Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1211/2024 04.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: prosessual müddətin ötürülməsi, kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Kateqoriya: Kassasiya şikayətinin qeyri-mümkünlüyü Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı təmir haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1507/2023 nömrəli, 18 dekabr 2023c ü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin təqsiri üzündən ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi 76 nömrəli evə korroziya uğraması nəticəsində təmir haqqına görə 9.000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-426/2022 nömrəli, 2 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia təm in edilməmişdir.
3. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 6 mart 2023-cü il tarixli, 2(103)-1507/2023 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Nəsimi Rayon Məhkəməsinin 2 iyun 2022-ci il tarixli, 2(006)-426/2022 saylı qətnaməsi ləğv edilmiş, tərəflər arasında eyni əsaslarla eyni predmet barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı olduğuna görə mülki iş üzrə icraata xitam verilmişdir.
5. Həmin qərardad xx.xx.2023-cü ildə iddiaçının elektron kabinetinə yüklənmişdir. İddiaçı xx.xx.2023-cü ildə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 6 mart 2023-cü il tarixli, 2(103)-1507/2023 saylı qərardadından kassasiya şikayəti vermək üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkil təyin olunmasını xahiş etmişdir.
6. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının ərizəsi təmin edilərək, kassasiya şikayəti tərtib etmək, imzalamaq və kassasiya instansiyasında hüquqlarını müdafiə etmək üçün ona dövlət büdcəsinin vəsaiti hesabına vəkil təyin edilmişdir.
7. İddiaçının kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə ərizəsi xx.xx.2023-cü ildə məhkəməyə daxil olmuşdur.
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 9 iyun 2023-cü il tarixli 2(103)-1507/2023 nömrəli qərardadı ilə iddiaçının prosessual müddətin bərpa edilməsi barədə ərizəsi və ona əlavə edilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, kassasiya şikayəti iddiaçı tərəfindən imzalanmamış, vəkilin həmin şikayəti imzalamaq səlahiyyətini təsdiq edən etibarnamə və dövlət rüsumunun ödənilməsi barədə sənəd şikayətə əlavə olunmamışdır. 9. 27.07.2023-cü il tarixdə iddiaçının Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadından prosessual müddətin bərpa edilməsi barədə ərizəsi və ona əlavə edilmiş kassasiya şikayəti məhkəməyə daxil olmuşdur.
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 iyul 2023-cü il tarixli 2(103)-1507/2023 nömrəli qərardadı ilə prosessual müddətin bərpa edilməsi barədə ərizə və kassasiya şikayəti geri qaytarılmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, kassasiya şikayəti iddiaçı tərəfindən imzalanmamış, vəki lin həmin şikayəti imzalamaq səlahiyyətini təsdiq edən etibarnamə əlavə edilməmiş, habelə dövlət rüsumu başqa məhkəmənin hesabına ödənilmişdir. 11. 19.09.2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadından iddiaçının kağız daşıyıcıda verdiyi prosessual müddətin bərpa edilməsi barədə ərizəsi və ona əlavə edilmiş kassasiya şikayəti məhkəməyə daxil olmuşdur. Eyni zamanda, iddiaçı vəkil tərəfindən ona etibarnamənin verilməsi təklif olunduğunu, lakin bundan imtina etdiyini yazılı şəkildə məhkəməyə bildirmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 oktyabr 2023-cü il tarixli 2(103)-1507/2023 nömrəli qərardadı ilə, prosessual müddətin bərpa edilməsi barədə ərizə və kassasiya şikayəti “Elektron məhkəmə” informasiya sist emində yaradılan elektron kabinet vasitəsilə verilmədiyinə görə geri qaytarılmışdır.
13. İddiaçı növbəti dəfə kassasiya şikayəti və prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət etmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 dekabr 2023-cü il tarixli, 2(103)-1507/2023 nömrəli qərardadı ilə (hakimlər M.Rüstəmli (sədrlik edən və məruzəçi) A.İsgəndərov, V.Sadıqov) iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadından kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair verilmiş ərizəsi təmin edilməmiş və kassasiya şikayəti geri qaytarılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, üzürlü səbəblər müvafiq prosessual hərəkətin vaxtın da edilməsini qeyri-mümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzürlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu şəxsə müvafiq prosessual hərəkəti etməyə mane olsun.
16. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçı bir neçə dəfə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-1507/2023 nömrəli qərardadından kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi xahişi ilə müraciət etmiş, hətta yazılı qaydada məhkəməyə bildirmişdir ki, vəkil tərəfindən kassasiya şikayətinin iddiaçının adından imzalanması üçün ona etibarnamənin verilməsi tək lif olunmuş, lakin iddiaçı özü bundan imtina etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı tərəfindən prosessual müddət üzürlü səbəbdən buraxılmamışdır.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.3, 407.3, 407.4, 408.1.1, 408.1.3, 408.3, 408.5-ci maddələrinə, «“Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydaları»nın 3.2 və 5.2-ci bəndlərinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 2(103)-1507/2023 saylı qərardadının ləğv edilməsini və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-ci il tarixli qərardadında n verilən kassasiya şikayətinin verilmə müddətinin bərpa olunmasına dair vəsatətin təmin olunaraq, işin kassasiya qaydasında baxılması üçün aidiyyətı üzrə göndərilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının kassasiya şikayəti verilməsi üçün maddi imkanı olmadığına görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasına müraciət etmiş və ona dövlət hesabına vəkil təyin olunmuşdur. Ona görə də iddiaçı prosessual müddəti üzürlü səbəblərdən buraxmışdır.
20. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1 və 133-cü maddələrinə istinad edərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Mə cəlləsi
22. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
23. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.
24. Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.
25. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəf indən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
26. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
27. Maddə 135.5. Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
28. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poç t, SMS və s. vasitəsilə) çatdırılır.
29. Maddə 405.0.2. Apellyasiya instansiyası məhkəməsinin qərardadlarından işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində kassasiya şikayəti verilə bilər.
30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.
32. Maddə 408.1. Kassasiy a şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 408.1.3. kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə; 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa;...
33. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikay ət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa olunmaması və kassasiya şikayətinin qaytarılması barədə gəldiyi nəticə qanuni və əsaslıdır.
38. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin q anunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.
39. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MPM-nin 405.0.2-ci maddəsində kassasiya şikayətinin verilməsi ü çün müəyyən olunmiş müddətlərdir. Həmin normada kassasiya şikayətinin qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində verilə bilməsi müəyyən olunur.
40. Bu normadan göründüyü kimi, apellyasiya şikayəti vermə müddətinin axımı, qərardadın rəsmi qaydada verildiyi gündən başlanır və 10 gün davam edir. Müddətlərin hesablanması qaydalarını müəyyən edən MPM-nin 128.3-cü maddəsinə görə, illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.
41. İşdən müəyyən edilir ki, mübahisələndirilən 6 mart 2023-cü il tarixli, 2(103)1507/2023 saylı qərardad xx.xx.2023-cü ildə iddiaçının elektron kabinetinə yüklənmişdir. Lakin iddiaçı xx.xx.2023-cü ildə həmin qərar daddan kassasiya şikayəti vermək üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkil təyin olunması barədə ərizə vermişdir.
42. Qeyd olunmalıdır ki, məhkəmə aktından kassasiya şikayəti verilməsi üçün zəruri olan bütün hərəkətlər (dövlət rüsumunun ödənilməsi, vəkillə müqavilə bağlanması, kassasiya şikayətinin tərtib olunması, məhkəməyə təqdim olunması və ya göndərilməsi və s.) kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş müddətdə həyata keşirilməlidir. Həmçinin şəxsin öz vəsaiti hesabına vəkil xidmətindən istifadə etmək imkanı olmadığı halda dövlət büdcəsi hesabına vəkil təyin olunması barədə vəsatəti də məhz şikayət vermək üçün müəyyən olunmmuş müddətlərdə verilməlidir. Əgər vəkil təyin olunması barədə müraciət olunmuşdursa və vəsatət məhkəmə tərəfindən təmin edilmişdirsə, bu hald a müddətlər hesablanarkən vəkil təyin olunması, vəkilin işlə tanış olması, kassasiya şikayətinin tərtib edilməsi üçün ağlabatan müddətlər nəzərə alına bilər.
43. İşin hallarından göründüyü kimi iddiaçı vəkil təyin edilməsi barədə ərizəni də kassasiya şikayəti vermək üçün qanunla müəyyən olunmuş müddət ötürülməklə vermişdir. Apelyasiya instansiyası məhkəməsi iddiaçının qərardaddan kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbinin üzrlü hesab edilməsi və ərizəsinin təmin edilməsi üçün məhkəmə kollegiyasına hər hansı bir sübut təqdim etmədiyinə görə müddətin bərpasından imtina etmişdir.
44. Nəzərə alınmalıdır ki, müddətlərə riayət olunması intizamlılıq tələb edir. İşə baxmış məhkəmə kollegiyası bu baxımdan qeyd etmişdir ki, iddiaçı bir neçə xx.xx.2023-cü il tarixli qərardaddan kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi xahişi ilə müraciət etmiş, hətta yazılı qaydada məhkəməyə bildirmişdir ki, vəkil tərəfindən kassasiya şikayətinin iddiaçının adından imzalanması üçün ona etibarnamənin verilməsi təklif olunmuş, lakin iddiaçı özü bundan imtina etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı tərəfindən prosessual müddət üzürlü səbəbdən buraxılmamışdır.
45. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Çünki Konstitusiya Məhkəməsinin “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2 008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-nin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
46. Apelly asiya instansiyası məhkəməsi iş üzrə prosessual müddətin bərpası üçün əsas ola biləcək, mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmayan, özü tərəfindən dəf edilməsi imkanlarından kənara çıxan, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törədən və ya məhdudiyyət yaradan inkarolunmaz səbəblər müəyyən etməmişdir.
47. Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (ha kimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir.
48. Məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə nəticələnə bilər.
49. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi düzgün olaraq MPM-nin 133cü maddəsinə istinad etməklə iddiaçının prosessual müddətin bərpasına dair vəsatətini təmin etməmiş, kassasiya şikayətinin geri qaytarılmasına dair qərardad qəbul etmişdir. Buna görə kassasiya şikayəti nin dəlilləri əsassız olduğundan təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
50. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1507/2023 nömrəli, 18 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.