Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1219/2024 14.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2nə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində ləğv prosesində olan "xxxx" ASC cəlb edilməklə) qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iş üzrə icraata xitam verilməsi; eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Xıdırov Əhliman Mehman oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı cavabd ehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2nə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində ləğv prosesində olan "xxxx" ASC cəlb edilməklə) “əmlakın qiymətləndirilməsi və hərracın nəticələrinin etibarsız sayılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7800/2023 saylı 28 dekabr 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası 2 saylı yerli İqtisad Məhkəməsinin xx.xx.2006-ci il tarixli, 789/2-396 saylı qətnaməsinə və xx.xx.2007-ci il tarixli icra vərəqəsinə əsasən, iddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" Şirkətinə qarşı 50.000 manat kredit borcu və 3.500 manat faiz borcunun ödənilməsi və xx.xx.2005-ci il tarixli 15/H-S/05 saylı kredit müqaviləsinin ləğv olunması tələbinə dair iş üzrə iddia təmin edilmiş, cavabdeh "xxxx" şirkətinin əsas borc üzrə 50.000 manat, faiz borcu üzrə 3.500 manat olmaqla, cəmi 53.500 manat məbləğində borcu İddiaçı məxsus dəyəri 19.000 manat məbləğində qiymətləndirilən Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 1,3138 ha torpaq sahəsinə və dəyəri 9.490 manat məbləğində qiymətləndirilən Tovuz rayonu İbrahimhacılı kəndində yerləşən ümumi sahəsi 246.1 kv.m olan fərdi yaşayış evinə və "xxxx" şirkətinin daşınar və daşınmaz əmlaklarına yönəldilərək onun hesabına ödənilməsi və xx.xx.2005-ci il tarixli 150/H-S/05 saylı kredit müqaviləsinin ləğv edilməsi, qətnamənin icrasının təmin edilməsi ü çün ipoteka qoyulmuş əmlaklara həbs qoyulması qət edilmişdir.
2. Tovuz Rayon Məhkəməsinin 2(62)-802/2014 saylı iş üzrə xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən, iddiaçı "xxxx" ASC-nin cavabdehlər X9, X2, X3, X4, X6, X1, X5 və X7 qarşı «fərdi yaşayış evinin boşaldılaraq, "xxxx" ASC-yə təhvil verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin "xxxx" ASC-nin mülkiyyətində olan Tovuz rayonunun İbrahimhacılı kəndində yerləşən fərdi yaşayış evinə olan sahiblik və istifadə hüquqlarına xitam verilməsi, pasport qeydiyyatının ləğvi, həmin fərdi yaşayış evinin boşaldılaraq, "xxxx" ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iddiası təmin edilərək, cavabdehlərin "xxxx" ASC-nin mülkiyyətində olan, Tovuz rayonunun İbrahimhacılı kəndində 0,0684 hektar torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə olan istifadə hüquqlarına xitam verilmiş, həmin evin boşaldılaraq "xxxx" ASC-yə təhvil verilməsi qət edilmişdir.
3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1353/2015 saylı iş üzrə xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı ("xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin xx.xx.2013-cü il tarixli Y-348 №-li və Y-349 №-li protokolların etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia tələbi təmin edilməmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(103)-6185/2015 saylı qətnaməsi ilə (sədrlik edən S.Hacıyev, hakimlər R.Qurbanov və E.Nəbiyev) Səbail Rayon Mə hkəməsinin xx.xx.2015-ci il tarixli, 2(009)-1353/2015 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli 2(102)-749/2016 saylı qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsindən verilmiş İddiaçı kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6185 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, Tovuz rayonu Abulbəyli kəndində yerləşən 1.3138 ha torpaq sahəsi xx.xx.2014-cü il tar ixdə ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ əsasında "xxxx" ASC-nin Tovuz filialının adına qeydiyyatdan keçmiş, daşınmaz əmlakın dövlət reyestrində 46 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində qeydiyyata alınmışdır.
7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, Tovuz rayonu İbrahimhacılı kəndində yerləşən ümumi sahəsi 246,1 kv.m olan fərdi yaşayış evi xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ əsasında "xxxx" ASC-nin adına qeydiyyatdan keçmiş, daşınmaz əmlakın dövlət reyestrində 28 nömrəli reyestr kitabının 17 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmi ş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat:
8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tovuz rayonu Abulbəyli kəndində yerləşən 1.3138 ha torpaq sahəsinin və Tovuz rayonu İbrahimhacılı kəndində yerləşən ümumi sahəsi 246,1 kv.m olan fərdi yaşayış evinin 2013-cü il tarixinə olan likvid və bazar dəyərinin müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin N.789/2-396 saylı xx.xx.2007-ci il tarixli icra sənədi üzrə ”Qalib-A” şirkətinin "xxxx" ASC-yə olan borcunun ödənilməsi üçün iddiaçıya məxsus olan, Tovuz rayonu Abdulbəyli kəndində yerləşən 1.3138 ha torpaq sahəsinin və Tovuz rayonu İbrahimhacılı kəndində yerləşən ümumi sahəsi 246,1 kv.m olan fərdi yaşayış evinin hərraca çıxarılması ilə əlaqədar "xxxx"nə göndərilmişdir. "xxxx"nə göndərilənə qədər qeyd olunan əmlaklara dair heç bir qiymətləndirmə olmamışdır. Tovuz rayonu Abulbəyli kəndində yerləşən 1.3138 ha torpaq sahəsini də eyni tarixdə xx.xx.2005-ci il tarixdə ipoteka müqaviləsi bağlanarkən əmlaklara qoyulan qiymətlə xx.xx.2013-cü il tarixdə "xxxx"ndə hərraca çıxan çıxarılmış, təkrar hərracla 6051 manata ipoteka saxlayan "xxxx" ASC almışdır. Qeyd olunan əmlaklara dair "xxxx" ASC-nin adına çıxarış alınsa da bu günə qədər həmin əmlaklar iddiaçının istifadəsindədir, həmçinin, Tovuz rayonu İbrahimhacılı kəndində yerləşən ümumi sahəsi 246,1 kv.m olan fərdi yaşayış evində də iddiaçı hal-hazırda yaşayır. Cavabdeh2 1310 nömrəli, xx.xx.2013-cü il tarixli sifariş məktubuna əsasən, əmlaklar ı qiymətləndirmə olmadan hərraca çıxarılaraq onun xəbəri olmadan "xxxx" ASC tərəfindən alınmışdır. Həmin vaxt bu işlə etibarnamə üzrə vəkil və hüquqşünaslar dırnaqarası məşğul olduğundan, iddiaçı işin hüququ tərəflərini bilməyərək aldanmışdır. Onun əmlakları 2005-ci ildə "xxxx" ASC tərəfindən ipotekaya qoyularkən qiymətləndirilmiş, 2013-cü ildə isə 2005ci ilin qiyməti ilə satılmışdır. Onun evinin bazar dəyəri 2013-cü ildə 160.000 manat olmuş, həmçinin Tovuz rayonu Abulbəyli kəndində yerləşən 1.3138 ha torpaq sahəsinin də bazar dəyəri həmin vaxt 450.000 manat olmuşdur. Ona görə də qeyd olunan əmlaklarla bağlı 2013-cü il tarixlə qiymətləndirmə aparılmalıdır. Çünki onun qanunla qorunan mülkiyyət hüququ pozulmuşdur. Qeyd edilənlərə əsasən iddiaçı məhkəmədən iddia ərizəsinin təmin olunmasını xa hiş etmişdir.
10. İddiaçı iddia ərizəsinə əlavə verərək, Tovuz rayonu Abulbəyli kəndində yerləşən 1.3138 ha torpaq sahəsinin və Tovuz rayonu, İbrahimhacılı kəndində yerləşən ümumi sahəsi 246.1 kv.m olan fərdi yaşayış evinin 2013-cü il tarixinə olan likvid və bazar dəyərinin müəyyən olunmasına və "xxxx" MMC-də keçirilmiş hərracın nəticələrinin etibarsız sayılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia ərizəsinə əlavə onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilən sübutlardan da göründüyü kimi, Tovuz rayonu Abulbəyli kəndində yerləşən 1.3138 ha torpaq sahəsinin və Tovuz rayonu, İbrahimhacılı kəndində yerləşən ümumi sahəsi 246.1 kv.m olan fərdi yaşayış evinin xx.xx.2013-cü il tarixinə likvid və bazar dəyəri müəyyən edilmədən qeyri-qanuni olaraq hərracdan sat ışa çıxarılmışdır. Bununla da əmlakların hazırki tarixə likvid və bazar dəyərinin müəyyən edilməsi və hərracın nəticələrinin etibarsız sayılmasının zərurəti yaranmışdır.
12. Bakı şəhəri Səbail Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixli, 2(009)-2174/2022 nömrəli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmişdir. (hakim R.N.Qafarova)
13. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-103/2023 nömrəli qərardadı ilə mülki iş üzrə icraata xitam verilmiş, 100 manat məbləğində dövlət rüsumunun iddiaçıya qaytarılması və 100 manat məbləğində məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyərinin iddiaçıdan tutulması qət edilmişdir. (hakim R.N.Qafarova)
14. Birinci instansiyası məhkəməsi iş üzrə icraata xitam verərkən öz mövqeyini onunla əsaslandırmışdır ki, Məhkəmə icla sında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı ("xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "xxxx" MMC-nin xx.xx.2013-cü il tarixli Y-348 №-li və Y-349 №-li protokolların etibarsız hesab edilməsi tələbinə dair iddiası Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1353/2015 saylı iş üzrə 22 may 2015-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Həmin qətnamə iddiaçı tərəfindən mübahisələndirilmiş və yuxarı instasiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmaqla qanuni qüvvəyə minmişdir.
15. Həmin qətnamədə əks olunmuş iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı digər hallarla yanaşı, əmlakın dəyərini də həmin işdə mübahisələndirmişdir. Göründüyü kimi, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı ("xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "xxxx" MMC-nin xx.xx.2013-cü il tarixli Y-348 №-li və Y-349 №-li protokolların etibarsız hesab edilməsi tələbinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir.
16. Hazırda, İddiaçı (LPO "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər "xxxx"nə və Cavabdeh2nə qarşı "əmlakın qiymətl əndirilməsi və hərracın nəticələrinin etibarsız sayılmasına dair" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tovuz rayonu Abulbəyli kəndində yerləşən 1.3138 ha torpaq sahəsinin və Tovuz rayonu İbrahimhacılı kəndində yerləşən ümumi sahəsi 246,1 kv.m olan fərdi yaşayış evinin 2013-cü il tarixinə olan likvid və bazar dəyərinin müəyyən olunmasına və "xxxx" MMC-də keçirilmiş hərracın nəticələrinin etibarsız sayılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Məhkəmə hesab etmişdir ki, iddiaçının hazırda təkrarən mübahisələndirdiyi hərracın nəticələri haqqında protokolun etibarsızlığı ilə bağlı tələbə qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə münasibət bildirildiyindən hazırki iddiaya həmin hissədə baxıla bilməz.
18. Həmin qətnamənin məzmunu ilə müəyyən edilir ki, iddia ərizəsində əmlakın qiyməti ilə bağlı hallar da mübahisələndirilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə gəlinən nəticə əmlakın dəyəri ilə bağlı mübahisəni də əhatə etmişdir.
19. Odur ki, iddianın “əmlakın 2013-cü il tarixinə olan likvid və bazar dəyərinin müəyyən olunmasına” dair hissəsinə də ayrıca iddia icraatı qaydasında baxılmasını məhkəmə mümkün hesab etmir.
20. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4, 261.0.2, 262.4, 263 və 264-cü maddələrinə istinadla əsaslandırmışdır.
21. İddiaçı şikayət verərək birinci instansiya məhkəməsinin 2(009)-103/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılıb iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdi r.
22. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-103/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. (hakim R.N.Qafarova) b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. İddiaçı oğlunun Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-103/2023 nömrəli qərardadından verdiyi və qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılıb iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdiyi şikayət onunla əsaslandırılmışdır ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin N.789/2396 saylı, xx.xx.2007-ci il tarixli icra sənədi üzrə ”Qalib-A” şirkətinin "xxxx" ASC-yə olan borcunun ödənilməsi üçün İddiaçı məxsus olan, Tovuz rayonu Abulbəyli kəndində yerləşən 1.3138 ha torpaq sahəsinin və Tovuz rayonu İbrahimhacılı kəndində yerləşən ümumi sahəsi 246,1 kv.m olan fərdi yaşayış evinin, hərraca çıxarılması ilə əlaqədar "xxxx" MMC-yə göndərilmişdir. "xxxx" MMC-yə göndərilənə qədər qeyd olunan əmlaklara dair heç bir qiymətləndirmə olmamışdır. xx.xx.2005-ci il tarixdə ipoteka müqaviləsi bağlanarkən əmlaklara qoyulan qiymətlə xx.xx.2013-cü il tarixdə "xxxx" MMC-də hərraca çıxarılmış, təkrar hərracla 6051 (altı min əlli bir) manata ipotekasaxlayan "xxxx" ASC almışdır. Həmçinin Tovuz rayonu Abulbəyli kəndində yerləşən 1.3138 ha torpaq sahəsini də eyni, xx.xx.2005-ci il tarixdə ipoteka müqaviləsi bağlanarkən əmlaklara qoyulan qiymətlə xx.xx.2013-cü il tarixdə "xxxx" MMC-də hərraca çıxarılmış, təkrar hərracla 6.051 manata ipotekasaxlayan "xxxx" A SC almışdır. Qeyd olunan əmlaklara dair "xxxx" ASC-nin adına çıxarış alınsa da bu günə qədər həmin əmlaklar mənim istifadəmdədir, sözü gedən Tovuz rayonu İbrahimhacılı kəndində yerləşən ümumi sahəsi 246,1 kv.m olan fərdi yaşayış evində də hazırda yaşayır. Cavabdeh2 1310 nömrəli, xx.xx.2013-cü il tarixli sifariş məktubuna əsasən əmlakları qiymətləndirmə olmadan hərraca çıxarılaraq onun xəbəri olmadan "xxxx" ASC tərəfindən alınmışdır. Həmin vaxt bu işlə etibarnamə üzrə vəkil və hüquqşünaslar dırnaqarası məşğul olmuş, işinə səhlənkarcasına yanaşmışlar. O, sadə bir kənd sakini olduğundan işin hüququ tərəflərini bilmədiyindən aldanmışdır. Sonradan mötəbər hüquq qurumlarından öyrənmişdir ki, daşınmaz əmlaklarının icra şöbəsi tərəfindən likvid qiymətləndirilməsi ilə bağlı tədbir görülmədiyi üçün onu mübahisələndirmək hüququ vardır. Likvid qiymət barədə heç bir sənəd olmadığından əmlakların likvid qiymətləndirilməsi və hərraca çıxarılması barədə iddia qaldırmaq qərarına gəlmidir. Ümumiyyətlə, məhkəmə müəyyən etməlidir ki, cəmiyyətin maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilibmi?... Bu cür tarazlığa riayət edilməsi bütövlükdə Konvensiyaya xas olan cəhətdir və 1 saylı Protokolun 1-ci maddəsinin quruluşunda da öz əksini tapıb. (Sporronq və Lonnrot İsveçrə qarşı məhkəmə işi üzrə qərar 9 A52, 1982); Elə həmin qərarda bir daha göstərilir ki, xüsusi mülkiyyətin mülkiyyətçisi “xüsusi və həddən artıq ağır məhdudiyyət yükünə məruz qalarsa” ədalətli tarazlıq prinsipi pozulmuş olur; İqtisadi islahatların yaxud daha çox sosial ədalətə nai l olmağa yönəlmiş tədbirlərin həyata keçirilməsi zamanı qarşıya qoyulan qanuni məqsədlər tam bazar dəyərindən aşağı məbləğdə pul ödənilməsinə haqq qazandıra bilməz. Onun əmlakları 2005-ci ildə "xxxx" ASC tərəfindən ipotekaya qoyularkən qiymətləndirilmiş, 2013-cü ildə isə 2005-ci ilin qiyməti ilə satılmışdır. Yəni aradan 8 il vaxt keçmiş, bazar qiymətləri dəyişmişdir. Onun evinin bazar dəyəri 2013-cü ildə 9.490 manat yox, 160.000 manat olmuş, həmçinin Tovuz rayonu Abulbəyli kəndində yerləşən 1.3138 ha torpaq sahəsinin də bazar dəyəri həmin vaxt 19.000 manat yox, 450.000 manat olmuşdur. Ona görə də qeyd olunan əmlaklarla bağlı 2013-cü il tarixlə qiymətləndirmə aparılmalıdır. Çünki onun qanunla qorunan mülkiyyət hüququ pozulmuşdur. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsində ipoteka əmlaklarının likvid qiyməti müəyyən olunmamışdır. Hərracla bağlı mübahisənin qaldırılması barədə qətnamənin mövcud olması tutma əmlaklarına likvid qiymətin qoyulmasını məhdudlaşdıra bilməz. Məhkəmənin istinad etdiyi əvvəlki mübahisənin adından da göründüyü kimi mübahisə hərrac ilə bağlı olmuşdur. Hazırki mübahisədə likvid qiymətin müəyyən olunması tələbi hərracın nəticələrinə də toxunduğu üçün hərracın nəticələrinin etibarsız sayılması tələbinin qoyulması düzgündür. Göründüyü kimi, məhkəmə düzgün nəticəyə gəlməmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadını Bakı şəhəri Səbail Rayon Məhkəməsi nəzərə almamı şdır.
24. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegioyasının (hakimlər.V.Abdıyev (sədrlik edən və məruzəçi), X.Ə.Sarıyev, F.H.Qasımov.) 28 dekabr 2023-cü il tarixli, 2(103)-7800/2023 nömrəli qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-103/2023 saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
25. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, "xxxx" ASC ilə "xxxx" şirkəti arasında bağlanmış xx.xx.2005-ci il tarixli kredit müqaviləsi üzrə "xxxx" şirkətinin "xxxx" ASC qarşısında yaranmış kredit öhdəliklərinin təminatı olaraq, İddiaçı mülkiyyətində olmaqla Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 1. 3138 ha torpaq sahəsini və Tovuz rayonu İbrahimhacılı kəndində yerləşən ümumi sahəsi 246,1 kv.m olan fərdi yaşayış evini "xxxx" ASC qarşısında ipoteka ilə yüklü etmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklər lazımi qaydada yerinə yetirilmədiyindən tərəflər arasında məhkəmə mübaisəsi yaranmış və nəticədə Azərbaycan Respublikası 2 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsinə əsasən "xxxx" şirkətinin 53.000 manat borcu üzrə tutmanın qeyd edilən ipoteka predmetlərinə və "xxxx" şirkətinin digər əmlaklarına yönəldilməsi və həmin borcun onların hesabına ödənilməsi qət edilmişdir. Eyni zamanda, qətnamədə Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 1.3138 ha torpaq sahəsinin 19.000 manat, Tovuz rayonu İbrahimhacılı kəndində yerləşən ümumi sahəsi 246,1 kv.m olan fərdi yaşay ış evinin isə 9.490 manat məbləğində qiymətləndirildiyi göstərilmişdir. Qeyd edilən qətnamə üzrə xx.xx.2007-ci il tarixdə verilmiş icra vərəqəsinin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh2 xx.xx.2013-cü il tarixli sifariş məktubuna əsasən "xxxx" MMC tərəfindən təşkil edilmiş və keçirilmiş hərracın nəticəsində tərtib edilmiş xx.xx.2013-cü il tarixli, 348 və 349 saylı “Hərracın nəticələri haqqında” Protokollara əsasən həmin əmlaklar müvafiq olaraq 12.113 manat və 6.051 manat məbləğində pula tələbkar "xxxx" ASC tərəfindən əldə edilmişdir. Bundan sonra bu əmlaklara dair "xxxx" ASC-nin mülkiyyət hüququ 2014-cü ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır və hazırda da sonuncunun mülkiyyətindədir.
26. İddiaçı bu əmlaklar üzrə müəyyən edilmiş qiymətlərlə razılaşmayaraq, həm bu, həm də digər əsaslarla hərracın nəticələrini məhkəmə qaydasında mübahisələndirmiş, lakin bu barədə iddiası hüquqi nəticə etibarı ilə uğursuz olmuşdur. Belə ki, iddiaçının cavabdehə qarşı (yenə də "xxxx" ASC-ni mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etməklə) əmlakların qiymətinin həddindən artıq aşağı olması barədə dəlilləri də özündə əks etdirən “hərracın nəticələri haqqında protokolların etibarsız hesab edilməsi” tələbinə dair iddiası Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1353/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri də müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6185/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnamə si və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)749 saylı, xx.xx.2016-cı il tarixli qərarı ilə təmin edilməmiş, qətnamə qanuni qüvvəsini almışdır.
27. Bununla belə, "xxxx" ASC-ni üçüncü şəxs qismində işə cəlb etməklə iddiaçı cavabdeh tərəfindən keçirilmiş hərracı, o cümlədən hərracdan satılmış əmlakların qiymətini artıq bir dəfə məhkəmə qaydasında mübahisələndirmiş və həmin mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. Bu da öz növbəsində hazırki iş üzrə icraata xitam verilməsini şərtləndirir.
28. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasını nəzərə alıb, haqlı olaraq hazırki iş üzrə icraata xitam vermişdir. Bu səbə bdən İddiaçı şikayəti təmin olunmamalı, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-103/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
29. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2, 262.4, 398.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri:
22. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7800/2023 saylı, 28.12..2023-cü il tarixli qərardadının ləğv edilərək işin yenidən faktiki halları üzrə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassator kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, ona məxsus olan Tovuz rayonunun Abdulbəyli kəndində yerləşən 1.3138 ha torpaq sahəsi və Tovuz rayonunun İbrahimhacılı kəndində yerləşən ümumi sahəsi 246.1 kv.m olan fərdi yaşayış evinin ilkin satış qiyməti “İpoteka haqqında” Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiyməti müəyyənləşdirilməli olunsa da bununla bağlı prosessual hərəkət edilməmişdir.
24. İddiaçı məxsus olan, Tovuz rayonu Abulbəyli kəndində yerləşən 1.3138 ha torpaq sahəsi və Tovuz rayonu İbrahimhacılı kəndində yerləşən ümumi sahəsi 246,1 kv.m olan fərdi yaşayış evi açıq hərracdan satışa çıxarılan zaman ipoteka predmetlərinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilməmişdir.
25. İddiaçı kassasiya şikayətinin digər dəlilini onunla əsaslandırmışdır ki, tərəflər arasında Səbail Rayon Məhkəməsində keçirilmiş məhkəmə işi üzrə iddianın predmetinin hazırkı işlə heç bir əlaqəsi yoxdur. Çünki məhkəmənin istinad etdiyi əvvəlki mübahisənin adından da göründüyü kimi mübahisə hərrac ilə bağlı olmuşdur. Hazırki mübahisədə isə iddiaçı likvid qiymətin müəyyən olunması tələbi ilə hərracın nəticələrinə də toxunduğu üçün hərracın nəticələrinin etibarsız sayılması tələbinin irəli sürmüşdür.
26. Bildirir ki, əmlaka likvid qiymətin qoyulmasına dair eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi yoxdur. Hərracın nəticələrinin mübahisələndirilməsi tələbi iddiaçının “İpoteka haq qında” Qanunun tələbindən irəli gələn əmlaklara qoyulmalı olan likvid qiymətlə bağlı hüquqlarını məhdudlaşdıra bilməz. Birinci və ikinci məhkəmə instansiyaları təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə qərardad ləğv edilməli və işi hərtərəfli və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli, araşdırılan sübutlara düzgün hüquqi qiymət verməlidir.
27. Məhkəmənin istinad etdiyi əvvəlki mübahisənin adından da göründüyü kimi mübahisə hərrac ilə bağlı olmuşdur. Hazırki mübahisədə likvid qiymətin müəyyən olunması tələbi hərracın nəticələrinə də toxunduğu üçün hərracın nəticələrinin etibibarsız sayılması tələbin in qoyulması düzgündür. Göründüyü kimi, məhkəmə düzgün nəticəyə gəlməmişdir. “İpoteka haqqında” Azərbaycan RespublikasıQanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Ali Məhkəmənin 20 iyul 2020-ci il tarixli qərardadını Bakı şəhəri Səbail Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi nəzərə almamışdır.
28. Kassator şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.4-cü, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.9, 39.3.3-cü və Mülki Prossesual Məcəllənin 88, 261.0.2-ci maddələrinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının hakimlərindən ibarət məhkəmə tərkibinin 20 iyul 2020-ci il tarixli qərardadına istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı et irazın dəlilləri
29. Üçüncü şəxs "xxxx" ASC tərəfindən kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olsa da həmin etiraz “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyindən nəzərə alınmır.Belə ki, Azərbaycan Respublikasının MPM-in 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
30. Maddə 261.0. Hakim i ş üzrə icraata aşağıdakı hallarda xitam verir:...261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa;...
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəs i yoxdur.
34. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
37. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüqu qun tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
38. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Hazırkı kassasiya şikayətində iddiaçı tərəfindən qərardad tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının cavabdehə qarşı (yenə də "xxxx" ASC-ni mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etməklə) əmlakların qiymətinin həddindən artıq aşağı olması barədə dəlilləri də özündə əks etdirən “hərracın nəticələri haqqında protokolların etibarsız hesab edilməsi” tələbinə dair iddiası Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1353/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri də müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6185/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-749 saylı, xx.xx.2016-cı il tarixli qərarı ilə təmin edilməmiş, qətnamə qanuni qüvvəsini almışdır.
43. Bunu nla belə, "xxxx" ASC-ni üçüncü şəxs qismində işə cəlb etməklə iddiaçı cavabdeh tərəfindən keçirilmiş hərracı, o cümlədən hərracdan satılmış əmlakların qiymətini artıq bir dəfə məhkəmə qaydasında mübahisələndirmiş və həmin mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. Bu da öz növbəsində hazırki iş üzrə icraata xitam verilməsini şərtləndirir.
44. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasını nəzərə alıb, haqlı olaraq hazırki iş üzrə icraata xitam vermişdir.
45. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onla ra mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.
47. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4 16, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 dekabr 2023-cü il tarixli 2(103)-7800/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.