Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1221/2024 08.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı sədri vəzifəsini icra edən Cavabdeh və üçüncü şəxs qarşı iş üzrə QƏRARİ İş № 2(102)-1221/24 (Açar sözlər: təhvil təslim aktı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç, Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, iddiaçı Cavabdeh və üçüncü şəxs qarşı bələdiyyənin möhür, ştampının və maliyyə sənədlərinin təhvil verilməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1813/2023 nömrəli, 29 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh və vəkili tərəfindən veril miş kassasiya şikayətinə 08 may 2024-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İmişli rayon Qulubəyli bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 04 saylı iclas protokolunun qərarı ilə həmin bələdiyyənin sədri Cavabdeh (bundan sonra cavabdeh) vəzifəsindən azad edilmiş və bələdiyyə sədrinin vəzifəsinin icrası Nağıyev Qalib Qaraseyid oğluna (bundan sonra iddiaçı) həvalə olunmuşdur.
2. Cavabdeh bələdiyyənin möhür, ştamp və maliyyə sənədləri iddiaçıya təhvil verməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə “ təhvil-təslim aktının icra edilməsi ” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı möhür və ştampının, o cümlədən maliyyə sənədləri nin alınıb Qulubəyli bələdiyyəsinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 25 aprel 2022-ci il tarixli, 04 saylı qərarı ilə cavabdeh bələdiyyə sədri vəzifəsindən azad edilmiş və o, həmin vəzifəyə seçilmişdir. Lakin cavabdeh təhvil-təslim aktının icra edilməsindən imtina edərək Qulubəyli bələdiyyəsinin möhür və ştampını, o cümlədən maliyyə sənədlərini özündə saxlamış və Qulubəyli bələdiyyəsinin adından çıxış edərək qanunsuz maliyyə əməliyyatlarını aparmaqda davam etmişdir. Ona görə də, Qulubəyli bələdiyyəsinin möhür və ştampının, o cümlədən maliyyə sənədlərinin cavabdehdən alınıb Qulubəyli bələdiyyəsinə təhvil verilməsi haqqında iddia qaldırmışdır.
5. Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında qeyd etmişdir ki, onun bələdiyyə sədri vəzifəsindən azad edilərək həmin vəzifəyə X1 haqqında İddiaçı 25 aprel 2022-ci il tarixli 04 saylı qərarı qanunsuz olduğundan hüquqi nəticə doğurmamışdır. Belə ki, o, bələdiyyə sədri kimi İddiaçı 25 aprel 2022-ci il tarixdə iclasını çağırmamış və bələdiyyənin həmin tarixli 04 saylı iclas protokolu adları qeyd olunan bələdiyyə üzvləri tərəfindən imzalanmamışdır. Ona görə də, iddia tələbi əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli regional ədliyyə idarəsinin nümayəndəsi X4 izahatında qeyd etmişdir ki, İddiaçı 25 aprel 2022-ci il tarixli 04 saylı iclas Protokolunun surəti idarəyə təqdim olunmuş, lakin bələdiyyənin möhürü ilə təsdiq olunmadığından qəbul edilməmişdir. İddiaçı 25 aprel 2022-ci 04 saylı qərarı nın qanuna zidd olub olmadığı məsələsi həll edilənədək müvafiq bələdiyə qurumu ilə aparılan işlər dayandırılmışdır.
7. Şahid qismində dindirilmiş X5 izahatında qeyd etmişdir ki, o, 2020-ci ilin fevral ayında keçirilmiş bələdiyyə seçkilərində İddiaçı üzvü seçilmiş və bələdiyyənin 25 aprel 2022-ci il tarixdə keçirilmiş iclasında iştirak edib cavabdehin bələdiyyə sədri vəzifəsindən azad edilərək həmin vəzifəyə iddiaçını seçilməsi barədə qərarın lehinə səs vermişdir. Cavabdehin bələdiyyə sədri vəzifəsindən azad edilməsi bələdiyyə iclaslarını çağırmaması, bələdiyyə adından təkbaşına qərarlar verməsi və yerli əhəmiyyətli məsələlərin həlli üçün səy göstərməməsi ilə əlaqədar olmuşdur.
8. Şahid qismində dindirilmiş X3 izahatında qeyd etmişdir ki, 2020-ci ilin fevral ayında keçirilmiş bələdiyyə seçk ilərində İddiaçı üzvü seçilmiş və bələdiyyənin 25 aprel 2022-ci il tarixdə keçirilmiş iclasında iştirak edib cavabdehin bələdiyyə sədri vəzifəsindən azad edilərək həmin vəzifəyə iddiaçını seçilməsi barədə qərarın lehinə səs vermişdir.Cavabdehin bələdiyyə sədri vəzifəsindən azad edilməsi bələdiyyə iclaslarını çağırmaması, bələdiyyə adından təkbaşına qərarlar verməsi və yerli əhəmiyyətli məsələlərin həlli üçün səy göstərməməsi ilə əlaqədar olmuşdur.
9. Şahid qismində dindirilmiş X6 izahatında qeyd etmişdir ki,, o, 2020-ci ilin fevral ayında keçirilmiş bələdiyyə seçkilərində İddiaçı üzvü seçilmiş və bələdiyyənin 25 aprel 2022-ci il tarixdə keçirilmiş iclasında iştirak edib cavabdehin bələdiyyə sədri vəzifəsindən azad edilərək həmin vəzifəyə iddiaçının seçilməsi barədə qərarın lehinə səs ver mişdir. Cavabdehin bələdiyyə sədri vəzifəsindən azad edilməsi bələdiyyə iclaslarını çağırmaması, bələdiyyə adından təkbaşına qərarlar verməsi və yerli əhəmiyyətli məsələlərin həlli üçün səy göstərməməsi ilə əlaqədar olmuşdur.
10. İmişli Rayon Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(036)-979/2023 nömrəli iş üzrə 09 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ülvi Qənbərov) iddia tələbi təmin edilmişdir.
11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı xx.xx.2022-ci il tarixli iclası bələdiyyə üzvlərindən yarısından çoxu iştirak etdiyindən səlahiyyətli olmuşdur. Bələdiyyə sədri cavabdehin bələdiyyə iclaslarını çağırmaması, bələdiyyə adından təkbaşına qərarlar verməsi və yerli əhəmiyyətli məsələlərin həlli üçün səy göstərməməsi əsas tutularaq İddiaçı üzvl ərinin yarısından çoxunun lehinə səsverməsi ilə cavabdeh bələdiyyə sədri vəzifəsindən azad edilərək həmin vəzifəyə iddiaçı seçilmişdir. Ona görə də bələdiyyənin möhür və ştampı, o cümlədən maliyyə sənədləri cavabdehdən alınıb İddiaçınə təhvil verilməlidir..
12. Məhkəmə gəldiyi nəticəni “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-2,16.1-1,16.4,16.6,19.3-2,-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 1-ci bəndinin tələbləri pozu lmuş, birinci instansiya məhkəməsi bələdiyyə iclasının qanun pozuntusu ilə həyata keçirilməsinə əhəmiyyət verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 8.1, 150.1.3, 77.1, 88-ci maddələrinin tələbləri pozulaq iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd ərizəyə əlavə edilməmişdir. İddiaçının həmin ərizəyə bələdiyyə sədri kimi imzalamağa səlahiyyətli olmasını təsdiq edən sənəd, bələdiyyə möhürü, ştampı olmamışdır. Məhkəmə bu hala qiymət verməyib. Sübutları əsaslı olsa da məhkəmə tərəfindən qiymətləndirilməyib və hesab etmişdir ki, mülki işə obyektiv, qərəzsiz və hərtərəfli məhkəmə baxışı təmin edilməyib.
15. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(106)-1813/2023 nömrəli iş üzrə 29 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Zaur Allahyarov (sədrlik edən və məruzəçi),Pərviz Əhmədov və Cahid İmanov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol verməmişdir, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir və qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur..
17. Məhkəmə gəldiyi nəticəni “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-2,16.1-1,16.4,16.6,19.3-2,-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, bələdiyyə üzvləri iclas gününə azı 5 gün qalmış xəbərdar edilməli olduğu halda bələdiyyənin iclası iclasda iştirak edən bələdiyyə üzvlərinin qeydiyyatından başlanır. Üzrlü səbəbdən iclasda iştirak edə bilməyən bələdiyyə üzvü bu barədə əvvəldən bələdiyyə sədrinə məlumat verməlidir.Bələdiyyə iclasının bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin, yaxud bələdiy yə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırıldığı hallar istisna olmaqla, iclasın gündəliyinin layihəsini bələdiyyə sədri təsdiq edilmək üçün iclasın müzakirəsinə çıxarır.Bələdiyyə, bələdiyyə iclasında təsdiq olunmuş reqlamentə müvafiq surətdə fəaliyyət göstərir. Reqlamentdə bələdiyyə iclasının çağırılması və əhali ilə görüşlərin təşkili qaydaları, bələdiyyənin fəaliyyəti ilə bağlı digər məsələlər əks olunur.
20. Əlavə olaraq qeyd etmişdir ki,məhkəmə isə onun bələdiyyə üzvlərinin dindiriilməsi haqqında vəsatətimi müzakirə etməyib. Hesab etmişdir ki, mülki işə obyektiv, qərəzsiz və hərtərəfli məhkəmə baxışı təmin edilməyib. Məhkəmə həmin hüquq normasının tələblərini pozmuşdur. Həmin hüquq normasında göstərilir- Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonr a həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmədə şikayətçinin təqdim etdiyi sübutları araşdırmadan qətnamə çıxarmışdır ki, bu da əsaslı sayıla bilməyini qeyd etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. İddiaçı sədri vəzifəsini icra edən Nağıyev Qalib Qaraseyid oğlu kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu
22. Maddə
16. Bələdiyyənin iclası
1. Bələdiyyə iclasının bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin, yaxud bələdiy yə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırıldığı hallar istisna olmaqla, iclasın gündəliyinin layihəsini bələdiyyə sədri təsdiq edilmək üçün iclasın müzakirəsinə çıxarır. Bələdiyyənin iclası bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir.
23. Bələdiyyənin iclasları bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin, yaxud bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırıla bilər. Bələdiyyə ərazisində yaşayan səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin təşəbbüsü ilə çağırılan iclasın gündəliyini onun çağırılması təşəbbüsünü irəli sürənlər müəyyənləşdirir. Bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılan iclasın gündəliyinin layihəsi onun çağırılması təşəbbüsünü ir əli sürənlər tərəfindən təsdiq edilmək üçün bələdiyyə iclasının müzakirəsinə çıxarılır. Bələdiyyə sədri və ya sədr olmadıqda onun səlahiyyətlərini həyata keçirən müavini iclası çağırmadıqda və ya onun keçirilməsinə bilavasitə və ya digər şəxslərin köməyi ilə hər hansı formada mane olduqda, iclasın çağırılması təşəbbüsünü irəli sürən bələdiyyə üzvləri bu maddənin 1-ci hissəsinə uyğun olaraq iclasda bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdiyi halda özləri iclas keçirə bilərlər. Bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin təşəbbüsü ilə iclas keçirilmədikdə, həmin təşəbbüskarlar kollektiv şəkildə inzibati nəzarəti həyata keçirən orqana və (və ya) məhkəməyə müraciət edə bilərlər.
24. Azərbaycan Respublikası Konstitusiyasının 145-ci mad dəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. - Bələdiyyənin iclası bələdiyyənin sədri, sədr olmadıqda isə onun müavini tərəfindən aparılır. İclasın katibi bələdiyyə üzvləri sırasından seçilir. Bələdiyyə sədri, sədr olmadıqda isə onun müavini bələdiyyə üzvlərinin və ya bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin təşəbbüsü ilə çağırılan iclasa sədrlik etməkdən boyun qaçırdığı halda iclasın sədri iclasda iştirak edən bələdiyyə üzvləri tərəfindən bələdiyyə üzvləri sırasından seçilir.
25. Maddə
19. Bələdiyyənin sədri və sədr müavini
1. Bələdiyyənin sədri yeni seçilmiş bələdiyyənin birinci iclasında bələdiyyə üzvləri sırasından açıq və ya gizli səsvermə yolu ilə seçilir. Bələdiyyənin sədri bələdiyyə üzvlərinin yarısından çoxunun səsini topladıqda seçilmiş hesab olunur. 26. -Ehtiyac olduqda bələdiyyə bələdiyyə sədrinin müavinlərini seçir. Bələdiyyə sədrinin müavinləri bələdiyyə üzvləri sırasından açıq və ya gizli səsvermə yolu ilə seçilir. Bələdiyyə sədrinin müavinləri bələdiyyə üzvlərinin yarıdan çoxunun səsini topladıqda seçilmiş hesab olunur. 27. -Bələdiyyənin sədri və onun müavinləri aşağıdakı hallarda bu maddənin 1-ci və 2-ci bəndlərində göstərilən qaydada vaxtından əvvəl vəzifədən azad edilə bilərlər: 1) öz arzusu ilə vəzifədən çıxmaq barədə yazılı müraciət etdikdə; 2) bələdiyyə iclasının səlahiyyətlərinə aid olan məsələlər barədə təkbaşına sərəncam verdikdə; 3) bələdiyyə qərarlarının icrasını təmin etmədikdə (qanunver iciliyə zidd olan və həlli imkan səlahiyyətlərindən kənar qərarlar istisna olmaqla) -4) əmək qabiliyyətinin fasiləsiz olaraq, 6 aydan çox müddətdə tam itirməsi ilə əlaqədar vəzifəsini yerinə yetirə bilmədikdə; -5) qanunvericiliklə üzərinə qoyulmuş vəzifələri 3 ay müddətində yerinə yetirmədikdə; 5-1) “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində göstərilən qaydada yerli büdcənin müzakirəsini və təsdiqini təşkil etmədikdə; -6) qanunvericilikdə və bələdiyyənin nizamnaməsində nəzərdə tutulmuş digər hallarda.
28. Maddə 6.Səlahiyyət müddəti bitən və ya vaxtından əvvəl vəzifədən azad edilən bələdiyyə sədri və ya bələdiyyə sədrinin vəzifələrini həyata keçirən şəxs 10 gün müddətində bələdiyyənin fəaliyyəti ilə bağlı bütün sənədləri bələdiyyənin y eni sədrinə (bələdiyyə sədrinin vəzifələrini həyata keçirən şəxsə) təhvil verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Madd ə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
37. Maddə 418.
3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş ma terialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
42. Cavabdehin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəl diyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
43. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrini n tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1813/2023 nömrəli, 29 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi