Məhkəmə qərarları › İş №2(102)-1224/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1224/2022

14.03.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1224/2022 14.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1224/22 (Açar sözlər: torpaq sahəsindən və evdən çıxarılma, icarə müqaviləsi) Bakı şəhəri, 14 mart 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızının və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaqdan və evdən çıxarılma” tələbinə dair iddiası üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9903/2021 nömrəli, 27 oktyabr 2021-ci il tarixli qətnaməsin dən cavabdeh oğlunun kassasiya şikayətinə 14 mart 2021-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Xəzər Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 0,10 hektar sahəsi olan 105A nömrəli bağ sahəsinin və üzərindəki evin Cavabdeh1 və Cavabdeh2 qanunsuz zəbtindən azad edilməsi, onların həmin torpaq sahəsindən və üzərindəki evdən çıxarılması və torpaq sahəsinin üzərindəki evlə birlikdə İddiaçı təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılıb ki, 26 fevral 1992-ci il tarixli, 24115 nömrəli müqavilə əsasında Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşə n 0.10 hektar sahəsi olan 105A nömrəli bağ sahəsi iddiaçının istifadəsinə verilmişdir. Bağ sahəsində iddiaçı ev tikmiş və ailəsi ilə birlikdə oradan istifadə etmişlər.

3. İddiaçı uzun illər ölkədə olmadığından, bağın faktiki istifadəsini həyat yoldaşının qardaşı X2 həyata keçirmişdir. İlin bütün fəsillərində, ən çox da, yay aylarında Vaqif Cəfərov ailə üzvləri ilə birgə bağda istirahət etmişlər. Təxminən 2005-ci il tarixdə X6 adlı dostunun yay vaxtlarında ailəsi ilə birlikdə bağda istirahət etmək istədiyini, bağ boş olanda ailəsi ilə birlikdə orada gəlib qala bilməsini bildirmişdir.

4. Vaqif Cəfərovla yaxın olduqlarından iddiaçı buna etiraz etməmişdir. 2020-ci ilin iyul-avqust aylarına qədər Cavabdeh1la iddiaçının hər-hansı problemi olmamışdır. İddiaçı bağ sahəsinin özəlləşdirilməsi ilə ba ğlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi müraciət etdikdə, bağ sahəsi digər şəxslər tərəfindən istifadə olunduğundan idarənin mütəxəssisləri tərəfindən texniki inventarlaşdırma işinin aparılmasına şərait yaradılmadığından imtina edilmişdir. 5.Buna səbəb o olmuşdur ki, Cavabdeh1 bağın açarlarını dəyişmiş və mühəndislər bağa gələrkən, onları içəri buraxmaqdan imtina etmişdir. X6 Muxtarovdan onun hərəkətlərinin mənasını soruşduqda, o, heç kimi bağa buraxmayacağını bildirmişdir. Buna görə də, məcburiyyət qarşısında qalıb iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

6. İddiaçı tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası 13, Mülki Məcəllənin 152.1, 157.2 -ci maddələrinə istinad etmişlər.

7. Cavabdeh1 nümayəndəsi iddiaya etiraz etmişdir. Etirazın də lilləri: - iddiaçı göstərilən bağ sahəsi ilə bağlı 1992-ci ildə 10 il müddətinə bağlanmış icarə müqaviləsinə istinad edir. Müqavilədən də göründüyü kimi iddiaçı ilə bağlanmış müqavilənin müddəti bitmişdir. Müqavilənin müddətinin uzadılması barədə hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. İcarə müqaviləsinin müddəti uzadılmamışdırsa, onda həmin müqaviləyə xitam verilmişdir. Belə olan halda iddiaçının sübyektiv hüququ yoxdur. Belə ki, iddiaçının mübahisə predmetinə daxil olan bağ sahəsinin üzərində hər hansı bir hüququ mövcüd deyil. - Azərbaycan Respublikası Prezidentinin “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” 22.05.2007-ci il tarixli fərmanı yalnız həmin zaman qüvvədə olan müqavilələri əhatə etmişdir. Haz ırki iş üzrə isə iddiaçı tərəfindən təqdim olunmuş müqavilə həmin fərmanın əhatəsinə daxil deyil. Belə ki, həmin icarə müqaviləsinin müddəti həmin tarixə artıq bitmişdir; - bağ sahəsində inşa edilmiş ev isə cavabdehlər tərəfindən tikilmiş, tikintisi isə 2004-cü ildən başlanmışdır; - “İcarə haqqında” Qanun isə torpaq sahələrinə olan hüquq münasibətlərini deyil, tikililər əsasında olan hüquq münasibətlərini tənzimləyir; - bundan başqa Azərbaycan Respublikasının “Torpaq Məcəlləsi” mövcuddur ki, həmin qanun “İcarə haqqında” Qanundan üstündür. ”Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının qanunun 15-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə həll olunur. Bağın icarəyə verilməsi haqqında müqavilənin 2-ci bəndinə əsasən müqavilə öhdəlikləri yerinə yetirildiyi halda müqavilənin müddəti uzadılması nəzərdə tutulmuşdur. Yəni tərəflərə dispozitiv hüquq verilmiş, bu hüququn həyata keçirilməsi barədə isə iddiaçı tərəfindən sübut təqdim olunmamışdır.

8. Cavabdeh1 iddiaya etirazının dəlilləri: - Vaqifi Cəfərov adlı şəxsə işlədiyi yerdə işə düzəlməsində köməklik etdiyi üçün V.Cəfərov həmin bağ sahəsini 2003-cü ildə 3000 ABŞ dolları məbləğinə ona satmışdır. Sənədi olan torpaq sahəsi 12 sotdan ibarət idi və 4 divarı var idi. Torpaq sahəsinin digər hissəsinin isə sənədi olmamışdır. Bundan sonra sənədi olmayan yerdə 2003-cü ildən ev tikməyə başlamışdır. Ev tikiləndən sonra isə sənədləşdirmə işlərinin aparılması üçün Daşınmaz Əmlakın Dövlət Reyestrinə müraciət e tmişdir. Həmin vaxt sənədi olan torpaq sahəsinin özəlləşdirilməsi baş tutmuş, sənədi olmayan hissənin isə özəlləşdirilməsi mümkün olmamışdır; - Vaqif həmin vaxt ona bildirmişdir ki, sənədi olmayan torpaq sahəsinin özəlləşdirilməsində ona köməklik edəcəkdir. Ümumi 22 sot torpaq sahəsi olmuşdur. Torpaq sahəsinin bir hissəsinə Vaqifin adına Bağlar Təsərrüfatı İdarəsi ilə bağlanmış müqavilə var idi. Sənədi olan torpaq sahəsini Bağlar İdarəsinə yaxınlaşaraq öz adına sənədləşdirmişdir; - Vaqiflə aralarında bağ sahəsinin ona verməsi ilə bağlı rəsmi alqı-satqı müqaviləsi bağlamamışlar; - torpağın ona verilməsi üçün şifahi qaydada Vaqifə pul vermişdir. Bağ sahəsinin Vaqifin adına olan hissəsi və digər hissəsi boş sahə olub. Vaqiflə münasibətləri pisləşdiyindən sənədi olmayan torpaq sahəsinin hissəs ini ondan geri almaq istəmiş, ala bilmədiyindən həmin hissəni iddiaçıya satmışdır; - 2020-ci ildə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətnin əməkdaşları ölçmə işlərinin aparmaları üçün bağ sahəsinə gələndə onlara icazə verməmişdir. Belə ki, ev ona məxsusdur. Sənədi olmayan torpaq sahəsi 10 sotdan ibarətdir və həmin hissədə bir tikili var idi. Sənədləşdirdiyi torpaq sahəsinin hissəsini satmışdır. Vaqif torpaq sahəsini ona verdiyi vaxt sənədi olmayan hissəsinin də ona məxsus olduğunu və Bələdiyyədə işlədiyi qohumunun vasitəsilə həmin hissənin də sənədləşdirilməsində ona köməklik edəcəyini bildirmişdir.

9. Xəzər Rayon Məhkəməsinin 2(003)-1900/2021 saylı, iş üzrə 06 iyul 2021-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Xəzər rayonu, Tü rkan qəsəbəsində 0.10 hektar olan 105A saylı bağ sahəsi və üzərində inşa edilmiş yaşayış evindən çıxarılması, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində 0.10 hektar olan 105A saylı bağ sahəsi və üzərində inşa edilmiş yaşayış evinin İddiaçı təhvil verilməsi qət edilmişdir. (hakim Sabit Bəhramzadə )

10. Birinci instansiya məhkəməsi iş materiallarına, şahid ifadələrinə əsasən müəyyən edib ki, 26.02.1992-ci il tarixli bağın icarəyə verilməsi haqqında müqavilənin əsasında Rzayev X3 qəsəbəsində 0.10 hektar bağ sahəsini icarəyə təhvil almışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 30.06.2021-ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Xəzər rayonu,Türkan bağ massivində yerləşən, 0.10 hektar torpaq sahəsi olan 105a saylı bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X1 və İstismarı Birli yi ilə İddiaçı arasında bağlanılmış 26.02.1992-ci il tarixli, 24115 nömrəli müqavilə İdarənin arxivində mövcuddur.

11. Birinci instansiya məhkəməsi “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” 31 avqust 2020-ci il tarixli bildirişə əsasən onu da müəyyən edib ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən 105A saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizənin icrası ona görə mümkün olmamışdır ki, qeyd olunan bağ sahəsinə idarənin mütəxəssisləri tərəfindən texniki inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır

12. Birinci instansiya məhkəməsi qeyd edib ki, sözügedən torpaq sahəsi iddiaçının adına reyestrdə qeydə alınmasa da, onunla X1 və İstism arı Birliyi arasında torpaq sahəsinin icarəsi müqaviləsi mövcuddur. Onun həmin torpaq sahəsinin adına rəsmiləşdirilməməsinə səbəb isə ona məxsus torpaq sahəsi digər fiziki şəxslər tərəfindən istifadə edilməsidir. Odur ki, o, zəbt edilmiş torpaq sahəsinin boşaldılmaqla ona təhvil verilməsini tələb etməkdə haqlıdır.

13. Birinci instansiya məhkəməsi vurğulayıb ki, 26 fevral 1992-ci il tarixli, 24115 nömrəli icarə müqaviləsi əsasında Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 0,10 hektar sahəsi olan 105A nömrəli bağ sahəsi qanuni əsaslarla İddiaçı icarəsində olduğu ərəfədə artıq 16 iyul 1996-cı il tarixli “Torpaq İslahatı haqqında” Qanun mövcud olmuşdur. Həmin Qanunun da tələbinə əsasən sözügedən bağ sahəsinin qanunvericiliklə”müəyyən olunmuş”qaydada”əvəzsiz olaraq onun mülkiyyətin ə”verilməsi artıq təsbit olunmuşdur.

14. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 139.1, 139.3, 139.7, 139-1.1.1-ci, “İcarə haqqında” Qanununun 13-cü maddəsinin 5-ci bəndi, “Torpaq İslahatı haqqında” Qanunun 9-cu və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

15. Cavabdehlər apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişlər.

16. Apelyasiya şikayətinin dəlilləri: - iddiaçı məhkəməyə müraciət edərəkən MPM-nin 77-ci maddəsində nəzərdə tutulmuş tələblərə riayət etməyərək tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməmişdir; - iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, onunla Bağlar Təsərrüfatı İdarəsi arasında 26.02.1992-ci ildə bağlanmış icarə müqaviləsinin müddəti 26.02.2002-ci il tarixində bitmişdir. Məhkəmə iddiaçının ehtimal olunan hüququna münasibətdə tətbiq edilməsi ilə bağlı yalnışlığa yol vermişdir. Belə ki, iddiaçı mübahsə predmetini təşkil edən torpaq sahəsinə dair icarə hüququnun mövcud olduğu müddətdə həmin torpaq sahəsinə dair mülkiyyət hüqunun rəsmiləşdirməmiş, 26.02.2002-ci il tarixdə həmi torpaq sahəsi üzərində iddiaçının icarə hüququna xitam verilmişdir; - iddiaçının mübahisə predmetini təşkil edən torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınmamışdır; - məhkəmə “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsini iddiaçının ehtimal olunan hüququna münasibətdə tətbiq etməklə yanlışlığa yol vermişdir. - məhkəmənin qətnamənin təs viri-əsaslandırıcı hissəsində qeyd etdiyi “qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir” ifadəsi məhz Mülki Məcəllənin 178-ci maddəsində göstərilən tələbləri ehtiva edir; - “Torpaq islahatı haqqında” Qanunun qüvvəyə mindikdən icarə müqaviləsinin bitməsi vaxtına qədər iddiaçı tərəfindən müvafiq quruma müraciət edilməməsi şəxsin həmin torpaq sahəsinə olan hüququnun yaranmasını istisna edir. Mövcud olmayan hüquq pozula bilməz, pozulmuş hüququnun möcvud olmaması isə, iddiaçının bununla bağlı subyektiv hüquqnun olmadığını göstərir; - məhkəmə Torpaq Məcəlləsinin 67-ci maddəsinin 4-cü bəndini tətbiq etməli olduğu halda həmin normanı tətbiq etməmişdir; - 1999-cu ilədək qüvvədə olmuş Torpaq Məcəlləsinin (1991-ci il tarixli) 32-ci maddəsinin 2-ci bəndinə əsasə n torpaq sahəsinə istifadə hüquqlarına müddət qurtardığı vaxt xitam verilir; - 1999-cu ildən qüvvəyə minmiş Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilir; - Mülki Məcəllənin 719.1-ci maddəsinə görə torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir.

17. İddiaçı vəfat etdiyinə görə apellyasiya instansiyası iddiaçının arvadı Qanuni nümayəndə1 Ağamaehdi qızını və onun övladı Qanuni nümayəndə2 Rasom qızını iddiaçının prosessual hüquq varisləri kimi işə cəlb etmişdir.

18. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9903/2021 nömrəli, 27 oktyabr 2 021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1900/2021 saylı iş üzrə 06 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov, Vahid Sadıqov)

19. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərini əsasız saymışdır.

20. Apelyasiya məhkəməsi iddiaçının məhkəməyə müraciət edərkən MPM-nin 77-ci maddəsində nəzərdə tutulmuş tələblərə riayət etməyərək tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməməsi, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, onunla Bağlar Təsərrüfatı İdarəsi arasında 26.02.1992-ci ildə bağlanmış i carə müqaviləsinin müddətinin 26.02.2002-ci il tarixində bitməsi, məhkəmənin “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsini iddiaçının ehtimal olunan hüququna münasibətdə tətbiq etməsinin düz olmaması barədə apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edib ki, 30 aprel 1992-ci il tarixli “İcarə haqqında” Qanununun 13-cü maddəsinin 5-ci bəndinə əsasən müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və”ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda”o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Göründüyü kimi, cavabdehin apellyasiya şikayətinin qeyd edilən dəlili qanunun istinad olunan norması ilə istisna olunur. a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdehlər (Vəkil) kassasiya şikayəti verərək apellyasiya insta nsiyası məhkəməsinin qətnaməsinin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılmasını xahiş etmişdir.

22. Kassasiya şikayəti apellyaisya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. Tətbiq edilən hüquq “İcarə haqqında” Qanun Maddə 13. (5-ci hissə) Müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və”ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda”o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblər inin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərin dən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını”qismən ləğv edə və ya”tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilmə məsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

25. Hazırkı kassasiya şikayətində cavabdehlər apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

26. Məhkəmə kollegiyası hüququn inkişafının və ya m əhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. İddia tələbi bağ-torpaq sahəsi və üzərindəki evdən cavabdehlərin çıxarılması barədədir. İddiaçı torpaq sahəsinin icarə müqavil əsi ilə ona məxsus olmasına istinad etmişdir.

29. İşin məhkəmələr tərəfindən müəyyən edilən halı da ondan ibarətdir ki, 26.02.1992-ci il tarixli bağın icarəyə verilməsi haqqında müqavilənin əsasında Rzayev X3 qəsəbəsində 0.10 hektar bağ sahəsini icarəyə təhvil almışdır. Həmin müqavilə hazırda da Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin arxivində mövcuddur.

30. İcarə hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan “İcarə haqqında” Qanunun 15-ci maddəsinin 1-ci hissəsinə görə icarəçinin icarəyə götürülən əmlak üzərində hüququnun müdafiəsi mülkiyyətçinin hüququnun müdafiəsi ilə eyni əsasda təmin”edilir. O, icarəyə götürülmüş əmlakın hər hansı qanunsuz sahiblikdən qaytarılmasını, ondan istifadə edilməsində maneələrin aradan qaldırılmasını, bütün şəxslərin, o cümlədən icarəyəverənin əml aka vurduğu zərərin ödənilməsini tələb edə bilər.

31. Cavabdeh iddiaya etiraz kimi iddiaçının icarə müqaviləsinin müddətinin bitməsini göstərmişdir. Nəzərə alınsa ki, icarə hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan “İcarə haqqında” Qanunun 13-cü maddəsinin 5-ci hissəsinə görə müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və”ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda”o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir, belə olan halda, cavabdehin həmin dəlilinin qəbul edilməməsi barədə məhkəmələrin gəldiyi nəticə düzgün hesab edilməlidir. 32. 1999-cu ilədək qüvvədə olmuş Torpaq Məcəlləsinin (1991-ci il tarixli) 32-ci maddəsinin 2-ci bəndinə, 1999-cu ildən qüvvəyə minmiş Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1- ci bəndinə, Mülki Məcəllənin 719.1-ci maddəsinə görə torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilməsi barədə dəlilə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, icarə hüquq münasibətlərinin yarandığı dövrdə icarə münasibətlərini nizama salan xüsusi (sahəvi) qanun kimi “İcarə haqqında” Qanun mövcud idi və həmin Qanunda da icarə müqaviləsinin müddətini uzadılması ilə bağlı xüsusi qayda nəzərdə tutulmuşdu. Həmçinin o da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriy ə şamil edilmir.

33. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollügiyasının 2(103)-9903/2021 nömrəli, 27 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar