Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1221/2025 10.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “X2 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 fevral 2025-ci il tarixli, 2(103)1956/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 10 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydası nda baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin halları
1. İddiaçı cavabdehlər “X2 Kredit Təşkilatı” MMC-nə, Cavabdeh2 MMC-nə, üçüncü şəxs qismində Abşeron rayon İcra və Probasiya Şöbəsi və Abşeron rayon 2 saylı notariat ofisi cəlb edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 0.09 ha torpaq sahəsi, ümumi sahəsi 207.5 kv.m olan fərdi yaşayış evini tələbkar “X2 Kredit Təşkilatı” MMC-ti tərəfindən əldə edilməsi barədə X1 nəzdində olan Cavabdeh2 MMC-nin 11 dekabr 2023-cü il tarixli, 287/23 nömrəli açıq hərracın yekunları barədə protokolunun etibarsız hesab edilməsi, həmin protokol əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın və Abşeron Rayon 2 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən X məxsus ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən 0.09 ha torpaq sahəsi, ümumi sahəsi 207.5 kv.m olan fərdi yaşayış evinə tutmanın yönəldilməsinə dair icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4509/2024 nömrəli, 5 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim A.Oruclu) İddiaçı “X2 Kredit Təşkilatı” MMC-nə və Cavabdeh2 MMC-nə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və icra qeydinin ləğv edilməsi” barədə iddiası rədd edilmişdir.
3. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1956/2025 nömrəli, 18 fevral 2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)4509/2024 nömrəli, 5 dekabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir.
5. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı apellyasiya şikayəti vermək üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq şikayət vermə müddətini ötürmüş və müddətin bərpasına dair ərizə (vəsatət) təqdim etməmişdir.
6. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.1, 10-1.3, 130.1, 130.3, 135.6, 360, 363.1.3, 366-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məzhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
7. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 fevral 2025-ci il tarixli, 2(103)-1956/2025 nömrəli qərardadının ləğv edilməsi və verilmiş apelyasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsi xahiş etmişdir.
8. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsi qətnamənin alınmasını 30 dekabr 2024-cü il tarixi əsas götürüb. Hesab edir ki, 30 dekabr 2024-cü il tarixdə iş vaxtında sonra yerləşdirilməsi, yeddi günlük iş həftəsi, qeyri-iş günləri olması və ən nəhayət Yasamal Rayon Məhkəməsi tərəfindən rəsmi olaraq elektron kabinetə bildirişi 07 yanvar 2025-ci il tarixdə göndərilməsi Bakı Apelyasiya Məhkəməsi tərəfindən nəzərə alınmamış və nəticədə MPM-nin 135-ci maddəsinin müddəaları düzgün tətdiq edilməmişdir. Eyni zamanda bildirmişdir ki, MPM-nin 135-ci maddəsində xəbərdarlığın göndərilməsi məsələsidə diqqətdən kənarda qalmamalı, məhz 07 yanvar 2025-ci il tarixdə bildirişin Yasamal Rayon Məhkəməsi tərəfindən imzalanaraq elektron məhkəmə sistemində yerşəşdirilməsi və bu barədə emailə məlumat göndərilməsi apellyasiya şikayətini vermək üçün müddətin başlanğıcı əsas hesab edilməlidir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
10. Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “El ektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır.
11. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
12. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
13. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şə xsə qaytarılır.
14. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
15. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
16. Maddə
360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
17. Maddə 363.1.3. Apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirs ə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
18. Maddə
366. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
19. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
20. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
21. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
22. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
23. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, prosessual hüquq normalarının tələblərini hazırkı mübahisəli məsələyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
24. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən, mülki prosessual hüquq normalarının tələblərini pozduğunu, qətnamədən apellyasiya şikayəti verilməsi üçün mülki prosessual əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlillə ri ilə razılaşmır.
25. Belə ki, apellyasiya instansiyası məhkəməsi, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etmişdir ki, iddiaçı apellyasiya şikayəti vermək üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq şikayət vermə müddətini ötürmüş və müddətin bərpasına dair ərizə (vəsatət) təqdim etməmişdir. Yəni, sözügedən qətnamənin surəti 30 dekabr 2024-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkilinin elektron kabinetində yerləşdirilmiş, qətnamədən kassasiya şikayəti isə 03 fevral 2025-ci il tarixdə yerləşdirilmişdir.
26. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəli məsələyə baxarkən, qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alara q, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş və mülki prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən prosessual hüquq normalarının tələblərini hazırkı mübahisəli mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
27. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 fevral 2025-ci il tarixli, 2(103)-1956/2025 saylı qərardadı dəyiş dirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.