin Bаnkа оlаn bоrclаrа tutulmаsı аdı ilə onları аldаdаrаq kаrtdаkı pullаrı mənimsəməklə mülki hüquq pоzuntusunа yоl vеrərək cavabdehin hеsаbınа əsаssız vаrlаnmışdır; - iddiaçının hərəkətləri nəticəsində cavabdeh 2014-cü ilin оktyаbr аyındаn 2021-ci ilin mаrt аyının sоnunаdək bоrc аldığı pul və оnа hеsаblаnmış fаiz çıхılmаqlа cəmi 30221 (оtuz min iki yüz iyirmi bir) mаnаt 29 qəpik pul vəsаitindən məhrum оlmuşdur ki, bu dа qаnunun tələbinə əsаsən rеаl zərər hеsаb еdilir və tаm həcmdə iddiaçıdan аlınаrаq cavabdehə ödənilməlidir. Lаkin birinci instаnsiyа məhkəməsi bununlа bаğlı tələbini təmin еtməməklə, аpеllyаsiyа instаnsiyаsı məhkəməsi isə həmin qətnaməni qüvvədə saxlamaqla mаddi hüquq nоrmаsının tələblərini pоzmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
53. Kassasiya şikayətinə dair qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün on un iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1092.1.1. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti t əmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbi qi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
54. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiall arında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
55. Kassasiya şikayətində cavabdeh qətnamənin qarşılıqlı iddianın təmin edilməyən hissəsində ləğvini xahiş etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmeti və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin şikayəti üzrə iddianın təmin rədd edilən hissəsində olmuşdur. Bu baxımdan, qətnaməni tam yoxlanılması dedikdə, apellyasiya baxışının predmeti olan hissə başa düşülür.
56. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəs inin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
58. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
59. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 4550-ci bəndlərində əks edil ən qiymətləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır.
60. İddia tələbi əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitini alınması barədədir.
61. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1091.1-ci maddəsi təşkil edir. İddianını təmin edilməsi baxımından həmin normanının tətbiqi üçün borclunun əmlak əldə etməsi, borclunun həmin əmlak kreditorun hesabına əldə etməsi, bu əldə etmə üçün heç bir hüquqi əsasın olmaması və ya sonradan qalxmış əsasa söykənməsi olmalıdır. İşin bu halları sübut müvafiq sübutlarla təsdiq edilməlidir.
62. Cavabdeh (qarşılıqlı iddiaçı) iddiaçının onun hesabına əsassız varlanmasını bildirsə də, qarşılıqlı iddia tələbinin əsası kimi istinad etdiyi halları işə mahiyyəti üzrə baxan məhkəmələrdə mötəbər sübuta yetirə bilməmişdir. Halbuki Mülk i Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
63. Nəzərə alınsa ki, mülki prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur, belə olan halda, cavabdeh iddiaçının əsassız varlanmasını sübut etməli idi. Qeyd edildiyi kimi, işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsində cavabdeh (qarşılıqlı iddiaçı) tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Hazırda kassasiya şikayətinin həmin hallarla bağlı dəlilləri də, bu baxımdan, əsassızdır.
64. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki halları nı işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, hazırki iş üzrə kassasiya məhkəməsinin əvvəlki qərarında verdiyi göstərişlərə əməl edərək, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
65. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
66. İddiaçının hərəkətləri nəticəsində cavabdehə mənəvi zərər vurulmаsı, cavabdehin mənəvi iztirаblаr, sаrsıntılаr kеçirməsi, işə bахаn məhkəmələrin bununlа bаğlı qarşılıqlı iddia tələbini təmin еtməməklə mаddi hüquq nоrmаsının tələblərini pоzması barədə kassasiya şikayətinin dəlilinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, mənəvi zərər tələbi qarşılıqlı iddianın digər hissəsi olan olan əsassız varlanma ilə bağlı tələbin əsasında duran halların təsdiq edilməsi və həmin iddianın tam və ya qismən əsaslı olması ilə bağlı olmuşdur, əsassız varlanma tələbi təmin edilmədiyi halda, ondan doğan mənəvi zərər tələbinin təmin edilməsi də istisna edilir.
67. Kassasiya şikayətinin digər dəlilləri isə kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə əvvəlki qərarında göstərilən mövqeyi baxımından əsaslı sayıla bilməz.
68. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
69. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərar a aldı: Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1632/2023 nömrəli, 29 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.