Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1209/2024 09.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh2 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: dəymiş maddi zərərin əvəzinin ödənilməsi və əmək alətlərinin qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 05 dekabr 2023-cü il tarixli, 2(106)-747/2023 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 tərəfindən birgə verilmiş kassasiya şikayəti üzrə işə 09 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin bina sında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 arasında İddiaçı mülkiyyətində olan Şirvan şəhəri, F.Xoyski küçəsi, 0,06 ha torpaq sahəsində yerləşən, 6 otaqlı, ümumi sahəsi 237,7 kv.metr olan 22 saylı evdə təmir-tikinti işlərinin aparılması ilə bağlı podrat münasibətləri olmuş, podratçı- Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müqavilədə nəzərdə tutulan işi qüsursuz icra etməyi, sifarişçi- İddiaçı isə onlara razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmüşdür. Görülən işlər podratçı- Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 materialları ilə deyil, sifarişçi- İddiaçı materialları ilə icra edilməsi nəzərdə tutulmuş, sərf olunmuş mal-materiallarla onların təmin olunmasını sifarişçi İddiaçı öz vəsaiti hesabına həyata keçirmiş dir.
2. Tərəflər arasında icranın qüsurla olması və əmək alətlərinin qaytarılmasına dair mübahisələr yaranmış və şikayətlərlə hüquq-mühafizə orqanlarına müraciət edilmişdir.
3. Şirvan şəhər Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ilə İddiaçı və Cavabdeh2 şikayət ərizələri əsasında toplanmış material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir.
4. Şirvan şəhər prokurorunun xx.xx.2021-ci il tarixli qərarı ilə Cavabdeh2 və İddiaçı müraciəti əsasında Şirvan şəhər PŞ-nin təhqiqat bölməsində toplanmış material üzrə təhqiqatçı tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmişdir.
5. Şirvan şəhər Polis Şöbə sinin xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ilə Cavabdeh2 ərizəsi əsasında toplanmış materiallarda cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir.
6. Məhkəmə mühəndis-texniki ekspertizasının 09 sentyabr 2021-ci il tarixli 10/3160 nömrəli rəyi ilə mübahisəli fərdi yaşayış evində, yaşayış evinin birinci və ikinci mərtəbələrində yerləşən sanitar qovşaqların divarlarına kafelin və kantın, döşəməsinə metlaxın, tavanına isə asma tavanın vurulması, evə daxil olduqda döşəməyə metlax təbəqəsinin vurulması, evin digər qapısının çöl tərəfinə metlax təbəqəsinin vurulması, həyətyanı sahəyə aqlay daşının vurulması, həyətyanı sahəyə daxil olduqda sağ və sol tərəfdə bağ sahəsi olaraq ayrılmış sahənin sərhəddinə hasar hörülməsi və üzərinə aqlay daşının vurulması işlərinin görüldüyü, ünvan 1 ünvanda yerləşən, həyətyanı sahədə və fərdi yaşayış evində təqdim olunmuş işlərin görülməsinə sərf olunan vəsaitin mövcud orta bazar qiymətlərinə uyğun olaraq təqribi 11382 manat təşkil etdiyi müəyyən olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı 11.382 manat məbləğində maddi ziyanın və zəhmət haqqı olaraq verilmiş 3680 manat pulun natura şəklində tam ödənilməsi, əlavə olaraq keyfiyyətsiz vurulmuş kafel, metlax və aqlay daşlarının pulu ödənilmək şərti ilə digər ustalar tərəfindən sökülməsi xərclərinin cavabdehlər tərəfindən ödənilməsi, ödənilmiş 139 manat d övlət rüsumunun alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şirvan şəhəri, F.X.Xoyski küçəsində yerləşən fərdi yaşayış evi ona məxsusdur. Yaşayış evinə kafel-metlax və ağlay daşlarının vurulması üçün ustalar Valeh Əkbərov və Cavabdeh3la (1kv.metr 6 manat, 1 paqon metr 6 manat) 2020-ci il yanvar ayının əvvəlində qarşılıqlı şifahi razılaşma əldə etmişlər. 2020-ci ilin may ayında hələ işə başlamamışdan əvvəl onlara 200 manat, 04 iyulda isə 150 manat və 20 manat olmaqla, cəmi 370 manat pul vermişdir. Cavbabdehlər 2 ay ərzində işə başlayacaqları barədə söz vermişlər. Usta Cavabdeh1 ona işə başlamaq üçün sentyabr ayında ağlay almalı olduğunu demiş, o da etiraz etməmişdir. Bu məqsədlə o və həyat yoldaşı birlikdə ağlay daş ları alıb fərdi yaşayış evini təmir etdirmək üçün xx.xx.2020-ci ildə "xxxx" ASC-dən müəyyən məbləğdə kredit götürmüşlər. 2020-ci ilin sentyabr ayının sonlarında Cavabdeh1la birlikdə Bakı şəhəri, Güzdək qəsəbəsində yerləşən daş karxanasından Valehin tanışı Abid Abdurəhmanovun sexinə getmişlər. Sexdə qarşılıqlı razılaşma əsasında 4500 manat dəyərində ağlay daşlar sifariş etmişlər. 2020-ci ilin oktyabr ayının sonlarında ağlay daşların bir hissəsi gəlmiş və Cavabdeh1 bir usta kimi daşlara baxaraq onları qəbul etmişdir. Ağlay daşın pulunu Cavabdeh4 ödəyəndə Valeh Cavabdeh4la telefonla danışmış və bu danışıqdan sonra Abid ona çatacaq puldan 200 manatı Cavabdeh1 verməyini xahiş etmiş, o da Cavabdeh1 200 manat pul vermişdir. Abid bu pulu Valehə ağlay daşın alınmasında vasitəçilik etdiyi və verilən daşın keyfiyyətinə nəzarət etməməyi üçün vermişdir. 2020-ci ilin oktyabr ayının sonunda daşlar gəldikdən sonra Valehlə o, həyətdəki daşları qəbul etmək üçün gəlmişlər. Daşları boşaldan fəhlələrlə birlikdə Füzuli həkimin həyətindən dəzgah onun həyətinə gətirilmiş, lakin dəzgahın kimə məxsus olması ona məlum deyildi. Sonradan məlum olmuşdur ki, dəzgah kustar üsulla hazırlanıb və istehsalata buraxılması üçün heç bir xüsusi lisenziyası yoxdur. 04 dekabr 2020-ci il tarixdə Valeh həyətdəki daşları ölçüyə salmağa başlamış və ustaya ehtiyacı olduğunu, özündən başqa bir iki ustanın işləyəcəyini bildirib 850 manat pul istəmişdir. 06 dekabr 2020-ci il tarixdə Valehə 850 manat pul vermişdir. Ümumilikdə isə işə başlayana qədər cavabdehlərə 1220 manat ödəmişdir. Daşlar ölçüyə salındıqdan bir neçə gün s onra daşların keyfiyyətindən şübhələnmiş, bu məqsədlə istehsalçı, sexin müdiri Abidlə telefonla danışıb onu həyətinə dəvət etmişdir. Abid həyətə gəlmiş, daşlara baxandan sonra usta Valehə tapşırmışdır ki, yararsız daşları seçib ayırsın. Valeh 28 kv.metr daşı ayırdıqdan sonra qalan daşları ayırmaqdan imtina etmişdir. Abid həyətə gələn zaman daşlar hələ vurulmamışdı. Bir müddətdən sonra ustalar ağlayı yerə vurmağa başlamışar. O, müşahidə etmişdir ki, yerə vurulmuş daşların müəyyən hissəsi qurumur, nəm vəziyyətdə qalır. Bir müddətdən sonra cavabdehlər onun həyətində işi saxlayaraq başqa müştərilərin həyətində işləməyə getmişlər. Bu müddət ərzində həyətdəki mətbəxini səliqəyə salarkən 50 manat dəyərində inşaat feninin yerində olmadığını görmüşdür. Ustalardan bunu soruşanda onlar bu barədə heçn ə bilmədiklərini söyləmişər. Bir neçə gündən sonra feni Məzahirin şəxsi avtomobilinin yük yerində görmüşdür. Məzahir fenin ona Rafiq tərəfindən verildiyini söyləmişdir. Təxminən mart ayının 10-da bayramın yaxınlaşmasını əsas gətirərək Valeh ondan 600 manat istəmişdir. Borc taparaq xx.xx.2021-ci ildə onlara 600 manat pul vermişdir. Bir neçə gün sonra usta Məzahir əmək alətlərinin xarab olduğunu əsas gətirib pul istəmişdir. 3 apreldə 100 manat, 6 gün keçdikdən sonra 09 apreldə 300 manat pul vermişdir. 09 aprel tarixi daxil olmaqla ustalara 2220 manat pul vermişdir. Bir müddətdən sonra Valehin atası vəfat etdiyi üçün ustalar bir həftə işə gəlməmişlər. Ondan sonra isə bəhanə gətirdilər ki, guya həyətdə material olmadığı üçün işi dayandırıblar, Məzahir həyətdəki 14 ədəd ağlay daşını bilərəkdən korlamışdır. Özü 2-ci qrup şəkərli diabet xəstəsidir. Hər dəfə həyətə girəndə qaralmış daşları görüb daxili əsəb keçirir. Ona 15-16 min manat dəyərində maddi ziyan dəyib. Təkcə günlük düzəltmək üçün verdiyi zəhməthaqqı 600 manat olmuşdur. Evinin həm arxa, həm də ön hissəsində qoyulmuş su traplarına su getmir. Bütün sular evin giriş qapısındakı pilləkənin önünə 3 sm hündürlüyündə yığılır. Ona görə iddiaçı Şirvan şəhər polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Şirvan ŞPŞ-nın təhqiqatçısı tərəfindən qeydə alınmış videogörüntülü protokolda daşların keyfiyyətsizliyi və həyətdəki səviyyənin düzgün verilmədiyi tam görünür. Cavabdehlər tərəfindən evdə kafel və metlax işləri keyfiyyətsiz görülmüşdür, bu işlərin yenidən görülməsi üçün xeyli məbləğdə pul vəsaiti tələb olunur.
9. Cavabde hlər məhkəməyə qarşılıqlı iddia ərizəsi verərək göstərmişlər ki, iddiaçının qanunsuz istifadəsində qalmış dəyəri 1000 manat olan daş dəzgahı, 1 ədədinin dəyəri 265 manat olan 180 mm BOSH firmasına məxsus (Almaniya) laqonda, 1 ədədinin dəyəri 210 manat olan 115 mm BOSH firmasına məxsus (Almaniya) laqonda, 1 ədədinin dəyəri 75 manat olan 125 mm TCH firmasına məxsus (Çin) laqonda, 1 ədədinin dəyəri 50 manat olan 115 mm İnterskul firmasına məxsus (Rusiya) laqonda, 1 ədədinin dəyəri 45 manat olan 115 mm Makita firmasına məxsus (Çin) laqonda, 1 ədədinin dəyəri 50 manat olan drel Evromaks 750 vatt (Çin), 1 ədədinin dəyəri 55 manat olan drel almaz 970 vatt (Rusiya), 1 ədədinin dəyəri 6 manat olan çəkic, 1 ədədinin dəyəri 5 manat olan nerj metrə, 1 ədədinin dəyəri 50 manat olan uzadıcı 30 m, 1 ədəd inni dəyəri 35 manat olan uzadıcı 20 m, 1 ədədinin dəyəri 35 manat olan usta feni TCN 2000 vatt (Çin), 1 ədədinin dəyəri 5 manat olan kəlbətin yaşıl dəstəkli orta ölçülü, 1 ədədinin dəyəri 2 manat olan mala əmək alətlərinin, özləri olmadığı təqdirdə dəyərini təşkil edən 1888 manat və ödənilmiş 50 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
10. Cavabdehlər qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, əl və elektrik alətləri cavabdeh tərəfindən saxlanılaraq onlara qaytarılmır.
11. Birinci instansiya məhkəməsində icraat zamanı təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının nəticələrinə əsasən, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli rəyə əsasən, mübahisəli əşyaların hazırki vəziyyətdə orta bazar qiyməti 23 2 manat müəyyən olunur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir. Belə ki, 180 mm BOSH (Almaniya) firmasına məxsus laqonda 1 ədəd 80 manat, 115 mm BOSH (Almaniya) firmasına məxsus laqonda (işlək vəziyyətdə olmayan (ehtiyyat hissəsi kimi) 1 ədəd 5 manat, 125 mm TCH (Çin) firmasına məxsus laqonda 1 ədəd 40 manat, 115 mm İnterskul firmasına məxsus (Rusiya) laqonda 1 ədəd 20 manat, 115 mm Makita firmasına məxsus (Çin) laqonda 1 ədəd 20 manat, Evromaks 750 vatt (Çin)firmasına məxsus direl 1 ədəd 20 manat, direl almaz 970 vatt (Rusiya) 1 ədəd 20 manat, taxta qulplu çəkic 1 ədəd 1 manat, nerj metrə 1 ədəd 2 manat, 20 metrlik uzadıcı 1 ədəd 15 manat, TCN 2000 vatt (Çin) firmasına məxsus usta feni 1 ədəd 5 manat, yaşıl dəstəkli orta ölçülü kəlbətin 1 ədəd 2 manat, suvaq vurmaq üçün plastik dəstəkli mala 1 ədəd 2 manat, cəmi 232 manata qiymətləndirilmişdir. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində 1-ci və 2-ci mərtəbələrdə yerləşən sanitar qovşağlarında kafel-metlax işlərinin görülməsi, tavana asma tavan vurulması, evin girişində döşəməyə metlaq vurulması, həyətyanı sahədə ağlay işlərinin görülməsi müəyyən edildi. Aparılmış hesablamalar nəticəsində F.X.Xoyski küçəsi 22 ünvanında yerləşən fərdi yaşayış evində və həyətyanı sahədə görülmüş işlərə mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 11318 manat vəsait sərf olunduğu müəyyən edildi. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış 2-ci mərtəbəsində yerləşən sanitar qovşağında divarlara vurulmuş kafel təbəqələrinin kənarlarının bir-birinin üstündə və altında yerləşən kafel təbəqə ləri ilə müqayisədə düz xətt boyunca vurulmadığı, kafellər arasında qalan boşluqların (stık) bərabər ölçüdə olmadığı və kafellərin kənarlarının girintili-çıxıntılı vəziyyətdə vurulduğu, döşəməyə vurulmuş metlax təbəqənin altının düzgün doldurulmadığı, 1-ci mərtəbədə hamam və ayaqyolu tikililərində divarlara vurulmuş kantın altına və üstünə vurulmuş kafel təbəqələrinin çöl hissəsi ilə müqayisədə içəriyə doğru vurulduğu, fərdi yaşayış evinə daxil olduqda döşəməyə vurulmuş metlax təbəqənin bir-biri ilə müqayisədə düz xətt boyunca vurulmadığı, metlağlar arasında qalan boşluqların (stık) bərabər ölçüdə olmadığı və metlağın kənarlarının girintili-çıxıntılı vəziyyətdə vurulduğu, fərdi yaşayış evinin digər giriş qapısının çöl hissəsinə döşəməyə vurulmuş metlax təbəqəsinin orta hissənin mailliyinin aşağı olması səbəbindən suyun orta hissədə toplandığı, həyətyanı sahəyə düşülmüş ağlay daşlarının bəzilərində qaralmalar, boşluqlar müşahidə olundu, həmçinin ağlay daşları vurularkən tullantı sularının traplar vasitəsilə kənarlaşdırılması üçün yaradılmalı olan mailliyin lazımi qaydada olmadığından həyətyanı sahəyə su buraxılan zaman həmin suyun traplara doğru deyil fərqli fərqi istiqamətlərə axdığı və orada çalalanaraq toplandığı müəyyən edildi. Smeta üzrə aparılmış hesablamalar nəticəsində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində və həyətyanı sahəsində ağlay daşlarının və kafel-metlax işlərinin görülməsinin dəyərinin (usta pulu) təqribən 4237,0 manat olduğu müəyyən edildi. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində 0,50 metr hündürlükdə hörülmüş divarın ümumilikdə 35 p/m hissədə ağlay işlərinin tamamlanmadığı, 12 kv.metr hissədə hasara ağlay daşlarının vurulmadığı müəyyən edildi. Smeta üzrə aparılmış hesablamalar nəticəsində həmin işlərin tamamlanması üçün təqribən 766 manat vəsait tələb olunduğu müəyyən edildi.
12. Şirvan Şəhər Məhkəməsinin 25 may 2022-ci il tarixli, 2(032)-61/2022 saylı qətnaməsi ilə (hakim X5) ilk iddia qismən təmin olunaraq, cavabdehlərdən müştərək qaydada 11.382 manat maddi ziyanın və ustalara zəhmət haqqı olaraq verilmiş 3.680 manat pulun, əlavə olaraq keyfiyyətsiz vurulmuş kafelin, metlax və ağlay daşlarının pulunun ödənilmək şərti ilə digər ustalar tərəfindən sökülməsi xərclərinin (təxminən 1000 manat), 100 manat dəyərində istifadə olunmuş işıq və qaz kommunal xərclərinin və ödənilmiş 139 manat dövlət rüsumunun al ınaraq iddiaçıya verilməsi, ilk iddianın qalan hissədə təmin olunmaması, qarşılıqlı iddianın qismən təmin olunaraq İddiaçı daş dəzgahı 1000 manat dəyərində, 180 mm BOSH (Almaniya) firmasına məxsus laqonda 1 ədəd 80 manat dəyərində, 115 mm BOSH (Almaniya) firmasına məxsus laqondanın (işlək vəziyyətdə olmayan (ehtiyyat hissəsi kimi) 1 ədəd 5 manat dəyərində, 125 mm TCH (Çin) firmasına məxsus laqondanın 1 ədəd 40 manat dəyərində, 115 mm İnterskul firmasına məxsus (Rusiya) laqonda 1 ədəd 20 manat dəyərində, 115 mm Makita firmasına məxsus (Çin) laqondanın 1 ədəd 20 manat dəyərində, Evromaks 750 vatt (Çin)firmasına məxsus direlin 1 ədəd 20 manat dəyərində, direl almaz 970 vatt (Rusiya) 1 ədəd 20 manat dəyərində, taxta qulplu çəkicin 1 ədəd 1 manat, 20 metrlik uzadıcı 1 ədəd 15 manat, 30 metrlik uzadıcı 50 manat, TCN 2000 vatt (Çin) firmasına məxsus usta feninin 1 ədəd 5 manat, yaşıl dəstəkli orta ölçülü kəlbətinin 1 ədəd 2 manat, suvaq vurmaq üçün plastik dəstəkli malanın 1 ədəd 2 manat dəyərində olan əmək alətlərinin özlərinin, olmadığı təqdirdə dəyərini təşkil edən 1280 manat pulun və ödənilmiş 32,8 manat dövlət rüsumunun alınaraq cavabdehlərə bərabər qaydada bölünməklə verilməsi qət edilmişdir.
13. Məhkəmə gəldiyi nəticəni Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyinə istinad etməklə əsaslandırmışdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehlər iddiaçı ilə bağlamış olduqları podrat müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımınca (keyfiyyətlə) icra etmədiyindən, iddiaçı birtərəfli qaydada müqavilə üzrə icradan imtina etməkdə və cavabd ehlərə qarşı yetirilmiş zərərin əvəzinin ödənilməsi tələbini irəli sürməkdə haqlı olmuşdur.
14. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehlərdən müştərək qaydada 11.382 manat maddi ziyanın və ustalara zəhmət haqqı olaraq verilmiş 3.680 manat pulun, əlavə olaraq keyfiyyətsiz vurulmuş kafelin, metlax və ağlay daşlarının pulunun ödənilmək şərti ilə digər ustalar tərəfindən sökülməsi xərclərinin (təxminən 1000 manat), 100 manat dəyərində istifadə olunmuş işıq və qaz kommunal xərclərinin və ödənilmiş 139 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi üçün əsaslar vardır. Ona görə də bu hissədə iddia təmin olunmalıdır.
15. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, 1 ədəd nerj metrə iddiaçıya məxsus olduğundan həmin əşya sonuncuda saxlanılmalıdır. Bundan başqa məhkəmə tikinti alətlərinin qiymə tinə münasibətdə göstərmişdir ki, qətnamənin çıxarışında alətlərin qiyməti səhvən 833 manat göstərilmişdir, onların dəyəri ekspert rəyinə uyğun olaraq 280 manat müəyyən olunmalıdır. Daş dəzgahı ümumiyyətlə qiymətləndirilmədiyindən məhkəmə qarşılıqlı iddia ərizəsində göstərilən qiymətlə razılaşaraq hesab etmişdir ki, daş dəzgahının özünün və ya olmadıqda dəyəri olan 1000 manat pul iddiaçıdan tutulmalıdır. İddiaçının Cavabdeh4 qarşı irəli sürülən tələb isə məhkəmənin gəldiyi nəticəyə əsasən rədd olunmalıdır, çünki həmin şəxs iddiaçının evində təmir-tikinti işləri aparmamış və orada iştirak etməmişdir.
16. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 752.1, 756.1 və 760.1-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
17. Cavabdehlər birgə apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması, ilk iddianın rədd edilməsi, qarılıqlı iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
18. Apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsinin, ilk iddia ərizəsinə qarşı verilmiş yazılı etirazın məzmunları ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, qarşılıqlı iddia tələbi ilə bağlı tərəf olaraq təqdim etdikləri sübuta, yəni satıcı olan "Murad İnşaat" tərəfindən verilmiş arayışa hüquqi qiymət verilmədən məhkəmə cavabdehin etiraz sənədini əsas tutaraq, aldıqları elektrik alətlərini qiymətləndirm işdir. Digər bir məsələ ondan ibarətdir ki, iddiaçı ağlay daşlarını Cavabdeh4 razılıq əsasında aldığı halda, ona aid hissədə rədd olunmuşdur. Məsələyə diqqət yetirildikdə açıq şəkildə görünür ki, daşın qaralması iş üzrə mübahisələndirilən haldır. Məsələyə diqqət yetiriləndə görünür ki, iddiaçı əvvəl işin keyfiyyətsizliyini bununla sübut etməyi çalışdığı halda, sonradan suyun düzgün axmadığını, “trapa doğru” axmadığını bildirmişdir. Bu isə işin tamamlanmaması ilə əlaqədardır. Mülki iş üzrə 100 manat məbləğində qaz və su haqqının tutulması absurtdur. Çünki, görülən işlər iddiaçıya məxsus həyətdə aparılmışdır və cavabdehin bu məsələyə qətiyyən aidiyyəti yoxdur.
19. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1753/2022 nömrəli, 07 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlə r – X4 (sədrlik edən və məruzəçi), X3 və X1) cavabdehlərin birgə verdikləri apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Şirvan şəhər məhkəməsinin 25 may 2022-ci il tarixli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
20. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi ilkin və qarşılıqlı iddialara münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Belə ki, cavabdehlər iddiaçı ilə bağlamış olduqları podrat müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımınca (keyfiyyətlə) icra etmədiyindən, iddiaçı birtə rəfli qaydada müqavilə üzrə icradan imtina etməkdə və yetirilmiş zərərin əvəzinin ödənilməsi tələbini irəli sürməkdə haqlı olmuşdur. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
21. Cavabdehlər kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı ilə Cavabdeh3 və Cavabdeh1 arasında razılaşmaya əsasən 2019-cu ilin noyabr ayının sonu, dekabr ayının əvvəllərində ona məxsus yaşayış evində kafel-metlax işlərinin görülməsi üçün 1 kv.metr 7 manatdan hesablanmaqla 100 kv.metr çox ərazini işlə mələri barədə razılığa gəlmiş, həmin kafelmetlax iddiaçı və onun həyat yoldaşı tərəfindən Bakı şəhərində yerləşən “Sədərək” TMdən alınmış və onlara təqdim edilmiş, onlar həmin kafel-metlaxa baxış keçirən zaman əyrilik səbəbindən vurulan sahənin düzgün alınmayacağını bildirsələr də, iddiaçı onların işinə davam etməyini, onlarlıq heç nə olmadığını bildirmiş, işləri bitdikdən sonra iddiaçı tam şəkildə pullarını ödəmiş, onlara qarşı hər hansı bir iradı və tələbi olmamışdır. Yəni, onlar işlərini icra etmiş, iddiaçı isə onlara razılaşdırılmış muzdu ödəmişdir. Bundan təxminən 1 il sonra iddiaçı onlara müraciət edərək, evinə məxsus həyətyanı sahəsinin ağlay daşı ilə döşənməsini xahiş etmişdir. Həmçinin, Cavabdeh3 və Cavabdeh1 olaraq iddiaçının evində kafel-metlax işlərini görsələr də, ona məxsus f ərdi yaşayış evində işlənmiş asma-tavan işlərinin görülməsi onlar tərəfindən icra edilməmişdir. Hər iki instansiya məhkəməsi isə ekspert rəyinə istinad edərək, kafel-metlax işlərinin iddiaçı ilə onlar arasında razılaşdırılmış qiymətlə deyil, hazırki bazar qiymətinə uyğun olaraq hesablanmasını nəzərə almamış, bu halı aydınlaşdırmadan yekun qərar çıxarmışdır. Bundan başqa iddiaçıya məxsus fərdi yaşayış evində işlənmiş asma-tavan işlərinin onlar tərəfindən icra edilməməsini məhkəmədə bildirilsə də hər iki instansiya məhkəməsi tərəfindən bu hala qiymət verilməmişdir. Məhkəmənin mühəndis-texniki ekspertizasının 09 sentyabr 2021-ci il tarixli rəyində iddiaçıya məxsus yaşayış evində kafel-metlax və ağlay işlərinin görülməsində isitfadə edilmiş təmir materiallarının, həmçinin görülən işlərə dair bütün xərclər smetaya əsasən müəyyənləşdirilmişdir. Hər iki məhkəmə isə həmin rəyin əsasında cavabdehlərdən 11.382 manat maddi ziyanın tutulmasını qət etmiş, həm də əlavə olaraq yenidən iddiaçı tərəfindən kafel-metlax və ağlay işlərinin görülməsinə görə cavabdehlərə zəhmət haqqı olaraq verilmiş 3680 manatın da tutulması barədə səhv qənaətə gəlmişdir. Hər iki instansiya məhkəməsi əlavə məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizasının təyin edilməsi zəruri olduğu halda bunu etməmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsi əlavə məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizasını təyin etməli, ekspert qarşısında iş üzrə iddiaçıya məxsus fərdi yaşayış evində görülən kafel-metlax işlərində müəyyən edilən qüsurların kafel-metlaxda olan qüsurlar səbəbindən va ya ustaların səhvi nəticəsində olub-olmamasını aydınlaşdırmalı olsa da bunu etməmişdir.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)429/2023nömrəli iş üzrə 2023-cü il 6 fevral tarixli qərarı ilə (hakimlər – Ə.G.Nurməmmədov (məruzəçi), A.Q.Hüseynov və Z.Ə.Əliyev) kassasiya şikayəti təmin edilmiş, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1753/2022 nömrəli mülki iş üzrə 07 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir.
24. Kassasiya instansiyası məhkəməsinin mövqeyi və göstərişləri ondan ibarət olmuşdur ki, istinad edilən ekspert rəyi ilə iddiaçının yaşayış evində və həyətyanı torpaq sahəsində təmir-tikinti işləri üçün sərf olunmuş tikinti materiallarının tamamilə sıradan çıxması, təkrar istifadə və ya satış üç ün yararsız hala düşməsi müəyyən edilmir, iddiaçı da bu barədə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə iddiaçının evində və həyətyanı sahədə görülmüş işlərə sərf olunmuş vəsaiti müəyyən edərkən yararlı vəziyyətdə olan ağlay daşları, kafel, metlax və sair materiallarını dəyərini müəyyən edib ümumi məbləğdən çıxmamaqda səhvə yol vermişdir.
25. İşdən görünür ki, istifadə olunmuş ağlay daşlarını cavabdeh Abid Abdurəhmanovdan, kafel-metlax daşlarını isə digər şəxslərdən iddiaçı-sifarişçi almış, həmin materialların keyfiyyətsiz olmasını, 28 kv.metr ağlay daşlarının qaytarılmasını iddiaçı da etiraf etmiş, iki rəngdə olan kafellərin ölçülərinin də fərqli olması müəyyən olunmuşdur. Cavabdehlər iddiaya etirazında bu barədə iddiaçıya bildirdiklərini, lakin iddiaçı həmin materiallar işlədilməklə iş in görülməsini tapşırdığını, kafel işlərini qəbul edib əmək haqqını da ödədiyini göstərmişdir.
26. Apellyasiya məhkəməsi görülən işə görə mal-materialların iddiaçı tərəfindən verilməsini, materialların keyfiyyətsiz olmasında və keyfiyyətsiz materiallardan istifadə olunmaqla iş görülməsində tərəflərdən kimin məsuliyyət daşımasını müəyyən etməmiş, bu halın aydınlaşdırılmasının dəymiş zərərin müəyyən olunmasında mühüm əhəmiyyət kəsb etməsini, podratçının sifarişçinin materiallarından yanlış istifadəyə görə məsuliyyət daşıdığını diqqətdən qaçırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
27. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-747/2023 nömrəli iş üzrə 2023-cü il 5 dekabr tarixli qətnaməsi ilə (hakimlər – Pərviz Əhmədov (sədrlik edən və məruzəçi), Sami r Mayılov və Samir Həsənov) cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddianın təmin edilmiş hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, ilk iddianın qismən təmin edilməsi, Şirvan şəhəri, F.X.Xoyski küçəsində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evində və onun həyətində ağlay daşlarının vurulması nəticəsində ona dəymiş zərərin əvəzi qismində 6.864 manat, əlavə və nəqliyyat xərcləri qismində 600 manat və zəhmət haqqı olaraq verilmiş 2220 manat, ümumilikdə 9.684 manat məbləğdə pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, Şirvan şəhəri, F.X.Xoyski küçəsində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evində və onun həyətində kafel-metlax işlərinin görülməsi nəticəsind ə ona dəymiş zərərin əvəzi qismində 3.126,50 manat məbləğində pul vəsaitinin Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı təyin edilmiş əlavə məhkəmə texniki və tikinti-texniki ekspertizalarının nəticələrinə əsasən Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş 06 noyabr 2023-cü il tarixli ekspert rəyinə əsasən, ünvan 3 ünvanda fərdi yaşayış evinin İİ mərtəbəsində yerləşən sanitar qovşağa baxış keçirilmişdir. Baxış zamanı ölçmə işləri apardıqda sanitar qovşağın eninin 1.7 metr və uzunluğunun 2,3 metr, hündürlüyünün isə 2.7 metr olduğu, tavanına asma tavan quraşdırıldığı, divarlarına kafel və kant, döşəməsinə isə metlax təbəqəsi vurulduğu müəyyən olunmuşdur. Həmçinin baxış zamanı divarlara vurulmuş kafel təbəqələrinin kənarlarının bir-birinin üstündə və altında yerləşən kafel təbəqələri ilə müqayisədə düz xətt boyunca vurulmadığı, kafellər arasında qalan boşluqların (stık) bərabər ölçüdə olmadığı və kafellərin kənarlarının girintili-çıxıntılı vəziyyətdə vurulduğu, döşəməyə vurulmuş metlax təbəqənin altının düzgün doldurulmadığı müəyyən olunmuşdur. İ mərtəbədə yerləşən tualet otağının eni 1.2 metr, uzunluğu 1.4 metr, hündürlüyü isə 2.7 metrdir, hamam otağının eni 3.1 metr, uzunluğu 5.2 metr, hündürlüyü isə 2.7 metrdir. Baxış zamanı hamam və tualet otağının tavanına asma tavan quraşdırıldığı, divarlarına kafel və kant, döşəməsinə isə metlax təbəqəsi vurulduğu müəyyən olunmuşdu r. Həmçinin baxış zamanı divarlara vurulmuş kantın altına və üstünə vurulmuş kafel təbəqələrinin çöl hissəsi ilə müqayisədə içəriyə doğru vurulduğu müəyyən olunmuşdur. Giriş qapısından fərdi yaşayış evinə daxil olduqda döşəmənin 5.7 kv.metr hissəsinə metlaxın vurulduğu, bu metlaxların 2.16 kv.metr hissəsinin rəsmli (dekor), digərlərinin isə sadə metlax olduğu və metlax təbəqənin bir-biri ilə müqayisədə düz xətt boyunca vurulmadığı, metlaxlar arasında qalan boşluqların (stik) bərabər ölçüdə olmadığı və metlağın kənarlarının girintili-çıxıntılı vəziyyətdə vurulduğu müəyyən olunmuşdur. Digər giriş qapısının çöl hissəsinə 2x3.7 m ölçüdə metlax təbəqəsi vurulmuşdur. Baxış zamanı həmin hissəyə su buraxan zaman orta hissənin mailliyinin aşağı olması səbəbindən suyun orta hissədə toplandığı müəyyə n olunmuşdur. Son olaraq, həyətə baxış keçirilən zaman həyətyanı sahənin 280 kv.metr hissəsi ağlay daşı ilə üzləndiyi müəyyən olunmuşdur. Həyətyanı sahəyə girişdə sağ və sol tərəflərdə isə bağ olaraq istifadə olunması üçün sahə yaradılmış hündürlüyü 0.50 m olan divar hörülmüş və ağlay daşı ilə üzlənmişdir. İlkin görünüşdə yerə vurulmuş aqlay daşlarının bəzilərində qaralmalar, boşluqlar müşahidə olunmuşdur. Həmçinin ağlay daşları vurularkən tullantı sularının traplar vasitəsilə kənarlaşdırılması üçün yaradılmalı olan mailliyin lazımi qaydada olmadığı müəyyən olunmuşdur. Belə ki, həyətyanı sahəyə su buraxılan zaman həmin suyun traplara doğru deyil, fərqli-fərqli istiqamətlərə axdığı və orada çalalanaraq toplandığı müşahidə olunmuşdur. Eyni zamanda, baxış zamanı müəyyən edilmişdir ki, həyətya nı sahəyə girişdə sağ və sol tərəflərdə bağ sahəsini ayırmaq üçün 0.50 metr hündürlükdə hörülmüş divarın bəzi hissələrində ağlay işlərinin tamamlanmadığı, evin arxa hissəsində hasara ağlay daşlarının vurulmadığı müəyyən edilmişdir. Baxış zamanı əldə olunmuş məlumatlar əsasında hesablama aparılmaqla, ümumilikdə 35 kv.metr hissədə ağlay işlərinin tamamlanmadığı, 12 kv.metr hissədə hasara ağlay daşlarının vurulmadığı müəyyən edilmişdir. Bundan əlavə, ikinci mərtəbədə balkon sahəsində uzunluğu 2 metr, eni 0.80 metr olan hissədə metlaxın vurulmasında qüsurlar mövcuddur. Tədqiq olunan ünvan 4 ünvanında yerləşən, həyətyanı sahədə və fərdi yaşayış evində qüsurlu görülmüş işlərin aradan qaldırılması üçün lazım olan məbləğin mövcud orta bazar qiymətlərinə uyğun müəyyən olunmasına dair smeta tərtib o lunur. Qərardadın birinci, ikinci sualı üzrə qeyd olunur ki, tədqiq olunan ünvan 4 ünvanında yerləşən, həyətyanı sahədə və fərdi yaşayış evində qüsurlu görülmüş işlərin aradan qaldırılması üçün lazım olan məbləğin mövcud orta bazar qiymətlərinə uyğun müəyyən olunmasına dair smeta tərtib olunmuşdur. Smeta görüləcək işlər, materiallar və qiymətlər ətraflı şəkildə göstərilmişdir. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 1-ci və 2-ci mərtəbələrində yerləşən sanitar qovşaqlarında kafel-metlax işlərinin görülməsi, evin girişində döşəməyə metlax vurulması, tavana asma tavan vurulması, həyətyanı sahədə ağlay işlərinin görülməsi üzrə sərf olunmuş tikinti materiallarının söküləcəyini nəzərə alaraq, həmin materialların yenidən vurulması və təkrar istifadə edilməsi məqsədəuyğun hesab edilmir. Tədqiq olunan ünvan 4 ünvanında yerləşən, həyətyanı sahədə və fərdi yaşayış evində qüsurlu görülmüş işlərin aradan qaldırılması üçün lazım olan məbləğin mövcud orta bazar qiymətlərinə uyğun 11384.00 manat məbləğində müəyyən olunmasına dair smeta tərtib olunmuşdur. Smetada görüləcək işlər, materiallar və qiymətlər ətraflı şəkildə göstərilmişdir. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 1-ci və 2-ci mərtəbələrində yerləşən sanitar qovşaqlarında kafel-metlax işlərinin görülməsi, evin girişində döşəməyə metlax vurulması, tavana asma tavan vurulması, həyətyanı sahədə ağlay işlərinin görülməsi üzrə sərf olunmuş tikinti materiallarının söküləcəyini nəzərə alaraq, həmin materialların yenidən vurulması və təkrar istifadə edilməsi məqsədəuyğun hesab edilmir.
29. Məhkəmə kollegiyası apellyasi ya şikayətinin dəlillərini və kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq qeyd etmişdir ki, tavana asma tavanın vurulması və bağ sahəsinin divarlarının mişar daşı ilə hörülməsi cavabdehlər deyil, başqa ustalar tərəfindən həyata keçirilmişdir. Buna görə də, həmin işlərin görülməsi üzrə qüsurlu görülmüş işlərin aradan qaldırılması baxımından lazım olan və smetada nəzərdə tutulmuş (smeta, 2-ci bənd, 357 manat+ smeta, 7-ci bənd, 370 manat 50 qəpik) ümumilikdə 727,50 manat məbləğ nəzərə alınmalıdır.
30. Apellyasiya şikayətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin həmin şikayət həddində mühakimə edilməsi səbəbindən ekspert rəyi üzrə tərtib edilmiş smetanın 4-cü bəndində əksini tapmış balkona metlax ın vurulması üzrə müəyyən edilmiş 66 manat məbləğin cavabdehlərdən tutulması MPM-in 372-ci maddəsinin tələbləri və dispozitivlik prinsipinin şərtləri baxmından mümkün deyildir. Həmin qüsurlu işlərin görülməsi baxımından hazırkı iş üzrə verilmiş rəydə müəyyən edilmiş məbləğ məhkəmə mühəndistexniki ekspertizasının 09 sentyabr 2021-ci il tarixli 10/3160 nömrəli rəyində öz əksini tapmamış və həmin məbləğin birinci instansiya zamanı cavabdehlərin tutulması qət edilməmişdir.
31. Bundan əlavə, tərəflər arasında podrat razılaşması əsasında işlərin görülməsində cavabdehlərdən kimin hansı hissədə məsuliyyət daşımasının müəyyən edilməsi iş üzrə zəruridir. İşdən göründüyü kimi, birinci instansiya məhkəməsi bütün zərərin cavabdehlərdən müştərək qaydada tutulmasını qət etsə də, işin mübahisəsiz halları ilə təsdiq edilir ki, işlərin görülməsində iş bölgüsü olmuşdur. Bu hal işdə iştirak edən şəxslərin izahatları və digər iş materialları ilə də təsdiq edilir. Buna görə də, ağlay daşlarının vurulması və kafel-metlax işlərinin görülməsi üzrə ekspert rəyi ilə müəyyən edilmiş zərər cavabdehlərdən qeyd edilən qaydaya müvafiq tutulmalıdır.
32. Birinci instansiya məhkəməsi tərəfindən keyfiyyətsiz vurulmuş kafelin, metlax və ağlay daşlarının pulunun ödənilmək şərti ilə digər ustalar tərəfindən sökülməsi xərclərinin (təxminən 1000 manat) tutulması qət edilsə də, kollegiya hesab etmişdir ki, sonuncu rəy üzrə tədqiq olunan ünvan 4 ünvanında yerləşən, həyətyanı sahədə və fərdi yaşayış evində qüsurlu görülmüş işlərin aradan qaldırılması üçün lazım olan məbləğin mövcud orta bazar qiymətlərinə uyğun müəyy ən olunmasına dair qeyd edilən ekspert rəyinə əsasən müvafiq smeta tərtib olunmuşdur. Beləliklə də, yekun qərar qəbul edilərkən qüsurlu görülmüş işlərin aradan qaldırılması üçün lazım olan məbləğ də smetada tamamilə əksini tapdığından yenidən əlavə xərclərin tutulması zərurəti aradan qalxır.
33. Ekspert rəyi ilə aşkar olunmuş hallara əsasən kollegiya belə qənaətə gəlmişdir ki, cavabdehlər tərəfindən iddiaçı ilə razılaşma əsasında mövcud olmuş podrat razılaşması üzrə işlərin görülməsində qüsurlar mövcuddur. Buna görə də, həmin işlərin görülməsi zamanı vurulmuş zərərin tutulması əsaslıdır. Kassasiya instansiyası məhkəməsinin göstərişlərinə uyğun olaraq aparılmış ekspertiza tədqiqi zamanı rəydə iddiaçı tərəfindən verilmiş mal-materialın deyil, görülmüş işlərin qüsurlu olması müəyyən edilmiş dir. Hətta işdən də görünür ki, qüsurlu və keyfiyyətsiz olan 28 kv.metr ağlay dəyişdirilmişdir. Bu özlüyündə həmin məmulatın keyfiyyətinin yoxlanıldığını göstərir. Habelə cavabdehlər məmulatın alınarkən yararlı olduğunu və yalnız istifadədən sonra yararsız hala düşdüyünü öz izahatlarında təsdiq etmişlər.
34. Bundan başqa, işlərin görülməsi zamanı müxtəlif kommunal xərclərin, eləcə də işıq və qazdan istifadə üzrə hər hansı məbləğdə zərərin cavabdehlərdən tutulması konkret iddia tələbində göstərilməklə hər hansı sübutla təsdiq edilmir. Hətta işin hallarına əsasən həmin işlərin görülməsi zamanı istifadə olunmuş sərfiyyatı ayrıca qeydə alan sayğac olmamışdır. Hətta qeyd edilən səbəbdən də, hər hansı qəbzin təqdim edilməsi məhz həmin işlərin görülməsi zamanı qeydə alınmış sərfiyyatın olmasına d air mötəbər sübut sayıla bilməz.
35. Habelə Şirvan şəhəri F.X.Xoyski küçəsində yerləşən İddiaçı məxsus fərdi yaşayış evində və onun həyətində ağlay daşlarının vurulması və kafel-metlax işlərinin görülməsi ilə əlaqədar zəhmət haqqı olaraq cavabdehlərə ümumilikdə 2220 (iki min iki yüz iyirmi) manat məbləğində pul vəsaiti verilmişdir. Həmin pul cavabdehlərə aralarında bölmək məqsədilə hansı şəxs olmasına fərq qoyulmadan verilmişdir. Bu iş materialları ilə sübuta yetirilmiş və mübahisəsiz olaraq qəbul edilmişdir. Cavabdehlərdən zəhmət haqqı olaraq 3.680 manat məbləğində pulun tutulması barədə işdə hər hansı mötəbər sübut mövcud deyildir. Ancaq işdə iştirak edən şəxslərin izahatları, işdə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarlardan da aydın olur ki, iddiaçı tərəfindən cav abdehlərə zəhmət haqqı olaraq ümumilikdə 2220 manat məbləğində pul vəsaiti verilmişdir.
36. İddiaçı tərəfindən cavabdehlər ilə bağlanmış müqaviləyə məhz sonuncuların ona zərər vuran təqsirli hərəkətlərinə görə xitam vermiş və bütün işlər qüsurlu yerinə yetirildiyi üçün iddiaçının həmin işlərə hansısa marağı müəyyən edilməmişdir. Bu hal işin mübahisəsiz halı olmuşdur. Çünki istər ağlay işlərinin, istərsə də kafel-metlax işlərinin nəticələrinin aradan qaldırılması da tələb edilir. Hətta bu fakt – görülmüş işlərin nəticələrinin aradan qaldırılmasının zəruriliyi cavabdehlər tərəfindən də qəbul edilsə də, ancaq həmin halın qüsurlu məmulatın istifadəsi nəticəsində meydana gəldiyini bildirmişlər. Ancaq iş materialları, eləcə də ekspert rəyi ilə adıçəkilən qüsurun işlərin görülməsi nəticəsində mey dana gəldiyi tam şəkildə isbat edilmişdir. Həmin qüsurlar işdə olan fotoşəkillərlə də təsdiqini tapmışdır.
37. Məhkəmə kollegiyasının qarşılıqlı iddia tələbinin tam təmin edilməsinə dair dəlil üzrə mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehlərin apellyasiya şikayətinin dəlilləri üzrə qətnamənin həmin hissədə dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Habelə cavabdehlərə məxsus əl və elektrik alətlərinin qiymətləndirilməsi zamanı “Murad İnşaat” tərəfindən verilmiş arayışın mötəbərliliyinə hüquqi qiymət verərkən kollegiya hesab etmişdir ki, müvafiq ekspertiza rəyi ilə müəyyən edilmiş və birinci instansiya məhkəməsinin qətnaməsində öz əksini tapmış qiymətlərin daha dolğun, daha obyektiv və daha mötəbər olması qənaətindədir. Bununla yanaşı, qarşılıqlı iddia tələbində göstərilən həmin alətlər in hazırda da mövcudluğu iddiaçı tərəfindən etiraf edilmiş və ilkin iddianın həyata keçiriləcəyi təqdirdə onların qaytarılacağından imtina edilməmişdir.
38. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsi, Mülki Məcəllənin 21, 385.1, 386.1, 405.1, 425.1, 421, 448.1, 752.1, 753.1, 759, 762, 763-cü maddələri, MPM-in 14.2, 76.1, 76.2, 77, 89, 107, 119, 124, 217.2, 218.1, 385.1.1, 402.1,420-ci maddələri, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki- prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarındakı hüquqi mövqelərə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
39. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 (vəkili Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər.
40. Kassasiya şikayətinin dəlilləri ilk iddiaya etirazın, apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə kollegiyası ekspert rəyinə istinad edərək, kafel-metlax işlərinin iddiaçı ilə cavabdehlər arasında razılaşdırılmış qiymətlə deyil, hazırki bazar qiymətinə uyğun olaraq hesablanmasını nəzərə almamış, yəni iddianı qismən təmin edərkən iddiaçı ilə cavabdehlər arasında razılaşdırılmış qiymətlərlə deyil, hazırki bazar qiymətinə uyğun olaraq hesablanmış məbləğin cavabdehlərdən tutulması barədə səhv nəticəyə gəlmişdir. Bundan başqa, ekspert rəyləri arasında ziddiyyətlər vardır. Məhkəmə kollegiyası bu ziddiyyətin olmasını nəzərə almadan sonuncu rəyin əsasında cavabdehlərdən 11.384 manat maddi ziyanın tutulmasını qət etmiş, həm də əlavə olaraq yenidən iddiaçı tərəfindən kafel-metlax və ağlay işlərinin görülməsinə görə cavabdehlərə zəhmət haqqı olaraq verilmiş 2.220 manat pulun da cavabdehlərdən tutulması barədə səhv qənaətə gəlmişdir. Belə ki, ekspert rəyi ilə müəyyənləşən 11.384 manat maddi ziyana eyni zamanda həmin görülmüş işlərə görə 2.220 manat zəhmət haqqı da daxildir. Ha belə, apellyasiya instansiya məhkəməsi əlavə və nəqliyyat xərcləri qismində 600 manat pul vəsaitinin cavabdehlərdən tutulub iddiaçıya ödənilməsini qət etsə də həmin məbləğin haradan yaranması barədə öz qətnaməsində hər hansı bir əsaslandırma etməmiş, əsassız olaraq həmin məbləğin də cavabdehlərdən tutulması barədə səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası 13 iyun 2023-cü il tarixli qərardadla kompleks məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edərkən, iddiaçıya məxsus həyətyanı sahəyə düzülmüş ağlay daşlarının bəzilərində olan qaralmaların onların düzgün vurulub-vurulmaması nəticəsində olub-olmamasını və ya əgər iddiaçıya məxsus həyətyanı sahənin ağlay vurulmuş yerlərinin altına beton tökülərdisə, o zaman həmin qüsurun yaranıb-yaranmayacağını, həmçinin əgər həy ətdə görülən ağlay işləri tamamlanarsa, göstərilən nöqsanların aradan qaldırılmasının mümkün olub-olmaması barədə sualları ekspert qarşısında qoymamışdır. Belə ki, ekspert qarşısında həmin suallar qoyularsa, o zaman tərəflərdən kimin məsuliyyət daşıması müəyyən edilə və bu halın aydınlaşdırılması nəticəsində dəymiş zərərin kimin təqsiri ucbatından baş verməsi halı müəyyənləşərdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
41. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, cavabdehlər kasassiya şikayətinin 1-ci bəndində göstərmişlər ki, “məhkəmə kollegiyası kafel-metlax işlərində iddiaçı ilə cavabdehlər arasında razılaşdırılmış qiymətlə deyil, hazırki bazar qiymətinə uyğun olaraq hesablanmasını nəzərə almamış, yəni ilk iddianı qismən təmin edərkən tərəflər arasında razılaşdırılmış qiymətlə deyil, hazırki bazar qiymətinə uyğun olaraq hesablanmış məbləğin cavabdehlərdən tutulması barədə səhv nəticəyə gəlmişdir.” Cavabdehlərin göstərdikləri bu bənd məntiqi cəhətdən əsassızdır və özünü ifşa xarakterlidir. Çünki cümlənin əvvəlində istədiklərini cümlənin sonunda inkar edirlər. Yəni dolayı yolla etiraf edirlər ki, qiymətlər indiki bazar qiymətinə uyğun hesablanmalıdır. Kassasiya şikayətinin 2-ci bəndində Mülki Məcəllənin 21.2-ci maddəsinin tələblərinin pozulması qeyd edilmişdir. Onlar bu şikayətini ekspertiza rəyləri arasında ziddiyyətin olması və görülən qüsurlu işlərin aradan qaldırılması üçün lazım olan xərclərin məbləği ilə izah edirlər. Lakin bu zaman işdə olan ekspert rəylərini nəzərə almamışdır. Bundan başqa, kassasiya şikayətinin 3-cü bə ndində Şirvan Apellyasiya Məhkəməsinin onların təkrar mühəndis-texniki ekspertizasının təyin edilməsi haqqında vəsatətini rədd etməsini MPM-in tələblərinin pozulması hesab etmişlər. Bununla bağlı qeyd olunmalıdır ki, cavabdehlərin təkrar mühəndis-texniki ekspertizasının təyin edilməsi haqqında vəsatətini Şirvan Apellyasiya Məhkəməsi xx.xx.2023-cü il tarixli qərardadı ilə kifayət qədər əsaslandırmışdır. Əlavə olaraq qeyd olunmalıdır ki, iş üzrə təyin olunmuş bütün ekspertizalarda, fərdi yaşayış evinə və həyətyanı sahəyə keçirilən əyani baxışda məhkəmə nümayəndələri ilə bərabər cavabdehlər də iştirak etmişlər. Yalnız cavabdehlərdən Cavabdeh2 həyətyanı sahəyə buraxılsa da, fərdi yaşayış evində kafelmetlax işlərində iştirak etmədiyi üçün evə buraxılmamışdır. Cavabdehlərdən Cavabdeh3 isə sonunc u ekspertiza prosesində iştirak etməmişdir. Bu fakt əyani baxışın həyata keçirilməsi ilə bağlı protokolda və ya ekspertizanın keçirilməsi ilə bağlı müvafiq aktlarda öz əksini tapmışdır. Ona görə də cavabdehlərin kassasiya şikayətinin təmin edilməməsini və iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
42. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
43. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əml akından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
44. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
45. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
46. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsin də tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır.
47. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
48. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
49. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tər əflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
50. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
51. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
52. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
53. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
54. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılı.
55. Maddə 759.1-759.2. Sifari şçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.
56. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
57. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nətic əsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.
58. Maddə 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər.
59. Maddə 763.2. Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
60. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
61. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
62. Maddə
88. Məhk əmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
63. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
64. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır.
65. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
66. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
67. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
68. Hazırkı kassasiya şikayətində qətnamə kassatorlar tərəfindən “ilk iddianın təmin edilmiş hissəsində” mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
69. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
70. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 birgə verdikləri kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə b axarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, ilk iddianın təmin edilməsi üçün əsasların olmadığını və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
71. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, Şirvan şəhəri, F.X.Xoyski küçəsində yerləşən İddiaçı məxsus fərdi yaşayış evində və onun həyətyanı torpaq sahəsində ağlay daşlarının vurulması Cavabdeh1, Cavabdeh2 və Rafiq Cavabdeh3, kafel-metlax işlərinin görülməsi isə Cavabdeh1 və Cavabdeh3 tərəfindən həyata keçirilmişdir. İşə əlavə edilmiş 06 noyabr 2023-cü il tarixli ekspert rəyi üzrə tərtib edilmiş smetadan aydın olur ki, ünvan 5 ünvanda yerləşən həyətyanı sahədə və fərdi yaşayış evində ağlay daşlarının vurulması zamanı qüsurlu gör ülmüş işlərin aradan qaldırılması üçün lazım olan məbləğin mövcud orta bazar qiymətlərinə uyğun 6.864 manat, kafel-metlax işlərinin görülməsi zamanı qüsurlu görülmüş işlərin aradan qaldırılması üçün lazım olan məbləğin mövcud orta bazar qiymətlərinə uyğun 3.126,50 manat müəyyən olunmasına dair smeta tərtib olunmuşdur. Nəzərə alınmalıdır ki, asma tavanın vurulması və bağ sahəsinin divarlarının mişar daşı ilə hörülməsi qeyd olunan şəxslər tərəfindən deyil, başqa ustalar tərəfindən həyata keçirilmişdir. Buna görə də, həmin işlərin görülməsi üzrə qüsurlu görülmüş işlərin aradan qaldırılması baxımından lazım olan və smetada nəzərdə tutulmuş ümumilikdə 727,50 manat nəzərə alınmalıdır.
72. Habelə apellyasiya instansiyası məhkəməsi iş üzrə apellyasiya şikayətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 v ə Cavabdeh3 tərəfindən verilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin həmin şikayət həddində yoxlanılması səbəbindən ekspert rəyi üzrə tərtib edilmiş smetanın 4-cü bəndində əksini tapmış balkona metlaxın vurulması üzrə müəyyən edilmiş 66 manat məbləğin cavabdehlərdən tutulması MPM-in 372-ci maddəsinin tələbləri və dispozitivlik prinsipinin şərtləri baxmından da mümkün deyil. Həmin qüsurlu işlərin görülməsi baxımından hazırkı iş üzrə verilmiş ekspert rəyində müəyyən olunmuş həmin məbləğ məhkəmə mühəndis-texniki ekspertizasının 09 sentyabr 2021-ci il tarixli ekspert rəyində öz əksini tapmadığından, həmin məbləğə aid hissədə ilk iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
73. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflə r arasında podrat razılaşması əsasında işlərin görülməsində cavabdehlərdən kimin hansı hissədə məsuliyyət daşımasının müəyyən edilməsi də iş üçün əhəmiyyətlidir. Belə ki, birinci instansiya məhkəməsi bütün zərərin cavabdehlərdən müştərək qaydada tutulmasını qət etsə də, işin mübahisəsiz halları ilə təsdiq olunmuşdur ki, işlərin görülməsində iş bölgüsü aparılmışdır. Bu hal işdə iştirak edən şəxslərin izahatları və mülki iş materialları ilə də öz təsdiqini tapmışdır. Buna görə də, ağlay daşlarının vurulması və kafel-metlax işlərinin görülməsi üzrə ekspert rəyi ilə müəyyən edilmiş zərər cavabdehlərdən qeyd olunan qaydada tutulmalıdır.
74. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən keyfiyyətsiz vurulmuş kafel, metlax və ağlay daşlarının pulunun ödənilməsi şərti ilə digər ustalar tərəfi ndən sökülməsi xərclərinin (təxminən 1000 manat) tutulması qət edilsə də, yuxarıda qeyd edilən rəy üzrə tədqiq olunan ünvan 5 ünvanda yerləşən, həyətyanı sahədə və fərdi yaşayış evində qüsurlu görülmüş işlərin aradan qaldırılması üçün lazım olan məbləğin mövcud orta bazar qiymətlərinə uyğun müəyyən olunmasına dair qeyd edilən ekspert rəyinə əsasən müvafiq smeta tərtib olunmuşdur. Beləliklə də, yekun qərar qəbul edilərkən qüsurlu görülmüş işlərin aradan qaldırılması üçün lazım olan məbləğ də smetada tamamilə öz əksini tapdığından, yenidən əlavə xərclərin tutulması zərurəti aradan qalxır.
75. İşə əlavə edilmiş ekspert rəyi ilə müəyyən olunur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən iddiaçı ilə razılaşma əsasında mövcud olmuş podrat müqaviləsi üzrə işlərin görülməsində qüs urlar mövcuddur. Buna görə də, həmin işlərin görülməsi zamanı vurulmuş zərərin tutulması əsaslıdır. Hətta işdən görünür ki, qüsurlu və keyfiyyətsiz olan 28 kv.metr ağlay dəyişdirilmişdir. Bu fakt özlüyündə həmin məmulatın keyfiyyətinin yoxlanıldığını göstərir. Habelə cavabdehlər məmulatın alınarkən yararlı olduğunu və yalnız istifadədən sonra yararsız hala düşdüyünü öz izahatlarında təsdiq etmişlər.
76. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, Şirvan şəhəri, F.X.Xoyski küçəsində yerləşən İddiaçı məxsus fərdi yaşayış evində və onun həyətində ağlay daşların vurulması və kafel-metlax işlərinin görülməsi ilə əlaqədar zəhmət haqqı olaraq cavabdehlərə ümumilikdə 2.220 manat pul vəsaiti ödənilmişdir. Həmin pul vəsaiti cavabdehlərə onlar arasında hər hansı fərq qoyulmadan ödən ilmişdir. Bu fakt mülki iş materialları ilə sübuta yetirilir və işin mübahisəsiz halı kimi qəbul edilir.
77. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 759cu maddəsinin tələbinə əsasən, sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.
78. İşin müəyyən edilmiş faktiki hallarından və 06 noyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, tərəflər arasında bağlanmış müqaviləyə məhz sonuncuların ona zərər vuran təqsirli hərəkətlərinə görə xitam verilmiş və bütün işlər qüsurlu yerinə yetirildiyi üçün iddiaçının həmin işlərə hansısa marağı qalmamışdır və bu fakt işin mübahisəsiz halıdır. İşlərin qüsurlu aparılması işə əlavə edilmiş fotoşəkillərlə də öz təsdiqini tapmışdır.
79. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, cavabdehlərin kassasiya şikayətinin dəlillərini əsassız hesab edir və belə qənaətə gəlir ki, onların kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətlərinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məh kəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
80. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 birgə verdikləri kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 dekabr 2023-cü il tarixli, 2(106)-747/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.