Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1223/2020 21.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Siğortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlunun iştirakı ilə, Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Siğortalanması Fondunun Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 sentyabr 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Siğortalanması Fondu Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 sentyabr 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı ləğv prosesində olan «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Siğortalanması Fondu cavabdeh «xxxx» MMCyə(mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncüşəxslər Xətai rayon İcra və Probasiya şöbəsi və Maraqlı şəxs MMC) qarşı«əmlakın qiymətləndirilməsi barədə ekspert rəyinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 21 iyun 2019-cu il tarixli qətnaməsi ilə (sədr lik edən R.Xəlilov, iş 2(006)-1758/2019) iddia təmin olunmamışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər R.Eyvazov (sədrlik edən və məruzəçi), Z.ƏLiyev və F.Talışinski, iş № 2(103)-11787/2019) iddiaçı ləğv prosesində olan «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Siğortalanması Fondunun apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 21 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Ləğv prosesində olan «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Siğortalanması Fondu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməs inin Mülki Kollegiyasının 17 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Siğortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbi q edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, «xxxx» MMC-nin QXM/1638 nömrəli, 22.09.2018-ci il tarixli Xətai Rayon İcra və Probasiya Şöbəsinəünvanladığı qiymətləndirmə hesabatından müəyyən olunur ki, X4 məxsus, ipoteka qoyulmuş Bakı şəhəri, ünvan 1 ünvanında, 0,28537 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin bazar qiyməti 630.000 (altı yüz otuz min) manat müəyyən edilmişdir. Əmlakın bazar qiymətinin müəyyənləşdirilməsi məqsədilə qiymətləndirici təyin olunmuş, «xxxx» MMC-nin 30 may 2019-cu il tarixli LP-086/19 saylı rəyi ilə - Bakı şəhəri, ünvan 2 ünvanında 3772,4 kv.m ümumi, 1574,2 kv.m əsas, 2198,2 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinin real bazar qiyməti 675.000 (altı yüz yetmiş beş min) manat müəyyən olunmuşdur. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: “«Qiymətləndirmə fəaliyyəti haqqında» Qanunun 7-ci maddəsinəəsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını m üvafiq icra hakimiyyəti orqanı(Azərbaycan Respublikası Nazirlər Kabineti) müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Göründüyü kimi, iddiaçıtələbinin vəapellyasiyaşikayətinindəlillərikimiistinad etdiyi hallarıəsaslandıravəsübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinəəsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.” Ləğv prosesində olan «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Siğortalanması Fondu kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, ““İcra haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən 29.1-ci maddəsinə əsasən tər əflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək. " icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Həmin Qanunun 28.2-ci maddəsinə əsasən icraatda tərəflər tələbkar və borcludur. Göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5329/2012 saylı, 21 dekabr 2012-ci il tarixli Qətnaməsi əsasında verilmiş icra sənədinin icrası ilə bağlı həyata keçirilən icra hərəkətlərinin tərkib hissəsi olan tutmanın yönəldildiyi ipoteka predmetinin qiymətləndirilməsi prosesində tələbkar kimi iştirakımız təmin edilməmiş, bununla da “icra haqqında” Qanunun 29.1-ci maddəsində təsbit edilmiş hüquqlarımızdan - icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etməkdən məhrum edilmişik. Başqa sözlə, əmlakın qiymətləndirilməsi prosesi həyata keçirilərkən tələbkar kimi iştirakımız təmin edilmədiyindən həmin prosesdə şifahi və yazılı izahatlar vermək, qiymətləndirmə prosesinin gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülah izələrimizi bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək hüquqlarımızı həyata keçirmək mümkün olmamışdır.” Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşır. Həmçinin qeyd edir ki, mülki iş üzrə tərəflər hüquqi şəxslər olduğuna görə apelyasiya instansiyası məhkəməsi işə baxarkən məhkəmə aidiyyəti məsələsinə də hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsi nəzərdə tutur ki, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 sentyabr 2019-cu tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1223/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1223/2020
21.02.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver