Məhkəmə qərarları › İş №2(102)-1209/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1209/2021

09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1209/2021 09.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “xxxx” ASC-nin cavabdehlər X5 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-*******/21 (Açar sözlər: subroqasiya qaydasında sığorta pulu) Bakı şəhəri, xx xxxxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-****/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh X2 nümayəndəsi və vəkili Vəkil tərəfindən ver ilmiş kasasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı “xxxx” ASC cavabdehlər X8 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında sığorta ödənişinin tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər X8 və Cavabdeh2 subroqasiya qaydasında xx.xx.2017-ci il tarixli PPA********** nömrəli sığorta şəhadətnaməsi (müqaviləsi) üzrə verilmiş 5.000 manat sığorta ödənişi, vəkil xidmətlərinin göstərilməsi üçün X9 ödənilmiş 100 manat xidmət haqqı, ödənilmiş 30 manat dövlət rüsumu və 1 manat bank xidmət xərci olmaqla, cəmi 5.131 manat pulun müştərək qaydada tutularaq “xxxx” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üz rə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X2 mülkiyyətində olan və Cavabdeh2 etibarnamə əsasında idarə etdiyi 1990-cı il buraxılışlı, “Mercedes Benz 190” minik markalı, ************* ban nömrəli, ********** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2017-ci il tarixdə “xxxx” ASC tərəfindən sığortalanmışdır. Bu barədə xx.xx.2017-ci il tarixli PPA********** nömrəli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə şəhadətnamə verilmişdir. Cavabdeh2 xx.xx.2017-ci il tarixdə saat xx:xx radələrində “Mercedes Benz 190” minik markalı ****** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, Bakı şəhəri ******** küçəsi kəsişməsində üstünlük nişanlarının qaydalarını pozaraq yol -nəqliyyat hadisəsi törətmiş, X3 mülkiyyətində olan və X6 etibarnamə əsasında idarə etdiyi 2010-cu il buraxılışlı, “Mercedes G55” minik markalı, ***** dövlət qeydiyyat nişanlı və X1 mülkiyyətində olan və X7 idarə etdiyi 1998-ci il buraxılışlı, “Opel Vectra” minik markalı, ***** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş, həmin avtomobillərə maddi zərər vurmuşdur. Qeyd olunan zərəri aradan qaldırmaq üçün «xxxx» ASC 5.000 manat sığorta ödənişi həyata keçirmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı AR DİN Nəsimi DYPŞ-nin xx.xx.2017-ci tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Cavabdeh2 AR İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Həmçinin qərarda Cavabdeh2 yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “Mercedes Benz 190” minik markal ı ****** dövlət qeydiyyat nişanlı avtomobili müvafiq etibarnamə olmadan idarə etdiyi qeyd olunmuşdur. AR DİN Nəsimi RPİ-nin «xxxx» ASC-yə təqdim etdiyi xx.xx.2018-ci il tarixli ********- **** nömrəli arayışına əsasən cavabdeh yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin, «xxxx» ASC X8 və Cavabdeh2 xx.xx.2018-ci il tarixli *****/İ saylı geriyə tələb (subroqasiya) məktubu göndərsə də, cavabdehlər tərəfindən müvafiq sığorta ödənişi məbləği ödənilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxx 2019-cu il tarixli 2(004)-*****/2019 nömrəli qətnaməsi ilə (hakim – Vahid Hacıyev) iddia tələbi təmin edilərək, cavabdehlər X8 və Cavabdeh2 xx.xx.2017-ci il tarixli PPA********** nömrəli sığorta şəhadətnaməsi (müqaviləsi) üzrə verilmiş 5.000 manat sığorta ödənişi, vəkil xidmətlərinin göstərilməsi üçün X9 ödənilmiş 100 manat xidmət haqqı, ödənilmiş 30 manat dövlət rüsumu və 1 manat bank xidmət xərci olmaqla, cəmi 5.131 manat pulun müştərək qaydada tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, cavabdeh X2 mülkiyyətində olan və Cavabdeh2 etibarnamə əsasında idarə olunan 1990-cı il buraxılışlı, “Mercedes Benz 190” minik markalı, ****** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisə törətməsi və Bakı şəhəri Nəsimi RPİ DYPŞ-nin xx.xx.2017-ci tarixli TP ***** nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə AR İnzibati Xətalar Məcəlləsinin 32 7.2-ci maddəsi ilə təqsirli bilinməsi, qeyd olunan zərəri aradan qaldırmaq üçün «xxxx» ASC zərərçəkmiş şəxslərə cəmi 5.000 manat sığorta ödənişi verməsi iş materialları ilə öz təsdiqini tapmışdır. Beləliklə “Mercedes Benz 190” minik markalı ***** dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh X2 mülkiyyətində olduğuna görə iddiaçı «xxxx» ASC ödədiyi sığorta məbləğini cavabdehlərin hər ikisindən müştərək qaydada tutulmasını tələb edərkən haqlı olmuşdur. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2, 936.5, 1096.1, 1097.1, 1108.1, 1114.1-ci, ''Sığorta haqqında'' Azərbaycan Respublikası Qanununun 37.1-ci və “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3, 25.2-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh X8 ap elyasiya şikayəti verərək, qətnamənin ona aid hissədə ləğv edilməsini və bu hissədə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Şeyda Məhərrəmova - sədrlik edən və məruzəçi, Məmməd Məmmədov, Rəşad Həsənovi) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2019cu il tarixli, 2(004)-*****/2019 saylı qətnaməsinin X5 münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi düzgün olaraq yüksək təhlükə mənbəyi olan “Mercedes Benz 190” markalı avtomobilin vurduğu zərərin əvəzini öd əmək vəzifəsini həm həmin avtomobili idarə etmiş və yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu qanuni qüvvədə olan inzibati xəta haqqında qərarla sübuta yetirilən Cavabdeh2, həm də avtomobilin mülkiyyətçisi X2 üzərinə qoymuşdur və apellyasiya şikayətinin bununla əlaqədar dəlilləri əsaslı deyildir. Belə ki, Mülki Məcəllənin 1108.2-ci maddəsinə görə, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mən bə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Göründüyü kimi, apellyasiya şikayətinin həmin dəlili baxımından qiymət verilməli olan məsələ, avtomobilin Cavabdeh2 istifadəsinə verilmiş olmasında X2 təqsirli olub-olmadığıdır. Yuxarıda qeyd olunduğu kimi, “Mercedes Benz 190” markalı avtomobil məhz X2 mülkiyyətindədir, buna baxmayaraq o, xx.xx.2009-cu il tarixdə sərəncam hüququ verən etibarnamə əsasında X10 vermiş, sonra X10 tərəfindən başqa şəxslərə etibarnamə əsasında avtomobil verilmiş, ən sonda Cavabdeh2 verilmişdir. Başqa sözlə, Cavabdeh2 avtomobilə hüquqa zidd şəkildə deyil, bilavasitə mülkiyyətçinin (X2) iradəsi ilə sahiblik etmiş, belə ki, o, avtomobilə sərəncam vermək hüququ verən etibarnamə əsasında avtomobili X10 verməklə, avtomobi lin başqa şəxs tərəfindən idarə olunmasına şərait yaradılmış, etibarnamənin qüvvədə olmadığı dövrdə yol nəqliyyta hadisəsi baş vermişdir. Bu isə o deməkdir ki, yüksək təhlükə mənbəyi hesab edilən “Mercedes Benz 190” markalı avtomobilin Cavabdeh2 tərəfindən idarə olunmasında X8 təqsirli olmuşdur və Mülki Məcəllənin 1108.2-ci maddəsinin üçüncü cümləsinin mənasına görə o, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımalıdır. Bu baxımdan məhkəmə kollegiyasının qənaətinə görə, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi zərərə görə X2 da məsuliyyət daşıması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuna uyğundur. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh X2 nümayəndəsi və vəkili Vəkil1 kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın cavabdeh X5 aid hissədə rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində cavabdeh X2 apelyasiya şikayətində qeyd etdiyi dəlillərə, nə də məhkəmə prosesində səsləndirilmiş dəlillərə toxunmamış, apelyasiya şikayətinin məzmununadair məlumat qeyd etməklə kifayətlənmişdir. Buradan aydın olur ki, iş tam, hərətəfli və obyektiv araşdırılmamışdır. Digər tərəfdən məhkəmə qətnamədə Mülki Məcəllənin 1096-cı maddəsini səhv təfsir etmişdir. Çünki həmin maddədən göründüyü kimi, şəxsin məsuliyyət daşıması üçün ilk növbədə delikt törətmiş şəxs olmalıdır. Lakin iş materiallarından göründüyü kimi, X7 həmin sığorta hadisəsində heç bir təqsiri olmamışdır. Məhkəmə həmçinin Mülki Məcəllənin 1108.1-ci maddəsinə istinad etmişdir ki, həmin normaya görə də yüksək təhlükə mənbəyinin mülkiyyətçisi o halda mülki məsuliyyət daşıyardı ki, avtomobil onun sahibliyində olsun. Lakin iş materiallarından da görünür ki, qəzaya səbəb olmuş avtomobil qəza törədilən zaman X 9sahibliyində olmamışdır. Digər tərəfdən məhkəmə Mülki Məcəllənin 1108.2-ci maddəsinə istinad etmişdir ki, burada da məhkəmə qanunun işin faktiki hallarına uyğun olmayan normasını tətbiq etmişdir. Belə ki, Cavabdeh2 qəza törədildiyi ərəfədə qəzaya səbəb olan avtomobilə hüquqazidd yiyələnmişdir. Yəni avtomobillə bağlı ona verilmiş etibarnamənin müddəti bitdikdən sonra da o, avtomobildən qanunun tələblərinə zidd olaraq istifadə etmiş və ona sahiblik etmi şdir. b) Kssasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı “xxxx” ASC-nin səlahiyyətli nümayəndəsi, cavabdeh X8, vəkili Vəkil1 və digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB-nin vəkili Əsgərova Əfifə Füzuli qızı kasasiya şikayətinə etiraz edərək, məhkəmədən şikayətin əsassız olduğundan təmin edilməməsini x ahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxara n təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ö dəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələn miş şəxsin üzərinə qoyula bilər. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 25.1.3. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Maddə 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisə sinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələri n işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutl ara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin cavabdehin dəlillərinə apelyasiya məhkəməsi tərəfindən toxunulmaması, bununla işin hərtərəfli araşdırılmaması barədə dəlili üzrə qeyd edilməlidir ki, kasasiya yoxlam ası zamanı müəyyən edilir ki, apelyasiya şikayətinin əsas məğzini cavabdeh X4 baş vermiş yol-nəqliyyat hadisəsi üzrə təqsirinin olmaması ilə əlaqədar onun mülki məsuliyyət daşımaması təşkil etmişdir ki, apelyasiya kollegiyası da bu halı qətnamədə qeyd etmiş və bu istiqamətdə də qətnaməni əsaslandırmışdır. Cavabdeh kasasiya şikayətində apelyasiya məhkəməsinin Mülki Məcəlləni mübahisə üzrə səhv tətbiq etməsini, çünki Şaiq Göyçəyevin delikt törətmədiyini bildirməsi ilə bağlı qeyd edilməlidir ki, mülki mübahisə məhz mülki hüquq pozuntusu (delikt) nəticəsində yaranmışdır ki, burada da deliktlə bağlı maddi hüquq normalarına istinad olunması qanunauyğun haldır. Cavabdehin Mülki Məcəllənin 1108.1 və 1108.2-ci maddəsi üzrə dəlillərinə gəldikdə isə, cavabdeh kasasiya şikayətində qəza törədilmiş avto mobilin etibarnamə müddətinin bitməsi ilə əlaqədar onun sahibliyindən qanunsuz çıxmasına əsaslanıb onun mülki məsuliyyətinin istina olunmalı olduğunu göstərsə də, bu dəlil üzrə bildirilməlidir ki, yol-nəqliyyat hadisəsi törətmiş digər Cavabdeh2 verilmiş etibarnamənin müddətinin bitməsi avtomobilin Şaiq Göyçəyevin sahibliyindən qanunsuz çıxması anlamına gələ bilməz. Belə ki, avtomobilin Cavabdeh2 tərəfindən idarə edilməsinin əsasını Şaiq Göyçəyev tərəfindən verilmiş etibarnamə təşkil etmişdir. Şaiq Göyçəyev tərəfindən Cavabdeh2 verilmiş etibarnamənin müddəti bitikdən sonra onun mülkiyyəti olan avtomobilin geri qaytarılması ilə bağlı hər hansı tədbir görməsi, tədbirinin nəticəsiz qalması isə iş materiallarında hər hansı sübutla öz təsdiqini tapmamaqdadır. Bu da onu göstərir ki, avtomobil məh z Şaiq Göyçəyevin iradəsi əsasında Cavabdeh2 sahiblik və istifadəsində olmuş, bu zaman da yol-nəqliyyat hadisəsi baş vermişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X2 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-*****/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi kasatora münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar