Məhkəmə qərarları › İş №2(102)-1208/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1208/2023

10.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1208/2023 10.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmlakın naturada bölünməsi və ya dəyərinin ödənilməsi yaxud açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətinin mülkiyyətçiləri arasında paylara mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı əmlakın naturada bölünməsi və ya dəyərinin ödənilməsi yaxud açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylara mütənasib surətdə bölüşdürülməsi tələblər inə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5278/2022 nömrəli iş üzrə 28 sentyabr 2022-ci il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ilə cavabdeh bacı-qardaşdırlar. 2. ünvan 75 nömrəli fərdi yaşayış evi 1/2 hissədə iddiaçının, 1/2 hissədə cavabdehin mülkiyyətindədir.

3. İddiaçı mübahisəli əmlakdan payının naturada ayrılması, bu mümkün olmadıqda mülkiyyət payının dəyərinin cavabdeh tərəfindən ona ödənilməsi, o da mümkün olmadıqda mübahisəli əmlakın açıq hərracdan satılması, satışdan əldə edilmiş pul məbləğinin tərəflər arasında paylara müvafiq olaraq bölünməsini istəmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 75 nömrəli fərdi yaşayış evi üzərində olan 1/2 hissədə mülkiyyət payının naturada ayrılması, bu mümkün olmazsa, əmlak üzərində olan 1/2 hissədə mülkiyyət payının dəyərinin cavabdehdən ona ödənilməsi, mülkiyyət payının dəyəri ödənilmədikdə, yaşayış sahəsinin açıq hərrac vasitəsilə satılması və satışdan əldə edilən pul məbləğinin iddiaçı ilə cavabdeh arasında mülkiyyət paylarına müvafiq olaraq 1/2 hissədə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddianın əsaslarına görə, cavabdeh və onun ailə üzvləri həmin evdə iddiaçıya yaşamağa imkan vermirlər.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim T.Əsədova) 2(008)-180/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, ünvan 75 nömrəli fərdi yaşayış evinin açıq hərracdan satılması, satışdan əldə edilən vəsaitin iki yerə bölünəndən sonra 10.800 manat çıxılmaqla iddiaçıya, qalan məbləğin cavabdehə verilməsi, iddianın qalan hissədə rədd edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri 300 manatın iddiaçıdan "xxxx" MMC-nin hesabına, 400 manatın tutularaq “X1” MMC-nin hesabına köçürülməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri 150 manatın cavabdehdən tutulması və “İmza” Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət olunmuşdur. b) Apellyasiya instansiyası məhkəməsində icraat

7. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, qətnamənin qismən - satışdan əldə edilmiş vəsait iki yerə bölünəndən sonra 10.800 manat pulun çıxılması və eks pertiza tədqiqatının dəyərinin ondan tutulması hissəsində ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5278/22 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Sarıyev (sədrlik edən və məruzəçi), N.Cəfərov və E.Mehdiyev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən - satışdan əldə edilmiş vəsait iki yerə bölünəndən sonra 10.800 manat pulun çıxılması hissəsində ləğv edilərək, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Məhkəmə kollegiyası məhkəmənin qətnamənin mübahisələndirilən- satışdan əldə edilmiş vəsait iki yerə bölünəndən sonra 10800 manat pulu n çıxılması hissəsində iş üzrə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, qeyd olunan hissədə məhkəmənin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmənin qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun gəlmir. Belə ki, qeyd olunan hissədə məhkəmə qeyd etmişdir ki, üç il ərzində cavabdeh tərəfindən iddiaçıya ödənilmiş 10.800 manat məhz mübahisəli əmlakla əlaqəli olmuşdur. Belə ki, iddiaçı iddia edir ki, həmin məbləği qardaşına borc vermiş, qardaşı isə üç il ərzində həmin borcu ona hissə-hissə qaytarmışdır. Lakin, məhkəmə bunu inandırıcı hesab etmir, çünki iddiaçıya ver ilən məbləğ tərəflərin imzası ilə təsdiq edilmişdir. Məhkəmə, tərəflər arasında olan münasibəti nəzərə alaraq, iddiaçı tərəfindən 10800 manat məbləğində borcu qardaşına imzasız qeydsiz verməsini inandırıcı hesab etmir. Məhkəmə hesab edir ki, iddiaçı 10800 manatın ona verilməsinin digər bir səbəbi barədə məhkəməyə sübut təqdim etmədiyindən, həmin məbləğ məhz əmlaka olan payın müqabilində verilmişdir. Məhkəmədə cavabdeh iddiaya etiraz olaraq 2017-2019-cu illər üzrə iddiaçıya 10500 manat ödəniş etməsi ilə bağlı qəbzlər təqdim edərək, həmin qəbzlərin mübahisəli evə görə edilmiş ödənişlər olduğunu bildirmişdir. İddiaçı tərəf həmin ödənişlərin tərəflər arasında olan kredit münasibətləri üzrə yaranmış borca aid olmasını bildirmiş, bunu qəbzlərin məzmununda da aydın göründüyünü qeyd etmişdir. Koll egiya qeyd edir ki, cavabdehin təqdim etdiyi qəbzlər kompyuterdən çıxarılmaqla, aylar üzrə qrafalara bölünmüş, ödənişlərin kredit müqaviləsi üzrə aparılması qeyd olunmuşdur. Göründüyü kimi, aparılmış ödənişlərin kredit müqaviləsi üzrə aparılması cavabdehin özü tərəfindən tərtib olunmaqla təqdim olunmuş qəbzlərlə aydın surətdə sübuta yetirildiyi halda, cavabdeh həmin ödənişlərin kredit müqaviləsi üzrə deyil, məhz evə görə edilməsini təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə mötəbər sübutlar olmadığı halda, formal mülahizələrə əsaslanmaqla, satışdan əldə edilmiş vəsait iki yerə bölünəndən sonra 10800 manat pulun çıxılması hissəsində düzgün olmayan nəticəyə gəlmişdir.”

10. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152 və 220-ci maddələrinin müvafiq müddəalarına istinadla əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

11. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, mübahisəli əmlakın açıq hərracdan satılması, satışdan əldə edilən vəsaitin iki yerə bölünəndən sonra 10.800 manat çıxılmaqla iddiaçıya, qalan məbləğin ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Kassasiya şikayətinin dəlillərinə görə, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsində qeyd edilir ki, cavabdehin təqdim etdiyi ödəniş qəbzlərinin üzərində kredit ödənişi yazıldığı üçün 10.800 AZN pul məbləği borc qarşılığı olaraq qəbul edilir. Lakin, iddiaçının heç bir borc və ya kredit müq aviləsi təqdim etməməsi halına münasibət bildirilməmişdir. Cavabdeh üç il ərzində iddiaçıya 10.800 manatı məhz mübahisəli əmlak ilə əlaqədar olaraq ödəmişdir. İddiaçı ilə cavabdeh arasında hər iki tərəfin imza ilə təsdiq etdiyi pulun alınıb verilməsi məsələsi kredit müqaviləsi kimi qeyd olunsa da, bu sadəcə formal xarakterli olmuşdur. Belə ki, tərəflərin biri digərinə inamsız olduğu bu dövrlərdə iddiaçının 3.000 manatdan yuxarı olan pul məbləğini cavabdehə kredit müqaviləsi kimi şifahi razılaşma ilə, yazılı müqavilə olmadan verməsi, lakin iddiaçının pulu geri alarkən imza etdirməklə alması məntiqli olmadığı kimi, eyni zamanda da etibarsız əqd hesab edilir ki, bu da apellyasiya məhkəməsinin işə münasibətdə qərəzli olduğunu, qanunsuz və prosessual normaların tələblərini pozmaqla qətnamə çı xardığını, mülki işi ötəri araşdırdığını və yanlış yanaşma sərgilədiyini tam sübut edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı iddiaçının yazılı etirazının dəlillərinə görə, tərəflər arasında pulun alınıb verilməsi kredit müqaviləsi ilə bağlı olmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol: Maddə

1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçi rmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; Maddə

29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır; İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qala n mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər; Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir; Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdür ülməsi haqqında qərar qəbul edə bilər.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən h allara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. KASSA SİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

19. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edilsə də, cavabdeh qətnaməni mübahisəli əmlakın açıq hərracdan satılması, satışdan əldə edilən vəsaitin iki yerə bölünəndən sonra 10.800 manat çıxılmaqla iddiaçıya, qalan məbləğin ona ödənilməsi hissədə mübahisələ ndirdiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı həmin hissədə şikayətdə irəli sürülən dəlillər üzrə yoxlanılır.

20. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və y a dəyişdirilməsi üçün əsas yoxdur.

22. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.

23. İlk olaraq, mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında h əyata keçirilə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və pa ylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyy ətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi.

24. Göstərilənlərdən hərəkətlə kassasiya şikayətinin dəlillərinə gəldikdə, şikayətin iddiaçının heç bir borc və ya kredit müqaviləsi təqdim etməməsi halına münasibət bildirilməməsi barədə dəlili işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı olduğu üçün, hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir.

25. Şikayətin iddiaçı ilə cavabdeh arasında hər iki tərəfin imza ilə təsdiq etdiyi pulun alınıb-verilməsi məsələsinin kredit müqaviləsi olmamasına dair dəlilin istinad etdiyi hallara apellyas iya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir və məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.

26. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir.

27. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5278/2022 nömrəli iş üzrə 28 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar