Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1220/2021 11.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdeh «xxxx» MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin vəkili Vəkil, iddiaçının nümayəndəsi X4 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4097/2020 nömrəli iş üz rə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ləğv prosesində olan İddiaçı ASC -cavabdeh «xxxx» MMC-yə qarşı «əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxx” MMC-nin xx xxxx 2015-ci il tarixli 15-629 nömrəli “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında Hesabatın” ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən “xxxx” MMC-dən 378.045 manat tutulara q iddiaçıya ödənilməli, tutma ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Yəhya Bakuvi küçəsi 12-də yerləşən 4 otaqlı 32 saylı mənzilə yönəldilməlidir. Nərimanov rayon İcra və Probasiya Şöbəsi qiymətləndiricinin dəvət edilməsi barədə xx.xx.2015-ci il tarixdə qərar qəbul edərək, icra edilməsi üçün “xxxx” MMC-yə göndərmişdir. “xxxx” MMC qeyd edilən əmlakın dəyərinin 315.000 manat məbləğində qiymətləndirilməsinə dair xx xxxx 2015-ci il tarixli hesabatını Nərimanov rayon İcra və Probasiya Şöbəsinə göndərmişdir. İddiaçı hesab edir ki, həmin hesabat əsassız, həddindən artıq şişirdilmiş qiymət olduğundan ləğv edilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş olunur. İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdeh “X7 Mərkəzi” MMC-yə qarşı hərracın etibarsız hesab edi lməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(103)1540/2014 nömrəli qətnaməsinə əsasən “xxxx” MMC-dən 378045 manat tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməli, tutma ipoteka ilə yüklü edilmiş, mülkiyyət hüququ üzrə Maraqlı şəxs məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Yəhya Bakuvi küçəsi, 12-də yerləşən 4 otaqlı 32 saylı mənzilə yönəldilməlidir. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. Qətnamənin icrasını həyata keçirən Nərimanov rayon İcra və Probasiya şöbəsi qiymətləndiricinin dəvət edilməsi barədə xx.xx.2015-ci il tarixdə qərar qəbul edərək icra edilməsi üçün “xxxx” MMC-yə göndərmişdir. Qiymətləndirici şirkət “xxxx” MMC qeyd edilən əmlakın dəyər inin 315.000 manat məbləğində qiymətləndirilməsinə dair xx.xx.2015-ci il tarixli, qeyd No “15-629” saylı hesabatını Nərimanov rayon İcra və Probasiya şöbəsinə göndərmişdir. Nərimanov rayon İcra və Probasiya şöbəsi həmin icra sənədinin icrası məqsədi ilə icra sənədini və digər sənədləri hərracın keçirilməsi üçün xx.xx.2015-ci tarixdə “X7 Mərkəzi” MMC-yə göndərmişdir. “X7 Mərkəzi” MMC-nin xx.xx.2015-ci il tarixli bildirişindən göründüyü kimi mənzil açıq hərracda satılması məqsədi ilə ilkin satış qiyməti 315.000 manata olmaqla xx.xx.2015-ci il tarixə, saat 11.00-a ilkin hərrac təyin edilmişdir. Həmçinin hərracın keçirilməsi barədə “Market” qəzetinin 28.08.-xx.xx.2015-ci il tarixli buraxılışında hərracın xx.xx.2015-ci il tarixdə, saat 11.00-da keçirilməsi barədə müvafiq elan verilmişdir. Bunda n sonra girovqoyan Maraqlı şəxs Abbbasqulu qızı qiymətləndirici şirkət “xxxx” MMC tərəfindən verilmiş əmlakın qiymətləndirilməsinə dair xx.xx.2015-ci il tarixli, qeyd “15-629” saylı hesabatın ləğv edilməsi və əmlakın yenidən qiymətləndirilməsinə dair iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət etmiş və Səbail rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(009)3523/2015 saylı qərardadına əsasən hərracın keçirilməsi dayandırılmışdır. Bu səbəbdən də təkrar hərracın keçirilməsi mümkün olmamış və 5831 saylı, xx.xx.2016-cı il tarixli məktubla iş icra şöbəsinə geri qaytarılmışdır. Hərracın dayandırılmasına səbəb olmuş hallar aradan qalxdıqdan sonra, Nərimanov rayon İcra və Probasiya Şöbəsi 4062606/2015-15-10 saylı, xx.xx.2019-cu il tarixli məktubla “X7 Mərkəzi” MMC-yə müraciət edərək Ap ellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(103)-1540/2014 saylı icra sənədinə əsasən Maraqlı şəxs məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Yəhya Bakuvi küçəsi, 12-də yerləşən 4 otaqlı 32 saylı mənzillə bağlı hərracın keçirilməsini davam etdirərək nəticəsi barədə Nərimanov rayon İcra və Probasiya Şöbəsinə məlumat verilməsi xahiş edilmişdir. Hərrac təkilatı “X7 Mərkəzi” MMC hərracın davamı kimi (ilkin hərrac xx.xx.2015-ci il tarixdə keçirildiyindən) təkrar hərrac keçirməli olduğu halda qanunun tələblərinə zidd olaraq ilkin hərrac təyin etmişdir. Belə ki, Hərrac təşkilatçısının xx.xx.2019cu il tarixli bildirişindən müəyyən edilir ki, mənzil açıq hərracda satılması məqsədi ilə ilkin satış qiyməti 315.000 manat məbləği olmaqla xx.xx.2019-cu il tarixində, saat 11.00-da ilkin hərrac təy in edilmişdir. “Market” qəzetinin 15-xx.xx.2019-cu il tarixli buraxılışından müəyyən edilir ki, xx.xx.2019-cu il tarixinə təyin edilmiş açıq hərrac barədə qəzetdə müvafiq elan verilmişdir. “Market” qəzetinin 12-xx.xx.2019-cu il tarixli buraxılışından müəyyən edilir ki, xx.xx.2019-cu il tarixinə təyin edilmiş açıq hərrac barədə qəzetdə müvafiq elan verilmişdir. Hərrac təşkilatçısının xx.xx.2019-cu il tarixli bildirişindən müəyyən edilir ki, mənzil açıq hərracda satılması məqsədi ilə təkrar hərrac təyin edilmişdir. LPO İddiaçı ASC-nin “X7 Mərkəzi” MMC-yə, Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinə və Bakı Apellyasiya Məhkəməsinə ünvanladığı xx.xx.2019-cu il tarixli, **********209 saylı məktubunda “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.1-ci maddəsinə əsasən icra sənə dini vermiş məhkəməyə geri qaytarılması xahiş edilmişdir. Nərimanov rayon İcra və Probasiya Şöbəsinin “X7 Mərkəzi” MMC-yə ünvanladığı xx.xx.2019-cu il il tarixli 864 saylı məktubunda Maraqlı şəxs məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Yəhya Bakuvi küçəsi, 12-də yerləşən 4 otaqlı 32 saylı mənzilinə dair hərracın dayandırılması barədə göstəriş verilməsi xahiş olunmuşdur. “X7 Mərkəzi” MMC-nin xx.xx.2019-cu il tarixli, 068 No-li protokola əsasən Maraqlı şəxs məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Yəhya Bakuvi küçəsi, 12-də yerləşən 4 otaqlı 32 saylı mənzilə dair hərracın keçirilməsi “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 17-ci maddəsinə əsasən dayandırılmışdır. “X7 Mərkəzi” MMC tərəfindən keçirilmiş xx.xx.2019-cu il tarixli ilkin hərrac və xx.xx.2019-cu il tarixli təkrar hərra c “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə zidd keçirildiyindən məhkəmə qaydasında etibarsız hesab edilməlidir. Göründüyü kimi, Nərimanov rayon İcra və Probasiya şöbəsinin icranın davam etdirilməsi barədə xx.xx.2019-cu il tarixli məktubundan sonra cavabdeh “X7 Mərkəzi” ilkin hərracın xx.xx.2015-ci il tarixdə keçirildiyini nəzərə almaqla, təkrar hərracı təyin etmək və bu barədə müvafiq elan verməli olduğu halda, qanuna zidd olaraq, xx.xx.2019-cu il tarixə ilkin hərrac, daha sonra isə xx.xx.2019-cu il tarixə təkrar hərrac keçirmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Nərimanov rayon İcra və Probasiya Şöbəsinin 606/15-11-10 saylı, xx.xx.2015-ci il tarixli sifarişinə əsasən Maraqlı şəxs məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Yəhya Bakuvi küçəsi, 12-də yerləşən 4 o taqlı 32 saylı mənzilin hərrac qaydasında satılması ilə bağlı “X7 Mərkəzi” MMC tərəfindən keçirilmiş xx.xx.2019-cu il tarixli təkrar hərracın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddia ərizəsi məhkəməyə təqdim edildikdən sonra cavabdeh təşkilat “X7 Mərkəzi” MMC-dən keçirilmiş həmin hərrac ilə bağlı əlavə sənədlər tələb edilmiş və müəyyən edilmişdir ki, cavabdeh təşkilat tərəfindən xx.xx.2015-ci il tarixə, saat 11.00-a təyin edilmiş ilkin hərrac Səbail rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(009)-3523/2015 saylı qərardadının icrası qaydasında xx.xx.2015-ci il tarixli “Hərracın dayandırılması barədə” 40 No-li protokola əsasən hərracın keçirilməsi dayandırılmış və bu səbəbdən xx.xx.2015-ci il tarixdə hərrac keçirilməmişdir. Hansı ki, iddia ərizəsində yanlışlığa yol verilmiş, xx.xx.2015ci il tarixdə ilkin hərracın keçirildiyi iddia edilmişdir. Həmçinin sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, Nərimanov rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli məktubuna əsasən hərracın keçirilməsini davam etdirən “X7 Mərkəzi” MMC tərəfindən ilkin hərrac təyin edilərkən, birinci elan və bildirişi hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilməli olduğu halda bu tələbə riayət edilməmiş, ilkin hərracı “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 42.1-ci maddəsinin tələblərinə zidd olaraq, hərracın keçirilməsi, bildirişin verildiyi tarixdən 26 gün sonraya tə yin edilmişdir. Qeyd edilən qanun pozuntusu iddia ərizəsinə əlavə edilmiş, ilkin hərracın keçirilməsi barədə hərrac təşkilatının xx.xx.2019-cu il tarixli bildirişi və bu barədə “Market” qəzetinin 15xx.xx.2019-cu il tarixli buraxılışında verilmiş elanda da öz təsdiqini tapır. Göstərilənləri nəzərə alaraq iddiaçı Nərimanov rayon İcra və Probasiya şöbəsinin sifarişinə əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(103)-1540/2014 saylı icra sənədinin icrası qaydasında Maraqlı şəxs məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Yəhya Bakuvi küçəsi, 12-də yerləşən 4 otaqlı 32 saylı mənzilin hərrac qaydasında satılması ilə bağlı “X7 Mərkəzi” MMC tərəfindən keçirilmiş hərracın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək məhkəmədən Nərimanov rayon İcra və Probasiya Şöbəsinin sifarişinə əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(103)-1540/2014 saylı icra sənədinin icrası qaydasında Maraqlı şəxs məxsus olan Bakı şəhəri, Nəriman rayonu, Yəhya Bakuvi küçəsi, 12 –də yerləşən, 4 otaqlı, 32 saylı mənzilin hərrac qaydasında satılması ilə bağlı “X7 mərkəzi” MMC tərəfindən keçirilmiş hərracların, hərracların keçirilməsinə dair tərtib edilmiş protokolların və həmin hərracların nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci iş üzrə birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hak im Ş.Abdullayev, iş № 2(009)-3165/2019) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı ******* №-li çıxarışın kserosurətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Yəhya Bakuvi küçəsində yerləşən 12 saylı evin 4 otaqlı 32 saylı mənzili tam mülkiyyət hüququ üzrə Maraqlı şəxs Abasqulu qızının mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli çıxarışın kserosurətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Yəhya Bakuvi küçəsində yerləşən 12 saylı evin 4 ot aqlı 32 saylı mənzili xx.xx.2009-cu il tarixli ipoteka müqaviləsinə əsasən İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1540/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən, Yasamal rayon Məhkəməsi tərəfindən qəbul olunmuş xx.xx.2013-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı ASCnin cavabdehlər “xxxx” MMC, Ağasəf Mölə oğlu Quliyev, X10, X11, X12 və X2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka yüklü əmlaka və borlunun digər əmlakına yönəldilməsinə dair iddiasının təmin edilməsi, xx.xx.2009-cu il tarixli 307 İ saylı kredit müqaviləsi üzrə yaranmış 290.000 manat məbləğində əsas borcu, 88.015 manat məbləğində kreditdən istifadəyə görə yaranmış faiz borcu, cəmi 3 78.015 manat məbləğində borcun və işin məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun “xxxx” MMC-dən İddiaçı ASC-nin xeyrinə tutulması, tutma ipoteka ilə yüklü edilmiş, mülkiyyət hüququ üzrə X5 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Yəhya Bakuvi küçəsi, 12-də yerləşən 4 otaqlı 32 saylı mənzilə yönəldilməsi, əmlakların açıq hərracda satılması yolu ilə banka olan borcun ödənilməsi, Maraqlı şəxs məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Yəhya Bakuvi küçəsi, 12-də yerləşən 4 otaqlı 32 saylı mənzil satıldıqdan 1 aydan gec olmayaraq həmin mənzildə qeydiyyatda olan və yaşayan X6, X9, X1 və mülkiyyətçi Maraqlı şəxs Abasqulu qızının mənzildən çıxarılması və əmlakın boşaldılması, X6, X9, X1 Bakı şəhəri, Nərimanov rayonu, Yəhya Bakuvi küçəsi, 12-də yerləşən 4 otaqlı 32 saylı mənzil dən istifadə hüquqlarına xitam verilməsi, X3 İddiaçı ASCyə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. “xxxx” MMC tərəfindən Nərimanov rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2015ci il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın kserosurətindən görünür ki, Maraqlı şəxs məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Yəhya Bakuvi küçəsi, 12-də yerləşən 32 saylı mənzilinin qiyməti 315.000 manat təşkil edir. “X7 Mərkəzi” MMC tərəfindən Nərimanov rayon icra şöbəsinə, tələbkar İddiaçı ASCyə, borclular “xxxx” MMC-yə, Maraqlı şəxs və X8 göndərilmiş xx.xx.2015-ci il tarixli və xx.xx.2015-ci il tarixli bildirişlərdən görünür ki, onlara Nərimanov rayon İcra Şöbəsinin 17/69 No 60-11 saylı xx.xx.2015-ci il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, Nərimanov rayonu, Y.Bakuvi küçəsində yerləşən 12 saylı evin 32 saylı mənzilinin ilkin satış qiyməti 315.000 manata satılması ilə bağlı xx.xx.2015-ci il tarixdə hərracın keçirilməsi barədə məlumat verilmişdir. “X7 Mərkəzi” MMC tərəfindən hərracın keçirilməsi barədə bildirişlərin “xxxx” MMC-yə, Mirrauf Manafova, Maraqlı şəxs təqdim edilməsi barədə poçt qəbzlərindən görünür ki, onlara hərracın keçirilməsi barədə məlumat verilmişdir. Səbail rayon Məhkəməsinin 2(009)-3523/2015 saylı, xx.xx.2015-ci il tarixli qərardadına əsasən iddiaçı Maraqlı şəxs cavabdeh “xxxx” MMC-yə qarşı əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın etibarsız hesab edilməsi tələbinə dair mübahisəyə mahiyyəti üzrə baxılıb yekun məhkəmə qətnaməsi qəbul olunanadək ipoteka pr edmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Yəhya Bakuvi küçəsi, 12-də yerləşən 32 saylı mənzilin üzərinə həbsin qoyulması, həmçinin həmin mənzilinin satılması məqsədilə hərracın keçirilməsinin dayandırılması qərara alınmışdır. “X7 Mərkəzi” MMC-nin xx.xx.2015-ci il tarixli hərracın dayandırılması barədə 40 nömrəli protokolun kserosurətindən görünür ki, Səbail rayon Məhkəməsinin 2(009)3523/2015 saylı, xx.xx.2015-ci il tarixli qərardadına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Y.Bakuvi küçəsində yerləşən 12 saylı evin 32 saylı mənzilin satışı ilə bağlı hərrac dayandırılmışdır. “X7 Mərkəzi” MMC tərəfindən Nərimanov rayon icra şöbəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 289 saylı məktubun kserosurətinə əsasən borclu “xxxx” MMC-yə məxsus əmlak (Bakı şəhəri, Nərimanov rayonu, Y.Bakuvi küçəsi, ev 12, mənzil 32) Nərimanov RİŞ-nin sifarişinə əsasən Hərrac Mərkəzinə daxil olmuşdur. xx.xx.2015-ci il tarixində ilkin hərrac keçirilmiş, lakin Səbail rayon Məhkəməsinin 2(009)-3523/2015 saylı, xx.xx.2015-ci il tarixli qərardadı ilə hərrac dayandırıldığı üçün təkrar hərracı keçirtmək mümkün olmamışdır. Nərimanov rayon icra və probasiya şöbəsi tərəfindən “X7 Mərkəzi” MMC-yə, Maraqlı şəxs və İddiaçı ASC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 4062-606/2015-15-10 saylı məktubun kserosurətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1540/2014 saylı xx.xx.2014-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar “xxxx” MMC-dən 378.015 manat borcun və 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə ödənilməsinə dair Maraqlı şəxs məxsus Bakı şəhəri, Nərimanov rayonu, Y.Bakuvi küçəsi, 12-də ye rləşən 4 otaqlı 32 saylı mənzilin hərraca çıxarılmasından ötrü müvafiq icra sənədləri şöbənin 17/69-606/11 saylı, xx.xx.2015-ci il tarixli məktubu ilə göndərilmişdir. Səbail rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(009)-3523/2015 saylı qərardadına əsasən hərracın keçirilməsi dayandırılmışdır. Bundan sonra həmin məhkəmənin xx.xx.2015-ci il tarixli qərardadına əsasən Səbail rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(009)-3523/2015 saylı qərardadı ləğv edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8630/2015 saylı, xx.xx.2016-cı il tarixli qərardadı və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(102)1484/2016 saylı qərarı ilə Səbail rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərardadı qüvvədə qalmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(1 03)-1540/2014 saylı xx.xx.2014-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar “xxxx” MMC-dən 378.015 manat borcun və 30 manat dövləti rüsumunun İddiaçı ASC-nin xeyrinə ödənilməsinə dair Maraqlı şəxs məxsus Bakı şəhəri, Nərimanov rayonu, Y.Bakuvi küçəsi, 12-də yerləşən 4 otaqlı 32 saylı mənzillə bağlı hərracın keçirilməsini davam etdirərək nəticə barədə Nərimanov rayon İcra və Probasiya Şöbəsinə məlumat verilməsi xahiş olunmuşdur. “X7 Mərkəzi” MMC tərəfindən Nərimanov rayon icra şöbəsinə, tələbkar İddiaçı ASCyə, borclular “xxxx” MMC-yə, Maraqlı şəxs və X8 göndərilmiş xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, onlara Nərimanov rayon İcra və Probasiya Şöbəsinin 4062606/2015-15-10 saylı xx.xx.2019-cu il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, Nərimanov rayonu, Y.Bakuvi küçəsində yerləşən 12 saylı evin 32 saylı mənzilinin ilkin satış qiyməti 315.000 manata satılması ilə bağlı xx.xx.2019-cu il tarixdə hərracın keçirilməsi barədə məlumat verilmişdir. “X7 Mərkəzi” MMC tərəfindən Nərimanov rayon icra şöbəsinə, tələbkar İddiaçı ASCyə, borclular “xxxx” MMC-yə, Maraqlı şəxs və X8 göndərilmiş xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, onlara Nərimanov rayon İcra və Probasiya Şöbəsinin 4062606/2015-15-10 saylı xx.xx.2019-cu il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, Nərimanov rayonu, Y.Bakuvi küçəsində yerləşən 12 saylı evin 32 saylı mənzilinin satış qiyməti 267.750 manata satılması ilə bağlı xx.xx.2019-cu il tarixdə təkrar hərracın keçirilməsi barədə məlumat verilmişdir. “X7 Mərkəzi” MMC tərəfindən hərracın keçirilməsi barədə bildirişlərin “xxxx” MMC-yə, Mirrau f Manafova, Maraqlı şəxs təqdim edilməsi barədə poçt qəbzlərindən görünür ki, onlara hərracın keçirilməsi barədə məlumat verilmişdir. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən Nərimanov rayon İcra və Probasiya Şöbəsinə, Bakı Apellyasiya Məhkəməsinə və “X7 Mərkəzi” MMC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubun kserosurətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(103)-1540/2014 saylı icra sənədini “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən məhkəməyə geri qaytarılmasını xahiş edilmişdir. İş üzrə Nərimanov rayon İcra və Probasiya Şöbəsi tərəfindən “X7 Mərkəzi” MMC-yə ünvanlanmış 5568 saylı, xx.xx.2019-cu il tarixli məktubun kserosurətindən görünür ki, Nərimanov rayon icra və probasiya şöbəsinin icraatında olan Bakı A pellyasiya Məhkəməsinin 2(103)-1540/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən borclu “xxxx” MMC-dən 378.015 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Tələb Maraqlı şəxs məxsus ipoteka yüklü edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Yəhya Bakuvi küçəsi, 12-də yerləşən 4 otaqlı 32 saylı mənzilə yönəldilməli, həmin mənzil açıq hərrac vasitəsi ilə satılmalı və satışdan əldə olunmuş vəsait hesabına İddiaçı ASC-yə olan borc ödənilməlidir. İcra sənədinin icrasını təmin olunması məqsədilə icra sənədi üzrə tələbin yönəldiyi Bakı şəhəri, Nərimanov rayonu, Yəhya Bakuvi küçəsi, 12-də yerləşən 4 otaqlı 32 saylı mənzilin açıq hərrac yolu ilə satılması üçün xx.xx.2019-cu il tarixli, 4062-606/201515- 10 saylı məktubla “X7 Mərkəzi” MMC-yə göndərilmişdir. İcra sənədi üzrə tələbkar ləğv prosesində olan İddiaçı ASC xx.xx.2019-cu il tarixdə Nərimanov rayon icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1540/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədini “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.1-ci maddəsi ilə məhkəməyə qaytarılmasını xahiş etmişdir. Bu səbəbdən də sözügedən icra sənədi üzrə tələbin yönəldiyi Maraqlı şəxs məxsus ipoteka yüklü edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Yəhya Bakuvi küçəsi, 12-də yerləşən 4 otaqlı 32 saylı mənzilinə dair keçiriləcək hərracın dayandırılması barədə göstəriş verilməsini xahiş olunmuşdur. Yasamal rayon İcra və Probasiya Şöbəsi tərəfindən Əmlakların Qiymətləndirilməsi Xidməti “xxxx” MMC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubun kserosurətindən görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1639/2019 nömrəli, xx.xx.2019cu il tarixli icra sənədinə əsasən LPO İddiaçı ASC-nin cavabdeh Əmlak Qiymətlərindirilməsi Xidməti “xxxx” MMC-yə Maraqlı şəxs və Nərimanov rayon İcra və Probasiya şöbəsinin iş üzrə 3-cü şəxslər kimi qeyd olunan qarşı “əmlakı qiymətləndirilməsi barədə hesabatına etibarsız hesab edilməsi” tələbinə dair mübahisəyə mahiyyəti üzrə baxılıb yekun məhkəmə qətnaməsi (qərardadı) qüvvəyə minənədək ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Yəhya Bakuvi küçəsi, 12 ünvanında yerləşən 4 otaqlı 32 saylı mənzilin satılması məqsədilə hərracın keçirilməsi dayandırılmalıdır. Hərracın dayandırılması barədə xx.xx.2019-cu il tarixli, 068 nömrəli protokolun kserosurətindən görünür ki, Nərimanov rayon icra və probasiya şöbəsinin 5568-15-10 saylı, xx.xx.2019-cu il tarixli məktubuna əsasən Bakı şəhəri, Nərimanov rayonu, Y.Bakuvi küçəsində yerləşən 12 saylı evin 32 saylı mənzilin satışı ilə bağlı hərrac dayandırılmışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İrəli sürülmüş iddia tələbindən görünür ki, iddiaçı Nərimanov rayon İcra və Probasiya şöbəsinin sifarişinə əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(103)1540/2014 saylı icra sənədinin icrası qaydasında Maraqlı şəxs məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Yəhya Bakuvi küçəsi, 12-də yerləşən 4 otaqlı 32 saylı mənzilin hərrac qaydasında satılması ilə bağlı “X7 Mərkəzi” MMC tərəfindən keçirilmiş hərracın etibarsız hesab edilməsinə tələb edir. İddianın əsası kim i iddiaçı “X7 Mərkəzi” MMC tərəfindən ilkin hərrac təyin edilərkən, birinci elan və bildirişi hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilməli olduğu halda bu tələbə riayət edilməmiş, ilkin hərracı “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 42.1-ci maddəsinin tələblərinə zidd olaraq, hərracın keçirilməsi, bildirişin verildiyi tarixdən 26 gün sonraya təyin edilmişdir. Bu səbəbdən iddiaçı həmin əsasa görə ilkin hərracın etibarsız hesab edilməsini tələb edir. Eyni zamanda ikinci hərrac keçirilməmişdən əvvəl icra sənədiqnin geri qaytarılması barədə ərizə verildiyi halda bununla da hərracın keçirilməsi dayandırılmalı olduğu halda ikinci hərrac keçirildiyindən, həmin hərracı da iddiaçı etibarsız hesab edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi mübahisəli hüq uq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: İpoteka haqqında” AR Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Həmin Qanunun 43.3-cü maddəsinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əs asında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir (maddə 43.4). AR Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağl amaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən ilkin hərracın keçirilməsi barədə məlumat ən geci 30 gün qalmış bildirilməlidir. Eyni zamanda hərracın keçirilməsi barədə bildiriş qanunda nəzərdə tutulmuş qaydada hərraca 20 gün qalmış verilmiş və hərrac sifariş verildiyi vaxtdan 30 gündən gec olmayaraq təyin edilmişdir. (sifariş xx.xx.2019-cu il tarixdə verilmiş, ilkin hərrac xx.xx.2019cu il tarixdə təyin edilmiş, bildiriş xx.xx.2019-cu il tarixdə göndərilmişdir). Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən ilkin hərrac “İpoteka haqqında” AR Qanunun tələblərinə riayət edilməklə keçirilmiş və iddiaçının dəlilləri hər racın etibarsız hesab edilməsi üçün əsas deyildir. Birinci instansiya məhkəməsi izah etmişdir ki, hərrac 30 gündən gec keçirildiyi halda qanunun tələblərinə zidd keçirilmiş hesab edilə bilərdi. İkinci hərracın etibarsız hesab edilməsi ilə bağlı iddiaçının dəlilləri üzrə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, icraatın dayandırılması barədə sifarişçi təşkilat kimi icra və probasiya şöbəsi tərəfindən hərrac mərkəzinə ünvanlanmış məktub birinci hərrac keçirildikdən sonra daxil olduğundan və həmin məktub daxil olan vaxtdan icraat dayandırıldığından, ikinci hərracın qanunsuz keçirilməsi barədə iddiaçının dəlilləri də əsassızdır. İkinci iş üzrə birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim İ.Rüstəmli, iş № 2(009)-101/2020) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən, “xxxx” MMC-dən 378.015 manat məbləğində borc və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Nərimanov rayon İcra və probasiya Şöbəsinin 606/15-11-10 saylı xx.xx.2015-ci il tarixli sifariş məktubu əsasında «xxxx» MMC tərəfindən qiymətləndirmə işi həyata keçirilmiş, Maraqlı şəxs məxsus olan Bakı şəhəri, Yəhya Bakuvi küçəsi 12-də yerləşən 32 saylı mənzil 315.000 manata qiymətləndirilmişdir və bu barədə xxxx MMC tərəfindən xx.xx.2015-ci il tarixdə 15-629 №-li “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında Hesabat” tərtib edilmişdir. xx.xx.2015-ci il tarixli 15-629 №-li «xxxx» MMC-nin «Əmlakın qiy mətləndirilməsinin nəticələri haqqında» mübahisəli Hesabatın surətinə görə, Maraqlı şəxs məxsus olan Bakı şəhəri, Yəhya Bakuvi küçəsi 12-də yerləşən 32 saylı mənzil 315.000 manata qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə Maraqlı şəxs məxsus olan Bakı şəhəri, Yəhya Bakuvi küçəsi 12-də yerləşən 32 saylı mənzilin qiymətləndirilməsi məqsədilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması «X18» MMC-yə həvalə edilmişdir. «X18» MMC-nin ƏEM/N 69-968/19 saylı ekspert rəyində Bakı şəhəri, Yəhya Bakuvi küçəsi 12-də yerləşən 32 saylı mənzilin 2015-ci il üçün orta bazar dəyərinin 317.000, likvid dəyərinin isə 315.000 manat olduğu göstərilmişdir. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüq uq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə həqiqi sayılır. Həmin Qanunun 7-ci maddəsinin 2-ci hissəsinə əsasən, qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. «Qiymətləndirmə fəaliyyəti haqqında» Qanunun 8-ci maddəsinin 1-ci hissəsinə əsasən, qiymətləndirici hesabatında q iymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Həmin Qanunun 8-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Birinci instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblə rinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdeh “X7 Mərkəzi” MMC-yə qarşı “hərracın etibarız hesab edilməsi” tələbinə dair 2(103)1959/2020 saylı mülki iş, onunla əlaqəli olan iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdeh «xxxx » MMC-yə qarşı «əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsi» tələbinə dair 2(103)4097/2020 saylı mülki işlə bir icraatda baxılması üçün birləşdirilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Şirinov (sədrlik edən və məruzəçi), T.Səmədov və A.Tanrıverdiyev, iş № 2(103)-4097/202 0 ) iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmamış, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-101/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3165/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi onun apellyasiya şikayətlərinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə Maraqlı şəxs məxsus olan Bakı şəhəri, Yəhya Bakuvi küçəsi 12-də yerləşən 32 saylı mənzilin qiymətləndirilməsi məqsədilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması «X18» MMC-yə həvalə edilmişdir. Mülki işdə olan «X18» MMC-nin Ə EM/N 69-968/19 saylı ekspert rəyində Bakı şəhəri, Yəhya Bakuvi küçəsi 12-də yerləşən 32 saylı mənzilin 2015-ci il üçün orta bazar dəyərinin 317.000, likvid dəyərinin isə 315.000 manat olduğu göstərilmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: «Qiymətləndirmə fəaliyyəti haqqında» Qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə həqiqi sayılır. Həmin Qanunun 7-ci maddəsinin 2-ci hissəsinə əsasən, qiymətləndirmə obyektinin qiy mətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. «Qiymətləndirmə fəaliyyəti haqqında» Qanunun 8-ci maddəsinin 1-ci hissəsinə əsasən, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Həmin Qanunun 8-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. İpoteka haqqında” AR Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü mü ddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığıgündən 30 təqvim günündən gec olmayaraq keçirilir. “İpoteka haqqında” AR Qanununun 43.3-cü maddəsinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir(maddə 43.4). Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Apelyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, «xxxx-T» MMC tərəfindən qəbul olunmuş xx.xx.2015-ci il tarixli 15-629№-li «Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat» da Bakı şəhəri Yəhya Bakuvi küçəsi 12-də yerləşən 32 saylı mənzilin 2015-ci il tarix üçün ilkin qiyməti real bazar qiymətinə uyğun olaraq düzgün müəyyənləşdirildiyindən, birinci instansiya məhkməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmənin daha sonrakı mövqeyi ondan ibarət olmuşdur ki, qanunvericiliyin tələbinə əsasən ilkin hərracın keçirilməsi barədə məlumat ən geci 30 gün qalmış bildirilməlidir. Eyni zamanda hərracın keçirilməsi barədə bildiriş qanunda nəzərdə tutulmuş qaydada hərraca 20 gün qalmış verilmiş və hərrac sifariş verildiyi vaxtdan 30 gündən gec olmayaraq təyin edilmişdir. Sifariş xx.xx.2019-cu il tarixdə verilmiş, ilkin hərrac xx.xx.2019-cu il taixdə təyin edilmiş, bildiriş xx.xx.2019-cu il tarixdə gö ndərilmişdir. Cavabdeh tərəfindən ilkin hərrac «İpoteka Haqqında» Qanunun tələblərinə riayət edilməklə keçirilmiş və iddiaçının dəlilləri hərracın etibarsız hesab edilməsi üçün əsas deyildir. Hərrac 30 gündən gec keçirildiyi halda qanunun tələblərinə zidd keçirilmiş hesab edilə bilər. İcraatın dayandırılması barədə sifarişçi təşkilat kimi icra və probasiya şöbəsi tərəfindən hərrac mərkəzinə ünvanlanmış məktub birinci hərrac keçirildikdən sonra daxil olduğundan və həmin məktub daxil olan vaxtdan icraat dayandırıldığından, ikinci hərracın qanunsuz keçirillməsi barədə dəlillər əsasızdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı ləğv prosesində olan İddiaçı ASC (Vəkil) kassasiya şikayətini onunla əsasla ndırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4097/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəkil zahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4097/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının h ədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüqu q normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçı ləğv prosesində olan İddiaçı ASC kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulduğuna istinad etsə də, apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş maddi və ya prosessual hüquq pozuntusunun nədən ibarət olmasını göstərməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində göstərilənlər eyni ilə apellyasiya şikayətində dəlil olaraq göstərilmiş və apellyasiya instansiya məhkəməsi haqlı olaraq həmin dəlillərin qətnamələrin l əğv olunması əsasları kimi qəbul etməmişdir. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarı da göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4097/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.