Məhkəmə qərarları › İş №2(102)-1220/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1220/2022

28.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1220/2022 28.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı və X1 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyatının pozulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-2028/2021 nömrəli iş üzrə 04 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 28 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icr aat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları Sumqayıt şəhəri, Koroğlu pr, 106A ünvanda, 0,00802 hektar torpaq sahəsində yerləşən 63,7 kvadrat metr daşınmaz əmlak İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 93 nömrəli reyestr kitabının 11 nömrəli vərəqində ********** reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 01 aprel 2021-ci il tarixli icarə müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, Avtovağzal ərazisi, Koroğlu küçəsində yerləşən 16 kvadrat metr torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsini 100 manat icarə haqqı qarşılığında "xxxx" MMC-yə icarəyə vermişdir. "xxxx" ASC və İddiaçı arasında 08 may 2021-ci il tarixli Su təzhizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüqu qi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan müqaviləyə əsasən Sumqayıt şəhəri, Avtovağzal ərazisi, Koroğlu küçəsində yerləşən 16 kvadrat metr torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin su ilə təhciz edilməsi 20 mm olan boru vasitəsi ilə həyata keçirilir. “Sumqayıt Sukanal” İdarəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 may 2011-ci il tarixli, 68 nömrəli qərarı əsasında və "xxxx" ASC-nin 11 may 2011-ci il tarixli 40 saylı əmri ilə "xxxx" ASC-nin struktur vahidi kimi yenidən təşkil edilmişdir. Qazıntı işləri aparılması üçün 29 iyun 1999-cu il tarixli, 10 nömrəli orderin kserosurətinə əsasən, Həsənov Şamxal Həşim oğlu Sumqayıt şəhəri, Koroğlu prospekti, Avtovağzalın qarşısında ikidə bir düyüm truba xəttinin çəkilməsi üçün “Sumqayıt Sukan al” İdarəsindən razılıq alınmışdır. “Sumqayıt Sukanal” İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 03 noyabr 2020-ci il tarixli cavab məktubda bildirilmişdir ki, sonuncunun özünə məxsus olması bildirilən su xətlərinin ona aid olduğunu bildirən rəsmi sənəd yoxdur və hazırda həmin su xətlərinin “Sumqayıt Sukanal” İdarəsi tərəfindən istismar edilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh “Sumqayıt Sukanal” İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəh, Koroğlu prospektində (avtovağzal ərazisi) və ünvan 3 ünvanına aid olan su xəttinə qanunsuz qoşulmuş xətlərin ayrılması və zədələnmiş borunun yenisi ilə öz vəsaiti hesabına əvəz edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, vurulmuş maddi zərərə görə 10000 manatın, mənəvi zərər görə 10000 manatın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının razılığı ilə cavabdeh qismində işə cəlb edilmiş Sumqayıt Sukanal İdarəsi əsl cavabdeh "xxxx" ASC ilə əvəz edilmişdir. Eyni zamanda, iddiaçının nümayəndəsi vəsatət verərək ünvan 3 ünvanının X1 adına olduğundan həmin hissədə iddiaçının əsl iddiaçı X2 ilə əvəz edilməsini xahiş etmiş, həmin vəsatət təmin olunmuşdur. İddia tələbi onunla əsasladırılmışdır ki, Sumqayıt şəhəri, Koroğlu prospektində, (avtovağzal ərazisi) və Sumqayıt şəhəri 20 məhəllə ev 101-də su ilə təchiz edən su xəttinə iddiaçının hər hansı icazəsi olmadan kənar obyektlərə gedən başqa xəttlər qoşulmuşdur. Digər obyektlərin iddiaçıların şəxsi mülkiyyəti hesab olunan su xəttinə qoşulmasından sonra su təchiz atında ciddi problemlər yaranmış və bunun nəticəsində su nasosu quraşdırmaq məcburiyyətində qalmışdır. Uzun müddət ərzində isə işlədilən su nasosları tez-tez sıradan çıxmış və bunun nəticəsində iddiaçılara maddi ziyan dəymişdir. Bundan əlavə həmin nasosların istismarı nəticəsində onlar izafi elektrik enerjisi işlətmək məcburiyyətində qalmış, buna görə əlavə vəsait ödəməli olmuşlar. Sözügedən qanunsuzluğun aradan qaldırılması üçün cavabdehə dəfələrlə edilən şifahi və yazılı müraciətlərin heç bir müsbət nəticəsi olmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izahatnda göstərmişdir ki, cavabdeh hazırda cavab verməli olan şəxs deyildir, çünki nümayəndəsi olduğu təşkilat tərəfindən yalnız vətəndaşlar tərəfindən istifadə edilən su xətlərinin sərfiyyətin in hesablanması üçün sayğac quraşdırılmışdır. Qeyd olunan su boru xətlərinə qoşulmanı cavabdeh təşkilat həyata keçirmir, iddiaçının öz vəsaiti hesabına çəkdirdiyi su xəttinə əlavə xətlərin qoşulması cavabdeh təşkilatın məsuliyyətinə aid deyildir. Eyni zamanda cavabdehin nümayəndəsi bildirmişdir ki, iddiaçı tərəfindən həmin su xətlərinin çəkilməsi ilə bağlı icazə verilməsi barədə heç bir sənəd cavabdeh təşkilatda müəyyən edilməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin (hakim Almaz Süleymanova) 2(060)-1153/2021 nömrəli iş üzrə 09 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia iddiaya cavab verməli olmayan şəxsə qarşı verilmişdir. Ona görə də, iddia tələbi rədd edilməlidir. İddiaçılar qətnamədən apellyasiya şikayət ver mişlər. Apellyasiya instansiyası məhkəməsindəki icraat Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Telman Quliyev - sədrlik edən və məruzəçi, X3 Məmmədova) 04 avqust 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qərar qəbul edilmiş və iddia tələbi rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıların mübahisələndirdiyi su boru xətti onların xüsusi mülkiyyətində olmayıb, cavabdeh təşkilatın balansındadır, həmin xəttin zədələnməsi və onların hüquqlarının pozulması halları müəyyən edilməmişdir. İddiaçılar Sumqayıt şəhəri, Koroğlu prospektində (avtovağzal ərazisi) və ünvan 3 ünvanına aid olan su xəttinə qanunsuz qoşulmuş xətlərin həmin xətdən ayrılm ası və cavabdehin üzərinə zədələnmiş borunun öz vəsaiti hesabına yenisi ilə əvəz edilməsi vəzifəsinin qoyulması və maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələbinin əsaslarını təsdiq edən başqa bir sübut təqdim edə bilməmiş, həmin halları sübuta yetirə bilməmişdir. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə d üzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehin nümayəndəsi kassasiya şikayətinə yazılı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilm əsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən İddiaçı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (işə baxılan zaman qüvvədə olan redaksiyada): Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahis ələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: Maddə 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə. Maddə 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir: Maddə 387.2.9. işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa. Maddə 418.4. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq a şağıdakı hallarda ləğv edilməlidir: Maddə 418.4.9. işə ərazi aidiyyəti və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışsa. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən Sumqayıt şəhəri, Avtovağzal ərazisi, Koroğlu küçəsində yerləşən 16 kvadrat metr torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsi İddiaçı mülkiyətindədir və o həmin qeyriyşayış sahəsini 01 aprel 2021-ci il tarixli icarə müqaviləsinə əsasən "xxxx" MMC-yə icarəyə vermişdir. Həmçinin İddiaçı ilə "xxxx" ASC arasında 08 may 2021-ci il tarixli Su təzhizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan müqaviləyə əsasən həmin qeyri-yaşayış sahəsinin su ilə təhciz edilməsi 20 mm olan boru vasitəsi ilə həyata keçirilməsi razılaşdırılmışdır. Hazırki mübahisə həmin qeyri-yaşayış obyektinin fəaliyyəti ilə bağlıdır. Baxılan iş üzrə İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış 08 may 2021-ci il tarixli müqavilədə müqavilənin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan müqavilə olmasına istinad edilmişdir. İş üzrə cavabdeh isə hüquqi şəxsdir. MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əl aqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, MPM-nin 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən e dən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir (bənd 11). Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır (bənd 12). Baxılan işdə tərəflərin subyektiv tərkibi ( fərdi sahibkar – hüquqi şəxs), eyni zamanda tələbin iddiaçının fərdi sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi icarəyə verilmiş qeyri yaşayış obyektinin fəaliyyəti ilə bağlı müəyyən edildiyi halda işə baxan məhkəmələr mübahisənin məhkəmə aidiyyatını müəyyən etmədən işi icraata qəbul edərək baxmış, iddianın ümumi məhkəmədə baxılmasını yolverilənliyi müzakirə edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi bu hala əhəmiyyət verməmişdir. Ona görə də, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənləri nəzərə alaraq İddiaçı fərdi sahibkar statusuna malik olub-olmamasını yoxlamalı, bundan sonra mübahisənin məhkəmə adiyyatını mü əyyən etməklə işə baxmalıdır. MPM-nin 418.1-ci maddəsinə əsaəsn maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.4 və 418.4.9-cü maddələrinə görə, işə məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışsa apellyasiya instansiyası məhkəməsinin qətnaməsi şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-2028/2021 nömrəli iş üzrə 04 avqu st 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar