Məhkəmə qərarları › İş №2(102)-1207/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-1207/2021

25.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1207/2021 25.02.2021 ALİ MƏHKƏMƏ QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Əliyev Zaur Əli oğlu, İddiaçı kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, x nömrəli qərardadı ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin x saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilmiş, apellyasiya şikayəti qalan hissədə təmin edilməmişdir. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının x saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar çıx arılmasını xahiş etmişdir. İş materiallarını araşdıraraq hesab edirəm ki, kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 407.1.3-cü maddəsinə əsasən, kassasiya şikayətində şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti göstərilməlidir. İddiaçı kassasiya şikayətinin nəticə hissəsində isə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi xahiş olunur. Halbuki, iş materiuallarında belə bir məhkəmə aktı mövcud deyil. Bu hal şikayətin məzmununa dair MPM-nin 407.1-ci maddəsinin tələblərinə riayət olunmadığına dəlalət edir. Bundan əlavə, Mülki-Prosessual Məcəllənin 405.0.2-ci maddəsinə əsasən, qərardad işdə iştirak e dən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində kassasiya şikayəti verilə bilər. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, sözügedən qərardad İddiaçı qeydiyyatda olduğu ünvana göndərilmişdir. Kassasiya şikayəti isə rabitə orqanına xx xxxxxxx 2020-ci il tarixdə təqdim edilmişdir. İş materiallarında İddiaçı məhkəmə aktını hansı tarixdə rəsmi qaydada almasına dair məlumat olmadığından, qərardaddan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətə riayət edilib-edilmədiyini müəyyənləşdirmək mümkün deyil. Mülki Prosessual Məcəllənin 408.1.1-ci və 408.1.4-cü maddələrinə görə, kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərə findən imzalanmışsa, habelə müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır. Həmin Məcəllənin 408.2-ci maddəsinə əsasən, bu Məcəllənin 408.1.1. və 408.1.3.-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405, 408-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Hazırkı iş üzrə İddiaçı kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilsin və geri qaytarılması üçün iş həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar