Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1206/2020 24.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X10 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı vəkili X13, Üçüncü şəxs X15 nümayəndəsi X7 iştirakı ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1183/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon məhkəməsinin (hakim Kəmalə Əmirxanova) 2(005)3000/2018 saylı xx xxxxxxxx 2018- ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı çıxarışın və onunla əlaqədar verilmiş texniki pasportun ləğv edilməsi barədə iddia tələbi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Xəyalə Cəmilova - sədrlik edən və məruzəçi, İsmayıl Xəlilov, ilham Kərimli) xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə üçüncü şəxs X15 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınma z Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “çıxarışın və onunla əlaqədar verilmiş texniki pasportun ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, 8-ci keçid, ev 9 ünvanda yerləşən 3 mərtəbəli evə dair Bakı şəhəri Yasamal RİH-in xx.xx.2004-cü il tarixli sərəncamı ilə order verilmiş, onun əsasında xx.xx.2009-cu il tarixdə mülkiyyət hüququ qeydə alınmışdır. İddiaçının həyat yoldaşı X21 xx.xx.2005-ci ildə alqı-satqı müqaviləsinə əsasən 3-cü mərtəbədə 2 otağı X4. xx.xx.2005-ci ildə həmin 2 otağın birini X1. xx.xx.2009-cu ildə iddiaçı həmin otağı ilə rəsmi notarial qaydasında özünə məxsus otaq ilə dəyişmişdir. İddiaçı hesab edir ki, in adına verilmiş xx.xx.2010-cu il t arixli seriya MA ******* nömrəli çıxarış qanunsuz verilmişdir. Çünki, 3-cü mərtəbədəki 1 otağı satıb və ona yalnız 1 otaq məxsusdur. O, satılan otağını öz otağı ilə birləşdirib ortadan arakəsmələri özbaşına götürüb və nəticədə həmin 2 otağa çıxarış almışdır. Yəni, satdığı otağı da öz otağına birləşdirmişdir. Qeyd edilənlərə əsasən MA seriyalı ******* nömrəli çıxarışın və onunla əlaqədar verilmiş **********59-05101-093002 nömrəli texniki pasportun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya araşdırması zamanı mübahisəli evə yerində baxış keçirilmişdir. Baxış nəticəsində məhkəmə belə bir qənaətə gəlmişdir ki, İddiaçı ilə A.Xalıqverdiyevin dəyişdiyi otağa ə məxsus tikili olmadan sərbəst şəkildə daxil olmaq mümkün deyildir. Belə ki, həmin otağa giriş yalnız ə məxsus tikilidən keçib getməklə mümkündür. Dəyişdirilmiş otağın həmin vəziyyətdə yerləşməsi tərəflər arasında dəyişdirilməni və alqı-satqı müqaviləsinin predmeti olmasını şübhə altına alır. Məhkəmə tərəfindən yaşayış sahəsinin 3-cü mərtəbəsində rekonstruksiya işləri aparıldığını diqqətdən qaçırmışdır. Daha sonra məhkəmə iddiaçının tələbinin sənədlərin etibarsızlığı ilə bağlı olduğunu yazaraq, çıxarışın və texniki pasport un ləğv edilməsinə dair tələbin təmin oluna bilməməsini qeyd etmişdir. Məhkəmə tələb etdiyi sənədlərin etibarsız olması tələbini məhkəmədə irəli sürərkən həmin tələbə cavab verməli olan şəxslərin dairəsinin düzgün müəyyən olunmalı olduğunu, hazırkı mübahisənin evin ilkin özəlləşdirməsinin düzgün aparılmaması ilə bağlı olduğunu, bu tələbə cavab verməli olan orqanın, hüquqları qeydə alan orqan olduğunu yazmışdır. Halbuki, iş materiallarından görünür ki, mübahisəli ünvan paylı mülkiyyət hüququ əsasında DƏDRX-dən verilmiş xx.xx.2009-cu il tarixli çıxarışa əsasən adları qeyd olunan şəxslərin adına qeydiyyata alınmışdır. in adına verilmiş çıxarış xx.xx.2010-cu il tarixdə qeydə alınmışdır, yəni artıq özəlləşdirilmiş və paylı mülkiyyətdə olan daşınmaz əmlak alqı-satqı predmeti olaraq başqasının mü lkiyyətinə verilmişdir. Odur ki, hazırkı mübahisə evin ilkin özəlləşdirməsinin düzgün aparılmaması ilə bağlı deyildir. Alqı-satqı müqaviləsi əsasında evin bir hissəsini əldə edən in həmin hissədə rekonstruksiya işləri apararaq onun əsasında qanunsuz çıxarış və texniki pasport əldə etməsi ilə bağlıdır. Cavabdeh qanunun tələblərini pozmaqla paylı mülkiyyətdə olan əmlaka dair ə yeni göstəricilərlə çıxarış və texniki pasport vermişdir. Apellyasiya instansiyasının qətnaməsi anlaşılmaz və bir o qədər qəliz yazılmaqla qətnamənin təsvir-əsaslandırıcı hissədə göstərilənlərlə nəticə hissəsində göstərilənlər arasında böyük uyğunsuzluq olduğu açıq aydın müşahidə edilir. Üçüncü şəxs X19 məhkəmənin ünvanına kassasiya şikayətinə qarşı yazılı etiraz göndərərək kassasiya şikayətinin təmin edilməməsini, Bak ı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçı vəkili X18 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Üçüncü şəxs X15 nümayəndəsi X9 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin nümayəndəsi gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barəd ə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurət indən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, Bakı şəhəri 19 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı X21 Bakı şəhəri, Yasamal rayonu, 8-ci keçid, ev 9a ünvanda yerləşən 3-cü mərtəbədə yaşayış sahəsi 101,4 kvadrat metr olan 3 otağı alıcı X15 mülkiyyətinə vermişdir. Müqaviləyə diyircəkli qələmlə düzəliş edilməklə “59,0 kvadrat metr olan 2 otağı”, “4 ədəd köməkçi otaq – 71,0 kvadrat metr” qeyd edilmişdir. xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı X19 Bakı şəhəri, Yasamal ra yonu, 8-ci keçid, ev 9a ünvanda yerləşən 2 otaqdan k/s 22.6 kvadrat metr və y/s 17.4 kvadrat metr olan bir otağını alıcı X1. xx.xx.2009-cu il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, 8-ci keçid, ev 9a ünvanda yerləşən X6 məxsus ümumi sahəsi 40 kvadrat metr olan 1 otaqlı mənzil İddiaçı məxsus hissədən - ümumi sahəsi 39,8 kvadrat metr olan 1 otaq ilə dəyişmişlər. Daşınmaz əmlakın Dövlət reyestrində aparılmış xx.xx.2009-cu il tarixli qeydə əsasən Bakı şəhəri, Yasamal rayonu, 8-ci keçid, ev 9a ünvanda yerləşən 3 mərtəbəli binada 15 otaqlı mənzildən mülkiyyət hüququ əsasında İddiaçı 5 otaq y/s - 53,0 kvadrat metr, k/s - 67,9 kvadrat metr, X15 1 otaq y/s - 41,6 kvadrat metr, k/s - 48,4 kvadrat metr, X5 1 otaq y/s - 21,60 kvadrat metr, k/s - 18,20 kvadrat metr mülkiyyət hüququ qeydə alınmışdır. MA seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında ümumi sahəsi 111,51 kvadrat metr, y/s - 32,62 kvadrat metr, k/s - 78,89 kvadrat metr olan 1 otağa X15 mülkiyyət hüququ xx.xx.2010-cu ildə qeydə alınmışdır. Hazırki işdə iddiaçı tələbini onunla əsaslandırır ki, Bakı şəhəri, Yasamal rayonu, 8-ci keçid, ev 9a ünvanda yerləşən X6 məxsus 1 otaqlı mənzili özünə məxsus hissədən 1 otaqla dəyişdikdən sonra əldə etdiyi otağa dair sənədi həmin otaq in tikililəri daxilində olduğundan ala bilmir. Buna görə də o, mübahisələndirdiyi mülkiyyət hüququnun qeydə alınması barədə qeyd və onun əsasında verilmiş sənəd ləğv edilməlidir. İşə birinci instansiya qaydasında baxılarkən keçirilmiş ekspertizanın nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 3723 saylı ekspert rəyində qeyd olunmuşdur ki, xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı dən aldığı tikililərin üçüncü mərtəbədə yerləşdiyini, üçüncü mərtəbədə yerləşən bütün tikililərin in istifadəsində olduğunu nəzərə alaraq, İddiaçı dən aldığı mənzilin tikililərinin in istifadəsində olduğu müəyyən edilir. xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən in dən aldığı tikililərin üçüncü mərtəbədə yerləşdiyini, faktiki olaraq həmin evin üçüncü mərtəbəsində yerləşən bütün tikililərin in istifadəsində olduğunu nəzərə alaraq, in dən aldığı tikililərin faktiki olaraq onun öz istifadəsində olduğu müəyyən edilir. Apellyasiya icraatı zamanı təyin edilmiş ekspertiza ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkə mə Ekpertizası Mərkəzinin verdiyi xx.xx.2019-cu il tarixli 12536 saylı ekspert rəyindən müəyyən olunur ki, yaşayış evinin üçüncü mərtəbəsinin xx.xx.2005-ci il tarixli texniki pasportuna əsasən ilkin vəziyyətdə 8 tikilidən və açıq eyvandan ibarət olduğunu, xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X21 tərəfindən özünə məxsus 3-cü mərtəbədə yerləşən 2 otağın X3, xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X19 özünə məxsus 3-cü mərtəbədə yerləşən 2 otaqdan köməkçi sahəsi 22,6 kvadrat metr, yaşayış sahəsi 17,4 kvadrat metr olan bir otağı X2, xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin otağı notariat qaydasında İddiaçı () məxsus otaqla dəyişdirdiyini, xx.xx.2005-ci il tarixli texniki pasporta əsasən köməkçi sahəsi 22,6 kvadrat metr, yaşayış sahəsi 17, 4 kvadrat metr olan tikililərin yaşayış evinin 3-cü mərtəbəsində yerləşdiyini nəzərə alaraq, İddiaçı sonuncu dəfə otaqların dəyişdirilməsi ilə bağlı bağladığı xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən onun mülkiyyətinə keçmiş otağın hazırda ə xx.xx.2010-cu il tarixdə verilmiş MA ******* seriyalı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və ona əlavə olunmuş texniki pasport əsasında mülkiyyətində olan sahənin hüdudları daxilinə düşdüyü və sonuncunun faktiki istifadəsində olduğu müəyyən edilmişdir. Rəyin tədqiqat prosesinin təsviri hissəsinin 5-ci abzasında qeyd olunur ki, iş materiallarına evə dair in adına eyni tarixli 2 ədəd texniki pasport əlavə edilmişdir. Lakin texniki pasportların birində 3-cü mərtəbə üzrə 8 tikili, digərində isə 9 tikili əks olunmuşdur. (iş materia lları 104 və 112-ci vərəqələrdə). Həmin texniki pasportların mənzilin texniki göstəriciləri bölməsində ümumi sahəsinin 553.7 kvadrat metr olduğu göstərilmişdir. Hər iki texniki pasportların göstəriciləri hesablamalar aparılaraq müqayisə edilərkən iş materiallarının 112-ci vərəqində olan texniki pasportda əks olunmuş tikililərin ümumi sahəsinin mənzilin texniki göstəriciləri bölməsində qeyd olunan sahəyə uyğun olduğu, 104-cü vərəqdəki texniki pasportda əks olunmuş tikililərin sahəsinin isə ümumi sahədən 40 kvadrat metr artıq göstərildiyi, yəni 104-cü vərəqədəki texniki pasportun 3-cü mərtəbəsi üzrə sahəsi 40 kvadrat metr göstərilən tikilinin sonradan əlavə olunduğu müəyyən edilmişdir. Buna görə də hazırkı tədqiqat zamanı iş materiallarının 112-ci vərəqində olan texniki pasportun məlumatları na istinad edilmişdir. Rəyin tədqiqat prosesinin təsviri hissəsinin 9-cu abzasında bildirilir ki, evin faktiki vəziyyəti ilə həmin yaşayış evinin ilkin vəziyyətinə dair tərtib edilmiş xx.xx.2005-ci il tarixli texniki pasportun məlumatları müqayisə edilərkən 3-cü mərtəbədə yerləşən tikililər üzrə rekonstruksiya işləri aparılaraq sahəsi 11,0 kvadrat metr, 7,0 kvadrat metr, 4,6 kvadrat metr kimi göstərilən tikililərin daxili divarlarının tamamilə sökülərək götürüldüyü, həmin sahədə bir otaq yaradıldığı, eləcə də digər tikililərdə arakəsmə divarların yerinin dəyişdirildiyi müəyyən olunmuşdur. Apellyasiya icraatı zamanı mübahisəli evə yerində baxış keçirilərkən müəyyən olunmuşdur ki, in xx.xx.2009-cu il tarixli müqaviləyə əsasən İddiaçı (ə) məxsus otaqla dəyişdirdiyi otağa sərbəst şəkildə, yəni ə məxsus tikili olmadan daxil olmaq mümkün deyil, belə ki, həmin otağa giriş yalnız ə məxsus tikilidən keçib getməklə mümkündür. Başqa sözlə, mübahisəli otaq in mənzilinə qalxan pilləkəndən istifadə olunmaqla, onun mənzilinin içərisindən (ümumi zaldan, yataq otaqlarının qarşısındakı dəhlizdən) keçməklə istifadə oluna bilər. Otağın həmin vəziyyətdə yerləşməsi onun tərəflər arasında dəyişdirilməsinin, alqı-satqının predmeti olması qənaətini şübhə altına alır. Çünki həmin otaq in mənzilinə daxil olmadan istifadə oluna bilməz. isə israr edir ki, dəyişmənin, alqı-satqının predmeti olmuş otaq həmin otaq deyil, binanın həyətində yerləşən otaqdır. Çünki o, mənzilinin içərisində olan otağı başqa şəxsə sata bilməzdi. Hazırki işə birinci instansiyada baxılarkən şahid qismində dindirilmiş X8 ifadəsin də bildirmişdir ki, 3-cü mərtəbədəki bir otağı X14 almış və ona 25000 manat, sonradan da bəzi ödənişlər etmişdir. Həmin otaqda ailəsi ilə birlikdə yaşamağa başlamış, lakin 3-cü mərtəbədəki otaqlara bir giriş olduğundan bəzi narazılıqlar yaranmış və bunun nəticəsində o, ailəsi ilə birgə 2-ci mərtəbədə İddiaçı məxsus olan otaqla rəsmi notariat qaydada dəyişmişdir və hazırda da həmin otaqda yaşayır. Lakin hazırda iddiaçı xx.xx.2009-cu il tarixli müqavilə əsasında X8 ilə dəyişdirdiyi 1 otağa dair hüquqmüəyyənedici sənədin reyestr orqanı tərəfindən ona verilməsindən imtina edildiyinə, belə ki, həmin otağın faktiki olaraq in istifadəsində olduğuna istinad edərək sonuncunun adına reyestrdə aparılmış qeydlə bağlı verilmiş çıxarışın və onunla bağlı verilmiş texniki pasportun ləğv edilməsini tələb e dir. İddia tələbini rədd edən apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport verilərkən həmin sənədlərdə sonuncunun mülkiyyətində olan tikililərin sahəsi ilə bağlı məlumatların texniki pasporta düzgün daxil edilməməsi ilə bağlı mübahisə yaranmışdır. Bu məlumatların düzgün olmaması iş üzrə keçirilmiş hər iki ekspertizanın nəticəsi olaraq verilmiş ekspert rəylərinə əsasən şübhə doğurur. Deməli, iddiaçının tələbi ondan ibarətdir ki, ona məxsus olan mənzil - bir otaq əsassız və qanunsuz olaraq hüquqları qeydə alan orqan tərəfindən in mənzilinə dair verilmiş Çıxarış və texniki pasporta daxil edilmişdir. İddiaçının bu tələbi əslində həmin sənədlərin etibarsızlığı ilə bağlıdır. İddiaçı isə sənədləri n ləğvini tələb edir. Əslində bu tələb hüquqları qeydə alan orqana qarşı yönəlmişdir. Çünki qeyd olunan, yəni ləğv olunması tələb olunan sənədləri məhz Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti vermişdir. Həmin orqan ə məxsus olmayan əraziləri də onun sənədlərinə əlavə edərək sonuncunun adına Çıxarış vermişdirsə, bu hal sənədlərin etibarsız hesab olunmasına dəlalət edən haldır. Belə ki, etibarsızlığın hüquqi nəticəsi ondan ibarətdir ki, həmin sənədlər tərtib olunduğu vaxtdan qanunsuz və əsassız olmuşdur. Lakin iddiaçının tələbində göstərilən sənədin ləğv olunması belə anlama gəlir ki, həmin sənəd verilərkən qanunun tələblərinə riayət edilmiş və sonradan ortaya çıxan hallar onun ləğvini şərtləndirir. Hazırkı işdə iddiaçı bildirir ki, ona məxsus olan mənzil-otaq əsassız olaraq ə verilmiş sənəd lərə daxil edilmişdir. Ona görə də iddiaçının “çıxarışın və onunla əlaqədar verilmiş texniki pasportun ləğv edilməsi” tələbi təmin oluna bilməz. Apellyasiya instansiyası məhkəməsi həmçinin iddiaçıya izah etmişdir ki, tələb etdiyi sənədlərin “etibarsız sənədlər” olması tələbini məhkəmədə irəli sürərkən həmin tələbə cavab verməli olan şəxslərin dairəsini düzgün müəyyənləşdirsin. Çünki işin hallarından görünür ki, mübahisə hüquqları qeydə alan orqan tərəfindən ə məxsus evin düzgün qeydə alınmaması ilə bağlıdır və eyni zamanda işin halları ilə təsdiq olunur ki, belə qeydə alma hər hansı mülki hüquqi əqd əsasında deyil, evin ilkin özəlləşməsi qaydasında həyata keçirilmişdir. Əslində hazırkı mübahisə evin ilkin özəlləşdirməsinin düzgün aparılmaması ilə bağlıdır ki, bu tələbə cavab verməli olan orqan hüquqları qeydə alan orqandır. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin rədd edilməsi əsası kimi o hala istinad etmişdir ki, iddiaçı mübahisələndirdiyi sənədlərin ləğvi tələbini deyil, etibarsızlığını irəli sürməlidir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticəni əsaslı hesab etmir. Belə ki, iddia tələbindən göründüyü kimi, iddiaçı hazırkı tələbində Bakı şəhəri, Yasamal rayonu, 8-ci keçid, ev 9 ünvanda yerləşən 3 mərtəbəli evə dair verilmiş MA seriyalı ******* nömrəli çıxarışın və onunla əlaqədar verilmiş **********59-05101-093002 nömrəli texniki pasportu mübahisələndirir və tələbində həmin sənədlərin ləğv edilməsini göstərmişdir. İddiaçı tələbində həmin sənədlərin verilməsinə əsas olmuş hər hansı bir halı deyil, məhz həmin sənədlərin düzgünlüyünü mübahisələnirir ki, bu barədə sənədlərin ləğvi barədə tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnamədə sənədlərin qeydə alınmasının hər hansı mülki hüquqi əqd əsasında olmadığını göstərmiş, lakin gəldiyi bu nəticəyə zidd olaraq iddiaçının tələbinin sənədlərin ləvği deyil, etibarsızlığı kimi qoyulmasını göstərmişdir. İddiaçının tələbinin faktiki əsasını üçüncü şəxs ə daşınmaz əmlakın dövlət reyestrindən hazırda mübahisələndirilən çıxarış və texniki pasport verilərkən həmin sənədlərdə sonuncunun mülkiyyətində olan tikililərin sahəsi ilə bağlı məlumatların texniki pasporta düzgün daxil edilməməsi təşkil edir. Bu tələb də haqlı olaraq həmin qeydiyyatı aparan orqana qarşı yönəldilmiş və tələb düzgün olaraq sənədlərin ləğvi kimi qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1 və 139.3-cü madəllərinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmal ıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikası Qanununun 9.2-ci maddəsinə əsasən qeydiyyat orqanı bu qanunun 14.1-ci və 15.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizənin və ona əlavə edilən sənədlərin təqdim edildiyi gündən 20 gündən gec olmayaraq daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alır və dövlət reyestrindən çıxarış verir. Bundan başqa işdən görünür ki, tələbini cavabdeh kimi mübahisəli fərdi yaşayış evinə dair çıxarışı və texniki pasportu verən orqan kimi DƏDRX-yə yönəltmiş və həmin orqan tərəfindən sənədlərin düzgün verilmədiyini qeyd etmişdir. Göründüyü kimi, iddiaçını tələbi orqanın hərəkətləri ilə bağlıdır. Məhkəmə kollegiyası hesab edir ki, işə yeni baxan apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilənlərlə yanaşı həmçinin mübahisənin məhkəmə aidiyyatı məsələsini də müzakirə etməli, mübahisənin ümumi, yaxud inzibati məhkəməyə aid olmasını müəyyən etməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarının 4-cü bəndinə əsasən inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxu d hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Həmin qərarın 5.1-ci bəndinə görə, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də q ətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelly asiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1183/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildi yi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-1206/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1206/2020
24.02.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver