Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1204/2021 31.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdeh nümayəndəsi X2 və vəkili X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı mülkiyyətində olan “Mercedes Benz CDİ E 270” markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı minik avtomobil Cavabdeh tərəfindən xx xxxxxx 2016-cı il tarixli etibarnamə əsasında başqa şəxsə satmışdır.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin X saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə, İddiaçı Cavabdeh qarşı “avtomobilin qaytarılması” tələbi təmin edilməmişdir. Qətnamə əşyanı vicdanlı əldə edənin hüquqlarının müdafiəsi ilə bağlı qaydalar çərçivəsində əsaslandırılmışdır. Bakı Apelyasiya Məhkəməsinin X saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, rayon məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məh kəməsinə müraciət edərək, cavabdehdən “Mercedes Benz CDİ E 270” markalı avtomobilin dəyəri olan 15.000 (on beş min) manatın alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh şifahi razılaşmanın tələblərini pozduğundan iddiaçı etibarnaməni ləğv etdirmiş və cavabdehdən avtomobili geri qaytarmağı tələb etsə də, o avtomobili qaytarmaqdan imtina etmişdir. Bu səbəbdən də məhkəmədə iddia qaldırılmış, məhkəmədə müəyyən edilmişdir ki, avtomobil artıq üçüncü şəxsə satılmışdır. Məhkəmənin qətnaməsinə əsasən iddia rədd edilmiş, səbəb kimi avtomobilin vicdanlı üçüncü şəxsdə olması qeyd olunmuşdur. Avtomobili ala bilmədiyi üçün onun dəyərinin cavabdehdən alınması ilə bağlı iddia ilə məhkəməyə müraciət etmişdir.
5. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 birinci instansiya məhkəməsinin iclasında iddia müddətinin ötürülməsini nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bundan əlavə, tərəflər arasında eyni predmet, yəni “əmlak” tələbi barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi var. Mübahisələndirilən avtomobil xx.xx.2015-ci il tarixdə alqı-satqı edilib və tələb etmə müddəti də ötürülüb.
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim G.Abbasova) xx xxxxxx 2020-ci il tarixli, 2(001)-766/2020 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
7. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, hazırki iş üzrə iddiaçı tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməsə də, cavabdeh tərəf öz etirazlarının əsası kimi istinad etdiy i halları sübuta yetirə bilmişdir. Çünki tərəflərin arasında göstərilən məzmunda şifahi formalı kirayə müqaviləsinin də bağlandığını iddiaçı tərəfin izahatından başqa təsdiq edən heç bir sübut yoxdur. Məhkəmə yalnız iddiaçı tərəfin izahatına əsaslanaraq tərəflərin arasında kirayə münasibətinin mövcud olduğunu müəyyən edə bilməz və cavabdehin üzərinə 15.000 manat kirayə (icarə) haqqı ödəmək vəzifəsi qoya bilməz. Belə ki, mülki işdə kirayə (icarə) münasibətinə dair heç bir sübut yoxdur. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-F.Talışinski (sədrlik edən və məruzəçi), R.Eyvazov və Z.Şirinov) xx xxxxxx 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-766/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə olunaraq, iddiası qismən təmin edilmiş, Cavabdeh tərəfindən 9000 (doqquz min) manat məbləğində pul vəsaitinin İddiaçı ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir.
9. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, cavabdehin iddiaçının adından sonuncuya məxsus avtonəqliyyat vasitəsinin saxtalaşdırılmış etibarnamə əsasında hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl nəticəsində 9000 manata satılması məhkəmə qərarları ilə müəyyən edilən haldır. Mülki qanunvericiliyin müddəalarına əsasən, iddiaçının adından əqdi bağlayan cavabdehin (təmsilçinin) iddiaçının (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmamış (bu səlahiyyət aşılmış), iddiaçı (təmsil edilən) əqdi sonradan bəyənmədiyindən, təmsilçidən həmin əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməsini təsdiq edən sübutlar təqdim edilmədiyindən kollegiya mövcud sübutlar əsasında qətnamə qəbul etməkdə haqlıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
10. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Mercedes Benz CDİ E270” markalı **HF-*** dövlət nömrə nişanlı avtomobili İddiaçı mərhum həyat yoldaşı Anar Hə sənovdan Cavabdeh oğlu Əmrah Həsənov 12800 manata alqı-satqı yolu ilə almışdır. Aralarında olan razılığa əsasən avtomobilin ilkin ödəniş kimi 9500 manat verilmiş, yerdə qalan 3300 manat pulun isə hər ay 300 manat ödəmək şərti ilə hissə-hissə ödənilməsinə razılaşmışlar. Həmin ödənişlər isə ödəniş cədvəlləri vasitəsi ilə həyata keçirilmişdir. Avtomobilin ilkin dəyəri olan 9500 manat pulunu ödədikdən sonra Anar Həsənov oğluma xx.xx.2015-ci il tarixdə “Mercedes Benz CDİ E270” markalı **-HF-*** dövlət nömrə nişanlı maşını sürmək üçün etibarnamə vermişdir. Ödəniş tam ödənilmədiyi üçün avtomobil Cavabdeh oğlunun mülkiyyətinə keçirə bilməmişdir. 9500 manat pulu ödədikdən sonra iddiaçının yoldaşı rəhmətə getmiş, Cavabdeh oğlu isə hərbi qulluğa çağırılmışdır. Yerdə qalan 3300 manat pul isə ödəniş cə dvəlinə uyğun olaraq Cavabdeh tərəfindən mərhum Anar Həsənovun qardaşı Vüqar Həsənova tam ödənilmişdir. Vüqar Həsənova 3300 manatın ödənilməsinə və pulun Vüqar Həsənov tərəfindən alınmasına dair imzaları vardır. Sonradan İddiaçı həyat yoldaşına dair vərəsəliyin təsdiq edilməsi gözlənilmişdir. Həmçinin İddiaçı bildirir ki, sözü gedən avtomobil ona kirayəyə verilmişdir. Halbuki Cavabdehla iddiaçı arasında hər hansı avtomobilin kirayə verilməsinə dair razılaşma olmamışdır. Sözügedən avtomobil Anar Həsənov tərəfindən Cavabdeh oğluna satılmışdır. Cavabdeh avtomobilin dəyərini ödədiyi halda həmin məbləğin yenidən ondan alınması barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ədalətsiz olduğundan ləğv edilməli və iş yenidən araşdırılması üçün qayta rılmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili, kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.
14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxs məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
15. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan ba şqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
16. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
17. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tə tbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
20. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya i nstansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir.
24. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin X saylı, xx.xx.2018-ci il tarixli və Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9726/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin əsaslandırıcı hissəsində xx xxxxxx 2016-cı ıl tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqavilə sindən görünür ki, satıcı İddiaçı adından xx xxxxxx 2016-cı il tarixli, 7E-11386 reyestr nömrəli etibarnaməyə əsasən Cavabdeh “Mercedes Benz CDİ E 270 markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobili 9000 manat məbləğinə alıcı X1 qeyd edilmişdir. Qətnamələrlə xx xxxxxx 2016-cı il tarixdə 29 saylı notariat kontorunda 7E-11386 reyestr nömrəli etibarnamənin saxta olduğu (ƏN MEMM-in xx xxxx 2018-ci il tarixli 4334 nömrəli rəyi ilə etibarnamədəki imzanın iddiaçı tərəfindən icra olunmadığı) müəyyən edilmişdir.
25. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş fakt üzrə xəbərsiz satılan mülkiyyətində olan avtonəqliyyat vasitəsinin dəyərinin tələb etdiyi məqamda məhkəmə belə bir tələb olmayan icarə haqqı tələbi üzrə nəticəyə gəlmişdir. Məhkəmənin gəl diyi nəticə mübahisəli münasibətlərə aidiyyəti olmayan əsaslarla əhatə edildiyindən kökündə əsassızdır. İddia tələbinə dair diqqətə çatdırılmalıdır ki, iddiaçının cavabdehə qarşı tələbinin əsasları mövcud olsa da, tələbdə qeyd edilən məbləğin əsasları tam sübuta yetirilmir. Cavabdehin iddiaçının adından sonuncuya məxsus avtonəqliyyat vasitəsinin saxtalaşdırılmış etibarnamə əsasında hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl nəticəsində 9000 manata satılması məhkəmə qərarları ilə müəyyən edilən haldır. Mülki qanunvericiliyin müddəalarına əsasən qeyd edilməlidir ki, iddiaçının (təmsil edilənin) adından əqdi bağlayan cavabdehin (təmsilçinin) iddiaçının (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmamış (bu səlahiyyət aşılmış), iddiaçı (təmsil edilən) əqdi sonradan bə yənmədiyindən, təmsilçidən həmin əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməsini təsdiq edən sübutlar təqdim edilmədiyindən kollegiya mövcud sübutlar əsasında qətnamə qəbul etməkdə haqlıdır.
26. Kollegiya apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Belə ki, iddiaçıya məxsus avtomobilin cavabdeh tərəfindən satılmasına görə geri qaytarılması mümkün olmadığı (bu tələb məhkəmə qətnaməsi ilə rədd edildiyi) üçün iddiaçının satış nəticəsində əldə edilmiş pul vəsaitini cavabdehdən tələb etməsi yuxarıda göstərilən maddi hüquq normalarına uyğundur (§ 15-17).
27. Qeyd olunanları nəzə rə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
28. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.