Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1219/2021 12.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, “BioLab” Tibb Mərkəzi, X5 və Azərbaycan Tibb Universiteti X4rşı iş üzrə QƏRARİ iş № 2(102)-1219/21 (Açar sözlər: sağlamlığa vurulmuş ziyana görə maddi və mənəvi zərərin tutulması, tələbin sübuta yetirilməməsi) Bakı şəhəri, xx xxxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, Cavabdeh1 vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, “BioLab” Tibb Mərkəzi, X5 və Azərbaycan Tibb Universitetinin X4rşı “sağlamlığa dəymiş zərərin əvəzinin və müalicəyə çəkiləcək xərclərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-559/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə xx xxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər X6, Cavabdeh3, Cavabdeh5, “BioLab” Tibb Mərkəzinə, X3 və Azərbaycan Tibb Universitetinin X4rşı iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət edərək sağlamlığına dəymiş maddi və mənəvi ziyana görə Cavabdeh1 və BioLab Tibb Mərkəzindən müştərək qaydada 5000 manat, Cavabdeh3 və X1 müştərək qaydada 2000 manat, Cavabdeh5 və Azərbaycan Tibb Universitetinin Cərrahiyyə Klinikasından müştərək qaydada 7000 manat, sağlamlığına dəymiş ziyanın müalicəsi məqsədilə Cavabdeh1 və BioLab Tibb Mərkəzindən müştərək qaydada 3000 manat, Cavabdeh3 və X1 müştərək qaydada 2000 manat, Cavabdeh5 və Azərbaycan Tibb Universitetinin Cərrahiyyə Klinikasından müştərək qaydada 10000 manat pul vəsaitinin, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı 2017-ci ilin mart-aprel aylarında ayağının diz ətrafında əmələ gəlmiş promlemlərlə bağlı “Biolab” Klinikasının həkimi Cavabdeh1 müraciət etmişdir. Danışıqlar zamanı Cavabdeh1 xəstəliyin müalicəsinin mümkün oldu ğunu iddiaçıya bildirmiş və diaqnoz qoymadan müalicəyə başlamışdır. Bundan sonra iddiaçı xəstəliyin müalicə olunması məqsədi ilə bir sıra analizlər verməklə yoxlamalardan keçmişdir. Hər dəfə də müəyyən dərmanlar yazılıb, onların qəbulundan sonra dəfələrlə analizlər götürülüb. Alınmış analizlərə və keçirilmiş yoxlamalara görə iddiaçı tərəfindən 5000 manatdan çox pul xərclənsə belə, sağlamlığı ilə bağlı heç bir nəticə olmamışdır. Bu cür hərəkətlərlə həkim iddiaçıya verdiyi bütün ümidləri sındırmış və iddiaçı xəstəliyindən müalicə ola bilməmişdir. Cavabdeh1 etdiyi müalicələrin faydasız olduğunu və əksinə iddiaçıya daha çox zərər yetirdiyini bildikdən sonra, iddiaçı məcbur olub başqa həkim axtarmış və X2 həkimi Cavabdeh3 müraciət etmişdir.
3. X2 həkimi Cavabdeh3 iddiaçını qəbul edib, həmin vax ta kimi olunan müalicələrin yanlış olduğunu və məhz aparılmış yanlış müalicələrin üzündən sağlamlığa ziyan dəydiyini bildirmişdir. Hər hansı bir diaqnoz qoymadan Cavabdeh3 da iddiaçıya analizlər verməyin, müayinə və müalicə olunmağının zəruriliyini bildirmişdir. İddiaçı isə həkimin ona dediklərinə əməl etmiş, lakin aparılan müayinə və müalicələrin heç bir nəticəsi olmamışdır. Cavabdeh3 tərəfindən qeyd edilən tibbi prosedurların yerinə yetirilməsi üçün iddiaçının təxminən 2000 manatdan çox pul xərclənməsinə baxmayaraq, heç bir nəticə əldə olunmamış və yenə əksinə olaraq iddiaçının səhhəti daha da pisləşmişdir.
4. Bundan sonra iddiaçı Azərbaycan Tibb Universitetinin Cərrahiyyə Klinikasında işləyən Cavabdeh5 adlı həkimə müraciət edərək xəstəliyi ilə bağlı məlumat vermişdir. Həkim isə iddiaçıy a ayağında olan problemin həllinin yalnız 2 dəfə cərrahiyə əməliyyatı olunmaqla mümkün olduğunu demişdir. İddiaçı həkimin dediklərinə inanaraq xəstəliyinin sağalmasına nail olmaq üçün həkimin əməliyyat təklifini qəbul etmişdir. Cərrahiyyə əməliyyatının baş tutması məqsədi ilə iddiaçı tərəfindən 3000 manatdan çox pul xərclənsə də, aparılmış əməliyyatın heç bir faydası olmamış, əksinə, səhhətində olan xəstəlik daha da ağırlaşmışdır. Ayağının diz oynağında çirklənmə getmiş və bədənində güclü problemlər əmələ gəlmişdir. Hazırda iddiaçının səhhəti Cavabdeh5 iddiaçının etibarından sui-istifadə edib ondan pul alaraq, iddiaçını yanlış əməliyyat etdiyinə görə çox pisləşib.
5. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 1096.1, 1097.1, 1098.2, 1118-ci, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 24, 25, 34 və 52-ci maddələrinə istinad etmişdir.
6. Cavabdeh1 iddia tələbinə yazılı etiraz edərək, etirazını onunla əsaslandırıb ki, iddiaçını dügün müalicə edib, müalicənin səhv olması barədə dəlillər əsassızdır.
7. İddiaçının vəsatəti əsasında birinci instansiya məhkəməsinin qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.
8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 117/KEŞ saylı xx.xx.2019-cu il tarixli rəyinə əsasən İddiaçı adına tərtib edilmiş tibbi sənədlərə əsasən ekspert komissiyası aşağıdakı nəticəyə gəlmişdir: İddiaçı aparılmış müvafiq klinik laborator və instrumental müayinələr əsasında “Sağ diz oynağının Villonodulyar sinovit”i diaqnozu təyin edilmişdir. Qeyd olunan patoloji proses müxtəlif səbəblərdən (autoimun fak tor, iltihab, allergik reaksiya, travma və s.) yarana bilər. “Villonodulyar sinovit” xəstəliyinin müalicəsi istər cərrahi müdaxilə, istərsə də konservativ yolla aradan qaldırıla bilər. Həkim Cavabdeh1 və həkim Cavabdeh3 tərəfindən xəstə İddiaçı adına yazmış olduqları resept blanklarında qeyd olunan dərman preparatları onda mövcud olan əsas xəstəliyin kəskinləşməsinə səbəb ola bilməzdi. Qeyd edilmiş dərman preparatlarının annotasiyalarında onların revmatizm və artrit kimi xəstəliklərdə istifadə olunması nəzərdə tutulur. İddiaçı adına “ATU-nun X9”nda tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2018-ci il tarixdə klinikaya müraciət etmiş və aparılmış müvafiq müayinələrdən sonra ona “Villonodulyar sinovit” diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq xəstə yə “Artroskopik sinovitin təmizlənməsi” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyatdan sonra xəstə nəzarətdə saxlanılmış və xx.xx.2018-ci il tarixdə evə yazılmışdır. Əməliyyat zamanı götürülmüş biomaterial patohistoloji müayinəyə təqdim edilmiş və infiltrariv-qranulematoz sinovitinin olduğu öz təsdiqni tapmışdır. İddiaçı “ATUnun X9”nda aparılmış müalicələr və üzərində icra edilmiş cərrahiyyə əməliyyatı təyin edilmiş diaqnoza uyğun olmuşdur.
9. İddiaçı ekspertiza rəyi ilə razı olmayaraq, təkrar ekspertiza təyin edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi təkrar ekspertizaya zərurət olmaması əsası ilə vəsatəti təmin etməmişdir.
10. Yasamal Rayon Məhkəməsinin 2(004)-513/2019 nömrəli, 31 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Təhminə Xəlilova)
11. M əhkəmə toplanmış sübutlara, o cümlədən ekspert rəyinə hüquqi qiymət verərək qeyd etmişdir ki, iddiaçı sağlamlığını pozmaqla vurulmuş zərərin əvəzinin ödənilməsini cavabdehlərdən tələb etmək üçün məhz cavabdehlərin iddiaçının sağlamlığını pozması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Lakin iddiaçı cavabdehlərin hərəkətləri nəticəsində onun sağlamlığının pozulduğunu sübut edə bilməmişdir.
12. Birinci instansiya məhkəməsi həmçinin hesab edib ki, iddiaçının cavabdehlərə qarşı maddi ziyanın ödənilməsi tələbi edilmədiyindən müvafiq olaraq tələbin mənəvi zərərin əvəzinin ödənilməsi hissəsi də təmin olunmamalıdır. Çünki mənəzi ziyan tələbi digər tələblərdən birbaşa asılıdır. və məhz onların mövcudluğu halında məhkəmə tərəfindən qiymətləndirilərək münasibət bildirilə bilər.
13. Məhkəmə öz m övqeyini Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1099.1, 1112-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
14. İddiaçı qətnamədən apelyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti belə əsaslandırılıb ki, birinci instansiya məhkəməsi araşdırmaya az vaxt ayırıb, iclaslar arasındakı vaxt əsassız olaraq uzadılıb, zəruri prosessual hərəkətlər edilməyib, cavabdehlərdən ikisinin nə özləri, nə də nümayəndələri məhkəmədə iştirak etməyib, təkrar ekspertiza keçirilməsi barədə iddiaçının vəsatəti təmin edilməyib.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilib.
17. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 verdiyi xx.xx.2020-ci il tarixli 758 saylı ekspert rəyində qeyd olunmuşdur ki, 1999-cu il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əsaslanaraq qərarda qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir: İddiaçı adına tərtib edilmiş tibbi sənədlərə əsasən, ona aparılmış müvafiq müayinələrdən sonra “Sağ diz oynağının villonodulyar sinovit”i diaqnozu düzgün təyin edilmişdir. Villonodulyar sinovit sinovial oynaqların, selikli qişaların, tendon örtüklərinə təsir edən nadir xəstəliklərdəndir. Daha çox diz oynağında rast gəlinir. Bu patoloji proses müxtəlif səbəblərdən (autoimmun faktor, iltihab, allergik reaksiya, travma və s.) yarana bilər. İddiaçı xx.xx.2020-ci il tarixdə mütəxəssis tərəfindən müayinəsi zamanı, xəstəyə “Sağ diz oynağının osteoartriti, keçirilmiş septik artritin qalıq əlamətləri, xroniki osteomielit, remissiya mərhələsi” diaqnozu təyin edilmiş, hazırda irinli və iltihabi proses qeyd olunmadığı, sağ diz oynağında açıcı-bükücü kontrakturanın olması, sağ aşağı ətrafda yüngül əzələ atrofiyası, həmin nahiyədə əməliyyatdan sonrakı çapıqların olması təyin edilmişdir. Qeyd olunan patologiya ilə əlaqədar aparılan konservativ müalicə düzgün olmuşdur. Müalicənin uzunmüddətli olması onun xroniki gedişi ilə əlaqədardır. “Villonodulyar sinovit” xəstəliyinin müalicəsi həm konservativ yolla, həm də cərrahi yolla aparıla bilər. Həkim Cavabdeh1 və həkim Cavabdeh3 tərəfindən xəstə İddiaçı adına yazılmış resept blanklarında təyin edilmiş dərman prepa ratları onun xəstəliyinin kəskinləşməsinə səbəb ola bilməzdi. Həmin dərman preparatlarından revmatizm və artrit kimi xəstəliklərin müalicəsində istifadə olunması nəzərdə tutulur. İddiaçı adına “ATU-nun X9”nda tərtib edilmiş tibbi sənədlərə əsasən, o, xx.xx.2018-ci il tarixdə klinikaya daxil olmuş, aparılmış müvafiq müayinələrdən sonra ona “Villonodulyar sinovit” diaqnozu təyin edilərək, xx.xx.2018-ci il tarixdə “Sinovitin artroskopik təmizlənməsi” cərrahiyyə əməliyyatı icra edilmiş və xx.xx.2018-ci il tarixdə evə yazılmışdır. Əməliyyat zamanı götürülmüş biomaterial patohistoloji müayinəyə təqdim edilmiş və infiltrativ-qranulematoz sinovitin olduğu öz təsdiqini tapmışdır. “ATU-nun X9”nda İddiaçı aparılmış müalicələr və üzərində icra edilmiş cərrahiyyə əməliyyatı təyin edilmiş diaqnoza uyğun olmuşdur. Hazırda qüvvədə olan təlimatda sağlamlığa zərər vurma dərəcəsinin təyini yalnız bədən xəsarətləri ilə əlaqədar nəzərdə tutulmuşdur.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-559/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-513/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Aida Hüseyn (sədrlik edən və məruzəçi), Valeh Ağayev, Afaq Nuriyeva)
19. Apellyasiya instansiyası ekspert rəyi əsasında iddiaçının sağlamlığına vurulmuş zərərin məhz cavabdehlər tərəfindən düzgün aparılmamış müalicə nəticəsində yarandığı sübuta yetirilmədiyi üçün iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.
20. Apelly asiya instansiyası həmçinin qeyd edib ki, iddiaçının nümayəndəsinin təkrar məhkəmə-tibbi ekspertizasının keçirilməsi barədə vəsatəti üzrə keçirilmiş ekspert rəyi ilə də cavabdehlərin düzgün müayinə və müalicə aparmaması halı təsdiq edilməyib.
21. Apellyasiya instansiyası işin müəyyən edilmiş hallarına əsasən belə nəticəyə gəlib ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə yeni qərar çıxarmışdır.
23. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb, şikayətdə işin faktiki hallarına, həmçinin apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı
24. Kassasiya şikayətinə qarşı cavabddehlərin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
25. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 vəkili Vəkil1 kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.
26. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, iddiaçı, onun vəkili və digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddə sinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçək ənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquq i məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəti cələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
28. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsinin ləğvini tələb etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qətnaməsini tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 2
9. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.
31. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.
32. İddia tələbi iddiaçının sağlamlığına cavabdeh həkimlər tərəfindən vu rulan zərərin əvəzinin ödənilməsi barədədir.
33. Qanunvericilik tibb müəssisəsinin vurduğu zərərin ödənilməsi ilə bağlı iddialarda sübutetmə vəzifəsini zərərvuranın üzərinə qoyur. Hazırki işdə də zərərin cavabdehlərin (tibb müəssisələrinin) təqsiri üzündən baş verməməsinin iş üzrə keçirilmiş tibbi ekspertizaların rəyi ilə təsdiq edilməsi məhkəmələr tərəfindən müəyyən edilib.
34. İş materiallarından görünür ki, iddiaçı birinci instansiya məhkəməsinin təyin etdiyi məhkəmə-tibbi ekspertizasının rəyi ilə razı olmadığını, təkrar ekspertiza keçirilməsi barədə vəsatətin birinci instansiya məhkəməsi tərəfindən təmin edilməməsini apellyasiya şikayətində dəlil kimi irəli sürmüş, apellyasiya məhkəməsi iddiaçının həmin dəlili əsasında təkrar ekspertiza təyin etmiş, təkrar ekspert rəyi ilə də iddiaçını n istinad etdiyi hallar təsdiqini tapmamışdır.
35. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri iddianın təmin edilməsini istisna etdiyi üçün iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla apellyasiya instansiyası qanunu nəticəyə gəlmişdir.
36. Apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları, o cümlədən ekspert rəylərini Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
37. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddəl ərini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-559/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.