Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1221/2019 22.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçının vəkili Vəkil1, üçüncü şəxsin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” MMC-nə qarşı, üçüncü şəxslər “xxxx” ASC-nə, X cəlb edilməklə əmlakın qiymətləndirməsinin nəticələi haqqında hesabatın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 18 oktyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 27 iyul 2018-cı il tarixli qətnaməsi ilə (hakim K.Əmirxanova) İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı, üçüncü şəxslər “xxxx” ASC, X cəlb edilməklə əmlakın qiymətləndirməsinin nəticələi haqqında hesabatın etibarsız hesab edilməsi tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 18 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən T.Səmədov, hakimlər İ.Şirinov və E.Kazımov) Nərimanov rayon Məhkəməsinin 27 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahi yyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 18 oktyabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı, üçüncü şəxslər “xxxx” ASC, X cəlb edilməklə əmlakın qiymətləndirməsinin nəticələri haqqında hesabatın etibarsız hesab edilməsi tələbinə dair iddia verərək, 15 mart 2018-ci il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın nəticələrinin ləğv edilməsi, yeni qiymətləndirmə əsasında hərracı yenidən təşkil e dilməsi barədə qətnamə çıxarmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, Xətai Rayon məhkəməsinin 21 dekabr 2015-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı ilə «xxxx» ASC arasında bağlanmış 11 iyul 2014cü il tarixli 14032-2069/000202 saylı kredit müqaviləsi ləğv edilmiş, cavabdeh İddiaçı 11 iyul 2014-cü il tarixli 14032-2069/000202 saylı kredit müqaviləsi üzrə 35351.49 ABŞ dolları əsas borc, 5804.98 ABŞ dolları faiz borcu və 200 ABŞ dolları peniya, cəmi 41356,47 ABŞ dolları tutularaq iddiaçı «xxxx» ASC-nə ödənilməsi qət edilmişdir. Həmçinin, cavabdeh İddiaçı 07 mart 2014-cü il tarixli 14032-1630/000202 saylı kredit müqaviləsi üzrə 4630.19 manat əsas borc. 22.53 manat məbləğində faiz borcu və iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 4682,72 manatın tutularaq iddiaçı «xxxx» ASC-nə ödənilməsi, tutmanın Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində yerləşən 2 saylı evin 128 saylı mənzilinə yönəldilməsi və evin ilkin satış qiymətinin 62.000 manat olmaqla açıq hərracdan satılması qət edilmişdir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən verilmiş apelyasiya və kassasiya şikayətləri təmin olunmayaraq, Xətai Rayon məhkəməsinin 21 dekabr 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra «xxxx» MM C tərəfindən tərtib edilmiş 133 saylı 25.11.2015-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabata əsasən İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 2 saylı evin 128 nömrəli mənzili 62000 manat məbləğində qiymətləndirilmiş və 15 mart 2018-ci il tarixli hərrac X1 Barədə Protokola əsasən həmin mənzil “xxxx” MMC tərəfindən “xxxx” ASC-yə satılmışdır. Eyni zamanda işin hallarından görünür ki, mübahisəli evə dair hesabat tərtib edərkən «xxxx» MMC daşınmaz əmlaka dair zəruri olan bütün sənədlərlə tanış olmuş, qiymətləndirilən əmlakın dəyərinə təsir edən amillər müəyyən edilmiş, əmlakın real bazar dəyərinin müəyyən edilməsi üçün analoji əmlakların bazar dəyəri təhlil edilmiş, uyğun əmlakların müqayisəli təhlili aparılmış və əmlakın bazar dəyəri obyektiv təyin edilmişdir. Qiymə tləndirici qiymətin müəyyən edilməsi meyarlarını ayrı-ayrı bəndlər üzrə aydınlaşdıraraq, 25.11.2015-ci il tarixə daşınmaz əmlak bazarında tələblə təklifin qarşılıqlı təsiri nəticəsində formalaşan, hazırda mübahisələndirilən rəydə qeyd olunmuş qiyməti müəyyən etmişdir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. İşin hallarına qiymət verən apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçı məhkəməyə qeyd edilən əmlakın qiymətinin düzgün müəyy ən edilmədiyini və həmin əmlakın qiymətinin qat-qat yuxarı olmasını sübuta yetirə bilmədiyindən, bununla da hazırkı iddianın təmin edilməsi üçün əsaslar müəyyən edilmədiyindən iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 18 oktyabr 2018-ci il tarixli qətnaməsi d əyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1221/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1221/2019
22.02.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver