Məhkəmə qərarları › İş №2(102)-1207/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1207/2025

07.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1207/2025 07.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı (qarşılıqlı cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin icra edilməməsi, borcun qaytarılması,sübutetmə vəzifəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” ilk, Cavabdeh İddiaçı qarşı “pul tələbinə dair” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6698/2024 nömrəli, 24 dekabr 2024-cü il tarixli qətnam əsindən ilkin iddia üzrə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 07 may 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər bir-birilərini xeyli müddət əvvəl tanıyırlar. Cavabdeh mebel istehsalı və satışı ilə məşğul olmuşdur. Tərəflər birlikdə mebel istehsalı ilə bağlı şifahi razılığa gəlmiş və bu məqsədlə iddiaçı cavabdehə, hissə-hissə olmaqla, ümumilikdə 91.000 manat məbləğində pul vəsaiti vermişdir. Sonradan cavabdeh tərəfindən həmin puldan 66.000 manat iddiaçıya qaytarılmışdır.

2. Cavabdehin müraciəti əsasında iddiaçının barəsində araşdırma aparılmış, lakin onun əməlində cinayət tərkibinin əlamətləri olmadığından toplanmış material üzrə Xətai RPİ-nin 34-cü PŞ-nin təhqiqatçısı tərəfindən xx.xx.2024 -cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.

3. Həmçinin, iddiaçının müraciəti əsasında cavabdehin barəsində araşdırma aparılmış, lakin onun əməlində CM-nin 178-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin əlamətləri olmadığından toplanmış material üzrə Binəqədi RPİ-nin 4-cü PŞ-nin təhqiqatçısı tərəfindən xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 25000 manat, ödənilmiş 170 manat dövlət rüsumu və hüquqi yardımla əlaqədar ödənilmiş 320 manat, ümumilikdə 25490 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 66.000 manat məbləğində pul vəsaitinin, həmçinin 288 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İlk iddia tələbi belə əsaslandırılmışdır ki, cavabdehlə tələbə yoldaşı və dost olmuşlar. 2021-ci ilin avqust ayından başlayaraq mebel istehsal etmək üçün hissə-hissə olmaqla cavabdehə ümumilikdə 91000 manat pul vəsaiti vermişdir. Lakin bir müddət keçəndən sonra heç bir qazanc əldə etmədiyini görmüş və ödədiyi pulun geri qaytarılmasını istəmişdir. Ümumilikdə vermiş olduğu 91000 manat vəsaitdən, cavabdeh tərəfindən 66000 manat pul geri qaytarılmışdır. Yerdə qalan 25000 manat pulu dəfələrlə geri qaytarılmasını istəsə də, müxtəlif bəhanələr gətirməkl ə qalıq vəsaitin geri qaytarılmasından cavabdeh imtina etmişdir. Bununla əlaqədar polis orqanına müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis Bölməsinin 08 mart 2024cü il tarixli qərarı ilə cavabdehin barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərardan da görünür ki, cavabdeh tərəfindən 91000 manat vəsaitdən 66000 manat vəsait hissə-hissə geri qaytarılmışdır. Eyni zamanda, cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət edərək, o və yaxınları tərəfindən guya hədə-qorxu ilə 25000 manat pul tələb olunmasını bildirmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin 20 fevral 2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir.

7. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ondan əsassız olaraq 66000 manat məbləğində pul vəsaiti almışdır. Belə ki, onun tərəfindən cavabdeh qarşısında heç bir borc və ya öhdəlik mövcud deyildir. İddiaçı hər hansı pul vəsaitini ona təqdim etməmişdir. Bununla əlaqədar olaraq, iddiaçı ondan 66000 manat məbləğində pul vəsaitinin alınması nəticəsində əsassız varlanmışdır.

8. Birinci instansiya məhkəməsində şahid X4 izahatında bildirmişdir ki, o, hər iki tərəfi yaxından tanıyır, iddiaçını 25 ildir, cavabdehi isə 7-8 yaşından etibarən tanıyır. Cavabdehlə sinif yoldaşı olmuş, iddiaçını isə Təfəkkür universitetində oxuyandan tanıyır. Cavabdeh mebel istehsal etməyə başlamışdı, iddiaçını da bu fəaliyyətə cəlb etmişdir. Tərəflər bu işə şərik kimi başlayıblar. S onra sifarişçi pul vermədiyinə görə iddiaçı cavabdehə pul verdi. Pul verilən zaman yanlarında olmayıb, lakin iddiaçı onun yanında cavabdehə pul verdiyini bildirmiş, cavabdeh isə bunu təsdiq etmişdir. Əvvəl cavabdeh dedi ki, pulu qəpiyinə qədər qaytaracaq, sonra dedi ki, maddi imkanı yoxdur. Əvvəl 20000-23000 manat pul olub. Fəaliyyət bir müddət dayanmış, iddiaçı cavabdehə pul verdikdən sonra davam etməyə başlamışdır. İddiaçı həmin pulu borc kimi cavabdehə verdi ki, o, mebel istehsal edə bilsin. Əvvəl balaca məbləğlə şərik kimi başladılar, sonra iddiaçı bildirdi ki, o, bu işlə məşğul ola bilməyəcək.

9. X1 izahatında bildirmişdir ki, iddiaçı onun dayısı oğludur. Cavabdehi iddiaçının dostu kimi tanıyıb. 2020-ci ildən cavabdeh dəfələrlə iddiaçıya müraciət edərək, iş görməsi üçün ona müəyyən qə dər pul vəsaiti verməsini xahiş etmişdir. Hər ikisinin söhbətlərində iştirak etmişdir. O, həmişə bir böyük kimi iddiaçı ilə birlikdə gedib. Cavabdeh iddiaçıdan 91.000 manat pul almışdı, 18.000 manatı qaytardı, sonra qalanın qaytarması üçün danışıqlar apardılar. Hətta bir dəfə cavabdehin xalası oğlu da danışıqlarda iştirak etmişdi.

10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Pərviz Zamanlı) 06 sentyabr 2024-cü il tarixli, 2(011)-4889/2024 nömrəli qətnaməsi ilə ilkin iddia təmin edilməsi, 25000 manat məbləğində pul vəsaiti və 170 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddia ərizəsindən, iş materiallarında olan cinayət işinin ba şlanılmasının rədd edilməsi barədə qərardan və tərəflərin məhkəmə iclasında verdiyi izahatlarından müəyyən olunur ki, tərəflər arasında şifahi razılaşmaya əsasən iddiaçı mebel istehsalı məqsədlə cavabdehə 91000 manat məbləğində pul vəsaiti vemişdir, cavabdeh bir müddət mebel istehsalı ilə məşğul olmuş, lakin sonra fəaliyyətini dayandırmışdır. İddiaçı hazırda cavabdehə verdiyi pulun geri qaytarılmasını tələb edir.

12. İddiaçı tərəfindən cavabdehə 91000 manat məbləğində pul vəsaitinin verilməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan tərəflərin bir-birlərinə ünvanladıqları ismarıcların (sms yazışmaların) mətnindən də aydın olur ki, iddiaçı xx.xx.2022-ci il tarixdən etibarən xx.xx.2024-cü il tarixədək mütəmadi olaraq cavabdehdən ona olan borcunu ödəməsini tələb etmiş, cava bdeh isə iddiaçıya borcunun olmasını mübahisələndirməmiş, hətta müəyyən miqdarda ödənişlər etmiş, tərəflər arasındakı sms yazışmalarda da daim cavabdeh tərəfindən ödənilən və qalan pulun məbləği barədə qeydlər edilmişdir. Həmçinin, xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan da müəyyən olunur ki, cavabdeh izahatında iddiaçının ona 91.000 manat pul vəsaitini ümumilikdə şirkətə xərcləməklə maliyyə dəstəyi həyata keçirməsini, lakin iddiaçı onu şantaj etdiyi üçün 66000 manat pulu qaytardığını bildirmişdir. Eyni zamanda da işin mübahisəsiz halıdır ki, iddiaçı cavabdehə mebel istehsalı üçün 91000 manat pul vermiş, sonradan razılaşmaları pozulduğundan həmin puldan 66000 manat qaytarılsa da, 25000 manat iddiaçı tərəfindən qaytarılmamışdır. Beləliklə, məh kəmə belə qənaətə gəlir ki, sübuta yetriləcəyi halda, iddiaçı ona dəymiş maddi zərəri tələb edə bilər.

13. Məhkəmə qeyd etmişdir ki, pul vəsaitinin cavabdehə verilməsi həm də şahid ifadələri əsasında öz təsdiqini tapır. Belə ki, şahid Samir Məmmədov məhkəmə iclasında bildirmişdir ki, iddiaçı tərəfindən cavabehə pul vəsaiti verilərkən orada olmasa da, sonradan tərəflər arasındakı mübahisədən məlumatı olmuş və tərəflər özləri ona etiraf etmişdir ki, cavabdeh iddiaçıdan 91.000 pulu mebel istehsal etmək üçün almışdır.

14. Məhkəmə qeyd etmişdir ki, şahidlərin ifadələrini şübhə altına alacaq heç bir sübut məhkəməyə təqdim edilməmiş, şahidlərin cavabdehə qarşı hər hansı formada qərəzli olması məhkəmə baxışında müəyyən edilməmiş, əksinə şahid Samir Məmmədov hər iki tərəf arasında uzun illər yaxı n dostluq əlaqələrinin olmasını bildirmişdir.

15. Məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia tələbi o halda təmin edilə bilər ki, iddiaçı yuxarıda qeyd edilən əsasların hər hansı biri olmadan cavabdehdən 66000 manat pul alsın. Lakin işin faktiki halları ilə müəyyən edilir ki, tərəflər arasında mebel istehsalı ilə bağlı şifahi razılaşma olmuş və iddiaçı bu məqsədlə cavabdehə 91000 manat pul vermişdir. Cavabdehin verilən puldan sonradan 66000 manat hissəsini qaytarması və bununla bağlı tərəflər arasında sms yazışmalarında onun qalan pulu da qaytarmaq üçün iddiaçıya vədlər verməsi belə nəticəyə gəlməyə əsas verir ki, qaytarılan 66000 manat cavabdehin şifahi razılaşmadan irəli gələn öhdəliyi ilə bağlı olmuşdur. Göründüyü kimi, cavabdehin iddiaçıya verdiyi 66.000 manat pulun qaytarılması üçün hüquqi əsas mövcud olmuşdur. Həmin pul vəsaitinin qaytarılması üçün hüquqi əsasın sonradan aradan qalxması üçün hüquqi əsasın olması isə iş materialları ilə sübuta yetirilmir. Əksinə, iddiaçı tərəfindən 91.000 manat məbləğində pulun cavabdehə hansı məqsədlə verilməsi, tərəflərin niyyətləri, eləcə də hazırda iddiaçı tərəfindən cavabdehdən 25.000 manat məbləğində pul vəsaitinin ödənilməsini hansı əsasla tələb etməsi də yuxarıda ətraflı şəkildə göstərilmişdir.

16. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1 21.2, 385.1, 386.1, 443.1, 445.7, 1096.1, 1096.2, 1097.1, 1091.1, 1091.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Qətnamədən Cavabdeh apellyasiya şikayət i verərək onun ləğv edilməsi, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayətində göstərilmişdir ki, o iddiaçıya münasibətdə borclu deyildir. Onunla iddiaçı arasında müqavilə olmamış və müvafiq olaraq onun qarşısında öhdəliyi əmələ gəlməmişdir. İddiaçı isə əksinə olaraq ondan pul vəsaitinin alınması nəticəsində əsassız varlanmışdır.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6698/2024 nömrəli mülki iş üzrə 24 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Sabit Bəhrəmzadə) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4889/2024 nömrəli iş üzrə 06 s entyabr 2024-cü il tarixli qətnaməsinin qismən – ilkin iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamənin qəbul edilməsi, ilkin iddia tələbinin təmin edilməsi, Cavabdeh 25.000 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

20. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbinin təmin edilməsi barədə düzgün nəticəyə gəlsə də, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və mübahisəyə delikt kimi qiymət vermişdir, bu hal isə qətnamənin həmin hissədə ləğvi üçün əsasdır.

21. Məhkəmə kollegiyası baxılan iş üzrə qeyd etmişdir ki, tərəflər arasında mebel istehsalı ilə bağlı şifahi razılaşma (müqavilə) olmuş dur. İddiaçı tərəfindən bu məqsədlə 91000 manat pul vəsaiti verilmişdir. Lakin sonradan tərəflər müqavilə münasibətlərinə (birgə fəaliyyətə) son qoyaraq iddiaçının qoyduğu maliyyə yatırımının geri qaytarılması barədə razılığa gəlmişlər. Hazırki mübahisə də məhz həmin vəsaitin geri qaytarılması ilə bağlı yaranmışdır. İddiaçı tərəfindən cavabdehə 91000 manat məbləğində pul vəsaitinin verilməsi iş materiallarında olan tərəflərin bir-birlərinə ünvanladıqları ismarıcların (sms yazışmaların) mətnindən də aydın olur. İddiaçı xx.xx.2022-ci il tarixdən etibarən xx.xx.2024-cü il tarixədək mütəmadi olaraq cavabdehdən ona olan borcunu ödəməsini tələb etmiş, cavabdeh isə iddiaçıya borcunun olmasını mübahisələndirməmiş, hətta müəyyən miqdarda ödənişlər etmiş, tərəflər arasındakı sms yazışmalarda da da im cavabdeh tərəfindən ödənilən və qalan pulun məbləği barədə qeydlər edilmişdir. Həmçinin, xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan da müəyyən olunur ki, cavabdeh izahatında iddiaçının ona 91.000 manat pul vəsaitini ümumilikdə şirkətə xərcləməklə maliyyə dəstəyi həyata keçirməsini, lakin iddiaçı onu şantaj etdiyi üçün 66000 manat pulu qaytardığını bildirmişdir.

22. Kollegiya qeyd etmişdir ki, tərəflər 91000 manat vəsaitin hansı şərtlərlə ümumi işə qoyulması, həmin işin iflasa uğrayıb-uğramaması, iflasa uğrayacağı təqdirdə həmin vəsaitin geri qaytarılmalı olub-olmaması barədə hər hansı sübut təqdim etməmişlər. Həmin halların hazırki mübahisənin həlli baxımından da heç bir əhəmiyyəti yoxdur, çünki tərəflər özləri artıq həmin münasibətlərə (birg ə fəaliyyətə) son qoyaraq, 91000 manatın qaytarılması barədə razılığa gəlmişlər. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. İddiaçının təqdim etdiyi WhatsApp proqramı üzərindən aparılmış yazışmalardan açıq-aydın müəyyən olunur ki, cavabdeh hər ay 10000 manat ödəməklə 2022-ci ilin sonunadək tam olaraq borcu bağlamaq öhdəliyi götürmüş, lakin buna əməl edə bilməmişdir. xx.xx.2022-ci il tarixli iddiaçının cavabdehə yazdığı ismarıcda borcun 43.800 manat qaldığı müəyyən olunur. Uzun müddət davam edən yazışmaların heç birində cavabdeh iddiaçıya borcu olmasını inkar etməmiş, əksinə hər dəfə vaxt istəmişdir.

23. Tərəflər arasında xx.xx.2024-cü ildə aparılmş sonuncu yazışmalardan müəyyən olunur ki, cavabdehin iddiaçıya 25.100 manat borcu qalmışdır. Həmçinin müəyyən olunur ki, həmin yazışmadan sonra 2024-cü ilin fevral ayında tərəflər ayrı-ayrılıqda bir-birindən polisə şikayət etmişlər. Göründüyü kimi cavabdeh tərəfindən 66000 manat iddiaçıya qaytarılmışdır. İddiaçı haqlı olaraq hazırda qalan 25000 manatı tələb etmişdir. Belə olan halda Kollegiya hesab etmişdir ki, ilkin iddia tələbi təmin edilməli və 25000 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

24. Qarşılıqlı iddia tələbinə münasibətdə kollegiya hesab etmişdir ki, məhkəmə qarşılıqlı iddianın rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Cavabdeh iddiaçının ondan 66000 manat almaqla əsassız varlanmasını iddia etsə də, göründüyü kimi tərəflər arasında olan şifahi müqaviləyə əsasən iddiaçı tərəfindən 91000 manat pul verilmiş, cavabdeh tərəf indən də buna görə 66000 manat qaytarılmışdır. Məhkəmə əsaslı olaraq göstərmişdir ki, cavabdehin iddiaçıya verdiyi 66000 manat pulun qaytarılması üçün hüquqi əsas mövcud olmuşdur.

25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 882.1, 882.4, 882.5-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. İlkin iddia üzrə Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 dekabr 2024-cü il tarixli, 2(103)-6698/2024 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilməsi, İddiaçı Cavabdeh qarşı ilkin iddiasının tam təmin olunmaması, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiasının tam təmin olunması barədə qərar qə bul edilməsini xahiş etmişdir.

27. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı qarşısında borclu deyildir. Cavabdeh öhdəlikdən kənar onun tərəfindən ödənilmiş pulu əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edə bilər, lakin hakimlər onun bu tələbini əsassız olaraq təmin etməmişlər. İddiaçı Cavabdeh hüquqi əsas olmadan pul vəsaitini almışdır. Beləliklə, İddiaçı Cavabdeh pul vəsaitinin alınması nəticəsində əsassız (qanuni əsas və ya müqavilə olmadan) varlanmışdır. Lakin, apellyasiya məhkəməsi bunu nəzərə almayaraq AR Mülki Məcəlləsinin 1091, 1092.1 və 1093.1-ci maddələrini tətbiq etməmiş, bununla da onları pozmuşdur. Cavabdeh ilə İddiaçı arasında müqavilə imzalanmamışdır və müvafiq olaraq Cavabdeh İddiaçı qarşısında öhdəliyi əmələ gəlməmişdir. İddiaçı isə əksinə olaraq Cavabdeh pul vəsaitinin alınması nəticəsində əsassız varlanmışdır. Hakimlər işə hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, Cavabdeh prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməmişlər. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin aktını tam ləğv etməməklə bu normaları pozmuşdur. Belə ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını, habelə prosessual hüquq normalarını pozmuşdur, bu da məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Apellyasiya instansiyası məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq düzgün olmayan hüquqi qiymət vermişdir. Beləliklə, bu norma apellyasiya instansiyası məhkəməsi tərəfindən pozulmuşdur. Apellyasiya ins tansiyası məhkəməsi Cavabdeh münasibətdə bu norma ilə müəyyən edilmiş hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipini pozmuşdur. İddiaçı Cavabdeh qarşı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməmişdir. Lakin, apellyasiya məhkəməsi həmin tələbləri əsassız olaraq təmin etmiş, Cavabdeh İddiaçı qarşı iddia tələblərini isə əsassız olaraq təmin etməmişdir, halbuki Cavabdeh iddia tələbləri, İddiaçı iddia tələblərindən fərqli olaraq, qanunla əsaslandırılmışdır. Apellyasiya məhkəməsi rayon məhkəməsinin qətnaməsinin əsaslılığını, habelə onun maddi və prosessual hüquq normalarına riayət etməsini tam yoxlamamış, bununla da prosessual normaları pozmuşdur. Apellyasiya məhkəməsi T. İbrahimovun hüquqlarını pozaraq prosesin çəkişmə prinsipini təmin etməmiş, işə tərəflərin bərab ərliyi və faktlar əsasında baxmamışdır.

28. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1,386.1, 439.4, 443.1,1091, 1092.1, 1093.1-ci maddələrinə, Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 8.1, 9, 14.1, 77.1, 88, 217.1, 372.6, 372.7, 385.1.1, 386-cı maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. İlkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili tərəfindən kassasiya şikayətinə qarşı etiraz ünvanlanaraq qeyd edilmişdir ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6698/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Etiraz onunla əsaslandırılmışdır ki, tərəflər arasında aparılmış yazışmalar, səsyazıları, ödəniş qəbzləri və şa hid ifadələri ilə Cavabdeh qeyd etdiklərinin yalan olması və istənilən vasitə ilə yerdə qalan vəsaitin ödənilməsindən yayınmaq xarakteri daşıyır. İşin materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzlə 3000 manat, xx.xx.2023-cü il tarixli qəbzlə 1000 manat, xx.xx.2023-cü il tarixli qəbzlə 1000 manat, xx.xx.2023-cü il tarixli qəbzlə 700 manat, xx.xx.2023-cü il tarixli qəbzlə 1000 manat vəCavabdeh istifadəsində olan 5357XXXX4024 nömrəli kartla, İddiaçı istifadəsində olan 5404XXXX7115 nömrəli karta 1000 manat vəsait ödənilməsi təsdiq olunur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə

385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

31. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

32. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması ü çün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

33. Maddə 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir.

34. Maddə 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübut lara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətin də irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya i nstansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəməl ərinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

45. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apellyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

46. Kollegiya bildirir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri mahiyyəti etibarilə bilavasitə sübutetmə ilə bağlıdır. Apellyasiya instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmış, MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət vermiş, həmin sübutlara uyğun nəticəyə gəlmişdir. Məhkəmə gəldiyi nəticəni əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

47. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübu ta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

49. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6698/2024 nömrəli, 24 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar