Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1209/2025 24.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: dövlət orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsinə vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 dekabr 2024-cü il tarixli, 2(103)6749/2024 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. X6 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəndə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olmuşdur. 2. 03 may 2017-ci il tarixdə o, Azərbaycan Respublikası CM-in 274, 338.1, 338.2, 341.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli bilinərək tutulmuş və saxlanıldığı dövrdə işgəncələrə məruz qalaraq, 06 may 2017-ci il tarixdə ölmüşdür.
3. X6 barəsində olan cinayət işi üzrə icraata 19 dekabr 2017-ci il tarixli qərarla Azərbaycan Respublikası CPM-in 39.1.5-ci maddəsinə əsasən xitam verilmiş, 31 yanvar 2022-ci il tarixdə həmin qərar ləğv edilərək, onun barəsində toplanmış materiallar Azərbaycan Respublikası Baş Prokurorluğunda İ Ordu Birləşməsinin bəzi hərbi hissələrində işgəncə verilməsi faktları ilə əlaqədar ibtidai istintaqı aparılan cinayət işinə əlavə olunaraq istintaq aparılmış və Baş Prokurorluğunun İstintaq idarəsinin 18 aprel 2022-ci il tarixli qərarı ilə barəsində olan cinayət təqibinə CPM-in 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir.
4. İddiaçı X2 anasıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi z ərər olaraq 639.922 manat, mənəvi zərər olaraq 5.000.000 manat həcmində kompensasiyanın indeksasiya olunmaqla cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, X1 maaş qismində aldığı pul vəsaitinin hər ay, ömürlük olmaqla pensiya kimi ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia belə əsaslandırılmışdır ki, iddiaçının mərhum övladı, N nömrəli hərbi hissənin sürücüsü, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X6 03 may 2017-ci il tarixdə, günorta saatlarında, qanunsuz sorğulamaların aparıldığı işgəncə məkanına gətirilmiş və may ayının 6-sı səhər saatlarına qədər dəhşətli işgəncələr altında öldürülmüşdür. X2 ölümü ilə bağlı Tərtər Hərbi Məhkəməsinin 13 mart 2019-cu il tarixli hökmündə yazılır: “...Bundan başqa, Fuad Ağayev 03 may 2017-ci il tarixdə günort a saatlarında, əsgər Turan İbrahimlinin verdiyi məlumata əsasən, dövlətə xəyanət etməkdə şübhəli bildiyi N nömrəli hərbi hissənin 2-ci taborunun maddi-texniki təminat tağımının avtomobil manqasının sürücüsü, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X5 fiziki və psixi zor tətbiq edilməklə və işgəncə verilməklə sorğu-sual edilməsi üçün həmin hərbi hissənin köhnə qərargah binasına gətizdirmişdir. Elçin Quliyev düşmənlə əməkdaşlıq etməsini təkzib etdiyindən Fuad Ağayev, habelə onun qanunsuz göstərişinə əsasən Cabir Qəhrəmanov, Sənan Maşıyev, Elçin Əliyev, Qurban Cümşüdov, Cavid Ağadadaşov, Ruslan Mikayılov, Polad Əzizov və qrupun hal-hazırda istintaqla şəxsiyyətləri müəyyən edilməmiş digər üzvləri, Elçin Quliyevin köhnə qərargah binasına gətirildiyi vaxtdan 06 may 2017-ci il tarixdə səhər saatlarınadək olan müddətdə, həmin binada olduqları müxtəlif vaxtlarda, qabaqcadan əlbir olan bir qrup şəxs halında Elçin Quliyevdən onun düşmən tərəfindən kimin vasitəsilə, hansı şəraitdə, nə vaxtdan məxfi əməkdaşlığa cəlb edilməsi, düşmənlə əlaqələri, onun özünün hansı hərbi qulluqçuların düşmən tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsini təşkil etməsi, düşmənlə əməkdaşlıq edən digər hərbi qulluqçular barədə məlumatlar verməsini tələb edərək, təkrarən qəsdən xüsusi amansızlıqla, o cümlədən ağır iztirablar verməklə aşkar surətdə köməksiz vəziyyətdə olan Elçin Quliyevə qarşı zorakı hərəkətlər etmiş, yəni günün müxtəlif, o cümlədən gecə saatlarında, arada müəyyən fasilələr verilməklə, davamlı şəkildə köhnə qərargah binasının ikinci mərtəbəsində olan otaqlarda, habelə dəhli zdə əynində olan paltarlarını soyundurub əllərini və ayaqlarını yapışqanlı lentlə və ya iplə, habelə ətrafda baş verənləri görməməsi üçün gözlərini əski parçası ilə bağladıqları Elçin Quliyevin bədəninin müxtəlif nahiyələrinə yumruq, şillə və təpiklə, habelə plastik boru və digər küt əşyalarla çoxsaylı zərbələr vurmuş, onu üzü üstə uzadıb tərpənməməsi, müqavimət göstərə bilməməsi üçün qollarından və ayaqlarından tutub, başını vannadakı suyun içinə salıb bir neçə saniyə saxlamış, nəfəs ala bilmədiyindən boğulmaq həddinə çatdıqda başını sudan çıxarıb nəfəs almasına imkan vermiş, sonra yenidən həmin prosesi eyni qaydada bir neçə dəfə davam etdirmiş, habelə onu arxası üstə uzadıb tərpənməməsi, müqavimət göstərə bilməməsi üçün başından, qollarından və ayaqlarından tutub əski parçasını onun ağzı nın üstünə qoymuş, əskinin üstündən ağzına su tökmüş, su ağzına dolduğundan və nəfəs ala bilmədiyindən boğulmaq həddinə çatdıqda ağzının üstündən əskini götürərək nəfəs almasına imkan vermiş, sonra yenidən həmin prosesi eyni qaydada bir neçə dəfə davam etdirmiş, boğularaq çabaladıqda tutub saxlamış, daha şiddətli təsir etməsi üçün onun üstünə su töküb xüsusi qurğu vasitəsi ilə, naqillərini bədəninin müxtəlif nahiyələrinə birləşdirməklə bədəninə bir neçə dəfə elektrik cərəyanı vermişlər. Elçin Quliyev düşmənlə məxfi əməkdaşlıq etməsini etiraf etdikdən sonra da əlavə məlumatlar almaq, daha çox “vətən xaini” ifşa etmək, habelə törətdiyi əməllərə görə ondan qisas almaq məqsədilə, eyni üsullarla fiziki zor tətbiq etməyə və işgəncə verməyə davam edərək, Elçin Quliyevə “alın nahiyəsində sağda, bu run kökü, sol qulaq seyvanı və qulaqarxası sahədə sıyrıqlar, hər iki çiyin qurşağı, yuxarı və aşağı ətraflarda, qalça tini nahiyəsində öndə ətrafı sıyrıqlı qançırlar, döş qəfəsinin bütün sahələrində, sol sağrı nahiyəsində sıyrıqlar, hər iki bilək nahiyəsində dairəvi formalı sıyrıq, hər iki bazu və sağrı nahiyələrində qançırlar və dərialtı hematomalar, başın yumşaq toxumalarının iç səthlərində yayılmış qansızmalar, baş beyin toxumasının ödemli olması, ağciyərlərin kəskin ödemi, çoxsaylı subplevral qansızmalar, hər iki böyrək və böyrəkətrafı toxumalara qansızma” xəsarətlərini yetirərək, qəsdən onun sağlamlığına insan həyatı üçün təhlükəli olan ağır zərər vurmuş, zəruri tibbi yardım göstərilməsini, habelə ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirilməsini təmin etməmişlər. Nəticədə, Elçin Quliyev bədənin çoxsaylı küt travması nəticəsində bədəninin ümumi intoksikasiyası və poliorqan çatmamazlığı səbəbindən 06 may 2017-ci il tarixdə səhər saatlarında işgəncələrə məruz qaldığı və qanunsuz saxlanıldığı köhnə qərargah binasında ölmüşdür”. X2 2017-ci ilin may ayının 3-dən 6-na qədər qanunsuz sorğulamalara cəlb edilərək saxlanılması və ağır işgəncələrlə üç günün içərisində öldürülməsi faktı, Tərtər Hərbi Məhkəməsinin 13 mart 2019-cu il tarixli və 31 yanvar 2019cu il tarixli hökmləri, Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Qasım Məmmədovun icraatında olan cinayət işinin materialları və yüzlərlə şahid ifadələri ilə öz təsdiqini tapmışdır. İddiaçı, yaşadığı maddi və mənəvi çətinliklə rə baxmayaraq, 7 il ərzində əziz balasının zülmlə öldürülməsində iştirakı olan hər bir cinayətkarın həbs olunmasını və övladının haqqını tələb etməkdən bir addım belə geri çəkilməmişdir. Elçin Quliyev aldığı çoxsaylı ağır xəsarətlər nəticəsində işgəncə məkanında həyatını itirdikdən sonra, ailəsinə xəbər verilmədən Müdafiə Nazirliyinin tanımadıqları əməkdaşları tərəfindən yaşadıqları kəndə gətirilmiş və “vətən xaini” kimi kənd qəbirstanlığında basdırılmışdır. İddiaçı oğlunun “vətən xaini” olmasına heç bir vaxt inanmamış, Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin və digərlərinin qanunsuz hərəkətləri nəticəsində heç bir günahı olmadan öldürülməsinin əzabını çəkməklə yanaşı, istəkli oğlunun vətən xaini olmadığını, əksinə, vətənini sevən bir əsgər olduğunu sübut etmək üçün, özünün çox ağır bir durumda olmağına baxmayaraq çətin bir mübarizəyə başlamışdır. Həmin vaxt o ailəli olmuş, anadangəlmə yataq xəstəsi olan bir qızı və digər bir oğul övladı da var idi. Lakin oğlunun uğrunda haqq mübarizəsinə iddiaçı tək çıxmalı oldu və bu yolda çox ağır və dözülməz məhrumiyyətlər yaşadı. Eyni zamanda, oğlunun ölümü ilə bağlı dərin depressiya yaşadığından həmin ərəfədə 21 il baxdığı, xəstə qızına əvvəlki kimi baxa bilmədiyindən həmin övladı da vəfat etdi. Bundan başqa, qardaşının ölümünü qəbul edə bilməyən, Azərbaycan Dövlət İqtisad Universitetini bitirmiş digər oğlu da, ağır psixoloji xəstəliyə tutuldu və həmin xəstəliklə yaşayır. Həmin vaxtdan bu günə qədər, həmin oğluna da anası olan iddiaçı baxır, müalicəsini, həkim, dərman xərclərini ödəyir. Eyni zamanda, həmin oğlunun ailəsinə və iki övladına da baxır, bütün xərclərini qarşılayır. Bütün bu maddi və mənəvi ağırlıqlarla birgə, oğlunun barəsində istər xidmət yoldaşlarının, istərsə də yaşadığı rayonda (kənddə) əhali arasında yaranmış mənfi fikir və şübhələr, “vətən xaininin anası” və buna bənzər eşitdiyi sözlər, edilən qınaqlar bir ana üçün dözülməz hala çevrildi və həm də digər səbəblər onu daimi olaraq yaşadığı evini, ailəsini, dişiylə-dırnağı ilə, oğlu Elçinin köməkliyi və maddi dəstəyi ilə qurub yaratdığı təsərrüfatını və kəndini tərk etməyə məcbur oldu. Bütün bu olanlar onun şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb oldu və çox ağır sarsıntılar yaşadı. Oğlunun dövlətə xəyanət adı altında qanunsuz əməllərə məruz qalması saysız-hesabsız psixi, fiziki və mənəvi olmaqla, ona çox ağır və dözülməz iztirabla r yaşatdı və bu gün də həmin iztirabları yaşamaqdadır. Eyni zamanda, ailənin yeganə gəlir gətirəni, evin maddi təminatçısı olan övladının heç bir günahı olmadan, gənc yaşında ağır işgəncələr altında öldürülməsi bir anaya hansı dərəcədə, həm mənəvi, həm də maddi baxımdan zərər vurması işin mübahisə olunmayan tərəfidir. Odur ki, qanuna müvafiq olaraq iddiaçıya vurulmuş maddi və mənəvi ziyanın əvəzi ödənilməlidir. Elçin Quliyev hərbçi kimi qulluq etdiyi ərazidən qanunsuz olaraq işgəncə məkanına aparılaraq, amansızlıqla öldürülən zaman iddiaçı ev xanımı idi, heç bir yerdə işləmirdi. Ailənin bütün təminatı oğlu Elçin Quliyevin üzərində idi. Hər bir işdə güvəndiyi və fəxr etdiyi oğlu var idi. Lakin birdən-birə, o sakit, güvənli həyatı darmadağın oldu. Həmişə haqqında fəxrlə danışdığı çox sevdiyi oğluna “vətən xaini” deyilirdi artıq. Hətta sosial şəbəkələrdə özü ilə oğlunun şəkillərini yanaşı qoyaraq, üzərində “vətən xaini” və “vətən xaininin anası” sözlərini yazanlar da var idi. Ona görə də edilən tənələrə, ona rişxənd edən insanlara, hər dəfə onu aşağılayan baxışlara dözə bilmədi. Bütün bu əzabları bitirmək üçün özünü öldürmək, onu yaşamağa qoymayan, utandıran sıxan həyatından qurtarmaq istədi, oğlunun üzərində qalan “xain” adını həzm edə bilmədi, bacarmadı və yaşamaq məcburiyyətində qaldı. Dərin depressiyalar yaşadı, lakin sonunda çıxış yolunu amansız işgəncələr altında öldürülən oğlunun və özünün haqqı uğrunda mübarizə aparmaqda gördü və bilmədiyi, görmədiyi, hər addımında təhdid, qorxu, şantaj, hədə dolu çətin mübarizəyə başladı. Oğlunun atası (keçmiş həyat yoldaşı) oğlunun h aqqı uğrunda mübarizə aparmasına razı olmadı, icazə vermədi, olanlarla barışmağını tələb etdi. X2 zərərçəkmiş şəxs qismində tanındığı cinayət işləri üzrə cəlb edilmiş təqsirləndirilən şəxslər və hələ də istintaqa cəlb olunmayan digər şəxslər, zərərçəkmişlərə işgəncə verən, bu prosesi təşkil edən zaman Azərbaycan dövlətini təmsil edirdilər və bir çoxları bu gün də təmsil edirlər. Yəni adi mülki vətəndaş kimi yox, hərbi hissənin Müdafiə Nazirliyi tərəfindən təyin edilmiş hərbi rütbəli vəzifəli şəxsləri kimi çıxış ediblər. Azərbaycan Respublikası Baş Prokurorluğunun yaydığı rəsmi məlumatlardan görünür ki, 2017-ci ilin may-iyun ayları ərzində Ağdam, Tərtər, Beyləqan və digər rayonlar ərazisində həm 1-ci, həm də 2-ci Ordu korpuslarının tərkibinə daxil olan müxtəlif hərbi hissələrdən N nəfər hər bi qulluqçu (zabit, gizir, müddətdən artıq və müddətli hərbi xidmət hərbi qulluqçuları) qanunsuz olaraq azadlıqdan məhrum edilmiş, işgəncəyə və qeyri-insani rəftara məruz qalmışlar ki, onlardan da 11 nəfəri bu qanunsuz proses zamanı həyatlarını itirmişdir. Başqa sözlə, cinayət əməlləri Müdafiə Nazirliyinin tabeçiliyində olan 1 Ordu korpusunda yüzlərlə hərbi qulluqçunu əhatə etmişdir, cinayət əməlləri qısa müddət ərzində deyil, ən azı 2 ay ərzində davamlı şəkildə həyata keçirilmişdir. Bu səbəblərdən də təqsirləndirilən şəxslərin belə böyük miqyasda və uzun müddət ərzində həyata keçirdiyi qanunazidd əməllər nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi yuxarıda istinad edilən Mülki Məcəllənin 1100-cü maddəsinin tələbləri əsasında həyata keçirilməlidir. Bununla bağlı vurulmuş mənəvi ziyanı n əvəzini hər hansı bir pul qarşılığında kompensasiya etmək mümkün olmasa da, o nisbi olaraq, ona vurulmuş mənəvi zərəri ******* manat məbləğində qiymətləndirir. Həmçinin, bundan sonra həyatı yurd-yuvasından, evindən təsərrüfatından ayrı düşərək, kirayələrdə, işsiz və gəlirsiz qalıb, haqsızlıqlarla mübarizə aparmaqla, vəkil axtarmaq, ona pul ödəmək, yüzlərlə dövlət idarələrinə qəbullara getmək, teleqramlar, ərizələr, şikayətlər göndərmək, digər ailələri tapıb onlarla birləşmək, birgə hərəkət etməklə mübarizə aparmaq, sübutlar toplamaq, Tərtər, Gəncə, Şəki və Bakı şəhərlərində illərlə gedən məhkəmələrdə iştirak etməklə davam edib. Bütün bunlar isə, qaçılmaz şəkildə mənəvi ağır psixoloji travmaları birə on qat artırıb, eyni zamanda onsuz da çətin olan maddi vəziyyətini daha da pisləşdirib, dəfələrlə, borc almağa məcbur olub. Çünki heç bir yerdə işləmirdi, onu işə götürmürdülər, ona “vətən xaininin anası” kimi baxırdılar. Bütün bunlarla yanaşı, həm də maddi gəlirindən, həmçinin əldən çıxmış fayda olaraq digər gəlirlərindən məhrum olub. Belə ki, Elçin Quliyev işlədiyi müddət ərzində, yəni 2017-ci ilin may ayının 6-a qədər hər ay, 850 manat maaş qismində və digər əlavə ödənişlər almışdır. Əgər 2017-ci ilin iyun ayında öldürülməsə idi, E.Quliyevin öldürüldüyü tarixdən iddia verilən günə qədər keçən 85 ay ərzində onun maaşı, 72.250 manat edir (85 ay X 850 = 72.250). Bundan başqa, Elçin Quliyev işlədiyi müddətdə dövlətdən hər ay olmaqla, kirayə pulu 262,50 manat (85 ay X 262,50 = 22.312), ildə bir dəfə olmaqla maddi yardım 370 manat (7 il X 370 = 2.590), məzuniyyət pulu 430 manat (7 il X 430 = 3.010) və 13-cü maaş 680 manat (7 il X 680 = 4760) alıbdır. Cəmi: 32.672 manat. Ümumi məbləğ: 104.922 manat. Bundan əlavə, əldən çıxmış fayda olaraq, vəzifədə yüksəliş, hərbçilərin maaşların artırılması, həmin pulun müəyyən bir qisminin hansısa, bir işə yatırılaraq əlavə gəlirlərin də əldə olunması nəzərə alınsa, ümumilikdə ailənin itirdiyi vəsait 500.000 manat məbləğində dəyərləndirilməlidir. O maddi çətinliklər ucbatından bir neçə dəfə müxtəlif vaxtlarda, müxtəlif şəxslərdən ümumilikdə 10000 manatdan çox borc götürməyə məcbur olub. Bundan əlavə, oğlunun əsassız ittiham və işgəncələr nəticəsində, eyni zamanda dövlətə xəyanət kimi ağır mənəvi iztirab verən cinayətdə əsassız ittiham edilərək öldürülməsi nəticəsində ciddi psixoloji travmalar alıb və bu səbəbdən fiziki sağlamlı ğına zərər dəyib. Bu psixoloji travmaların müalicəsi uzun müddətli və çox bahalıdır, həmçinin digər müxtəlif tipli xəstəliklərlə üz-üzə qalıb, əməliyyat olunub. Lakin heç vaxt maddi imkansızlıqdan tam müalicə olunmayıb. Çünki bu xəstəliklərin müalicəsi, həkim qəbulu, alınacaq dərmanlar ümumi müalicə kursları böyük məbləğlər tələb edir. Beləliklə, tam reabilitasiya və fiziki sağlamlığına vurulmuş zərəri aradan qaldırmaq üçün təxminən, 10000 manat civarında vəsait lazımdır. 2017-ci ildən hazırkı tarixə qədər Bakı şəhəri də daxil olmaqla, respublikanın bir çox şəhər və rayonlarında gedən məhkəmə proseslərində və digər proseslərdə iştirak etmək üçün çəkilən xərclər 15000 manat civarında dəyərləndirilməlidir. Xüsusi sənədləşmiş sübutları olmayan xərclərlə bağlı, eləcə də mənəvi ziyanla bağlı mə hkəmə təcrübəsində adətən bu cür qaçılmaz olaraq çəkilən xərclər məsələsi nəzərə alınır, obyektiv olaraq xərclərin qaçılmaz şəkildə çəkilmiş olması ən azından onların hamısının da olmasa bir qisminin tanına bilinməsi üçün əsas ola bilər. Qeyd edilməlidir ki, Elçin Quliyev 2017-ci ilin may ayının 3-də qanunsuz saxlanılaraq işgəncələrlə öldürüldükdən sonra ölkədə həm ümumi, həm sahəvi-xüsusi inflyasiya daim olub: ərzaq, geyim və s. bazarı, əmək bazarı, əmlakkirayə və torpaq alqı satqı bazarı və s. Buna görə də, bütün tanınacaq olan zərərlərin aid olduqları sahələr üzrə və ümumi ölkə inflyasiyası göstəricilərinə uyğun indeksləşməsi aparılmalı və həmin məbləğlər də cavabdehdən tələb edilməlidir.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli, 2(006)2968/2024 nömrəli qə tnaməsi ilə (hakim R.Xəlilov) iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq 10.000 manat məbləğində pulun İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi iddia tələbinin “639.922 manat məbləğində maddi ziyanın indeksasiya edilməklə ödənilməsi” hissəsi ilə əlaqədar göstərmişdir ki, məhkəmə tərəfindən maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Maddi zərər tələbi üzrə araşdırma aparılarkən şəxsin ehtimal edilən deyil, məhz real zərər və əldən çıxmış fayda qismində zərərə məruz qalması halı müəyyənləşdirilməli, habelə həmin zər ərin məbləği mülahizə əsasında və ya ağlabatan həddə deyil, yalnız buna dair təsdiqedici sübutlar əsasında tutulmalıdır. Əldən çıxmış fayda qismində zərər tələbində də şəxsin onu əldə etmək üçün əvvəlcədən gördüyü tədbirlər, bu məqsədlə hazırlıq işlərinin mövcud olub-olmaması, işlədiyi dövrdə real gəlirləri və s. nəzərə alınmalıdır. Mənəvi zərərin indeksləşməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, qanunvericilikdə mənəvi ziyanın indeksləşdirilməsi nəzərdə tutulmamışdır.
9. Hazırda iddiaçı oğlunun ölümündən sonra keçən 85 ay ərzində orada işləməyə davam edəcəyini, hər ay kirayə pulu, birdəfəlik müavinət, məzuniyyət pullar alacağını, vəzifəsinin və maaşının artacağını, aldığı maaşla investisiya edərək, daha çox pul qazanacağını bildirsə də, bunlar sadəcə ehtimallardan ibarət olmuşdur. Bunun la yanaşı, iddiaçı səhhəti ilə bağlı tələb olunan və məhkəməyə gediş-gəlişlə bağlı çəkdiyini, kimlərdəsə borc pul aldığına dair (səbəbli əlaqəni) iddia etdiyi xərclərə bağlı heç bir mötəbər sübutu məhkəməyə verməmişdir. Bundan əlavə iddiaçı iddia ərizəsində bütün maddi zərərlə bağlı ümumiyyətlə heç bir sübutu məhkəməyə təqdim etməmişdir.
10. Birinci instansiya məhkəməsi iddia tələbinin “5.000.000 manat məbləğində mənəvi ziyanın indeksasiya edilməklə ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, işin mübahisəsiz halıdır ki, iddiaçının oğlunun Müdafiə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən işgəncələrə məruz qalmaqla öldürülməsi iddiaçıda narahatlıq, məyusluq hissləri yaratmış və ona stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmaqla, ailələrinin cəmiyyətd əki nüfuzuna xələl gətirmişdir. Lakin ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 5.000.000 manat məbləğində kompensasiyanın indeksasiya edilməklə ödənilməsi tələbinin təmin edilməsi mümkün deyildir. Belə ki, mənəvi zərərin kompensasiya edilməsinin məqsədinin zərərçəkmiş şəxsi zənginləşdirmək deyil, məhz onu mənəvi cəhətdən rahatlaşdırmaq olması nəzərə alınmalıdır.
11. Birinci instansiya məhkəməsi işin bütün diqqətəlayiq hallarını (zərərçəkənlərin çoxluğunu, təqsirin növünün ehtiyatsızlıqdan olmasının müəyyən edilməsini, zərərçəkənin şəxsiyyətini, peşəsini və digər) nəzər alaraq hesab etmişdir ki, iddiaçıya dəymiş mənəvi zərərin 10.000 manat məbləğində qiymətləndirilməsi daha ədalətli və ağlabatandır.
12. Məhkəmə iddia tələbinin oğlunun sağlığında maaş qismində aldığı pul vəsaitinin hər ay öm ürlük olmaqla pensiya kimi iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin hissədə də tələb əsassızdır. Belə ki, Maliyyə Nazirliyi bu tələb üzrə əsl cavabdeh ola bilməz. İddiaçı bu tələblə əvvəlcə mərhum oğlunun işlədiyi aidiyyəti quruma müraciət edə, həmin qurum onun müraciətinə müsbət cavab vermədiyi təqdirdə isə məsələni aidiyyəti inzibati məhkəmədə mübahisələndirə bilər. Qeyd olunan məsələ inzibati orqanla vətəndaş arasında olan mübahisə olduğundan əlavə cavabdehin cəlb edilməsinin iddiaçıya təklif edilməsi məhkəmə tərəfindən məqsədə müvafiq hesab olunmamışdır.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1097.1, 1100-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə, “Azərbayca n Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
14. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 dekabr 2024-cü il tarixli, 2(103)-6749/2024 nömrəli qətnaməsi ilə (hakim V.N.Sadıqovun sədrliyi və məruzəsi ilə, hakimlər X.A.Mərdanova və S.X.Bəhrəmzadə) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli, 2(006)-2968/2024 nömrəli qətnaməsi mənəvi zərər məbləğinə aid hissədə dəyişdirilmiş, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə ödənilməli olan mənəvi zərərin məbləği 60.000 manat müəyyən edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi maddi zərərlə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, qeyd olunan məbləğlərdə ziyanın dəyməsi işin hallarından sübuta yetirilmir, iddiaçı tələb etdiyi məbləğlərdə ziyan dəydiyini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Maddi zərər tələbi üzrə araşdırma aparılarkən şəxsin ehtimal edilən deyil, məhz real zərər və əldən çıxmış fayda qismində zərərə məruz qalması halı müəyyənləşdirilməli, habelə həmin zərərin məbləği mülahizə əsasında və ya ağlabatan həddə deyil, yalnız buna dair təsdiqedici sübutlar əsasında tutulmalıdır.
17. Apellyasiya kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçıya mənəvi zərər dəyməsi barədə düzgün nəticəyə gəlsə də, dəymiş mənəvi ziyana görə onun xeyrinə 10000 manat tutulmasını qanuni hesab edərkən səhvə yol vermişdir. Belə ki, məhkəmə tərəfindən bu zaman mənəvi sarsıntı və iztirabların ağırlıq dərəcəsi və səbəb olduğu nəticələr lazımınca qiymətləndirilməmişdir. İddiaçının oğlunun Müdafiə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən işgəncələrə məruz qalmaqla öldürülməsi iddiaçıda narahatlıq, məyusluq hissləri yaratmış və ona stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmaqla, ailələrinin cəmiyyətdəki nüfuzuna xələl gətirmişdir. Məhkəmə iddiaçıya ödənilməsi qət olunmuş ziyanın məbləğini ağlabatan və ədalətli saymamış və hesab etmişdir ki, həmin məbləğ 60.000 manat məbləğində müəyyən olunmalıdır.
18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 21.3, 1101.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 384.0.3-cü maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
19. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməs i Mülki Kollegiyasının 24 dekabr 2024-cü il tarixli, 2(103)-6749/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 21.1, 21.2, 21.3, 1101.1-ci, Mülki Prosessual Məcəllənin 14.1, 88, 217.1-ci maddələrinin tələblərini pozmuşdur.
21. Belə ki, dövlət orqanları təqsirkar şəxslərin müəyyən edilməsi və cəzalandırılması üçün hərtərəfli və effektiv araşdırma aparmamış, zərərçəkmiş şəxslərdən və ailələrindən üzr istənilməmiş, ədalətli şəkildə kompensasiya ödənişi edilməmişdir. Zərərçəkmiş şəxsin şəxsiyyəti, hansı mənəvi sarsıntı və iztirablara məruz qalması və nədə ifadə olunması, bunların hansı şəraitdə və hansı hərək ət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsiri nəzərə alınmamışdır.
22. Həmçinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
23. Bu kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 1096-cı, Mülki Prosessual Məcəllənin 387.2.8-ci, “Büdcə sistemi haqqında” Qanunun 15 və 17-ci maddələri pozulmuşdur. Belə ki, hazırkı halda vurulmuş ziyana görə Maliyyə Nazirliyi deyil, aidiyyəti pozuntunu törədən orqan cavabdeh qismində cəlb edilməlidir. İddiaçıya münasibətdə cavabdeh heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən he ç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbinin cavabdeh Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən, müvafiq qərarlar qəbul edən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Həmçinin formalaşdırılmış məhkəmə təcrübəsinə görə, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində 1 ay azadlıqdan məhrumetmə yerində cəza çəkmiş şəxsə ödənilən mənəvi zərərin miqdarı təqribən 10001500 manat müəyyən edilir. Hazırkı işdə isə 6 gün üçün 60000 manat məbləğində kompensasiya müəyyən olunmuşdur.
24. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
25. Kassasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri:
26. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli mə hkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
27. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı və cavabdeh tərəfindən qarşılıqlı olaraq müvafiq iddianın təmin olunan və rədd olunan hissələri mübahisələndirildiyindən, hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
28. Azərbaycan Respublikasının Konstitusiyasının 68-cı maddəsinin İİ hissəsinə görə hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödə nilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 43.3-cü maddəsinə əsasən Azərb aycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli öz ünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 30. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2002-ci il tarixli Qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə v ə ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruri dir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. 31. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı i nsanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesa b olunur. 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcad an müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.2-ci maddəsinə əsasən kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri 2 məsələ ilə bağlıdır: cavabdeh iddiaçıya qarşı delikt törətmədiyi üçün mülki məsuliyyət daşımamalıdır; tutulan məbləğ məhkəmə təcrübəsində qəbul edilən məbləğdən artıqdır.
35. Cavabdehin kassasiya şikayətində m übahisələndirilən ilk məsələ ilə bağlı məhkəmə kollegiyası əvvəlcə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən təhqiqat və istintaq orqalarının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı mənəvi zərər olaraq 10000 manat məbləğində vəsaitin Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsindən tutulması qət olunsa da, cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verməmişdir. Bununla, cavabdeh Azərbaycan Respublikasının ödəməli olduğu təzminatın Maliyyə Nazirliyi vasitəsi ilə həyata keçirilməli olmasını qəbul etmişdir.
36. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə görə Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlah iyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Yəni dövlət orqanlarının fəaliyyəti nəticəsində hər hansı şəxsə ziyan vurulduqda, Azərbaycan Respublikası qanunla müəyyən olunan hədlərdə məsuliyyət daşıyır.
37. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrin də dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
38. Hazırkı iş üzrə iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddiaçıya kompensasiya qismində pul vəsaiti Dövlət büdcəsi hesabına Dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və Dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən ödənilməlidir. Yəni, hazırkı halda Maliyyə Nazirliyi iddiaçıya bilavasitə zərərvuran şəxs olaraq deyil, Dövlətin adından Dövlət vəsaitini idarə edən orqan qismində məsuliyyət daşıyır. Bu səbəbdən Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunması v ə iddianın ona münasibətdə təmin olunması ilə hüquq normaların pozulmasına səbəb olmamışdır.
39. Məhz bu hallar nəzərə alınmaqla, birinci instansiyası məhkəməsi iddianı qismən təmin edərkən, iddiaçıya vurulan ziyanın “Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi”ni qət etmişdir.
40. Cavabdehin kassasiya şikayətinin digər dəlili müəyyən olunan kompensasiya məbləğinin məhkəmə təcrübəsinə uyğun olmaması ilə bağlıdır. Bu hissədə də kassasiya kollegiyası cavabdehin dəlili ilə razılaşmır və qeyd edir ki, onun istinad etdiyi təcrübə şəxsin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının hərəkətləri nəticəsində şəxsin qanunsuz olaraq azadlıqdan məhrum edilməsi ilə bağlıdır. Hazırkı halda isə, iddiaçının oğlunun azadlıq hüququnun pozulması ilə yanaşı onun işgəncələrə məruz qalması və bu işgəncələrin nəticəsində vəfat etməsi müəyyən olunmuşdur.
41. Məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçıya vurulmuş mənəvi ziyana görə apellyasiya instansiyası məhkəməsi tərəfindən tutulan kompensasiya məbləği işin hallarına, oğlunun qanunsuz həbsi və işgəncələrə məruz qalaraq ölməsi nəticəsində iddiaçının çəkdiyi mənəvi sarsıntı və iztirablara, eyni zamanda formalaşmış məhkəmə təcrübəsinə uyğundur.
42. Bu zaman, iddiaçının verdiyi kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, mənəvi ziyanın məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olmaqla, şəxsin maddi qazanc əldə etməsinə yönəlməməlidir. Bu səbəbdən, məhkəmə kolleg iyası iddiaçının mənəvi ziyana görə tələb etdiyi 5.000.000 manat məbləğində kompensasiyanı qeyd olunan meyarlara uyğun hesab etmir.
43. İddianın maddi ziyanla bağlı hissəsi isə tam olaraq sübut etmədən asılıdır. İddiaçı istintaq orqanın hərəkətləri nəticəsində onun maddi ziyana uğramasını iddia etsə də, bu tələblə bağlı işin faktiki hallarını araşdıran məhkəmələrə hər hansı sübut təqdim etməmişdir.
44. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəfləri n birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
45. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 dekabr 2024-cü il tarixli, 2(103)-6749/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.