Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1227/2023 13.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, tələbin bir hissəsi ilə bağlı əsaslandırma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun və əlavə fazilərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5672/2022 nömrəli, 7 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 13 mart 2023-cü il tarixdə Ali Məhkəmən in binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin icraatında olmuş ********* nömrəli cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət işinin icraatına hissəvi xitam verilməsi barədə 5 iyul 2021-ci il tarixli Qərara əsasən zərərçəkən şəxs qismində tanınaraq dindirilmiş İddiaçı göstərmişdir ki, 2018-ci ilin yanvar ayının sonunda Cavabdeh1 və Cavabdeh3 ona müraciət etmiş, ondan 5000 ABŞ dolları pul istəmiş, həmin vaxt o, onların hər ikisinə 5000 ABŞ dolları verə bilməyəcəyini desə də, Laçın ona yenidən müraciət etmiş, 800 manat verəcəyinə söz vermişdir. Növbəti dəfə ona zəng vuran zaman Laçın və tanımadığı bir nəfər şəxs ev alqı-satqısı işi ilə məşğul olduqlarını, ondan aldıqlar ı pulu da həmin işə qoyub gəlir əldə edərək ona 800 manat əlavə gəlir kimi pul verəcəklərini bildirmişdir. O, da onunla razılaşmış, Laçına zəng vurub pulu birlikdə götürmələrini deyəndə, Laçın ona evdən çıxa bilmədiyini bildirmiş, Əminə ilə qardaşı Mamedin gələrək pulu götürücəyini demişdir. O, həmin gün XİN-nin inzibati binasının yaxınlığında Əminə və Mamedlə görüşüb 5000 ABŞ dolları pulu Əminəyə vermişdir. Bir həftə sonra o, Laçın, Əminə və Kənanla görüşmüşdür. Onlar ona pulun 3-4 gün gecikdiyini, narahat olmamağını demişlər. Bu vaxt Əminəyə telefon zəngi gəlmiş, Əminə həmin telefon danışığından sonra ona, yenə də ev alqı-satıqısı üçün əlavə 20000 manat pul lazım olduğunu demişdir. Bu zaman o, onlara həmin pulu verə bilməyəcəyini desə də, ona müxtəlif vədlər vermişlər. O, da sonda onlara 10000 ABŞ dolları verməyə razı olmuş, onlar da ona bu pulun üstündə əlavə 2000 ABŞ dolları pul verəcəklərini bildirmişlər. Həmin günün səhəri o, 10000 ABŞ dolları pulu Kənana Yasamal rayon qeydiyyat idarəsinin qabağında vermişdir.
2. Həmin cinayət işi üzrə şahid qismində dindirilmiş Cavabdeh1 təxminən 2018-ci ilin yanvar – fevral aylarında bir ay müddətinə qaytarmaq şərti ilə İddiaçı cəmi 15000 ABŞ dolları məbləğində borc götürdüyünü etiraf etmiş və iltizam verərək İddiaçı almış olduğu pulu xx.xx.2021-ci il tarixədək qaytaracağını öhdəsinə götürmüşdür.
3. Həmin cinayət işi üzrə şahid qismində dindirilmiş Cavabdeh2 və Cavabdeh3 da ifadələrində Cavabdeh1 2018-ci ildə İddiaçı cəmi 15000 ABŞ dolları məbləğində borc götürdüyünü təsdiq etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi (iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə) ilə məhkəməyə müraciət edərək, əsas borcun ödənilməsi məqsədi ilə 15000 ABŞ dolları, həmin pul vəsaitinin qanunsuz saxlanılmasına görə bank uçot dərəcəsi tətbiq edilməklə hesablanmış faizlərin ödənilməsi məqsədi ilə 4942,55 ABŞ dolları, iddia ərizəsinin məhkəməyə verilməsi üçün alınmış hüquqi yardıma çəkilmiş xərcin əvəzinin ödənilməsi məqsədi ilə 700 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun borcalan Cavabdeh1 və onun öhdəliklərinin icrasına zamin durmuş digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq ona ödənilməsi b arədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, iddiaçının tanışı olan Cavabdeh1 2018-ci ilin yanvar ayında iddiaçıya müraciət edərək 5000 ABŞ doları məbləğində pulu borca istəmişdir. Həmin vaxt pulu olmadığından o, borc verməkdən imtina etmişdir. Bundan sonra Əminənin əri – iş üzrə Cavabdeh2 və ümumi tanışları – iş üzrə digər Cavabdeh3 iddiaçı ilə əlaqə saxlayaraq Əminənin həmin pula kəskin ehtiyacının olduğunu bildirmiş və borcun qaytarılmasına zəmanət verərək, borcun üstündə əlavə pul verəcəklərinə vəd vermişlər. İddiaçı cavabdehlərə inanaraq borc-xərc edib həmin məbləği əldə edərək Əminəyə vermişdir. Bundan bir neçə gün sonra cavabdehlər iddiaçı ilə görüşmüş və Əminə iddiaçıya müraciət edərək ona 20000 ABŞ dolları məbləğində pul lazım olduğunu bildirmiş və borc istəmişdir. İddiaçı həmin məbləğdə pulu olmadığını desə də, Kənan və Laçın bu dəfə də, borcun qaytarılmasına zəmanət verərək, borcun üstündə əlavə pul verəcəklərinə vəd vermişlər. İddiaçı cavabdehlərə inanaraq 10000 ABŞ dolları məbləğində pulu əldə edib, növbəti gün Əminəyə vermişdir. Aralarında olan razılığa görə cavabdehlər borcu 10 günün tamamında qaytarmalı və üstündə əlavə qazanc da vermək barədə vədlər versələr də, borcu qaytarmamış və borcun qaytarılması barədə iddiaçının müraciətlərinə məhəl qoymamışlar.
6. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 443, 448.1, 449.1, 739.1 və 740.1-ci maddələrinə istinad etmişdir.
7. Cavabdeh1 iddianı qismən qəbul edərək, iddiaçıdan cəmi 10000 manat borc götü rdüyünü bildirmiş və iddianın həmin hissədə təmin olunmasını xahiş etmişdir.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5514/2021 nömrəli, 24 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 15000 ABŞ dolları əsas borc, 4060 ABŞ dolları faiz, cəmi 19060 ABŞ dolları (məhkəmə qərarının icra olunduğu tarixə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi ilə), 336 manat hüquqi yardım üçün ödənilən xərcin və 28,70 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. (hakim Təhminə Xəlilova)
9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh1 ilə iddiaçı arasında 2018-ci ildə şifahi borc müqaviləsinin bağlanması, iddiaçının Cavabdeh1 15000 ABŞ dolları borc verməsi və həmin borcun hazıradək geri qaytarılmamas ı öz təsdiqini tapmışdır. Odur ki, iddia Cavabdeh1 həmin borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir.
10. Birinci instansiya məhkəməsi 15000 ABŞ dolları pul vəsaitini qanunsuz saxlamağa görə 4942,55 ABŞ dolları faiz tələbi ilə bağlı qeyd etmişdir ki, hazırda Mərkəzi Bank tərəfindən müəyyən edilmiş bank uçot dərəcəsinin 7,25% olması, Cavabdeh1 borcunu 1 aprel 2018-ci il tarixdən geri qaytarmaması nəzərə alınaraq, cavabdehdən 3 il 8 ay 24 gün üçün 4060 ABŞ dolları (15000 x 7,25%) x 3 il 8 ay 24 gün) faiz tutulmalı, qalan hissədə faiz tələbi rədd edilməlidir.
11. Birinci instansiya məhkəməsi borcun digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 da tutulması hissəsində iddianı təmin etməməsini isə iddianın həmin şəxslərə qarşı hissədə təsdiq edilməməsi ilə əsaslandırmışdır.
12. B irinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 449.1, 449.2, 449.4, 739.1 və 740.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv, iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. İddiaçının apellyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, borcun yalnız Cavabdeh1 tutulması barədə Rayon Məhkəməsinin gəldiyi nəticə səhvdir. Çünki digər cavabdehlər borcalan Cavabdeh1 iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuşlar. Bundan başqa, Rayon Məhkəməsi 15.000 ABŞ dolları məbləğində borcun qanunsuz saxlanılmasına görə bank uçot dərəcəsinin tətbiq edilməsi ilə bağlı faizləri 2018-ci ilin yanvar ayından hesablanmalı olması əvəzində həmin faizləri 2018-ci ilin aprel ayından hesablamışdır.
15. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Cavabdehin apellyasiya şikayətinin dəlilləri belə olub ki, Cavabdeh1 ümumilikdə 15.000 manat (ABŞ dolları deyil) məbləğində pulun ondan iddiaçının xeyrinə tutulmasına razı olsa da, qalan tələblər ilə razı deyil. Belə ki, Cavabdeh1 iddiaçıdan 15.000 manat məbləğində pulu borc almasına baxmayaraq, hazırda iddiaçı ABŞ dolların Azərbaycan manatına qarşı dəyərinin dəyişməsindən istifadə edərək borcun ABŞ dolları ilə qaytarılmasını tələb edir. Rayon Məhkəməsi isə bu hala diqqət yetirmədən hazırki iddianı bu formada təmin etmişdir. Bundan başqa Rayon Məhkəməsinin Cavabdeh1 iddiaçının xeyrinə bank uçot dərəcəsi ilə faizin tutulması barədə nəticəsi də əsaslı deyil. Çünki Cavabdeh1 ilə iddiaçı arasında borcun qaytarılmasının gecikdirilməsi halında faizin ödənilməsi şərtləşdirlməmişdir.
17. Cavabdeh1 apellyasiya baxışında əlavə olaraq göstərib ki, iddiaçıdan 10.000 ABŞ dolları və 5.000 ABŞ dolları məbləğində pulu borc almışdır. Həmin borcdan 5.000 ABŞ dollarını qaytarmışdır. Qalan 10.000 ABŞ dollarını vaxtında qaytara bilməmişdir. Sonradan iddiaçı ilə razılaşmışlar ki, əgər həmin söhbətdən 10 gün ərzində 10.000 ABŞ dolları qaytarsa, üstündə əlavə olaraq 5.000 ABŞ dolları faiz ödəyəcək, qaytara bilməsə, onda faizlər ilə birlikdə iddiaçıya 25.000 ABŞ dolları qaytaracaq. İddiaçının 10.000 ABŞ dolları əvəzində ondan əlavə olaraq 5.000 ABŞ dolları məbləğində pulu tələb etməsi əsassızdır. Borcun ABŞ dolları ilə deyil, Azərbaycan manatı ilə ifadə olunması barədə apellyasiya şikayətində göstərilməsi səhvdir.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5672/2022 nömrəli mülki iş üzrə 7 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, hazırkı mülki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməklə Cavabdeh1 15000 ABŞ dolları (qətnamə icra ediləcəyi tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə), hüquqi yardıma çəkilmiş xərcin əvəzi olaraq 336 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olara q 28.70 manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Şeyda Məhərrəmova və Rəşad Həsənov)
19. Apellyasiya instansiya məhkəməsi cavabdehin apellyasiya şikayəti üzrə birinci instansiya məhkəməsinin tərəflər arasında borc müqaviləsindən irəli gələn münasibətlərin olması və bu münasibətlərə borcla bağlı maddi hüquq normalarının tətbiq edilməsi ilə razılaşmayaraq göstərib, birinci instansiya məhkəməsinin əsaslanması səhv və iş üzrə tərəflər arasında mövcud olan hüquq münasibətlərinə uyğun olmamışdır. Çünki iddiaçı ilə Cavabdeh1 arasında borc münasibətlərinə dair yazılı müqavilə bağlanmamışdır. Halbuki, Mülki Məcəlləsinin 740.2-ci maddəsinin mətninə xx.xx.2016-cı il tar ixdə edilmiş dəyişikliyə görə, həmin tarixdən bağlanılan borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
20. Apellyasiya instansiya məhkəməsi Mülki Məcəllənin 337-ci maddəsinə istinadən hesab edib ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış şifahi borc müqaviləsi əhəmiyyətsiz əqd olmuş, müqavilə, qanunun forma tələbi ilə bağlı şərtlərin pozulması ilə bağlanmışdır. Həmin müqavilənin əhəmiyyətsiz əqd olması müəyyən edildiyindən, müqavilə üzrə Cavabdeh1 aldığı məbləğləri iddiaçıya geri qaytarmalıdır.
21. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 iddiaçıdan aldığı 15000 ABŞ dolları məbləğində borcdan 5000 ABŞ dollarını qaytardığını bildirsə də, bu halı təsdiq edə biləcək sübutu (sübutları) məhkəmələrə təqdim edə bilməmişdir. Buna görə də Cavabdeh1 iddiaçının xeyrinə borcun əvəzi olaraq 15000 ABŞ dolları məbləğində pul tutulmalı və tutma məhz Mülki Məcəllənin 337.5-ci maddəsinin tələblərinə əsasən həyata keçirilməlidir.
22. Apellyasiya instansiya məhkəməsi iddia tələbinin “15.000 ABŞ dolları məbləğində pul vəsaitin qanunsuz saxlanılmasına görə bank uçot dərəcəsinin tətbiq edilməklə hesablanmış faizlərin ödənilməsi məqsədi ilə 4.942,55 ABŞ dolları məbləğində faizlərin Cavabdeh1 iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı göstərib ki, tərəflər arasındakı borc müqaviləsi əhəmiyyətsiz əqd olması səbəbindən Mülki Məcəllənin 449-cu maddəsinin tətbiqi istisna olunduğu üçün həmin tələb məhz bu əsasla rədd edilməlidir.
23. Apellyas iya instansiya məhkəməsi iddiaçının pulun digər iki cavabdehdən də tutulmalı olması barədə apellyasiya şikayətinin dəlilləri üzrə isə qeyd edib ki, Mülki Məcəllənin 471-ci maddəsinə görə, zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. İşin hallarından və elə iddiaçı tərəfin verdiyi məlumatlardan bəlli olmuşdur ki, iddiaçı ilə Cavabdeh2 və Laçın İsmayılov arasında zaminliklə bağlı müqavilələr bağlanmamışdır. Başqa sözlə müəyyən edilmişdir ki, müzakirə edilən tələb əsassız olmuşdur. Lakin birinci instansiya məhkəməsi müzakirə edilən bu tələbi göstərilən əsasla deyil, tələbin əsaslandırılması əsası ilə təmin etməmişdir.
24. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 337, 449, 471 v ə 740-cı maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. İddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. Şikayət belə əsaslandırılıb: - apellyasiya instansiyası məhkəməsi pul vəsaitinin 3000 manatdan artıq olduğunu, belə olan halda isə yazılı borc müqaviləsi bağlanmaması səbəbi ilə Mülki Məcəllənin 739cu maddəsinə istinad olunmasını düzgün hesab etməmiş, ona görə də etibarsız əqdlərə aid normaları tətbiq etmişdir. Mülki Məcəllənin 337.5-ci maddəsindən də göründüyü kimi əqd bağlandığı andan etibarsızdır, belə olan halda həmin vaxtdan cavabdehlər iddiaçıya məxs us olan pulu özlərində saxlamaqla qanun pozuntusuna yol vermişlər. Cavabdehlər iddiaçıya məxsus pulu qanunsuz olaraq gecikdirdikləri üçün həmin vəsaitin məbləğindən faizlər ödəməlidirlər; - apellyasiya instansiyası məhkəməsi verilmiş pul vəsaitini borc olaraq qəbul etməsə də, başqasına aid olan pul vəsaitinin qanunsuz saxlanmasına görə faiz ödənilməli olduğunu da nəzərə almamışdır; - həmçinin apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş yazılı etirafdan da göründüyü kimi Cavabdeh1 və Cavabdeh2 iddiaçıya borcları olduğunu qəbul etmişlər; - apellyasiya instansiyası məhkəməsi iş üçün əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, 15000 ABŞ dolları pul vəsaitinin hər üç cavabdeh tərəfindən birlikdə alınmasını, bütün danışıqlarda hər üçünün olmasını, onların ortaq işləri üçün hə min vəsaiti almalarını nəzərə almamış, həmçinin pul vəsaitini özündə saxlamağa görə 2018-ci ilin yanvar ayından faiz hesablamalı olduğu halda 2018-ci ilin aprel ayından hesablamışdır; - qətnamə 15000 ABŞ dolları vəsaitin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması şəklində elan edilsə də, ünvanına çatdırılmış qətnamədə isə pulun yalnız Cavabdeh1 tutulması qeyd edilmişdir. Yəni ki, elan edilmiş qətnamə ilə kağız formatında tərtib edilmiş qətnamə arasında uyğunsuzluq olmuş, qeyd edilən halların araşdırılması üçün məhkəmə iclasının audio-video çəkilişini tələb etsə də təqdim edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 337.1. Bu Məcəllədə müəyyən ləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Mad də
471. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiy ası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kim i qiymətləndirilməməlidir
29. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini iddianın təmin edilməyən – pul vəsaitinin qanunsuz saxlanmasına görə faiz ödənilməsi və borcun digər Cavabdeh2 da tutulması barədə iddianın təmin edilməməsi – hissələrində mübahisələndirib. Bu baxımdan, kollegiya qətnməni həmin hissələrdə yoxlayır.
30. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianı digər Cavabdeh2 (hazırda kassasiya şikayətində iddianın Cavabdeh2 qarşı təmin edilməməsi mübahisələndirilib )qarşı təmin etməməklə düzgün nəticəyə gəlib.
32. Belə ki, iddiaçı pulun Cavabdeh2 tələb etməsinin əsası kimi Cavabdeh1 verdiyi pulun qaytarılmasına Cavabdeh2 zəmanət verməsinə istinad etmişdir. Başqa sözlə, iddiaçı Cavabdeh2 qarşı iddiasının zaminlikdən irəli gəlməsinə istinad etmişdir.
33. Mülki Məcəllənin 471-ci maddəsinə görə zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.
34. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarından da görünür ki, iddiaçı ilə Cavabdeh2 arasında zaminliklə bağlı müqavilə bağlanmamışdır.
35. Nəzərə alınsa ki, qanunvericililik zaminlik müqaviləsinin yalnız yazılı formada bağlanmasını nəzərdə tutur, belə olan halda iddianın Cavabdeh2 qarşı təmin edilməməsi barədə gəlinən nəticə işin hallarına uyğun omuşdur.
36. Məhkəmə kollegiyası əlavə olaraq onu da qeyd edir ki, iddiaçı ilə Cavabdeh1 arasında borc müqaviləsi apellyasiya instansiyası məhkəməsi tərəfindən etibarsız hesab edilib, həmin hissədə qətnamə mübahisələndirilmir. Buna görə də bir halda ki, iddiaçı ilə Cavabdeh1 arasında borc müqaviləsi etibarsız hesab edilib, həmin müqavilə üzrə öhdəliyin təminatı olan zaminlik də özü-özlüyündə etibarsızdr. Belə ki, Mülki Məcəllənin 460.3-cü maddəsinə görə əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əsas öhdəliyin etibarsızlığı onu təmin edən öhdəliyin etibarsızlığına səbəb olur.
37. Həmin hissədə kassasiya şikayətinin dəlili – apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş yazılı etirafda Cavabdeh2 borcunu etiraf etməsi – əsassızdır. Belə ki, iddiaçı ilkin olaraq Cavabdeh2 qarşı iddiasının əsası kimi sonuncunun Cavabdeh1 borcuna zamin durmasına, sonradan isə Cavabdeh2 adından yazıldığını bildirdiyi kserosurət olan iltizama əsasən Cavabdeh2 da borclu olmasına istinad etmiş, üstəlik həmin iltizamı da apellyasiya instansiyası məhkəməsinə təqdim etmişdir. Göründüyü kimi, iddiaçı birinci və apellyasiya instansiyalarında bir-birinə zidd olan fərqli faktiki əsaslara istinad etmişdir. Mülki Prosessual Məcəllənin 372.3-cü maddəsinə görə isə tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. Qanunvericilik yalnız iddianın hüquqi əsasının dəyişilməsi imkanını nəzərdə tutur, faktiki əsasın dəyişilməsi isə yolverilməzdir.
38. Bu baxımdan, qeyd edilən hissədə apell yasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan, həmin hissədə qətnamənin ləğvinə əsas yoxdur.
39. Bununla belə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin 15.000 ABŞ dolları məbləğində pul vəsaitinin qanunsuz saxlanılmasına görə bank uçot dərəcəsi tətbiq edilməklə hesablanmış faizlərin ödənilməsi məqsədi ilə 4.942,55 ABŞ dolları məbləğində faizlərin Cavabdeh1 iddiaçının xeyrinə tutulması barədə iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir.
40. Belə ki, iddiaçı həmin tələbini cavabdehin onun pul vəsaitini qanunsuz saxlaması ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsi həmin iddianı rədd edərkən bunu onunla əsaslandırıb ki, tərəflər arasındakı borc müqaviləsi əhəmiyyətsiz əqd olması səbəbindən Mülki Məc əllənin 449-cu maddəsinin tətbiqi istisna olunduğu üçün həmin tələb məhz bu əsasla rədd edilməlidir.
41. Məhkəmə kollegiyası həmin iddianın qeyd edilən əsasla rədd edilməli olması ilə bağlı apellyasiya instansiyasının gəldiyi nəticə ilə razılaşmır.
42. Mülki Məcəllənin 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
43. Mülki Məcəllənin 449.1-ci maddəsinə görə isə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsi ni digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
44. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi Mülki Məcəllənin 337.5-ci maddəsində müqavilənin əhəmiyyətsiz olduğu hallarda Mülki Məcəllənin 449.1-ci maddəsinin tələbləri baxımından, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hes abına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməsini istisna edən müddəa yoxdur. Apellyasiya instansiyasının nəyə görə bu nəticəyə gəlməsi qətnamədən görünmür.
45. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasındakı borc müqaviləsinin əhəmiyyətsiz əqd olması səbəbindən Mülki Məcəllənin 449-cu maddəsinin tətbiqinin istisna olunduğunu göstərsə də, gəldiyi nəticəni istinad etdiyi həmin maddi hüquq normaları baxımından əsaslandırmamış, eyni zamanda həmin tələbi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarı kontekstində də qiymətləndirməmişdir.
46. Bundan başqa, iddiaçı 4942,55 ABŞ dolları məbləğində pulu öhdəliyin vaxtında icra edilməməsi ilə əlaqələndirib. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi iddiaçının həmin pulu zərər kimi tələb edib-etməməsinə də aydınlıq gətirməyib. Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulan faiz məbləği MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələbləri baxım ından zərər kimi qiymətləndirilib.
47. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası 15.000 ABŞ dolları məbləğində pul vəsaitinin qanunsuz saxlanılmasına görə bank uçot dərəcəsi tətbiq edilməklə hesablanmış faizlərin ödənilməsi məqsədi ilə 4.942,55 ABŞ dolları məbləğində faizin Cavabdeh1 iddiaçının xeyrinə tutulması barədə iddianın rədd edilməsi hissəsində apellyasiya məhkəməsinin mövqeyini əsaslı saymır və həmin hissədə qətnamə ləğv edilməlidir.
48. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 4.942,55 ABŞ dolları məbləğində faizin Cavabdeh1 iddiaçının xeyrinə tutulması barədə iddianın rədd edilən hissəsində ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən ba xan məhkəmə hazırki qətnamənin qeyd edilən hissədə ləğv olunma əsası kimi şərh edilən pozuntuları aradan qaldırmalı və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmalıdır.
49. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5672/2022 nömrəli, 7 oktyabr 2022-ci il tarixli qətnaməsi 4.942,55 ABŞ dolları məbləğində faizin Cavabdeh1 iddiaçının xeyrinə tutulması barədə iddianın rədd edilən hissəsində ləğv edilsin, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılsın. Qətnamə qala n hissədə dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.