Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1217/2021 31.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iş üzrə ( “xxxx” Şirkətinin təsisçiləri X11 və X5 3-cü şəxslər qismində cəlb edilməklə) QƏRARİ (Açar sözlər: pul tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı vəkili, eyni zamanda üçüncü şəxslər “xxxx” şirkətinin təsisçiləri X6 və X4 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tar ixli qətnaməsindən İddiaçı, üçüncü şəxslər “xxxx” şirkətinin təsisçiləri X11 və X5 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “xxxx” firmasında payın alqı-satqısına dair xx xxx 2009-cu il tarixli müqaviləyə əsasən, İddiaçı “xxxx” firmasındakı nizamnamə kapitalındakı 100 faiz payının 50 faizini Cavabdeh2, 50 faizini isə X1. Firmanın nizamnaməsinə edilmiş xx xxx 2009-cu il tarixdə edilmiş dəyişikliyə əsasən, vətəndaş X11 və vətəndaş Cavabdeh2 müəssisənin təsisçiləri və müəssisə əmlakının mülkiyyətçiləri kimi qeyd olunmuşlar. Bu dəyişiklik xx.xx.2009-cu ildə vergi orqanında qeydə alınmaqla təsdiqlənmişdir.
2. İddiaçı bildirir ki, payın razılaşdırılmış 2.400.000 ABŞ dolları dəyərindən 1.200.000 ABŞ dolları ona ödənilmiş, qalan məbləğ ona verilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı xx.xx.2017-ci il tarixdə ərizə ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək (iddia tələbinin həcmi artırılmışdır), cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1.200.000 ABŞ dolları məbləğinin alınaraq ona ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 təmir və rekonstruksiya işlərinə çəkdiyi 500.000 manat məbləğinin alınaraq ona ödənilməsi, Cavabdeh1 borc kimi aldığı 200.000 ABŞ dolları məbləğinin alınaraq ona ödənilməsi, əldən çıxmış fayda kimi 420.000 manat məbləğinin Cavabdeh1 və Cavabdeh2 alınaraq ona ödənilməsi, Cavabdeh1 və Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində dəymiş 100.000 manat məbləğində mənəvi zi yanın əvəzinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, “xxxx” Firması AR Ədliyyə Nazirliyindən Dövlət qeydiyyatından keçmişdir. Vergi orqanından qeydiyyatdan keçərək ********** VÖEN alınmışdır. Azərbaycan Respublikası Dövlət əmlakının idarə edilməsi üzrə dövlət komitəsinin xx.xx.2006-cı il tarixdə Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, 2405-ci məhəllədə yerləşən İdman sağlamlıq mərkəzinin “xxxx” Firmasının mülkiyyətində olması barədə mülkiyyət hüquqları haqqında Şəhadətnamə verilmişdir. (Reyestr kitabı 1, Qeydiyyat nömrəsi 000093, səhifə 14). Onlar həmin əmlakı aylıq icarəyə verərək hər ay 12.000 manat məbləğində vəsait almışdırlar. Lakin “xxxx” şirkətinin təsisçisi, həkim Cavabdeh1 onlara yaxınlaşaraq, bir gə fəaliyyət göstərmələrini təklif etmişdir. Belə ki, Cavabdeh1 tam əminliklə onları inandırmışdır ki, "İdman sağlamlıq mərkəzi” kompleksində yaxşı Klinika açmaq olar və həmin Klinikadan aylıq minimum 100.000 manat məbləğdə gəlir götürə bilərlər. Uzun danışıqlardan sonra onlar, Cavabdeh1 şirin vədlərinə inanmışlar və ümumi bir razılığa gələrək 2007-ci il tarixdə aralarında “birgə fəaliyyət haqqında” müqavilə imzalamışlar. Həmin müqaviləyə əsasən onlar öz əmlaklarını, Klinika kimi təmir edəcək, Cavabdeh1 da həmin tibb müəssisəsinə müasir tələblərə cavab verən tibb avadanlıqları alacağını və idarə edərək, "100.000” manat xalis gəlirdən hər ay 50.000 manat onlara verəcəyini bildirmişdir. Ümumiyyətlə, belə razılaşmaya səbəb, həm çox qazanc əldə etmək, həm də İlqar Əliyev kimi nüfuzlu və etibar lı bir şəxslə iş birliklərinin olacağı idi. Çünki Cavabdeh1 onlara bildirmişdir ki, ümumi rəhbərləri İlqar Əliyevdir. Onlar müqavilə üzrə öhdəliklərini icra etmək üçün əllərində olan nağd pulları və mülkiyyətlərində olan mənzilləri satmışlar. Lakin pulları çatmadığından məcbur olub Azərbaycan Beynəlxalq Bankından xx.xx.2007-ci il tarixdə 250.000 ABŞ dolları və xx.xx.2008-ci il tarixdə 100.000 ABŞ dolları məbləğində kredit götürmüşlər və "İdman sağlamlıq mərkəzi” kompleksini Klinika kimi fəaliyyət göstərməsi üçün təmir və rekonstruksiya və.s işlərinə ümumilikdə 500.000 manat məbləğində pul xərcləmişlər. Lakin Cavabdeh1 məsul şəxs kimi öz öhdəliyini layiqincə icra etməmiş və hər dəfə müxtəlif bəhanələr gətirərək gözlədikləri xalis gəliri onlara verməmişdir. Buna baxmayaraq, onların etibarı y enə də Cavabdeh1 qarşı itməmiş və onun İlqar Əliyevin adından dediyi hər bir sözünə inanaraq hörmətlə yanaşmışlar. Belə olan halda, onların maddi vəziyyəti kəskinləşərək dözülməz həddə çatmışdır. Beləki, əllərindəki nəğd pullar xərclənmiş, mənzilləri satılmış və banka olan borcları artmışdır. Ona görə məcbur olub 2009-cu il tarixdə əmlaklarını satmaq qərarına gəlmişlər. Onlar əmlaklarını ilkin olaraq 3.500.000 ABŞ dolları məbləğinə satmaq qərarına gəlmişlər. Cavabdeh1 onlara yaxınlaşaraq bildirmişir ki, İlqar Əliyev həmin əmlakı almaq istəyir. Cavabdeh1la uzun sürən danışıqlardan sonra onlar, İlqar Əliyevə dərin hörmətlə yanaşdıqlarından, əmlakın son satış qiymətinin 2.400.000 ABŞ dolları məbləğində olmasına razılaşmışlar. Lakin alğı-satqı zamanı görmüşlər ki, satılan əmlakın 50%-i Cavab deh1 övladı, Cavabdeh2 adına rəsmiləşir. Onlar səbəbini soruşanda Cavabdeh1 “Sizə hesabat vermiyəcəm” deyərək onları susdurmuşdur. Alğı-satqı olan zaman onlar 1.200.000 ABŞ dolları məbləğini almışlar. Qalan hissəsini soruşduqda Cavabdeh1 yaxın vaxtlarda ödəniləcəyini bildirmişdir. Bir müddətdən sonra Cavabdeh1 arvadı Arzu Şahbazovanın avtomobili yandığından onlardan 200.000 ABŞ dolları borc almış və qısa zaman ərzində ödəyəcəyini bildirmişdir. Onlar yenə də Cavabdeh1 sözünə inanmış və pulun qalan hissəsinin, yəni 1.200.000 ABŞ dollarını, sonradan isə borc kimi aldığı 200.000 ABŞ dolları məbləğinin alınması üçün İlqar Əliyevə müraciət etməmiş və gözləmişlər. Lakin Cavabdeh1 onları aldatmaqda davam edərək bildirmişdir ki, qalan 1.400.000 ABŞ dolları xxxxndan gələn xalis gəlirdən hissə-hissə onlara ödəniləcək. Onlar da məcbur olub Cavabdeh1 sözlərinə inanmış və gözləməli olmuşlar. Etiraz edəndə isə Cavabdeh1, İlqar Əliyevi əsəbləşdirə biləcəklərini və bir qara qəpikdə ala bilməyəcəklərini deyərək onlara hədə-qorxu gəlirmişlər. Onlarda məcbur olaraq susmuş və Cavabdeh1 hər 2-3 aydan bir verdiyi xırda məbləğlə razılaşmışlar. Bir müddətdən sonra, yəni 2016-cı il tarixdə Cavabdeh1 ümumiyyətlə pul verilməyəcəyini bildirəndə, onlar məcbur qalaraq İlqar Əliyevə müraciət etməli olmuşlar, İlqar Əliyevə müraciət etdikdən sonra məlum olmuşdur ki, Cavabdeh1 onları aldatmaqla yanaşı, İlqar Əliyevin də ona olan etibarından sui-istifadə edərək əsassız olaraq varlanmışdır. İlqar Əliyev dərhal Cavabdeh1 öz iradını bildirmiş və onlara bildirmişdir ki, alınan əmlakın 50%-i özü almış və payına dü şən 1.200.000 ABŞ dollarını ödəmişdir. Qalan 1.200.000 ABŞ dolları isə Cavabdeh1 tərəfindən ödənilməlidir. Bununla da, Cavabdeh1 saxtakarlığı üzə çıxmışdır. Keçən müddət ərzində cavabdehlər ona ödəməli olduqları 1.200.000 ABŞ dolları və 200.000 ABŞ dolları, cəmi 1.400.000 ABŞ dolları məbləğini ödəməmişlər, hər dəfə müxtəlif bəhanələr gətirərək ödəməkdən boyun qaçırmışlar. Ona görə də məcbur olub, məhkəməyə müraciət etməli olmuşdur. Keçən bu müddət ərzində o, 420.000 manat məbləğində mənfəətdən məhrum olmuşdur. Belə ki, yuxarıda qeyd etdiyi kimi, əmlaklarının satılmamışdan öncə onlar aylıq 12.000 manat məbləğində icarə pulu alırdılar. Keçən 6 il müddətində onlar 420.000 manat məbləğdən də məhrum olmuşlar.
5. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 birinci instansiya məhkəməsinin iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, xx xxx 2009-cu il tarixli alqı-satqı müqaviləsində müqavilənin notariatda təsdiq edilməsi, müqavilə şərtlərinin iddiaçının iradə ifadəsinə uyğun olaraq bağlandığı və satılan payın hər-hansı bir öhdəlikdən azad olması barədə mülkiyyətçinin bəyanatı və s. göstərildiyi halda alqı-satqı müqaviləsinin bağlanmasından 8 il müddət keçdikdən sonra, həmçinin iddiaçının hazırkı cavabdehlərə qarşı bundan öncə tələbinin (o zaman da iddia predmetinin obyekti xx xxx 2009-cu il tarixli alqı-satqı müqaviləsi olmuşdur) rədd olunmasına dair məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra, iddiaçının cavabdehlərə qarşı hazırkı pul tələbi həm əsassız olduğu üçün, həm də qanunla müəyyən edilmiş müddət keçdiyinə görə rədd olunmalıdır. Bundan başqa, müstəqil tələb irəli sürən şəxslər-«xxxx» şirkətinin təsisçiləri-X6 və X4 hazırkı işə cəlb edilməsi-birbaşa sübut edir ki, iddiaçının cavabdehlərə qarşı tələbi yalnız və yalnız formal mülahizələrə və fərziyyələrə əsaslanmaqla yanaşı, hazırkı iş üzrə cavabdehlərlə müstəqil tələb irəli sürən şəxslər-«xxxx» şirkətinin təsisçiləri X11 və X4 paylı ümumi mülkiyyət hüququ ilə, o cümlədən iddiaçıya aid olmayan və özlərinə məxsus əmlaklarla bağlı aralarında yaranmış bir sıra mübahisələrdən sonra yaranmışdır. Hazırkı iddia tələbi iddiaçı tərəfindən irəli sürülsə də, hazırkı və 10-a yaxın digər məhkəmə mübahisələri, məhz X4 təşəbbüsü ilə yaradılır ki, onlara məxsus əmlaklar üzərində pay hüquqlarının nəyin bahasına olursa-olsun, qanunsuz olsa da belə onun və yaxud dolayı yolla onun başçılıq etdiyi şə xslər vasitəsilə onun əlinə keçsin. Hazırkı iddia tələbinin məhz niyə görə 8 ildən sonra, yəni qanunla müəyyən edilmiş iddia müddəti keçdikdən sonra irəli sürülmə səbəblərini aşağıdakı qaydada izah edirlər: birincisi İddiaçı ilk dəfə cavabdehlər-Cavabdeh1 və Cavabdeh2 qarşı xx xxx 2009-cu il tarixli alqı-satqı müqaviləsinin qismən etibarsız hesab edilməsi, nizamnamə kapitalının 50%-nin qaytarılması, əldən çıxmış fayda və mənəvi ziyan» barədə iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək, xx xxx 2009-cu il tarixdə Bakı şəhəri 30 saylı Dövlət Notariat Kontorunda imzalanmış alqı-satqı müqaviləsinin Cavabdeh2 hissəsində etibarsız hesab edilməsi, Cavabdeh2 adına rəsmiləşmiş «xxxx» Firmasının nizamnamə kapitalının 50%-nin alınaraq iddiaçıya qaytarılması, 2009-cu il tarixdən hal-hazırki vaxtadək əldən çıxmış fayda kimi 420 000 manat məbləğin Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçıya ödənilməsi, onların qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş 100000 manat məbləğində mənəvi ziyanın alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarlımasını xahiş etmişdir. Bakı səhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia rədd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddianın rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin MK-nı n xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli Qərarı ilə apellyasiya instansiyasının Qərarında müəyyən olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, iddiaçının iddia tələbində göstərdiyi əsaslar mübahisələndirilən alqı-satqı müqaviləsinin qismən etibarsız sayılmasına hər hansı əsas vermir. Bununla yanaşı, əqdin etibarsızlığını tələb etmək üçün qanunla müəyyən olunmuş müddət də ötürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən pozulmuş hüquqların müdafiəsi üzrə qanunla müəyyən edilmiş müvafiq iddia müddəti buraxılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xx xxx 2009-cu il tarixdə Bakı şəhəri, 30 saylı Dövlət Notariat Kontorunda imzalanmış alqı-satqı müqaviləsinin Cavabdeh2 hissəsində etibarsız hesab edilməsi barədə tələbi tam əsassızdır və iddia tələbi qeyd edilən hissədə əsassız olduğundan, qalan hissələrdə də (Cavabdeh2 adına rəsmiləşmiş «xxxx» Firmasının nizamnamə kapitalının 50%-nin alınaraq iddiaçıya qaytarılması, 2009-cu il tarixdən hal-hazırki vaxtadək əldən çıxmış fayda kimi 420000 manat məbləğin Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçıya ödənilməsi, Cavabdeh1 və Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş 100000 manat məbləğində mənəvi ziyanın alınaraq iddiaçıya ödənilməsi) təmin oluna bilməz. İşin faktiki hallarına əsasən mübahisələndirilən əqd (alqı-satqı müqaviləsi) xx xxx 2009-cu il tarixdə bağlansa da, id diaçı onu 7 ildən çox müddət keçdikdən sonra mübahisələndirmiş, beləliklə iddia müddətini ötürmüşdür ki, iddia məhz bu səbəbə görə də tam əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. «xxxx» Firmasının mülkiyyətində olan, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, ev 2405-ci məhəllədə yerləşən -tikinti altı sahə 418,2 kv.m., əsas sahə 667,5 kv.m., köməkçi sahə 288,4 kv.m., ümumi sahəsi 955,9 kv.m. təşkil edən- qeyri yaşayış sahəsi xx xxx 2009-cu il tarixli Bakı şəhəri, 30 saylı Dö vlət Notariat Kontorunda imzalanmış alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 satılmışdır. Rəsmi sənədlərdə Cavabdeh2 adı göstərilsə də Vüqarın atası olan Cavabdeh1 bütün danışıqlarda iştirak etmiş və pul vəsaiti satıcının, yəni iş üzrə İddiaçı və onun rəhmətlik atasının iştirakı ilə üç dəfəyə tam miqdarda onlara ödənilmişdir. Məhz, alqı-satqı əməliyyatı tam başa çatdıqdan sonra «xxxx» Firmasının Nizamnaməsinə dəyişikliklər edilmiş və xx.xx.2009-cu il tarixdə Dövlət qeydiyyatına alınmışdır. Eləcə də, həmin qeyri-yaşayış sahəsi «xxxx» MMC-nin icarəsinə verilmiş və xx.xx.2016-cı il tarixədək həmin qeyri-yaşayış sahəsindən Tibbi Klinika kimi istifadə olunmuşdur. Həmin MMC-nin 50% miqdarında təsisçilik payı Cavabdeh1 məxsusdur. İlham Məmmədovun MMC-yə qarşı xx.xx.2016-cı il tarixdən halhazıradə k davam edən bilə-bilə qanunsuz hərəkətləri nəticəsində MMC-nin fəaliyyəti tam olaraq dayandırılmış və MMC-nin maliyyə-təsərrüfat fəaliyyətinə aid olan bütün sənədlər, möhürlər və demək olar ki, bütün əmlaklar, o cümlədən tibb avadanlıqları itirilmiş və yaxud həmin şəxs tərəfindən götürülmüşdür. Həmçinin, həmin tarixdən etibarən MMC-nin bütün əməkdaşları MMC-nin istifadəsində olan və fəaliyyət göstərdiyi binaya buraxılmamışdır. İlham Məmmədovun bilə-bilə qanunsuz hərəkətləri nəticəsində MMC-nin iş ahəngi pozulmuş və MMC-nin hal-hazırda da fəaliyyəti dayandırılmışdır. Odur ki, qüvvədə olan prosessual qanunvericiliyin tələbinə əsasən-qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə - müəyyən edilmiş hallar hazırkı məhkəmə üçün məcburi olmaqla yanaşı, həmin qətnamədə müəyyən edilmiş faktlar yenidə n sübut edilmir. İddiaçı tərəfindən verilmiş iddia tələbində göstərilən dəlillərin əsassız olması qeyd etdikləri qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən, həmin faktların hazırkı məhkəmə prosessində mübahisələndirilməsi və yenidən sübut edilməsi yol verilməzdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd- şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz, bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən sübut olunmasına yol vermir. İkincisi, bundan başqa, İlham Məmmədovun onlara qarşı qərəzli münasibətini davam etdirmək üçün və əmlaklarını ələ keçirməyə görə, «xxxx» firmasına və «xxxx» MMC-yə heç bir aidiyyəti olmadığı halda öz adı altında, yəni 25% miqdarında paya malik olan «xxxx» şirkətinin təsisçisi kimi (həmin şirkətin 25% miqdarında payı Cavabdeh1 məxsusdur) Cavabdeh1 qarşı Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müra ciət edərək, MMCnin mülkiyyətində olan əmlakımın ona verilməsi və digər tələblər barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Bu hal ilə birbaşa müəyyən edilir ki, İlham Məmmədov tərəfindən onlara qarşı əvvəlcədən düşünülmüş qərəzli planı artıq ən yüksək zirvəsini almışdır. Bu da əyani sübutdur ki, 8 il sonra qaldırılmış hazırkı iddia tələbi də İlham Məmmədovun təşəbbüsü ilə təşkil olunmuşdur.
6. Üçüncü şəxs “xxxx” şirkətinin təsisçiləri X6 və X4 nümayəndəsi və vəkili Vəkil1 birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, həqiqətən də “xxxx” firmasında payın alqı-satqısına dair xx xxx 2009-cu il tarixli müqaviləsinə əsasən, İddiaçı “xxxx” firmasındakı nizamnamə kapitalındakı 100 faiz payının 50 faizini Cavabdeh2, 50 faizini isə X1. Müqavilədə alqı-satqı qiyməti göstərilməsə d ə, onlar 2.400.000 ABŞ dolları məbləğində razılığa gəlmişlər. İlqar Əliyev həmin məbləğin müvafiq olaraq öz payına düşən hissəsini yəni, 1.200.000 ABŞ dollarını iddiaçıya ödəməsi üçün Cavabdeh1 vermişdir. Cavabdeh2 öz payında düşən hissəsini ödəmədiyini isə təxminən 2016-cı ilin sentyabr aylarında iddiaçının İlqar Məmmədova müraciəti zamanı öyrənmişdir. Həmçinin həmin vaxt ona məlum olmuşdur ki, Cavabdeh2 onun payına düşən hissədən müəyyən qədər, yəni təxminən 20 000 ABŞ dolları ödəmişdir.
7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim H.Əhmədova) xx xxx 2020-cu il tarixli, xnömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 1.180.000 ABŞ dolları məbləğində borc və 54.083 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 1.234.083 ABŞ dolları məbləğində pul vəsaitini n qətnamənin icra edildiyi günə Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, məhkəmə xərcləri qismində ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir.
8. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, xx xxx 2009-cu il tarixli alq-satqı müqaviləsində icra müddəti müəyyənləşdirilməmişdir. Lakin, tərəflər arasındakı razılığa əsasən, cavabdehlər tərəfindən müqavilə üzrə müəyyən məbləğ ödənilmiş, qalan məbləğin isə hissə-hissə ödəniləcəyi barədə şifahi razılığa gəlinmişdir. İddiaçının məhkəmədə verdiyi izahatından da göründüyü kimi, Cavabdeh2 ona hissə-hissə ödəniş etməklə 2016-cı ilin sentyabr ayınadək ümumilikdə 20.000 ABŞ dolları ödəniş etmiş, həmin tarixdən sonra ödəniş etməyəcəyini bil dirmişdir. İddiaçı cavabdehlərə həmin vaxta qədər müəyyən güzəştli müddətlər versə də, həmin vaxtdan etibarən hüquqlarının pozulduğu ona məlum olmuşdur. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia müddəti iddiaçının hüquqlarının pozulduğunu bildiyi vaxtdan, yəni 2016cı ilin sentyabr ayından hesablanmalıdır. İddiaçı isə 2017-ci ilin avqustunda məhkəməyə müraciət etmişdir, hansı ki, bu zaman iddia müddətini ötürməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev) xx xxxxxxx 2020-ci il tarixli, x nömrəli qətnaməsi ilə İddiaçı və üçüncü şəxslər “xxxx” Şirkətinin təsisçiləri X11 və X4 apellyasiya şikayətlərinin təmin edilməməsi, cavabdehlər Cavabdeh1 və Cavabde h2 apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, xsaylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın rədd edilməsi qət edilmişdir.
10. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı ona maddi ziyan yetirilməsi, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə maddi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirini sübut edən hər-hansı bir tutarlı sübut məhkəməyə təqdim edə bilməmişdir. İş materiallarına əlavə olunmuş və qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, x nömrəli qətnaməsi ilə təsbit olunmuşdur ki, İddiaçı hüquqları nın pozulmasının ona 2016-cı ildə məlum olması ilə bağlı gətirdiyi dəlillər əsassızdır. Çünki, iddiaçının göstərdiyi əsaslar (pulun ödənilməməsi və s.) iddiaçıya müqavilə bağlanılan andan məlum idi və müddətin axımı həmin vaxtdan başlamışdır. İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında yaranmış mübahisə müqavilə münasibətlərindən irəli gələn öhdəliklər üzrə yaranmışdır. Bununla bağlı məhkəmə tərəfindən mübahisəyə hüquqi qiymət verilərək iddiaçının cavabdehlərə qarşı olan tələblərinin əsassız hesab edilərkən, eyni tərəflər arasında yaranmış mübahisələr üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri nəzərə alınmalıdır. xx xxx 2009-cu il tarixdə tərəflər arasında əqd bağlansa da, iddiaçı 8 il keçdikdən sonra həmin əqd əsasında yaranmış tələblərlə bağlı iddia qaldırmaqla, iddia müd dətini ötürmüşdür. Kassasiya şikayətlərinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətlərinin dəlilləri
11. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini və ya iddia tələbinin təmin olunmasını xahiş etmişlər.
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlərin apellyasiya şikayətinə şikayətdə istinad etdiyi müəyyən sənədlər əlavə olunmuşdur. Əgər həmin sənədlər cavabdehlər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmuşdursa, onda yenidən apellyasiya şikayətinə sözügedən sənədlərin əlavə olunmasına nə zərurət vardır? Belə olan halda, cavabdehlər apellyasiya instansiyası məhkəməsinə yeni sübut təqdim etmiş olur. Halbuki, cavabdehlə rin və onların nümayəndəsi və vəkilinin kifayət qədər vaxtı vardır ki, apellyasiya şikayətinə əlavə etdiyi sənədləri lazımı qaydada təsdiqlədərək birinci instansiyası məhkəməsinə təqdim etsinlər. Bundan əlavə, həmin sənədlərin apellyasiya instansiyası məhkəməsinə təqdim olunması ümumiyyətlə əsaslandırılmamışıdır. Hazırki iddia tələbi ilə qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, x nömrəli qətnaməsi ilə təsbit olunmuşlarla heç bir əlaqəsi yoxdur. Həmin işdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1.200.000 ABŞ dolları məbləğinin alınaraq ona ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 təmir və rekonstruksiya işlərinə çəkdiyi 500.000 manat məbləğinin alınaraq ona ödənilməsi, Cavabdeh1 borc kimi aldığı 200.000 ABŞ dol ları məbləğinin alınaraq ona ödənilməsi barədə qətnamənin qəbul olunması məhkəmədən xahiş olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, x nömrəli qətnaməsində iddia tələbi xx xxx 2009-cu il tarixdə Bakı şəhəri, 30 saylı Dövlət Notariat Kontorunda imzalanmış alqı-satqı müqaviləsinin X9 hissəsində etibarsız hesab edilməsi, Cavabdeh2 adına rəsmiləşmiş “xxxx” firmasının nizamnamə kapitalının 50%-nin alınaraq İddiaçı qaytarılması, 2009-cu ildən hal-hazırki vaxtadək əldən çıxmış fayda kimi 420.000 manat məbləğin Cavabdeh1 və Cavabdeh2 alınaraq mənə ödənilməsi, Cavabdeh1 və Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş 100.000 manat məbləğində mənəvi ziyanın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göründüy ü kimi qeyd olunan mülki işlərin heç bir hüquqi bağlılığı yoxdur, belə olan halda Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, x nömrəli qətnaməsi heç bir preyudisial qüvvəyə malik deyildir və hazırki iş üzrə heç bir hüquqi nəticəyə səbəb ola bilməz. Bundan əlavə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, x nömrəli qətnaməsində qeyd olunmuşdur ki, alqı-satqı müqaviləsinin etibarsızlığının əsası kimi - satılmış əmlakın dəyərinin bir hissəsinin ödənilmədiyi üçün aldadıldığını göstərmişdir. Məhkəmə isə satılmış əmlakın dəyərinin yarısının ödənilməməsi əsasına görə əqdin etibarsızlığının qanunvericilikdə nəzərdə tutulmamasnı qeyd etmişdir. İddiaçı da hazırki iş üzrə mülkiyyətində olmuş əmlakın dəyərinin bir hissəsinin ö dənilməsini tələb etmişdir. Mülki Məcəllənin 384.0.4-cü maddəsinin tələblərinə görə, hazırkı mübahisəyə ümumiyyətlə iddia müddəti şamil edilə bilməz. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinə yazılı etiraz təqdim olunaraq x saylı mülki işin baxılması üçün başqa apellyasiya instansiyası məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Həmçinin, məhkəmənin diqqətinə çatdırılmışdır ki, Cavabdeh1 xx xxxxxx 2019-cu il tarixdən Türkiyə Respublikasına, Cavabdeh2 isə xx xxxxxxxx 2016-cı il tarixdən ABŞ-ya qaçıb getmişlər və onların adından verilmiş iddia müddətinin tətbiqi barədə ərizədəki imzalar saxtalaşdırılmışdır. Sözügedən ərizənin saxta olubolmamasını iş üzrə ciddi əhəmiyyət kəsb edən ən vacib ərizə idi ki, məhkəmədən məhkəməxəttşünaslıq ekspertizasının təyin olunması xahiş olunmuşdur. X7 rəhbərlik etdiyi məhkəmə kollegiyası həm verilmiş etiraza, həm də ekspertiza təyin olunması barədə vəsatətə münasibət bildirilməsi üçün müşavirə otağına getmiş, lakin oradan qayıtdıqda birbaşa çıxardığı qətnaməni elan etmişdir. Bundan əlavə, iddia müddətini tətbiq edərkən də bir sıra pozuntulara yol vermişdir. Belə ki, hakim Xumar Mərdanova çıxardığı məhkəmə qətnaməsində cavabdehlər tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiq olunması barədə ərizəyə istinad olunmamışdır. Bu hal da həmin ərizənin saxta olmasını bir daha təsdiqləyir. Cavabdeh1 Azərbaycan Respublikasında olduğu müddətdə məhz bu cür hərəkətlərlə bir çox şəxsləri aldatmış və pullarını mənimsəmişlər. Bu gün də xarici ölkələrdə Azərbaycan Respublikasının yüksək rütbəli şəxslərin iştirak etdiyi beynəl xalq görüşlərə və tədbirlərə müxtəlif vasitələrdən istifadə edərək daxil olur və orada məqsədli şəkildə foto şəkillər çəkdirirlər və həmin foto şəkilləri vəkillərinə göndərərək məhkəmələrdə feyk məlumatlar yayaraq öz çirkin niyyətlərini həyata keçirirlər. İddiaçı, Cavabdeh1 və onun oğlu Cavabdeh2 ona çatası 1.200.000 AB$ dollarını mənimsədiklərindən məcbur olub məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi mülki isə baxaraq qanuni qətnamə qəbul etmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsi sübutlara deyil, Cavabdeh1 və Cavabdeh2 vəkili Vəkil2 tərəfindən məhkəməyə aid olmayan, işin predmetinə heç bir aidiyyatı olmayan təhlükəli keçidlə email poçta göndərilmiş X3 email poçt məlumatını məhkəməyə təqdim etmişdir. Əfsuslar olsun ki, məhkəmə iş üzrə sübutları araşdırıb hüquqi qiymət ver mək əvəzinə məhkəmənin predmetinə heç bir aidiyyəti olmayan email poçt vasitəsilə göndərilmiş yazını mötəbər sübut kimi iş materiallarına əlavə edərək tədqiq etmişdir. İddiaçı, özünə məxsus əmlakı 2.400.000 ABŞ dollarına cənab İlqar Əliyevə satmışdır və həmin məbləğin 1.200.000 ABŞ dollarını məbləğini almışdır. Qalan 1.200.000 ABŞ dolları məbləğini isə almamışdır. İddiaçı tərəf bu barədə cənab İlqar Əliyevə müraciət edəndə məlum olmuşdur ki, Cavabdeh1 İlqar müəllimin adından istifadə edərək iddiaçının pulunu mənimsəyib və qaytarmasını tələb edəndə isə guya ödədiyini bildirmişdir. Halbuki, bunlar hamısı yalandır. Belə olan halda cavabdeh sübut etməlidir ki, pulu ödəyib. Hakim bu kimi sübutları deyil, Cavabdeh1 və oğlu Cavabdeh2 xarici ölkədə yüksək rütbəli şəxslərlə çəkdirdiyi şəkilləri ara şdırmışdır. Bundan əlavə Cavabdeh1 və onun oğlu Cavabdeh2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açıldığından ölkədən qaçmışlar və mənimsədikləri pulları Fransaya, İsrailə və. s digər ölkələrə apararaq özlərinə saysız-hesabsız əmlaklar əldə ediblər. Bu barədə məhkəməyə mötəbər sübutlar təqdim edilsə də, hakim bu kimi halları araşdırmamışdır.
13. Üçüncü şəxslər İlqar Əliyev və İlham Məmmədov kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini və ya iddia tələbinin təmin olunmasını xahiş etmişlər.
14. Həmin kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayət inə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında iştirak edən iddiaçının, üçüncü şəxslərin nümayəndəsi və vəkili, kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.
17. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili, kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi.
18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
19. Maddə 3 72.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
20. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
21. Maddə 373.2. Müqаvilə tələbləri üzrə iddiа müddəti üç il, dаşınmаz əşyаlаrlа bаğlı müqаvilə tələbləri üzrə iddiа müddəti isə аltı ildir.
22. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
23. Maddə 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətini n axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.
24. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.
25. Maddə 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin.
26. Maddə 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
27. Maddə 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
28. Maddə
651. Tələblərin və digər hüquqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Rəsmi reyestrlərdə qeydə alınmış daşınmaz əşyalara və obyektlərə hüquqların satıldığı hallarda bu Məcəllənin 646 - 650-ci maddələri müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
31. Kassasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hal larını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir. 35. “xxxx” firmasında payın alğı-satqısına dair xx xxx 2009-cu il tarixli müqaviləyə əsasən İddiaçı “xxxx” firmasındakı nizamnamə kapitalındakı 100 faiz payının 50 faizini Cavabdeh2, 50 faizini isə X2.
36. İşə əlavə olunmuş, Bakı səhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alğı-satqı müqaviləsinin qismən ləğv edilməsi, nizamnamə kapitalının 50%-nin qaytarılması, əldən çıxmış fayda və mənəvi ziyan tələbinə dair iddiası rədd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin MK-nı n xx xxxxxx 2018-ci il tarixli, x saylı qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, xsaylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «alğı-satqı müqaviləsinin qismən etibarsız hesab edilməsi, nizamnamə kapitalının 50%-nin qaytarılması, əldən çıxmış fayda və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin x nömrəli, xx.xx.2019-cu il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
37. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, hər-hansı şəxsin hərəkətlərində cinayət əməlinin və ya mülki hüquq pozuntusunun olmas ı şifahi mülahizələrlə deyil mötəbər sübutlarla (məsələn cinayət təqibi orqanın və ya məhkəmənin qərarı və s.) təsdiq edilməlidir.
38. Göründüyü kimi, iddiaçı ona maddi ziyan yetirilməsi, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə maddi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirini sübut edən hər-hansı bir tutarlı sübut məhkəməyə təqdim edə bilməmişdir. Apellyasiya baxışının əsasını təşkil edən iddia predmeti və iddianın əsasları üzrə artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarları mövcuddur. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən qeyd etmişdir ki, iddiaçıya, onun hüquqlarının pozulması 2016-cı ilin sentyabr ayında məlum olmuşdur.
39. Halbuki, iş materiallarına əlavə olunmuş v ə qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, x nömrəli qətnaməsi ilə təsbit olunmuşdur ki, İddiaçı hüquqlarının pozulmasının ona 2016-cı ildə məlum olması ilə bağlı gətirdiyi dəlillər əsassızdır. Çünki, iddiaçının göstərdiyi əsaslar (pulun ödənilməməsi və s.) iddiaçıya müqavilə bağlanılan andan məlum idi və müddətin axımı həmin vaxtdan başlamışdır.
40. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında yaranmış mübahisə müqavilə münasibətlərindən irəli gələn öhdəliklər üzrə yaranmışdır. Bununla bağlı məhkəmə tərəfindən mübahisəyə hüquqi qiymət verilərək iddiaçının cavabdehlərə qarşı olan tələblərinin əsassız hesab edilərkən, eyni tərəflər arasında yaranmış mübahisələr üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri nəzərə alınmalıdır. Hazırkı iş üzrə iddia müddəti ötürüldüyündən apellyasiya baxışının predmetinə aid olan halların yenidən araşdırılması işin nəticəsinə əhəmiyyətli təsir etməyəcək. Belə olan halda isə həmin dəlillərin araşdırılması prosessual qənaət prinsipinə zidd olmaqla iş üzrə icraatın uzadılmasına səbəb olacaq.
41. Apellyasiya kollegiyası qeyd etmişdir ki, xx xxx 2009-cu il tarixdə tərəflər arasında əqd bağlansa da, iddiaçı 8 il keçdikdən sonra həmin əqd əsasında yaranmış tələblərlə bağlı iddia qaldırmaqla, iddia müddətini ötürmüşdür.
42. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə xx xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
43. Apellyasiya məhkəməsi mənəvi ziyanın təmin edilməsi ilə bağlı qeyd etmişdir ki, cavabdehlərin iddiaçıya münasibətdə qanunvericiliyinin tələblərinin pozulması ilə müşayiət edilən hər hansı bir hərəkətlərinin olması barədə iddiaçı tərəfindən məhkəməyə hər-hansı sübut təqdim edilmədiyindən, iddiaçının mənəvi ziyan tələbinin hüquqi əsası müəyyən edilmir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab etmişdir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə mə hkəməyə müraciət etdiyindən iddia tələbi rədd edilməlidir.
44. Kollegiya apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq bildirir ki, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Belə ki, iddia, alqı-satqısı müqaviləsi üzrə satılan payın dəyərinin ödənilməmiş hissəsinin tələbi barədədir. Tələb hüquqlarına isə bir qayda olaraq iddia müddəti tətbiq edilir. Bu qayda iddia müddətinə dair MM-in 372.1-ci maddəsində açıqca göstərilmişdir: “başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir”.
45. İddia müddətinin tələb hüquqları üçün xarakterik olması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi nin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2020-ci il tarixli qərarında da qeyd edilmişdir.
46. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2017-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuş, cavabdeh tərəf isə həmin məhkəmədə iddia müddətinin tətbiqinə dair ərizə vermişdir.
47. Apellyasiya məhkəməsi hazırkı iş üzrə iddia müddətinin başlanığıcı kimi alqı-satqı müqaviləsinin bağlandığı (xx.xx.2009-cu il) tarixi əsas götürmüşdür. Kollegiya tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliklərin icra müddətinin müəyyənləşdirilmədiyini nəzərə alaraq hesab edir ki, apellyasiya məhkəməsin bu mövqeyi Mülki Məcəllənin 377.3-cü maddəsinə uyğundur. Belə ki, həmin no rmaya görə, icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır (§ 23). Onu da nəzərə aldıqda ki, alıcı bir qayda olaraq əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir (§ 27), satıcı İddiaçı satış predmetinin dəyərinin tam olaraq ödənilməsi tələbini irəli sürmək hüququ, alqı-satqının predmeti olan payın alıcıların adına rəsmiləşdirildiyi 2009-cu ilin may ayından etibarən əmələ gəlmişdir. Bu hal iddia müddətinin məhz həmin tarixdən başlanmasına dəlalət edir. Digər tərəfdən sözügedən müqavilə üzrə iddiaçının hüquqlarının pozulmasının məhz müqavilə bağlanan andan ona məlum olması eyni tərəflər a rasında baxılmış digər mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsində də müəyyən edilmişdir.
48. Kollegiya onu da nəzərə alır ki, qanunla müəyyən edilmiş iddia müddəti daxilində həmin müddətin kəsilməsinin sübuta yetirilməməsi barədə gəlinmiş qənaət də prosessual hüquq normalarına uyğundur.
49. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
50. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanıl