Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1210/2025 16.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehə qarşı iş üzrə QƏRARI Açar sözlər: borc münasibətləri, mövcud borcun etirafı haqqında mücərrəd müqavilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehə qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 dekabr 2024-cü il tarixli 2(103)6473/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh İddiaçı 24000 manat pul borclu olduğuna dair 2017-ci il tarixdə, 20600 manat pul borclu olduğuna dair 15 yanvar 2022-ci il tarixdə iltizam imzalamışdır.
2. Cavabdeh ərizə ilə Binəqədi RPİ-yə müraciət edərək, İddiaçı tərəfindən onun əmlakının ələ keçirildiyini, iki ədəd yazılı qəbz təqdim edərək, həmin qəbzlərdə olan yazıların və imzaların ona aid olmadığını biuldirmişdir. Binəqədi rayon RPİ İstintaq Şöbəsinin müstəntiqi tərəfindən ********* nömrəli cinayət işi üzrə xx.xx.2022-ci il tarixli qərarla məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, təqdim edilmi. 2 ədəd qəbzdə olan yazıların və imzaların Cavabdeh tərəfindən icra edilib edilməməsi barədə sual qoyulmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərk əzinin 13 mart 2023-cü il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, ekspertizaya təqdim edilmiş, ********* nömrəli cinayət işinin materiallarında olan dama-dama dəftər vərəqi üzərində “Мəн Мамаjева Кулмира Низамедин....” sözləri ilə başlayıb, “....Мамаjева” sözləri ilə bitən, X1 adından olan 24.000 manata dair borc qəbzində olan yazılar, “Имза” sözünün qarşısındakı imzadan və “Мамаjева” sözünün aşağısındakı imza, materialda olan dama-dama dəftər vərəqi üzərində “Мəн Мамаева Гулмира....” sözləri ilə başlayıb, “....Мамаева Гулмира” sözləri ilə bitən X1 adından olan 20.600 manata dair borc qəbzində olan yazılar və Мамаjева Гулмира yazısının aşağısındakı imza - X2 tərəfindən icra olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabd eh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 2017-ci il tarixli sadə yazılı qəbz üzrə 24000 manat, 2022-ci il tarixli sadə yazılı qəbz üzrə 20600 manat olmaqla, ümumilikdə 44600 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, uzun müddət hazırda yaşadığı ünvanda cavabdehlə qonşuluqda yaşamış, cavabdehlə ailəvi gediş-gəliş münasibətləri olmuşdur. O, vergi ödəyicisi olaraq fiziki şəxs kimi müxtəlif cehizlik və digər əşyaların satışı ilə məşğul olmuşdur. Həmin müddətdə cavabdeh ondan dəfələrlə müxtəlif adda əşyaları qonşuluq-yaxınlıq münasibətlərindən istifadə etməklə nisyə olaraq almış, sonradan pulunu ödəmiş, beləliklə onun cavabdehə etibarını möhkəmlətmişdir. Sonradan 20 17-ci ildə cavabdeh ondan 10000 manat pulu nağd şəkildə, 14000 manatlıq əşyanı isə nisyə olaraq, satıb pul qazanması üçün borca almış, tezliklə bu borcu qaytaracağına dair vəd versə də, pulu qaytarmışdır. Bunu cavabdehin özünün sadə yazılı qəbzi də təsdiq edir. Cavabdeh ona borclu olsa da, onların münasibətləri yaxşı olduğundan, o, borcun qaytarılması üçün cavabdehə təzyiq göstərməmiş, borcunun qaytarılacağına ümid etmişdir. Sonradan 2020ci ildə cavabdeh yenidən ona müraciət edərək, qızını evləndirmək üçün cehiz əşyalarına, həmçinin biraz pula ehtiyacı olduğunu bildirmiş, onunla qonşuluqda yerləşən evi təmir edib satdıqdan sonra ona əvvəlki borcunu, yəni 24000 manatı, eləcə də indi götürəcəyi borcu cəm şəkildə qaytaracağına vəd vermişdir. O, cavabdehə inanıb həmin il ərzində hissəhissə olm aqla, cəmi 30600 manat pulu borc olaraq cavabdehə vermişdir. Cavabdeh həmin borcdan ona cəmi 10000 manatını qaytarmış, 20600 manat qaytarılmamışdır. O, borcun qaytarılması üçün məsuliyyəti yaransın deyə 2022-ci ildə cavabdehdən borcunu yazı ilə təsdiq etməsini tələb etmiş və cavabdeh 15 yanvar 2022-ci il tarixdə sadə yazılı qəbzlə ona 20600 manat borcu olduğunu etiraf etmişdir. Bundan sonra cavabdeh nədənsə ondan Bakı şəhər Baş Polis İdarəsinə şikayətlə müraciət etmiş, şikayətinin araşdırması zamanı ifadəsində göstərmişdir ki, güya ona təxminən 140000 manat borcu olmuş, həmin borcdan 110000 manatı ödəmiş, 30000 manat borcu qalıq qalmışdır və hazırda o, cavabdehi borcu ödəsin deyə təhdid edir. Halbuki, araşdırma zamanı onun əməlində təhdidlə bağlı cinayət tərkibinin olması sübuta yetmədiy indən, araşdırma yekunlaşmışdır. Cavabdehin ona olan borcunu qaytarmaq əvəzinə onun barəsində əsassız şikayətlər verməsini gördükdə o, borcunu məhkəmə qaydasında tələb etmək qərarına gəlmişdir. Məlumat üçün bildirir ki, məhkəmə-xətşünaslıq ekspertizasının rəyinə əsasən, iddia ərizəsinə qoşma etdiyi əlyazma qəbzlərin məhz cavabdeh tərəfindən yazıldığı, imzalandığı öz təsdiqini tapmışdır.
5. Birinci instansiya məhkəməsi tərəfindən xətşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 may 2024-cü il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, ekspertizaya təqdim edilmiş, mülki işin 31-ci vərəqində yerləşən dama-dama vərəq üzərində “Мəн Мамаjева Кулмира Низамеддин гызы Əзимова …” sözləri ilə başlayıb, “... jаздым 2017 чи ил Имза Мамаева” sözləri ilə bitən qəbzdəki əlyazmalar və həmin qəbzdə “...Мамаjева” əlyazmasının qarşısındakı və aşağı hissəsindəki imzalar; 32-ci vərəqində üzərində “Мен Мамаева Гуьлмира Музамуддин гызы Туьнзале …” sözləri ilə başlayıb, “...15 январ имза Мамаева Гуьлмира” sözləri ilə bitən qəbzdəki əlyazmalar və həmin qəbzdə “...имза..” əlyazmasının qarşısındakı və “...Мамаева Гуьлмира” əlyazmalarının aşağı hissəsindəki imzalar – Cavabdeh Muzamiddinovna tərəfindən icra olunmuşdur.
6. Cavabdeh qeyd olunan qəbzləri iddiaçının psixoloji təsiri altında yazıldığnı bildirmiş və məhkəmə tərəfindən bu halın araşdırılması üçün əlavə ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 avqust 2024-cü il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, ekspertizaya təqdim edilmiş, mülki işin 31-ci vərəqində yerləşən dama-dama vərəq üzərində “Мəн Мамаjева Кулмира Низамедин гызы Əзимова …” sözləri ilə başlayıb, “... jаздым 2017 чи ил Имза Мамаjева” sözləri ilə bitən qəbzdəki əlyazmalar və həmin qəbzdə “...Мамаjева” əlyazmasının qarşısındakı və aşağı hissəsindəki imzalar; 32-ci vərəqində üzərində “Мен Мамаева Гуьлмира Музамудин гызы Туьнзале …” sözləri ilə başlayıb, “...15 январ имза Мамаева Гуьлмира” sözləri ilə bitən qəbzdəki əlyazmalar və həmin qəbzdə “...имза..” əlyazmasının qarşısındakı və “...Мамаева Гуьлмира” əlyazmalarının aşağı hissəsindəki imzalar – Cavabdeh Muzamiddinovna tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 31-ci vərəqində yerləşən dama-dama vərəq üzərində “Мəн Мамаjева Кулмира Низамедин гызы Ə зимова …” sözləri ilə başlayıb, “... jаздым 2017 чи ил Имза Мамаjева” sözləri ilə bitən qəbzdəki əlyazmalarda və həmin qəbzdə “...Мамаjева” əlyazmasının qarşısındakı və aşağı hissəsindəki imzalarda; 32-ci vərəqində üzərində “Мен Мамаева Гуьлмира Музамудин гызы Туьнзале …” sözləri ilə başlayıb, “...15 январ имза Мамаева Гуьлмира” sözləri ilə bitən qəbzdəki əlyazmalarda və həmin qəbzdə “...имза..” əlyazmasının qarşısındakı və “...Мамаева Гуьлмира” əlyazmalarının aşağı hissəsindəki imzalarda – əlyazmanın və imzanın qeyri-adi psixofizioloji (təzyiq, həyacanlı və stres vəziyyətində) vəziyyətdə icra olunmasını xarakterizə edən əlamətlər müşahidə olunmamışdır.
7. Binəqədi Rayon Məhkəməsinin 2(001)-435/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Rəşad Qoşqarlı) iddia təmin edilmiş, Cavabdeh 2017-ci il tarixli sadə yazılı qəbz üzrə 24000 manat, 2022-ci il tarixli sadə yazılı qəbz üzrə 20600 manat olmaqla, ümumilikdə 44600 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 276 manat məbləğində vəsaitin cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçıdan müxtəlif tarixlərdə müəyyən məbləğlərlə borc almış, borclu olduğunu iltizamlarla da təsdiq etmişdir. Lakin cavabdeh borcunu qəbul etməsə də, dəfələrlə ekspertiza keçirilmiş və ekspert rəyləri ilə də həmin iltizamların cavabdeh tərəfindən icra olunması öz təsdiqini tapmı şdır. Belə olan halda da, iddiaçı hazırki iddia ilə məhkəməyə mürciət etməkdə haqlı olmuşdur.
9. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3, 442 və 739-cu maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ona və bir neçə başqa şəxsə qarşı dələduzluq etmiş, onların vəsaitini ələ keçirmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə hazırkı iddiaçı 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İddia ərizəsi və Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tari xli hökmündə iddiaçının bildirdikləri arasında ziddiyyət var. Həmçinin onların arasında cəmi 2500 manatla bağlı əlyazma olub. Məhkəmənin iddia tələbini təmin edərkən əsaslandığı 24.000 və 20.600 manatla bağlı əlzyazmalar ona məxsus deyil, imza və xətti saxtalaşdırılmışdır.
12. Elektron kabinet vasitəsi ilə apellyasiya şikayətinə etiraz ünvanlayan iddiaçı tərəf bildirmişdir ki, apellyasiya şikayətinin ilk əsası İddiaçı barəsində məhkəmə hökmünün çıxarılmasıdır. Bəli, İddiaçı barəsində məhkəmənin hökmü ilə ittihamedici hökm çıxarılmışdır. Lakin hökmdə Cavabdeh nə zərərçəkmiş qismində, nə də şahid qismində göstərilməmişdir. Halbuki, İddiaçı barəsində ilk şikayəti verən şəxs də elə Cavabdeh olmuşdur. Lakin ibtidai istintaq zamanı hazırkı mülki iş materiallarında olan ərizələr üzə çıxmış, əslin də Cavabdeh İddiaçı borclu olduğu müəyyənləşmiş, hətta müstəntiq tərəfindən təyin edilmiş xətşünaslıq ekspertizası üzrə alınmış müvafiq rəylə bu sadə yazılı qəbzlərdəki imza və yazının Cavabdeh aid olması öz təsdiqini tapdığından, onun cinayət işində iştirakına xitam verilmişdir. Məhkəmənin hökmü çıxarıldıqdan sonra da Cavabdeh maraqlarına toxunan şəxs qismində həmin hökmdən apellyasiya və ya kassasiya şikayəti verməmişdir. Beləliklə, apellyasiya şikayətinin hökmlə bağlı hissəsi burada yekunlaşır. Apellyasiya şikayətinin ikinci dəlili isə İddiaçı tərəfindən Cavabdeh hədə-qorxu gəlinməsi, təhdid edilməsi ilə bağlıdır. Halbuki, cavabdeh hədə qorxu və ya təhdidlə bağlı heç bir dəfə olsun polisə və ya digər hüquq-mühafizə orqanlarına müraciət etməmişdir. Apellyasiya şikayətinin 3-cü əsası yenə də cavabdehin qəbzlərdəki imzanın ona məxsus olmaması ilə bağlıdır. Mülki iş materiallarında olan ekspert rəyləri ilə bu məsələ artıqlaması ilə öz həllini tapmışdır. MPM-in 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yəni, hökmdə kimin nə ifadə verməsi bu məhkəmə üçün əsaslanmalı hal deyil, apellyasiya şikayəti Cavabdeh əsassız iddiaları üzərində qurulmuşdur.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6473/2024 nömrəli 17 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər - İkram Şirinov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Elşən Kazımov) apellyas iya şikayəti təmin edilməmiş, Binəqədi Rayon Məhkəməsinin 2(001)-435/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilmişdir.
14. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya şikayətinin əsas dəlili, iddiaçının bir neçə başqa şəxsə qarşı dələduzluq cinayəti törətməsi, bununla bağlı qüvvədə olan hökmün olmasıdır. Cavabdehin şikayətinin bu dəlili, iddiaçının başqa şəxslərin zərərçəkmiş olduqları cinayət işi üzrə dələduzluq əməlinə görə məhkum olunması, hazırkı iddia tələbinin həlli üçün əhəmiyyət kəsb etmir.
15. Məhkəmə kollegiyası qeyd edib ki, cavabdehin apellyasiya şikayətinin digər dəlili iddiaçının təqdim etdiyi 24.000 və 20.600 manatla bağlı əlyazmaların cavabdehə məxsus olmaması, imza və xəttinin saxtalaşdırılması ilə bağlıdır. Cavabdehin şikayətinin həmin dəlili üzrə məkəmə kollegiyası bildirmişdir ki, mülki iş materiallarından da məlum olduğu kimi, bununla bağlı rayon məhkəməsi tərəfindən dəfələrlə ekspertiza keçirilmiş və ekspert rəyləri ilə də həmin iltizamların cavabdeh tərəfindən icra olunması öz təsdiqini tapmışdır.
16. İşin halları ilə bəlli olur ki, iddiaçının cavabdehdən hazırda tələb etdiyi pul məbləği, əslində tərəflər arasındakı nisyə alğı-satqı münasibətləri nəticəsində yaranmış borc olmuşdur, cavabdeh həmin borcunu vaxtında qaytarmamış, lakin həmin borcunun təsdiqinə dair iddiaçıya müvafiq yazılı qəbzlər təqdim etmiş dir. İddiaçı hazırda cavabdehdən həmin borcun ödənilməsini tələb edir.
17. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.1, 427.2, 439.7, 600.1-600.5, 601.1, 739.2-ci maddələrinə və həmin Məcəllənin 739.1, 739.3, 740.1, 740.2-ci maddələrinin xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyasına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6473 saylı mülki iş üzrə xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və mülki işin yeni apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun məzmunda əsaslandırılmış, həmçinin qeyd olunmuşdur ki, məhkəmələr tərəfindən şahidlərin dindirilməsi barədə vəsatətləri təşmin edilməmiş, hər iki instansiya məhkəməsində sonuncu məhkəmə iclaslarında onların iştirakı təmin edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
22. Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər.
23. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.
24. Maddə 439.7. Əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir.
25. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət son ra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
26. Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.
27. Maddə 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir.
28. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
29. Maddə 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.
30. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri i lə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
31. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada).
32. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada).
33. Maddə 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada).
34. Maddə 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmu ş qaydada və məbləğdə faiz almaq hüququna malikdir (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada).
35. Maddə 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi v ə prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi il ə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
45. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
46. Bununla yanaşı məhkəmə kollegiyası kassatorun apelyasiya instansiyası məhkəməsinidə onun iştirakının təmin ol unmaması barədə dəlilinə münasibətdə aşağıdakıları qeyd etməsi zəruri sayır.
47. İş materiallarından görünür ki, apelyasiya şikayəti apelyasiya instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə mümkün hesab edilərək, şikayətə baxılması xx.xx.2024-cü il tarixə, saat 09:10-a təyin edilmişdir.
48. Cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Y.Abbaszadə xx.xx.2024-cü ildə elektron qaydada vəsatət verərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, vəsatətini onunla əsaslandırmışdır ki, cavabdeh xx.xx.2024-cü il tarixdə Rusiya Federasiyasından qayıdarkən xarici pasportun müddəti bitdiyinə görə sərhəddə saxlanılmışdır. Yeni pasportun alınması üçün sənədlər hazırlanaraq miqrasiya xidmətinə təqdim olunmuş, pasportun verilməsi xx.xx.2024-cü il tarixə təyin edilmiş, lakin həmin tarixdə pasportun verilməsi mümkün olmamışdır. Buna görə də məhkəmə iclasının xx.xx.2025-ci il tarixdən sonrakı vaxta təyin edilməsini xahiş etmişdir.
49. Göründüyü kimi cavabdeh tərəf məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlı olmuşdur. Cavabdehin təmsilçisi olan etibarnamə üzrə nümayəndəsinin məhkəmə iclasında iştirak etməsi üçün hər hansı maneə olmamışdır. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi tərəflərin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü yoxlamış və hesab etmişdir ki, şikayətin dəlilləri və təqdim olunmuş sübutlar aətnamənin qanuniliyini qoxlamağa imkan verir.
50. Kassasiya şikayətinin digər dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin i şin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
51. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işd əki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
53. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 dekabr 2024-cü il tarixli 2(103)-6473/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.