Məhkəmə qərarları › İş №2(102)-1213/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1213/2020

12.03.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1213/2020 12.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, İddiaçı və vəkili X1, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilkin,Cavabdeh İddiaçı qarşı pul barədə qarşılıqlı iddia tələbinə dairmülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı və Cavabdehtərəfindən verilmiş kassasiya şikayətlərinə açıq m əhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim F.Qasımov) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilkin iddiası qismən təmin edilmiş, 10000 (on min) ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla Cavabdeh tutularaq İddiaçı ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, ilkin iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 7(yeddi) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun Cavabdeh aid edilməsi, məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 124 (bi r yüz iyirmi dörd) manat məbləğində pul vəsaitinin İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən X.Cəmilova, hakimlər İ.Xəlilov və İ.Kərimli) İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülk i və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin maddi və mənəvi ziyanın ödənilməsi hissəsində ləğv edilməsini və işin həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdı r. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10000 ABŞ dolları məbləğində pul vəsaitinin, xx.xx.2019-cu il tarixdən etibarən həmin borc üçün illik bank uçot dərəcəsi əsas götürülməklə 10000 ABŞ dolları məbləğində faizlərin, maddi və mənəvi zərərin əvəzi olaraq 10000 manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1000 manat məbləğində hüquqi x idmət xərcinin, iş vaxtını itirməyə görə 300 manat, 30 manat dövlət rüsumunun, ümumilikdə 1330 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin mübahisə edilməyən hallarına görə iddiaçı Gürcüstan Respublikasının vətəndaşıdır. Tərəflər arasında mübahisəli hüquq münasibətləri yaranan vaxt iddiaçı Bakı şəhərində “Sahil” biznes mərkəzində işləmişdir və cavabdehin qızı F ingilis və alman dillərindən dərs demişdir. xx xxxxxx 2016-cı ildə tərəflər arasında notarial qaydada təstiq edilmiş borc müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə iddiaçı cavabdehə 10000 ABŞ dolları məbləğində borc vermiş, cavabdeh həmin məbləği xx xxxxxx 2019-cu ilədək qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı bildirir ki, Bakı şəhərində “Sahil” biznes mərkəzin də şirkət rəhbərinin tərcüməçisi və asistenti vəzifəsində işləmişdir. İşlədiyi müddətdə həmin şirkətdə işləyən cavabdehin anası A ilə tanış olmuşdur. A xahişi və şirkət rəhbərinin təklifi ilə 2012-ci ilin aprel ayından başlayaraq cavabdehin qızı F ingilis dilindən, bir müddət sonra isə alman dilindən də dərslər keçmişdir. Əldə edilmiş razılığa görə cavabdeh 8 dərsə görə ingilis dili üçün 150, alman dili üçün 180 ABŞ dolları məbləğində pulu hissə-hissə olmaqla ona ödəmişdir. Bundan başqa cavabdeh ondan iş qurmaq məqsədi ilə 11500 ABŞ dolları pul almış, lakin həmin məbləği qaytarmamışdır. Aralarında səmimi münasibət yarandığından cavabdeh ondan 10000 ABŞ dolları məbləğində pul istəmişdir. Sonuncunun xahişinə əsasən notarial qaydada təstiq edilmiş xx xxxxxx 2016-cı il tarixli müqavilə ilə cav abdehə 10000 ABŞ dolları məbləğində borc versə də sonuncu borcu qaytarmamışdır. İddiaçı həmçinin bildirir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş qəbzdə göstərilən məbləğlər sonuncunun qızına keçdiyi dərslərə görə ödənilən məbləğlərdir. Ona görə də hesab edir ki, iddia təmin edilməlidir. Cavabdeh bildirir ki, aldığı borcun bir hissəsi olan 6310 ABŞ dolları məbləğində pulu hissə-hissə olmaqla iddiaçıya qaytarmış və sonuncu bununla bağlı tərtib edilmiş qəbzləri imzalamışdır. İş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, ekspertizaya təqdim edilmiş 1 ədəd yuxarı tərəfindən “Marina” və “Kunay” yazıları yazılmış qəbzdə “Marina” yazısından aşağıda olan imzalar, həmin qəbzin aşağı sol və sağ künclərində olan imzala, qəbzin arxa tərəfinin yuxarı sa ğ hissəsində olan imza (cəmi 12 imza) – İddiaçı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 1 ədəd yuxarı tərəfində “Marina” və “Kunay” yazıları yazılmış qəbzin yuxarı sol küncündə “Marina” yazısı İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin də daşıyıcısı olmuşdur. Lakin cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan borc almasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödə məli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, cavabdeh borcunu ödəmədiyindən, iddiaçı ondan borcun ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Cavabdehin iddiaya etiraz edərək təqdim etdiyi qəbzə əsasən iddiaçıya 6310 ABŞ dolları məbləğində pul ödənilməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq onu qeyd etmişdir ki, apelyasiya baxışı zamanı bu barədə aparılan araşdırmada müəyyən olunmuşdur ki, iddiaçının cavabdehlə gəldiyi razılığa əsasən ingilis dilində keçdiyi 8 dərs 150 dollar, alman dilində isə 180 dollar təşkil etmiş, həmin dərslərə görə ödənilməli pullar yığıldıqca cavabdeh həmin pulları iddiaçıya hissə-hissə ödəmiş və bu barədə cavabdehin təqdim etdiyi qəbzdə mü vafiq qeydlər aparılmışdır, həmçinin cavabdehin qızına dərslər bəzən hər gün keçirildiyindən iddiaçı bu barədə öz qeydiyyat kitabçasında da qeydlər aparmış, dərslər saathesabı olduğundan ödənişlərin vaxtında da fərqlər yaranmışdır. Bu faktlar apellyasiya baxışı zamanı iddiaçının təqdim etdiyi qeydiyyat kitabçasından çıxarışla da öz təstiqini tapmışdır. Məhkəmə kollegiyası izahatları dinləyib, kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayətləri təmin edilməklə apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, apelyasiya instanisyası məhkəməsinin qətnaməsi işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşin hallarından göründüyü kimi tərəflər arasında yaranmış mübahisə borcun qaytarılmaması ilə bağlıdır və borcun qaytarılmasını sübut etmək vəzifəsi borclunun üzərinə düşür. Cavabdeh borcu qismən yəni 6310 ABŞ dolları olmaqla hissə-hissə qaytardığını mübahisələndirir və bunu sübut edən hal kimi qeyd edilən məbləğdə pulun qaytarılmasına dair qəbzləri birinci instansiya məhkəməsinə təqdim edir. İş materiallarından görünür ki, iddiaçı ilkin olaraq həmin qəbzlərin sübut kimi nəzərə alınmasına etiraz edir və bunu onunla əsaslandırır ki, həmin qəbzlərdəki imza ona məxsus deyildir. Qeyd edilən halın araşdırılması üçün iş üzrə birinci instansiya məhkəməsi tərəfində n təyin edilmiş ekspertiza rəyi ilə ümumilikdə 6310 ABŞ dollarının hissə-hissə ödənilməsinə dair cavabdehin təqdim etdiyi qəbzdəki imzaların iddiaçı tərəfindən icra edildiyi müəyyən edilir. Bundan sonra iddiaçı qeyd edilən məbləğdə (6310 ABŞ dolları) pulun alınmasına dair qəbzlərdəki imzaların onun tərəfindən icra edildiyini bildirir və göstərir ki, həmin qəbzlə ona ödənilmiş pullar 10000 ABŞ dollarının qaytarılması ilə bağlı deyil, cavabdehin qızına ingilis və alman dilindən keçdiyi dərslərə görə olmuşdur. İddiaçının qeyd edilən etirazını sübut kimi qəbul edən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən təqdim edilmiş qəbzlərdəki 6310 ABŞ dolları cavabdehin qızına edilmiş tədrislə əlaqədar ödənilmiş məbləğdir və həmin məbləğin borc müqaviləsindəki öhdəlikləri n yerinə yetirilməsinə aidiyyatı yoxdur. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin əsaslandırması ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri sayır. Əvvəla iddiaçının bildirdiklərindən görünür ki, o, 2012-ci ilin aprel ayından başlayaraq cavabdehin qızına 6 il müddətində ingilis və alman dilindən dərslər keçmiş və cavabdeh 8 dərsə görə ingilis dili üçün 150, alman dili üçün 180 ABŞ dolları olmaqla bu müddətdə yəni 6 il müddətində ona pul ödəmişdir. Eyni zamanda iddiaçının bildirdiklərindən görünür ki, o, 2012-ci ilin aprel ayından başlayaraq cavabdehin qızına bir müddət “Sahil” biznes mərkəzində, son üç il isə evdə dərs demişdir. Lakin iddiaçı 2016-cı il istisna olmaqla qeyd etdiyi dövrlərdə cavabdehin qızına edilmiş tədrisə görə “Sahil” biznes mərkəzinə və yaxud ona pulun köçürülübköçürülməməsinə dair hər hansı bir sübut təqdim etməmişdir. Bundan başqa iddiaçı cavabdehdən hissə-hissə olmaqla qəbul etdiyi pulların məhz etdiyi tədrisə görə ona verildiyini iddia etdiyi halda 2016-cı il istisna olmaqla qalan dövrlərə münasibətdə cavabdeh tərəfindən ona bu qaydada (qəbzlərə imza etməklə) etdiyi tədrisə görə pulların ödənilməsinə dair də sübut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh aldığı borcu qismən qaytardığını iddia etməklə bunu təsdiq edən hal kimi yazılı qəbzləri təqdim etdiyinə, iddiaçı isə bu pulların cavabdehin qızına edilmiş tədrislə əlaqədar ona verildiyini göstərdiyinə görə sonuncu 6310 ABŞ dolları məbləğində pulun tədrislə əlaqədar ona verildiyini sübut etməli idi. Ona görə də iddiaçı cavabdehin qızına tədrislə bağlı göstərdiyi xidm ətlərə görə borcun 6310 ABŞ dolları təşkil etdiyini, ona verilən pulların cavabdehin aldığı borca görə deyil, tədrisə görə verdiyini və bu pulların “Sahil” biznes mərkəzinə deyil, məhz ona verilməli olduğunu sübut etməli idi. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi “Sahil” biznes mərkəzinin işçisi kimi həmin mərkəzdə aparılmış tədrisə görə iddiaçının pul vəsaitlərini qəbul etmək səlahiyyətinə malik olub-olmadığını ümumiyyətlə araşdırmamışdır. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apellyasiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu hal düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Azərbaycan Respublikası MPM-nin 418.3-ci maddəsinin məzmununa görə prosessual hüquq normalarının pozulması və ya d üzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və Cavabdeh kassasiya şikayətləri təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixliqətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar