Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1226/2020 10.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı vəkili Vəkil, cavabdeh A.A.A.nun vəkili Məmmədov Azər Məhəbbət oğlunun iştirakları ilə, İddiaçı, vəkili Vəkil və cavabdeh A.A.A.nun, vəkili Məmmədov Azər Məhəbbət oğlunun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)12531/2019 saylı qətnaməsindən ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri üzrə işə ba xaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-3374/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.F.Cəfərov) iddia qismən təmin edilmiş, İddiaçı ilə hazırda ləğv prosesində olan “xxxx” ASC-də xx.xx.2015-ci il tarixli, 70025559 №-li bank əmanəti müqaviləsi üzrə qoyulmuş əmanətinin kompensasiyası qismində cavabdeh Azərbaycan A.A.A.ndan onun xeyrinə 22000,00 (iyirmi iki min üç yüz altmış üç) ABŞ dolları məbləğində pul vəsaitinin tutulması, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdeh Azərbaycan A.A.A.ndan İddiaçı xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-12531/2019 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi Ş.Ə.Məhərrəmova, M.A. Məmmədov, E.Y.Şamayev) cavabdeh A.A.A.nun apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)3374/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, yeni qətnamənin qəbul edilməsi, İddiaçı ilə hazırda ləğv prosesində olan “xxxx” ASC-də xx.xx.2015-ci il tarixli, 70025559 №-li bank əmanəti müqaviləsi üzrə qoyulmuş əmanətinin kompensasiyası qismində cavabdeh Azərbaycan A.A.A.ndan onun xeyrinə 30.000 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan A.A.A.na qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla hazırda ləğv prosesində olan “xxxx” ASC-də xx.xx.2015-ci il tarixli, 70025559 №-li bank əmanəti müqaviləsi üzrə qoyulmuş əmanətinin kompensasiyası qismində o nun xeyrinə 22363,00 (iyirmi iki min üç yüz altmış üç) ABŞ dolları məbləğində pul vəsaitinin tutulması, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsinə görə çəkilmiş xərclərin cavabdeh Azərbaycan A.A.A.ndan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan “xxxx” ASC ilə İddiaçı adına əmanət qoyan X1 arasında xx.xx.2015-ci il tarixli, 70025559 №-li bank əmanəti müqaviləsi bağlanmışdır. Müqavilənin 1.3-cü bəndinə uyğun olaraq qoyulan əmanət “Göy Əmanət” adlı müddətli əmanət olmuşdur. Müqavilənin 1.4-cü bəndinə əsasən əmanətin müddəti xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixinə kimi müəyyən edilmiş və müqavilənin 1.6.1-ci bəndinə uyğun olaraq əmanət üzrə illi k faiz dərəcəsi 7% (yeddi) olmuşdur. Müqaviləyə əsasən əmanətçi tərəfindən əmanət, qorunan əmanət olaraq banka qoyulmuşdur. Belə ki, əmanət onun cəlb edildiyi günə qorunan əmanətlər üzrə A.A.A. tərəfindən müəyyən edilmiş illik faiz dərəcəsinin yuxarı həddindən, yəni 12% (on iki) faiz dərəcəsindən aşağı olmuşdur. Hazırda iddiaçının əmanətinin məbləğini faizlərlə birlikdə 22363,00 (iyirmi iki min üç yüz altmış üç) ABŞ dolları təşkil edir ki, bu məbləğ iddiaçının müraciətinə cavab olaraq, cavabdeh tərəfindən təqdim edilmiş xx xxxxxx 2018-ci il tarixli, 0150 №-li qəbzlə təsdiq olunur. Əmanət müddətin sonunda geri tələb edilmədiyindən müqavilənin müddəti 5.2-ci bənd əsas götürülməklə uzadılmışdır. Həmin bəndə əsasən müqavilənin 1.4-cü bəndi ilə müəyyən olunan müddətin bitdiyi sonuncu gün əmanət əmanətçi tərəfindən geri götürülmədikdə, bu müqavilə eyni şərtlərlə həmin tarixdən, lakin həmin günə bankda qüvvədə olan faiz dərəcəsi tətbiq olunmaqla uzadılmış hesab edilir. Bank Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarı ilə müflis elan edilmiş və barəsində iflas proseduruna başlanılmışdır. Eyni qərarla ləğv prosesində olan banka cavabdeh A.A.A. xx xxxxxx 2017-ci il tarixindən ləğvedici təyin edilmişdir. Bununla “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.9-cu maddəsinə əsasən sığorta hadisəsi baş vermiş sayılır və əmanətçilərin kompensasiya almaq hüququ yaranır. İddiaçı tərəfindən cavabdehə kompensasiya verilməsi üçün müəyyən edilmiş 1 illik müddət daxilində (ərizənin qəbulu üçün son tarix xx xxxxxx 2018-ci ildir), yəni xx xxxxxx 2018-ci il tarixində kompensasiyanın ödənilməsi haqqında ərizənin verilməsinə baxmayaraq, cavabdeh xx xxxxxx 2018-ci il tarixli, **********927 №-li cavab məktubuna əsasən kompensasiyanın ödənilməsindən imtina etmişdir. Cavabdeh müqavilənin yuxarıda qeyd edilən 5.2-ci bəndini əsas gətirmiş və göstərmişdir ki, müddət bitdikdən sonra müvafiq olaraq xx xxxxxxxx 2016-cı il tarixindən əmanətə 7 (yeddi) % dərəcəsi və xx xxxxxxxx 2017-ci il tarixindən isə 6 (altı) % dərəcəsi tətbiq olunmuşdur. xx xxxx 2016-cı il tarixindən xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 3 (üç) % faiz olduğundan həmin əmanətin artıq sığortalanmayan əmanət olduğu qənaətinə gəlinmişdir. Halbuki bu qənaətə gəlməklə cavabdeh iddiaçının qanunvericiliklə müəyyən edilmiş hüquqlarını pozmuşdu r. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib cavabdehden 22.000 ABŞ dolları məbləğində pul vəsaitinin, iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində və kassasiya şikayətinin verilməsinə görə 15 manat məbləğində dövlət rüsumunun tutulmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq cavabdeh Azərbaycan A.A.A. həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayəti ndə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri və tərəflərin izahatları İddiaçı və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası əmanətin “Əmanətlərin tam sığortalanması” haqqında Qanunun təsir dairəsinə düşəməməsi barəsində düzgün hüquqi nəticəyə gəlməmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Cavabdeh A.A.A. və vəkili Məmmədov Azər Məhəbbət oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, qarşı tərəfin kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında cavabdeh A.A.A.nun vəkili Məmməd ov Azər Məhəbbət oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, qarşı tərəfin kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, İddiaçı vəkili Vəkil, cavabdeh A.A.A.nun vəkili M əmmədov Azər Məhəbbət oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən İddiaçı və cavabdeh A.A.A.nun kassasiya şikayətləri təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instan siyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarına əlavə olunmuş X1 ilə “xxxx” ASC, etibarnamə əsasında Əməliyyat İdarəsi filialının müdir müavini X4 arasında xx xxxxxxxx 2015-ci il tarixli, 70025559 nömrəli bank əmanəti müqaviləsi (“Göy əmanət”) bağlanmışdır. Əmanət xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixinədək 12 (on iki) ay müddətinə qəbul edilir. Bu müqavilə üzrə bank tərəfindən qəbul etdiyi məbləğ 22.000 (iyirmi iki min) ABŞ dolları təşkil edir. Bank əmanət üzrə əmanətçiyə müddətin sonun da illik 7 (yeddi) faiz ödəyir. Əmanətin müddəti 12 (on iki) ay müəyyən edilmişdir. İş materiallarında olan cavabdehin nümayəndəsinin xx xxxx 2019-cu il tarixli təqdim etdiyi etirazında da həqiqətən İddiaçı ”xxxx” ASC ilə arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləsinə görə illik 7% dərəcəsi ilə 12 ay müddətinə 22.000 (iyirmi iki min) ABŞ dolları məbləğində əmanət yerləşdirildiyi təsdiq edilir. İşdə olan DB seriyalı, 05505 nömrəli əmanət kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı əmanətçidir. xx.xx.2015-ci il tarixdə 22.000 (iyirmi iki min) ABŞ dolları məbləğində vəsait 12 ay müddətinə 7% dərəcəsi ilə yerləşdirilmişdir. İş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli, 0150 nömrəli qəbzdən görünür ki, kreditor İddiaçı 22.363,00 ABŞ dolları məbl əği ləğv prosesində olan “xxxx” ASC-dən tələb etmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı adından etibarnamə üzrə nümayəndə Vəkil tərəfindən verilən xx.xx.2018-ci il tarixli ərizəyə xx.xx.2018-ci il tarixli, **********927 nömrəli məktubla cavablandırılaraq bildirilmişdir ki, xx xxxx 2016-cı il tarixindən etibarən xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 3% müəyyən edilmişdir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 76.1-ci maddəsinə uyğun olaraq tələb xx xxxxxx 2018-ci il tarixində 0150 nömrəsi ilə qeydə alınmışdır və həmin Qanunun 82-ci maddəsi ilə müəyyən olunmuş qaydada növbəlik daxilində ödəniləcəkdir. Kreditor tələblərinin ödənişlərinin başlanması barədə ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanələrin Sığortalanması Fond u tərəfindən rəsmi məlumat veriləcəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 947.2-ci maddəsinə əsasən, istənilən növ bank əmanəti müqaviləsinə görə bank əmanətçinin ilk tələbi ilə əmanəti məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci beş bank günü müddətində verməlidir; 950-ci maddəsinə görə isə, banklar fiziki şəxslərin əmanətlərinin qaytarılmasını icbari sığorta yolu ilə, qanunda nəzərdə tutulan hallarda isə b aşqa üsullarla təmin etməlidirlər. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun: -2.1.2-ci və 2.1.2.6-cı maddələrinə əsasən, qorunan əmanət – sığorta hadisəsi baş verdikdə A.A.A. tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətdir. Cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. -2.1.3-cü maddəsinə əsasən sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir; 2.1.11-ci maddəsinə əsasən kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. -8.1.20-ci maddəsinə görə, X3 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. -25.1.4-cü maddəsinə görə, əmanətçilərin bu qanuna uyğun olaraq əmanətlər üzrə kompensasiya almaq hüquqları vardır; 26.1-ci maddəsinə əsasən, Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir; 27.1-ci maddəsinə görə isə, milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir. Əmanətlər ABŞ dolları və ya Avroda olmadıqda, kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödən ilir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bankla iddiaçı (əmanətçi) arasında illik 7 %-lə və 12 ay müddətinə əmanət müqaviləsi bağlanmış, sonradan xx.xx.2017-ci ilədək 6 % dərəcəsi hesablanmaqla uzadılmış, birinci instansiya məhkəməsi isə onun əmanətinin tam sığortalanmış əmanətlər kateqoriyasına aid olduğu nəticəsinə gəlməkdə səhvə yol vermişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüq uqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında əmanət müqaviləsi xx xxxxxxxx 2015-ci il tarixdə imzalanmış, əmanət üçün illik 7 faiz dərəcəsi müəyyən edildiyindən əmanətin sığortalanmamış olması qənaətinə gəlmək qeyrimümkündür. Bununla belə iddiaçı, cavabdeh banka faiz dərəcəsinin 3% həddinədək azaldılması barədə müraciət etməmiş, bununla da onun bankda qorunan əmanəti “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun təsir dairəsinə düşməmiş, lakin A.A.A.nun Himayəçilik Şurasının xx xxxxxx 2015-ci il tarixli qərarına əsasən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi xx xxxxxx 2015-ci il tarixdən 12 faiz müəyyən edildiyi və hazırki müqavilədə illik 7 faiz dərəcəsi müəyyən edildiyindən “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun təsir dairəsinə düşmüşdür. Cavabdehin məhkəmə çəkişmələrinin ümumi məhkəmələr vasitəsilə həyata keçirilməli olmadığı dəlillərini apellyasiya instansiyası məhkəməsi əsassız hesab edərək qeyd etmişdir ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2017-ci il tarixli qərarında qeyd olunduğu kimi, Mülki Məcəllənin 60.2 və 61.7-ci maddələrinə uyğun olaraq, hüquqi şəxsin mövcudluğuna son qoyulma anına qədər hüquqi şəxs hüquq qabiliyyətini saxlayır, hüquqi şəxsin, konkret halda bankın müflis elan edilməsi bank fəaliyyəti ilə məşğul olan qurumun hüquq qabiliyyətini dayandırmır, yəni müflis elan olunmuş bank qurumu iflas proseduru çərçivəsində hüquqi şəxs kimi fəaliyyətini davam etdirir....İflas prosesində olan bankın hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn (banka qarşı və ya bankın irəli sürdüyü) iddialar üzrə məhkəmə icraatının day andırılması və ya xitam edilməsi Mülki Prosessual Məcəllənin 254-cü maddəsinin tələbləri ilə uzlaşmadığından, həmin iddialar üzrə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. A.A.A.nun iddia üzrə cavabdehlik daşımadığı arqumentinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilən qərarında, bankın adından ləğvedici və ya onun vəkil etdiyi şəxsin hərəkətlərinin hüquqi qüvvəyə malik olmasının bankın öhdəlikləri və ya tələblərinin ləğvediciyə keçməsi anlamını ifadə etmədiyini, bu halda ləğvedicinin müflis elan olunan bankın adından hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olduğunu və qanunvericilikdə hüquqi şəxsin səlahiyyətli orqanının malik olduğu hüquqları həyata keçirməklə bərabər, müvafiq vəzifələri daşıdı ğını vurğulamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 26.1-ci maddəsinədə Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənildiyi nəzərdə tutulduğu halda məhkəmə iddiaçının xeyrinə kompensasiya qismində 22000 ABŞ dolları tutmaqla prosessual hüquq normalarının tələblərini pozmuşdur. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahis əli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətlərində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətlərində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayətləri təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və cavabdeh Azərbaycan A.A.A. tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətl əri təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-12531/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1226/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1226/2020
10.03.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver