Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1211/2023 10.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əsassız varlanma, əldə olunanların qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X3 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6231/2022 nömrəli, 16 noyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşi n halları
1. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis bölməsinin baş təhqiqatçısının 26 iyun 2013-cü il tarixli qərarı ilə X1 şikayət ərizəsi əsasında toplanmış HK-1/23 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
2. Həmin material üzrə izahatı alınmış Cavabdeh Bakı şəhəri, Nardaran qəsəbəsi, Bağ massivində 497 saylı bağ sahəsini satması müqabilində İddiaçı 10000 ABŞ dolları məbləğində pul aldığını etiraf etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10000 ABŞ dolları məbləğində pulun ödəniş gününə manatla və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barəd ə qətnamə çıxarılmasını xahiş etmişdir
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, özünü Nardaran qəsəbəsindəki bağ massivinin 497 saylı sahəsinin mülkiyyətçisi kimi qələmə verən cavabdeh həmin ərazidə yerləşən 1200 kv.metr torpaq sahəsini iddiaçıya 10000 ABŞ dollarına satmış, bu barədə 27 aprel 2007-ci il tarixli akt tərtib olunmuşdur. Alqı-satqının qanuni olmasına inandırmaq üçün ona Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Nardaran qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının 27 aprel 2007-ci il tarixli, 02/640 saylı qərarından çıxarış verilmişdir. Onlar 10.000 ABŞ dolları ödəyərək qanuni əsaslarla torpaq əldə etdiklərinə əmin olduqlarına görə bir neçə il ərzində külli miqdarda xərc qoymaqla Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində «Ləhiş bağları» adlanan bağ massivində 49 7 saylı sahədə yaşayış evi inşa etdirmişlər. 2013-cü ilin yanvar-fevral aylarında iddiaçıya məlum olmuşdur ki, cavabdeh tərəfindən ona satılmış torpaq sahəsi Lənkəran rayonu Mamusta kənd sakini X2 məxsusdur. Bu barədə Feyzulla Əliyevin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin plan və ölçü sənədi verilmişdir. Cavabdeh tərəfindən aldadılıb 10000 ABŞ dolları məbləğində pulunun ələ keçirilməsini başa düşdüyündən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-9435/2014 saylı mülki iş üzrə 05 dekabr 2014-cü il tarixli qətnaməsi ilə (hakim Vaqif Həsənov) iddia təmin olunmuşdur.
6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu RPİnin 14-cü Polis Bölməsinin baş təhqiqatçısının HK-1/23 say lı material üzrə izahatı alınmış cavabdeh bağ sahəsini satması müqabilində iddiaçıdan 10000 ABŞ dolları məbləğində pul aldığını etiraf etmişdir. Beləliklə, cavabdeh hüququ olmadığı halda bağ sahəsinin alınıbsatılması üçün iddiaçıdan 10000 ABŞ dolları məbləğində pul almışdır. Bununla da qanuni əsas və ya müqavilə əsası olmadan iddiaçının hesabına əsassız varlanmışdır.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1091, 1092.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4, 216-220, 227, 233-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və idd ia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya ayrılmış torpaq sahəsi əvvəllər cavabdehin sahibliyi və istifadəsində olmuş, cavabdeh həmin torpaq sahəsindən sahiblik və istifadə hüququnun müqabilində iddiaçıdan həmin dövrün məzənnəsinə uyğun olaraq 10000 ABŞ dollarına bərabər olan 7800 manat pul almışdır. Sabunçu Rayon İcra Hakimiyyətinin Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin 27 aprel 2007-ci il tarixli qərarından çıxarışdan da görünür ki, iddiaçıya həmin torpaq sahəsi ayrılan zaman o, Nardaran qəsəbə sakini olmamışdır. Beləliklə də, əgər iddiaçı Sabunçu Rayon İcra Hakimiyyətinin Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin 27 aprel 2007-ci il tarixli qərarı ilə razı deyilsə, bu zaman həmin qəra rı mübahisələndirməli və ya həmin qərarın qəbul edilməsi ilə ona dəymiş zərəri Sabunçu Rayon İcra Hakimiyyətindən tələb etməlidir. Bundan əlavə işin hallarından da görünür ki, iddiaçı Sabunçu Rayon İcra Hakimiyyətinin Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin 27 aprel 2007-ci il tarixli qərarı ilə iddiaçıya ayrılmış torpaq sahəsinə dair ona verdiyi pul məbləğini 01 oktyabr 2014-cü ilə qədər ondan tələb etməmiş, bütün bu müddət ərzində hüquq sahibi kimi iddiaçı hərəkətsiz qalmış, keçən bu müddət ərzində o bu hüquqdan istifadə etməmiş və Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən onun bu hüququ müddətin keçməsinə görə qüvvədən düşmüşdür. Belə olduqda isə onun bu tələbinə kəsici müddət tətbiq edilməli idi. Yəni bu zaman iddia ərizəsinə iddia müddətinin tətbiq edilməsi barədə ərizənin verilməsi z ərurəti olmamış, çünki iddiaçının belə hüquqla məhkəməyə iddia irəli sürmək hüququ artıq qüvvədən düşmüşdür. Məhkəmə işə baxarkən onun iştirakını təmin etməmiş, qətnamə qəbul olunarkən maddi və prosessual hüquq normaları pozulmuşdur.
10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-6231/2022 nömrəli iş üzrə 16 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər İlham Kərimli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiya məhkəməsi iş materialları əsasında müəyyən etmişdir ki, cavabdeh buna hüququ olmadığı halda bağ sahəsinin alınıb-satılması üçün iddiaçıdan 10000 ABŞ dolları məbləğ ində pul almış, beləliklə qanuni əsas və ya müqavilə əsası olmadan iddiaçının hesabına əsassız varlanmışdır. Cavabdeh torpaq sahəsinin alqısatqısına görə iddiaçıdan 10000 ABŞ dolları məbləğində pul almasını etiraf etmiş, pulun alınması səbəbini onunla əsaslandırmışdır ki, həmin torpaq sahəsi əvvəllər onun sahibliyində və istifadəsində olmuş, bu hüquqlarını iddiaçıya güzəştə getdiyinə görə ondan 10000 ABŞ dolları məbləğində pul almışdır. Məhkəmə cavabdehin mübahisəli torpaq sahəsinə hər hansı hüququnun olmadığını müəyyən etmişdir.
12. Mübahisəyə iddia müddətinin tətbiq olunması məsələsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, əsassız varlanma 27 aprel 2007-ci il tarixində baş vermişdir. Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququ nun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.
13. İddiaçı hüquqlarının pozulmasını, yəni ona satılmış torpaq sahəsinin başqa şəxsə məxsus olmasını 2013-cü ilin yanvar-fevral aylarında, sonuncunun şikayət ərizəsi ilə polis orqanlarına müraciət etməsindən sonra bilmiş, 01 oktyabr 2014-cü il tarixində hazırkı iddianı qaldırmışdır. Beləliklə, iddiaçı tərəfindən hazırkı iddia qaldırılarkən iddia müddəti buraxılmamışdır.
14. Məhkəmə birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehin iştirakının təmin olunmaması barədə apellyasiya şikayətini n dəlilini əsassız hesab etmiş və qeyd etmişdir ki, iş materiallarında məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehin ünvanına sifarişli poçt vasitəsilə məhkəmə bildirişlərinin və teleqramın göndərilməsi barədə sənədlər vardır.
15. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 372.1, 373.4, 375.2, 377.1, 1091, 1092.1, 1095-ci, MPM-in 77.1, 384.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehdən torpaq sahəsi almamış, həmin torpaq sahəsini icra nümayə ndəliyi ona ayırmış, onun aldığı torpaq sahəsi uzun illər cavabdehin istifadəsində və sahibliyində olduğuna görə, onun hər bir halda həmin torpaq sahəsinə üstünlük hüququ olmuş, yəni cavabdehin həmin torpaq sahəsinə dair istənilən şəxsdən kompensasiya almaq hüququ olmuşdur.
18. Həmçinin, iddiaçının cavabdehə pul məbləği qanuni əsaslarla kompensasiya qismində verilmişdir, cavabdehlə heç bir alqı-satqı müqaviləsi bağlanmamış. Cavabdeh üzərinə satıcının öhdəliklərini götürməmişdir. Məhkəmə iddiaçı tərəfindən cavabdehə 10000 ABŞ dollar ödənildiyini müəyyən etsə idi belə, həmin pul vəsaitinin cavabdeh tərəfindən əsassız varlanma kimi qiymətləndirməsində səhvə yol vermişdir.
19. İddiaçi Sabunçu Rayon İcra Hakimiyyətinin Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin 27 aprel 2007-ci il tarixli qərarı i lə ona ayrılmış torpaq sahəsinə dair cavabdehə verdiyi pul məbləğini 01 oktyabr 2014-cü ilə qədər cavabdehdən tələb etməmiş, bütün bu müddət ərzində hüquq sahibi kimi iddiaçı hərəkətsiz qalmiş, keçən bu müddət ərzində o bu hüquqdan istifadə etməmiş və Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən onun bu hüququ müddətin keçməsinə görə qüvvədən düşmüşdür.
20. Kassator şikayətini Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.4-cü, Mülki Məcəllənin 1091.1, 1095, MPM-in 385.1.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
22. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
23. Maddə 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər.
24. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
25. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
26. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
27. Maddə 1091.2. Ə sassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
28. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
29. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Mülki Prosessual Məcəllə
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərin in və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
21. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
22. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
23. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
24. Maddə 4 16.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
25. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlid ir.
26. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. 2
9. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
30. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6231/2022 nömrəli mülki iş üzrə 16 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildi