Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1224/2019 27.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ə.Ə.Şadiyev (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və İ.R.Xələfovdan ibarət tərkibdə, Ş.Ə.Allahverdizadənin katibliyi ilə, İddiaçı2 və vəkili Umudov Ruslan Fazil oğlunun Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 sentyabr 2018-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 04 may 2018-ci il tarixli qətnaməsi ilə (R.N.Quliyev, iş 2(005)-45/2018) iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdehlər Cavabdeh1yə, “xxxx” MMC-yə qarşı (üçün cü şəxslər: X1, X2) hərracın yekun protokollarının etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (T.S.Səmədov (sədrlik edən və məruzəçi), İ.S.Şirinov və E.C.Kazımov, iş 2 (103)-9445/2018) Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hazırkı iş üzrə 04 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı2 və vəkili Umudov Ruslan Fazil oğlu kassasiya şikayəti verib qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada xəbər verilmiş, tərəflər üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədiklərindən kassasiya kollegiya sı işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İŞİN HALLARİ: İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xxxx” MMC-nin 05.01.2015-ci il tarixli, 01/02 saylı, 16.01.2015-ci il tarixli, 05/01, 05/02, 05/03, 05/04 saylı, 14.03.2016-cı il tarixli, 23/04, 23/05, 23/06 saylı hərracın yekun protokollarının etibarsız hesab edilməsi və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 07.09.2016-cı il tarixli, seriyalar RX-№ ******* saylı, RX-№ ******* saylı, RX-№ ******* saylı çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı2 və vəkili Umudov Ruslan Fazil oğlu kassasiya şikayətini onunla əsaslandı rmışlar ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məruzəçini dinləyib, şikayətin dəlillərini və iş materiallarını müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlan ılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri, Xətai rayon məhkəməsinin 2(011)-53/2014 saylı, 02 fevral 2015-ci il tarixli qərardadının surətindən görünür ki, Bakı şəhəri, Xətai rayon məhkəməsinin 2(011)-2142/2014 saylı, 01 avqust 2014-cü il tarixli qətnaməsi ilə mülkiyyət hüququ ilə İddiaçı1 məxsus olan Şəki rayonu, Kiş kəndində, istifadədə olan 0.0139 ha torpaq sahəsində yerləşən 273,9 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının ilkin satış qiyməti 219.000 manat, X1 xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən 60.0 kv.m. ümumi sahədən ibarət 36/37 saylı mənzilinin ilkin satış qiyməti 229.000 manat, İddiaçı1 məxsus olan Şəki şəhəri, Mahmud Əliyev küçəsində mülkiyyətində olan 0.132 ha torpaq sahəsində yerləşən 55 nömrəli 2 mərtəbəli, 3 otaqlı, 85.5 m² yaşayış, 210.9 m² köməkçi, ümumi 296.4 m² sahəsi olan fərdi yaşayış evinin ilkin satış qiyməti 320.000 manat, İddiaçı2 tam mülkiyyət hüququ ilə məxsus olan Şəki şəhəri, Qurcana küçəsində 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 120.9 m² ümumi, 77 m² yaşayış, 43.9 m² köməkçi sahəsi olan 3 otaqlı, 4 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 100.000 manat, İddiaçı3 tam mülkiyyə t hüququ ilə məxsus olan Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində 0.006 ha torpaq sahəsində yerləşən, 61.3 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası ilkin satış qiyməti 268.000 manat, İddiaçı2 tam mülkiyyət hüququ ilə məxsus olan Şəki şəhəri, M.Müşfiq küçəsi 0.0032 ha torpaq sahəsində yerləşən 1 nömrəli, 3 girişli, 68.22 m² ümumi, 56.61 m² əsas, 11.61 m² köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasının və torpaq sahəsinin ilkin satış qiyməti 160.000 manat, İddiaçı2 məxsus xüsusi mülkiyyət hüququ ilə məxsus olan Oğuz rayon Calut kəndində 0.451247 ha torpaq sahəsində yerləşən 526.0 (faktiki-1080) m² ümumi, 246.9 m² ticarət sahəsi olan əmlak kompleksinin ilkin satış qiyməti 788.000 manat, İddiaçı1 tam mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, R.Beh budov küçəsi 40 №li, evin 5-ci mərtəbə 59.8 m² ümumi, 40.6 m² yaşayış sahəsindən ibarət 2 otaqlı, 13 nömrəli mənzilin ilkin satış qiyməti 100.000 manat müəyyən olunmuşdur. İş materiallarında olan “xxxx” MMC-nin hərracın yekunları barədə 05 yanvar 2015-ci il tarixli, 01/02 saylı protokolunun surətindən görünür ki, Bakı şəhəri, Xətai rayon icra şöbəsinin 17/74 28363/6 saylı, 13.10.2014-cü il tarixli sifariş məktubuna əsasən İddiaçı1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən 40 saylı evin 13 saylı mənzil təkrar hərracdan tələbkar “Bank VTB (Azərbaycan)” ASC tərəfindən 85.000 manata alınmışdır. İşdə olan “xxxx” MMC-nin hərracın yekunları barədə 16 yanvar 2015-ci il tarixli, 05/01 saylı protokolunun surətindən məlum olur ki, X1nin 6183/9 saylı, 14.10.2014-cü il tarixl i sifariş məktubuna və “Bank VTB (Azərbaycan)” ASC-nin 465 saylı 15.01.2015-ci il tarixli məktubunun icrasına əsasən İddiaçı2 məxsus Oğuz rayonu, Calut kəndində yerləşən əmlak kompleksi kimi müəssisə (0,451247 ha torpaq sahəsi ilə birlikdə) təkrar hərracdan tələbkar “Bank VTB (Azərbaycan)” ASC tərəfindən 502.350 manata alınmışdır. İş materiallarına əlavə olunmuş “xxxx” MMC-nin hərracın yekunları barədə 16 yanvar 2015-ci il tarixli, 05/01 saylı protokolunun surətindən görünür ki, X1nin 6183/9 saylı, 14.10.2014-cü il tarixli sifariş məktubuna və “Bank VTB (Azərbaycan)” ASC-nin 465 saylı, 15.01.2015-ci il tarixli məktubunun icrasına əsasən Həmidova Rəna Niyazi qızına məxsus Şəki şəhəri, Mahmud Əliyev küçəsində, mülkiyyətində olan 0,0132 ha torpaq sahəsində yerləşən 2 mərətbəli, 3 otaqlı, 85. 5 kv.m yaşayış, 4.3 kv.m qeyri -yaşayış, 210,9 kv.m köməkçi sahədən ibarət 55 nömrəli mənzil təkrar hərracdan tələbkar “Bank VTB (Azərbaycan)” ASC tərəfindən 204.000 manata alınmışdır. İş materiallarında olan “xxxx” MMC-nin Hərracın yekunları barədə 16 yanvar 2015-ci il tarixli, 05/03 saylı protokolunun surətindən aydın olur ki, X1nin 6183/9 saylı, 14.10.2014-cü il tarixli sifariş məktubuna və “Bank VTB (Azərbaycan)» ASC-nin 465 saylı 15.01.2015-ci il tarixli məktubunun icrasına əsasən İddiaçı2 məxsus Şəki şəhəri, Mikayıl Müşfiq küçəsində, mülkiyyətində olan 0,0032 ha torpaq sahəsində yerləşən 1 mərətbəli, 3 girişli, 68,22 kv.m ümumi, 56,61 kv.m əsas, 11,61 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri yaşayış binası təkrar hərracdan tələbkar “Bank VTB (Azərbaycan)» ASC tərəfindən 102.00 0 manata alınmışdır. İş materiallarına əlavə olunmuş “xxxx” MMC-nin hərracın yekunları barədə 16 yanvar 2015-ci il tarixli, 05/04 saylı protokolunun surətindən görünür ki, Bakı şəhəri, Xətai rayon icra şöbəsinin 17/74 28363/6 saylı, 13.10.2014-cü il tarixli sifariş məktubuna və “Bank VTB (Azərbaycan)” ASCnin 465 saylı, 15.01.2015-ci il tarixli məktubunun icrasına əsasən X1 məxsus Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, ev 17, mənzil 36/37 təkrar hərracdan tələbkar “Bank VTB (Azərbaycan)” ASC tərəfindən 145.987,50 manata alınmışdır. İşdə olan “xxxx” MMC-nin hərracın yekunları barədə 14 mart 2016-cı il tarixli, 23/04 saylı protokolunun surətindən görünür ki, X1nin 14115/10 saylı, 11.12.2015-ci il tarixli sifariş məktubuna və “Bank VTB (Azərbaycan)” ASC-nin 6564 saylı, 11.03.2016-cı il tarixli məktubunun icrasına əsasən İddiaçı1 məxsus Şəki rayonu, Kiş kəndində, istifadəsində olan 0,00139 ha torpaq sahəsində yerləşən 273,9 kv.m ümumi sahədən ibarət qeyri -yaşayış binası təkrar hərracdan tələbkar “Bank VTB (Azərbaycan)” ASC tərəfindən 139.676,25 manata alınmışdır. İş materiallarına əlavə olunmuş “xxxx” MMC-nin hərracın yekunları barədə 14 mart 2016-cı il tarixli, 23/05 saylı protokolunun surətindən məlum olur ki, X1nin 14115/10 saylı, 11.12.2015-ci il tarixli sifariş məktubuna və “Bank VTB (Azərbaycan)” ASC-nin 6564 saylı, 11.03.2016-cı il tarixli məktubunun icrasına əsasən İddiaçı2 məxsus Şəki şəhəri, Qurcana küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 77 kv.m yaşayış sahəsi, 43,9 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşa yış evi təkrar hərracdan tələbkar “Bank VTB (Azərbaycan)” ASC tərəfindən 63,750 manata alınmışdır. İş materiallarında olan “xxxx” MMC-nin hərracın yekunları barədə 14 mart 2016-cı il tarixli, 23/06 saylı protokolunun surətindən görünür ki, X1nin 14115/10 saylı, 11.12.2015-ci il tarixli sifariş məktubuna və “Bank VTB (Azərbaycan)” ASC-nin 6564 saylı, 11.03.2016-cı il tarixli məktubunun icrasına əsasən İddiaçı2 məxsus Şəki şəhəri, Rəsulzadə prospektində istifadəsində olan 0,006 ha torpaq sahəsində yerləşən 61,3 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış sahəsi təkrar hərracdan tələbkar “Bank VTB (Azərbaycan)” ASC tərəfindən 170,850 manata alınmışdır. İş materiallarına əlavə edilmiş “xxxx” MMC tərəfindən iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 və digər şəxslərə ünvanlanmış açıq hərra cın keçirilməsinə dair 21.10.2014-cü il tarixli, 04.11.2014-cü il tarixli, 18.11.2014-cü il tarixli, 02.12.2014-cü il tarixli, 16.12.2014-cü il tarixli, 30.12.2014-cü il tarixli bildirişlərin təsdiq edilmiş surətlərindən görünür ki, “xxxx” MMC iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 və digər tərəfləri yuxarıda qeyd olunan daşınmaz əmlakların müvafiq olaraq açıq hərracdan satılacağı barədə xəbərdar etmişdir. İşdə olan xəbərnamələrin surətlərindən aydın olur ki, “xxxx” MMC tərəfindən iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3n ünvanlanmış açıq hərracın keçirilməsinə dair bildirişlər onlar tərəfindən rəsmi qaydada imza edilməklə alınmışdır. İş materiallarına əlavə edilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Şəki şəhəri, Rəsulzadə prospektində, 0.006 ha torpaq sahəsində yerləşən, 61.3 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası tam mülkiyyət hüququ ilə «Bank VTB (Azərbaycan)» ASCyə məxsusdur. Bu barədə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 07.09.2016-cı il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır. İş materiallarında olan RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Şəki şəhəri, Qurcana küçəsində yerləşən 4 nömrəli ev tam mülkiyyət hüququ ilə «Bank VTB (Azərbaycan)» ASC-yə məxsusdur. Bu barədə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 07.09.2016-cı il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır. İş materiallarına əlavə edilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Şəki rayonu, Kiş kəndində 0.0139 ha torpaq sahəsində yer ləşən 273,9 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası tam mülkiyyət hüququ ilə «Bank VTB (Azərbaycan)» ASC-yə məxsusdur. Bu barədə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 07.09.2016-cı il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır. İş materiallarına əlavə edilmiş “Market” qəzetinin nüsxələrindən görünür ki, iddiaçılara məxsus daşınmaz əmlakların açıq hərracdan satılması barədə elanlar verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -415.1-ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. -415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə t utulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan v ə bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına da ir Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. İş materiallarından məlum olur ki, iş üzrə iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 və digər tərəfləri onlara məxsus daşınmaz əmlakların hərracın təşkilatçısı olan “xxxx” MMC “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 42.1-ci maddəsinin tələblərinə əməl edərək hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmiş, tərəflərə verilməsini təsdiq etmə üsulu ilə hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış birinci elanı vermiş və bildiriş göndərmişdir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan vermişdir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, form ası, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumatlar göstərilmişdir. Göründüyü kimi, iddiaçıların hərracın keçirilməsindən xəbəri olmuş, onlara bu barədə müvafiq bildirişlər ünvanlanmış, lakin iddiaçılar hərracda iştirak etməmişlər. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçılar hərracın ləğv edilməsini tələb etsə də, hüquqi nəticə etibarı ilə buna əsas kimi qiymətləndirmənin düzgün aparılmamasını göstərmiş, eyni zamanda qiymətləndirməni mübahisələndirməmiş və qiymətləndirmənin ləğvini tələb etməmişdir. İş materiallarından məlum olur ki, mübahisəli əmlakların ilkin satış qiyməti məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hərrac keçirilərkən hərracın keçirilməsi qaydalarını özündə əks etdirən məcburi göstərişlərin, normativ hüquqi aktların, ümumiyyətlə qanuvericiliyin tələbləri pozulmadığından, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsinə əsasən hərracın etibarsız sayıla bilməsi üçün əsaslar mövcud deyildir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı həmçinin hazırkı iddia tələbləri ü zrə iddia müddətini üzrsüz səbəbdən ötürmüşdür. İş materiallarından görünür ki, İddiaçı2 bildirmişdir ki, hərracın keçirilməsindən məlumatlı olmuş, hətta hərracın keçirilməsinin təxirə salınmasını xahiş etmişdir. Onun xahişi nəzərə alınmadan hərrac keçirilmiş və əmlaklar qeyri-qanuni olaraq bank tərəfindən alınmışdır. Bu hal bir daha təsdiq etmişdir ki, iddiaçı hüquqlarının pozulmasını bilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarından göründüyü kimi, qanunda başq a qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısaldılmış və ya uzadılmış ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. -375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanad ək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. -376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. -377.1.-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hərrac keçirilərkən qanunvericiliyin tələbləri pozulmadığından, iddiaçının iddia ərizəsində qeyd etdikləri hallar öz təsdiqini tapmadığından, həmçinin iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən, iddia müddəti keçdiyindən iddiaçı iddia tələbini əsaslandıra və bununla bağlı məhkəməyə hər hansı sübutlar təqdim edə bilmədiyindən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alan kassasiya kollegiyası Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə ilə razılaşır və hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin gəldiyi nəticə düzgündür. İşdə qətnamənin ləğv edilməsi üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddəl ərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan 27 sentyabr 2018-ci il tarixli, 2(103)-9445/18 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1224/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1224/2019
27.02.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver