Məhkəmə qərarları › İş №2(102)-1210/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1210/2024

22.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1210/2024 22.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4nə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əqdin etibarsızlığı, vicdanlı əldə edən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 MTK-ya və Azərbaycan Respubl ikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mənzilin rəsmiləşdirilməsi barədə sənədlərin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)5844/2023 nömrəli, 29 noyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra - iddiaçı) ilə Cavabdeh3 xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar.

2. Cavabdeh4 (bundan sonra – MTK) ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2013cü il tarixli, 238 saylı kooperativ binada mənzi l tikintisi haqqında müqaviləyə əsasən MTK Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsi 3203-cü məhəllədə yerləşən MTK tərəfindən tikilmiş 2 saylı binanın 9-cu mərtəbəsində yerləşən 47 №-li mənzili (bundan sonra – mübahisəli mənzil) payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. MTK xx.xx.2013-cü il tarixdə Cavabdeh3 mübahisəli mənzilin dəyərinin tam ödənildiyi barədə arayış təqdim etmişdir. 3. 03.04.2014-cü il tarixdə iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuşdur.

4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2244/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə mübahisəli mənzilə olan payın 1/2 hissəsinə iddiaçının, 1/2 h issəsinə isə Cavabdeh3 payları müəyyən edilmiş, həmçinin iddiaçıdan Cavabdeh3 xeyrinə 40609 manat pulun tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-1914/2017 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2244/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin icrasının təmin edilməsi üçün borclu İddiaçı mübahisəli mənzilə olan payının (mənzilin ½ hissəsinin) üzərinə həbs qoyulmuşdur. İcra məmurunun sifarişi əsasında "xxxx" MMC tərəfindən mənzilin bazar dəyəri 90000 manat müəyyən edilmişdir. Qərardadın icrası qaydasında iddiaçının mənzildə olan payı Binəqədi rayon İcra şöbəsinin rəsmi məktubuna əsasən 45000 manat dəyərində borc əvəzinə Cavabdeh3 təklif olunmuş, tələb kar təklif olunan payı borcun əvəzi olaraq qəbul etmiş, 4391 manat qiymət fərqini Binəqədi rayon İcra şöbəsinin depozitinə ödəmişdir. Binəqədi rayon İcra və Probasiya şöbəsinin böyük icra məmurunun xx.xx.2018-ci il tarixli qərarı ilə əmlak borc tələbi üzrə tələbkar Cavabdeh3 verilmiş, mübahisəli əmlakın iddiaçıya aid ½ hissəsinin də sonuncunun adına rəsmiləşdirilməsi üçün qərar aidiyyəti üzrə Cavabdeh4 MTK-ya göndərilmişdir.

6. Sonradan Cavabdeh3 mənzilə tam pay hüququ tanınmış, onun ərizəsi əsasında mənzil Cavabdeh1 adına sənədləşdirilmiş, xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində mənzilə mülkiyyət hüququ onun adına qeydə alınmışdır.

7. AN-İ seriyalı ******* №li, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Cavabdeh1 mübahisəli mənzili 110000 manata Cavabdeh2 satmış, mənzil xx.xx.2021-ci il tarixdə tam mülkiyyət hüququ ilə sonuncunu adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 MTK-ya və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – Reyestr xidməti) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilin, Cavabdeh4 MTK-nın rəhbərliyi tərəfindən Cavabdeh3 razılığı ilə MTK-nin əməkdaşı olan Cavabdeh1 adına MTK-nın payçısı kimi qeydiyyata alınmasına, mənzilin adına rəsmiləşdirilməsi barədə protokol v ə aparılmış sənədləşdirmənin, bu sənədləşdirmə əsasında Reyestr xidmətində Cavabdeh1 adına aparılmış xx.xx.2020-ci il tarixli, **********30-**********0 saylı reyestr qeydiyyatının, bu qeydiyyat əsasında həyata keçirilmiş xx.xx.2021-ci il tarixli, AN-İ №0955912 saylı alqısatqı müqaviləsinin və bu müqavilə əsasında mülkiyyət hüququna dair Cavabdeh2 adına aparılmış xx.xx.2021-ci il tarixli, ********** saylı reyestr qeydiyyatının və Reyestr xidməti tərəfindən verilmiş 593864 saylı çıxarışın ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil onunla keçmiş əri Cavabdeh3 arasında məhkəmə qaydasında bölündükdən sonra mübahisəli mənzilə köçürülməsi barədə iddia qaldırmış və iddiası təmin edilmişdir. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2016-cı il tarixli qətnaməsi ilə ərinin qarşılıqlı iddiası əsassız təmin olunduğu üçün 40609 manatın tutulması hissəsində icra sənədi üzrə borclu hesab olunmuşdur. Lakin, maddi imkanı və pul vəsaiti olmadığından borclu kimi ondan keçmiş ərinin xeyrinə 40609 manat pulun tutulması hissəsində məhkəmə qətnaməsinin icrası təmin olunmamışdır. Bundan sonra, iddiaçının heç bir məlumatı olmadan, atılan addımlar barədə ona heç bir məlumat verilmədən, icra məmuru mübahisəli mənzilin iddiaçıya məxsus 1/2 hissəsinin üzərinə məhkəmə qərardadı ilə həbs qoyulmasına nail olmuş, mənzil hərraca çıxarılaraq satılmış və xx.xx.2018-ci il tarixdə satışdan əldə olunmuş 40609 manat məbləğində pul vəsaitinin Cavabdeh3 ödənilməsinə dair məlumat vermişdir. Bu faktlard an xəbər tutduqdan sonra onun şikayəti əsasında mübahisəli mənzilin pay hissəsi üzərinə həbs qoyulması barədə qərardad ləğv edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(001)-952/2019 saylı qərardadı ilə mənzilin üzərinə həbs qoyulmasına dair icra məmurunun vəsatəti rədd edilmişdir. Lakin, bu yaxınlarda iddiaçı həmin mənzilə köçmək istəyən zaman məlum olmuşdur ki, keçmiş həyat yoldaşı Cavabdeh4 MTK rəhbərliyinin bilavasitə yaxından yardımı və iştirakı ilə mənzili MTK-nın əməkdaşı, yəni komendantı olan, cavabdehlərdən Cavabdeh1 adına qeydiyyata alınmasını həyata keçirmiş, sonuncu isə öz növbəsində mənzil üzərində mülkiyyət hüququnu qeydə aldırmış, izi daha da azdırmaq üçün iddiaçının bildiyinə görə orada xadimə işləmiş cavabdehlərdən Cavabdeh2 satmışdır. Görün düyü kimi iddiaçının adına hər hansı digər daşınmaz əmlak olmadığı halda özünün və himayəsində olan xəstə uşağının yeganə yaşayış yeri olan mənzilin pay hissəsi qanuna zidd olaraq və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı qüvvədə olduğu halda özgəninkiləşdirilmişdir. Bu isə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin fiziki şəxs barədə icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısının təsdiq edilməsi barədə xx.xx.2002-ci il tarixli qərarının tələblərinə ziddir və iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152-153-cü maddələri ilə nəzərdə tutulan mülkiyyət hüquqlarının kobud surətdə pozulması ilə nəticələnmişdir.

10. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə yə iddia ərizəsinə qarşı etiraz təqdim edərək, iddia ərizəsinin təmin olunmamasını xahiş etmişdir.

11. Cavabdehlər Cavabdeh4 MTK-nın və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil3 məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edərək, iddianın əsassız olduğundan və iddia müddətinin keçməsi səbəbindən rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi X1 iddia ərizəsini qəbul etməyərək, izahatında göstərmişdir ki, mənzilin qiyməti əvvəl 130.000 manata deyilsə də, razılaşma nəticəsində o, mənzili Rahimdən 110.000 manata almış, mənzilin pulunu Rahimə vermişdir. Cavabdeh2 heç vaxt Cavabdeh4 MTK-da xadimə işləməmişdir. Aldıqları mənzil təmirsiz olduğundan təmir işlərinə başlamışdır. 6 ay sonra, xx.xx.2021-ci il tarixdə, təmir işlərinin başa çatdığ ı gün iddiaçı mənzilə gəlmiş, mənzilin onların olmasını demişdir. xx.xx.2021-ci il tarixdən daimi olaraq ailəsi ilə birlikdə mübahisəli mənzildə yaşayır. Vicdanlı alıcı olduğundan iddia ərizəsi təmin edilə bilməz.

13. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-2333/2023 nömrəli, 04 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim Səadət Səlimova) iddia təmin edilməmişdir.

14. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, iddiaçı məhkəmə aktına əsasən payı müəyyən olunan daşınmaz əmlaka dair bağlanan əqdlərin ləğv olunmasını xahiş etsə də, iddia ərizəsində istinad etdiyi maddi hüquq normalarından görünür ki, iddiaçı əslində həmin əqdlərin etibarsız olmasını tələb edir.

15. Məhkəmə müəyyən etmişdir ki, borcun əvəzi olaraq tələbkar qismində Cavabdeh3 təkl if olunan daşınmaz əmlakın 1/2 hissəsi sonucu tərəfindən özgəninkiləşdirildikdən sonra, əldə edənlərin həmin mənzilin mübahisəli olmasından məlumatları olmamışdır. Belə ki, iddiaçının mənzildə olan payı Binəqədi rayon İcra şöbəsinin rəsmi məktubuna əsasən Cavabdeh3 təklif olunmuş, təklif olunan əmlak qəbul edilmədiyi halda icra sənədinin icra olunmadan geri qaytarılacağı bildirilmiş, tələbkar təklif olunan payı borcun əvəzi olaraq qəbul edib, fərq dəyərini Binəqədi rayon İcra şöbəsinin depozitinə ödəmiş və mənzil üzərində sərəncam vermişdir. İddiaçı mənzilə dair müqavilə bağlayan cavabdehlərin qəsdən mənzilin özgəninkiləşdirilməsini bildirsə də, məhkəmə araşdırması zamanı iddia tələbində istinad etdiyi bu halı sübuta yetirə bilməmişdir. Əksinə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mənzili hər dəfə əldə edən yeni mülkiyyətçi müəyyən vaxt keçdikdən sonra onun üzərində sərəncam vermiş, sonuncu əldə edən Cavabdeh2 isə təmirsiz aldığı mənzili təmir edərək, ailəsi ilə birlikdə bu mənzildə yaşayır.

16. Məhkəmə hesab etmişdir ki, mübahisəli mənzili əldə edən cavabdehlər həmin əmlakın mübahisəli olmasını bilmədikləri üçün vicdanlı alıcı olduqlarından, iddiaçı mübahisəli mənzili əldə edən cavabdehin reyestrdəki qeydin qeyri-dəqiq olmasını bildiyini sübuta yetirə bilmədiyindən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olduğundan və vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanıldığından, iddiaçının vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürmək hüququ olduğundan iddia tələbləri təmin edilə bilməz.

17. Məhkəmə, həmçinin cavabdehlər Cavabdeh4 MTK-nın və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil3 iddiaçının tələbinə iddia müddətinin tətbiqi ilə bağlı etirazında istinad etdiyi hala münasibətdə qeyd etmişdir ki, mülkiyyətçinin hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə iddia müddəti şamil edilmir.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60cı, Mülki Məcəllənin 140, 144.1, 144.2, 144.2-1, 144.3, 148.3, 149.2, 324.1, 337.1, 337.2, 337.3, 337.4, 567, 568.1, 568.2, 646.1, 646.2, 648.1, 384.0.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 82.3, 88 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəm əsindəki icraat

19. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, mənzilinin bazar dəyəri icra icraatı zamanı müəyyən edildiyi kimi 90000 manat deyil, hal-hazırda 200000 manat civarındadır.

21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5844/2023 saylı, 29 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), F.V.Abdıyev və F.H.Qasımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırılması ilə razılaşmış, həmçi nin qeyd etmişdir ki, mübahisəli mənzili hər dəfə əldə edən yeni mülkiyyətçi müəyyən vaxt keçdikdən sonra onun üzərində sərəncam vermiş, sonucu əldə edən Cavabdeh2 isə təmirsiz aldığı mənzili təmir edərək, ailəsi ilə birlikdə bu mənzildə yaşayır.

23. Məhkəmə gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29 və 60-cı maddələrinə, Mülki Məcəllənin 5, 152, 140, 144, 148, 149, 324, 337, 567, 568, 646 və 648-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, işin yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılmasını xahiş etmişdir.

25. Kassasiya şikayəti iddianın və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandı rılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

27. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

28. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

29. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə e dən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

30. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.

31. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

32. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdı r. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

33. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

34. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

35. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Mülki Prosessual Məcəllə

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etmə lidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instan siyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mö vqeyi

43. Apellyasiya instansiyası məhkəməsinin aktını kassasiya şikayətinin dəlilləri əsasında yoxlayan Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin dəlillər əsasında ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.

44. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırmalarla razılaşır.

45. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsind ə belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

46. Qeyd olunanları nəzərə alaraq, Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5844/2023 nömrəli, 29 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar